Entomofaqlari



Yüklə 3.59 Kb.

səhifə2/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

I
I
I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
MATERİALIN TOPLANILMASI VƏ 
İŞİN METODİKASI  
 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  çəyirdəkli  meyvə 
zərərvericilərinin 
və 
onların  entomofaqlarının  öyrənilməsinə  dair 
materialların toplanılması və işlənilməsi 2004-cü ildən başlayaraq Ordubad, 
Culfa,  Şahbuz,  Şərur,  Babək,  Kəngərli  və  Sədərək  rayonlarında  çöl  və 
laboratoriya  şəraitində  aparılmışdır.  Stasionar  məntəqələr  kimi  Ordubad, 
Şahbuz, Şərur və Babək rayonları seçilmişdir (Xəritə-sxem 3.1) 
 
Xəritə sxem 3.1  
Zərərvericilərin,  entomofaqların  növ  tərkibini  və  onların  Naxçıvan 
Muxtar 
Respublikasının 
bütün 
ərazisi 
boyunca 
yayılması 
qanunauyğunluqların  aydınlaşdırmaq  məqsədilə  bölgənin  bütün  zonalarına 
ekspedisiyalar  edilmiş,  material  toplanılmış  və  müşahidələr  aparılmışdır. 
Tədqiqat işləri 7 rayonun 22 yaşayış məntəqəsini və 276 bağ sahəsini əhatə 
etmişdir.  Daha  ətraflı  tədqiqat  işləri  isə  2  məntəqədə  (Ordubad,  Şahbuz) 
aparılmışdır. Aşağıda onların hər birinin xarakteristikasını veririk:  
 

 
18 
I. Akademik H.Ə.Əliyev adına «Araz» EİB-nin Ordubad rayonu 
Aşağı Əndəmic dayaq məntəqəsi  
Bu  məntəqə  Ordubad  rayonunun  şimal-şərq  hissəsində,  dəniz  sə-
viyyəsindən 800-1000 metr hündürlükdə yerləşir və 12 ha ərazini əhatə edir. 
Burada  4,5  ha  ərazi  tumlu  meyvə  ağaclarının  payına,  qalan  sahələr  isə 
çəyirdəkli meyvə və qoz-fındıq ağaclarının payına düşür. Məntəqənin yaxın-
lığından  Dübəndi  çayı  axır.  Burada  yerləşən  bağ  sahələrinin  təməli  1937-
1939-cu  illərdə  qoyulmuşdur.  Ən  cavan  ağaclar  2002-ci  ildə  əkilmişdir. 
Bağlarda çəyirdəkli meyvə ağaclarından müxtəlif ərik (43%), gavalı (13%), 
alça  (11%)  və  şaftalı  (11%)  sortları  vardır.  Bu  meyvə  ağacları  bağlarda 
üstünlük təşkil edirlər. Bütün yaz, yay və payız ayları boyunca ağaclara qul-
luq  məqsədilə  müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Payızda ağac-
lar  qurumuş  budaq  və  qabıqlardan  təmizlənir,  əhənglə  ağardılır,  dondurma 
şumu aparılır, ağacların gövdələrinin ətrafı bellənir, gübrə verilir, yazda isə 
qurumuş  ağaclar  kəsilib  yandırılır,  gövdə  ağardılmaları  davam  edir,  göv-
dələrin ətrafı  yenidən  yumşaldılır, cərgələrin arası düzəldilir, gübrələr veri-
lir;  yayda  gövdələr  ətrafı  və  cərgələrin  arası  yumşaq  vəziyyətdə  saxlanılır. 
Zərərvericilərə qarşı əsas mübarizə tədbirlərindən biri kimi bağlarda ağaclar 
çiçəkləmədən  əvvəl  və  sonra  müasir  insektisidlərlə  iki  və  ya  üç  dəfə  dər-
manlanır. Baxmayaraq ki, hər il bağlarda iki və ya üç dəfə kimyəvi maddə-
lər  tətbiq  olunur,  həmçinin  zərərvericilərə  qarşı  aqrotexniki  və  prolfilaktiki 
tədbirlər  həyata  keçirilir,  bu  zərərvericilərin  sayı,  xüsusilə  əsas  zərərveri-
cilərin sayı ildən-ilə artır.  
2004-cü ildən başlayaraq apardığımız müşahidələrə əsasən zərərveri-
cilərin progressiyası qeyd edilmişdir. İsti və quraqlıq keçən dövrlərdə qızıl-
qarın  kəpənəyin,  meyvə  və  zolaqlı  meyvə  güvələrinin  sayı  əhəmiyyətli 
dərəcədə  artmışdır.  Bağlarda  ayrı-ayrı  ağaclarda  onların  150-dən  çox  tırtıl 
ocaqları aşkar edilmişdir.  
 
II. Şahbuz rayonu Qarababa kənd məntəqəsi  
Tədqiq  olunan bağlar qarışıq  olmaqla, dağətəyi  zonada dəniz səviy-
yəsindən  1200-1400  metr  hündürlükdə  yerləşir.  Məntəqədəki  hər  iki  bağın 
ümumi sahəsi 2,5 ha-dır. Bağlarda əsasən çəyirdəkli və cərgələr arası yabanı 
meyvə ağacları bitir. Burada kimyəvi tədbirlər həyata keçirilmir. Buna görə 
də  burada  muxtar  respublikanın  digər  məntəqələrinə  nisbətən  zərərverici-
lərin  sayı  daha  çoxdur.  Bununla  yanaşı,  faydalı  həşəratlar  (zərərvericilərin 
təbii düşmənləri) daha çoxdur və onların aktiv fəaliyyəti nəzərə çarpır. Bağ-
lara meşə-çöl  zolaqları bitişik olub,  burada müxtəlif ağaclar-qovaq, söyüd, 
qoz  ağacı,  həmçinin  cırlaşmış  meyvə  ağacları  (ərik,  şaftalı,  alça,  gavalı  və 
s.) bitir.  

 
19 
Materialların  toplanılması  prosesində,  zərərverici  və  entomofaq 
növlərinin təyin edilməsində metodik vəsaitlərdən, sistematik mənbələrdən, 
xüsusi  təyinedicilərdən  istifadə  edilmişdir  [4,99,100,101,102,103,104,105, 
106,107,108,109, 110,111,112,124,132,137, 138].  
Zərərvericilərin  bioekologiyasını  öyrənmək  və  meyvə  bağlarında 
entomofaqları  aşkar  etmək  üçün  bağlardan  zədələnmiş  və  zədələnməmiş 
(hərəsindən 100 ədəd olmaqla) ərik, gavalı, alça, şaftalı və s. meyvələr yığıl-
mış  və  ayrı-ayrılıqda  şüşə  qablarda  saxlanılaraq  zərərvericilərin  parazitlə 
yoluxma  dərəcəsi  müəyyən  edilmişdir.  Həmçinin  zərərvericilərin  müxtəlif 
yaşlı  tırtıllarından  və  puplarından  ibarət  olan  yuvalar  da  toplanılmışdır. 
Bununla  əlaqədar  olaraq  zərərvericilərin  bioekoloji  xüsusiyyətlərini  öyrən-
mək  məqsədilə  təcrübə  sahələrindən  hər  3  gündən  bir  zərərvericilərin  tırtıl 
və puplarından 100 ədəd toplanılmış və laboratoriya şəraitində saxlanılmış-
dır. Stasionar sahələrdə entomoloji torlarla materialların toplanılması ayda 3 
dəfə hər 10 gündən bir həyata keçirilmişdir.  
Daha  effektli  entomofaqların  inkişaf  mərhələlərinin  müşahidə  edil-
məsi,  onların  sahibi  yoluxdurma  və  zərərvericilərin  zərərvericilik  dərəcə-
lərinin  aydınlaşdırılması  əsasən  Ordubad  (Əndəmic,  Gənzə,  Nüsnüs  və 
Dəstə kəndləri), Şahbuz (Kolanı və Qarababa kəndləri), Babək (Zeynəddin) 
və Şərur rayonlarındakı stasionar məntəqələrdə aparılmışdır.  
Materialın  toplanılması  və  işlənilməsi  ümumi  qəbul  edilmiş 
entomoloji üsüllarla həyata keçirilmişdir. Bundan başqa, həşəratlar ot biçini 
zamanı və ağac-kol bitkilərinin müxtəlif generativ və vegetativ orqanların-
dan entomoloji torlar ilə toplanılmışdır. Gecə vaxtları isə həşəratlar müxtəlif 
işıq mənbələrindən, avtomobil faralarının işığından, elektrik lampaları, civə-
kvars lampalarının işığından istifadə edilərək toplanılmışdır.  
Materialların  toplanılmasında  və  tədqiqində  hər  bir  biotopun  aran, 
dağətəyi və dağlıq qurşaqlarda mikroiqlim xüsusiyyətləri (havanın tempera-
turu, rütubətliliyi,  yağıntının miqdarı), relyefi, bitki  örtüyünün xarakteristi-
kası  nəzərə  alınmışdır.  Noyabr-fevral  aylarında  zərərvericilərin  və  ento-
mofaqların qışladığı  yerləri müəyyən etmək üçün ağacların qabıqaltı hissə-
ləri, torpağın alt səthi və yerə tökülmüş quru yarpaqların altı diqqətlə nəzər-
dən keçirilmişdir. Ağacların kök hissəsi ətrafında qazıntı işləri aparılmışdır. 
Zərərvericilərin və entomofaqların fenologiyası, onların biologiyası və eko-
logiyası təbii şəraitdə onlar fəaliyyətdə olduqları zaman daha  ətraflı tədqiq 
edilmişdir. Zərərvericilərin sayının qeydiyyatı və onların parazitlərlə yolux-
ma  faizi  aşağıdakı  kimi  aparılmışdır:  hər  sahədə  3  gavalı  və  ya  ərik  ağacı 
ayrılmış və onların hər birindən 5 budaq (dördü yanlarda, biri ortada) nəzər-
də saxlanılmışdır. Növbəti qeydiyyat zamanı onlardakı zədələnmiş və zədə-
lənməmiş  meyvələr və  yarpaqlar sayılmaqla zərərvericilərin  yumurta, tırtıl, 
sürfə və puplarının entomofaqlarla yoluxma dərəcəsi müəyyən edilmişdir.  

 
20 
Effektli  parazit  və  yırtıcıların  yaşama  müddətini  aydınlaşdırmaq 
üçün onlar kolbalara yerləşdirilmiş və hər gün 20%-li şəkər məhlulu, çiçək-
lərin şirəsi və quru meyvənin lətli hissəsi ilə yemləndirilmişdir. Müşahidələr 
əsasən  günün  birinci  yarısı  (saat  10-dan  14-ə  qədər),  başlıca  olaraq  zərər-
vericilərin daha aktiv olduqları vaxt aparılmışdır.  
Hər meyvə ağacından toplanan həşəratların yığılma tarixi qeyd edil-
məklə ayrı-ayrı sınaq şüşələrinə salınaraq saxlanılmışdır. Toplanılmış həşə-
ratlar  laboratoriyada  xloroform  və  ya  efirlə  öldürülmüş,  sonra  entomoloji 
sancaqlara  keçirilmiş,  entomoloji  qutulara  yerləşdirilmişdir.  Materialların 
müəyyən hissəsi pambıq döşəkçələrdə saxlanılmışdır.  
İşin gedişi zamanı 23500 ədəd müxtəlif nümunə toplanılmış və işlə-
nilmişdir.  Toplanılmış  zərərverici  və  entomofaqlar  təbii  şəraitdə  olduğu 
kimi  laboratoriya  şəraitində  də  öyrənilmişdir.  Zərərverici  və  entomofaqlar 
çiçəklərin  tozcuqları,  şirəli  meyvələrin  lətli  hissəsi  ilə  qidalandırılaraq, 
onların  təbiətdə  yaşama  müddətləri,  zərərverici  həşəratların  növ  tərkibi  və 
onların çiçəkləyən bitkilərə münasibəti müəyyən edilmişdir. Zərərvericilərin 
və  parazitlərin  növ  tərkibini,  morfoloji  əlamətlərini  müəyyən  etmək  üçün 
MBS-1  və  MBS-10  mikroskop-lupadan,  “Biolam”  mikroskopundan,  «Ca-
non»  digital  fotoaparatından,  yoluxmuş  tırtılların  bəslənməsi  üçün  «İSO-
9001»  markalı  termostatdan,  termometrdən,  psixrometrdən,  hiqroqrafdan, 
işıq  şüalanması  dərəcəsini  müəyyən  etmək  üçün  lyuksometrdən  istifadə 
edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
21 
I
I
V
V
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ÇƏYİRDƏKLİ MEYVƏ 
ZƏRƏRVERİCİLƏRİNİN NÖV TƏRKİBİ, AĞACLARIN ONLARLA 
YOLUXMA DƏRƏCƏSİ  
 
Aparılmış  çoxillik  entomoloji  tədqiqatlar  nəticəsində  Naxçıvan 
Muxtar Respublikasında 5 dəstəyə, 23 fəsiləyə və 50 cinsə mənsub olan 59 
növ  başlıca  meyvə  zərərvericisi  aşkar  edilmişdir  ki,  onlardan  24  növünün 
bioekoloji  xüsusiyyətləri  və  14  növünün  təbii  düşmənləri  öyrənilmişdir. 
Növlərinin  zənginliyinə  görə  Lepidoptera  (28  növ)  47,4%  və  Coleoptera 
(17  növ)  28,8%  dəstələri  üstünlük  təşkil  edirlər.  Zərərvericilərdən  4  növü 
Azərbaycan  faunası  və  25  növü  isə  Naxçıvan  Muxtar  Respublikası  faunası 
üçün ilk dəfə qeyd edilmişdir.  
 
Zərərvericı həşəratların adlı siyahısı  
Dəstə:Homoptera-Bərabərqanadlılar  
Fəsilə:Aphidoidae-Mənənələr  
1.
 
Hyalopterus pruni (Geoffroy, 1762)-Gavalı mənənəsi  
2.
 
Eriosoma lanigerum (Hausmann, 1802)-Qanlı mənənə  
3.
 
Myzus (Nectarosiphon) persicae Sulzer, 1776-Yaşıl şaftalı mənənəsi  
4.
 
Brachycaudus (Appelia) prunicola (Kaltenbach, 1843)-Zolaqlı şaftalı 
mənənəsi **  
5.
 
Brachycaudus (Acaudus) divaricatae Shaposhnikov, 1956-Alça mənənəsi  
6.
 
Myzus (Myzus) cerasi (Fabricius, 1775)-Albalı mənənəsi  
 
Fəsilə:Diaspididae-Qalxanlı yastıcalar  
7.
 
Parlatoria oleae (Colvee, 1880)-Bənovşəyi yastıca **  
8.
 
Diaspidiotus perniciosus (Comstock, 1881)-Kaliforniya çanaqlı yastıcası  
9.
 
Diaspidiotus marani (Zahradnik, 1952)-Gavalı yastıcası  
10.
 
Lepidosaphes ulmi (Linnaeus, 1758)-Vergülvari çanaqlı yastıcası  
Dəstə:Coleoptera-Sərtqanadlılar və ya böcəklər  
Fəsilə:Scarabeidae -Lövhəbığ böcəklər  
11.
 
Tropinota (Epicometis) hirta (Poda, 1761)-Тüklü maralça  
12.
 
Melolontha melolontha (Linnaeus, 1758)-May xırıldağı  
13.
 
Polyphylla (Polyphylla) fullo (Linnaeus, 1758)-Mərmər xırıldağı  
14.
 
Cetonia aurata (Linnaeus, 1761)-Qızılı parıldaq  
Fəsilə:Buprestidae-Qızılı böcəklər  
15.
 
Capnodis tenebrionis (Linnaeus, 1758)-Qaramtıl qızılıböycək  
16.
 
Capnodis cariosa (Pallas, 1776)-Meyvə qızılböcək **  

 
22 
Fəsilə:Cerambycidae-Uzunbığ böcəklər  
17.
 
Tetrops praeustus (Linnaeus, 1758)- Meyvə uzunbığı  
Fəsilə:Chrysomelidae-Yarpaqyeyən böcəklər  
18.
 
Smaragdina salicina (Scopoli, 1763)-Meyvə yarpaqyeyəni  
19.
 
Smaragdina limbata (Steven, 1806)-Həşiyəli yarpaqyeyən **  
20.
 
Luperus xanthopoda (Schrank, 1781)-Sarıayaq yarpaqyeyən **  
Fəsilə:Attelabidae-Borulayıcılar  
21.
 
Neocoenorrhinus pauxillus (Germar, 1824)- Bukarka  
22.
 
Rhynchites (Rhynchites) bacchus (Linnaeus, 1758)-Kazarka  
23.
 
Involvulus (Involvulus)cupreus (Linnaeus, 1758)-Gavalı uzunburunu  
Fəsilə:Curculionidae-Uzunburun böcəklər  
24.
 
Phyllobius (Nemoicus) oblongus (Linnaeus, 1758)-Meyvə  
uzunburunu *  
25.
 
Phyllobius (Pterygorrhynchus) maculicornis Germar, 1824-Yarpaq 
uzunburunu *  
Fəsilə:İpidae-Qabıqyeyənlər  
26.
 
Scolytus mali (Bechstein, 1805)-Meyvə qabıqyeyəni  
27.
 
Scolytus rugulosus (Muller, 1818)-Qırışıqlı qabıqyeyən  
Dəstə:Hymenoptera-Zarqanadlılar  
Fəsilə:Tenthredinidae-Mişarçılar  
28.
 
Caliroa cerasi (Linnaeus, 1758)-Albalı mişarçısı **  
29.
 
Hoplocampa brevis (Klug, 1816)-Meyvə mişarçısı **  
30.
 
Hoplocampa minuta (Christ, 1791)-Qara gavalı mişarçısı *  
31.
 
Hoplocampa flava (Linnaeus, 1761)-Sarı gavalı mişarçısı *  
Dəstə: Lepidoptera-Kəpənəklər və ya pulcuqqanadlılar  
Fəsilə:Tortricidae-Yarpaqbükənlər  
32.
 
Grapholita (Aspila) funebrana Treitschke, 1835-Gavalı meyvəyeyəni  
33.
 
Grapholita (Aspila) molesta (Busck, 1916)-Şərq meyvəyeyəni **  
34.
 
Spilonota ocellana (Denis et Schiffermüller, 1775)-Tumurcuq fırfırası  
35.
 
Archips rosana (Linnaeus, 1758)-Qızılgül yarpaqbükəni  
36.
 
Syndemis musculana (Hübner 1799)-Qıvraq yarpaqbükən **  
37.
 
Pandemis heparana (Denis et Schiffermüller, 1775)-Əyribığ yarpaqbükən  
Fəsilə:Yponomeutidae-Sincabaoxşar güvələr  
38.
 
Yponomeuta padella (Linnaeus, 1758)-Meyvə güvəsi  
Fəsilə:Plutellidae-Oraqqanadlı güvələr  

 
23 
39.
 
Ypsolopha persicella (Fabricius, 1787)-Şaftalı oraqqanadlı güvəsi  
Fəsilə:Gelechidae-Diş-diş qanadlı güvələr  
40.
 
Anarsia lineatella Zeller, 1839-Zolaqlı meyvə güvəsi  
41.
 
Recurvaria nanella (Denis et Schiffermüller, 1775)-Yarpaq güvəsi  
Fəsilə:Coleophoridae-Çuxolçular  
42.
 
Coleophora hemerobiella (Scopoli 1763)-Meyvə çuxolçusu  
43.
 
Coleophora anatipenella (Hübner, 1796)-Ağqanadlı çuxolçu  
Fəsilə:Saturnidae-Tovuzgözlülər  
44.
 
Saturnia (Saturnia) pyri (Denis et Schiffermüller, 1775)-Meyvə тоvugözü 
saturniyası **  
45.
 
Saturnia (Eudia) pavonia (Linnaeus, 1758)-Tovuzgöz Eudia **  
Fəsilə:Geometridae-Qarışçılar  
46.
 
Operophtera brumata (Linnaeus, 1758)-Qış qarışçısı **  
47.
 
Erannis defoliaria (Clerck, 1759)-Meyvə qarışçısı **  
48.
 
Angerona prunaria (Linnaeus, 1758)-Gavalı qarışçısı **  
Fəsilə:Noctuidae-Sovkalar  
49.
 
Amphipyra (Amphipyra) pyramidea (Linnaeus, 1758)-Piramidal sovka  
50.
 
Lacanobia (Dianobia) contigua (Denis et Schiffermüller, 1775)-Bağ sovkası  
Fəsilə:Lasiocampidae-Baramasarıyanlar  
51.
 
Malacosoma (Clisiocampa) neustria (Linnaeus, 1758)-Həlqəvi ipəksarıyan  
52.
 
Lymantria dispar (Linnaeus, 1758)-Tək ipəksarıyan  
Fəsilə:Orgyidae-Dalğazolaqlılar  
53.
 
Euproctis (Euproctis) chrysorrhoea (Linnaeus, 1758)-Qızılqarın kəpənək  
54.
 
Orgyia (Orgyia) antiqua (Linnaeus, 1758)-Valehedici gözəlçə  
Fəsilə:Cossidae-Ağacovanlar  
55.
 
Zeuzera pyrina (Linnaeus, 1761)-Yeyimcil ağacovan **  
56.
 
Coccus hesperidum Linnaeus, 1758-İyverən ağacovan **  
Fəsilə:Arctidae-Ayıcalar  
57.
 
Hyphantria cunea (Drury, 1773)-Ağ Amerika kəpənəyi **  
58.
 
Callimorpha dominula (Linnaeus, 1758)-Məleykəayıca **  
Fəsilə:Pieridae-Ağqanadlılar  
59.
 
Aporia crataegi (Linnaeus, 1758)-Yemişan kəpənəyi  
Qeyd: 1. *- Azərbaycan faunası üçün ilk dəfə qeyd edilir.  
2. **- Muxtar respublika faunası üçün ilk dəfə qeyd edilir.  
 

 
24 
 
Xəritə-sxem 4.1. Naxçıvan Muxtar Respublikasında dominant 
        zərərverici növlərinin yayılması  
Muxtar respublika bağlarında əsas yer tutan ərik, şaftalı, gavalı, alça, 
albalı  və  gilasın  muxtəlif  sortlarının  başlıca  obyekt  kimi  zərərvericilərlə 
yoluxma dərəcəsi və həşəratların trofik əlaqələri tədqiq edilmişdir. Müəyyən 
edilmişdir ki, Hyalopterus pruni (Geoffroy, 1762), Brachycaudus (Appelia) 
prunicola  (Kaltenbach,  1843),  Melolontha  melolontha  (Linnaeus,  1758), 
Capnodis  tenebrionis  (Linnaeus,  1758),  Capnodis  cariosa  (Pallas,  1776), 
Tetrops  praeustus  (Linnaeus,  1758),  Luperus  xanthopoda  (Schrank,  1781), 
Phyllobius  (Nemoicus)  oblongus  (Linnaeus,  1758),  Scolytus  mali 
(Bechstein,  1805),  Scolytus  rugulosus  (Muller,  1818),  Hoplocampa  flava 
(Linnaeus,  1761),  Archips  rosana  (Linnaeus,  1758),  Syndemis  musculana 
(Hübner,  1799),  Recurvaria  nanella  (Denis  et  Schiffermüller,  1775), 
Coleophora hemerobiella (Scopoli, 1763), Operophtera brumata (Linnaeus, 
1758), Coccus hesperidum Linnaeus, 1758 geniş qidalanma xüsusiyyətlərinə 
malik  olub  bütün  çəyirdəkli  meyvə  ağaclarına  zərər  verirlər.  Bu  zərərveri-
cilərin  fəallığı  meyvə  ağaclarının  bütün  vegetasiya  dövründə  müşahidə 
olunmuşdur.  Onlar  I  dərəcəli  zərərverici  kimi  ilkin  yaz  aylarından  başla-
yaraq meyvə ağaclarının generativ və vegetativ orqanlarına yoluxaraq mey-
və məhsuldarlığının və onun əmtəə keyfiyyətinin aşağı düşməsinə, bəzən də 
ağacların erkən məhv olmasına səbəb olurlar.  

 
25 
Naxçıvan Muxtar Respublikası şəraitində mart ayının ilk günlərindən 
qışlamanı  keçirmiş  zərərvericilər  yenicə  formalaşan  tumurcuqları,  daha 
sonralar  isə  çiçəkləri,  meyvələri  və  çəyirdəkləri  zədələyir,  cavan  zoğ  və 
yarpaqlarla  qidalanırlar.  Bölgənin  dağətəyi  və  dağlıq  qurşaqlarında  yaz 
aylarında  zərərvericilər  xüsusi  fəallıqları  ilə  seçilirlər.  Yay  aylarında  onlar 
çəyirdəkli  meyvə  ağacları  üzərində  uçuşaraq  meyvələrin  üzərinə  yumurta 
qoyurlar.  Tırtıllar  meyvələrin  lətli  hissəsini  deşərək  şirə  axınına,  müxtəlif, 
səciyyəvi  zədələrin  əmələ  gəlməsinə  səbəb olurlar.  Müşahidələrimizə  görə, 
zərərvericilərin  seçicilik  xüsusiyyəti  aydınlaşdırılmış,  Eriosoma  lanigerum 
(Hausmann,  1802),  Yponomeuta  padella  (Linnaeus,  1758),  Saturnia 
(Saturnia)  pyri  (Denis  et  Schiffermüller,  1775),  Saturnia  (Eudia)  pavonia 
(Linnaeus,  1758)-nin  ərik,  Myzus  (Nectarosiphon)  persicae  Sulzer,  1776, 
Diaspidiotus  marani  (Zahradnik,  1952),  Grapholita  (Aspila)  molesta 
(Busck,  1916,  Amphipyra  (Amphipyra)  pyramidea  (Linnaeus,  1758), 
Lacanobia  (Dianobia)  contigua  (Denis  et  Schiffermüller,  1775),  Calli-
morpha  dominula  (Linnaeus,  1758)-nın  şaftalı,  Myzus  (Myzus)  cerasi 
(Fabricius,  1775),  Neocoenorrhinus  pauxillus  (Germar,  1824),  Rhynchites 
(Rhynchites)  bacchus  (Linnaeus,  1758),  Involvulus  (Involvulus)  cupreus 
(Linnaeus,  1758),  Caliroa  cerasi  (Linnaeus,  1758),  Hoplocampa  minuta 
(Christ,  1791),  Grapholita  (Aspila)  funebrana  Treitschke,  1835,  Erannis 
defoliaria  (Clerck,  1759)-nın  gavalı,  Brachycaudus  (Acaudus)  divaricatae 
Shaposhnikov, 1956 - nın isə alça ağaclarına üstünlük verdiyi, başqa sözlə, 
monofaq qidalanma xüsusiyyəti müəyyən edilmişdir.  
Ümumiyyətlə,  əriyin  39,  şaftalının  34,  gavalının  34  və  alçanın  isə 
müxtəlif  sortlarının  29  növ  meyvə  zərərvericisi  ilə  yoluxduğu  aşkarlan-
mışdır.  Aborigen  meyvə  sortlarının  yeni  sort  və  formalara  nisbətən  az 
yoluxduğu,  zərərverici  həşəratlara  qarşı  daha  dayanıqlı  olduğu  qənaitinə 
gəlinmişdir (Cədvəl 4.1).  
Cədvəl 4.1  
Zərərvericilərin qidalandığı meyvə ağacları və  
onların yoluxma dərəcəsi  
№ 
Zərərvericinin adı  
Ərik   Şaftalı   Gavalı   Alça  
Yoluxma 
dərəcəsi  







1.
 
 
Hyalopterus pruni 





2.
 
 
Eriosoma lanigerum 




II 
3.
 
 
Myzus persicae 





4.
 
 
Brachycaudus prunicola 




II 
5.
 
 
Brachycaudus divaricatae 




III 
6.
 
 
Myzus cerasi 





7.
 
 
Parlatoria oleae 
+ 



III 
8.
 
 
Diaspidiotus perniciosus 






 
26 







9.
 
 
Diaspidiotus marani 




II 
10.
 
 
Lepidosaphes ulmi 




III 
11.
 
 
Tropinota hirta 




III 
12.
 
 
Melolontha melolontha 




III 
13.
 
 
Polyphylla fullo 




III 
14.
 
 
Cetonia aurata 




III 
15.
 
 
Capnodis tenebrionis 





16.
 
 
Capnodis cariosa 




II 
17.
 
 
Tetrops praeustus 




II 
18.
 
 
Smaragdina salicina 




III 
19.
 
 
Smaragdina limbata 




III 
20.
 
 
Luperus xanthopoda 




III 
21.
 
 
Neocoenorrhinus pauxillus 




III 
22.
 
 
Rhynchites bacchus 




II 
23.
 
 
Involvulus cupreus 




III 
24.
 
 
Phyllobius oblongus 




II 
25.
 
 
Phyllobius maculicornis 




III 
26.
 
 
Scolytus mali 




II 
27.
 
 
Scolytus rugulosus 




II 
28.
 
 
Caliroa cerasi 




III 
29.
 
 
Hoplocampa brevis 




III 
30.
 
 
Hoplocampa minuta 




III 
31.
 
 
Hoplocampa flava 




III 
32.
 
 
Grapholita funebrana 





33.
 
 
Grapholita molesta 





34.
 
 
Spilonota ocellana 





35.
 
 
Archips rosana 





36.
 
 
Syndemis musculana 




III 
37.
 
 
Pandemis heparana 




II 
38.
 
 
Yponomeuta padella 





39.
 
 
Ypsolopha persicella 




II 
40.
 
 
Anarsia lineatella 





41.
 
 
Recurvaria nanella 





42.
 
 
Coleophora hemerobiella 





43.
 
 
Coleophora anatipenella 




III 
44.
 
 
Saturnia pyri 




III 
45.
 
 
Saturnia pavonia 




III 
46.
 
 
Operophtera brumata 




II 
47.
 
 
Erannis defoliaria 




III 
48.
 
 
Angerona prunaria 




III 
49.
 
 
Amphipyra pyramidea 




III 
50.
 
 
Lacanobia contigua 




III 
51.
 
 
Malacosoma neustria 




II 
52.
 
 
Lymantria dispar 





53.
 
 
Euproctis chrysorrhoe





54.
 
 
Orgyia antiqua 






 
27 







55.
 
 
Zeuzera pyrina 




II 
56.
 
 
Coccus hesperidum 




II 
57.
 
 
Hyphantria cunea 





58.
 
 
Callimorpha dominula 




II 
59.
 
 
Aporia crataegi 





 
Cədvəldən  göründüyü  kimi,  zərərvericilərdən  18  növü  birinci  də-
rəcəli,  16  növü  ikinci  dərəcəli,  25  növü  isə  ücüncü  dərəcəlidir.  Zərərveri-
cilərdən 17 növü çəyirdəkli meyvə ağaclarının hamısına (ərik, şaftalı, gavalı, 
alça)  zərər  verir.  Muxtar  respublika  bağçılığında  kifayət  qədər  yer  tutan 
albalı və gilas sortlarına mənsub ağaclar da yuxarıdakı zərərvericilərin bu və 
ya digər dərəcədə təsirinə məruz qalır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə