Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Qızlarda somatotrop hormonu çatmamazlığı ilə ahənglik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?



Yüklə 0,87 Mb.
səhifə13/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   ...   8   9   10   11   12   13   14   15   16

786) Qızlarda somatotrop hormonu çatmamazlığı ilə ahənglik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 9-10 yaşında

B) 6-7 yaşında

C) 10-12 yaşında

D) 13-14 yaşında

E) 4-5 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
787) Qızlarda hansı yaş dövründə ikincili cinsi əlamətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 7-8 yaşına qədər

B) 5-6 yaşına qədər

C) 9-10 yaşına qədər

D) 4-5 yaşına qədər

E) 3-4 yaşına qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
788) Osteoporozun klassifikasiyası nəyə əsaslanır?
A) Prosessin yayılmasına

B) Etioloqiyaya

C) Xəstəliyin mərhələsinə

D) Patogenezə

E) Simptomatikaya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
789) Birincili osteoporozun patogenezində mühüm rol oynayan faktorlar hansı deyil?
A) 60 yaşdan sonra fiziki aktivliyin azalması

B) Na homeostazının pozulması

C) Menopauzada ovarial funksiyanın dayanması

D) Həyat boyu ovarial funksiyanın azalması

E) Ca homeostazının pozulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
790) Fəqərələrin osteoporozu zamanı rentqenolojı dəyişiliklər hansılardır?
A) Duzlaşma

B) Sümük toxumasının asağı şəffaflığı

C) Fəqərələrin hündürlüyünün kiçilməsi

D) Subperiostal rezorbsiya

E) Kəllə sümüklərinin hiperostozu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
791) Diffuz osteoporoz zamanı rentqenolojı dəyişiliklər hansıdır?
A) Subperiostal rezorbsiya

B) Sümük toxumasının yuxarı şəffaflığı

C) Kəllə sümüklərinin hiperostozu

D) Fəqərələrin hündürlüyünün kiçilməsi

E) Duzlaşma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
792) İnvolyusiya osteoporozunun profilaktikası üçün ən rasional addım?
A) D vitaminin qəbulu

B) Hərəkət aktivliyinin artması ilə bərabər Ca və D vitaminin qəbulu

C) Menopauza başlanandan Ca və C vitaminin qəbulu

D) Zülallarla kəsad olan pəhriz

E) Estroqen tərkibli preparatlarının qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
793) Sümük sıxlığının azalması hansı preparatlarının qəbulundan yarana bilər?
A) Antibiotiklərin

B) İnterferonun

C) Aspirinin

D) D vitamini

E) Diuretiklərin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
794) Osteomalyasiya zamanı laborator göstəricilərin dəyişiklikləri hansıdır?
A) Hiperkalsemiya və hiperfosfatemiya

B) Disproteinemiya və ümumi zülalın artması

C) Ca/kreatinin münasibətinin azalması

D) Leykositoz

E) Oksiprolinin ekskresiyasının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
795) Antirezorbtiv terapiyanın əsas effektləri hansıdır?
A) Sümük matrisasının bərpası

B) Osteoklastların inhibisiyası

C) Osteoidlərin aktivizasiyası

D) Osteositlər inhibisiyası

E) Osteoblastlar inhibisiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
796) Sümük sıxlığı ilkin olaraq skeletin hansı sahələrində azalır?
A) Oma sümüyü

B) Baldırlarda

C) Çanaq-bud oynağında

D) Bazu önü

E) Onurğa sütununda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
797) İnvolyusiya osteoporozu zamanı nəyin təyini məqsədəuyğundur?
A) D vitamininin

B) Paratireoid hormonun

C) Osteokalsinin

D) Estradiol və qonadotropinlərin

E) Prolaktinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
798) Menopauzada osteoporozun kliniki göstəricilərinə aid deyil?
A) Ağrı sindromu

B) Döş qəfəsinin deformasiyası

C) Onurğanın əyilməsi

D) Boyun 10-12 sm azalması

E) Əsəbilik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
799) Birincili osteoporoza aid deyil?
A) İdiopatik yuvenil osteoporoz

B) İrsi osteoporoz

C) Postmenopauzal osteoporoz

D) Steroid osteoporoz

E) Senil osteoporoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
800) İdiopatik osteoporoz üçün xarakterik əlamətlər hansı deyıl?
A) Qonadların funksiyasının zəifləməsi

B) Boyun 10-12 sm azalması

C) Ağrı sindromu

D) Onurğanın əyilməsi

E) Onurğanın kompression sınıqları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
801) Sümüyun remodelyasiya markerlərinə aşağıdakılardan hansı aid deyıl?
A) Piridinolin

B) Sidikdə oksiprolin

C) Kreatinfosfokinaza

D) Osteokalsin

E) Qələvi fosfataza
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
802) Antirezorbtiv effektə malik olan preparatlara hansı aid deyıl?
A) D vitamin preparatları

B) Deksametazon

C) Bifosfonatlar

D) Kalsitonin

E) Ca preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
803) Qadınlarda osteoporozun yaranmasının risk faktoru deyil?
A) Antibiotiklərin uzun müddət qəbulu

B) Menopauza

C) Hipostenik bədən quruluşu

D) İdman ilə məşğul olmaq

E) Artıq çəki
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
804) İnsan orqanizmində Ca miqdarının orta göstəricisi?
A) 1500 qr

B) 500 qr

C) 1000 qr

D) 800 qr

E) 2000 qr
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
805) Skeletdə Ca faiz göstəricisi hansıdır?
A) 80%

B) 50%


C) 98%

D) 10%


E) 90%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
806) Sidik ilə ekskresiya olan Ca miqdarı?
A) 20%

B) 2%


C) 10%

D) 50%


E) 1,5%
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
807) Orqanizmdə Ca haradan sovrulur?
A) Düz bağırsaqdan

B) Yoğun bağırsaqdan

C) Nazik bağırsaqdan

D) Mədədən

E) Ağız boşluğundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
808) Hiperkalsemiya nəyə səbəb olur?
A) Parathormonun sekresiyasının azalmasına

B) АКТH-ın azalmasına.

C) ТЗ azalmasına

D) Т4 artmasına

E) Tireotrop hormonunun artmasına
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
809) Sümük sıxlığının azalması hansı hallarda müşahidə olmur?
A) Hemorraqik diatezlər zamanı

B) Ağ ciyərlərin xroniki qeyri-spesifik xəstəlikləri zamanı

C) Revmatoid artrit zamanı

D) Xroniki böyrək çatmamazlığı zamanı

E) Piylənmə zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
810) Osteoporozun risk faktoru deyil?
A) Natural şirə istifadəsi

B) Qlyukokortikoid istifadəsi

C) Çaxır istifadəsi

D) Nikotin istifadəsi

E) Pivə istifadəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
811) İldə boyun neçə sm kiçilməsi zamanı osteoporozdan şübhələnmək olar?
A) < 2 sm

B) <4 sm


C) <5 sm

D) < 1 sm

E) < 6 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
812) Bədən kütləsinin indeksinin hansı göstəriciləri osteoporoz üçün risk faktorudur?
A) >50

B) <40


C) <20

D) >39


E) >20
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
813) Osteoporoz hansı endokrin xəstəlikləri müşahidə etmir?
A) Hipoqonadizm

B) Akromeqaliya

C) Hiperkotisizm

D) Şəkərli diabet

E) Şəkərsiz diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
814) Yuvenil osteoporoz hansı yaş dövründə yarana bilər?
A) 8-10 yaş arası

B) 5-6 yaş arası

C) 10-14 yaş arası

D) 20-24 yaş arası

E) 7-9 yaş arası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
815) Osteoporozun əvəzedici hormonal terapiyasının maksimal istifadə müddəti hansıdır?
A) 1-3 il

B) 2-3 il

C) 9-10 il

D) 3-5 il

E) 5-7 il
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
816) Estrogenlərin sintezi qadın orqanizmində hansı vəz və toxumalarda gedir?
A) Yumurtalıqlarda və böyrəküstü vəzilərin qabıq qatında

B) Qalxanabənzər vəzdə və əzələlərdə

C) Əzələlərdə və yumurtalıqlarda

D) Piy toxumasında və qalxanabənzər vəzdə

E) Böyrəküstü vəzilərin qabiq qatında və hipofizdə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
817) Qonadotrop hormonlara hansılar aiddir?
A) Somatotrop hormon, tireotrop hormon

B) Follikulstimuləedici hormon, lüteinləşdirici hormon

C) Adrenokortikotrop hormon, lüteinləşdirici hormon

D) Tireotrop hormon, follikulstimuləedici hormon

E) Prolaktin, somatotrop hormon
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
818) Yumurtalıqların birincili hipofunksiyasi zamani qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar artır, estrogenlər azalır

B) Qonadotrop hormonlar azalır, estrogenlər azalır

C) Qonadotrop hormonlar artır, estrogenlər artır

D) Qonadotrop hormonlar azalir, estrogenlər artır

E) Qonadotrop hormonlar normada olur, estrogenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
819) Yumurtalıqların ikincili hipofunksiyası zamanı qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar azalır, estroqenlər artır

B) Qonadotrop hormonlar normada olur, estrogenlər artır

C) Qonadotrop hormonlar azalır, estrogenlər azalır

D) Qonadotrop hormonlar artır, estrogenlər azalır

E) Qonadotrop hormonlar artır, estrogenlər artır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
820) Yumurtalıqların birincili hipofunksiyası zamanı bu müalicəni aparmaq məqsədəuyğun deyil?
A) Sintetik estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya

B) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə

C) Sedativ preparatlarla müalicə

D) Kalsium və D vitamini preparatları ilə müalicə

E) Natural estrogen-gestagen preparatları ilə əvəzedici hormonal terapiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
821) Yumurtalıqların ikincili hipofunksiyası zamanı bu müalicəni aparmaq məqsədəuyğun deyil?
A) Qonadotrop hormonlarla əvəzedici terapiya

B) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə

C) Antiestrogen preparatlarla müalicə

D) Qonadotropin-rilizinq hormonunun sintetik analoqları ilə müalicə

E) Osteoporoz əleyhinə müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
822) Yumurtalıqların birincili hipofunksiyasına aşağıdakı simptomların hansı xasdır?
A) Sonsuzluq, uşaqlıq qanaxmalari, piylənmə

B) Uşaqlığın və yumurtalıqların hipoplaziyası, virilizm, amenoreya

C) Hirsutizm, amenoreya, piylənmə

D) Amenoreya, sonsuzluq, uşaqlığın və yumurtalıqların hipoplaziyası

E) Amenoreya, hirsutizm, sonsuzluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
823) Yumurtalıqların üzülmə sindromuna aşağıdakı simptomlardan hansı xasdır?
A) Hirsutizm, ikincili amenoreya, vegetativ simptomlar

B) İkincili amenoreya, sonsuzluq, vegetativ simptomlar

C) Birincili amenoreya, sonsuzluq, piylənmə

D) Piylənmə, virilizm, birincili amenoreya

E) Sonsuzluq, hirsutizm, uşaqlıq qanaxmaları
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
824) Yumurtalıqların rezistent sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 45,XO

B) 46,XX


C) 47,XXY

D) 47,XXX

E) 46,XY
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
825) Yumurtalıqların üzülmə sindromunun ağırlaşmaları bunlardır?
A) Miokard infarktı, ateroskleroz, osteoporoz

B) Piylənmə, osteoporoz, uşaqlıq qanaxmaları

C) Ateroskleroz, uşaqlığın xərçəngi, piylənmə

D) Osteoporoz, ateroskleroz, uşaqlıq qanaxmaları

E) Uşaqlıq xərçəngi, miokard infarktı, piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
826) Yumurtalıqların ikincili hipofunksiyası diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr aparılır?
A) Böyrəküstü vəzilərin KT-sı, hormonal analizlər, döş qəfəsinin R-skopiyası

B) Hormonal analizlər, uşaqlıq və yumurtalıqların USM-si, kəllənin R-qrafiyası

C) Kəllənin R-qrafiyası, qanın lipid spektrinin öyrənilməsi, EKQ

D) Hormonal analizlər, qalxanabənzər vəzin USM-si, böyrəküstü vəzilərin KT-sı

E) Döş qəfəsinin R-qrafiyası, EKQ, uşaqlıq və yumurtalıqların USM-si
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
827) Kalman sindromu üçün aşağıdakılardan hansılar səciyyəvidir?
A) Hipoqonadotpop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi

B) İy bilmə qabiliyyətinin itməsi, piylənmə

C) Piylənmə, hiperqonadotrop hipoqonadizm

D) Hipoqonadotrop hipoqonadizm, piylənmə

E) Hiperqonadotrop hipoqonadizm, iy bilmə qabiliyyətinin itməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
828) Şteyn-Levental sindromuna aşağıdakılardan hansılar səciyyəvidir?
A) Hiperqonadotrop amenoreya, piylənmə, insulinədavamlılıq

B) İnsulinədavamlılıq, virilizm, sonsuzluq

C) Hiperandrogeniya, uşaqlığın hipoplaziyası və yumurtalıqların polikistozu, anovulyasiya

D) Anovulyasiya, hiperandrogeniya, uşaqlıq və yumurtalıqların hipoplaziyası

E) Virilizm, hiperprolaktinemiya, hipoqonadotrop amenoreya
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
829) Şteyn-Levental sindromu zamanı aşağıdakı kariotip müşahidə olunur?
A) 47,XXX

B) 45,XO


C) 46,XX

D) 46,XY


E) 47,XXY
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
830) Şteyn-Levental sindromunda aşağıdakı hormonal dəyişikliklər olur.
A) Estrogenlər azalır, androgenlər azalır, tireotrop hormon artır

B) Tireotrop hormon azalır, androgenlər artır, insulin artır

C) Qonadotrop hormonlar azalır, estrogenlər artır, prolaktin artır

D) Androgenlər artır, lüteinləşdirici hormon artir, somatotrop hormon normada olur

E) İnsulin azalır, androgenlər artir, follikulstimuləedici hormon artır
Ədəbiyyat: Старкова Н.Т., 2002
831) İnsulinədavamlılıqla olan yumurtalıqların polikistoz sindromunda aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Sulfanilsidikcövhərinin törəmələri ilə müalicə

B) Biquanidlərlə müalicə

C) Pəhrizlə və biquanidlərlə müalicə

D) Biquanidlərlə və tiazolidindionlarla müalicə

E) Tiazolidindionlarla müalicə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
832) Yumurtalıqların polikistoz sindromu kəskin hiperandrogeniya ilə və insulinə davamlılıqsızlıqla keçəndə aşağıdakı müalicə aparılmalıdır.
A) Klomifen-sitrat

B) Roziqlitazon

C) Sibutramin

D) Metformin

E) Etinilestradiol siproteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. Москва, 2008
833) Yumurtalıqların polikistoz sindromunun böyrəküstü formasında aşağıdakı müalicə aparılmalıdır.
A) Deksametazon

B) Etinilestradiol/levonorqestrel

C) Metformin

D) Triptorelin.

E) Klomifen-sitrat
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
834) Yumurtalıqların polikistoz sindromuna aşağıdakı fenotip xasdır.
A) İkincili cinsi əlamətlərin inkişaf etməməsi, cirtdanboyluluq

B) Cırtdanboyluluq, kişi tipli bədən quruluşu

C) Piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi

D) Qadin tipli bədən quruluşu, kişi tipli tüklənmə

E) Kişi tipli tüklənmə, cirtdanboyluluq
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
835) İnsulinədavamlılığı təsdiq etmək üçün Caro əmsalını bu formulla hesablayırlar.
A) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

B) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)*/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)

C) Qanda acqarina İRİ səviyyəsini (mkBV/ml)*22,5/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)

D) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

E) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)/qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
836) İnsulinədavamlılıq HOMA əmsalı ilə bu formulla hesablanır.
A) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)

B) Qanda acqarına İRİ səviyyəsini(mkBV/ml)* qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)/ 22,5

C) Qanda acqarına İRİ səviyyəsini (mkBV/ml)/qanda acqarına şəkərin səviyyəsinə (mmol/l)

D) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l)*22,5/qanda acqarına İRİ səviyyəsinə

E) Qanda acqarına şəkərin səviyyəsini (mmol/l) /qanda acqarına İRİ səviyyəsinə (mkBV/ml)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. ,Mосква 2008
837) Hirsutizmi (Ferriman-Qollvey şkalası ilə) hansı rəqəm göstərir?
A) İndifferent rəqəm+hirsut rəqəm

B) Hormonal rəqəm

C) Hormonal rəqəm+indifferent rəqəm

D) Hirsut rəqəm

E) İndifferent rəqəm
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
838) Hirsutizmin ifadə edilməsini qiymətləndirmək üçün bədənin neçə androgenasılı sahəsini tanıyırsız (Ferriman-Qollvey şkalası ilə)?
A) 7

B) 10


C) 3

D) 11


E) 8
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
839) Yumurtalıqların polikistoz sindromunun diaqnozunu təsdiq etmək üçün aşağıdakı müayinələr vacibdir.
A) EKQ, kəllənin R-grafiyası, böyrəküstü vəzilərin USM-si

B) Anamnezin toplanması, hormonal müayinələr, döş qəfəsinin R-qrafiyası

C) Hormonal müayinələr, uşaqlığın və yumurtalıqların USM-si, hormonal sınaqlar

D) Kəllənin R-grafiyası, hormonal sınaqlar, anamnezin toplanması

E) Uşaqlığın və yumurtalıqların USM-si, EKQ, böyrəküstü vəzilərin KT-sı
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
840) Klimakterik sindroma xas olan əlamətlər bunlardır.
A) Vegetativ simptomatika, piylənmə, virilizm

B) Hirsutizm, piylənmə, birincili amenoreya

C) Oliqo-amenoreya, vegetativ simptomatika, neyropsixiki dəyişikliklər

D) Neyropsixiki dəyişikliklər, kaxeksiya, amenoreya

E) Kaxeksiya, oliqo-amenoreya, hirsutizm
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
841) Klimakterik sindromun erkən ağırlaşmalarına bunlar aiddir.
A) Urogenital pozğunluqlar, osteoporoz

B) Osteoporoz, dəri və onun törəmələrində dəyişikliklər

C) Emosional-psixi dəyişikliklər, urogenital pozğunluqlar

D) Vazomotor dəyişikliklər, emosional-psixi dəyişikliklər

E) Ürək-damar xəstəlikləri, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
842) Klimakterik sindromun orta dövrünün ağırlaşmalarına bunlar aiddir.
A) Urogenital pozğunluqlar, dəri və onun törəmələrində dəyişikliklər

B) Emosional-psixi dəyişikliklər, ateroskleroz

C) Dəri və onun törəmələrində dəyişikliklər, vazomotor dəyişikliklər

D) Ürək-damar xəstəlikləri, urogenital pozğunluqlar

E) Osteoporoz, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
843) Klimakterik sindromun gecikmiş ağırlaşmalarına bunlar aiddir.
A) Osteoporoz, emosional-psixi dəyişikliklər

B) Dəri və onun törəmələrində dəyişikliklər, ateroskleroz

C) Ürək-damar xəstəlikləri, osteoporoz

D) Vazomotor dəyişikliklər, ürək-damar xəstəlikləri

E) Urogenital pozğunluqlar, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
844) Klimakterik dövrün başlanğıcında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Lüteinləşdirici hormon azalır, hipoestrogenemiya olur

B) Lüteinləşdirici hormon artır, hiperestrogenemiya olur

C) Follikulstimuləedici hormon artır, hiperestrogenemiya olur

D) Follikulstimuləedici hormon azalır, hipoestrogenemiya olur

E) Follikulstimuləedici hormon azalır, hiperestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
845) Klimakterik dövrün orta çağında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur

B) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur

C) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti artır, hiperestrogenemiya olur

D) Qonadotrop hormonlar azalır, LH/FSH nisbəti azalır, hipoestrogenemiya olur

E) Qonadotrop hormonlar artır, LH/FSH nisbəti normada qalır, hipoestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
846) Klimakterik sindromun müalicəsində aşağıdakı müalicə məqsədəuyğun deyil.
A) Kalsium və D vitamini preparatları ilə müalicə

B) Sedativ preparatlarla müalicə

C) Bisfosfonatlarla müalicə

D) Natural estrogen-gestagen preparatları ilə müalicə

E) Sintetik estrogen-gestagen preparatları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
847) Klimakterik sindromun ağır formasında “istigəlmə” tutmaları gün ərzində neçə dəfə təsadüf edir?
A) 10-dan 20-yə gədər

B) 15-dən 25-ə gədər

C) 20-dən 30-a gədər

D) 10-na qədər

E) 20-dən çox
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
848) Klimakterik sindromun yüngül formasında “istigəlmə” tutmaları gün ərzində neçə də-fə təsadüf edir?
A) 30-dan çox

B) 10-na qədər

C) 20-dən 30-a gədər

D) 20-ə gədər

E) 10-dan 20-yə gədər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
849) Sağlam qadınlarda klimakterik dövrün başlanması adətən bu yaş dövrünə təsadüf edir.
A) 35-45 yaş

B) 55-65 yaş

C) 46-55 yaş

D) 40-50 yaş

E) 50-60 yaş
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
850) Erkən klimaks bu yaş dövrünə təsadüf edir.
A) 50-55 yaş

B) 35-40 yaş

C) 40-45 yaş

D) 30-40 yaş

E) 46-55 yaş
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin