949) Həqiqi hermafroditizm nə deməkdir?
A) Bir şəxsdə hər iki cinsə aid olan cinsi vəzilərin mövcud olması
B) Bir şəxsdə cinsi vəzilərin və birləşdirici toxumadan qayışların olmaması
C) Bir şəxsdə bir yumurtalığın və bir birləşdirici toxumadan qayışın olması
D) Bir şəxsdə iki tərəfdə birləşdirici toxumadan qayışın olması
E) Bir şəxsdə bir testikulun və bir birləşdirici toxumadan qayışın olması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
950) Həqiqi hermafroditizmə hansı kariotiplər xasdır?
A) 45,XO; 46,XX; 45,XO/46,XX
B) 47,XXY; 45,XO; 48,XXXY
C) 46,XX/46,XY; 47,XXX; 47,XXY
D) 46,XX; 46,XX/46,XY; 46,XY
E) 45,XO/46,XY; 46,XY; 47,XXX
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
951) Həqiqi hermafroditizm zamanı aşağıdakı müalicə məqsədəuyğundur?
A) Cərrahi müalicə
B) Antiandrogenlərlə və antiestrogenlərlə müalicə
C) Cərrahi müalicə və hormonal korreksiya
D) Hormonal korreksiya
E) Vətəndaş cinsi seçiləndən sonra cərrahi müalicə və hormonal korreksiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |