551) Şəkərli diabet xəstəsi aşağıdakı sxemlə insulin qəbul edir: (8.30 - 6 V Actrapid НМ + 10 V Protafan НМ 13.00 - 6 V Actrapid НМ 18.30 - 4 V Actrapid HM+ 10 V Protafan НМ). Şikayətlər: qorxulu yuxular. Saat 02.30- qlikemiya-3,2 mmol/l, səhər ac qarına-qlikemiya -16 mmol/l. Bu halı nə ilə əlaqələndirirsiz?
A) Uzun müddətli insulinin dozasının axşam az olması ilə
B) Uzun müddətli insulinin dozasının səhər az olması ilə
C) Qısa müddətli insulinin dozasının axşam artıq olması ilə
D) “Sübh” fenomeni ilə
E) Samodjı fenomeni ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»,
Москва, 2004