Entomofaqlari



Yüklə 3.59 Kb.

səhifə6/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

5.21.  Lymantria dispar (Linnaeus, 1758) - Tək ipəksarıyan  
L.  dispar-ın  3  sinonimi  var:  Phalaena  dispar  Linnaeus,  1758; 
Ocneria dispar (Linnaeus, 1758); Porthetria dispar (Linnaeus, 1758) [183].  
Meyvəçilik  təsərrüfatları  hər  il  çoxlu  sayda  zərərverici  həşəratlar 
tərəfindən  30-50%  və  bəzən  kütləvi  artıb  çoxalan  zərərvericilər  tərəfindən 
isə 80-90% zərər çəkir. Bu zərərvericilər içərisində özünəməxsus bioekoloji 
xüsusiyyətləri ilə fərqlənən tək ipəksarıyan xüsusi yer tutur. Bu zərərverici 
respublikamızın  meşə  və  bağ  sahələrində  geniş  yayılaraq,  əksər  ağaclara, 
xüsusi ilə çəyirdəkli meyvə ağaclarına daha çox zərər verir [62].  
Zərərvericinin  morfo-bioekoloji  xüsusiyyətlərini,  yayılma  arealını, 
təsərrüfat əhəmiyyətini və təbii düşmənlərini öyrənərkən aşkar edilmişdir ki, 
tək ipəksarıyan öz adını, erkək və dişi fərdlərin bir-birindən kəskin dərəcədə 
fərqlənməsindən  almışdır.  Belə  ki,  dişi  fərdin  qanadları  açılmış  halda  75 
mm, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük və dolu 
qarıncıqdan  ibarətdir.  Erkək  fərd  isə,  qanadları  açılmış  halda,  45  mm 
olmaqla,  nazik  qarıncıqdan  və  lələkvari  bığcıqdan  ibarətdir.  Dişilərdə 
qanadlar boz-ağımtıl olmaqla, üzərlərindən əyri xətlər keçir, erkək fərdlərdə 
isə  qanadlar  açıq-boz  rəngdə  olmaqla,  üzərində  düz  xətlər  və  kənarlarında 
tünd ləkələr vardır. Tək ipəksarıyan kəpənəyinin uçuşu, iyun ayının axırı və 
iyul  ayının  əvvəllərinə  təsadüf  edir.  Kütləvi  uçuşu  isə  iyul  ayının  ikinci 
yarısında başlayır və avqust ayının ortalarına kimi davam edir (şək. 5.9).  
Dişi  fərdlər  topa  halında  yumurta  qoyur  və  həmin  topanın  üzərini 
qarıncığı  vasitəsi  ilə  ifraz  etdiyi  maye  ilə  sıvayır.  Topa  halında  olan 
yumurtanın sayı bəzən 850-1000-dən artıq olur. Tək ipəksarıyanın ayrı-ayrı 
illərdə  belə  yüksək  yumurta  qoyma  məhsuldarlığına  malik  olması  ərazinin 
coğrafi  xüsusiyyətlərindən  asılıdır.  Qoyulan  yumurta  topaları  müxtəlif 
formada  olmaqla,  ölçüsü  bir  neçə  kv.sm  olur.  Təzə  qoyulmuş  yumurta 
topaları  qabarıqdır,  əllə  toxunduqda  elastikliyi  hiss  olunur.  Köhnə,  keçən 
ildən  qoyulmuş  yumurta  topalarının  isə  rəngi  boz,  içərisi  boş  olur,  üst 
həssəsində  tırtılların  çıxdığı  kiçik  deşiklər  görünür.  Ədəbiyyat  məlumatına 
əsasən,  Rusiyanın  mərkəzi  və  şimal  rayonlarında  tək  ipəksarıyan  yumur-
talarını torpaqdan 20-50 sm hündürlükdə ağacların gövdəsinə qoyurlar [87, 
s. 203-211].  
Respublikamızın  meyvə  bağlarında  aparılan  müşahidələrə  əsasən, 
tək  ipəksarıyan  yumurta  topalarını  ağacın  gövdəsi  ilə  yanaşı  yuxarı  bu-
daqlarına  da  qoyur.  Əksər  hallarda  ağacların  torpaqdan  10-15  sm  hündür-
lüyündən  başlayaraq  2-3  metr  hündürlüyədək  gövdə  hissəsinə  qoyur.  Küt-
ləvi yumurtaqoyma dövründə isə yumurtalarını ağaclardan başqa, çəpərlərə, 
daşların  üzərinə,  evlərin  çardaqlarına,  yollarda  olan  dirəklər  üzərinə  və  s. 
qoyur.  

 
66 
 

 
67 
Yazda,  aprelin  birinci  yarısında  (havanın  temperaturu  20-24°C 
olduqda)  tırtıllar  çıxmağa  başlayırlar.  Yumurtadan  çıxan  tırtılların  bədəni 
tutqun,  başı  isə  qara  rəngdə  olur.  Bədənin  hər  iki  yan  tərəfindən  uzununa 
ardıcıl,  üzəri  yumşaq,  qısa  qılaoxşar  tükcüklərlə  örtülü  olan  tünd  ziyillər 
yerləşir.  Yumurtalardan  çıxan  tırtıllar  13-15  gün  yumurtaların  qabığı  ilə 
qidalanırlar. Onlar yumurtaların qabığı ilə qidalandıqdan sonra, bir müddət 
(2-3  gün)  yumurta  topalarının  üzərində  qalırlar.  Bu  vaxt  ağaclarda  ilk 
tumurcuq və yarpaqlar görünməyə başlayır. Tırtıllar ağac gövdəsi ilə hərəkət 
edib həmin tumurcuq və yarpaqlarla qidalanır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Lymantria dispar - Tək ipəksarıyan  
Onlar yaşdan-yaşa keçdikcə bədənlərindəki tüklər seyrəkləşərək boz 
və  ya  boz-qonur  rəngdə  olurlar.  Yaşlı  tırtılın  bədən  uzunluğu  45-75  mm 
olur. Tək ipəksarıyanın tırtılı olduqca istisevəndir, onlar ən çox 20 illik ağac 
budaqlarının  gün  düşən  tərəfinə  yığılırlar,  belə  hissələrdə  havanın 
temperaturu  20-25°C  olur.  Erkək  kəpənəklərin  tırtılları  inkişaf  dövründə  4 
dəfə  qabıq  dəyişərək  5-ci  yaşa  keçirlər.  Dişi  fərdlərin  tırtılları  isə  5  dəfə 
qabıq  dəyişərək  6-cı  yaşa  keçirlər.  Optimal  şəraitdə  onların  inkişafı  34-40 
günə  qurtarır,  nisbətən  aşağı  temperaturda  50-80  günə  başa  çatır.  Tırtıllar 
iyun ayının ikinci yarısında puplaşmağa başlayır. Onlar ağacların budaq və 

 
68 
gövdələrinin  üzərində,  qabığın  altında  puplaşırlar.  Puplaşma  ən  çox  qrup 
halında,  yarpaq  qırıntılarını  bir-birinə  yapışdıraraq  tor  hörgü  içərisində 
gedir. Pup tünd qəhvəyi və ya qara rəngdə olub, inkişafı 2-3 həftə çəkir. Tək 
ipəksarıyan  ildə  bir  nəsil  verir.  Tək  ipəksarıyan  300  növ  bitki  ilə,  o 
cümlədən meyvə, kol, meşə ağacları ilə qidalanır. Kütləvi çoxaldığı illərdə 
zərərvericinin  yoluxduğu  meyvə  və  meşə  ağacları  öz  görünüşü  ilə  diqqəti 
asanlıqla  cəlb  edir.  Ciddi  zərərverici  olduğuna  görə  onun  fenologiyasının 
öyrənilməsini vacib bildik (cədvəl 5.4).  
 
5.22.  Orgyia  (Orgyia)  antiqua  (Linnaeus,  1758)  -  Valehedici 
gözəlçə  
Orgyia  antiqua-nın  5  sinonimi  -  Phalaena  antiqua  Linnaeus,  1758; 
Phalaena  paradoxa  (Retzius,  1783);  Orgyia  confinis  (Grum-Grshimailo, 
1891);  Orgyia  gonostigma  (Scopoli,  1763);  Orgyia  recens  (Hübner,  1819) 
var [184].  
Ordubad  və  Şahbuz  rayonlarında  1700  m  yüksəklikdə  yerləşən  bağ 
və  xal-xal  meşə  sahələrində  geniş  yayılmışdır.  Əsasən  ərik  və  armud 
ağaclarının  yarpaqları  və tumurcuqlarına zərər vurur.  İldə 2 nəsil verir.  İlk 
dəfə  olaraq  Naxçıvan  Muxtar  Respublikasında  zərərvericinin  fenologiyası 
öyrənilmişdir (cədvəl 5.5). 
 
Birinci  nəslin  tırtıllarının  inkişaf  dövrü  alma  və  armud  ağaclarında 
may  ayının  birinci  ongünlüyündən  iyun  ayının  üçüncü  ongünlüyünədək 
davam edir. Onların yumurtadan çıxma dövrü 17-38 gün çəkir. Puplaşma isə 
iyul ayının üçüncü ongünlüyündə başlanır və bir ay davam edir. 
 
 

 
69 
 

 
70 
 
 

 
71 
Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən av-
qust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul 
ayının  ikinci  və  üçüncü  ongünlüklərində  başlanır,  16-19  gün  davam  edir. 
Dişilər 1-2 gün, erkəklər isə 6-7 gün yaşayırlar. Hesablamalarımıza görə, bir 
kəpənəyin  qoyduğu  yumurtaların  sayı  336-a  çatır.  İkinci  nəslin  tırtıllarının 
inkişaf  müddəti  iyul  ayının  üçüncü  ongünlüyündən  avqust  ayının  üçüncü 
ongünlüyünədək,  yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayı-
nın birinci ongünlüyünədək davam edir  
Topa halında qoyulmuş yumurtalardan 5-10 gün müddətində tırtıllar 
çıxır. Puplaşma dövrü avqust ayının üçüncü ongünlüyündən oktyabr ayının 
birinci  ongünlüyünədək  davam  edir.  Kəpənəklərin  uçuşu  oktyabr  ayının 
ikinci ongünlüyünədək davam edir. Yumurta mərhələsində qışlayırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orgyia antiqua - Valehedici gözəlçə  
 
5.23. Aporia crataegi (Linnaeus, 1758) - Yemişan kəpənəyi  
Aporia crataegi 5 sinonimlə - Aporia crataegi hyalina Röber, 1907; 
Aporia crataegi pellucida Röber, 1907; Aporia crataegi rhodinea Hofmann 
et  Eckweiler,  2001;  Aporia  crataegi  rotunda  Eitschberger  et  Reissinger, 
1971; Aporia crataegi zabulensis de Freina, 1974 tanınır [185].  

 
72 
Bu  zərərverici  muxtar  respublikasının  Şahbuz  və  Ordubad 
rayonlarının meşə sahələrində və bağlarında daha geniş yayılmışdır [22].  
Yemişan  kəpənəyinin  qanadları  ağ,  onun  damarları  isə  qonur-qəh-
vəyi  rənglidir.  Yumurtaları  qırmızı-sarı  rəngli,  saplaqlı,  1,5  mm  uzunlu-
ğunda olur. Tırtılın bədəni uzun tüklüdür, qaramtıldır. Beli üzərində iki na-
rıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. 2-3-cü yaşlı tırtılları sapla dolaşan, 
yarpaqlardan  ibarət  düzəldilmiş  yuvalarda  qışlayırlar.  Belə  yuvalar  sapla 
ağacın  kiçik  budaqlarından  asılmış  olur.  Hər  yuvada  25-30  ədəd  tırtıl  qış-
layır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aporia crataegi - Yemişan kəpənəyi  
Yazın əvvəllərində, qış yuvasından çıxmış tırtıllar ağacın tumurcuq-
larının içərisini  yeməklə, sonra isə çiçək, qönçə və  yarpaqlarla qidalanırlar 
(cədvəl 5.6).  
Bəzi illərdə, kütləvi çoxalma dövründə, olduqca ciddi ziyan vururlar 
(70-75%). Meyvə ağaclarının çiçəkləməsi qurtarana yaxın və meyvə başlan-
ğıcları əmələ gəldiyi dövrdə tırtıllar ağacların gövdə və budaqları üzərində 
pup halına keçirlər. 10-12 gündən sonra puplardan kəpənəklər  çıxır. 15-18 
gün  keçdikdən  sonra  kəpənəklər  cütləşir  və  yumurta  qoymağa  başlayırlar. 
Dişilər  yumurtalarını  yarpağın  üst  tərəfində,  topa  halında  yerləşdirirlər  və 
hər  topada  25-30  ədəd  yumurta  olur.  Hər  dişi  fərd  200-300-dək  yumurta 

 
73 
qoyur. 10-15  gündən sonra  yumurtalardan tırtıllar çıxmağa başlayır. Yemi-
şan kəpənəyi ildə bir nəsil verir (cədvəl 5.6). Ziyanveriçinin tırtılları alma, 
armud,  gavalı,  gilas  və  göyəm  bağlarına  zərər  verir.  12  növ  təbii  düşməni 
aşkar edilmişdir (cədvəl 6.1).  
 
5.24. Callimorpha dominula (Linnaeus, 1758) - Ayıca xanım  
Növün 18 sinonimi məlumdur: Phalaena dominula Linnaeus, 1758; 
Phalaena  Bombyx  persona  Hübner,  1790;  Phalaena  Noctua  donna  Esper, 
[1794];  Bombyx  domina  Hübner,  [1803];  Callimorpha  dominula  var. 
rossica  Kolenati,  1846;  Callimorpha  dominula  swanetica  Reich,  1935; 
Callimorpha dominula var. bithynica Staudinger, 1871; Callimorpha domi-
nula  var.  italica  Stansfuss,  1885;  Callimorpha  dominula  insubrica  Wac-
kerzapp,  1890;  Callimorpha  dominula  var.  bieli  Staudinger,  1895;  Calli-
morpha  dominula  var.  lusitanica  Staudinger,  1895;  Callimorpha  dominula 
romanovi  Standfuss,  1896;  Callimorpha  dominula  romanovi  Oberthür, 
1911;  Callimorpha  dominula  teberdina  Sheljuzhko,  1934;  Panaxia  do-
minula  rhodanica  Kettlewell,  1943;  Callimorpha  dominula  balcanica  Da-
niel, 1951; Callimorpha dominula kurdistanica Thomas, 1983; Callimorpha 
dominula trinacriae Nardelli et Giandolfo, 1996 [186].  

 
74 
 

 
75 
 
Məlikə  ayıca  meşələrin  ziyanveriçisi  kimi  tanınmışdır,  bağların  zi-
yanveriçisi  kimi  ilk  dəfə  bizim  tərəfimizdən  qeyd  edilmişdir.  Müəyyən-
ləşdirilmişdir  ki,  zərərverici  Naxçıvan  bölgəsində  (Ordubad,  Şahbuz  ra-
yonları)  1540-2000  m  yüksəklikdə  yerləşən  meyvə  bağlarında  yayılmışdır, 
ərik,  gavalı,  alma,  armud  və  ot  bitkilərinə  zərər  verir.  Kəpənəyin  tırtılları 
ağacları  iki  (payız  və  yazda)  dəfə  zədələyir.  Yayda  qeyd  olunan  kəpənək 
tırtılları  əvvəlcə  ot  bitkiləri  ilə,  sonra  isə  gavalı  ağaclarının  yarpaqları  ilə 
qidalanır.  Yazda  isə  yenidən  ərik  və  gavalı  ağaclarınının  təzəcə  açılmış 
tumurcuq  və  yarpaqları  ilə  qidalanırlar.  Bu  isə  ağacların  çılpaqlaşmasına 
səbəb  olur.  Belə  hallar  2006-2007-ci  illərdə  kütləvi  uçuş  zamanı  qeydə 
alınmışdır  ki,  bir  ağacda  tırtılların  sayı  230-a  çatmışdır.  Ordubad,  Şahbuz, 
Şərur  və  digər  rayonların  meyvə  bağlarında  aparılan  müşahidələrə  əsasən, 
tırtıllar iyul ayının üçüncü ongünlüyündə çıxırlar. Avqust ayının ikinci on-
günlüyündə alma və ərik ağaclarına keçirlər. Oktyabr ayının birinci ongün-
lüyündən noyabr ayının birinci ongünlüyünədək 6 yaş dövrü keçirirlər. Tırtıl 
mərhələsində  torpağın  altında,  ağacların  kötük  hissələrində  qışlayırlar. 
Tırtıllar mart ayında qışlamadan çıxırlar. Əvvəl onlar ot bitkiləri ilə qidala-
naraq,  sonra  isə  aprel  ayının  əvvəllərində  meyvə  ağaclarının  gövdəsində 
toplaşırlar. Aprel ayının ortasında çiçək və tumurcuqlarla qidalanırlar.  
Tırtıllar öz inkişafını qurtardıqdan sonra (axırıncı  yaşda) qışı keçir-
dikləri  yerlərdə  puplaşırlar.  Puplaşma  dövrü  mayın  ikinci  ongünlüyündən 
iyun  ayının  üçüncü  ongünlüyünədək  30-45  gün  davam  edir.  Kəpənəklərin 
üçüşü iyun ayının üçüncü ongünlüyündə başlayır və iyul ayının üçüncü on-
günlüyündə tamamlanır, kütləvi uçuş isə iyul ayının birinci-üçüncü ongün-
lüklərində olur. 2-3 gün uçuşdan sonra yumurtaqoyma dövrü başlanır və 33 
gün  davam  edir.  Bir  dişi  fərd  200-250-dək  yumurta  qoyur.  Yumurtaların 
əsas  hissəsi  birinci  20  günlükdə  qoyulur.  Yumurtaların  orta  inkişaf  dövrü 
18-20 gün, havanın temperaturu 11,9°C-23,6°C, nəmlik 58-92% olduqda isə 
30 gün çəkir. Ayıca xanım ildə bir nəsil verir. Azərbaycanda ayıca xanımın 
təbii düşmənlərindən 3 növü (İchneumon rogenoferi Kr., İch. insidiosus W., 
Trichionotus fizorius Th.) S.Ə.Hacıyeva tərəfindən aşkar edilmişdir [12,16]. 
 
 

 
76 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Callimorpha dominula - Ayıca xanım  
Yuxarıdakıları  nəzərə  alaraq  parazit  və  yırtıcı  həşəratlarla  birlikdə 
onların  sahiblərini,  başqa  sözlə,  çəyirdəkli  meyvə  ağaclarının  zərərverici-
lərinin  növ  tərkibinin,  onların  bioloji,  ekololi  xüsusiyyətlərinin,  yayılması
-
nın  və  Naxçıvan  Muxtar  Respublika  şəraitində  daha  təhlükəli  həşəratların 
təsərrüfat  əhəmiyətinin  müəyyənləşdirilməsini  vacib  hesab  etdik.  Belə  ki, 
bağ zərərvericilərinin və onların parazitlərinin yuxarıdakı xüsusiyyətlərinin 
birgə öyrənilməsi zərərverici həşəratlarla mübarizədə entomofaqların istifa-
dəsinə geniş imkanlar yaradır.  
 
 
 
 
 
 
 
 

 
77 
VI FƏSİL 
 
 ENTOMOFAQLARIN NÖV TƏRKİBİ, BİOEKOLOJİ 
XÜSUSİYYƏTLƏRİ VƏ ZƏRƏRVERİCİLƏRİN SAYININ 
BİOTƏNZİMLƏNMƏSİNDƏKİ ROLU  
 
6.1. Entomofaqların növ tərkibi  
Son  illərdə  kənd  təsərrüfatı  bitkilərinin  müxtəlif  zərərvericilərinə 
qarşı  bioloji  mübarizə  üsullarından  geniş  istifadə  edilməsi  aktual  məsə-
lələrdən  birinə  çevrilmişdir  [75].  Bu  baxımdan  bağ  zərərvericilərinə  qarşı 
bioloji  mübarizə  üsullarının  işlənilib  hazırlanmasında  zərərvericilərin  təbii 
düşmənlərinin,  o  cümlədən  parazit  və  yırtıcılarının  aşkar  edilməsinin  və 
öyrənilməsinin böyük əhəmiyyəti vardır.  
Naxçıvan 
Muxtar  Respublikası
  meyvə  bağlarında  aparılmış  elmi-
tədqiqat işləri nəticəsində  aşkar olunmuşdur ki,  14 növ ciddi zərərvericinin 
sayının  biotənzimlənməsində  34  növ  parazit  və  22  növ  yırtıcı  fəaliyyət 
göstərir  (cədvəl  6.1).  Bu  qeyd  olunan  parazit  və  yırtıcılar  zarqanadlılar 
(Hymenoptera),  ikiqanadlılar  (Diptera),  böcəklər  (Coleoptera)  və 
torqanadlılar  (Neuroptera)  dəstəsinə  mənsub  olmaqla  56  növdən  ibarətdir. 
Onlardan  9  növü-Braconidae,  13  növü-Ichneumonidae,  7  növü-
Chalcidoidae,  1  növü-Bethylidae,  4  növü-Tachinidae,  14  növü- 
Coccinellidae,  2  növü-Carabidae,  4  növü-Dermestidae,  2  növü  isə 
Chrysopidae fəsiləsinə aiddir. Bu növlər aşağıdakılardır:  
 
Entomofaqların adlı siyahısı  
Parazitlər:  
Fəsilə: Braconidae – Brakonidlər  
1.
 
Bracon hebetor Say, 1836 
 
2.
 
Bracon concolorans Marshall, 1900  
3.
 
Agathis malvacearum Latreille, 1805 
 
4.
 
Bassus dimidiator (Nees, 1834)  
5.
 
Ascogaster quadridentata Wesmael, 1835 
 
6.
 
Meteorus versicolor (Wesmael, 1835) **  
7.
 
Orgilus laevigator (Nees, 1812) 
 
8.
 
Apanteles ruficornis (Nees, 1834) 
9.
 
Macrocentrus bicolor Curtis, 1833 *  
Fəsilə: Ichneumonidae – İxnevmonidlər  
10.
 
Theronia atalantae (Poda, 1761)  
11.
 
 Diadegma armillata (Gravenhorst, 1829) 
 

 
78 
12.
 
Pimpla turionellae Linnaeus, 1758  
13.
 
Pimpla spuria Gravenhorst, 1829  
14.
 
Pimpla rufipes (Miller, 1759)  
15.
 
Pimpla contemplator (Muller, 1776)
 
16.
 
Itoplectis tunetana (Schmiedeknecht, 1914)  
17.
 
Itoplectis alternans (Gravenhorst, 1829)  
18.
 
Trieces tricarinatus (Holmgren, 1858) 
 
19.
 
Ephialtes manifestator (Linnaeus,1758) 
 
20.
 
Pristomerus vulnerator (Panzer, 1799)  
21.
 
Scambus calobatus (Gravenhorst, 1829) 
 
22.
 
Scambus brevicornis (Gravenhorst, 1829)  
Fəsilə: Chalcidoidae – Xalçidlər  
23.
 
Brachymeria tibialis (Walker, 1834) 
 
24.
 
Trichogramma cacaeciae Marchal, 1927  
25.
 
Baryscapus evonymellae (Bouché, 1834) 
 
26.
 
Ageniaspis fuscicollis (Dalman, 1820) 
 
27.
 
Copidosoma varicorne (Nees, 1834) 
 
28.
 
Encarsia perniciosi (Tower, 1913) *  
29.
 
Aphytis proclia (Walker, 1839)**  
Fəsilə: Bethylidae - Betilidlər  
30.
 
Goniozus claripennis (Foerster, 1851)  
Fəsilə: Tachinidae – Taxin milçəkləri  
31.
 
Leiophora innoxia (Meigen, 1824)  
32.
 
Nemorilla floralis (Fallen, 1810)  
33.
 
Agria mamillata (Pandelle, 1896) 
 
34.
 
Exorista larvarum (Linnaeus 1758) 
 
Yırtıcılar  
Fəsilə: Coccinellidae – Koksinellidlər  
35.
 
Exochomus (Exochomus) quadripustulatus Linnaeus, 1758 
 
36.
 
Adalia (Adalia) bipunctata (Linnaeus, 1758) 
 
37.
 
Adalia (Adalia) decempunctata (Linnaeus, 1758) 
 
38.
 
Coccinella (Coccinella) septempunctata Linnaeus, 1758  
39.
 
Coccinella (Coccinella) quinquepunctata Linnaeus, 1758 
 
40.
 
Calvia decemguttata (Linnaeus, 1758)  
41.
 
Hippodamia (Hippodamia) variegata Goeze, 1777  
42.
 
Oenopia conglobata (Linnaeus, 1758)  
43.
 
Propylea quatuordecimpunctata (Linnaeus 1758)  
44.
 
Vibidia duodecimguttata (Poda, 1761)  

 
79 
45.
 
Halyzia sedecimguttata (Linnaeus, 1758)  
46.
 
Harmonia quadripunctata (Pontoppidan, 1763)  
47.
 
Chilocorus bipustulatus (Linnaeus, 1758)  
48.
 
Ceratomegilla (Ceratomegilla) undecimnotata Schneider, D. H. 
1792  
Fəsilə: Carabidae - Karabidlər 
49.
 
Calosoma (Calosoma) sycophanta (Linnaeus, 1758)  
50.
 
Calosoma (Calosoma) inquisitor (Linnaeus, 1758) **  
Fəsilə: Dermestidae – Gönyeyənlər  
51.
 
Dermestes (Dermestes) lardarius Linnaeus, 1758**  
52.
 
Dermestes (Dermestinus) undulatus Brahm, 1790 *  
53.
 
Dermestes (Dermestes) bicolor Fabricius, 1781 *  
54.
 
Dermestes (Dermestes) ater De Geer, 1774 *  
Fəsilə: Chrysopidae – Qızılgözlər  
55.
 
Chrysoperla carnea (Stephens, 1836)  
56.
 
Chrysopa pallens Rambur, 1838  
 
Qeyd: 1. *-Azərbaycan faunası üçün ilk dəfə;  
2. **-Naxçıvan 
Muxtar Respublikası 
faunası üçün ilk dəfə göstərilir.  
Aparılan  elmi  tədqiqatlara  əsasən,  entomofaqlardan  5  növü  (*) 
Azərbaycan  faunası  və  4  növü  (**)  isə  Naxçıvan 
Muxtar  Respublikası
 
faunası üçün ilk dəfə qeyd edilir.  

 
80 
 
Xəritə-sxem. 6.1. Naxçıvan 
Muxtar Respublikasında
 təsərrüfat əhəmiyətli  
entomofaq növlərinin yayılması  
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
81 
Cədvəl 6.1  
Naxçıvan 
Muxtar Respublikasında
 başlıca çəyirdəkli meyvə 
zərərvericilərinin parazit və yırtıcıları  
 
S/

 
 
 
 
 
 
Parazit və yırtıcıların 
adı  
 
Zərərvercilərin adı 
Me
yv
ə 
güv
əsi
 
Y
ar
paq g
üv
əsi
 
Zola
ql
ı m
ey

 gü

si
 
Tumur
cuq 

rf
ır
ası
 
Q
ızı
lgü
l ya
rpaqb
ük
əni
 
Q
ızı
lqa



p
ən
ək
 
T
ək i
p
əksa

yan
 
G
ava

 m
eyv
əyey
əni
 
Ş
ər

m
eyv
əyey
əni
 
V
al
ehe
di
ci
 gö


ə 
Y
em
işa
n k
əp
ən
əyi
 
G
ava

 uzu
nbur
unu
 
G
ava

 m
ən
ən
əsi
 
K
al
if
or
n
iya
 ça
naql
ı ya
st
ıca

 
 
1  
2  
3   4   5   6   7   8   9   10   11   12  13   14   15   16 
1.
 
 Bracon hebetor 

+  +  +  - 
+  + 
-  +  +  +  - 



2.
 
 Bracon concolorans  +  -  +  -  +  - 


-  +  - 



3.
 
 Agathis 
malvacearum  
+  - 
-  +  +  +  +  + 

-  +  - 


4.
 
 Bassus dimidiator
 
-  +  +  - 


+  - 

-  +  - 


5.
 
 Ascogaster 
quadridentata 
+  +  +  - 


-  +  +  +  - 



6.
 
 Meteorus  
versicolor

 

 
+  +  +  - 



-  +  - 


7.
 
 Orgilus laevigator 
+  +  + 
 


+  - 
-  +  - 



8.
 
 Apanteles ruficornis 
-  +  +  +  +  +  +  - 
+  -  +  - 


9.
 
 Macrocentrus 
bicolor
+  








+  - 




10.
 
 Theronia atalantae 






+  +  +  - 




11.
 
 Diadegma  
armillata 
+  
+  - 












12.
 
 Pimpla 
 turionellae
++  
+  - 


-  +  +  +  +  - 




13.
 
 Pimpla spuria 
+  +  - 

-  + 
-  + 

-  +  - 


14.
 
 Pimpla rufipes 
+  - 


+  +  +  - 






15.
 
 Pimpla contemplator  +  -  -  +  - 









16.
 
 Itoplectis tunetana  
+  +  +  - 
-  + 
-  + 






17.
 
 Itoplectis 
alternans
+ + 
 
+  - 




+  + 






18.
 
 Trieces  
tricarinatus

 
+  - 


-  + 









 
82 
1  
2  
3   4   5   6   7   8   9   10   11   12  13   14   15   16 
19.
 
 Ephialtes 
manifestator 


-  + 


-  + 






20.
 
 Pristomerus 
vulnerator
+ +  
+  +  +  - 


-  + 

-  +  - 


21.
 
 Scambus 
 calobatus 
+
 

+  + 











22.
 
 Scambus brevicornis  














23.
 
 Brachymeria tibialis 
++  














24.
 
 Trichogramma 
cacaeciae

 














25.
 
 Baryscapus 
evonymellae  














26.
 
 Ageniaspis fuscicollis
+  














27.
 
 Copidosoma varicorne 
++  














28.
 
 Encarsia perniciosi 














29.
 
 Aphytis proclia
+ +  














30.
 
 Goniozus claripennis 
+  














31.
 
 Leiophora innoxia 














32.
 
 Nemorilla 
floralis
++  

+  + 











33.
 
 Agria mamillata 














34.
 
 Exorista larvarum 














35.
 
 Exochomus 
quadripustulatus
 














36.
 
 Adalia  
bipunctata
+  














37.
 
 Adalia decempunctata   - 













38.
 
 Coccinella 
septempunctata
 














39.
 
 Coccinella 
quinquepunctata 














40.
 
 Calvia decemguttata  














41.
 
 Hippodamia variegata 














42.
 
 Oenopia conglobata 














43.
 
 Propylea quatuor-
decimpunctata  













 
44.
 
 Vibidia 
duodecimguttata

 














45.
 
 Halyzia 
sedecimguttata 














46.
 
 Harmonia 
quadripunctata 

 















 
83 
 


3  4  5  6 


9  10  11  12  13  14  15  16 
47.
 
 Chilocorus bipustulatus 
+  
-  -  - 











48.
 
 Ceratomegilla 
undecimnotata

 
-  -  - 











49.
 
 Calosoma sycophanta 

 
-  -  +  - 










50.
 
 Calosoma inquisitor 
-  -  - 











51.
 
 Dermestes lardarius
+  
+  -  -  + 










52.
 
 Dermestes undulatus

 
-  -  - 











53.
 
 Dermestes bicolor 
-  -  +  - 










54.
 
 Dermestes ater 
-  -  +  - 










55.
 
 Chrysoperla carnea
 
-  -  - 











56.
 
 Chrysoperla pallens 
-  -  - 













1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə