Yanğın təhlükəsizliyi təlimlərinin idarə olunması.
“ŞIRKƏTIN ADI”-nin əməkdaşlarına hər altı aydan bir yanğın təhlükəsizliyi mövzusunda SƏTƏMM üzrə mütəxəssis tərəfindən “ŞIRKƏTIN ADI” - Əməyin Mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar”-ına müvafiq olaraq təlimlər keçirilir və “ŞIRKƏTIN ADI”.”___________ jurnalı”-nda müvafiq qeydlər aparılır.
Sahədə yanğın aşkar edildikdə tələb edilən tədbirlər:
Yanğın həyəcan siqnalı qaldırılmalıdır.
Yanğın haqda dərhal iş rəhbərinə, SƏTƏMM şöbəsinə və mühafizə xidmətinə məlumat verilməlidir.
Yanğının söndürülməsi təhlükəsiz olduqda və odsöndürəndən necə istifadə etməyə dair təlim keçdikdə yanğınla mübarizə aparıla bilər.
Yanğın haqda sahə fövqəladə hallar üzrə istifadə edilən nömrəyə məlumat verilməlidir.
Dostları ilə paylaş: |