Entomofaqlari



Yüklə 3.59 Kb.

səhifə4/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

5.6. Tetrops praeustus (Linnaeus, 1758) - Meyvə uzunbığı 
Növün 7 sinonimi var: Anaetia praeusta (Linnaeus) Boheman, 1850; 
Cerambyx  iocusthus  Voet,  1806;  Cerambyx  praeustus  (Linnaeus)  Gmelin, 
1790;  Leptura  praeusta  Linnaeus,  1758;  Saperda  ustulata  Hagenbach, 
1822;  Tetrops  praeusta  (Linnaeus);  Tetrops  nigra  (Kraatz)  Althoff  et 
Danilevsky, 1997 [168].  
Naxçıvan  Muxtar  Respublikası  faunası  üçün  ilk  dəfə  qeyd 
edilmişdir.  Meyvə  ağaclarının  birinci  dərəcəli  zərərvericilərindəndir. 
Böcəklərin uçuşu may ayından avqust ayınadək davam edir. Azərbaycanda 
Naxçıvan  Muxtar  Respublikası  istisna  olmaqla,  meyvə  ağaclarına  zərər 
verdiyi  N.H.Səmədov  tərəfindən  qeydə  alınmışdır.  Onun  digər  məlumat-
larına əsasən, hərdən qoza, fındığa və palıda da zərər verir [116, s. 154].  
Tədqiqatlarımıza  əsasən,  zərərverici  muxtar  respublikanın  dağlıq  və 
dağətəyi rayonlarında daha geniş  yayılmışdır. Müşahidələr göstərmişdir ki, 
yaşlı  fərdlər  ağacların  ifraz  etdiyi  şirə  ilə  qidalanırlar.  Mayalanmadan  bir 
neçə gün sonra (4-6 gün) ağacların gövdə hissəsinə, qabıq yarığına yumurta 
qoymağa  başlayırlar.  12-14  gündən  sonra  yumurtadan  çıxan  sürfələr, 
qidalana-qidalana gövdənin içərisinə doğru hərəkət edərək, inkişaf dövrünü 
2-3 ilədək gövdə daxilində keçirirlər. Hər ağacın gövdəsində 18-20 sürfəyə 
rast  gəlinmişdir.  Sürfələrin  puplaşması  üçüncü  il  baş  verir.  Pup  mərhələsi 
20-24  gün  davam  edir.  Təbiətdə  böcəklərin  görünməsi  may  ayının 
əvvələrinə  təsadüf  edir.  Onların  bədən  uzunluğu  20-25  mm-ə  çatır.  Rəngi 
qara-qəhvəyidir, bığları bədən uzunluğuna bərabərdir. Meyvə ağaclarına 15-
20%, bəzən 25-30% zərər verir.  
 
 
 
 
 
 
 
 
 
Tetrops praeustus - Meyvə uzunbığı  
Naxçıvan  Muxtar  Respublikasının  bütün  rayonlarında,  xüsusilə 
Ordubad  və  Şahbuz  rayonlarının  dağətəyi  hissələrində  tez-tez  rast  gəlinir. 
Eyni  zamanda  Şəki-Zaqatala,  Quba-Xaçmaz,  Gəncə-Daşkəsən,  Şamaxı-
Qobustan, və Lənkəran bölgəsində yayılmışdır [116, s. 160-210].  

 
40 
5.7. Smaragdina salicina (Scopoli, 1763) - Meyvə yarpaqyeyəni  
Növün sinonimi Smaragdina cyanea (Fabricius, 1775) adlanır [169].  
Azərbaycanın  meyvə  bağlarında  yarpaqyeyən  böcəklərin  bir  neçə 
növü  meyvə  bitkilərinə  zərər  verir.  Bu  böcəklər  içərisində  meyvə  yarpaq-
yeyəni Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında geniş yayılaraq 
alma, armud, gavalı və alçaya 30-50%-ə qədər zərər verir. Naxçıvan Muxtar 
Respublikasında  ilk  dəfə  bizim  tərəfimizdən  qeyd  edilmişdir.  Təbiətdə 
böcəklərin uçuşu aprel-iyul aylarına təsadüf edir. Dişi fərdlər yumurtalarını 
torpağın üst qatlarına yaxın qoyur. Bir böcək 100-300-ə qədər yumurta qoya 
bilir.  Yumurtalar  ağacların  arasında  bitən  bitkilərin  üzərinə  qoyulur. 
Yumurtadan çıxan sürfələr torpağın alt qatına, otların kök hissəsinə keçərək, 
inkişafını  orada  başa  vurur  və  torpağın  5-10  sm  dərinliyində  pup  halına 
keçib  qışlayırlar.  Yazın  əvvələrində  puplardan  çıxan  böcəklər  ağacların 
tumurcuq, çiçək və yarpaqları ilə qidalanırlar. İldə bir nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Smaragdina salicina - Meyvə yarpaqyeyəni  
 
N.B.Mirzəyevanın  məlumatlarına  əsasən,  Azərbaycanın  Quba-
Xaçmaz,  Şamaxı-Qobustan,  Gəncə-Daşkəsən,  Dağlıq  Qarabağ  ərazilərində 
yayılmışdır [55,56,96,97,148].  
 
5.8. Rhynchites (Rhynchites) bacchus (Linnaeus, 1758) - Kazarka  
Növün  Curculio  bacchus  Linnaeus,  1758;  Rhynchites  cupreatus 
Voss,  1929;  Rhynchites  splendidus  Krynicky,  1832  kimi  3  sinonimi 
mövcuddur [170].  
Bu  zərərverici  böcək  Azərbaycanın  hər  yerində,  o  cümlədən  Nax-
çıvan  Muxtar  Respublikasında  geniş  yayılaraq  meşə  və  meyvə  ağaclarına 
ciddi  zərər  verir.  Bizim  apardığımız  tədqiqatlara  görə,  kazarka  dağətəyi  və 
dağlıq  rayonlarda  daha  geniş  yayılaraq  meşə  ağaclarından  palıda,  cökəyə, 
yemişana, çəyirdəkli meyvələrdən əriyə, şaftalıya, gavalıya və alçaya zərər 

 
41 
verir.  Böcəklər  ilk  vaxtlar  təzəcə  əmələ  gəlmiş  tumurcuqlarla,  sonra  isə 
cavan  zoğlarla,  təsadüfi  hallarda  isə  yarpaqlarla  da  qidalanırlar.  Mayın 
əvvəlində  yumurta  qoymağa  başlayırlar.  Əlverişli  şəraitdə  onlar  350-400-
dək yumurta qoya bilirlər [116, s. 237].  
Yumurtaqoyma  mərhələsində  150-200  meyvəni  zədələyirlər  ki,  bu 
da 20-30% məhsul itkisinə səbəb olur. Bizim müşahidələrimizə əsasən, bö-
cəklər  10-15  gün  yetişməmiş  (kal)  meyvələrlə  qidalanırlar,  bu  vaxt  mey-
vənin üzərində oyuq açaraq oraya tək-tək olmaqla hər meyvəyə 15-20 ədəd 
yumurta qoyurlar. Bu qayda ilə bir dişi fərd 25-35 gün ərzində 200-250-dək 
yumurta  qoya  bilir.  8-10  gündən  sonra  yumurtalardan  çıxan  sürfələr 
meyvənin  lətli  hissəsi  ilə qidalanırlar. Sürfə mərhələsi  20-30 gün  çəkir.  Bu 
müddətdən  sonra  sürfələr  zədələnmiş  meyvə  vasitəsilə  torpağa  düşür  və 
torpağın 3-5 sm dərinliyində puplaşırlar. Pup dövrü 16-18 gün çəkir. Pupdan 
çıxma payız aylarına (adətən noyabr) təsadüf edir. Böcəklər torpağin 5-8 sm 
dərinliyində qışlamanı keçirirlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
Rhynchites bacchus- Kazarka  
Ordubad  və  Şahbuz  rayonlarında  böcəklərin  sürfə  mərhələsində 
ağacların  qabığı,  yerə  tökülmüş  xəzəllərin  altında  qışlamaları  da  müşahidə 
edilmişdir.  Bundan  başqa,  Şərur  rayonunda  almaya  və  armuda  da  zərər 
verdiyi  aşkar  edilmişir.  Naxçıvan  Muxtar  Respublikasında  ildə  iki  nəsil 
verir.  Ədəbiyyat  məlumatlarına  görə,  böcək  Azərbaycanın  Şəki-Zaqatala, 
Quba-Xaçmaz və Gəncə-Daşkəsən bölgələrində dağətəyi hissədə daha geniş 
yayılmışdır [116, s. 30-35].  
 
 
5.9. Neocoenorrhinus pauxillus (Germar, 1824) - Bukarka  
Növün  6  sinonimi-  Coenorhinus  pauxillus  (Germar);  Coenorrhinus 
livescens  Voss,  1929;  Neocoenorhinus  pauxillus  (Germar);  Rhinomacer 
caeruleus  Geoffroy,  1785;  Neocoenorrhinus  pauxillus  (Germar,  1824) 
(misspelling); Rhynchites pauxillus Germar, 1824 mövcuddur [171].  

 
42 
Meyvə  ağaclarının  yarpaqlarına,  xüsusilə  ərik  və  gavalı  ağaclarına 
(14-22%)  zərər  verir.  Böcək  imaqo  mərhələsində  torpaqda  qışlayır.  Mart-
aprel  aylarında  ağaclarda  tumurcuqlar  əmələ  gələndə  qışlama  yerlərindən 
çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta sutkalıq tempe-
raturu  12-16°C  olur.  Müşahidələrimizə  əsasən,  növün  fərdləri  2-3  ay 
təbiətdə görünürlər.  
Zərərvericinin yumurta qoyması gavalının çiçəkləməsi ilə eyni vaxta 
düşür.  Yumurtalarını  yarpağın  alt  qatına,  yarpaq  damarlarının  bitişən  yer-
lərinə  qoyur.  Hər  dəfə  bir  ədəd  yumurta  qoyur.  Ümumiyyətlə,  bir  dişi  fərd 
100-120-ə  qədər  yumurta  qoya  bilir.  Yumurtaqoyma  25-30  gün  çəkir.  Yu-
murtanın inkişafı isə 8-10 gün çəkir. Yumurtalardan çıxan sürfələr yarpağın 
saplaq  və  damar  hissələri  ilə  qidalanırlar.  Qidalanma  nəticəsində  yarpaqlar 
quruyub sürfə ilə birlikdə yerə tökülürlər. Torpağın üstündə yarpaqlarla qi-
dalanan  sürfələr  30-35  gün  müddətində  inkişafını  başa  vurub  torpağın  alt 
hissəsinə, 5-6 sm dərinliyinə keçirlər. Sürfələr torpağın altında beşikçik dü-
zəldərək onun içində puplaşırlar. Puplaşma iyul ayının ikinci ongünlüyündə 
başlayır və avqustun əvvəllərində qurtarır.  
Barama içərisində formalaşan böcəklər beşikcikdə də qışlayırlar. Bu 
hallarda,  havanın  temperaturundan  (isti  olduqda)  asılı  olaraq  (sentyabr 
ayında) böcəklər torpaqdan çıxır, qidalanır və sonra havanın temperaturunun 
soyuması  ilə  əlaqədar  olaraq,  torpağın  üst  hissəsində  bitki  qalıqları  altında 
gizlənirlər.  
Təbiətdə  Neocoenorrhinus  pauxillus  növünün  uçuşu  iyun  ayından 
avqust ayınadək davam edir (şək. 5.1).  
 
Şək. 5.1. Naxçıvan Muxtar Respublikasında Neocoenorrhinus 
pauxillus növünün uçuş dinamikası 

 
43 
 
 
 
 
 
 
 
 
 
 
Neocoenorrhinus pauxillus– Bukarka  
 
5.10.  Involvulus  (Involvulus)  cupreus  (Linnaeus,  1758)-Gavalı 
uzunburunu  
Növ  2  sinonimlə  -  Curculio  cupreus  Linnaeus,  1758;  Rhynchites 
cupreus (Linnaeus, 1758) də tanınır [172].  
Naxçıvan  Muxtar  Respublikası  faunası  üçün  ilk  dəfə  qeyd 
edilmişdir.  Gavalı  uzunburununun  bədəni  yaşıl  rəngdə  olub,  bir  qədər 
qırmızıya çalır. Böcəyin bədəni tükcüklərlə örtülüdür. Xortumu (baş borusu) 
bozumtul  qara  rəngdədir.  Erkəyin  xortumu  əyri,  dişininki  isə  düzdür. 
Erkəklərin döş qalxancığının yanlarında ucu irəliyə doğru yönəlmiş iki ədəd 
biz şəkilli çıxıntı vardır. Böcəyin bədəninin uzunluğu 5,6-9 mm olur.  
 
 
 
 
 
 
 
 
 
 
 
Involvulus cupreus- Gavalı uzunburunu  
Sürfələr tutqun ağ rəngdə, ayaqsız və əyri olur. Sürfənin qara rəngli 
bağırsağı xaricdən görünür. Pup sarımtıl-kürən rəngdə və 6,5-7,5 mm uzun-
luqda olur. Böcək pup və sürfə halında torpaq içərisində xüsusi koğuşlarda 
qışlayır.  

 
44 
Yazda, tumurcuqlar şişməyə başladıqda, qışlayan böcəklər torpaqdan 
çıxaraq gavalı ağacının üstünə daraşıb qidalanmağa başlayırlar (şək. 5.2).  
 
Şək. 5.2. Qışlamadan çıxan Involvulus cupreus  
növünün uçuş dinamikası 
 
Qışlayan  sürfələr  isə  bir  müddət  keçdikdən  sonra  pup  mərhələsinə 
keçir  (cədvəl  5.2).  Böcəklər  ilk  vaxtdan  açılmağa  başlamış  yaşıl 
tumurcuqlarla, sonralar isə  yarpaqlar və  çiçəklərlə qidalanmağa başlayırlar. 
Gavalı  ağaclarında  çiçəklərdə  meyvə  başlanğıcı  əmələ  gəldikdə,  böcəklər 
bunların  üzərinə  keçir,  orada  oval  deşiklər  açır  və  çox  zaman  onları 
tamamilə yeyir. Çox zədələnmiş meyvə başlanğıcları öz normal görünüşünü 
itirir və çox zaman inkişaf edə bilməyərək tələf olurlar.  
Çiçək  və  yarpaqlar  tökülməyə  bir  az  qalmış  dişi  böcəklər  yumurta 
qoymağa  başlayırlar.  Onlar  meyvələrin  çəyirdəyi  bərkiyən  vaxta  qədər 
yumurta qoyur. Dişi böcək yumurta qoymaq üçün meyvənin yan tərəfindən 
çəyirdəyə  qədər  deşik  açır  və  yumurta-hücrə  adlanan  bir  çuxur  əmələ 
gətirdikdən  sonra  oraya  bir  yumurta  qoyur.  Bundan  sonra  meyvənin  lətli 
hissəsindən  qopardığı  qırıntılarla  yumurta  hücrəsinin  deşiyini  örtür. 
Təbiətdə 8 növ entomofaq tərəfindən yoluxur (cədvəl 6.1).  
Növün fenologiyası izlənilmişdir (Cədvəl 5.2). 
 
 
 

 
45 
Cədvəl 5.2  
Naxçıvan Muxtar Respublikası şəraitində Gavalı uzunburununun - 
Involvulus cupreus fenologiyası (2005-2007-ci illər) 
 
Tədqiqatın aparıldığı 
 il və yer 
Aylar  
Aprel  
May 
İyun  
İyul  












2005  
(Ordubad) 
 
 

s 


 


 

i 
 
 
i 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
2006 
(Şahbuz) 
 
 

 

 

 
 

 

i 
 
 
i 
 
 

 
 
 
 
 
 
2007  
(Şərur) 
 
 





 


 

i 
 

i 
 
 

 
 

 
 
 
 
 
Qeyd : y-yumurta; s-sürfə; p-pup; i-imaqo  
Əgər böcək öz yumurtasını gavalı meyvəsi üzərinə qoyursa, o zaman 
yumurta hücrəsi  gavalı şirəsi  ilə dolur ki, bunun  nəticəsində  yumurta  ətra-
fında hava olmur və o, tələf olur. Belə tələf olmuş yumurta böyüməkdə olan 
gavalı toxuması tərəfindən itələnib xaricə çıxarılır. Hər bir dişi böcək 150-ə 
qədər  yumurta  qoya  bilir.  Bu  böcək  digər  uzunburun  böcəklərdən  fərqli 
olaraq çiçək saplağını gəmirmir. Yumurtanın inkişafı 10-14 gün davam edir. 
Yumurtadan  çıxan  sürfə  çəyirdəyin  içərisinə  girib  onun  toxum  hissəsini 
yeyir, meyvənin lətli hissəsinə isə toxunmur. Belə meyvələr öz keyfiyyətini 
itirərək yerə tökülür. Torpaq üzərində çəyirdəkli meyvə içərisində olan sürfə 
25-30  gün  keçdikdən  sonra  yumurta  hücrəsi  adlandırılan  deşiyin  ağzında 
olan tıxacı itələyərək xaricə çıxarır və 5-10 sm dərinlikdə torpağa girib pup 
halına keçir.  
Sürfələrin bir qismi öz inkişafını qurtardığı üçün elə sürfə halında da 
qışlayır. Beləliklə, böcəyin tam inkişaf dövrü bir il və ya iki il davam edir. 
Böcək  gavalı,  gilas,  şaftalı,  ərik,  bəzən  alma  və  alça  ağaclarına  da  zərər 
verir.  
Son  illərin  müşahidələri  göstərdi  ki,  uzunburun  yeni  qida  mənbələ-
rinə keçmiş, Ordubadda geniş əkilib becərilən lobya və maş bitkilərinin pax-
lameyvələrinə də zərər verməyə başlamışdır.  
 
5.11. Scolytus mali (Bechstein, 1805) - Meyvə qabıqyeyəni  
Növün 10 sinonimi mövcuddur: Eccoptogaster castaneus Ratzeburg, 
1837; Eccoptogaster pruni Ratzeburg, 1837; Eccoptogaster pyri Ratzeburg, 

 
46 
1837;  Scolytus  bicallosus  Eggers,  1933;  Scolytus  castaneus  (Ratzeburg, 
1837); Scolytus nitidulus Chapuis, 1869; Scolytus pruni (Ratzeburg, 1837); 
Scolytus pyri (Ratzeburg, 1837); Scolytus rimskii Kurentzov, 1941; Scolytus 
sulcatus Le Conte, 1868. [173].  
Bu zərərverici meyvə ağaclarına zərərverən qabıqyeyənlər içərisində 
ən geniş  yayılanı və ciddi zərər verəni sayılır. Sürfə mərhələsində qışlayır, 
aprel  ayında pup mərhələsinə keçir, bizim apardığımız tədqiqatlara əsasən, 
pup  mərhələsinə  aprel  ayının  birinci  ongünlüyündə  keçir.  Böcəklərin 
təbiətdə  uçuşu  iyunun  əvvəlindən  iyulun  ortalarına  qədər  davam  edir.  Bu 
müddətdə dişi fərdlər qabığın səthini gəmirərək iri deşiklər açır və oraya 60-
120-ə  qədər  yumurta  qoyurlar.  6-8  gündən  sonra  yumurtalardan  çıxan 
sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına-oduncağa 
qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Scolytus mali- Meyvə qabıqyeyəni.  
Bizim  müşahidələrimizə  görə,  qabıqyeyən  ən  çox  əriyə  (25-30%) 
zərər verir. Ədəbiyyat məlumatına əsasən, ildə 1 nəsil verir və digər meyvə 
ağaclarına  da  zərər  yetirir.  Meyvə  qabıqyeyəni  keçmiş  SSRİ-nin  Avropa 
hissəsində,  Qafqazda,  Sibirdə  və  Orta  Asiyada,  Azərbaycanda  isə  Şəki-Za-
qatala, Quba-Xaçmaz, Şamaxı-Qobustan, Gəncə-Daşkəsən, Dağlıq Qarabağ 
və Lənkəran bölgələrində yayılmışdır [116, s. 304].  

 
47 
5.12. Scolytus rugulosus (Muller, 1818) - Qırışıqlı qabıqyeyən  
Bu  növün  11  sinonimi  mövcuddur:  Scolytus  assimilis  Boheman, 
1858;  Scolytus  caucasicus  Butovitsch,  1929;  Scolytus  haemorhhous  Sch-
miedeberger,  1837;  Scolytus  manglissiensis  Lezhava,  1940;  Scolytus  medi-
terraneus  (Eggers,  1922);  Scolytus  samarcandicus  Butovitsch,  1929; 
Scolytus similis Butovitsch, 1929; Scolytus taxicola Lezhava, 1943; Scolytus 
var.  fauveli  Reitter,  1894;  Scolytus  var.  intermedius  Sokanovsky,  1960; 
Scolytus var. sanctaluciae Hoffmann, 1935 [174]. 
 
Scolytus rugulosus - Qırışıqlı qabıqyeyən 
Meyvə  və  meşə  ağaclarının  demək  olar  ki,  hamısına,  xüsusilə  əriyə 
və şaftalıya bütün vegetasiya dövrü ərzində daha ciddi zərər verir (25-30%). 
Böcək  sürfə  mərhələsində  ağacın  gövdəsində,  qidalanma  nəticəsində  sürfə 
tərəfindən açılmış yarıqda qışlayır. Mart ayında puplaşmağa başlayır.  
Böcəklər  pupdan  may  ayının  ortalarında  çıxır.  Təbiətdə  onların 
uçuşu 50-60  günədək çəkir. Uçuş müddətində böcəklər tumurcuqların otu-
raq hissəsinə, sonra isə ağacın gövdəsini gəmirərək 1-2 sm uzunluğunda yol 
açaraq oraya yumurta qoyurlar. Bir dişi fərd hər dəfə 30-dək, ümumiyyətlə 
120-130  ədəd  yumurta  qoya  bilir.  Yumurta  qoyduqdan  sonra  dişi  fərd  öz 
bədəni  ilə  həmin  oyuğun  deşiyini  tutur  və  ölür.  Bu  hal  yumurtaların  təbii 
düşmənlərdən  xilas  olmasına  şərait  yaradır.  Qırışıqlı  qabıqyeyən  Naxçıvan 

 
48 
Muxtar  Respublikası  şəraitində  2  nəsil  verir.  İkinci  nəslin  sürfələri  iyul 
ayının  birinci  yarısında  puplaşmağa  başlayırlar.  İyul  ayının  axırında 
puplardan çıxan böcəklərə sentyabr ayınadək təbiətdə rast gəlinir.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  zərərverici  Azərbaycanın  Şəki-
Zaqatala, Quba-Xaçmaz, Dağlıq Qarabağ, Naxçıvan Muxtar Respublikası və 
Lənkəran bölgələrində daha geniş yayılmışdır [116, s. 305].  
 
 
5.13. Yponomeuta padella (Linnaeus, 1758) - Meyvə güvəsi 
Y. padella 5 sinonimi ilə - Phalaena padella Linnaeus, 1758; Hypo-
nomeuta diffluellus Heinemann, 1870; Yponomeuta diffluellusYponomeuta 
rhamnellus Gershenson, 1974; Yponomeuta rhamnellus də tanınır [175]. 
Meyvə  güvəsi  kəpənəklər  (Lepidoptera)  dəstəsinin  sincabaoxşar 
güvələr  (Yponomeutidae)  fəsiləsinə  aiddir.  Kəpənəyin  qanadları  açılmış 
vəziyyətdə ölçüsü 18-22 mm-dir. Ön qanadlarında 3 cərgə ilə düzülmüş 16-
19 qara nöqtələr vardır.  Arxa qanadlar boz kül  rəngindədir. Tırtıllar 14-16 
mm uzunluqda olmaqla sarımtıl göy rənglidir. Pupu tünd sarı olmaqla bədən 
ölçüsü 7-11 mm-dir.  
Muxtar  respublikanın  meyvə  bağlarında  geniş  yayılaraq  yalnız 
çəyirdəkli  meyvə  bitkilərinə-ərik,  şaftalı,  gavalı,  badam,  alça  və  s.  zərər 
verir. Şaftalı və əriyin ciddi zərərvericisi hesab edilir. Bu bitkilərə 35-45% 
zərər verir. Ədəbiyyat məlumatlarına əsasən, meyvə güvəsinin tırtılları ərik, 
şaftalı,  gilas  və  alça  bitkilərinin  yarpaqları  ilə  qidalanır  [93,94,  s.  32-34]. 
Apardığımız  müşahidələrdən  aydın  olmuşdur  ki,  zərərverici  adları  çəkilən 
ağaclardan başqa, badam ağacı və onun orqanları ilə də qidalanır. Ərik ağacı 
üzərində  apardığımız  müşahidələrə  əsasən,  meyvə  güvəsinin  kəpənəyinin 
bağlarda  görünməsi  iyun  ayının  birinci  ongünlüyündən  başlayaraq  iyul 
ayının axırlarına və avqust ayının əvvəllərinədək davam edir (şək. 5.3).  
 
 
Şək. 5.3. Naxçıvan Muxtar Respublikasında  
              Meyvə güvəsinin uçuş dinamikası  
 

 
49 
Bu müddətdə havanın orta gündəlik temperaturu 28-34°C olur. Dişi 
kəpənəklər yumurtalarını topa halında 1-2 illik zoğların tumurcuq yanlığına 
qoyurlar. Yumurtaların embrional  inkişafı 25-26 gün çəkir. Yumurtalardan 
çıxmış  kiçik  yaşlı  tırtıllar  kəpənəyin  ifraz  etdiyi  maye  ilə  düzəldilmiş 
qalxancıq altında qışlayırlar. Yazda qışlama yerlərindən çıxan tırtıllar zoğlar 
üzərilə hərəkət edərək təzəcə açılmış tumurcuq və yarpaqlarla qidalanmağa 
başlayırlar.  Onlar  bir  neçə  yarpağı  birləşdirərək,  yarpağın  yaşıl  hissəsi  ilə 
qidalanaraq  onun  damarlanmış  hissəsinə  toxunmurlar.  Belə  zədələnmiş 
tumurcuq və yarpaqlar inkişafdan qalır və quruyub yerə tökülürlər. Tırtıllar 
yarpaqlar  ilə  qidalanaraq  4  yaş  dövrü  keçirirlər.  Bu  dövr  35-40  gün  çəkir. 
Axırıncı yaşda onlar yarpaqlar üzərində ayrılıqda pup mərhələsinə keçirlər. 
Puplar  ipək  baramacıqlar  içərisində  yerləşirlər.  Pup  mərhələsi  15-20  gün 
çəkir.  
Meyvə  güvəsi  kütləvi  çoxaldığı  dövrlərdə  ağaclara  80-85%  zərər 
verir. Nəticədə ağaclar inkişafdan qalır və quruyub məhv olurlar.  
Naxçıvan  Muxtar  Respublikasında  meyvə  güvəsinin  sayının 
biotənzimlənməsində 20 növ entomofaq fəaliyyət göstərir (Cədvəl 6.1).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yponomeuta padella - Meyvə güvəsi.  
 
 
 
 

 
50 
5.14. Anarsia lineatella Zeller, 1839 - Zolaqlı meyvə güvəsi  
A.  lineatella  Anarsia  pruniella  Clemens,  1860;  Tinea  pullatella 
Hübner, 1796 kimi 2 sinonimi ilə də tanınır [176].  
Zolaqlı meyvə güvəsi Azərbaycanda ilk dəfə Z.M.Məmmədov tərə-
findən  qeydə  alınmışdır.  Müəllifin  Ordubad  rayonunun  meyvə  bağlarında 
apardığı  tədqiqatlara  əsasən,  zolaqlı  meyvə  güvəsi  ərik  meyvəsini  60-65% 
yoluxdurur. Ərikdən başqa, heyvaya və şaftalıya da zərər verdiyi qeyd edilir 
[94, s. 34-37].  
Kəpənəyin  qanadlarının açılmış  halda ölçüsü 11-14 mm-dir. Ön qa-
nadları açıq-boz rəngdədir, arxa qanadları isə açıq qəhvəyidir. Yumurtaları 
oval  formada  olub  sarıdır.  Yaşlı  tırtılların  uzunluğu  8-12  mm,  oxlov  for-
masında olub çəhrayı rəngdədir. Pupun uzunluğu 6-7 mm olub, qəhvəyi-sarı 
rəngdədir.  Naxçıvan  Muxtar  Respublikasının  meyvə  bağlarında  aparılan 
tədqiqatlara  əsasən, zolaqlı  meyvə  güvəsinin tırtıl  mərhələsi  meyvənin  lətli 
hissəsini  yeyərək  onun  toxumunadək  gedib  çatır.  Bununla  da  xeyli 
məhsulun xarab olmasına səbəb olur.  
Zolaqlı  meyvə  güvəsi  ikinci  yaş  tırtıl  mərhələsində  cavan  zoğların 
qabığı  altında  qışlayır.  Yazda,  aprel  ayının  ikinci  yarısında  zərərvericinin 
ikinci  nəslinin  tırtılları  qışlama  yerlərindən  çıxaraq,  tumurcuq,  çiçək  və 
təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək 
çəkir. Puplaşma yetişməmiş meyvələrin içərisində gedir. Pup mərhələsi 6-8 
gün çəkir. Birinci nəslin kəpənəklərinin uçuşu may ayının axırlarına təsadüf 
edir (şəkil 5.4).  
 
Şək. 5.4. Naxçıvan Muxtar Respublikasında Zolaqlı meyvə güvəsinin uçuş 
dinamikası  

 
51 
Şəkildən göründüyü kimi, birinci nəslin kəpənəklərinin uçuşu Ordu-
bad, Şahbuz və Şərur rayonlarında iyunun 5-dən başlayaraq 25-30 gün çəkir. 
Kütləvi  uçuş  isə  iyunun  15-25-ə  təsadüf  edir.  İkinci  nəslin  kəpənəklərinin 
uçuşu isə iyulun 5-10 arasında başlayıb avqustun 5-15-də başa çatır. Kütləvi 
uçuş dövrü iyulun 20-dən avqustun 10-dək davam etməklə 15-20 gün çəkir. 
Kəpənəklər  uçuşdan  6-8  gün  sonra  yumurta  qoymağa  başlayırlar.  Onlar 
yumurtalarını  cavan  zoğların  tumurcuq  və  ya  meyvəsinin  saplaq  hissəsinə 
qoyurlar.  Yumurta  mərhələsi  20-24°C  temperaturda  5-6  gün  çəkir. 
Yumurtadan çıxmış tırtılların  inkişaf dövrü meyvənin  içərisində keçməklə, 
45-50 gün çəkir. Bir ildə iki nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Anarsia lineatella - Zolaqlı meyvə güvəsi  
Zolaqlı  meyvə  güvəsinin  fərd  sayının  biotənzimlənməsində  17  növ 
entomofaq  iştirak  edir  ki,  bunlardan  Diadegma  armillata  (Gravenhorst, 
1829),  Ageniaspis  fuscicollis  (Dalman,  1820),  Goniozus  claripennis 
(Foerster  1851),  Nemorilla  floralis  (Fallen,  1810)  daha  effektli  növ  olub, 
zərərvericinin sayının azalmasında mühüm rol oynayırlar (cədvəl 6.1).  
Ədəbiyyat  məlumatlarına  əsasən,  zolaqlı  meyvə  güvəsinin  Tacikis-
tanda  badam  meyvəsinə,  Qafqazda  alça,  gavalı  və  xurmaya,  Moldovada 
gavalı,  gilas,  ərik  və  şaftalıya  ciddi  zərərverməsi  qeyd  olunur.  Güvə  hətta 
alma və armud meyvəsinə də zərər verir [115, s. 163-170; 116].  
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə