ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
#7178
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Birinci məktub: 
Bu gün ki, ibarət olsun aprelin 12-si padiĢah cəmi qoĢunu bir yerə cəm edib davanı elan etdi və bu gün 
axĢamadək hər tərəfdən qoĢun hərəkət edir. Amma biz, yəni Nikolay Nikolayıçin hüzurunda onlar hənuz padĢah 
Peterburqa  gedənədək  KiĢinyovda  olarıq,  ondan  sonra  biz  həm  hərəkət  edirik.  Amma  hansı  tərəfə  hərəkət 
olmağın  yazmağa  məzun  degiləm.  ĠnĢallah,  mümkün  olduqca  hər  məkandan  təbl  irsal  olar.  Xatircəm  olun 
mənim üçün çəndən düĢvar əmir yoxdur. Ağabikədən və Bilqeyisdən soruĢ ki, mənim Ģəklimi tanıyırlarmı! 
Mehdiquluxan, 
q. Kişinyov, 
12 aprel 1877q. 
*  *  * 
Ġkinci məktub: 
Keçib BulayeĢt Ģəhərinə ki, Ruminiyanın Ģəhərlərindəndir varid olduq. Kim bilərdi ki, mənim bu səfərim 
bu növ bəndülhəd olar. Bu gün beĢ gün izafədir ki, qələdən
18
  çıxıb  müsafirət  əzmin  etmiĢəm.  Bu  əmr,  o  növ 
asan dəgilmiĢ ki, təsəvvür olurdu. Əlxüsus davanın ittifaqı məni çox müqəyyəd etdi. Xülasə qeydi nəkərdəyəm 
ki, moyəssər Ģəvəd... Ağbikə və Bilqeyis mənim Ģəklimi görəndə yəqin bir Ģeyi zehinlərinə gəlmir ki çünki ki 
əslin bəndül-həd qeybəti surəti zehindən zayil edir. Əlhəmdülillah hər növ salamatlıq və asudə xatırlıq vüsuldur. 
Nigranlıq həmin sizlər tərəfindəndir. Kağız yazmaqda kütahlıq olmasın, mənə gələn kağızları zakaznoy edin və 
əgər firəng dilini bilən olsa ünvanı firəngcə yazdırın. 
Mehdiquluxan, 
12 may. 
*  *  * 
Üçüncü məktub: 
Bu  haladək  səndən  kağız  vüsul  olmayıb,  əgərçi  til  rəf`e  nigaranlıq  etdi.  Amma  təfsilən  bilmirəm  ki, 
necəsən və uĢaqlar necədirlər. Velikiy Knyaz Xaç suya düĢən zamanda inĢallah məni məzun edər və mən qələyə 
azim olaram. Hər vəqt və hər poçt ilə kağuz yazıb əhvalatdan müxəbbir et. Zəhranı və Ağabikəni, Rüstəm bəyi 
əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam. 
Vəssalam. 
Mehdiquluxan. 
 
*  *  * 
Dördüncü məktub: 
Bu Ģəhərdə varid ola... 
Ona-bəna  bunca  gəlməyə  ektifa  edüb  əhval-pürsan  pəriĢanlıq  cəndan  yoxdur.  Bir  müddət  Odessada 
olarıq, sonra sərhədə əzm olar onlar sonra nə olar bilmirəm. Oraya kağız təxir ilə çatır. Ancaq salamatlıq olsa 
kafidir. Ağabikəni, Bilqeyisi, Əzizəni didə busə ol. 
Bu kağıza cavab göndər. Vəssalam. Əmanə xanım kağızı burada bənə vüsul oldu. 
Mehdiquluxan, 
17 fevral. 
*  *  * 
 
ġahnəzərov oraya varid olub, sənə irsal olan Ģeyləri yetirməkdən xəbər yaz və Əkbərə corab anamın və 
bacımın xoĢuna gəlsə yazın irsal olsun. 
Mehdiquluxan. 
 
*  *  * 
BeĢinci məktub: 
Ruhum  bu  gün  sübh  vaxtı  Ağstafaya  varid  oldum.  Yollar  nəhayət  xarabdırlar.  Amma  bir  vaqiə  ariz 
olmayıb  hər  cəhətdə  salamatlıq  hasildir.  UĢaqlardan  çox  nigaranəm.  Bu  səfər  uĢaqları,  ələlxüsus  Ağabikəni 
müfariqəti çox müəssirdir. 
Xasayı, Ədil xanı, Əzizəni didə bus ol. Amma Ağabikənin sənə dəxli yoxdur. Vəssalam. 
Mehdiquluxan. 
*  *  * 
 
                                                           
18
 ġuĢa Ģəhəri nəzərdə tutulur. – ġ. N. 
 

83 
 
Qubernator ilə Ərzi rahda mülaqat oldu. MüĢarəleyh Gəncəyə azimdir. 
Mehdiquluxan. 
 
*  *  * 
 
Qvardiya  polkovniki  Ģahzadə  Xanbaba  xan  Qacar  1899-cu  il  fevralın  26-da  podpolkovnik  rütbəsi  alıb. 
1877-78-ci illərdə rus-türk müharibəsinin fəal iĢtirakçısı Ģahzadə Xanbaba xan Qacar qırx beĢinci ġimal-draqun 
alayının komandiri kimi döyüĢ qabiliyyətinə görə müqəddəs Stanislav ordeninin ikinci və üçüncü dərəcəsi ilə 
(qılınc və bantla birgə), Müqəddəs anna ordeninin üçüncü dərəcəsilə və müqəddəs Vladimir ordeninin dördüncü 
dərəcəsi ilə təltif olub. O, 1907-ci ilin may ayında polkovnik rütbəsi alıb. 
Ġmperatorun  yüksək  dərəcəli  əmrinə  əsasən  polkovnik  Xanbaba  xan  və  böyük  qardaĢı  general-mayor 
Rzaqulu Mirzə Qacar Əlahəzrət titulunu daĢıyır, üstəlik də Ģahzadə nəslindən olduğuna görə ildə altı yüz manat 
təminat alırdılar. 
1866-cı ildə mayor Xanbaba xan Qacar atasının dostu Mirzə Fətəli Axundovun böyük qızı Seyrəbəyimlə 
ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - Mələksima adlı qız və Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı 
il  sonra  -  1872-ci  ildə  Seyrəbəyim  vəfat  edir.  Ġki  uĢağın  anasız  qalması  Mirzə  Fətəliyə  çox  ağır  təsir  edir. 
Onların yad qapazı altına düĢməməsi və sevimli kürəkəni Xanbaba xanın “xoĢəxlaq, savadlı, təmiz cavanlardan 
biri” olması xatirinə Mirzə Fətəli Axundov ikinci qızı Nisə xanımı da bir il sonra ona ərə verir. 
M.F.Axundov 1876-cı il mayın 18-də dostu Manekçi Sahibə yazırdı: 
“Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə Bəhmən Mirzənin oğlu Xanbaba 
xana ərə vermişəm. Qızımın əri bizim imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan 
biridir.  Günah  işlərin və  bəd  əməllərin  yanından  belə  keçməz.  Mənim  kimi  o  da  şərab içmir,  həmişə  Tiflisdə 
yaşayır.  Öz  evimdə  ona  bir  neçə  otaqdan  ibarət  mənzil  ayırmışam.  Qızımdan  və  haman  Xanbaba  xandan  iki 
nəvəm vardır”. 
Böyük dramaturqun Ģəxsi arxivində saxlanan məktubların əksəriyyətində polkovnik Xanbaba xan Qacar 
belə səmimiyyətlə yad edilir. 
Tiflisdə dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı ildə iki gün (11, 12 noyabrda) onun ölümü haqqında 
birinci səhifədə nekroloq vermiĢdir: 
“Uzun  sürən  ağır  xəstəlikdən  sonra  ġahzadə  Bəhmən  Mirzənin  oğlu,  mərhum  Mirzə  Fətəli  Axundovun 
kürəkəni polkovnik Xanbaba xan Qacar noyabrın doqquzunda vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli 
evdən götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq”. 
Polkovnik ġahzadə Xanbaba xan Bəhmən Mirzə oğlu Qacar 1849-cu ildə Tiflisdə anadan olmuĢdur. 
 
*  *  *  
 
Podpolkovnik Ġbrahim bəy Davatdarov 1851-ci ildə Bərdənin Ərəblər kəndində anadan olub. 187l-ci ildə 
ilk  zabit  rütbəsi  alıb,  yüz  əlli  beĢinci  Quba  süvari  alayı  xidmət  edib.  1893-cü  il  fevralın  6-da  podpolkovnik 
rütbəsi  alıb.  1877-78-ci  ildə  rus-türk  müharibəsində  iĢtirak  edib.  Həmin  müharibədə  göstərdiyi  Ģücaətə  görə 
1877-ci ildə dördüncü dərəcəli müqəddəs Vladimir (qılınc və bantla birgə), ikinci dərəcəli müqəddəs Stanislav 
(qılıncla birgə), 1879-cu ildə ikinci dərəcəli Müqəddəs Anna (qılıncla birgə) ordenlərilə təltif olunub. 1884-cü 
ildə əlahəzrət imperatorun təĢəkkürünü alıb. 
1902-ci ildə qəflətən vəfat edən podpolkovnik Ġbrahim bəy Davatdarovun həyat yoldaĢı məĢhur Qarabağ 
ziyalısı Əhməd bəy CavanĢirin qızı Həmidə xanım idi. Onların iki övladı - qızı Mina xanım (1890 - 1928) və 
oğlu  Müzəffər  (1900-1959)  Davatdarovlar  olub.  1907-ci  il  iyunun  15-də  Həmidə  xanım  CavanĢir  məĢhur 
dramaturqumuz Cəlil Məmmədquluzadəyə ərə gedib. 
 
*  *  * 
 
1918-ci il noyabrın 18-də  podpraporĢik Xosrov bəy  Heydərbəy oğlu ġirinbəyov Gəncədəki praporĢiklər 
məktəbini  birinci  dərəcə  ilə  bitirib.  O,  1896-cı  il  mayın  16-da  ġuĢa  qəzasının  Xankəndində  zadəgan  ailəsində 
anadan  olub.  Ġlk  təhsilini  Qori  müəllimlər  seminariyasında  alıb.  1918-ci  il  iyunun  30-da  Gəncə  praporĢiklər 
məktəbinə  yunker  qəbul  olunan  Xosrov  bəy  ġirinbəyov  üç  ay  sonra  piyada  qoĢunları  yunkeri  kursunu  bitirib. 
Əla oxuduğuna və nizam-intizamlı zabit olduğuna görə hərbi məktəbdə saxlanılıb. 1919-cu il yanvarın üçündə 
Əlahiddə Qazax batalyonuna hərbi xidmətə göndərilib. 
PodpraporĢik Xosrov bəy ġirinbəyov Azərbaycanda aprel çevriliĢi ərəfəsində Ağstafa stansiyasında hərbi 
komendant vəzifəsində çalıĢıb. BolĢeviklər gələndən sonra etibarsız müsavat zabiti kimi komendant köməkçisi 
təyin  edilib.  1936-cı  ildə  Azərbaycan  Sənaye  Ġnstitutunu  bitirən  Xosrov  bəy  ġirinbəyov  ömrünün  axırınadək 
neftayırma mühəndisi iĢləyib. O, 1948-ci ildə Bakıda vəfat edib. 

84 
 
*  *  * 
 
1915-ci  il  noyabrın  28-də  Qafqaz  cəbhəsində  igidliklə  döyüĢən  Sultan  bəy  Hüseynzadəyə  Ģtabs-kapitan 
rütbəsi verilib. 
1914-cü  ildə  Birinci  Cahan  savaĢında  mərdliklə  döyüĢən  igid  zabit  Sultan  bəy  Hüseynzadə  göstərdiyi 
qəhrəmanlığa  görə  imperiyanın  yüksək  ordenləri  ilə  təltif  olunub.  Onun  döyüĢ  xidmətləri  dördüncü  dərəcəli 
müqəddəs Anna, üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli müqəddəs Anna 
(qılınc  və  bantla  birgə),  ikinci  dərəcəli  müqəddəs  Stanislav  (qılıncla  birgə),  dördüncü  dərəcəli  müqəddəs 
Vladimir (qılınc və bantla birgə) ordenlərinə layiq görülüb. 
1918-ci ildə Azərbaycan Milli Ordusu yarananda onun sıralarında könüllü xidmətə baĢlayan Ģtabs-kapitan 
Sultan bəy Hüseynzadə həmin il sentyabrın səkkizindən Əlahiddə Azərbaycan korpusunun qərargahında xüsusi 
tapĢırıqlar zabiti kimi xidmət edib. 
1918-ci ilin iyun-sentyabr aylarında ġamaxı, Kürdəmir döyüĢlərində bolĢevik-daĢnaklara qarĢı mərdliklə 
vuruĢan Sultan bəy Çoban-Dədə kəndi uğrunda gedən döyüĢlərdə kontuziya alıb. 1920-ci ildə birinci CavanĢir 
süvari polkunda ikinci rotanın komandiri olub. Aprel çevriliĢindən sonra taleyi məlum deyil. 
 
PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI 
 
1904-1905-ci  illərdə  Uzaq  Şərqdə  Port-Artur  qalası  uğrunda  döyüşlərin  iştirakçısı  iki  sərkərdənin  - 
Əliağa  Şıxlinski  və  Səməd  bəy  Mehmandarovun  olduğu  oxuculara  məlumdur.  Təəssüf  ki,  onların  da  həmin 
illərdəki döyüş yolları indiyədək xalqımıza çatdırılmamışdır. Hərb tariximizin bu açılmamış səhifələrində arxiv 
sənədləri əsasında tədqiqat aparanda məlum oldu ki, indiyədək adı və xidməti unudulmuş general Hüseyn xan 
Naxçıvanski, şahzadə - general Əmir Kazım Mirzə Qacar, Əsədbəy Talışxanov, şahzadə - podpolkovnik Əliqulu 
Mirzə Qacar, polkovnik İlyas bəy Ağalarov, Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov, Zülfüqar Bağırbəyov 
da Port-Artur müharibəsində mərdliklə vuruşmuşlar. 
“Niva”  jurnalı  1905-ci  il  dördüncü  nömrəsinin  yetmiĢinci  səhifəsində  Əliağa  ġıxlinskinin  altı  nəfər 
döyüĢçü-zabit və iki qadınla birgə çəkilmiĢ Ģəklini dərc edib. ġəkilaltı yazıda oxuyuruq: 
“Port-Artur  müdafiənin  igid  artilleriya  komandiri  Əliağa  ġıxlinski  SuiĢin  kəndinin  yaxınlığındakı 
Drakonovıy  Xrebet  dağına  atəĢ  açaraq  yaponların  hücumunu  dəf  etmiĢdir.  Podpolkovnik  ġıxlinski  göstərdiyi 
rəĢadətə  görə  “Müqəddəs  Georgi”  ordeninin  dördüncü  dərəcəsinə  təqdim  edilmiĢdir.  ġəkildə  ortada  artilleriya 
komandiri Əliağa ġıxlinski, zabit Mixaylov, ġiĢkin, KaramıĢev, Qyünter, ġuleykin və baĢqaları”. 
Üçüncü istehkamda olan bu hadisəni illər keçəndən sonra Əliağa ġıxlinski belə xatırlamıĢdır: 
“Tamamilə  açıqda  duran  toplarının  atəĢi,  hücum  edən  yapon  piyada  qoĢununu  geriyə  oturtdu.  AtıĢma 
səsini eĢidən polkovnik Mehmandarov general Nadeinin yeraltı qazmasından çıxaraq yanıma gəldi. FikirləĢdim 
ki, ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanıĢ olduqdan sonra dedi: 
-YaxĢı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə göndərirəm. 
Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu əməliyyata görə 
mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedonessov ordeninə təqdim edildim”. 
Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da Ģəkli verilib. Haqqında isə belə 
bir məlumat yazılıb: 
“Yeddinci ġərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 
Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”. 
“Niva”nın yetmiĢ birinci səhifəsində gözəl, zərif naxıĢlarla iĢlənmiĢ bir buynuz Ģəkli də verilib. Port-Artur 
döyüĢlərinin  komandanı  general  Anatoli  Mixayloviç  Stesselə  Zaqatala  Ģəhər  cəmiyyəti  tərəfindən  hədiyyə 
olunan  bu  buynuz  gümüĢlə  iĢlənib.  ġəklin  altında  oxuyuruq:  “Zaqatala  Ģəhər  sakinlərindən  general-adyutant 
A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”. 
“Niva”  jurnalı  təkcə  birillik  nömrələrində  Azərbaycan  xalqının  müharibəyə  könüllü  ianə  toplaması 
haqqında  və  Qafqaz  süvari  briqadasının  tərkibində  vuruĢan  oğullarımızın  qəhrəmanlığı  barədə  az  da  olsa 
məlumatlar  verir.  Onu  da  xatırladaq  ki,  Port-Arturda  Ə.ġıxlinski  və  S.Mehmandarovdan  baĢqa  da  yapon 
samuraylarına  qarĢı  döyüĢən  həmyerlilərimiz  olmuĢdur.  General-mayor  Əsəd  bəy  TalıĢxanov,  Hüseyn  xan 
Naxçıvanski, Ġbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy Novruzov, polkovnik Davud bəy Yadigarov, 
Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarca baĢqaları. 
Dövrdən,  quruluĢdan  asılı  olmayaraq  oğullar  həmiĢə  Vətənin  əsgərləridirlər.  Vətən  nə  vaxt  təhlükə 
qarĢısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar. Ġyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə 
eloğullarımız da bir səslə ayağa qalxıb Vətənin müdafiəsinə gediblər. 
Ötən  on  doqquzuncu  əsrin  ortalarında  Qarabağ  igidlərinin,  ġirvan  alayının,  Kəngərli  döyüĢçülərinin, 
Qazax süvari dəstələrinin yadellilərə qarĢı qeyri-adi qəhrəmanlıqlarının Ģahidi olan xalqımızın böyük mütəfəkkir 
oğlu M.F.Axundov fəxrlə deyirdi: “doğmamıĢ Qafqazda analar qorxaq”. 

85 
 
Hələ  bir  xeyli  əvvəl  (1828-ci  ildə)  məĢhur  rus  tarixçisi,  general  Platon  Zubov  “Gürcüstan  və  Qafqaz 
haqqında altı məktub” əsərində yazırdı:  
“Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları döyüĢdə görmək lazımdır: bunlar 
ĢimĢəyi  xatırladır,  bunlar  qəzəblənmiĢ  allahın  birdən-birə  düĢmənlər içərisində düĢərək  ölüm  və  dəhĢət  saçan 
oduna  bənzəyirdi.  Müsəlman  alaylarının  gözlərim  önündə  törətdikləri  igidlik  xariqələrini  hələ  də  heyrətlə yad 
edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək, qorxmaz və cəsur süvari kimi döyüĢürdülər”. 
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun “Port-arturçular” romanlarını 
mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan A.Stessel qalanı yaponlara danıĢıqsız 
təslim etmək istəyəndə polkovnik S.Mehmandarov və onun zabit heyeti qəti etiraz edərək necə əsəbiləĢmiĢdilər. 
Səməd  bəy  Mehmandarov  və  onun  zabit  heyəti  inad  edirdilər  ki,  qalanı  son  nəfəsə  qədər  müdafiə  etmək 
lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi. 
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov onun üstünə qıĢqırdı. - Siz 
bizim adımızı korlayırsınız, - deyib yumruğunu havada oynatdı. 
-  Əlahəzrət,  xahiĢ  edirəm,  məni  təhqirlərdən  qoruyasınız,  -  kapitan  Vamezon  hirsindən  pörtmüĢ  halda 
Stesselə müraciət etdi. 
-  Hər  Ģeydən  qabaq  sakit  olmaq  lazımdır,  cənablar!  Polkovnik  Mehmandarov,  sizi  qayda-qanuna  riayət 
etməyə dəvət edirəm. 
Qızğın mübahisələr baĢlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan Vamenzonu, qalanları isə 
polkovnik Mehmandarovu müdafiə edirdilər” (A.Stepanov, “Port-Artur”. səh. 777-778). 
 
*   *   * 
 
1904-cü  il  yanvarın  26-da  Rus-yapon  müharibəsi  baĢlananda  polkovnik  Hüseyn  xan  Naxçıvanski 
əksəriyyəti qafqazlılardan təĢkil olunmuĢ ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 
1905-ci  il  yanvarın  14-də  Lan-Lun-Qou  kəndi  uğrunda  ağır  döyüĢlər  aparmıĢdır.  Bir  neçə  gün  kəndi  ala 
bilməyən  döyüĢçülər  mahir  komandirin  hərbi  fəndi  ilə  dan  üzü  hücuma  keçərək  sürətli  zərbə  ilə  yaponları 
kənddən  vurub  çıxartmıĢlar.  Bu  güclü  döyüĢ  səhnəsi  məĢhur  rəssam  Mazurovskinin  yağlı  boya  ilə  iĢlədiyi 
rəsmdə  əbədiləĢmiĢdir.  Əsərdə  alay  döyüĢçülərinin  qızğın  həmləsi  və  süvari  polkovniki  Hüseyn  xan 
Naxçıvanskinin obrazı ustalıqla iĢlənmiĢdir. 
MəĢhur rus jurnalist A.Kvitka Port-Arturda müharibə baĢlananda könüllü cəbhəyə getmiĢ və döyüĢlərdə 
jurnalist-zabit  kimi  iĢtirak  etmiĢdir.  Müharibə  gedə-gedə  “Zabaykalye  kazak  zabitinin  gündəliyi”  adlı  maraqlı 
bir  əsər  yazmıĢdır.  1908-ci  ildə  Sankt-Peterburqda  nəĢr  etdirdiyi  həmin  kitabda  igid  eloğlumuz  polkovnik 
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var. 
Səhifə  181-də:  “AxĢam  üstü  Bensixuda  süvari  -  qvardiyaçı  Hüseyn  xan    Naxçıvanskinin  təĢkil  etdiyi 
ikinci  Dağıstan  alayı  gözlənilir.  Alay  qafqazlılardan  və  süvari  qvardiyasında  xidmət  edən  seçmə  zabitlərdən 
təĢkil olunmuĢdu. 
...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da ardınca uca bir ağacın zirvəsində 
polkovnik  Xan  Naxçıvanskiyə  məxsus  qızılı  aypara  niĢanlı  dalğalanan  dəstə  göründü.  Alay  cərgələnmiĢ 
tağımlarla  kalon  boyu  uzanırdı.  Biz  isə  Xanın  zabitlərindəki  atlara  həsədlə  baxırdıq.  Mən  axĢam  saat  onda 
Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım. 
Səhifə  245-də:  “Dağıstanlıların  komandiri  Hüseyn  xan  Naxçıvanski,  podpolkovnik  Byuntiq  və  knyaz 
Tumakov heyətimə daxil olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın 
əsgər və komandirləri döyüĢlərdə hamıdan seçilirdi. Onları bir Ģeydə qınamaq olardı, o da həddindən artıq cəsur 
olmalarında.,.” 
Səhifə  361-də:  “Polkovnik  Xan  Naxçıvanskinin  Qafqaz-kazak  briqadasının  cəsurları  üç  yapon 
nəqliyyatını məhv etmiĢlər...” 
Ġgid  həmyerlimiz,  polkovnik  Hüseyn  xan  Naxçıvanski  yaponlara  qarĢı  apardığı  döyüĢ  məharətinə  görə 
“Müqəddəs  Georgi”  və  dördüncü  dərəcəli,  bantlı,  üstü  yazılı  qızıl  silahla  “Müqəddəs  Vladimir”  və  “Ġgidliyə 
görə” ordenlərilə təltif olunmuĢdur. 
Rus-yapon  müharibəsindəki  sərkərdəlik  fəaliyyətinə  görə  Hüseyn  xan  Kəlbalı  xan  oğlu  Naxçıvanskiyə 
1907-ci il martın otuz birində general-mayor rütbəsi verilmiĢdir. 
 
General Mehmandarov Port-Artur döyüĢlərində 
 
1904-cü  ildə  rus-yapon  müharibəsi  baĢlananda  Səməd  bəy  Mehmandarovun  qırx  səkkiz  yaĢı  vardı. 
Yelizaveta  Nikolayevna  ilə  evlənmələrinin  bir  ili  tamam  olmamıĢdı.  Yelizaveta  Kiyev  qadın  gimnaziyasını 
bitirmiĢdi. Port-Artur hərbi səhra xəstəxanasında Ģəfqət bacısı iĢləyirdi. Səməd bəy kimi o da zadəgan nəslindən 

86 
 
idi. Ġyirmi bir yaĢlı Yelizavetaya həyat, elə bil anadan olandan səbr dərsi keçmiĢdi. O, nə ağır hərb iĢinə, nə də 
yaralı əsgərlərə qarĢı laqeyd deyildi. 
Bir dəfə Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almıĢam. Hazırlıq 
gör, sabah, ya da birisi gün səni yola salacam. Ərinin üzünə Ģax baxan Yelizaveta: 
Səməd bəy, demiĢdi, ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada olmalıdır? 
- Əlbəttə cəbhədə!  
Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma Ģübhə edirsən?  
- Axı, sən ana olmağa... 
Bir  də  bu  söhbətə qayıtmayaq.  Söz  verirsən...  Bu  mövzudan  vaz  keçək,  əzizim!  Sənsiz  mənə  Peterburq 
yox, heç Paris də lazım deyil. 
Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.  
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib 
“Retvizan”,  “Sesareviç”  zirehli  gəmilərini  və  “Pallada”  kreyserini  yandırdılar.  Müharibə  baĢlandı.  Səhərisi 
Səməd  bəy  Mehmandarovu  yeddinci  Sibir  atıcı  topçu  divizionunun  komandiri  təyin  etdilər.  Bu,  quru 
qoĢunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman Ġsidoroviç Mehmandarovun 
döyüĢdə  dəyanətinə,  komandirlik  bacarığına  yaxĢı bələd idi.   Məhz  ona  görə  də  Səməd  bəyi  ġərq  cəbhəsinin 
rəisi təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də 
buraya yeritmiĢdilər. Onlar Ģiddətli həmlələr edir və arası kəsilmədən bombalar yağdırırdılar. Polkovnik Səməd 
bəy  Mehmandarov  komandan  Kondratenkonun  ən  yaxın  köməkçilərindən  biri  idi.  Topçuların  əməliyyatına 
bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmiĢə ön mövqelərdə və çox təhlükəli yerlərdə 
sərrast atəĢlə samurayların hücumunu dəf edirdi. 
 
*  *  * 
 
Port-Artur müharibəsinin baĢlanmasından doxsan yeddi il keçir. Bu müddətdə rus dilində minlərlə ədəbi-
bədii, elmi və publisistik əsərlər nəĢr olunub. Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda çoxlu gündəliklər və 
xatirələr yazılmıĢdır. 1906-cı ildə P.Larenkonun “Port-Arturun  əzablı günləri” kitabı da bu qəbildəndir. Burda 
sərkərdə  eloğlumuz  Səməd  bəy  Mehmandarovun  təkcə  döyüĢ  qabiliyyəti  deyil,  həm  də  onun  Ģəxsiyyət  kimi 
dönməzliyi, böyüklüyü Ģahidlərin dili ilə verilib. Ġlk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən 
parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən. 
Həmin kitabın “Noyabr hücumları” fəslində, səhifə 494-də: “Hələ avqust bombardmanı zamanı yaponlar 
hiss  etdilər  ki,  hardansa,  arxadakı  fortlar  xəttindən  onları  dəqiq  atəĢə  tutublar.  Polkovnik  Mehmandarovun 
komandası altında olan yeddinci ġərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmıĢ 
istehkam  xəttinin  sağ  cinahının  arxasında  örtülü  mövqeləri  tutaraq  müdafiəyə  böyük  kömək  göstərirdi.  Çünki 
qala artilleriyası hələ bombardmanın ilk günlərində çox zərər çəkmiĢdi. Polkovnik Səməd bəy Mehmandarovun 
səhra  artilleriyası  ən  fədakar  həmlələri  belə  dəf  edərək  yaxınlıqda  olan  yapon  batareyaları  ilə  son  dərəcə 
müvəffəqiyyətlə vuruĢurdu”. 
Səhifə 597-də: 
“S.  daxil  oldu.  O,  söhbət  edirdi  ki,  ön  həmlənin  topçularından  polkovnik  Mehmandarov  (sağ  cinahın 
bütün  artilleriya  üzrə  komandiri)  və  podpolkovnik  Stolnikov  öz  Ģəxsi  təhlükələrinə  qəribə  nifrətlə  yanaĢırlar; 
bombardman  vaxtı  batareyalarda  elə  gəzirdilər  ki,  elə  bil  partlayan  mərmiləri  görmürlər.  Belə  ki,  onlar  bu 
hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər  kimi, ikincisi 
isə taleyinə sədaqətlə itaət edən dindar adamlar kimi davranırdılar. 
Burda  -  səhra  artilleriyasının  öhdəsinə  baĢlıca  olaraq  həmləni  və  Ģrapnellə,  karteclə  düĢmən  kolonlarını 
məhv  etmək  məsələsi  düĢür.  Qala  topları  çox  ziyan  çəkdiklərindən,  səhra  artilleriyası  isə  tez-tez  yerini 
dəyiĢdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”. 
Səhifə 606-da (11-24 dekabr): 
“Yaralı  zabitlərlə  apardığım  söhbətlərdən  polkovnik  Mehmandarov  haqqında  bəzi  Ģeyləri  öyrəndim.  O, 
cəsur,  özünü  çox  sevən,  tabeliyində  olanlara  tam  ciddiyyətilə  yanaĢan  bir  adam  idi.  Onları  məcbur  edirdi  ki, 
Ģəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coĢqun, hərarətli olan bu adam sözünü çox 
kəskin  deyirdi.  Polkovnik  Mehmandarov  deyirdi  ki,  yalnız  Ģücaət  göstərməyi  bacaran,  ağlıllı,  özünü  sevən 
adamları  qiymətləndirir;  karyeraçı  zabitlərinsə  ən  böyük  arzusu  -  həyatlarını  qoruyub  saxlamaq  və  heç  bir 
xidmət göstərmədən ordenlər almaqdır”. 
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin