Çoxsaylı morfoloji terminlərə malik diaqnozun kodlaşdırılması
QAYDA K. Bir
şişin diaqnozunda müxtəlif kodlara malik iki
modifikasiyaedici sif
ətdən istifadə edildikdə bir kod bütün
diaqnostik terminl
əri əhatə edə bilmirsə, daha əvvəl verilən
yuxarı koddan istifadə edin.
Bir yenitör
əmə müxtəlif kodlara malik iki modifikasiyaedici
sif
ətlə birlikdə ifadə edilərsə, kodlaşdırmada yeni bir çətinlik
meydana
çıxır. Misal kimi “keçid (tranzitor) hüceyrəli epidermoid
karsinoma”
nı göstərmək olar. Burada iki müxtəlif karsinoma növü
deyil, eyni yenitör
əmədə hər iki hüceyrə növünün olması göstərilir.
“Keçid (tranzitor) hüceyr
əli karsinoma, ƏGO” 8120/3, “epidermoid
karsinoma,
ƏGO” isə 8070/3 kimi kodlaşdırılır. Diaqnozun bütün
elementl
ərini əhatə edən vahid kod yoxdursa, kodlaşdırma aparan
şəxs daha yuxarı rəqəmlərlə ifadə edilən kodu, yəni verilən misalda
8120/3-ü istifad
ə etməlidir, çünki həmin kod daha spesifikdir.
37
|