Ərəb-İsrail Müharibələri



Yüklə 181,68 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü181,68 Kb.
#42302
1   2   3   4   5
Ərəb-İsrail Müharibələri kopyası

1948-ci il müharibəsi


1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.

Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi.

Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.      

15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu. Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər. Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.



Yüklə 181,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin