Entomofaqlari



Yüklə 3.59 Kb.

səhifə5/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

5.15. Recurvaria nanella (Denis et Schiffermüller, 1775) Yarpaq 
güvəsi  
Güvənin  6  sinonimi  mövcuddur:  Tinea  nanella  Denis  et  Schiffer-
müller,  1775;  Tinea  pumilella  [Denis  et  Schiffermüller],  1775;  Recurvaria 
nana  Haworth,  1828;  Recurvaria  crataegella  Busck,  1903;  Recurvaria 
srataegella Busck, 1903; Recurvaria unicolor Rebel, 1927 [177].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Recurvaria nanella - Yarpaq güvəsi  
Zərərverici 
Naxçıvan 
Muxtar 
Respublikasının 
meyvəçilik 
təsərrüfatlarında  geniş  yayılaraq,  çəyirdəkli  meyvə  ağaclarından  başqa, 
tumlu  meyvə  ağaclarına  da  ciddi  zərər  verir.  Yarpaq  güvəsi  Azərbaycanda 
ilk  dəfə  muxtar  respublikanın  Ordubad  rayonunda  «qırmızı  yarpaqbükən» 
adı  ilə,  Quba-Xaçmaz  bölgəsində  və  sonra  isə  Kiçik  Qafqazın  meyvəçilik 
rayonlarında qeydə alınmışdır. Onun bioekoloji xüsusiyyətləri və təsərrüfat 
əhəmiyyəti haqqında Z.M.Məmmədovun işində geniş məlumat verilir [94, s. 
37-39].  
Kəpənyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları 
açıq qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə 
rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla 
qəhvəyi  rəngdədir.  Yarpaq  güvəsi  ikinci  yaş  tırtıl  mərhələsində  hörümçək 
toruna  bənzər  baramacıq  içərisində,  ağacların  qabıq  yarıqlarında  qışlayır. 

 
53 
Qışlama  yerlərindən  yazda,  mart  ayının  axırları,  aprel  ayının  əvvəllərində 
çıxaraq, təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində 
qidalanırlar. Yarpaq güvəsi ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır 
və  sıradan  çıxırlar.  Belə  yarpaqlar  içərisində  tırtıl  mərhələsi  başa  çatır. 
Tırtılın  inkişafı  24-28  gün  çəkir.  Yaşlı  tırtıllar  inkişafını  başa  vurduqdan 
sonra  cavan  zoğların  üzəri  ilə  hərəkət  edərək,  ağacın  gövdəsinin  qabıq 
yarıqlarına girir və orada ağ baramacıq içərisində puplaşırlar. Pup mərhələsi 
20-25  gün  çəkir.  İlin  gəlişindən,  havanın  rütubətliyindən  və  əsasən  tem-
peraturundan  asılı  olaraq  kəpənəklərin  uçuş  müddəti  müxtəlifdir.  Kəpə-
nəklərin  pupdan  təbiətə  uçuşu,  adətən  iyun  ayının  birinci  yarısına  düşür. 
Uçuş  müddəti  iyun  ayından  avqust  ayının  ortalarınadək  davam  edir  (şək. 
5.5).  
 
Şək. 5.5. Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında Yarpaq 
güvəsinin uçuş dinamikası  
Göründüyü kimi, kəpənəklərin uçuşu muxtar respublikanın ayrı-ayrı 
yerlərində  fərqlidir,  belə  ki,  uçuş  18-22°C  temperaturda  iyun  ayının  əvvəl-
lərindən  başlayır.  Müşahidələrə  əsasən,  kütləvi  uçuş  Ordubad  rayonunda 
adətən 5 iyulda, Şahbuz rayonunda 15 iyulda, Şərur rayonunda isə 10 iyulda 
baş  verir.  Hər  bir  rayonda  uçuş  avqust  ayının  ortalarında  qurtarır.  Uçuş 
müddəti  70-75  gün  çəkir.  Yumurtaqoyma  iyun  ayının  axırında  başlayır  və 
iyul ayının əvvəlində (6-8 gün) qurtarır. Bir dişi fərd yarpaqların alt səthinə, 
bəzən də zoğlar üzərinə  120-130  ədəd  yumurta qoyur. 10-15  gündən sonra 
yumurtalardan  tırtıllar  çıxır  və  qidalanırlar.  Qidalanma  müddəti  65-75  gün 
çəkir. Bundan sonra onlar qışlamaya gedirlər. İldə bir nəsil verir. Aparılan 

 
54 
hesablamalara görə,  yarpaq güvəsi ərik ağacına 30-35%, gavalıya 20-25%, 
şaftalıya  isə  10-18%  zərər  verir. 
Muxtar  respublikanın
  bağlarında  yarpaq 
güvəsinin 10 növ entomofaqı aşkar edilmişdir (cədvəl 6.1).  
 
 
5.16. Spilonota ocellana (Denis et Schiffermüller, 1775) - Tumur-
cuq fırfırası  
 
Növün 7 sinonimi: Tortrix ocellana [Denis et Schiffermuller], 1775; 
Spilonota ocellana centralasiae Obraztsov, 1949; Tortrix comitana Hubner, 
[1796-1799];  Pyralis  luscana  Fabricius,  1794;  Penthina  occulana  Harris, 
1862;  Hedya  pyrifoliana  Clemens,  1860;  Tmetocera  zellerana  Borgmann, 
1895 mövcuddur [178].  
Naxçıvan 
Muxtar Respublikasında 
geniş yayılmaqla çəyirdəkli meyvə 
ağaclarına, o cümlədən əriyə, şaftalıya, gavalıya və alçaya ciddi zərər verir. 
Kəpənəyin  qanadları  açılmış  halda  ölçüsü  14-18  mm-dir.  Ön  qanadları  ağ-
sarımtıl  olmaqla  kənarlarına  yaxın  parlaq  gözcük  yerləşir.  Tırtılı  boz-
qəhvəyi  rəngdə  olub,  9-12  mm-dir.  Pupu  açıq-qəhvəyidir,  uzunluğu  7-10 
mm-dir. Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı ara-
sında  ağ  baramacıq  içərisində  qışlayır.  Yazda  aprel  ayının  axırlarında 
havanın orta temperaturu 10-12
0
C olduqda qışlama yerlərindən çıxan tırtıllar 
əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi 
ilə  qidalanırlar.  Qışlamadan  çıxan  tırtılların  qidalanması  15-20  gün  çəkir. 
May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə tırtıllar budaqların 
qabığı  altında,  bəzən  də  bir  neçə  yarpağın  saplaqlarının  birləşdiyi  yerdə, 
möhkəm  hörülmüş  ağ  barama  içərisində  puplaşırlar.  Pup  dövrü  12-15  gün 
çəkir.  İyun  ayının  birinci  ongünlüyündə  puplardan  kəpənəklər  çıxmağa 
başlayır (Şək. 5.6).  
 
Şək. 5.6. Naxçıvan 
Muxtar Respublikasının 
meyvə bağlarında Tumurcuq 
fırfırasının uçuş dinamikası  

 
55 
Göründüyü  kimi,  kəpənəklərin  uçuş  müddəti  ayrı-ayrı  illərdə 
rayonlar  üzrə  dəyişilir.  Müşahidələr  göstərmişdir  ki,  bəzi  illərdə  (2005  və 
2007-ci  illər)  təbiətdə  kəpənəklərin  sayı  az  olmuşdur.  Bu  illərdə  muxtar 
respublikanın  rayonlarında  kəpənəklərin  uçuşu  hər  üç  rayonda  iyun  ayının 
birinci  və  ikinci  ongünlüyünə  təsadüf edir. Rayonların  dəniz səviyyəsindən 
hündürlüyünü  nəzərə  alsaq  uçuşun  müddəti  Ordubad  rayonunda  80  gün, 
Şahbuz  rayonunda  60  gün,  Şərur  rayonunda  isə  70  gün  olmuşdur.  Qeyd 
olunmuşdur ki, bölgənin dağlıq hissələrində kəpənəklərin uçuşu iyul ayının 
axırında başa çatır. Kəpənəklər yumurtalarını tək-tək yarpağın alt hissəsinə 
qoyurlar.  Bizim  müşahidələrə  əsasən  isə  muxtar  respublikada  bir  dişi  fərd 
160-165  ədəd  yumurta  qoyur.  Qoyulmuş  yumurtalardan  8-12  gün  sonra  I 
nəslin  tırtılları  çıxmağa  başlayır.  Tırtıllar  ilk  əvvəl  bir  neçə  yarpağı  ifraz 
etdikləri  saplarla  birləşdirərək  onların  arasında  yaşayır  və  yarpağın  lətli 
hissəsi  ilə  qidalanırlar.  Bəzən  meyvələri  də  zədələyirlər.  Tırtılların 
qidalanma  müddəti  avqust  ayının  axırı  və  sentyabr  ayının  ortalarında  başa 
çatır.  Bu  müddət  ərzində  tırtıllar  3-4-cü  yaşa  çataraq  qışlamaya  gedirlər. 
Onlar  ağacların  gövdə  qabıqları  altında  qışlayırlar.  Naxçıvan 
Muxtar 
Respublikası
 şəraitində ildə bir nəsil verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Spilonota ocellana - Tumurcuq fırfırası  
Tumurcuq  fırfırasının  entomofaqlarını  aşkar  etmək  məqsədilə  onun 
600  tırtılını  və  400  pupunu  şüşə  qablarda  bəsləyərək  onlardan  neçəsinin 

 
56 
parazitlərlə  yoluxduğu  müəyyən  edilmişdir.  Hesablamalar  göstərdi  ki, 
muxtar  respublika  meyvə  bağlarında  tumurcuq  fırfırasının  sayının  biotən-
zimlənməsində 11 növ parazit və yırtıcı həşərat iştirak edir (cədvəl 6.1).  
Ukraynada meyvə bitkilərindən başqa, meşə bitkilərinə də zərər verir. 
Ukrayna şəraitində bir dişi fərd 150 yumurta qoyur [115, s. 51-52].  
 
5.17. Archips rosana (Linnaeus, 1758) - Qızılgül yarpaqbükəni  
Növ Archips americana (Linnaeus, 1758); Archips hewittana (Bsk., 
1920) kimi 2 sinonimlə də tanınır [179].  
Bu  zərərverici  Naxçıvan 
Muxtar  Respublikasının 
meyvə  bağlarında 
geniş yayılmış və çəyirdəkli meyvə ağaclarının əsas zərərvericilərindən biri 
hesab  olunur.  Aparılmış  hesablamalara  əsasən,  meyvə  ağaclarına  30-40  % 
zərər yetirir.  
Azərbaycanda  meyvə  bitkilərindən  başqa,  dekorativ  bitkilərə  və 
meşə ağaclarına da ciddi zərər verir [3, s. 20; 94, s. 39-42].  
Laboratoriya və  çöl  şəraitində  aparılan ölçmələrə əsasən, kəpənəyin 
qanadları  açılmış  halda  15-22  mm  olmaqla,  erkək  fərdin  qabaq  qanadları 
tünd  bozdur.  Yumurtası  oval  formada,  yaşıl-göyümtül  rəngdədir.  Tırtılları 
isə  bir  neçə  rəngin  çalarlarına  malikdir  (tünd-yaşıl,  açıq-yaşıl,  sarımtıl-
qəhvəyi), uzunluğu 18-20 mm-dir.  
Muxtar respublikanın Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarında 
aparılmış  tədqiqatlara  əsasən,  zərərvericinin  tırtıl  mərhələsi  bir  çox  meyvə 
və  digər  bitkilərin  yarpaqları  ilə  qidalanır.  Kütləvi  çoxalma  müddətində 
(2006-cı  il)  meyvə  ağaclarına,  xüsusilə  ərik  və  şaftalıya  daha  çox  zərər 
vurmaqla məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olmuşdur.  
Bioekoloji  xüsusiyyətlərinin  öyrənilməsinə  dair  aparılan  tədqiqatlar 
göstərdi ki, qızılgül  yarpaqbükəni  yumurta mərhələsində ağac budaqlarının 
qabığı altında qışlayır.  
Yazda  tumurcuqların  açılması  dövründə  gündəlik  orta  temperatur 
18
0
C  olduqda  qışlama  yerlərindən  çıxan  tırtıllar  əvvəl  tumurcuqlar  və 
çiçəklərə,  sonralar  isə  təzəcə  əmələ  gəlmiş  yarpaqlara  keçərək  2-3  yarpağı 
ifraz  etdiyi  maye  ilə  birləşdirib  boru  formasına  salaraq  onlarla  qidalanır. 
Nəticədə yarpaqların lətli hissəsi yeyilir, onun damarlanmış hissəsi qalır ki, 
belə  yarpaqlar  tezliklə  öz  tamlığını  və  rəngini  itirir,  quruyub  yerə  tökülür. 
Bu isə məhsuldarlığın azalmasına səbəb olur.  
Hesablamalara  əsasən,  qızılgül  yarpaqbükəni  ərik  ağacına  30-35%, 
şaftalıya  isə  40%-dək  zərər  yetirə  bilir.  Zərərvericinin  yaşlı  tırtılları  bəzən 
meyvələrə  də  ciddi  zərər  yetirir.  Tırtıl  mərhələsi  35-40  gün  davam  edir. 
Puplaşma may ayının axırı iyun ayının əvvəllərində burulmuş yarpaqlar içə-

 
57 
risində gedir. 14-18  gündən sonra iyun  ayının ikinci  ongünlüyündə  puplar-
dan kəpənəklər çıxmağa başlayır.  
Kəpənəklərin yumurta qoyması uçuşun 3-4-cü günü baş verir və 15-
20  gün  davam  edir.  Yumurtalar  ağac  gövdəsinin  qabıq  aralarına  qoyulur. 
Kəpənək  7-8  gün  müddətində  228  yumurta  qoyur.  Azərbaycanda,  o 
cümlədən Naxçıvan 
Muxtar Respublikası
 şəraitində zərərverici il ərzində bir 
nəsil verir.  
Muxtar respublikanın aran və dağətəyi zonalarında uçuş iyun ayının 
əvvəllərində, dağlıq hissəsində iyun ayının axırlarında başlayır (şəkil 5.7).  
 
Şək. 5.7. Naxçıvan 
Muxtar Respublikasının 
meyvə bağlarında Qızılgül 
yarpaqbükəninin uçuş dinamikası  
Şəkildən göründüyü kimi, Qızılgül yarpaqbükəninin puplardan uçuşu 
Naxçıvan 
Muxtar Respublikası
 ərazisində 15 iyundan 30 avqusta kimi davam 
edir. Uçuş müddəti 75-80 gün çəkir. Kütləvi uçuş isə 20-30 iyulda baş verir. 
Dəniz  səviyyəsindən  hündürlüyə  görə  kəpənəklərin  uçuşu  aran  hissəyə 
nisbətən  dağlıq  hissədə  15-20  gün  gec  baş  verir.  Qızılgül  yarpaqbükəninin 
tırtıl və puplarından 11 növ parazit və yırtıcı aşkar edilmişdir (cədvəl 6.1). 
Bu  entomofaqlar  zərərvericinin  sayının  biotənzimlənməsində  kompleks 
şəkildə mühüm rol oynayırlar [36].  

 
58 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Archips rosana - Qızılgül yarpaqbükəni  
 
 
5.18.  Grapholita  (Aspila)  funebrana  Treitschke,  1835-  Gavalı 
meyvəyeyəni  
 
Kəpənəklər  (Lepidoptera)  dəstəsinin  yarpaqbükənlər  (Tortrisidae
fəsiləsinə  mənsubdur.  Meyvəyeyənin  aşağıdakı  -  Cydia  funebrana 
(Treitschke,  1835);  Grapholita  (Aspila)  funebrana  Treitschke,  1835; 
Laspeyresia cerasana Kozhantshikov, 1953 kimi 3 sinonimi var [180].  
O,  çəyirdəkli  meyvə  ağaclarından  gavalıya  ciddi  zərər  verir.  Kəpə-
nəyin  qanadları  açılmış  halda  12-17  mm  uzunluğundadır.  Bədəni  üst  tərəf-
dən boz rəngdə, alt tərəfdən tutqundur. Ön qanadları üzərində köndələninə, 
dalğavari xətt uzanır. Qanadın zirvələri başqa hissələrinə nisbətən açıq rəng-
dədir.  Həmin  yerdə  bir  neçə  qara  xətt  olur.  Yumurtası  girdə  və  ağ  rəngdə 
olub, böyüklüyü 1mm-ə yaxındır. Tırtılı axırıncı yaşda 12-15 mm uzunluq-
dadır. İlk yaşlarda ağımtıl, sonrakı yaşlarda isə çəhrayı rəngdə olur. Tırtılın 
bədəninin  birinci  buğumunda  xitinləşmiş  sahə  vardır.  Bu  sahə  cavan  tırtıl-
larda  sarımtıl,  iri  yaşlı  tırtıllarda  isə  açıq  sarımtıl  olur.  Pupu  açıq  qəhvəyi 
rəngdə olub, 6-7 mm böyüklüyündədir.  
 
 

 
59 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Grapholita funebrana - Gavalı meyvəyeyəni  
Gavalı  meyvəyeyəni  muxtar  respublikanın  bütün  rayonlarında,  o 
cümlədən  Ordubad  rayonunda  geniş  yayılmaqla  çəyirdəkli  bitkilərdən, 
xüsusilə  gavalıya,  almaya  və  armuda  böyük  zərər  vurur.  Ayrı-ayrı  illərdə 
Ordubad və Şərur rayonlarında gavalı meyvəsinin bu zərərverici tərəfindən 
zədələnməsi 20-30%-ə çatır [23].  
Gavalı meyvəyeyəninin tırtılları barama içərisində qışlayır. Bu zərər-
vericinin qışlaması torpaqda, xəzəl və bitki qalıqlarının altında gedir.  
Erkən  yazda,  havanın  gündəlik  temperaturu  15-17
0
C-ə  çatdıqda 
tırtıllar  qışlama  yerində  puplaşmağa  başlayır.  Puplardan  kəpənəklərin  üç-
ması gavalı ağaclarının çiçəklənməsindən sonra başlayır (şəkil 5.8).  
 
Şək. 5.8. Gavalı meyvəyeyəninin uçuş dinamikası  

 
60 
Uçuş  bir  ay  davam  edir.  Hər  bir  dişi  kəpənək  8-15  gün  yaşayır. 
Yumurtalar əsasən meyvəbaşlanğıcına, az miqdarda isə yarpaqlara qoyulur. 
Hər bir dişi kəpənək 40-70 ədəd yumurta qoyur. Rüşeymin inkişafı 5-9 gün 
çəkir  və  bundan  sonra  yumurtalardan  birinci  nəsil  tırtıllar  çıxır.  Həmin 
tırtıllar  meyvəni  üst  tərəfdən  gəmirərək  (əksər  hallarda  saplağa  yaxın 
yerlərdən)  yollar  əmələ  gətirir,  onun  içərisinə  girir.  Gavalının  zədələnmiş 
yerindən  xaricə  yapışqanlı  şirə  axır.  Belə  meyvələr  ya  tökülür,  ya  da 
quruyur.  Öz  inkişafını  bitirmiş  tırtıllar  meyvə  içərisindən  çıxaraq  torpağa 
düşür  və  orada  puplaşır.  10-12  gündən  sonra  puplardan  ikinci  nəslin 
kəpənəkləri  uçmağa  başlayır.  Gavalı  meyvəyeyəninin  zərərli  fəaliyyəti 
nəticəsində  məhsul  miqdarca  azalır  və  keyfiyyətini  itirir.  Naxçıvan 
Muxtar 
Respublikasında 
gavalı  meyvəyeyəninin  il  ərzində  iki  nəsil  verdiyi 
müəyyənləşdirilmişdir.  Aparılan  tədqiqatlar  nəticəsində  bölgə  bağlarında 
zərərvericinin 16 növ təbii düşməni aşkar edilmişdir (cədvəl 6.1).  
 
5.19.  Grapholita  (Aspila)  molesta  (Busck,  1916)  -  Şərq  meyvə-
yeyəni  
Kəpənəklər  (Lepidoptera)  dəstəsinin  yarpaqbükənlər  (Torticidae
fəsiləsinə  mənsubdur.  G.  molesta  -  nın  Laspeyresia  molesta  Busck,  1916; 
Cydia mole kimi 2 sinonimi mövcuddur [181].  
Şərq  meyvəyeyəninin  vətəni  Şərqi  Asiya  ölkələri-Koreya,  Çin  və 
Yaponiyadır.  Şərq  meyvəyeyəni  bu  ölkələrdən  Avropa  ölkələrinə  (Bolqa-
rıstana, Macarıstana, Yunanıstana,  İtaliyaya və  Fransaya), Amerika ölkələ-
rinə  (Kanada,  ABŞ,  Argentina)  və  eləcə  də  Avstraliyaya  yayılmışdır.  Son 
illərə  qədər  keçmiş  SSRİ-də  xarici  karantin  obyekti  sayılan  Şərq  meyvə-
yeyəni ilk dəfə 1964-ci ilin sentyabr ayında Krasnodar diyarının Soçi şəhəri 
ətrafında,  1965-ci  ildə  isə  Azərbaycanın  Quba-Xaçmaz  zonasında  qeydə 
alınmışdır [52].  
Şərq  meyvəyeyəni  müxtəlif  bitkilərlə  qidalanır  (cədvəl  4.1).  O,  bir 
sıra müxtəlif meyvə ağaclarının zoğ və budaqlarına, o cümlədən, şaftalıya, 
əriyə,  gavalıya,  albalıya  zərər  vurur.  1966-ci  ildən  Azərbaycan  Elmi-Təd-
qiqat  Bitkiləri  Mühafizə  İnstitutunun  əməkdaşları  tərəfindən  Xaçmaz  rayo-
nunun  bağlarında  zərərvericinin  biologiyasına  dair  aşağıdakı  əsas  xüsusiy-
yətlər öyrənilmişdir: Şərq meyvəyeyəni qarantin zərərverici olub, çəyirdəkli 
və tumlu meyvə bitkilərinin əksəriyyətinə zərər verir. Bu bitkilərdən şaftalı, 
armud  və  əriyə  daha  ciddi  zərər  verməklə  meyvə  məhsulunun  xeyli  aşağı 
düşməsinə səbəb olur.  
Naxçıvan 
Muxtar  Respublikasında
,  Quba-Xaçmaz  və  Şəki-Zaqatala 
bölgələrində  geniş  yayılmışdır.  Son  illərin  tədqiqatlarına  əsasən  Abşeron 
bölgəsinin bağlarına Ordubad rayonundan introduksiya olunmuş şaftalı, ərik 

 
61 
və  heyva  sortlarına  da  şiddətli  dərəcədə  (xüsusilə  heyva  meyvəsinə)  zərər 
verdiyi qeyd edilmişdir. Şərq meyvəyeyəni şaftalı və armud meyvəyeyəninə 
çox  oxşadığı  üçün  bağbanlar  və  fermerlər  onu  tanımaqda  çətinlik  çəkirlər. 
Ona  görə  də  zərərvericinin  biologiyası  haqqında  məlumat  verməyi  lazım 
bilirik.  
Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 
12-14 mm olmaqla, rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənar-
larında dırnaq şəkilli yeddi cüt ağ ləkə, arxa kənarlarında isə yeddi cüt qara 
ləkə vardır. Arxa qanadları bozumtul-qonur olmaqla, bürünc kimi parlaqdır, 
saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nəzərə çarpacaq 
dərəcədə  halqalar  vardır.  Qarıncığın  alt  tərəfi  ağ  rəngdə,  üst  tərəfi  isə  boz-
qonur rəngdədir. Yumurtaları oval şəklində olub, uzunluğu 0,4-0,5 mm, eni 
isə 0,15 mm-dir. İlk  əvvəl ağ rəngdə olan  yumurtalar 2-3 gündən sonra isə 
çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci 
yaşda isə çəhrayı-ağımtıl rəngdə olmaqla, uzunluğu 11 mm-dir. Pupu oval 
formada,  qonur  rəngdə  olub,  uzunluğu  6-8  mm-dir.  Şərq  meyvəyeyəni 
axırıncı  yaş  (4-5  yaş)  tırtıl  mərhələsində,  ipək  sapdan  hazırlanmış  barama 
içərisində  torpaqdan  30-40  sm  hündürlükdə  olan  ağac  gövdəsinin  qabığı 
altında qışlayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
Grapholita molesta - Şərq meyvəyeyəni  
Bundan başqa,  yerə tökülmüş  yarpaqlar və heyva meyvəsinin içəri-
sində  də  qışlaması  müşahidə  edilmişdir.  Ordubad,  Şərur  və  Şahbuz  rayon-
larında aparılan tədqiqatlara əsasən, barama daxilində qışı keçirmiş tırtıllar, 
mart ayının axırı, aprel ayının əvvəli pup mərhələsinə keçirlər. Pupun inki-
şafı 10-12 gün çəkir. Aprel ayının ikinci yarısında puplardan kəpənəklər çıx-
mağa  başlayır  və  uçuş  may  ayının  axırınadək  çəkir.  Pupdan  çıxan  kəpə-
nəklər elə həmin gündən də cütləşməyə başlayırlar. Cütləşmədən 14-18 saat 
sonra yumurta
 
qoyurlar. Yumurtalar tək-tək olmaqla, yarpağın üst və alt his-
səsinə,  tumurcuq  yanlığına  və  meyvə  saplağına  qoyulur.  Bir  dişi  kəpənək 

 
62 
50-250 ədəd yumurta qoya bilir. 8-10 gündən sonra yumurtadan kiçik yaşlı 
tırtıllar  çıxmağa  başlayır.  Onlar  ağacların  cavan  zoğlarının  içərisinə  daxil 
olur,  orada  10-25  gün  qidalanaraq  4-5-ci  yaş  dövrünə  çatır  və  puplaşırlar. 
25-30  gündən  sonra  puplardan  yeni  nəslin  kəpənəkləri  çıxır.  Şərq  meyvə-
yeyəninin  bir  nəslinin  inkişafı  30-45  gün  çəkir.  İqlim  şəraiti  ilə  əlaqədar 
olaraq  zərərverici  bir  ildə  6-7  nəsil  verir.  Ədəbiyyat  məlumatlarına  əsasən, 
ABŞ-da 4-5 nəsil, Yaponiyada 4 nəsil, Fransada 4-6 nəsil, keçmiş Sovetlər 
İttifaqında  4-5  nəsil,  Azərbaycanda  isə  Quba-Xaçmaz  bölgəsində  4  nəsil, 
Şəki-Zaqatala bölgəsində 4-5 nəsil verir [29,30,129]. 
 
Aparılan hesablamalara əsasən, şərq meyvəyeyəninin tırtılları heyva 
və  ərik  ağaclarına  45-50%,  tezyetişən  şaftalı  sortlarına  28-36%,  gecyetişən 
şaftalı  sortlarına  50-60%,  heyva  ağacına  isə  80-90%  zərər  verir.  İlk  dəfə 
olaraq  tərəfimizdən  şərq  meyvəyeyəninin  12  növ  entomofaqı  aşkar 
edilmişdir (cədvəl 6.1).  
 
5.20.  Euproctis  (Euproctis)  chrysorrhoea  (Linnaeus,  1758)  - 
Qızılqarın kəpənək  
Növün  2  sinonimi  mövcuddur:  Nygmia  phaeorrhoea  (Donovan, 
1813); Phalaena chrysorrhoea Linnaeus, 1758 [182].  
Bu  kəpənək  əsasən  ağ  rənglidir.  Qanadları  açılan  zaman  32-40  mm 
böyüklükdə olur. Bəzi hallarda ön qanadları üzərində olduqca kiçik miqyaslı 
qara nöqtələrə də təsadüf olunur. Dişi fərdlərin qarıncığı nahiyyəsində qızılı 
rəngdə  topa  halında  tükcük  vardır  ki,  kəpənək  də  öz  adını  buradan  götür-
müşdür.  Bığcıqlar  lələkvaridir.  Yumurtası  girdə,  sarımtıl-ağ  rənglidir.  Onu 
yarpağın  üzərinə  qoyarkən  kəpənək  yarpaq  səthini  qarıncığı  nahiyəsindəki 
tükcüklərlə örtür.  
Tırtılı qonur-qara və ya bozumtul qəhvəyi rəngdə olmaqla 25-40 mm 
uzunluqda olur. Hər bir buğumu üzərində iki qırmızı ziyilcik vardır. Həmin 
ziyilcik  üzərində  topa  halında  tükcüklər  vardır.  Tırtılların  yan  tərəfindən 
qırıq  xətlərdən  ibarət  ağ  zolaq,  beli  üzərindən  isə  iki  qırmızı-qonur  zolaq 
uzanır.  9-10-cu  buğumların  hər  birində  başqa  ziyilciklərdən  fərqlənən,  bir 
cüt açıq-qırmızı rəngli ziyilcik vardır.  
 
 
 
 
 
 

 
63 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Euproctis chrysorrhoea - Qızılqarın kəpənək  
Bu  zərərverici  bəzi  illərdə  dağlıq  və  dağətəyi  ərazilərdəki  bağlarda 
kütləvi çoxalıb çəyirdəkli meyvə (ərik, şaftalı, gavalı və s.) ağaclarına zərər 
verir. Qızılqarın kəpənək ikinci və üçüncü yaşda tırtıl mərhələsində qışlayır. 
Qışlama  tırtılın  ifraz  etdiyi  hörümçək  sapı  vasitəsilə  birləşmiş  bir  neçə 
yarpağın (5-7 ədəd və daha çox) daxilində, daha doğrusu, tırtılın düzəltdiyi 
«qış  yuvası»  daxilində  gedir.  Bu  yarpaq  komaları  (qış  yuvaları)  sap 
vasitəsilə  budaqlara  möhkəm  birləşdirilir.  Hər  bir  yuvada  200-300-ə  qədər 
tırtıl ola bilir.  
Erkən yazda, havaların qızması ilə əlaqədar olaraq tırtıllar qış yuva-
larından  çıxıb,  ətraf  budaqlara  daraşır  və  yenicə  şişməyə  başlamış  tumur-
cuqlarla  qidalanırlar.  İlk  zamanlar  onlar  yuvalardan  yalnız  gündüzlər  çıxır 
və axşamlar yenidən yuvaya qayıdırlar. Havalar qızdıqdan sonra isə tırtıllar 
yuvaları tərk edir. Tumurcuqlarla qidalanan tırtıllar yarpaqlar əmələ gəldik-
dən  sonra  onlara  keçir  və  yarpaqların  çox  hissəsini  yeyirlər.  Yeyilmiş  yar-
paqlarda  əksər  hallarda  yalnız  mərkəzi  damar  qalır.  Tırtılın  qidalanması 
təxminən  6-7  həftə  çəkir.  4-5  dəfə  qabıq  dəyişərək,  5-6  yaş  dövrü  keçirir. 
Bundan sonra onun inkişafı bitir və hazırladığı barama içərisində yarpaqlar 
arasında  puplaşır.  Puplaşma  20-22°C  temperaturda  iyun  ayının  birinci 
yarısında  başlanır  və  30-35  gün  çəkir.  Pupun  inkişafı  14-16  gün  çəkir. 
Bundan sonra, iyul ayının əvvələrində onlardan kəpənəklər uçmağa başlayır 
(şək. 5.9).  

 
64 
 
Şək. 5.9. Ordubad və Şahbuz rayonlarında Qızılqarın kəpənəyin və  
Tək ipəksarıyanın uçuş dinamikası 
 
Uçuş iyul  ayının  əvvəllərindən başlayaraq avqustın  ortalarına qədər 
davam  edir.  Kəpənəklərin  uçuşu  28-30  gün  çəkir.  Kütləvi  uçuş  isə,  18-27 
iyulda baş verir. Kəpənəklər əsasən gecələr uçur, onlar əlavə olaraq qidalan-
mır,  uçuşduqdan  3-5  gün  sonra  cütləşib,  yumurta  qoyurlar.  Yumurta  yar-
paqların  alt  tərəfində  topa  halında  qoyulur,  üzəri  qızılı  rəngdə  tükcüklərlə 
örtülür.  Hər  bir  yumurta  topasında  300-ə  qədər  yumurta  ola  bilir.  Yumur-
tanın inkişafı 15-20  günə başa çatır. Sonra onlardan kiçik tırtıllar  çıxmağa 
başlayırlar.  Bu  tırtıllar  22-26  gün  ərzində  inkişaf  edir  və  yarpaqlarla  qida-
lanırlar. Onlar yalnız yarpaq ayalarını xaricdən gəmirir, beləliklə yarpaqları 
skeletləşdirirlər.  İnkişaf  etmiş  tırtıl  5-6-cı  yaşa  çatır.  Tırtıl  bir  yarpağı 
digərinin üzərinə çəkib, onları torla birləşdirir, qış yuvası düzəldir və onların 
içərisində də qışlayır. İldə bir nəsil verir (cədvəl 5.3).  
Qızılqarın  kəpənək  meyvə  ağaclarının  əksəriyyətinə  zərər  verə  bilir. 
Belə  ki,  ərik  ağacına  25-30%,  gavalıya  18-23%,  şaftalıya  isə  5-10%  zərər 
yetirir.  Zədələnmiş  ağaclar  nəinki  cari  ildə,  sonrakı  ildə  də  məhsulun  xeyli 
hissəsini itirir. Kütləvi halda çoxaldıqda isə ərik ağacına 50-60% zərər vurur.  
Naxçıvan 
Muxtar  Respublikası
  şəraitində  qızılqarın  kəpənəyin 
sayının  biotənzimlənməsində  15  növ  parazit  və  yırtıcı  fəaliyyət  göstərir 
(cədvəl 6.1).  
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə