ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
  1   2   3   4   5   6   7   8   9   ...   24


 
 
ġƏMĠSTAN NƏZĠRLĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TOPOQRAF – 
GENERAL 
ĠBRAHĠM AĞA 
VƏKĠLOV 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – “ZAMAN” – 2002 
 
 


 
 
Elmi redaktoru:   Qərib Şamil oğlu Məmmədov  
                            Azərbaycan Milli Elmlər  
                            Akademiyasının müxbir üzvü,  
                            biologiya elmləri doktoru, professor. 
 
Üz qabığında Ġ.Vəkilovun tərtib etdiyi milli xəritədən istifadə olunmuĢdur. 
 
ġəmistan Nəzirli. Topoqraf-general Ġbrahim ağa Vəkilov. Bakı, 
“Zaman” nəĢriyyatı, - 2002. 296 səh. və 32 səh. Ģəkillər. 
 
Azərbaycanda  elə  nəsillər  var  ki,  həkim,  maarifçi,  mühəndis,  elm  xadimi 
yetiĢdirməklə  yanaĢı,  onların  hərbçi  oğulları  da  olmuĢdur.  Hələ  imperiya  və 
Cümhuriyyət dövründə Qacarlar nəslindən səkkiz, Naxçıvan Kəngərlilərindən beĢ, 
Bakıxanovlardan üç, CavanĢirlərdən dörd, Yadigarovlardan üç, ġıxlinskilərdən iki, 
TalıĢxanovlardan  dörd  nəfər  general  yetiĢmiĢdir.  Bunlar  bir  nəslindən  sayca  çox 
olanlardır. 
Nüfuzlu  Vəkilovlar  nəsli  isə  Azərbaycan  hərb  tarixinə  topoqraf-general 
Ġbrahim ağa Vəkilovu (1853-1934) bəxĢ etmiĢdir. 
Hərb 
tariximizdə 
müstəsna 
xidmətləri 
olmuĢ 
topoqraf-general 
Zaqafqaziyada yeganədir - nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu 
sahə üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb. 
Tədqiqatçı, polkovnik-leytenant ġəmistan Nəzirlinin yeni kitabında general-
mayor Ġbrahim ağa Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin 
(1811-1891),  general-mayor  Həbib  bəy  Səlimovun  (1881-1920),  Həsən  ağa 
Bakıxanovun  (1833-1898),  Ağası  bəy  AvĢarovun  (təx.1830-?),  Ģahzadə  Rzaqulu 
Mirzə  Qacarın  (1837-?),  Tərlan  bəy  Əliyarbəyovun  (1892-1956),  Əsəd  bəy 
TalıĢxanovun  (1857-1919),  polkovnik  Bəhram  bəy  Nəbibəyovun  (1884-1930), 
Qalib  bəy  Vəkilovun  (1888-1937),  Gəray  bəy  Vəkilovun  (1884-1952),  kapitan 
Bahadır  bəy  Vəkilovun  (1889-1920)  və  baĢqa  görkəmli  hərb  xadimlərinin  ömür 
yolu zəngin faktlar əsasında qələmə alınmıĢdır. 
Kitabda  həm  də  ötən  yüz  illiklərdə  indiyədək  açılmayan  səhifələr  barədə 
(Hərb tariximizdə nələr olmuĢdur?) oxuculara ilk dəfə məlumat verilir. 
 
ġ        4702060106               qrifli nəĢr 
    AB № 022039 – 45   
 
© Ş.Nəzirli - 2002 
 
 


 
TOPOQRAF-GENERAL ĠBRAHĠM AĞA VƏKĠLOV 
 
Xalqımızın  yetirdiyi  elə  Ģəxsiyyətlər  var  ki,  onların  adına  ancaq  müxtəlif 
mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. YaĢadığı dövrdə, illərdə bunların 
fəaliyyəti geniĢ iĢıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. 
Xalqımız üçün gördükləri əvəzsiz iĢlər ört-basdır edilib. Totalitar rejimin “müsavat 
generalı”  damğası  vurduğu  onlarca  belə  qeyrətli  sərkərdəmiz  yaddaĢlardan  qeyb 
olub.  Böyüməkdə  olan  gənc  nəslin,  demək  olar  ki,  adı  ara-sıra  çəkilən  bu 
Ģəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün 
bizim üçün böyük məktəbdir. 
Topoqraf-general  Ġbrahim  ağa  PaĢa  ağa  oğlu  Vəkilov  da  belə  unudulmuĢ 
Ģəxsiyyətlərdən biridir. 
1853-cü  il  mayın  7-də  keçmiĢ  Yelizavetpol  quberniyası  Qazax  qəzasının 
Qırax  Salahlı  kəndində  anadan  olan  Ġbrahim  ağa  Vəkilov  on  bir  yaĢında  atadan 
yetim qalıb. Atası PaĢa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə 
saxlayan anası Tükəzban  xanım Yusif ağa  qızı Ġbrahimin  fəhmi,  fərasəti ilə daha 
çox öyünür, qürrələnirdi. 
General Ġbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi: 
1900-cü  mart  ayının  15-ci  günü!  Qazax  Qəza  Rəisi  cənablarının  7  yanvar 
1900-cü  il  tarixli  80  nömrəli  yazılı  müraciəti  əsasında  mən  Qazax  Qəzası  II 
sahəsinin  Pristavı  vəzifəsinin  icraçısı  Poruçik  Kolomeytsev  bu  tarixdə  gizir  PaĢa 
Xəlil ağa, mayor Əli Vəkil Qazaxlı və Pənah Bəy Vəkilov Qazaxlının nə vaxt və 
hansı  valideynlərdən  doğulduqlarını  aydınlaĢdırmaq  məqsədilə  dindirilmə 
aparmaqla  Salahlı  kəndinin  uzunömürlü  sakinləri  Molla  Nəsib  Oruc  oğlunu, 
Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, Ġbrahim Əfəndi oğlunu, Məmməd 
Panbıq BəĢi oğlunu, Əmirxan Hacı oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud 
oğlunu,  yerli  ruhanilər  Molla  Usub  Əfəndini,  Məmməd  Əfəndi  oğlunu  və  Molla 
Məmməd  Zərif  oğlunu  dəvət  etmiĢəm.  Onların  Ģəhadətləri  inandırıcıdır  və 
qabaqcadan  Ģəhadətlə  gətirilərək  dindirmiĢəm  və  yuxarıda  ərz  olunan  məsələ  ilə 
əlaqədar  onlar  bunları  demiĢlər:  bizə  dürüst  məlum  olduğu  kimi  gizir  PaĢa  Ağa 
qanuni  valideynləri  -  atası  Xəlil  Ağadan  və  anası  Fatma  Xanım  Əlibəy  qızından 
doğulmuĢdur; gizir Xəlil Ağa, mayor Əli Ağadan və ġəhriyar Xanım Hacı Qasım 
Ağa  qızından  doğulmuĢdur;  mayor  Əli  Ağa  Pənah  Ağadan  və  Zöhrə  xanım 
Abdulla Ağa qızından, Pənah bəy isə Məmməd ġərif Ağadan və anası Yetər Xanım 
Yolçu  qızından  doğulmuĢlar.  Fəqət  onların  məhz  nə  vaxt  anadan  olmalarını 
doğulduqları  dövrdən  xeyli  ötüĢdüyünə  görə  bilmirik.  Yuxarıda  ərz  olunanlarla 
əlaqədar  mən,  Pristavın  vəzifələrinin  icraçısı  qərara  aldım:  Hazırkı  protokolu 
tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək. 
II Sahənin Pristavı Kolomeytsev
1
 
                                                           
1
 Sənədin əsli ġöhrət Vəkilovda saxlanılır. – ġ.N. 


 
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiĢ və hərbi topoqraflar 
Korpusunun  Kapitanı  Ġbrahim  bəy  Vəkilova  onun  xahiĢi  əsasında  təhvil 
verilmiĢdir. Bunu da Zaqafqaziya Sünnü Ruhani Ġdarəsi imza və dövlət möhürü ilə 
təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis Ģəhəri. 
İdarənin rəisi Zaqafqaziya Müftisi:  
Mirzə Hüseyn əfəndi Qayıbzadə 
Möhür 
katib: imza, 
katibin köməkçisi: imza. 
 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  elmi  arxivində  saxlanılan  əlli  altı 
nömrəli  qovluqda  Ġbrahim  ağa  Vəkilovun  1866-cı  il  sentyabrın  6-da  Tiflisdəki 
üçüncü  Mejavoy  Hərbi  Gimnaziyasına  daxil  olduğu  göstərilir.  Orta  məktəb 
həcmində  təhsil  verən bu  məktəbdə  doqquz  il oxuduqdan sonra  həmyerlisi Mirzə 
Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə Ġbrahim Peterburqdakı hərbi topoqrafiya 
məktəbinə daxil olur. 
1879-cu  ildə  Ġbrahim  ağa  Vəkilov  həmin  məktəbi  müvəffəqiyyətlə  bitirib, 
praporĢik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz 
hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalıĢır. 
Xidmətinin  ilk  illərində  Dağıstanda  topoqrafik  çəkiliĢlərlə  məĢğul  olan 
Ġbrahim  ağa  Vəkilov  1883-cü  ildə  Rus-Ġran  komissiyasının  tərkibində  Xəzər 
dənizindən  Əfqanıstana  qədər  olan  sərhədlərin  dəqiqləĢdirilməsində  iĢtirak  edir. 
Belə bir ciddi iĢi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, 
Ġbrahim  ağa  Vəkilovun  xidməti  Ġran  hökumətinin  ən  yüksək  “ġire-XorĢid” 
ordeninə  layiq  görülür.  BeĢ  il  Qafqaz  hərbi  dairəsinin  topoqrafiya  Ģöbəsinə 
rəhbərlik edən Ġbrahim ağa  Qafqazın və Krımın  müxtəlif rayonlarında  topoqrafik 
çəkiliĢlərlə məĢğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan Ġbrahim ağa Vəkilov 
dörd il rus səfirliyində  yaĢayaraq xüsusi tapĢırığı yerinə  yetirir. Mayor rütbəsində 
yenidən Qafqaz hərbi dairəsində mühüm iĢlər icraçısı iĢləyir. 
1901-ci ildən Ģöbə rəisi podpolkovnik Ġbrahim ağa Vəkilov Qars vilayətinin 
Rus-Türk  sərhədlərində  topoqrafik  çəkiliĢə  rəhbərlik  edir  və  Bosforun  hərbi 
xəritəsini hazırlayır. 
1912-13-cü  illərdə  Rus-Ġran  hökumətinin  danıĢıqlarına  əsasən  polkovnik 
Ġ.Vəkilov  Cənubi  Azərbaycanın  Təbriz,  Urmiya  və  Xoy  Ģəhərlərində  keçirilən 
topoqrafik çəkiliĢlərə də baĢçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüĢən 
ordu  qərargahında  fəaliyyət  göstərən  polkovnik  Ġbrahim  ağa  Vəkilov  1917-ci  il 
inqilabından  sonra  Tiflisə  qayıdır.  Onun  xidmətləri  Stanislav,  Anna  və  dördüncü 
dərəcəli Vladimir ordenlərinə layiq görülür. 
Ġbrahim  ağa  Vəkilov  Qafqazda  hərbi  topoqrafiya  üzrə  general-mayor 
rütbəsinə layiq görülmüĢ yeganə Ģəxsiyyətdir. 


 
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında yə Zaqafqaziya Xeyriyyə 
Cəmiyyətinin  sədri  vəzifəsində  çalıĢan  Ġbrahim  ağa  sonralar  Bakıda  və  Gəncədə 
fəaliyyət göstərir. 
1918-ci  ildə  o,  Azərbaycan  Milli  Ordusunun  təĢkilində  fəal  çalıĢanlardan 
olmuĢdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və Ģəhər 
sovetlərinin  seçkilərinə  rəhbərlik  etməyə  göndərmiĢdi.  Vəkilovun  nüfuzu  yeni 
yaranan  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  bölgədə  dərinləĢməsinə  güclü 
təkan vermiĢdi. 
1918-ci  il  iyunun  23-də  Respublika  daxili  iĢlər  nazirinin  əmrilə  polkovnik 
Ġbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-
ayrı  kəndlərdə  sığınacaq  tapmıĢ  daĢnak  tör-töküntülərinə  divan  tutan  qubernator 
onları  tərksilah  etmiĢdi.  Onun  daxili  iĢlər  nazirinə  göndərdiyi  1919-cu  il  23  mart 
tarixli  məlumatında  bildirilirdi  ki,  Gəncə  qəzasında  daĢnak  irticasının  və  xarici 
müdaxiləçilərin  törətdiyi  fitnə-fəsadlar  aĢkar  edilmiĢdir.  Yerli  bolĢeviklərlə 
birləĢən  ermənilər  müsəlmanlar  arasında  qırğın  törətmək  istərkən  yaxalanmıĢlar. 
Onların baĢçısı qolçomaq CümĢüd Voskanov həbs edilmiĢdir. 
1919-cu  ilin  martında  Novruz  bayramı  münasibətilə  milli  ordunun  paradı 
keçirilirdi.  Respublika  Hərbiyyə  naziri  Səməd  bəy  Mehmandarov  və  bir  qrup 
parlament  üzvü  parad-nümayiĢdə  iĢtirak  etmək  üçün  Gəncəyə  gəlmiĢdi.  Gəncə 
qarnizonundakı  səliqə-sahmana  və  nümunəvi  qayda-qanuna  görə  hərbiyyə  naziri 
Ġbrahim ağa Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi. 
Azərbaycan  hökumətinin  1919-cu  il  30  mart  tarixli  qərarı  ilə  uzun  illər 
ordudakı nümunəvi  xidmətinə görə  Ġbrahim ağa  PaĢa  ağa  oğlu Vəkilova  general-
mayor rütbəsi verilmiĢdi. 
Ay  yarım  sonra  (1919-cu  il  martın  14-də)  general  Ġbrahim  ağa  Vəkilov 
hökumətin 248 nömrəli əmri ilə BaĢ Qərargahda hərbi topoqrafiya Ģöbəsinin rəisi 
təyin  olunmuĢdu.  O,  rusların  aprel  iĢğalına  qədər  bu  vəzifədə  qeyrət  və  vicdanla 
çalıĢmıĢdı. 
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında 
BaĢ Qərargah Ġdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya Ģöbəsinin 
rəisi  general-mayor  Ġbrahim  ağa  Vəkilov  idi.  Ġpək  sapla  iĢlənmiĢ  bayrağın  bir 
üzündə  əski  əlifba  ilə  “Azərbaycan”,  o  biri  üzündə  isə  Müqəddəs  Qurandan: 
“Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmıĢdı. BaĢ Qərargah Ġdarəsinin 
verdiyi beĢ saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və 
hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur. 
Hələ  əsrin  əvvəllərində  Tiflis  ədəbi  mühitində  yaxından  iĢtirak  edən 
Ġbrahim  ağa  Vəkilov  böyük  dramaturqumuz  Cəlil  Məmmədquluzadə  ilə 
dostlaĢmıĢdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalıĢırdı. Bu fakta Mirzə 
Cəlilin  həyat  yoldaĢı  Həmidə  xanımın  “Mirzə  Cəlil  haqqında  xatirələrim” 
kitabında  da  rast  gəlmək  olar.  Həmidə  xanım  yazır:  1907-ci  ildə  Qarabağda 
çəyirtkə  və  aclıq  gözlənilirdi...  Tiflisdə  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  sədri 


 
Ġbrahim  ağa  Vəkilov,  katibi  Mirzə  Cəlil  bizim  rayonun  qaldığı  çıxılmaz 
vəziyyətdən  xəbər  tutduqda  zərərçəkənlərə  paylamaq üçün poçt  ilə  mənim adıma 
altı yüz manat pul göndərmiĢdi. 
Polkovnik  Ġbrahim  ağa  Vəkilov  1906-cı  ilin  yanvarın  səkkizində  Qafqaz 
kənd  təsərrüfatı  cəmiyyətinin  zalında  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  ilk  sədri 
seçilir.  Azərbaycanın  qabaqcıl  ziyalıları  polkovnik  Ġbrahim  ağa  Vəkilovu  səsə 
qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. 
Cəmiyyətin  katibi  Cəlil  Məmmədquluzadə,  üzvlüyə  namizədlər  isə 
Əlimərdan bəy TopçubaĢov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə, RəĢidbəy 
Ġsmayılov,  Ġmadəddin  Sübhanqulov,  Kamal  Əfəndi  Ünsizadə,  Məmmədhəsən 
Ġmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və baĢqaları seçilir. 
Bizdə Mirzə Cəlillə general Ġbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq 
edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan “Molla 
Nəsrəddin”  jurnalının  on  ikinci  sayındandır.  Həmin  sayda  Ġbrahim  ağa  haqda  iki 
dostluq  Ģarjı  verilib.  Birinci  Ģarjda  küçədə  Ġbrahim  ağaya  rast  gələn  ziyalı 
müsəlmanların hamısı ona baĢ əyir, xoĢ təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, 
sən Xeyriyyə Cəmiyyətini təĢkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. 
Ġzof  Rotterin  məharətlə  çəkdiyi  bu  Ģəklin  altında  belə  yazılıb:  “Ġbrahim  ağa 
Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmiĢdən əvvəl”. 
Ġkinci  Ģarjda  isə  Ġbrahim  ağa  küçənin  ortasında  tək  dayanıb.  Ondan  baĢ 
götürüb  qaçan  ziyalı  müsəlmanlara  baxıb,  acı-acı  gülümsəyərək  “Bunlara  nə 
oldu?” - deyir. Bu “ziyalı”  müsəlmanların kimisi qaçır, kimisi də gizlincə tindən, 
dalandan  qorxa-qorxa  Ġbrahim  ağaya  baxır.  Hərbi  formalı  Ġbrahim  ağanın  indi 
küçədə  əlləri  təəccüblə  açıq  qalıb.  ġəklin  altında  oxuyuruq:  “Xeyriyyə 
Cəmiyyətinin sədri seçiləndən sonra”. 
Əsrin əvvələrində Ġbrahim ağa bir topoqraf kimi çox məĢhur olub. Qırx ilə 
yaxın  hərbi  topoqraf  kimi  fəaliyyət  göstərən  Ġbrahim  ağa  Vəkilovun  xidmətləri 
Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), Ġranın “ġire-XorĢid” ordenilə 
(1888),  Müqəddəs  Stanislav  ordeninin  ikinci  dərəcəsilə  (1894),  Müqəddəs  Anna 
ordeninin  ikinci  dərəcəsilə  (1897),  Müqəddəs  Vladimir  ordenin  dördüncü 
dərəcəsilə (1903) qiymətləndirilib. 
1902-ci ildə Tiflisdə nəĢr olunmuĢ “Rus imperatorluğunun coğrafi birliyinin 
Qafqaz  Ģöbəsi  xəbərləri”  kitabının  (XV  cild)  iki  yüz  əlli  səkkizinci  səhifəsindəki 
xəbər eloğlumuzun fəaliyyəti barədə xoĢ təsəvvür yaradır: “Podpolkovnik İbrahim 
ağa  Vəkilovun  rəhbərlik  etdiyi  dördüncü  bölmə  Qars  qalası  rayonunun  yarım 
verstlik miqyası (məsafədən) çəkilişini davam  etdirmək tapşırığını almışdı.  İndiyə 
kimi  çəkiliş  şöbə  tərəfindən  əla  aparılmışdı.  Podpolkovnik  İ.Vəkilovun  coğrafi 
çəkiliş  şöbəsində  kollej  assesoru  Baqdanov,  podyesaul  Borisenko,  podporuçik 
Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”. 
1920-ci 
ildə  Azərbaycanın  ilk  coğrafi  xəritəsinin  müəllifi  və 
respublikamızda  topoqrafiya  məktəbinin  yaradıcısı da  general-mayor Ġbrahim ağa 


 
Vəkilov olmuĢdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiĢ 
Milli ġuranın üzvü idi. 
1922-ci  il  dekabrın  3-də  Xalq  Komissarlığının  və  Hərbi  Dəniz 
Donanmasının əmrində oxuyuruq: 
“Hərbi  topoqrafiya  Ģöbəsinin  rəisi  Ġbrahim  ağa  Vəkilov  yoldaĢ  hərbi 
topoqrafiya  kurslarının təĢkili və  rəhbərliyi  sayəsində  misilsiz  xidmətlərinə, eləcə 
də  yeni  topoqrafların  yetiĢdirilməsinə  səmimi  və  vicdanla  yanaĢmasına  görə, 
topoqrafçıların  birinci  buraxılıĢının  təntənəsi  günü,  ümumi  iclasın  qərarlarına 
əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdir. 
Hərbi Dəniz Donanmasının Xalq komissarı 
Qərargah rəisi”. 
 
Yeni gələn Ģura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa 
da,  Ġbrahim  ağa  hərbi-elmi,  pedaqoji  fəaliyyətini  dayandırmayıb.  Ehtiyac  içində 
yaĢayan  general  ömrünün  son  günlərində  hökumətə  yazdığı  ərizəsində  bildirirdi: 
“Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur. 
Oğlumun darısqal evinin kiçik bir küncündə yaĢayıram...” 
Ədalətsizliyə  bax  ki,  arxivdə  saxlanan  “Hərbi  xidmət  kitabçası”nın 
“rütbəsi”  yazılan  qrafasında  Sovet  hökumətinin  hansısa  xəbis  ürəkli  bir 
nümayəndəsi general-mayor sözlərinin üstündən tuĢla qara xətt çəkib. 
Onun  çox  böyük  topoqraf  təcrübəsi  inqilabdan  sonra  yalnız  milli 
diviziyalarda  deyil,  həm  də  Respublika  Xalq  Torpaq  Komissarlığı  Topoqrafiya-
Geodeziya  Ġdarəsinin  rəisi  vəzifəsində,  Azərbaycanın  Qədim  Dövr  Ġncəsənət 
Abidələrini və Təbiəti Mühafizə Komitəsində iĢləyəndə karına gəlmiĢdi. 
General  Ġbrahim  ağa  Vəkilovun  zəngin  arxivi  ilə  tanıĢ  olduqca  Ģəkil  və 
sənədlərdə  fədakar,  vicdanlı,  xalqını,  millətini  sevən  bir  insanın  dolğun  obrazını 
açıq-aydın görmək olur. 
Ġstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb 
dövrünü  öyrənmək  üçün  generalın  məqalələri  kifayət  qədər  material  verir.  Onun 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  arxivində  mühafizə  olunan  əlyazmasında 
sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general Ġbrahim 
ağa  Vəkilovun  inqilabdan  əvvəlki,  həmçinin  1918-20-ci  illərdə  Milli  Azərbaycan 
ordusundakı  misilsiz  xidmətinin  yalnız  bir  hissəsidir.  Hətta,  onun  sovetlər 
dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil: 
1)
 
Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373-a nömrəli əmrin surəti, 4-cü § 
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdim. 
2)
 
Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi Ġcra Komitəsinə 
8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamıĢam. 
3)
 
Azərbaycan Mərkəzi Ġcraiyyə Komitəsinin 23/XI-1922-ci il tarixli jurnal 
qərarının çıxarıĢını yazmıĢam. 


 
4)
 
Azərbaycan  Hərbi  Komissarlığının  8  may  1923-cü  il  tarixli  1347 
nömrəli  vəsiqəsini tərtib etmiĢəm. 
5)
 
Azərbaycan SSR Mərkəzi Ġcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli 
qətnaməsinin çıxarıĢını yazmıĢam. 
6)
 
Köçərilər  haqqında  məqaləm  “Azərbaycanı  Tədqiq  Edən  və  Öyrənən 
Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib. 
7)
 
“Yeni  kənd”  jurnalında  Ağamalı  oğlu  adına  Torpaq  Ölçmə 
Texnikumunun yaradıcısı kimi mənim fotoĢəklim verilib. 
8)
 
T.Q.Sultanovun  “Naxçıvan  Diyarı  və  onun  iqtisadiyyatı”  kitabı  mənim 
tərtib etdiyim xəritə ilə birlikdə nəĢr olunub. 
9)
 
a)  Azərbaycanın,  b)  Bütün  Qafqazın,  v)  Avropanın,  q)  Asiyanın,  d) 
Amerikanın  (ġimali  və  Cənubi),  i)  türk  xalqlarının  Asiya  və  Avropada 
məskunlaĢmasının xəritələrini tərtib etmiĢəm. 
 
ALĠM SÖZÜ 
 
General  Ġbrahim  ağa  Vəkilovun  sərkərdəlik  fəaliyyətindən  baĢqa  ayrı-ayrı 
sahələrdə  də  xalqımız  qarĢısında  xidmətləri  çox  olmuĢdur.  Azərbaycan 
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də Ġbrahim ağadır. 
Bu dəyərli xəritənin taleyi necə olmuĢdur? Bu milli xəritə nə az, nə də çox, 
yetmiĢ  ildən  artıq  xalqımızdan  gizlədilmiĢ,  sovet  dövründə  ondan  istifadə 
olunmamıĢdır. YaddaĢlardan  qeyb olunan  xəritənin  yeganə nüsxəni qeyrətli alim, 
coğrafiya  elmləri  namizədi,  dosent  Malik  Mirzəyev  qoruyub  bu  günümüzə  qədər 
saxlaya bilmiĢdir. 
-  Malik  müəllim,  general  Ġbrahim  ağa  Vəkilovun  kartoqrafik  xəritəsi 
sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir? 
-  Generalın  tərtib  etdiyi  “Azərbaycan  Respublikasının  siyasi  və  təbii 
xəritəsi”  kartoqrafik  bir  əsərdir.  O,  məĢhur  dünya  alimlərinin  və  kartoqraflarının 
tərtib  etdikləri  xəritələrlə  müqayisədə  nəinki  onlardan  geri  qalmır,  hətta  onlardan 
çox-çox  üstündür.  Adətən,  xəritə  tərtibçiləri  bir  sahəni  (relyef,  siyasi,  iqtisadi, 
fiziki  və  s.)  əks  etdirınəklə  kifayətlənirlər.  Bir  xəritədə  iki  sahəni  birləĢdirmək 
ideyası ilk dəfə general Ġbrahim ağa Vəkilova müyəssər olmuĢdur. O, bir xəritədə 
həm  siyasi,  həm  də  təbii  məkanları  birləĢdirmiĢ  və  nəticədə  dərin  məzmunlu, 
zəngin  təfsilatlı,  asan  oxuna  bilən  orijinal  kartoqrafik  əsər  yaratmıĢdır.  Xəritənin 
təhlilindən  aydın  olur  ki,  müəllif  onu  tərtib  etmək  üçün  gərgin  elmi  axtarıĢlar 
aparmıĢ, topoqrafiya, toponimika, tarix, onamistika, eləcə də coğrafiya elmlərinin 
öyrənilməsinə xüsusi diqqət yetirmiĢdir. Xəritə qırmızı rəng çaları ilə iĢlənmiĢ, ay-
ulduz bayrağı ilə birgə çap olunmuĢdur. Onun üçün l:420000 miqyas seçilmiĢdir. O 
dövr  üçün  hər  yerdə-ölkədə  ondan  asanlıqla  istifadə  etmək  üçün  ingilislərin 
iĢlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki əhəmiyyətini xeyli artırmıĢdır. 
Xəritədə  verilən  marĢrut  iĢarələrinin  yığcamlığı  xüsusi  əhəmiyyət  kəsb  edir. 


 
Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. ĠnĢa olunmuĢ, inĢa olunan, 
ensiz  dəmir  yolları,  araba,  Ģosse  yolları  və  axan  çay  aydın  nəzərə  çarpan  Ģəkildə 
çəkilmiĢdir.  Onun  təhlili  göstərir  ki,  müəllif  topoqrafiyanı  əla  bildiyindən  iri 
yaĢayıĢ məntəqələri ətrafında, ayrı-ayrı sahələrdə bağları, Ģorluqları, bataqlıqları da 
göstərmiĢdir.  Xüsusilə,  Xocavənd,  Lənbəran,  Kvartaboyəhmədli  ərazilərində 
bağlıq sahələr daha çox qeyd olunmuĢdur. 
-
 
Malik  müəllim,  bəs,  təbii  yer  adları  necə  iĢlənmiĢdir?  Onlar  rus 
xəritə və mənbələrindəki kimi dəyiĢdirilmiĢ, yoxsa türkcəsi saxlanılmıĢdır? 
-
 
General Ġbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer adlarının türkcə 
iĢlənməsidir.  Məsələn,  Kür-Araz  ovalığında  Muğan  bozqırı,  Mil  bozqırı,  ġirvan 
bozqırı  kimi  adlar  saxlanılmıĢdır.  Təbii  coğrafi  yer  adları  isə  indikilərdən  az 
fərqlənir. Məsələn: Dəli Məhəmmədi. 
Xəritədən  kifayət  qədər  maraqlı  məlumatlar  almaq  olar.  Xüsusilə,  tarixi 
adların  verilməsi  onun  dəyərini  daha  da  artırır  (Qarabulaq,  Əbdəllər,  Korusu, 
Tərtər,  Ġrəvan,  Tiflis).  Salyan  və  Sabirabad  ərazisində  bir  çox  qalaların  adları 
(Mahmud qala, Cavad qala, ġin qala, Əbul qala) tarixi məna kəsb edir. Xəritədə bu 
qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsi, göstərilməsi də 
elmi  cəhətdən  çox  maraqlıdır.  Xəzər  dənizi  boyu  -  Dərbənddən  Astaraya  qədər 
çoxlu  burunların  və  ətəkələrin  hamısı  türk  -  Azərbaycan  adı  ilə  göstərilmiĢdir. 
Müəllifin  silsiləni  sıralar,  aĢırımı  aĢma,  çölü  bozqır,  kəndi  köy  kimi  yazması  da 
dilçilik baxımından çox maraqlıdır. 
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyiĢdirmiĢ 
və  təhrif  etmiĢlər.  Həmin  baĢabəla  “tədqiqatçılara”  Ġ.Vəkilovun  xəritəsi  tutarlı 
cavabdır.  Oxçu,  Ağstafa,  Alagöl,  Qaragöl,  Bazarçay  və  s.  türk  mənĢəli  adlar 
bunlara  əyani  misaldır.  Xəritədə  coğrafi  adların  düzgün  verilməsi  (oronimlər, 
hidronimlər,  oykenimlər)  hazırda  böyük  elmi  əhəmiyyətə  malikdir.  Saxtakar 
erməni tədqiqatçılarını ifĢa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər. 
Ġbrahim  ağa  Vəkilovun  xəritəsi  onun  əlimizdə  olan  yeganə  kartoqrafik 
əsəridir.  Xəritənin  tarixçi,  dilçi,  coqrafiyaçı  alimlər  və  siyasətçilərin  dərindən 
təhlilinə  ehtiyacı  var.  Ġndiki  dövrdə  bəzi  mübahisəli  məsələlərin  (ad,  sərhəd) 
aydınlaĢdırılmasında  ondan  istifadə  etmək  vacibdir.  Xəritədə  göstərilmiĢ,  indi  isə 
unudulmuĢ türk mənĢəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola 
bilər. 
Azərbaycan  Respublikasının  qonĢu  dövlətlərlə  sərhədlərinin  xəritədə 
göstərilməsi  (xüsusən,  Ermənistan,  Dağıstan)  müəllifin  Qafqazı  yaxından 
tanımasından irəli gəlir. 
Ġbrahim  ağa  Vəkilovun  “Azərbaycan  Respublikasının  siyasi  və  təbii 
xəritəsi”  adlı  məzmunlu  kartoqrafik  əsəri  qəza  sərhədlərini  (siyasi  vəziyyəti)  çox 
əyani göstərən bir xəritədir. 
Ġstedadlı topoqrafik-xəritəçi Ġbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində 
kiçik  əl  gəzdirməklə  yenidən  çap  olunması  vacibdir.  Mənə  belə  gəlir  ki, 

10 
 
Ġ.Vəkilovun  əlimizə  gəlib  çatmayan  çoxlu  əsəri  hələ  də  müxtəlif  arxivlərdə  öz 
tədqiqatçısını gözləyir. 
Azərbaycan  Respublikasının  müstəqillik  yolunda  atdığı  addımlar  bizi 
unutdurulmuĢ  məĢhurlarımızla  daha  yaxından  tanıĢ  olmağa,  onların  əsərlərinin 
toplanıb çap olunmasına köməklik göstərəcəkdir. 
Ġbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində apardığı iĢlər 
onun  həmvətənlərinə  layiqincə  çatdırılmalıdır.  Bunun  üçün  gənclərə  Vətən 
təəssübkeĢliyi,  milli  hiss,  keçmiĢimizə  qayğı  kimi  mənəvi  keyfiyyətlər 
aĢılanmalıdır. 
Təəssüf  ki,  belə  bir  görkəmli  alim-general  haqqında  Azərbaycan 
Ensiklopediyasında bir sətir belə yoxdur. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin