Entomofaqlari



Yüklə 5.91 Mb.
Pdf просмотр
səhifə7/12
tarix29.05.2017
ölçüsü5.91 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Qeyd: 1. + - bioloji mübarizədə istifadə etmək üçün birinci dərəcəli entomofaqlar; 
2. ++ - bioloji mübarizədə istifadə etmək üçün ikinci dərəcəli entomofaqlar.  
 
Cədvəl 6.1-dən göründüyü kimi, 56 növ parazit və yırtıcıdan 20 növü 
meyvə  güvəsinin, 10 növü  yarpaq  güvəsinin, 17 növü zolaqlı  meyvə  güvə-
sinin, 11 növü tumurcuq fırfırasının, 11 növü qızılgül  yarpaqbükəninin, 15 
növü qızılqarın kəpənəyin, 12 növü tək ipəksarıyanın, 16 növü gavalı mey-
vəyeyəninin, 12 növü şərq meyvəyeyəninin, 11 növü valehedici gözəlçənin, 
12  növü  yemişan  kəpənəyinin,  8  növü  gavalı  uzunburununun,  20  növü 
gavalı  mənənəsinin  və  9  növü  isə  Kaliforniya  çanaqlı  yastıcasının  təbii 
düşməni hesab edilirlər. Entomofaqlardan 14 növünün (Bracon hebetor,Say 
1836,  Meteorus  versicolor  (Wesmael,  1835),  Macrocentrus  bicolor  Curtis, 
1833,  Diadegma  armillata  (Gravenhorst,  1829),  Scambus  calobatus  (Gra-
venhorst,  1829),  Trichogramma  cacaeciae  Marchal,  1927,  Ageniaspis 
fuscicollis  (Dalman,  1820),  Copidosoma  varicorne  (Nees,  1834),  Goniozus 
claripennis  (Foerster,  1851),  Adalia  (Adalia)  bipunctata  (Linnaeus,  1758), 
Chilocorus  bipustulatus  (Linnaeus,  1758),  Calosoma  (Calosoma)  sycop-
hanta  (Linnaeus,  1758),  Dermestes  (Dermestes)  lardarius  Linnaeus,  1758, 
Chrysoperla  carnea  (Stephens,  1836))  laboratoriya  şəraitində  çoxaldılma 
yolları öyrənildikdən sonra zərərvericilərə qarşı bioloji mübarizədə istifadə 
edilməsi məqsədəuyğun sayılmışdır.  
 
6.2.  Başlıca entomofaqların bioekoloji xüsusiyyətləri  və  zərərve-
ricilərin biotənzimlənməsində rolu  
 
Meyvə  bitkilərinin  zərərvericilərdən  mühafizəsində  tətbiq  olunan 
kompleks  mübarizə  tədbirləri  içərisində  bioloji  mübarizə  üsulları  xüsusilə 
fərqlənir.  Beləki,  bu  üsulla  nəinki  zərərverici  ilə  mübarizə  aparılır,  həm  də 

 
84 
onun  kütləvi  çoxalmasına  imkan  verilmir.  Bununla  yanaşı,  bu  mübarizə 
üsulu insanlar və faydalı canlılar üçün təhlükəsizdir.  
Son  illər  dünya  praktikasında  bioloji  mübarizə  üsulu  ilə  bağlı  elmi-
tədqiqat işlərinin tətqiqi və tətbiqi müvəffəqiyyətlə həyata keçirilir [73,74].  
Təbiətdə  zərərvericilərin parazit və  yırtıcılarını  aşkar etmək, onların 
bio-ekoloji  xüsusiyyətlərini,  laboratoriyada  çoxaldılma  yollarını  öyrənib, 
onlardan zərərvericilərə qarşı mübarizədə istifadə etmək, ekoloji və iqtisadi 
cəhətdən çox əhəmiyyətlidir. Bu məqsədlə də parazit və yırtıcılar içərisindən 
təsərrüfat  əhəmiyyətli  növlərin  seçilib  tətbiqini  təşkil  etmək  vacib  məsə-
lələrdən  biridir.  Meyvə  bitkiləri  zərərvericilərinin  sayının  boitənzimlən-
məsində zarqanadlılardan (Hymenoptera)-IchneumonidaeBraconidaeChal-
cidoidae;  böcəklərdən  (Coleoptera)-Coccinellidae,  Carabidae  və  Der-
mistidae  fəsilələrinin  və  Diptera  dəstəsinin  nümayəndələri  əsas  yerləri 
tuturlar.  
Meyvə  ağaclarının  başlıca  zərərvericilərinin  entomofaqları  (parazit 
və yırtıcıları) haqqında çoxlu ədəbiyyat məlumatları vardır. Xarici ölkələrdə 
bu  entomofaqlara  xüsusi  əhəmiyyət  verilir  və  onlardan  daha  perspektivlə-
rinin bir neçə növündən bioloji mübarizədə istifadə edilir. Naxçıvan 
Muxtar 
Respublikasının
  bağ  aqrosenozlarında  onlar  zəif  öyrənilmişdir.  Meyvə 
zərərvericilərinin  sayının  tənzimlənməsində  parazitlərin  rolu  haqqında 
məlumatlara  Z.M.Məmmədovun  işlərində  rast  gəlinir.  Bu  məqsədlə  də 
2004-2008-ci illərdə Naxçıvan 
Muxtar Respublikasının
 bağ aqrosenozlarında 
meyvə ağaclarının başlıca zərərvericilərinin entomofaqlarının öyrənilməsini 
və  onların  bir  neçəsindən  (13  növündən)  zərərvericilərə  qarşı  bioloji 
mübarizədə istifadə edilməsini məqsədəuyğun hesab etmişik. Aşağıda onlar 
haqqında məlumat verməyi lazım bilirik.  
 
6.2.1. Bracon hebetor Say, 1836  
Növün  Habrobracon  hebetor  (Say,  1836)  kimi  sinonimi  də 
mövcuddur [187].  
Növün  Naxçıvan 
Muxtar  Respublikasında
  çəyirdəkli  meyvə 
zərərvericilərindən  meyvə  güvəsinin,  zolaqlı  meyvə  güvəsinin,  yarpaq 
güvəsinin,  qızılgül  yarpaqbükəninin  və  gavalı  meyvəyeyəninin  tırtıllarında 
parazitlik  edir.  Onun  muxtar  respublikanın  meyvə  bağlarında  geniş 
yayılmaqla  böyük  təsərrüfat  əhəmiyyəti  vardır.  Belə  ki,  qeyd  olunan 
zərərvericilərə  aid  toplanan  tırtılların  15-20%-i  Bracon  hebetor  paraziti  ilə 
yoluxmuş olur.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  Naxçıvan  bölgəsində  tədqiqat 
aparmış  Z.M.Məmmədov  Bracon  hebetor  parazitinin  meyvə  zərərvericilə-
rini  yüksək  dərəcədə  yoluxdurmasını  nəzərə  alıb,  onun  bioloji  mübarizədə 

 
85 
istifadə  edilməsini  təklif  etmişdir.  Müəllif  bu  parazitin  laboratoriya 
şəraitində Cənub anbar odlucası üzərində çoxaldılması və meyvə bağlarına 
buraxılması  yollarını  göstərmişdir.  Bundan  başqa,  pambıq  sahələrində 
pambıq  sovkasına  və  pambıq  güvəsinə  qarşı  Bracon  hebetor-dan  istifadə 
etmək üçün təklif hazırlanmışdır [67, s. 260-265; 94, s. 199-200].  
Azərbaycanda  və  xaricdə  bir  çox  müəlliflər  bracon  hebetorun 
perspektiv parazit olduğunu öz əsərlərində göstərirlər [78,79,81,82,89,146].  
Naxçıvan 
Muxtar  Respublikasının
  bağlarında  çəyirdəkli  meyvə 
zərərvericiləri  üzərində  aparılan  tədqiqatlara  əsasən  Bracon  hebetor  imaqo 
mərhələsində  yaşlı  ağacların  çürümüş  gövdəsi  içərisində,  burulub  qurumuş 
yarpaqlar  (gilas,  şaftalı  və  ərik)  və  quru  meyvələr  (ərik,  gavalı  və  s.) 
içərisində  qışlayır.  Yazda,  18-20
0
C  temperaturda,  aprel  ayının  axırlarından 
may ayının ikinci ongünlüyünədək qış  yerlərindən çıxırlar. Bu vaxt yarpaq 
güvəsinin 2-ci və 3-cü yaş tırtıllarını, sonra isə iyul ayında meyvə güvəsinin, 
gavalı  meyvəyeyəninin  və  şərq  meyvəyeyəninin  tırtıllarını  yoluxdururlar. 
Hər bir dişi fərd sahibin bədəni üzərinə 6-8 və bəzən 10-12 yumurta qoyur. 
3-4  gündən  sonra  yumurtalardan  sürfələr  çıxmağa  başlayır.  Sürfələr 
tırtılların daxili möhtəviyyatını-hemolimfanı sormaqla qidalanırlar. Sürfələr 
4  yaş  dövrü  keçirməklə  6-8  günə  inkişaflarını  başa  vurur,  tırtılların  bədən 
qabığını tərk edib ayrı-ayrılıqda ipək baramacıq içərisində puplaşırlar. 8-12 
gündən  sonra  puplardan  parazitlər  çıxmağa  başlayır.  Beləliklə,  bracon 
hebetorun inkişaf dövrü havanın orta sutkalıq temperaturu 26-28
0
C olduqda 
16-18  gün,  30-32
0
C-də  isə  13-14  gün  çəkir.  İldə  5-6  nəsil  verir.  Təbiətdə 
apreldən oktyabr ayınadək fəaliyyət göstərir (cədvəl 6.2).  
Cədvəl 6.2  
Naxçıvan 
Muxtar Respublikası
 bağlarında Meyvə güvəsi və Zolaqlı meyvə 
güvəsinin Bracon hebetor paraziti ilə yoluxma dərəcəsi  
 
 
 
 
İl


 
Zərərverici tırtılların 
toplandığı yer  
Meyvə güvəsi 
Aylar  
Zolaqlı meyvə güvəsi  

rt
ıl
la


say
ı 
Onlardan 
yoluxmuşlar  

rt
ıl
la


say
ı 
Onlardan 
yoluxmuşlar  
Sayı  
%-lə  
Sayı  
%-lə  
2005  
Ordubad  
06 iyun  
177  
23  
12,9  
20iyul  
156  
48  
30,7  
13 iyun  
123  
14  
11,3  
22iyul  
172  
53  
30,8  
2006  
Şahbuz  
16 iyun  
130  
15  
11,5  
05avqust  
113  
28  
24,7  
20 iyun  
144  
16  
11,1  
06avqust  
145  
38  
24,1  
2007  
Şərur  
23 iyun  
242  
28  
11,5  
15avqust  
109  
22  
20,1  
25 iyun 
218 
30 
13,7 
17avqust 
95 
19 
20,0 

 
86 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bracon hebetor 
Muxtar  respublikanın  meyvə  bağlarında  ayrı-ayrı  rayonlar  üzrə 
zərərvericilərin  Bracon  hebetor  Say  1836  paraziti  ilə  yoluxma  dərəcəsinə 
aid aparılan hesablamalar (cədvəl 6.2) göstərmişdir ki, Ordubad rayonunda 
meyvə  güvəsi  tırtılları  11,3-12,9%,  zolaqlı  meyvə  güvəsi  tırtılları  isə  30,7-
30,8%; Şahbuz rayonunda meyvə güvəsi tırtılları 11,1-11,5%, zolaqlı meyvə 
güvəsi isə 24,1-24,7% yoluxduğu halda, Şərur rayonunda isə meyvə güvəsi 
11,5-13,7%, zolaqlı meyvə güvəsi 20-20,1% yoluxmuşdur.  
Ümumiyyətlə, muxtar respublika üzrə meyvə güvəsi 11,1-13,7%, zo-
laqlı  meyvə  güvəsi  isə  20-30,7%  parazitlə  yoluxmuşdur.  Digər  hesabla-
malara  görə,  gavalı  meyvəyeyəni  və  şərq  meyvəyeyəninin  tırtıllarının  hər 
biri ayrı-ayrılıqda 12-13% Bracon hebetor-la yoluxurlar.  
Göründüyü  kimi,  meyvə  bağlarında  Bracon  hebetor-un  təsərrüfat 
əhəmiyyətini  nəzərə  alıb,  onun  bağlarda  çoxalıb  artması  üçün  geniş  təd-
qiqatlar aparılmalıdır.  
6.2.2. Meteorus versicolor (Wesmael, 1835)  
Növün  6  -  Meteorus  hartigi  Shenefelt,  1969;  Meteorus  ikonomovi 
Fischer,  1959;  Meteorus  decoloratus  Ruthe,  1862;  Meteorus  rugator 
(Ratzeburg, 1852); Meteorus unicolor (Hartig, 1838); Meteorus bimaculatus 
(Wesmael, 1835) kimi sinonimiləri var [188].  

 
87 
Meteorus  paraziti  meyvə  zərərvericilərinin  təsərrüfat  əhəmiyyətli 
parazitlərindən biridir. O, zolaqlı meyvə  güvəsi, tumurcuq fırfırası, qızılgül 
yarpaqbükəni  və  yemişan  kəpənəyinin  tırtıllarını  yoluxdurur.  Yaşadığı 
müddətdə  isə  2000-ə  qədər  yumurta  qoya  bilir.  Yumurtalar  tək-tək  tırtılın 
bədən  daxilinə  qoyulur.  Tırtıl  4-cü  və  5-ci  yaşa  çatdıqda  parazit  sürfəsinin 
inkişafı  başa  çatır.  İnkişafını  başa  vurmuş  sürfələr  sahibin  dəri  örtüyünü 
deşərək onun bədən səthinə çıxır və burada barama sarıyırlar. Onlar pambıq 
topasına  bənzər  sarı  topadan  ibarət  örtük  əmələ  gətirirlər.  Bu  örtüyün 
içərisində hər bir sürfə kiçik baramacıq düzəldir. Meteorus həm pup halında, 
həm də axırıncı yaş sürfə mərhələsində qışlayır. Birinci nəslin yaşlı fərdləri 
(imaqo)  aprelin  ikinci  ongünlüyündə  və  mayın  əvvəlində  uçurlar.  İkinci 
nəslin  uçuşu  isə  iyunun  əvvəlində  başlayır.  Müşahidələr  göstərir  ki,  birinci 
nəslin  yaşlı  fərdləri  adətən  yemişan  kəpənəyinin  tırtıllarını  60-80% 
yoluxdururlar.  Meteorusun  sonrakı  nəsilləri  meyvə  zərərvericilərindən 
zolaqlı  meyvə  güvəsini  10-12%,  tumurcuq  fırfırasını  8-10%  və  qızılgül 
yarpaqbükənini 6-8% yoluxdurur.  
 
 
 
 
 
 
 
 
 
Meteorus versicolor 
Aprelin  ikinci  ongünlüyündə  və  axırında  bağlarda  qışlama  ilə  əla-
qədar olaraq (2008-ci ildə qış çox sərt olmuşdur) çox az miqdarda rast gəli-
nir, beləki, 5 dəfə sıyrılan entomoloji torbaya 10-12 ədəd parazit düşmüşdür. 
Meteorusun qışlaması ilə əlaqədar olaraq tırtılların yoluxma faizi də az olur 
(10-12%).  Bundan  əlavə,  müşahidələr  göstərmişdir  ki,  parazitlərin  tırtılları 
yoluxdurma  faizi  ayrı-ayrı  illərdə  iqlim  şəraitindən  və  zərərvericinin  aqro-
senozda olan miqdarından çox asılıdır. Meyvəçilik təsərrüfatlarında və şəxsi 
həyətyanı  sahələrdə  aparılan  müşahidələrə  əsasən  müəyyən  edilmişdir  ki, 
meteorus  paraziti  ildə  3  nəsil  verir  ki,  bu  nəsillərin  ikisi  çəyirdəkli  meyvə 
zərərvericilərinin  tırtılları  üzərində  inkişaf  edir.  Zərərverici  fərdləri  yazda, 
may ayının axırları və iyun ayının əvvəlləri meyvə və yarpaqların üzərində 
tırtılların  yumurtadan  çıxmasına  10-12  gün  qalmış  görünürlər.  Bu  vaxt 
sahibin  yarpaqlar  üzərində  mayalanmış  yumurtası  olur.  Yumurtadan  çıxan 

 
88 
ilk tırtıllar parazit tərəfindən yoluxur. Parazitlərin inkişafı iyunun əvvəlində 
başa  çatır.  Bununla  bağlı,  meteorusun  fəaliyyətində  nektarlı  bitkilərin  rolu 
öyrənilmişdir.  Beləki,  onlar  yonca,  şüyüd  və  s.  nektarlı  bitkilərlə  qidalan-
dıqda onlarda nəsilvermə qabiliyyəti yüksək olur və sahibin sayının tənzim-
lənməsində  əhəmiyyətli  dərəcədə  rol  oynayırlar.  Meyvə  bağlarında  onların 
əlavə qidalanmaları üçün yem bazası olduqda, onlar daha fəal olurlar, yem 
bazası  olmadıqda  onların  sahibi  yoluxdurma  faizi  də  aşağı  olur.  Digər 
tərəfdən, zərərvericilərə qarşı bağlarda aparılan kimyəvi mübarizə tədbirləri 
isə onların fəaliyyətinə mənfi təsir göstərir.  
6.2.3. Macrocentrus bicolor Curtis, 1833  
Növün  2:  Macrocentrus  gracilipes  Telenga,  1935;  Macrocentrus 
limbator (Ratzeburg, 1848) sinonimləri var [189].  
Şərq meyvəyeyəninin əsas parazitlərindən biri hesab edilir. Ədəbiy-
yat məlumatlarına görə, şərq meyvəyeyəni ABŞ-a introduksiya olunduqdan 
sonra, yerli entomofaqlar onun sayının azalmasında mühüm rol oynayıblar. 
Araşdırmalara  əsasən,  Fransa  və  İtaliyada  həmin  zərərvericinin  30  növ, 
Avstraliyada 10 növ, Yaponiya və Koreyada 61 növ, ABŞ və Kanadada 130 
növ entomofaqla yoluxduğu qeyd edilir [92, s. 182-185].  
Azərbaycanda  aparılan  çoxillik  tədqiqatlara  əsasən  müəyyən  edil-
mişdir  ki,  respublikada  şərq  meyvəyeyəninin  biotənzimlənməsində  Zarqa-
nadlılar  (Hymenoptera)  dəstəsinə  mənsub  olan  22  növ  parazit-Ichneu-
monidae-Glypta  rufoscutellata  Cress.,  Pristomerus  vulnerator  Grav., 
Liotryphon  punctulatus  Ratz.,  Netelia  fuscicornis  Holmgr.,  Scambus 
calabata Grav.; BraconideMacrocentrus ancylivorus Roh., M. delicatulus 
Cress.,  M.  instabilis  Mucs.,  M.  collaris  Spin.,  Bracon  hebetor  Say.,  B. 
intercessor  Nees.,  Orgilus  laevigator  Nees.,  Microdus  rufipes  Nees., 
Ascoqaster  quadridentata  Wesm.;  Chalcidoidae-  Brachymeria  intermedia 
Nees.; TetrastichidaeTetrastichus sp.; TrichoqrammatidaeTrichoqramma 
minitum  Ril,  T.  palluta  Meger.,  T.  cacoeciaMarch.;  Larvaevoridae-  Arrhi-
nomyia  innoxia  Mg.,  Tachina  praeceps  Mg.  fəaliyyət  göstərir.  Müəyyən 
edilmişdir ki,  adları  çəkilən parazitlər içərisində  Macrocentrus ancylivorus 
Roh.  şərq  meyvəyeyəninin  sayının  tənzimlənməsində  mühüm  rol  oynayır 
[53].  
Ədəbiyyat  məlumatlarına  əsasən  bu  növ  1965-1967-ci  illərdə 
Kanada və ABŞ-dan Rusiyaya introduksiya edilmiş və şərq meyvəyeyəninə 
qarşı bioloji mübarizədə istifadə olunmuşdur [92, s. 160-172].  
Parazitin  yetkin  fərdləri 
muxtar  respublikanın
  Ordubad,  Şahbuz  və 
Şərur  rayonlarında  şaftalı  və  heyvanın  ciddi  zərərvericisi  olan  şərq 
meyvəyeyəninin  tırtıl  mərhələsindən  alınmışdır.  Babək  rayonunun 
Zeynəddin  kəndində  aparılan  hesablamalara  əsasən,  makrosentrus 

 
89 
parazitinin  birinci  nəsli  sahibin  2  və  3-cü  yaş  tırtıl  mərhələsini  yazda  45-
50%,  yay  aylarında  isə  60-70%  yoluxdurur.  Makrosentrus  cinsinə  mənsub 
olan növlər bilavasitə böcəklərin, kəpənəklərin və milçəklərin paraziti hesab 
edilirlər.  
Laboratoriya  şəraitində  aparılan  müşahidə  və  təcrübələrə  əsasən, 
parazitin bədəni sarımtıl-qəhvəyi rəngdə olub, uzunluğu 11-12 mm-dir. Bığ-
cıqları  bədən  ölçüsündən  uzundur.  Yumurtası  oxlovşəkilli  -  uzunsov    olub 
1-mm  uzunluğundadır.  İnkişaf  müddətində  yumurta  daxilində  bölünmə 
gedir  və  bir  neçə  embrion  əmələ  gəlir.  Bu  embrionlardan  yalnız  bir  sürfə 
inkişaf  edir.  Sürfə  ayrı-ayrı  seqmentlərdən  ibarət  olub  baş  və  döş  hissəyə 
ayrılır.  Sürfənin  rəngi  açıq-qəhvəyi  rəngdə  olub,  4-5  mm  uzunluğundadır. 
Parazitin  inkişafı  tırtılın  bədən  daxilində  gedir.  Daxili  qidalanmadan 
qurtarmazdan  əvvəl  sürfə  tırtılın  bədəninin  üst  hissəsinə  hərəkət  edir  və  o 
vaxtacan tırtılın bədən daxilini sormaqla qidalanır ki, sahib tamamilə məhv 
olur,  tırtılın  yalnız  baş  kapsulu  qalır.  Qidalanma  qurtardıqdan  sonra 
parazitin  sürfəsi  qəhvəyi  rəngdə  barama  düzəldərək  onun  içərisində 
puplaşır. Şəffaf baramanın içərisində pup aydın görünür. 5-6 gündən sonra 
baramanın ön hissəsindən deşiklər açılır və təbiətə uçur. Puplardan uçuş 10-
12  gün  çəkir.  Parazitlər  pupdan  çıxan  günü  də  cütləşməyə  başlayırlar  və 
ertəsi gün yumurta qoyurlar. Yumurtalar tırtıl bədəninin daxilinə qoyulur.  
 
 
 
 
 
 
 
 
 
 
Macrocentrus bicolor 
Makrosentrus  sürfə  mərhələsində  şərq  meyvəyeyəninin  qışlayan 
tırtıllarının  bədəninin  daxilində  qışlayır.  Mart  ayının  əvvəllərində  qışla-
madan çıxan tırtılın bədən daxilində (mikroskop altında yarıldıqda) parazitin 
ikinci yaş sürfəsinə təsadüf edilir. Parazitin qışlayan nəslinin sürfəsi tırtılın 
bədəni  üzərində  o  vaxta  kimi  inkişaf  edir  ki,  yaşlı  fərdlər  əmələ  gəlir,  bu 
müddət isə şərq meyvəyeyəninin birinci nəslinin tırtıllarının inkişaf mərhə-
ləsinə  təsadüf  edir.  Makrosentrusun  yumurtaqoyma  davranışı  üzərində 

 
90 
müşahidələr apararkən müəyyən olunmuşdur ki, parazit yumurta qoymazdan 
əvvəl, heyva ağacının zoğları üzərində aktiv hərəkət etməklə, bığcıqları ilə 
yoxlayır, nəhayət, sahibin tırtılını tapır və onun bədəninə yumurtasını qoyur. 
Parazit  ən  çox  birinci  və  ikinci  yaşlı  tırtılları  yoluxdurur.  Bir  dişi  fərd,  bir 
gündə 20-24 yumurta qoyur. Ümumiyyətlə, 500-550 ədəd yumurta qoymağa 
qabildir. Dişi fərd yumurta qoymaq üçün gündəlik orta temperatur 20-25
0
C, 
nəmişlik  isə  70-80%  olduqda  xüsusi  aktivlik  göstərir.  Temperaturdan  asılı 
olaraq  parazitin  birinci  nəslinin  inkişafı  26-30  gün  çəkməklə,  şərq 
meyvəyeyəninin birinci nəslinin inkişafı ilə sinxronluq təşkil edir.  
Parazitin  şərq  meyvəyeyəninin  biotənzimlənməsində  yüksək  fəaliy-
yətini  nəzərə  alaraq,  ABŞ  və  Kanadada  onun  laboratoriyada  çoxaldılıb, 
meyvə bağlarına buraxılması həyata keçirilir. Beləki, hər il bir hektar meyvə 
bağına  1000-1100  ədəd  makrosentrus  paraziti  buraxılır.  Bunun  nəticəsində 
şərq  meyvəyeyəninin  sayı  aşağı  düşməklə,  meyvələrin  yoluxması  60-80% 
azalır.  
Respublikamızda  da  makrosentrus  parazitindən  geniş  miqyasda 
istifadə etmək məqsədilə, onun laboratoriya şəraitində artırılma yolları araş-
dırılır.  
 
6.2.4. Diadegma armillata (Gravenhorst, 1829)  
Növün Diadegma pseudocombinatum (Szepligeti, 1916); Diadegma 
tibiale (Gravenhorst, 1829) kimi sinonimləri var [190].  
Naxçıvan 
Muxtar  Respublikasının
  bağ  aqrosenozlarında  çəyirdəkli 
meyvə zərərvericilərinin sayının bioloji tənzimlənməsində əsas rol oynayan 
bu  parazit,  Ichneumonidae  fəsiləsindən  olan  Nitobia  cinsinə  aid  növlər 
kompleksinə  mənsubdur.  Məlum  olmuşdur  ki,  bu  cinsin  nümayəndələri 
arasında ən səmərəli parazit hesab ediləni  Diadegma armillata-dır. Zolaqlı 
meyvə  güvəsinin  (Anarsia  lineatella  Zeller,  1839)  kiçik  yaşlı  tırtıllarını, 
meyvə  güvəsinin  (Yponomeuta  padella  (Linnaeus,  1758))  və  yarpaq 
güvəsinin  Recurvaria  nanella  (Denis  et  Schiffermüller,  1775)tırtıl  və 
puplarını yoluxdurur. Parazit yumurtasını sahibin bədən daxilinə qoyur.  
 
 
 
 
 
 
 
 
Diadegma armillata 

 
91 
Bölgənin bağlarında meyvə güvəsinin ən effektli parazitlərindən biri 
hesab olunur. Alma güvəsinin (Yponomenta malinellus, Zell.) paraziti kimi 
Azərbaycanda,  o  cümlədən 
Muxtar  respublikada
  ilk  dəfə  Z.M.Məmmədov 
[94,  s.  199]  tərəfindən  qeydə  alınmışdır.  Şahbuz,  Ordubad,  Culfa,  Babək, 
Kəngərli  və  Şərur  rayonlarının  meyvə  bağlarında  apardığımız  çoxillik 
müşahidələrə  əsasən,  parazitin  təbiətdə  uçuşu  aprel  ayının  axırı  və  may 
ayının ikinci yarısına təsadüf edir ki, bu müddət meyvə güvəsinin ağaclarda 
(ərik  və  gavalı)  ilk  kiçik  yaşlı  tırtıllarının  görünməsi  vaxtıdır.  Parazitlərin 
yoluxmuş  meyvə  güvəsi  tırtıllarından  uçuş  dinamikasından  aydın  olur  ki, 
parazitlərin kütləvi uçuşu may ayının axırlarında və iyun ayının ortalarında 
baş verir (şəkil 6.1).  
 
Şək. 6.1. Ordubad meyvə bağlarında Diadegma armillata parazitinin Meyvə 
güvəsinin tırtıllarından uçuş dinamikası  
Parazitin biologiyasına dair apardığımız tədqiqatdan aydın olmuşdur 
ki,  parazit  imaqo  mərhələsində  qışlayır.  Yazda  qışlamadan  çıxan  parazitlər 
2-3  gün  cütləşdikdən  sonra  meyvə  güvəsinin  2  və  3-cü  yaşlı  tırtıllarının 
bədəni daxilinə bir ədəd yumurta qoymaqla onları yoluxdurular. 3-5 gündən 
sonra,  yoluxmuş  tırtılın  bədəninin  arxa  hissəsində  parazitin  kiçik  yaşlı 
sürfəsi  görünməyə  başlayır.  5-6  gündən  sonra  sürfə  ikinci  və  ücüncü  yaşa 
keçir  və  güvə  tırtılının  bədəndaxili  möhtəviyyatı  ilə  qidalanaraq  onun  baş 
hissəsinə tərəf hərəkət edir. Təqribən 8-10 saatdan sonra sürfə tırtılın bədən 
daxilindən  çıxır  və  onun  baş  qabığı  üzərində  puplaşır.  Parazitin  sürfə 

 
92 
mərhələsi 14-16 gün, pup mərhələsi 9-12 gün çəkməklə bir nəslinin inkişafı 
28-34 gün davam edir. 10-12 gündən sonra pupdan yaşlı fərd çıxır. İldə iki 
nəsil  verir.  Ədəbiyyat  məlumatına  əsasən,  sincababənzər  güvənin  və  anbar 
odlucasının  paraziti  hesab  edilir  [140].  Bizim  araşdırmalarımıza  görə, 
parazitin  ikinci  nəsli qızılgül  yarpaqbükəni üzərində  inkişaf  edir. Naxçıvan 
Muxtar  Respublikası
  bağlarında  Diadegma  armillata  (Gravenhorst,  1829) 
parazitinin  birinci  nəsli  meyvə  güvəsini  13,3-28%,  ikinci  nəsli  isə  qızılgül 
yarpaqbükəni tırtıllarını 8-20% yoluxdurur (cədvəl 6.3)  
Cədvəl 6.3  
Muxtar respublika
 bağlarında Meyvə güvəsi və Qızılgül yarpaqbükəni 
tırtıllarının Diadegma armillataparazitilə yoluxma dərəcəsi  
İll
ər 
 
Zərərverici 
tırtılların 
toplanıldığı yer və 
tarix  
Meyvə güvəsi  
Qızılgül yarpaqbükəni  
T
ır
tıll
ar
n
say
ı 
Onlardan 
yoluxmuşlar  
Aylar  
T
ır
tıll
ar

say
ı 
Onlardan 
yoluxmuşlar  
Sayı  
%- l
ə 
Sayı  
%- l
ə 
2005 
 
Or
d
u
b
ad
  
30 may  
150  
35  
23,3  
08 iyul  
100  
12  
12  
05 iyun  
150  
28  
18,6  
12 iyul  
100  
9  
9  
2006 
 
Şah
bu

 
28 may  
150  
42  
28  
14 iyul  
100  
15  
15  
03 iyun  
150  
28  
18,6  
15 iyul  
100  
20  
20  
2007 
 
Ş
ər
u

 
25 may  
150  
20  
13,3  
16 iyul  
100  
8  
8  
08 iyun  
150  
30  
20  
17 iyul  
100  
11  
11  


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə