28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 1 tip
B) Çoxsaylı endokrin neoplaziya 2 tip
C) Çoxsaylı endokrin neoplaziya 3 tip
D) Çoxsaylı endokrin neoplaziya 2B tip
E) Çoxsaylı endokrin neoplaziya 2A tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan görmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişiklikləri aşkarlaya bilər?
A) STH miqdarının azalması
B) Prolaktinin miqdarının artması
C) Kortizolun miqdarının artması
D) TSH miqdarının artması
E) Hiponatriyemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ayda 4 kq arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı - türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün diaqnoz hansıdır?
A) Hipotalamik qlioma
B) Hipofizin mikroadenoması
C) Beyinin travması
D) Meninqit
E) Hipofizin makroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb. Keysəriyyə əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra aybaşı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı hiponatriemiya, hiperkaliemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz hansıdır?
A) İnsulit
B) Beyinin zədələnməsi
C) Yarımkəskin tireoidit
D) Hipofizin nekrozu
E) Xorionkarsinoma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |