296) Toksiki ur zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) Tez-tez defekasiya aktı
B) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
C) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
D) Mədədə və bağırsqda ağrı tutmaları
E) Qəbizlik
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
297) Tireotoksikoz zamanı mərkəzi və periferik sinir sistemində aşağıdakı klinik dəyişikliklərdən hansı biri baş vermir?
A) Patoloji reflekslərin olmaması
B) Bütün bədənin və onun ayrı-ayrı hissələrinin əsməsi
C) Əzələ zəifliyi
D) Kəskin biruzə olunan qırmızı dermoqrafizm
E) Vətər reflekslərinin artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
298) Miasteniya ilə birgə müşahidə olunan toksik ur zamanı hansı əlamət müşahidə edilmir?
A) Çeynəmə əzələlərində zəiflik
B) Danışığın pozulması
C) Ətrafların proksimal hissəsində xarakter zəiflik
D) Udqunmanın pozulması
E) Göz almalarının əzələlərində zəiflik
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
299) Tireotoksikoz zamanı reproduktiv sistemdə baş verən dəyişikliklərə nə aid deyil?
A) Uşaqsalmaya və sonsuzluğa meyllilik
B) Kişilərdə libidonun və potensiyanın azalması
C) Yumurtalıqlarda və uşaqlıqda gedən degenerativ və atrofik prosesslər
D) Qızlarda aybaşı siklinin və ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ləngiməməsi
E) Aybaşı tsiklinin pozulması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |