1150) Aşağıdakı xəstəliklərin hansının gedişində hipoqlikemiya baş vermir?
A) Kuşinq sindromu
B) Addison xəstəliyi
C) Şəkərli diabet,tip 1
D) İnsulinoma
E) Qlikogen xəstəliyi
Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1151) Aşağıdakı əlamətlərdən hansı metabolik sindromu olan xəstəyə xas deyil?
A) Hipertriqliseridemiya
B) Yuxarı sıxlıqlı lipoproteidlər
C) Hipoinsulinemiya
D) Hipertoniya
E) Abdominal piylənmə
Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1152) Aşağıdakı xəstəliklərin hansında sidik yollarının infeksiyasına daha çox rast gəlinir?
A) Anemiya
B) Addison xəstəliyi
C) Ağciyər xərçəngi
D) Hipotireoz
E) Şəkərli diabet
Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1153) Tip 2 şəkərli diabetin müalicəsində istifadə edilən hansı dərman qrupu başlıca olaraq qaraciyərdə qlükoza sintezini azaldaraq təsir göstərir?
A) α qlikozidaza inqibitorları
B) Sulfanilamidlər
C) Tiazolidon
D) Biquanid
E) Meqlitinid
Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1154) Şəkərli diabetli xəstələrdə mikroalbuminuriyanın proteinuriyaya keçməsinin qarşısının alınması üçün aşağıdakı tədbirlərin hansının effekti yoxdur?
A) AÇF inhibitorlarının istifadəsi
B) Qanda şəkərin səviyyəsinə nəzarət
C) Arterial təzyiqə ciddi nəzarət
D) Aspirinin istifadəsi
E) Zülal qəbulunun azaldılması
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1155) 40 yaşında qadın 15 ildir 1-ci tip şəkərli diabetlə xəstədir. Arterial təzyiq 140/90 mm c/süt, sutkalıq sidikdə mikroalbuminuriya 80 mq, kreatinin 1,1 mg/dl, HbA1C 9,5%-dir. Bu xəstədə diabetik nefropatiya hansı mərhələsi mövcuddur ?
A) Uremiya
B) Mikroalbuminuriya
C) Nefrotik sindrom
D) Hiperfiltrasiya
E) Gizli
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1156) Tip 1,şəkərli diabeti olan xəstədə cərrahi müdaxilədə hansı ağırlaşma yarana bilər?
A) Qanaxma
B) Ketoasidoz
C) Hipokalsemiya
D) Hipovolemiya
E) Hiperqlikemiya
Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1157) Tip 2 şəkərli diabet diaqnozu qoyulmuş və bədən kütlə indeksi 35 kq/m2 olan 50 yaşında xəstəyə ilk olaraq hansı oral antidiabetik dərmanlardan başlanmalıdır?
A) Roziqlitozan
B) Metformin
C) Qlipizid
D) Repaqlinid
E) Viktoza
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1158) Şəkərsiz diabet xəstəliyi ilə I- li polidipsiyanın differensasiyası necə aparılmalıdır?
A) Böyük deksametazon sınağı
B) Dehidratasiya testi (Quru yemək sınağı)
C) Kiçik deksametazon sınağı
D) Qlukozaya tolerantlıq testi
E) İnsulin sınağı
Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
Dostları ilə paylaş: |