A) Rehidratasiya (K-tutumsuz) qlü
kokortikoidlərlə, mineralokortikoidlərlə
əvəzedici müalicə
tədbirləri
B) Antibiotikterapiya
C) Simptomatik
müalicə tədbirləri
D) İmmunoloji aktivliyi artırmaq tədbirləri
E) Hemoqlobinin səviyyəsinə stimullaşdırıcı təsir
476) Sahə həkiminə 45 yaşında bir şəxs xeyli vaxtdır ki, dərisinin rənginin
tündləşməsindən, ümumi zəiflik və yorğunluqdan, iştahın zəifliyindən, bədən
çəkisinin azalmasından, mədə-bağırsaq pozğunluğundan, qarında ağrıdan, əzələ-
oynaq ağrılarından, təzyiqin aşağı düşməyə meyilli olmasından, duzlu qidaya istəkli
olmasından şikayət edir. Bu kliniki təzahür əlamətlərinə görə mümkün diaqnoz:
A) Böyrəküstü vəzin qabıq maddəsinin xroniki çatışmamazlığı
B) Böyrəküstü vəzin beyin maddəsinin çatışmazlığı
C) Böyrəküstü vəzin qabıq maddəsinin aldosteroması
D) Böyrəküstü vəzin beyin maddəsinin hormonal aktiv şişi
E) Böyrəküstü vəzlərin insidentaloması
477) Böyrəküstü vəzin beyin maddəsinin xromofin toxumasının hormonal aktiv şişi
adlanır:
A) Feoxromositoma
B) Kortikosteroma
C) Aldosteroma
D) Androsteroma
E) Hipotalamik
vegetativ damar krizi
478) Orqanizmdə piy toxumasının toplanması ilə xarakterizə olunan xroniki,
residivləşən vəziyyət, bədən kütləsi xeyli artıqdır, qan təzyiqi yüksək, tər ifrazı
güclənmiş, fiziki hərəkət zamanı və sakitlikdə təngnəfəslik, başağrısı. Hansı patoloji
vəziyyətdir?
A) Piylənmə
B) Birincili hiperaldosteronizm
C) Xroniki böyrək çatışmazlığı
D) Hipotireoz
E) Xroniki ürək çatmamazlığı
Dostları ilə paylaş: