Elektrik alət və avadanlıqları ilə əlaqədar SƏTƏMM üzrə qaydalar.
Bütün elektrik avadanlıqları, təlim keçmiş və səriştəli şəxslər tərəfindən vaxtaşırı yoxlanılmalıdırlar və təmir edilməlidir.
Bütün daşınıla bilinən elektrik alət və avadanlıqları 110 volt olmalıdırlar.
Elektrik alətini istifadə etməyə səlahiyyəti çatan şəxs istifadədən öncə və onun üzərində yoxlama birkası qüvvədə olduğunu yoxlamalıdır.
Zədələnməsi və ya nasaz vəziyyətdə olması və üzərində yoxlama birkası olmayan avadanlıq dərhal anbara qaytarılmalıdır.
Bütün elektrik alət və avadanlıqlar düzgün şəkildə torpaqlanmalıdırlar.
Elektrik alətləri istifadə edilmədikdə cərəyandan ayrılmalıdır.
Bütün elektrik avadanlıqlarını və dəstlərini, müəyyən etmək üçün müvafiq vasitələr təmin edilməlidir, xüsusilə də eyni işdə iki və ya üç yüksək volt bir yerdə istifadə olunduqda.
Elektriklə bağlı qəzalar üç faktorun kombinasiyasından meydana çıxır:
Alətlərin təhlükəli quraşdırılması.
İş sahəsi/ətraf mühit təhlükəsi.
Təhlükəli işləmə vərdişi.
Dostları ilə paylaş: |