819) Parazitar xəstəliklərə hansı xəstəlik aiddir?
A) Kampilobakterioz
B) Yersinyoz
C) Qoturluq
D) Dizenteriya
E) Qarın yatalağı
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
820) Sadalanan helmintlərdən hansı geohelmintlərə aiddir?
A) Tükbaş qurd
B) Bizquyruq
C) Trixinellalar
D) Exinokokk
E) Difillobotrium latum
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
821) Hansı bağırsaq ibtidailəri uşaqlarda tez-tez rast gəlir?
A) Balantidiyalar
B) İzosporlar
C) Dizenteriya amöbü
D) Lyambliyalar
E) Kriptosporidilər
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
822) Xlamidiyalar hansı xüsusiyyətə malikdirlər?
A) Spor əmələ gətirirlər
B) Hüceyrə divarı yoxdur
C) Hüceyrədaxili parazitlərdir
D) Qidalı mühitlərdə yaxşı yetişirlər
E) Qrammüsbətdirlər
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |