Entomofaqlari



Yüklə 3.59 Kb.

səhifə8/12
tarix29.05.2017
ölçüsü3.59 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

 
Diadegma  armillataparazitinin  üstün  və  effektli  cəhətlərindən  biri 
odur  ki,  parazitlə  sahibin  inkişafı  bir  vaxtda  gedir,  yəni  sinxronluq  halı 
müşahidə  edilir.  Buna  görə  də  parazit  sahiblərin  tırtıl  mərhələsini,  onu 
sahibin  bağlarda  görünməyə  başladığı  ilk  gündən  yoluxdurmağa  başlayır. 
Parazit  2  və  3-cü  yaşlı  tırtılları  həvəslə  yoluxdurur  və  inkişafını  tırtılın 
bədəni  daxilində,  torlu  barama  hazırlayıb  orada  pupa  çevrilməsindən  sonra 
başa çatdırır. Aparılan müşahidələrə əsasən, Diadegma parazitindən meyvə 
güvəsinə və qızılgül yarpaqbükəninə qarşı bioloji mübarizədə istifadə etmək 
mümkündür.  
 
6.2.5. Scambus calobatus (Gravenhorst, 1829)  
S.  calobatus-un  5  sinonimi  var:  Scambus  calobatarius  (Kokujev, 
1913); Scambus ghilianii (Spinola, 1843); Scambus nigrodorsalis (Ulbricht, 

 
93 
1916);  Scambus  zonatellus  (Schmiedeknecht,  1914);  Scambus  zonatus 
(Habermehl, 1903) [191]. 
Naxçıvan 
Muxtar  Respublikasının
  bağlarında  geniş  yayılmış  və 
meyvə  çiçəkyeyəninin  paraziti  kimi  qeydə  alınmışdır.  Bölgədə  aparılmış 
tədqiqatlara  əsasən  müəyyən  edilmişdir  ki,  parazit  meyvə  güvəsini,  zolaqlı 
meyvə  güvəsini,  gavalı  meyvəyeyənini  və  gavalı  uzunburununu  da 
yoluxdurur.  O,  ikinci  və  üçüncü  yaş  tırtılların  üzərinə  tək-tək,  hər  tırtıl 
üzərinə  bir  ədəd  yumurta  qoyur.  Yumurta  qoyulandan  3-4  gün  sonra 
onlardan  sürfələr  çıxır.  Parazitin  sürfələri  5-6  gün  sahibin  bədən 
möhtəviyyatı ilə qidalandıqdan sonra pup mərhələsinə keçir. Pup mərhələsi 
10-12  gün  çəkir.  Ümumi  inkişaf  müddəti  20-25  gün  çəkir.  İmaqo 
mərhələsində ağacların qabığı altında qışlayır. Parazitlər may ayının birinci 
ongünlüyündən iyul ayının axırınadək fəaliyyət göstərirlər (şəkil 6.2).  
Təbiətdə  yonca  sahələrindən  və  meyvə  bağlarındakı  çiçəkli  ot 
bitkiləri  üzərindən  toplanılmışdır.  Respublikada  dağ  və  dağətəyi  zonada 
daha geniş yayılmışdır. Aparılan hesablamalara əsasən, Ordubad rayonunda 
meyvə  güvəsi  tırtılları  parazitlə  32-37,3%,  Şahbuz  rayonunda  23,3-26,6%, 
Şərur  rayonunda  isə  28-34%;  zolaqlı  meyvə  güvəsi  tırtılları  Ordubad 
rayonunda  20-23,3%,  Şahbuz  rayonunda  26-28%,  Şərur  rayonunda  18,6-
24,6%;  gavalı  meyvəyeyəni  isə  Ordubad  rayonunda  30-32,6  %,  Şahbuz 
rayonunda 23,3-26,6%, Şərurda isə 21,3-27,3% yoluxmuşlar.  
 
Şək. 6.2. Naxçıvan 
Muxtar Respublikasının
 meyvə bağlarında Scambus 
calobatus parazitinin uçuş dinamikası  

 
94 
Ümumiyyətlə, Naxçıvan 
Muxtar Respublikasının
 bağlarında Scambus 
calobatus  (Gravenhorst,  1829)  ilə  zərərvericilərdən  meyvə  güvəsi  23,3-
37,3%,  zolaqlı  meyvə  güvəsi  18,6-28%  və  gavalı  meyvəyeyəni  isə  21,3-
32,6% yoluxurlar (cədvəl 6.4).  
 
Scambus calobatus 
Aydın olmuşdur ki, həyətyanı sahələrdə parazitin fəaliyyəti olduqca 
böyükdür.  Çünki  həyətyanı  sahələrdə  olan  ağaclarda  heç  bir  kimyəvi  mü-
barizə  aparılmır.  Parazit  ildə  iki  nəsil  verir.  Birinci  nəsli  meyvə  güvəsi, 
gavalı uzunburunu, ikinci nəsli isə müşahidələrimizə əsasən gavalı meyvə-
yeyəninin və zolaqlı meyvə güvəsinin tırtılları üzərində inkişaf edir.  
 
Cədvəl 6.4  
Naxçıvan 
Muxtar Respublikasının 
bağlarında meyvə 
zərərvericilərinin Scambus calobatusparaziti ilə yoluxma dərəcəsi  
İll
ər 
 
Zərərverici 
tırtılların 
toplandığı 
yer və tarix 
Meyvə güvəsi  
Zolaqlı meyvə güvəsi   Gavalı meyvəyeyəni  
T
ır
tıll
ar
ın
 
say
ı 
Onlardan 
yoluxmuşlar  
T
ır
tıll
ar
ın
 
say
ı 
Onlardan 
yoluxmuşlar  
T
ır
tıll
ar
ın
 
say
ı 
Onlardan 
yoluxmuşlar  
Sаyı   % -lə 
Sayı   %-lə  
Sayı   %- lə 
2005
 
О
rd
u
b
аd 
 
25 маy  150 
48 
32 
150 
30 
20 
150 
45 
30 
28 iyun  150 
56 
37,3 
150 
35 
23,3 
150 
49 
32,6 
2006
 
Ş
аh
b
u

 
22 маy  150 
35 
23,3 
150 
42 
28 
150 
35 
23,3 
29 iyun  150 
40 
26,6 
150 
39 
26 
150 
40 
26,6 
2007
 
Ş
ər
u

 
20 маy  150 
43 
28,6 
150 
28 
18,6 
150 
32 
21,3 
26 iyun  150 
51 
34 
150 
37 
24,6 
150 
41 
27,3 
 

 
95 
Ədəbiyyat  məlumatlarına  əsasən,  skambus  bir  çox  zərərli  həşərat-
ların, xüsusən kəpənəklərin paraziti hesab edilir [87, s. 204-211].  
Laboratoriya  şəraitində  22-24
0
C  temperaturda  şəkər  şirəsi  ilə  qida-
landırıldıqda  12-16  gün  yaşayırlar,  qidalanmadıqda  isə  3-4  gündən  sonra 
ölürlər.  Parazitin  təsərrüfat  əhəmiyyəti  olduqca  böyükdür.  Onun  təbiətdə 
qorunması vacib məsələlərdən biridir.  
 
6.2.6. Ageniaspis fuscicollis (Dalman, 1820)  
Aqeniaspis bu növünün 7 sinonimi: Ageniaspis praysincola Silvestri, 
1907;  Encyrtus  cyanocephalus  Goureau,  18474;  Encyrtus  cyanocephalus 
(Bouche,  1834);  Pteromalus  cyanocephalus  Bouche,  1834;  Holcothorax 
fuscicollis  (Dalman,  1820);  Ageniaspis  (ageniaspis)  fuscicollis  (Dalman, 
1820); Encyrtus fuscicollis Dalman, 1820 məlumdur [192].  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  çəyirdəkli 
meyvə  bitkilərinə  ciddi  zərərverən  meyvə  güvəsinin  -  Yponomeuta  padella 
(Linnaeus  1758)  entomofaqları  içərisində  ageniaspis  paraziti  yüksək 
dərəcədə  təsərrüfat  əhəmiyyətinə  malikdir.  Belə  ki,  ərik,  alça,  şaftalı, 
badam,  gavalı  və  albalı  yarpaqları  üzərindən  götürülmüş  hər  100  tırtıldan 
25-35-i Ageniaspis paraziti ilə yoluxmuş olur. Bəzən bu rəqəm 40-50 ədədə 
çatır.  
Ədəbiyyat  məlumatlarına  əsasən,  Ageniaspis  paraziti  kəpənəklər 
(Lepidoptera)  dəstəsinin  sincababənzər  güvələri  (Yponomeutidae)  fəsilə-
sindən olan növlərin məxsusi parazitidir [104, s. 181-206].  
Muxtar  respublika 
bağlarında  aparılan  müşahidələrə  və  entomoloji 
torba  ilə  nektarlı  bitkilər  üzərində  yığılan  materiallara  əsasən,  Ageniaspis 
fuscicollis  (Dalman,  1820)  təbiətdə  iyun  ayının  əvvəllərindən  iyul  ayının 
əvvəllərinədək  görünməyə  başlayır.  Parazitlərin  kütləvi  uçuşu  meyvə 
güvəsinin yumurta qoyma vaxtına təsadüf edir. Uçuşun 2 və 3-cü günü cüt-
ləşməyə başlayırlar. Cütləşdikdən 2  gün sonra parazitlər  yumurta qoymağa 
başlayırlar.  Ageniaspis  fuscicollisyumurtasını  zərərvericinin  qalxancıq  al-
tında olan yumurtası daxilinə qoyur. Bir parazit qalxancıq altında olan 25-55 
zərərverici  yumurtasını  yoluxdurur. İyul  ayının axırı  avqust ayının  əvvəllə-
rində  meyvə  güvəsi  yumurtalarından  tırtıllar  çıxmağa  başlayir.  Avqust 
ayının ortalarından yoluxmuş kiçik yaşlı tırtıllar qışlamağa gedirlər. Beləki, 
qışlama müddətində parazitin yumurtası da tırtılın bədən daxilində qışlayır. 
Yazda  tırtıllar  (tək-tək)  qışlama  yerlərindən  çıxıb  ərik  yarpaqları  ilə  qida-
lanırlar.  Qidalanan  tırtılların  bədən  daxilində  olan  parazit  yumurtası  bö-
lünmə  yolu  ilə çoxalaraq 60-80 rüşeym  əmələ  gətirir və bu rüşeymlər təd-
ricən inkişaf edib sürfələrə  çevrilirlər. Sürfələr 3  yaş dövrü keçirirlər. May 
ayının birinci yarısında havanın orta temperaturu 20-22
0
C olduqda tırtıl bə-

 
96 
dəninin daxilində olan sürfələr (tırtıl mikroskop altında uzununa kəsildikdə 
görünür) bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf edirlər. Sürfələr 3-
cü yaşa qədər tırtıl bədənində inkişaf edib, sonra ayrı-ayrılıqda puplaşmağa 
başlayırlar.  Meyvə  güvəsinin  tırtılı  başdan  axıra  kimi  parazit  pupları  ilə 
örtülmüş  olur.  Müşahidələrə  əsasən,  parazitin  postembirional  inkişafı  25 
gün, o cümlədən, sürfə mərhələsi 18-20 gün, pup mərhələsi 16-19 gün çəkir. 
Pup  mərhələsi  qurtardıqdan  sonra  parazitlər  təbiətdə  uçmağa  başlayırlar. 
Onlar nektarlı bitkilərdən şüyüd, yonca və s. qidalanırlar. İldə bir nəsil verir. 
  
 
Ageniaspis fuscicollis 
Şərqi Cənubi Qafqazda müvəffəqiyyətlə introduksiya edilmiş parazit 
təbi  şəraitə  tam  uyğunlaşmış  və  kütləvi  yayılmışdır.  Bir  çox  çəyirdəkli  və 
tumlu  meyvə  bitkiləri  zərərvericilərinin  sayının  fəal  tənzimləyicisidir  [113, 
s. 21-57].  
 
6.2.7.  Copidosoma varicorne (Nees, 1834)  
Parazit  növünün  13  sinonimi  var:  Encyrtus  variicornis,  Nees; 
Paralitomastix  batorligetensis  Erdös,  1960;  Paralitomastix  clavellatus 
Erdös,  1960;  Copidosoma  annulata  Nikol'skaya,  1952;  Paralitomastix 
gallaephila  Risbec,  1951;  Copidosoma  gallaephila  (Risbec,  1951); 
Copidosoma  sylleptae  (Risbec,  1951);  Litomastix  sylleptae  (Risbec,  1951); 
Paralitomastix  sylleptae  Risbec,  1951;  Paralitomastix  varicornis  (Nees, 
1834);  Litomastix  (paralitomastix)  varicornis  (Nees,  1834);  Encyrtus 
varicornis Nees, 1834; Paralitomastix syleptae Risbec [193].  
Parazit  muxtar  respublikanın  meyvə  bağlarında  geniş  yayılaraq 
zolaqlı  meyvə  güvəsinin  yumurtasını  yoluxdurur  və  tırtılı  daxilində 
poliembirional  inkişaf  edir.  Zərərvericini  40-45%  yoluxdurur.  Parazitin 
fərdləri  çox  böyük  həvəslə  zolaqlı  meyvə  güvəsinin  (Anarsia  lineatella 
Zeller,  1839)  yumurtalarını  yoluxdururlar.  Onun  məxsusi  parazitidir. 
Azərbaycanda ilk dəfə Dəvəçi rayonunda ot bitkiləri üzərində Z.M.Rzayeva 
tərəfindən  qeydə  alınmışdır  [114,  s.  113].  Paralitomastiks  paraziti  sürfə 
mərhələsində  zolaqlı  meyvə  güvəsinin  ikinci  nəslinin  ikinci  yaş  tırtılının 

 
97 
daxilində  qışlayır.  Yazda,  aprel  ayının  sonunda  tırtıllar  qışlama  yerindən 
çıxır və inkişaf etməyə başlayırlar. Yoluxmuş tırtılların inkişafı may ayının 
birinci  ongünlüyünədək  davam  edir.  May  ayının  20-dən  sonra  yoluxmuş 
tırtıllardan parazitlər çıxmağa başlayır (şək. 6.3).  
 
Şək. 6.3. Şahbuz rayonunun meyvə bağlarında Copidosoma varicorne 
parazitinin Zolaqlı meyvə güvəsinin qışlamış tırtıllardan  
uçuş dinamikası  
 
Bu  müddət  (mayın  axırı-iyulun  əvvəli)  zolaqlı  meyvə  güvəsinin 
yumurta qoyma vaxtına təsadüf edir ki, bu da sinxronluq adlanır. Sahib tərə-
findən  qoyulmuş  yumurtalar  parazit  tərəfindən  yoluxdurulur.  Laboratoriya 
şəraitində  (22-24
0
C  temperaturda)  sahibin  birinci  yaş  tırtılı  mikroskop 
altında yarılmış və tırtılın bədən daxilində parazit sürfələrinin (40-150 ədəd) 
bir-biri  ilə  zəncirvari  birləşməsi  müşahidə  edilmişdir.  Aydın  olmuşdur  ki, 
parazitin  sahib  yumurtası  daxilinə  qoyduğu  yumurta,  poliembirional 
bolünmə yolu ilə çoxalmışdır. Sahibin axırıncı yaşa yaxın dövründə isə tırtıl 
bədəni daxilində parazitlər artıq puplaşmağa başlamışlar. 3-5 gündən sonra, 
yəni  axırıncı  yaş  tırtılların  bədən  daxilində  puplar  görünməyə  başlayırlar. 
Bir tırtıl bədənində 40-dan 100-ə qədər pupun olduğu müşahidə edilmişdir. 
Tırtıl  üzərindəki  puplardan  parazitlərin  uçuşu  iyul  ayının  axırlarınadək 
davam  etmişdir.  Bu  müddətdə  bağlarda  zolaqlı  meyvə  güvəsinin  ikinci 
nəslinin  yumurta  qoyma  dövrü  başlayır  və  yumurtalar  parazit  tərəfindən 
yoluxur.  
 

 
98 
 
 
 
 
 
 
 
 
 
Copidosoma varicorne 
Beləliklə,  aydın  olmuşdur  ki,  parazitin  inkişafı  yumurtadan  yaşlı 
fərdə  kimi  35-40  gün  (qışlama  müddəti  nəzərə  alınmadan)  çəkir.  Ordubad 
rayonunda parazit də sahibi kimi iki nəsil verir. Parazitin sahibi yoluxdurma 
dərəcəsini öyrənərkən aydın olmuşdur ki, ərik ağacının yarpaqları üzərindən 
birinci dəfə  götürülmüş 145 tırtıldan 60 ədədi (41,5%), ikinci dəfə  götürül-
müş  150 tırtıldan 64  ədədi  (42,7%) parazitlə  yoluxmuşdur. Şahbuz rayonu 
bağlarında  isə  ərik  yarpaqları  üzərindən  götürülmüş  133  tırtıldan  51  ədədi 
(38,1%),  ikinci  dəfə  götürülmüş  123  tırtıldan  49  ədədi  (39,8%)  parazitlə 
yoluxmuşdur.  
 
6.2.8. Goniozus claripennis (Foerster, 1851)  
Bu parazit növü Zarqanadlılar (Hymenoptera) dəstəsinin Bethylidae 
fəsiləsindəndir.  Onun  10  sinonimi  mövcuddur:  Goniozus  claripennis 
(Foerster,  1851);  Goniozus  disjunctus  (Kieffer,  1926);  Goniozus  Foerster, 
1856; Goniozus gallicola (Kieffer, 1905); Goniozus gestroi (Kieffer, 1904); 
Goniozus  maurus  Marshall,  1905;  Goniozus  mobilis  Foerster,  1860; 
Goniozus  plugarui  Nagy,  1976;  Goniozus  punctatus  Kieffer,  1914; 
Goniozus tibialis Vollenhoven, 1878 [194].  
Naxçıvan 
Muxtar  Respublikasının
  meyvə  bağlarında  geniş  yayılaraq 
7  növ  zərərvericinin  sayının  biotənzimlənməsində  mühüm  rol  oynayır 
(cədvəl 6.1). Bu zərərvericilər içərisində əsas sahib zolaqlı meyvə güvəsi və 
gavalı meyvəyeyəni olmuşdur. Bununla yanaşı, bu parazitin zərərvericilərin 
tənzimlənməsində  effektli  parazit  kimi  Azərbaycanda  qeyd  edilməsi  də 
Z.M.Məmmədova məxsusdur [94, s. 199].  
Bölgə  entomofaunasında  çəyirdəkli  meyvə  bitkilərinin  zərərverici-
lərinin bioekoloji xüsusiyyətlərini və entomofaqlarını öyrənərkən onlar içə-
risində  Goniozus  claripennis  (Foerster,  1851)  paraziti  çoxluğuna  və  yolux-
durma  dərəcəsinə  görə  diqqətimizi  özünə  cəlb  etdi.  Onun  bioekoloji  xüsu-
siyyətlərinin  və  sahibin  sayının  aşağı  düşməsində  rolunun  öyrənilməsini 

 
99 
qarşıya  məqsəd  qoyduq.  Goniozus  claripennis  (Foerster,  1851)  imaqo 
mərhələsində, quru  ərik meyvəsinin içərisində, gövdə  qabıqaltında qışlayır. 
Yazda, aprel ayının ikinci ongünlüyündən may ayının birinci ongünlüyünün 
axırınadək  bağlarda  görünməyə  başlayır.  Bu  müddət  ərzində  qışlamadan 
çıxan ikinci nəsil zolaqlı meyvə güvəsinin ikinci yaş tırtılları da yarpaqlarla 
qidalanmağa başlayır.  
 
 
 
 
 
 
 
 
 
 
Goniozus claripennis  
Qışlamadan  çıxan  Goniozus  claripennis  paraziti  isə  zolaqlı  meyvə 
güvəsinin  ikinci  yaş  tırtıllarını  yoluxdurur.  Parazitin  birinci  nəsli  zolaqlı 
meyvə  güvəsinin  birinci  nəsli  ilə  görüşür  (iyun-iyul).  Birinci,  ikinci  və 
üçüncü  nəsil  parazitlərinin  uçuşu  iyun,  iyul,  avqust  və  sentyabr  aylarına 
təsadüf  edir  ki,  bu  vaxtda  da  parazit  gavalı  meyvəyeyəninin  tırtıllarını 
yoluxdurur (şək. 6.4).  
 
Şək. 6.4. Babək rayonunun meyvə bağlarında Goniozus claripennis 
parazitinin Zolaqlı meyvə güvəsi tırtıllarından uçuş dinamikası  

 
100 
Parazitlərin  cütləşməsi  uçuşun  ikinci  günü  baş  verir  və  4-5  dəqiqə 
çəkir. Uçuşdan 2-4  gün sonra dişilər  yumurta qoymağa başlayırlar. Parazit 
yumurtasını  6-8  ədəd  olmaqla,  zolaqlı  meyvə  güvəsinin  ikinci  yaş  tırtılı 
bədəninin alt seqmentinə qoyur. Havanın  orta  günlük  temperaturu 20-24
0

olduqda,  bir  gündən  sonra  yumurtadan  sürfələr  çıxır  və  3-5  gündən  sonra 
onlar axırıncı yaşda, ölmüş tırtılın qalığı üzərində pup mərhələsinə keçirlər. 
18-20  gündən  sonra  puplardan  yaşlı  fərdlər  çıxmağa  başlayır.  Parazitin 
yaşayış dövrü 25-75 gün çəkir. İldə bir neçə nəsil verir.  
Goniozus  claripennis  parazitinin  zolaqlı  meyvə  güvəsi  və  gavalı 
meyvəyeyəni tırtıllarının bioloji tənzimlənməsində rolunu aşkar etmək məq-
sədi ilə Ordubad, Şahbuz və Şərur rayonlarının meyvə bağlarında hesablama 
işləri aparılmışdır (Cədvəl 6.5).  
Cədvəl 6.5  
Muxtar Respublika
 bağlarında Zolaqlı meyvə güvəsi və Gavalı 
meyvəyeyəni tırtıllarının Goniozus claripennis paraziti ilə yoluxma dərəcəsi 
 
İll
ər 
 
Zərərverici tırtılların 
toplanıldığı yer və tarix 
Zolaqlı meyvə güvəsi  
T
ar
ix
 
Gavalı meyvəyeyəni  
T
ır
tıll
ar
ı

say
ı 
Onlardan 
yoluxmuşlar  
T
ır
tıll
ar
ı

say
ı 
Onlardan 
yoluxmuşlar  
Sayı   %-lə  
Sayı   %-lə  
2005  
Babək  
15,06  
145  
30  
20,6  
20,08   102  
11  
10,7  
20,06  
120  
23  
29,1  
22,08   114  
13  
11,4  
2006  
Şahbuz  
20,07  
113  
21  
18,5  
25,08   92  
10  
10,8  
25,07  
139  
28  
20,1  
28,08   77  
7  
9,0  
2007  
Şərur  
18,08  
142  
31  
21,8  
07,09   130  
12  
9,2  
Muxtar respublika üzrə  
659  
133  
20,1  
-  
515  
53  
10,2  
 
Nəticədə  müəyyən  edilmişdir  ki,  parazit  Babək  rayonunda  zolaqlı 
meyvə  güvəsi  tırtıllarını  23-30%,  gavalı  meyvəyeyəni  tırtıllarını  10,7-
11,4%;  Şahbuz  rayonunda  zolaqlı  meyvə  güvəsi  tırtıllarını  21,8%,  gavalı 
meyvəyeyəni  tırtıllarını  9-10,8%;  Şərurda  isə  güvəni  21,8%,  gavalı  mey-
vəyeyənini isə 9,21% yoluxdurur. Muxtar respublikada parazit zolaqlı mey-
və güvəsi tırtıllarını, orta hesabla 20,1%, gavalı meyvəyeyəni tırtıllarını isə 
10,2% yoluxdurur. Parazitin təsərrüfat əhəmiyyətini nəzərə alıb, onun labo-
ratoriya  şəraitində  çoxaldılması  yollarını  öyrəndikdən  sonra  bioloji  müba-
rizədə istifadəsi mümkündür.  
6.2.9. Adalia (Adalia) bipunctata (Linnaeus, 1758) 
Parabüzənin  2  -  Coccinella  bipunctata  bipunctata  Linnaeus,  1758; 
Coccinella bipunctata frigida Schneider, 1792 sinonimi var [195]. 
Adaliya parabüzəni Naxçıvan Muxtar Respublikasının yalnız meyvə 
bağlarında  geniş  yayılmaqla,  çəyirdəkli  meyvə  zərərvericilərinin  sayının 

 
101 
biotənzimlənməsində əsas yerlərdən birini tutur. Bu yırtıcı parabüzən şaftalı 
yaşıl mənənəsinin, gavalı mənənəsinin birinci dərəcəli düşməni hesab edilir. 
Ona digər parabüzən növləri kimi,  başqa kənd təsərrüfatı bitkiləri üzərində 
rast gəlinmir. İlk dəfə 2005-ci ildə Şahbuz rayonu istiqamətində, kiçik sahə-
də yerləşən Xal-xal meşəsində yabanı gavalı ağaclarında rast gəlinmişdir.  
Azərbaycanda  iki  nöqtəli  adaliyanın  bioekoloji  xüsusiyyətlərinin 
öyrənilməsinə  dair  qısa  məlumatlara  rast  gəlinir.  Bu  növün  bir  çox  meyvə 
zərərvericisinin sayının tənzimlənməsindəki aktiv fəaliyyəti və fenologiyası 
Fransa entomoloqları tərəfindən ətraflı öyrənilmiş, süni şəraitdə çoxaldılaraq 
meyvə bağlarına buraxılması işi əsaslandırılmışdır [58,143].  
İki nöqtəli adaliyanın bioekoloji xüsusiyyətlərinin öyrənilməsinə dair 
müşahidələr  və  materialın  toplanılması  2005-2008-ci  illərdə  Ordubad, 
Şahbuz  və  Şərur  rayonlarının  meyvə  bağlarında  və  həyətyanı  sahələrində 
aparılmışdır.  
İki nöqtəli adaliyanın yumurtası 0,7-1,0 mm böyüklükdədir, ensizdir, 
çubuq  şəklindədir,  mayalanmış  yumurtaların  rəngi  açıq-sarı,  mayalanma-
mışların rəngi isə açıq-narıncı olur. Sürfələri enli (xüsusilə ön tərəfdən) və 
bir qədər  yastıdır, açıq-qəhvəyi  rəngdədir, üzərində  ağ,  yaxud sarı nöqtələr 
var.  Axırıncı  yaşda  (4-cü  yaş)  olan  sürfənin  uzunluğu  7-8  mm-dir.  Baş 
kapsulunun  yanları  tünd  qəhvəyi,  ön  döşü  enlidir.  Yetkin  adaliyanın  başı, 
ağız üzvləri və bığcıqları açıq-qəhvəyi rəngdədir, bud və baldırları əsasən ağ 
rənglidir,  qanadüstü  qırmızıdır.  Hər  qanadüstlüyündə  bir  qara  ləkə  olur, 
bəzən  onlar  qara  rəngdə  olur  və  belə  halda  ləkə  qırmızı  görünür.  Böcəyin 
uzunluğu 3,5-5,0 mm-dir.  
Tədqiqat  illərində  laboratoriya  şəraitində  iki  nöqtəli  adaliyanın  dişi 
fərdlərin  yaşama  müddəti  və  hər  bir  dişinin  cinsi  məhsuldarlığı  müəyyən 
edilmişdir (Cədvəl 6.6).  
Cədvəl 6.6  
İki nöqtəli adaliyanın yumurtaqoyma qabiliyyəti  
(müxtəlif illər üzrə)  
 
s.
 №
 
Təcrübənin 
aparıldığı illər  
Nəslin 
inkişafı  
Dişinin 
yaşama 
müddəti 
(gün)  
Gün ərzində 
qoyulan 
yumurtaların 
miqdarı  
Bir dişinin 
qoyduğu 
yumurtaların 
ümumi miqdarı  
Ən  
az  
Ən çox  
1.  
2005  
1  
27  
15-17  
405  
459  
2.  
2006  
1  
28  
16-17  
432  
476  
3.  
2007  
1  
25  
16-18  
432  
450  
 

 
102 
 
Adalia (Adalia) bipunctata 
Bu parabüzənin 12 ədəd yumurtasına təbiətdə ilk dəfə olaraq 2005-ci 
ilin iyun ayının 16-da Ordubad rayonunda həyətyanı bağda gavalı yarpaqları 
üzərində  mənənə  kaloniyası  arasında  rast  gəlinmişdir.  Həmin  yumurtalar 
yarpaqla  birlikdə  götürülərək  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar 
İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin Onurğasızlar laboratoriyasına gə-
tirilmiş  və  üzərində  müşahidələr  aparılmışdır.  İyun ayının 16-da  rast  gəlin-
miş həmin yumurtaların  bir neçə gün əvvəl qoyulduğu şübhə doğurmurdu. 
Çünki,  həmin  yumurtaların  rəngi  dəyişilmiş  və  daxilində  rüşeymin  artıq 
formalaşdığı aydın görünürdü. Odur ki, bu yumurtalardan iki gündən sonra 
yəni,  iyunun  17-18-ində  sürfələr  çıxmışdır.  Bu  sürfələr  yetkin  formaya 
keçənədək qidalandırılıb bəslənilmişdir.  
Bununla yanaşı olaraq, iyunun 18-də yenə də həmin bağda iki nöq-
təli  adaliyanın  bir  dişi  fərdinə  yenicə  yumurta  qoyduğu  vaxtda  rast  gəlin-
mişdir.  Bu  parabüzən  və  onun  qoyduğu  yumurtalar  (5  ədəd)  hərəsi  ayrı-
ayrılıqda  (dişi  fərd  və  yumurtalar)  sınaq  şüşələrinə  salınıb  laboratoriyaya 
gətirilmiş  və  dişinin  yumurta  qoyma  qabiliyyəti  və  yumurtaların  inkişaf 
dinamikası izlənmişdir. Gətirilmiş dişi adaliya laboratoriyada daha 15 ədəd 
yumurta qoymuşdur. Həmin gündən həm dişi adaliya və həm də onun qoy-
duğu yumurtalar ayrıca olaraq müşahidə altında saxlanılmışdır. Dişi adaliya 
həmin şəraitdə (laboratoriyada) cəmi 27 gün yaşamış və bu müddət ərzində 
460  yumurta,  gündəlik  olaraq  isə  orta  hesabla  15-17  yumurta  qoymuşdur. 
Dişi  adaliya  yumurtaqoyma  dövründə  mənənələlərlə  qidalandırılmışdır. 

 
103 
Təcrübələrdə dişi adaliya ən çoxu 28 gün yaşamış, bu müddət ərzində 480, 
gündəlik  isə  orta  hesabla  16-17  yumurta  qoymuşdur.  Belə  təcrübələr  2007-ci 
ildə də davam etdirilmişdir. İki nöqtəli adaliyanın yumurtaqoyma qabiliyyəti 
ilə yanaşı laboratoriya şəraitində yeyimcilliyi də öyrənilmişdir. Nektarlı bit-
kilərlə zəngin sahələrdən toplanılmış dişi adaliya fərdləri laboratoriyada şə-
kər  məhlulu  və  ərik  ləti  ilə  qidalandırıldıqda  daha  yüksək  reproduktiv 
nəticələri ilə fərqlənmişlər.  
Həm dişi, həm də erkək fərdlər və həm də yırtıcının sürfələri şaftalı 
və gavalı mənənələrilə qidalandırılmışdır. İmaqonun və ayrı-ayrı yaşlar üzrə 
sürfələrin  qidalanması  xüsusi  olaraq  qeydə  alınmışdır.  Bu  təcrübələrin 
nəticələri cədvəldə verilmişdir (cədvəl 6.7).  
Cədvəl 6.7  
İki nöqtəli parabüzənin - Adalia (Adalia) bipunctata yeyimcilliyi 
(müxtəlif illər üzrə) 
T
əcr
üb
ən
in
 
ap
ar
ıld
ığ
ı v
ax
t  
Y
em
in
 n
öv
ü 
 
İm
aq
on
un
 y
aşam

müdd
əti 
 
Parabüzənlərin ayrı-ayrı inkişaf mərhələlərində yediyi 
mənənələrin miqdarı  
Bir nəslin 
inkişafı 
dövründə 
yeyilən 
mənənələrin 
miqdarı  
İmaqo tərəfindən 
yeyilmişdir  
Sürfələr tərəfindən 
yeyilmişdir  
(müxtəlif yaşlar üzrə)   Cəmi  
Gün ərzində   Cəmi  
I  
II  
III  
IV  
2005  Mənənə   27  
51  
1377   24   30   71  
128   253  
1630  
2006  
-  
28  
60  
1680   21   29   67  
124   241  
1921  
2007  
-  
31  
55  
1705   27   36   73  
131   267  
1972  
 
Cədvəldən göründüyü kimi, bir dişi adaliya gün ərzində, orta hesabla 
51  mənənə,  yaşadığı  müddət  ərzində  (27  gün  ərzində)  1961  mənənə  ye-
mişdir. Onun sürfələri isə birinci yaşda olarkən 24 mənənə, ikinci yaşda 30 
mənənə, üçüncü yaşda 71 mənənə və dördüncü yaşda 123 mənənə yeyib tə-
ləf  etmişdir.  Bir  sürfə  bütün  inkişaf  dövründə  cəmi  248  mənənə  yemişdir. 
Adaliya parabüzəni bir nəslin inkişafı dövründə 2005-ci ildə 2209, 2006-cı 
ildə 1981, 2007-ci ildə isə 1972 mənənə yemişdir.  
Tədqiqat  işləri  zamanı  iki  nöqtəli  adaliyanın  inkişaf  dinamikası  da 
öyrənilmişdir. Adaliya böcəyinin yeni qoyduğu yumurtalar sarı rəngdə olur. 
İki gün keçdikdən sonra onların rəngi nisbətən açıqlaşır, daxilindən isə onlar 
zəifcə qaralmış olur. Bu yumurtanın daxilində rüşeymin artıq formalaşdığını 
göstərir.  Buna  görə  də  belə  yumurtalar,  ümumiyyətlə,  bir  qədər  qaralmış 
kimi görünür.  
İyun  ayının  18-də  dişi  adaliya  böcəyinin  qoyduğu  yumurtalardan 
iyunun  22-də  sürfələr  çıxmışdır.  Beləliklə,  yumurtanın  inkişafı  (gündəlik 

 
104 
orta  temperatur  22
0
C)  4  gün  çəkmişdir.  Yumurtalardan  təzəcə  çıxmış  sür-
fələr  gavalı  üzərində  qidalanan  mənənələrlə  yemləndirilmişdir.  Onların  ya-
nına  mənənələr  salınan  kimi  həmin  an  sürfələr  onlara  hücum  edib  qida-
lanmağa başlayırlar.  
Adaliyanın  körpə  sürfələri  əsasən  xırda  mənənələrə  hücum  edirlər. 
İri yaşlı, xüsusilə dördüncü yaşda olan sürfələr isə həm qanadsız dişiləri və 
həm  də  qanadlı  mənənələrə  hücum  edib  onları  acgözlüklə  yeyirlər,  onların 
bədəninin şirəsini sorurlar. Adaliyanın sürfələri yumurtadan çıxdıqdan sonra 
inkişaflarında üç dəfə qabıq dəyişməklə dörd yaş mərhələsi keçirirlər. Sür-
fələrin qabıq dəyişməsini çox çətinliklə müşahidə etmək olur. Qabıq dəyiş-
mə vaxtı yaxınlaşanda sürfə qidalanmasını dayandıraraq hərəkətsiz vəziyyət 
alır. Bundan bir qədər sonra qabıq dəyişmə hadisəsi baş verir. İyunun 22-də 
yumuytalardan çıxmış sürfələr inkişaf edib iyul ayının 2-də pup mərhələsinə 
keçmişlər.  
Beləliklə,  sürfələrin  tam  inkişafı  10  gün  çəkmişdir.  Bu  puplardan 
iyul ayının 8-də yetkin adaliya böcəkləri çıxmışdır.  
2005-ci  ilin  iyun-iyul  aylarında  (gündəlik  orta  temperatur  22
0
C)  iki 
nöqtəli  adaliya  parabüzəninin  bir  nəslinin  inkişafı  22  gün  çəkmişdir:  o 
cümlədən, yumurta 4 günə, sürfə 10 günə və pup 8 günə inkişaf etmişdir.  
İki  nöqtəli  adaliyanın  biologiyasına  dair  təcrübə  və  müşahidələr 
2006-cı ildə, həm də geniş və əsaslı surətdə davam etdirilmişdir. Həmin ildə 
təcrübələr birinci dəfə may ayında, ikinci dəfə iyun ayında aparılmışdır.  
2006-cı ilin may ayının 17-də Ordubad rayonunda həyətyanı sahədə 
ərik  yarpaqlarında  dişi  adaliya  parabüzəninə  və  onun  təzəcə  qoyduğu  yu-
murtalarına (5 ədəd) rast gəlinmişdir. Həm parabüzən həm də onun qoyduğu 
yumurtalar  ayrılıqda  enli  sınaq  şüşələrinə  keçirildi.  Bu  parabüzən  axşama-
dək sınaq şüşəsinin içərisində daha 15  yumurta qoydu. Bundan sonra para-
büzən başqa sınaq şüşəsinə salınaraq qidalandırılıb (ona mənənə verilməklə) 
bəslənmək üçün saxlandı. Müşahidələrin nəticələri belə olmuşdur:  
 
1. 17.05.2006-cı il; dişi adaliya tərəfindən 20 ədəd yumurta qoyuldu: 
21.05.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  04.06.2006-sürfələr  puplaşdı: 
10.06.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
2. 18.06.2006-cı il; dişi adaliya tərəfindən 13 ədəd yumurta qoyuldu: 
22.06.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  05.07.2006;  sürfələr  puplaşdı: 
11.07.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
3. 19.05.2006-cı ıl; dişi adaliya tərəfindən 13 ədəd yumurta qoyuldu: 
23.05.2006;  yumurtadan  sürfələr  çıxmışdır:  06.06.2006;  sürfələr  puplaşdı: 
12.06.2006; puplardan imaqo parabüzənlər çıxdı.  
Yuxarıda  verilən  məlumatlardan  göründüyü  kimi,  2005-ci  ilin  iyun 
ayının ikinci yarısında iki nöqtəli adaliya parabüzəninin bir nəslinin inkişafı 
20-21 gün, o cümlədən, yumurtasının inkişafı 4 gün, sürfəsinin inkişafı 10-

 
105 
11 gün, pupunun inkişafı 6 gün çəkmişdir (gündəlik orta temperatur 22
0
C). 
2006-cı ildə may ayında aparılan müşahidələr zamanı isə həmin ayın üçüncü 
ongünlüyündə  yumurtanın  inkişafı  4  gün,  sürfənin  inkişafı  12  gün,  pupun 
inkişafı  6  gün,  bir  nəslin  tam  inkişafı  22  gün  çəkmişdir  (gündəlik  orta 
temperatur 21
0
C).  
 


1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə