ƏMR
№ SOCAR211008030300040020A00062
|
|
|
|
|
|
|
Sənaye Təhlükəsizlik İdarəsi
Sabit Orucov küçəsi
AZ 1038, Azərbaycan, Bakı
Tel: (99412) 521 00 00
Dax: 61 021; 61 019
www.socar.az
|
Bakı, 29 Aprel 20 21
SOCAR-ın SOCAR211000031630490075X00330 saylı 28.04.2021-ci il tarixli telefonoqramından irəli gələn məsələlərin həll edilməsi barədə
Koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların vaxtında və keyfiyyətlə icra olunması məqsədilə SOCAR-da və onun strukturuna daxil olan qurumlarda təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin tərkib hissəsi olaraq SOCAR-ın Baş ofisində və onun strukturuna daxil olan qurumlarda işin ahəngini pozmadan işçilərin növbəli şəkildə işləməsi qərara alınmışdır.
Aparılan müşahidələr zamanı son dövrlərdə bəzi işçilərin əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından və təsdiq edilmiş növbəlik cədvəlindən kənarlaşma hallarına rast gəlinir ki, bu da işçilərin iş vaxtı işdə olmalarına nəzarəti çətinləşdirir.
Qeyd olunanları nəzərə alaraq, bu kimi halların qarşısını almaq məqsədi ilə,
əmr edirəm:
1. İşçilərin rəhbərlik tərəfindən təsdiq edilmiş növbəlilik cədvəli və əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtı ərzində iş yerlərində olmalarına nəzarət gücləndirilsin (İnsan resursları şöbəsinin rəisi Orxan Şükürlü, Rəhbərlik yanında aparatın böyük hüquq məsləhətçisi Rəhim Həsənov).
2. İş vaxtının uçotuna nəzarət xətti rəhbərin məsuliyyətində olduğundan yoxlama zamanı növbəlilik cədvəli və əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtı ərizində iş yerlərində olmama halları aşkar edildikdə, işçi və rəhbəri intizam məsuliyyətinə cəlb olunsun.
3. İcraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin rəisi Nabat Bəkirova İdarənin struktur bölmələrinə əmrin surətinin çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət İdarənin ümumi məsələlər üzrə rəis müavini Aydın Kərimova tapşırılsın.
Rəis
İ.Şirəli
İcraçı: SOCAR:00100000 - SOCAR-ın Baş ofisi:20009934 - Sənaye Təhlükəsizlik İdarəsi:20009936 - Rəhbərlik yanında aparat, böyük hüquq məsləhətçisi, Rəhim Həsənov, Tel(Daxili: 521-00-00 (61-015))
Dostları ilə paylaş: |