1143) Papilyar ödemə səbəb olmayan xəstəlik aşağıdakılardan hansıdır?
A) Medulloblastoma
B) Şəkərsiz diabet
C) Hidrosefaliya
D) Beyindaxili qansızma
E) Hiperparatireoz
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1144) Aşağıdakı xəstəliklərdən hansı qalxanvari vəzidə diffuz böyüməyə səbəb olur?
A) Qreyvs xəstəliyi
B) Miksedema
C) Ridel tireoiditi
D) Kəskim tiroidit
E) Autoimmun tireoidit
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1145) Ən çox rast gəlinən tireoidit hansıdır?
A) Yarımkəskin tireoidit
B) Kəskin tireoidit
C) Spesifik tireoditlər
D) Hasimoto tireoiditi
E) Ridel tireoiditi
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1146) İnsulin sekresiyasını stimulyasiya etməyən, tip 2 şəkərli diabetin müalicəsində istifadə edilən hipoqlikemik təsiri olan preparat hansıdır?
A) Qlipizid
B) Qlimepirid
C) Liraqlütid(Viktoza)
D) Biquanidlər qrupu(Metformin)
E) Tolbutamid
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1147) Aşağıdakı hansı dərman qrupu periferik diabetik polineyropatiyanın müalicəsində düzgün seçim deyil?
A) Qıcolma əleyhinə prepratlar qrupu (Qabapentin)
B) Tsiklik antidepressantlar
C) Qıcolma əleyhinə prepratlar qrupu ( Karbamazepin)
D) H.M.G- Co A reduktaz inhibitorları
E) Qlikemiyaya nəzarət
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1148) Şəkərli diabetli xəstələrdə aşağıdakılardan hansı miokard infarktı üçün risk faktoru deyil?
A) Siqaret çəkmək
B) Hiperqlikemiya
C) Yuxarı sıxlıqlı Lipoproteidlər (HDL)
D) Aşağı sıxlıqlı Lipoproteidlər(LDL)
E) Triqliseridlər
Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1149) Şəkərli diabet xəstəliyində katarakta və neyropatiyanın baş verməsinə səbəb hansı maddədir?
A) Fruktoza
B) Sorbitol
C) Xolesterin
D) Qlukoza
E) Triqliseridlər
Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
Dostları ilə paylaş: |