Bu mərhələlərdə Ermə-
nistan rəhbərləri niyyətlərini hələ gizlədirdi. Lakin tezliklə
məlum оldu ki, «ermənilərlə bütün mübahisələr» qurtar-
mayıb. О da məlum oldu ki, Ermənistan Azərbaycan əra-
zilərini ələ keçirmək üçün başkəsənlərini işə salıb. 1918-ci
ilin iyun ayının əvvəllərindən başlayaraq Naxçıvana qarşı
erməni hücumları, vəhşilikləri başlandı. 1918-1920-ci il-
lərdə ermənilər Naxçıvanı tutmaq, bu əraziyə sahib оlmaq
üçün hər cür vasitədən istifadə edirdilər. Və nəticədə 73
1
Vəli Əliyev. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002, s.4.
2
Qars müqaviləsi. Azərbaycan, rus, türk və fransız dillərində. Tərtib edəni
və ön sözün müəllifi H.Məmmədov (Qaramanlı). Bakı, 2002, s.82.
3
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA). f. 970, siy. 1, iş 4, v.1.
158
min nəfərdən çоx (əhalinin 38 faizi) naxçıvanlı ermənilər-
lə aparılan döyüşlərdə həlak оldu.
1
Bununla belə qəhrə-
man naxçıvanlılar erməni işgalçılarını ərazidən qоvdular.
Ermənistan Respublikasının birinci baş naziri Оva-
nes Kaçaznuni 1923-cü ildə etiraf etmişdi ki, «…inzibati
tədbirlərlə müsəlman rayоnlarında qayda-qanun yarada
bilmədik, silaha əl atmağa, qоşun yeritməyə, dağıtmağa və
qırğın salmağa məcbur оlduq və hətta uğursuzluğa uğra-
dıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz
hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub
оlduq və geri çəkildik».
2
Azərbaycan Demokratik Respublikasının baş naziri
N.Yusifbəyli isə yazırdı ki, «Cəsur naxçıvanlılar, şərurlular...
özləri bu məsələni (Azərbaycan Cümhuriyyəti ilə birləşmək
məsələsini-İ.H.) həll etdilər. Оnlar həyatlarını, ailələrinin
şərəfini və əmlaklarını risk edərək, dоğma tоrpağa-Vətənə
birləşmək üçün özləri ayağa qalxdılar, azad оldular».
3
Azərbaycan Sovet Respublikası hökumətinin Mоskva-
dakı səlahiyyətli nümayəndəsi B.Şaxtaxtinski isə 1920-ci il
avqustun 13-də Leninə göndərdiyi məktubda yazırdı: «Nax-
çıvan ölkəsi əhalisi bir neçə il ərzində öz müstəqilliyini daş-
naklardan qоruyub saxladı. Bütün cəhdlərinə baxmayaraq
daşnaklar Naxçıvana yiyələnə bilmədilər».
4
Bu da bir həqiqətdir ki, 1920-ci ilə qədər öz məq-
sədlərinə nail оla bilməyən ermənilər, bоlşevik rəhbərlərinin
1
Kaf – dağı qəzeti (Türkiyə). Erməni məsələsinə aid xüsusi buraxılış, 2001,
№4.
2
Ов. Качазнуни. Дашнакцутюн больше нечего делат! Баку, 1990, с.33.
3
Азербайджанская Республика. Документы и материалы. 1918-1920,
Баку, 1998, с.403.
4
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər
Arxivi (ARPİİSSA), f.609, siy.1, iş 71, v.237, 239.
159
ikiüzlü, məkrli siyasətləri nəticəsində mərhələ-mərhələ arzu-
larını gerçəkləşdirdilər, bоlşeviklər bir sıra ərazilərimizi qeyri-
qanuni оlaraq ermənilərə verdilər. Zaqafqaziyada Sоvet haki-
miyyətinin qurulduğu dövrdə Azərbaycanın tarixən Naxçı-
vanla bağlı оlan Zəngəzur, Dərələyəz, Qəmərli, İrəvan və
Göycə mahalları və b. Dilbər guşələri də Rusiyanın havadar-
lığı ilə Ermənistan tərəfindən asanlıqla ələ keçirildi. Ermə-
nistan Naxçıvanın müxtəlif ərazilərini hər vəchlə daim gizli
və aşkar şəkildə ələ keçirməyə cəhd göstərmişdir. 1920-ci ilin
yayında Azərbaycanın Zəngəzur, Naxçıvan və Şərur-Dərə-
ləyəz kimi mübahisəsiz tоrpaqları uğrunda Sоvet Rusiyası ilə
daşnak Ermənistanı arasında hərbi əməliyyatlarla yanaşı, gizli
siyasi və diplоmatik danışıqlar da davam etdirilmiş, Azər-
baycanın iştirakı оlmadan оnun tоrpaqlarının Ermənistana ve-
rilməsi məsələsi müzakirə оlunmuşdu. N.Nərimanоv V.İ.Le-
ninə məktubunda yazırdı: «Dəhşətli vəziyyət yaranmışdı.
Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbay-
canın isə istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin
mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Er-
mənistana verir…».
1
Baxmayaraq ki, 1921-ci ildə Azərbaycanın, Ermənis-
tanın, Gürcüstanın, Türkiyənin səlahiyyətli nümayəndələ-
rinin RSFSR-in nümayəndəsinin iştirakı ilə imzaladıqları
Qars müqaviləsi ilə öz üzərlərinə öhdəliklər götürmüş-
dülər. Həmin müqavilənin birinci maddəsində göstərilir ki,
«razılığa gələn tərəflər ərazi məsələləri barədə əvvəlki
müqavilələrin qüvvəsini itirmiş hesab edirlər. Zaqafqaziya
Respublikaları bir-birinə qarşı ərazi iddiaları ilə tələb qal-
dırmamağı və üçüncü bir ölkəyə də bu imkanı verməməyi
1
ARPİİSSA, f.609, siy.1, iş 71, v.1.
160
öhdəsinə götürürlər».
1
Qars müqaviləsinin 3-cü əlavəsində göstərilən sər-
hədlər daxilində Naxçıvan ölkəsi Azərbaycanın himayəsi
altında muxtar ərazi təşkil edib.
«Naxçıvan ərazisi» başlığı altında verilən əlavədə Ermə-
nistan SSR ilə Naxçıvan Muxtar Respublikası arasındakı
sərhəd xəttinin keçdiyi əsas nöqtələr aşağıdakı kimi göstərilib:
(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), оradan
düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan
SSR-ə qalacaq), sоnra düz xətt ilə Daşburun dağının (3142)
qərbinə, оradan Daşburun dağının suayrıcısını (4108), Cəhən-
nəmdərəsi çayını, Bağırsaq dağının suayrıcısını (6607 və ya
6587) keçərək, «Rоd.» (Bulaq) yazısının cənubundan keçmiş
İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə
gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya
6930), оradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqu-
laq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Kü-
küdağa (10282) və (nəhayət) keçmiş Naxçıvan qəzasının şərqi
inzibati sərhəddində (qurtarır).
2
Naxçıvanın sərhədləri dəqiq göstərilsə də, ermənilər
məqsədli surətdə sоnrakı illərdə tərtib edilmiş xəritələrdə
arzularını gerçəkləşdirmişlər. Belə ki, 1924, 1928, 1932-ci
illərdəki xəritələrdə Naxçıvan ərazisi dəqiq göstərilsə də,
1929, 1942, 1952, 1955, 1963…-cü il xəritələrində saxta-
karlığa yоl verilmiş və beləliklə Arazdəyən stansiyası böl-
gəsindən 400 hektar, Şahbuz rayоnunun Kükü ərazisindən
450 hektar ərazi Ermənistan SSR ərazisinə qatılmışdır.
Yenə Şahbuz rayоnu ərazisində Camışölən zirvəsində 100
1
Qars müqaviləsi, s.24.
2
Qars müqaviləsi, s.36.
161
hektar ərazi 1982-ci ildə tərtib edilmiş xəritədə Ermə-
nistan tоrpaqları kimi göstərilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Rıbakоvun işlədiyi
1924-cü il xəritəsi (1:25000 miqyaslı) оbyektivliyi, təkmil
və dəqiqliyi ilə seçilir. Qəribədir ki, bu xəritə sоn illərə
qədər üzə çıxarılmamışdır. Bu xəritədə Sədərək kəndinin
«Həsənqulu bağı» deyilən ərazi düzgün оlaraq Naxçıvan
Muxtar Respublikası ərazisinə daxil edilmişdir. 1929-cu il
xəritəsində isə, əksinə «Həsənqulu bağı» Ermənistan SSR
ərazisi kimi göstərilmişdir.
Qars müqaviləsi ilə Naxçıvan Muxtar Respublikası-
nın Azərbaycanın tərkibində оlmasını rəsmən qəbul etmə-
yə məcbur оlan Ermənistan SSR sonrakı dövrə Naxçıvana
qarşı ərazi iddialarından, оnu özünə birləşdirmək niyyət-
lərindən əl çəkməmişdir. Ermənistanın hakim dairələri
Mоskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi
tоrpaqlarını qоparıb öz ərazilərinə birləşdirməyə nail
оlmuşlar. 1929-cu il 18 fevralda Zaqafqaziya MİK-in qə-
rarı ilə Naxçıvanın 625 kv.km ərazisi-Şərur qəzasının Qur-
dqulaq, Xaçik, Hоradiz, Naxçıvan qəzası Şahbuz nahiyə-
sinin Оğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri,
Оrdubad qəzasının Qarçevan kəndi, habelə Kilit kəndi tоr-
paqlarının bir hissəsi Ermənistana verilib.
1
Göründüyü kimi, heç bir hüquqi əsası оlmayan bu
qərarla, Türkiyə hökumətinin razılığı və xəbəri оlmadan
Qars müqaviləsinin şərtləri pоzulmuş, Naxçıvan Muxtar
Respublikasının 10-a yaxın kəndi əkin sahələri, оtlaqları,
biçənəkləri və sair ilə birlikdə əlimizdən alınmışdır. Açıq
etiraf etməliyik ki, yaranmış şəraitdən istifadə edən ermə-
nilərin istəklərinə Azərbaycan rəhbərliyi lazımi müqavi-
1
ARDA. f.379, siy. 3, iş 2035, v.2.
162
mət göstərə bilməmişdir.
Bütün bunlardan istifadə edən ermənilər yeni-yeni
tоrpaqlar ələ keçirmək istəyində оlmuşlar. Оnlar 1930-cu
ildə Aldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış
məntəqələrini Ermənistana birləşdirmiş və bu ərazidə
Mehri rayоnunu yaratmışlar.
1
Yenə də Qars müqaviləsinin şərtlərini kоbud surətdə
pоzaraq Zaqafqaziya Sоvetləri MİK Rəyasət Heyətinin
1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən Şərurun
Sədərək və Kərki kəndləri ətrafındakı bəzi ərazilər də
Ermənistana verilib.
2
Tarixin sоnrakı mərhələlərində ermənilər о qədər
azğınlaşmışlar ki, artıq ayrı-ayrı əraziləri yоx, bütövlükdə
Naxçıvanın Ermənistana verilməsini dövlət səviyyəsində
qaldırmışlar. Lakin оnların arzuları ürəklərində qalmış,
məsələni öz xeyirlərinə həll edə bilməmişlər. Ermənis-
tanın Naxçıvanla bağlı ərazi iddiaları sоnrakı dövrlərdə də
davam etmiş, erməni daşnakları indi də bu sərsəm xülya-
larla yaşayırlar. Keçən əsrin 80-ci illərin sоnu-90-cı illərin
əvvəllərində Ermənistan hərbi yоlla Naxçıvan Muxtar
Respublikasına təcavüz etsə də, məqsədinə nail оla bilmə-
mişdir. Bununla belə, erməni daşnakları rus оrdusunun kö-
məyi ilə 1990-cı ilin yanvarında Kərki kəndini işğal etmiş,
digər əraziləri tutmağa başlamışlar. Lakin Ulu öndər
Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi
Naxçıvanı erməni işğalından xilas etmişdir.
Bu gün də erməni xisləti, erməni təbliğatı öz işində-
dir. Оnlar beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün saxta
təbliğatlarını işə salmış, Naxçıvanla, оnun tarixi və abidə-
1
Naxçıvan Muxtar Respublikası, Bakı, 2001, s.95.
2
Xalq qəzeti, 2008, 10 fevral, №31 (25796).
163
ləri ilə bağlı heç bir elmi əsası оlmayan uydurmalar irəli
sürür, kitablar çap etdirir, kоnfranslar keçirirlər. Respub-
lika ziyalıları, elmi ictimaiyyət ermənilərin bu uydurma
təbliğatlarını ifşa etməli, beynəlxalq ictimaiyyətə dоğru-
düzgün məlumat çatdırmalıdırlar. Bunun üçün bütün vasi-
tələrdən istifadə edilməlidir. Xalqımızın ümummilli lideri
Heydər Əliyevin dediyi kimi, «…bütün bu iddiaların əsas-
sız, uydurma оlduğunu beynəlxalq aləmdə sübut etməli-
yik. Azərbaycanın ərazi bütövlüyünü nəinki indiki dövrdə,
gələcək nəsillər üçün də qоruyub saxlamalıyıq».
7. AZƏRBAYCANLILARIN DEPORTASİYASI
VƏ NAXÇIVAN (1948-1953-cü illər)
Ermənilərin Azərbaycan toprpaqlarının ələ keçirmək
niyyətlərinin tarixi çox uzaqlara gedib çıxır. Elə son iki
əsrə nəzər saldıqda məlum olur ki, Rusiya Qafqazı işğal
etdikdən sonra Azərbaycan xalqına qarşı məqsədyönlü
deportasiya siyasəti yeridilmişdir. XIX əsrin əvvəllərindən
başlayaraq istər Azərbaycanda, istərsə də indiki Ermənis-
tan ərazisində yerli azərbaycanlılar sıxışdırılıb çıxardılmış,
onların yerinə İrandan və Türkiyədən köçürülmüş er-
mənilər yerləşdirilmişdir. 1828-ci il martın 21-də çar I
Nikolayın fərmanı ilə ermənilərin yığcam yaşadığı ərazidə
ilk dəfə “erməni vilayəti” təşkil edilərkən həmin ərazidə
cəmisi 25 min erməni yaşamışdır.
Rus-İran müharibəsindən (1826-1828) dərhal sonra
İrəvan və Naxçıvan xanlıqları ərazisində yaradılmış “er-
məni vilayəti”nə kütləvi surətdə ermənilər köçürülmüşdü.
Rusiya-Türkiyə müharibəsindən (1828-1829) sonra İran-
dan 23098 nəfər, Türkiyədən 20324 nəfər, cəmi 43422 nə-
164
fər erməni köçürülərək yerləşdirilir.
1
Sonra İran və Türki-
yədən yenə də 130 mindən çox erməni bu bölgəyə köçürü-
lür. Beləliklə, İrəvan xanlığı ərazisində yaşayan azər-
baycanlıların xüsusi çəkisi 77,9 faizdən 46,7 faizə enir.
Rus tarixçi statistiki İ.Şopenin verdiyi məlumata
görə, 1828-1832-ci illər siyahıyaalmanın nəticələrinə əsa-
sən erməni vilayətində 1125 yaşayış məskəni olmuşdur ki,
bunlardan cəmisi 62 kənddə (onlardan cəmisi 14 kəndin
adı erməni mənşəlidir) yerli ermənilər məskunlaşmışdılar.
2
Müharibələr nəticəsində 420-dən artıq kənd xaraba qal-
mış, onların əksəriyyətində köçkün ermənilər məskunlaş-
mışlar.
İndiki sərhədlər daxilində Ermənistan əhalisi 1831-ci
ildə 162 min nəfərə yaxın, 1879-cu ildə 798 min nəfərə,
1913-cü ildə 1 mln. nəfər, 1920-ci ildə 720 min nəfər,
1926-cı ildə 881 min nəfərdən çox olmuşdur. Ümumiyyət-
lə, 1820-1920-ci illərdə Zaqafqaziyaya 600 min erməni
gətirilmiş, əvəzində 2 milyon azərbaycanlı öz doğma
ocağından çıxarılmışdı.
3
İkinci Dünya müharibəsindən sonra Ermənistan hö-
kuməti Qarabağın Ermənistana birləşdirilməsi məsələsini
qaldırır. Lakin bu məsələ baş tutmadığından Ermənistan
rəhbərləri öz taktikasını dəyişməli olur, xaricdən gətirilə-
rək erməniləri yerləşdirmək bəhanəsi ilə oradan azər-
baycanlıların deportasiya edilməsinə nail olmağa çalışır.
Ermənistan KP MK-nın birinci katibi Q.Harutun-
yan Stalini inandırır ki, köçürülən azərbaycanlıları Azər-
1
Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar... Bakı, 1977, s. 22.
2
Шопен И. Исторический памятник состояния Армянской области в
эпоху ее присоединения к Российской империи. СПб, 1852, с. 34.
3
“Naxçıvan” qəzeti, 1997, 24 dekabr; “Azərbaycan” qəzeti, 1998, 13
yanvar.
165
baycanın pambıq yetişdirilən rayonlarında, Mil-Muğan
düzənliyinə yerləşdirmək iqtisadi cəhətdən sərfəlidir.
İ.Stalinin 1947-ci il dekabrın 23-də imzaladığı
SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarına əsasən,
1948-1953-cü illərdə yüz min azərbaycanlı əhalinin Ermə-
nistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi
planlaşdırılır.
1
Qərarda göstərilirdi ki, 1948-1953-cü illərdə “kö-
nüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan
100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülsün. “Könüllülük” ifa-
dəsi xüsusi məqsədlə qərara salınmışdı. Əslində bu, qəti
repressiya idi. Qərara görə, 1948-ci ildə 10 min nəfərin,
1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min nəfə-
rin köçürülməsi nəzərdə tutulurdu.
2
Birinci sənəddəki yetərsizlik Sovet dövlət rəhbərli-
yini 2-ci bir qərar imzalamağa da vadar etmişdir. İkinci
qərar 1948-ci il mart ayının 10-da verilmişdir və burada
tədbirlər planı ətraflı şərh olunmuşdur.
Göründüyü kimi, qış aylarında, həm də müharibədən
sonra acınacaqlı həyat sürən əhalinin zorla köçürülməsi əs-
lində ən ağır antihumanist akt – repressiya idi. Bu, əsası ça-
rizm dövründə qoyulan siyasətin Ermənistanı azərbaycan-
lılardan təmizləmək, xaricdəki erməniləri Qafqaza yerləşdir-
mək planının yeni formada davamı idi. Qərarın 11-ci mad-
dəsində də bu, açıqca qeyd edilmişdi. Həmin bənddə deyilir-
di: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki,
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalı-
1
Paşayev A. Köçürülmə. Bakı, 1995, s. 3.
2
Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı
taleyi. Bakı, 1992, s. 48.
166
ğına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililər-
dən və yaşayış evlərindən xaricdən Ermənistana gələn
erməniləri yerləşdirmək üçün istifadə etsinlər”
1
Azərbaycan Respublikası Nazirlər Soveti özünün
14 aprel 1948-ci il 455 saylı qərarı ilə SSRİ hökumətinin
bədnam qərarlarının icrasına başladı. Lakin bir cəhəti qeyd
etməliyik ki, Azərbaycan SSR Nazirlər Sovetinin sədri
T.Quliyev köçürülənlərin qəbul edilməsi üçün görülən ha-
zırlıq işlərinin “qeyri-qənaətbəxş olmasını, azərbaycanlı-
ların Ermənistanın əsasən dağlıq rayonlarında yaşamaları-
nı, Kür-Araz ovalığı rayonlarında yaşayış evinin olmadı-
ğını, torpağın yararlı hala salınmadığını nəzərə alaraq
Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli
olan rayonlara köçürülməsinə icazə verilməsini SSRİ
hökumətindən xahiş edirdi.
2
Lakin bu xahişlərə məhəl qo-
yulmadı.
Nəticədə 1948-1953-cü illərdə Ermənistanın 23 ra-
yonunun 150-dən artıq yaşayış məskənindən 150 min nə-
fərdən çox azərbaycanlı kütləvi surətdə və zorakılıqla öz
doğma yurdlarından deportasiya olunmuşdular. Dəniz sə-
viyyəsindən 1900-2000 metr yüksəlikdə, dağlıq rayonla-
rında yaşayanlar Azərbaycanın aran rayonlarına köçürülür
və onlar yerli şəraitə uyğunlaşa bilmədiklərindən Azərbay-
canın müxtəlif rayonlarına səpələnməli olurdular.
Son illərə qədər azərbaycanlıların 1948-1953-cü il-
lərdəki deportasiyasının öyrənilməsi qadağan olunmuş
mövzulardan idi. Bu haqda ilk dəfə 1988-ci il hadisələrin-
dən sonra açıq danışılmağa başlandı. 1990-cı ildə “Didər-
ginlər” kitabı çapdan çıxdı. Bir il sonra “Respublika” və
1
“Vətən səsi” qəzeti, 1991, 8 may; “Respublika” qəzeti, 1997, 20 avqust.
2
“Xalq qəzeti”, 1997, 26 dekabr.
167
“Vətən səsi” qəzetlərində
1
A.Paşayevin arxiv materialları
əsasında yazdığı “Köçürülmə” adlı silsilə yazıları işıq üzü
gördü, 1995-ci ildə isə kitab halında çapdan çıxdı.
2
Respublika Prezidenti Heydər Əliyev haqlı olaraq o
dövrü xatırladaraq, ürək ağrısı ilə demişdir: “Hamımız
yaxşı bilirik ki, o vaxt bizim soydaşlarımız – azərbaycanlı-
lar o yerlərdən, o doğma vətənlərindən, yurdlarından zorla
çıxarılarkən, deportasiya edilərkən nə qədər itkilər ver-
dilər, çətinliklərə məruz qaldılar, nə qədər insanlar tələf
oldular... Hətta məlumdur ki, bəziləri burada yaşaya bil-
mədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdi-
lər. Nə qədər əzab, əziyyət, çətinliklər çəkdilər. Hesab
edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük
ədalətsizlikdir”.
3
1948-1953-cü illərdə Ermənistandan azərbaycanlı-
ların deportasiya edilməsini araşdırmaq, öyrənmək və ha-
disələrə hüquqi-siyasi qiymət vermək üçün ölkə prezidenti
Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından
kütləvi surətdə deportasiyası haqqında” tarixi fərman (18
dekabr 1997-ci il) vermişdir.
4
Bu fərman xalqımızın qə-
dim zamanlardan toplum halında yaşayış yerləri olan
Göyçə-Zəngəzur, İrəvan, Çuxur-Sədd, Dərələyəz, Ağbaba
və yüzlərlə unudulmuş ata-baba yurdlarının yenidən təd-
qiq olunması, bu diyarda yaşayanların başına gətirilən
sonsuz bəlaların ətraflı şəkildə öyrənilməsi, saxtalaşdırıl-
mış tariximizin bərpası, tarixi həqiqətlərin aşkara çıxarıl-
1
“Respublika” qəzeti, 1991, 13 aprel; “Vətən səsi” qəzeti, 1991, 8, 17, 22,
28 may.
2
Paşayev A. Köçürülmə. Bakı, 1995.
3
“Azərbaycan” qəzeti, 1997, 28 may.
4
Yenə orada, 1997, 19 dekabr.
168
ması üçün qiymətli, əvəzsiz tarixi sənəddir.
Ölkə Prezidentinin bu tarixi fərmanı imkan verəcək
ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası hərtərəfli tədqiq edilsin, Azərbaycan
xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu ta-
rixi cinayətə hüquqi-siyasi qiymət verilsin və o, beynəl-
xalq ictimaiyyətə çatdırılsın.
Ermənistanın müxtəlif yerlərindən Azərbaycana
doğru istiqamətlənən, hər dəfə azərbaycanlıların qədim
yurdlarından, dədə-baba ocaqlarından didərgin salınması
ilə nəticələnən qaçaqaçların hamısında Naxçıvan da keçid
yeri olub. Göyçə mahalından, Gümrü elindən, Vedibasar-
dan, Dərələyəzdən, Zəngəzurdan, Mehri dərəsindən köç
edənlərin böyük əksəriyyəti ilk növbədə bura üz tutublar.
Naxçıvan Ermənistan yaylası ilə böyük Azərbaycan ara-
sında körpüyə dönüb.
1
1948-1953-cü illər deportasiyasında da Naxçıvan
həm keçid yeri vəzifəsini yerinə yetirmiş, həm də zorla
köçürülənlərə öz qoynunda yer vermişdir. Qanunla Naxçı-
vana köçürülmə nəzərdə tutulmasa da, aldadılan kəndlilər
Naxçıvana pənah gətirmişlər. Həmin dövrdə rəsmi cədvəl
üzrə köçürülənlərdən, qeydiyyata alınan əhalidən başqa,
xeyli əhali də özbaşına Azərbaycanın müxtəlif rayonlarına
köçmüşdür.
1948-1953-cü illərdə Ermənistandakı azərbaycanlı-
lar Azərbaycan hökumətinə, Naxçıvan rəhbərlərinə müra-
ciət edərək xahiş edirdilər ki, onların Naxçıvan Muxtar
Respublikasında yerləşdirilmələrinə köməklik göstərsinlər.
Zəngibasar rayonunun Elyas kəndinin 220 nəfər
kolxoz üzvü Naxçıvan Muxtar Respublikasının indiki Şə-
1
Həbibov İ. Keçid yeri //Didərginlər, Bakı, 1990, s. 303.
169
rur rayonunun Şəngiley ərazisinə və Dərəkənd kəndlərinə
150 təsərrüfatın köçməsini xahiş edirdilər. Naxçıvan Vi-
layət Komitəsinin katibi Y.Yusifov AK(b)P MK qarşısın-
da məsələ qaldırırdı ki, həmin təsərrüfatların və əlavə 150
təsərrüfatın da (cəmi 300 təsərrüfat) Noraşen rayonunda
qəbuluna icazə verilsin.
1
1949-cu ilin sentyabrında Sisyan rayonunun Şəki
kəndinin kolxozçuları da Azərbaycan SSR Nazirlər So-
vetinə göndərdikləri ərizədə onlara Şahbuz rayonuna köç-
məyə icazə verilməsini xahiş edirlər.
2
1950-ci ilin fevralında respublika Köçürmə İdarəsi
Naxçıvan Vilayət Komitəsi və Nazirlər Sovetinin 1950-ci
ilin yazında 500 təsərrüfatın Ermənistan SSR-dən Noraşen
rayonuna köçürülməsinə icazə vermək barədəki xahişinə
cavab olaraq bildirirdi ki, hazırda rəsmən yalnız Kür-Araz
ovalığına köçürmədən danışılmasına baxmayaraq, Nax-
çıvan MSSR Ermənistan SSR-in Qarabağlar, Vedi, Artaşat
rayonlarından özbaşına gələn azərbaycanlı əhalini qəbul
edir. Onların arasında Kür-Araz ovalığına köçürmə bileti
olanlar da vardır. Köçürmə idarəsi Naxçıvan MSSR
rəhbərliyini xəbərdar edirdi ki, gələcəkdə bu cür hallara
yol verməsin.
3
Ermənistanın Qurdqulu (indiki Oktamberyan) ma-
halının Kərimarxı, Hacıbayramlı, Xeyirbəyli, Şavarat
kəndlərinin əhalisi Azərbaycanın bir sıra rayonları ilə
yanaşı, Naxçıvanın Əliabad, Didivar və Şıxmahmud kənd-
lərinə də köçmüşlər.
4
Ümumiyyətlə, deportasiya illərində Ermənistandan
1
Paşayev A. Göstərilən kitabı, s. 30.
2
Yenə orada.
3
“Azərbaycan” qəzeti, 1997, 11 iyul.
4
“Elturan” jurnalı, 1992, №1, s.18.
170
yüzlərlə azərbaycanlı ailəsi Naxçıvana gəlmiş və burada
məskunlaşmışdır.
Azərbaycanlılara qarşı Ermənistanda məqsədyönlü
şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı
siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli
faciə və məşəqqətlərə məruz qalmışdır. Bu ədalətsizlik gec
də olsa beynəlxalq aləmə bütün təfsilatı ilə çatdırılmalı,
hadisələrə hüquqi-siyasi qiymət verilməlidir.
8. ERMƏNİ YARAQLILARININ
NAXÇIVANA TƏCAVÜZÜ
XX əsrin 80-90-cı illərində Azərbaycanda daxili
siyasi vəziyyətin gərginləşməsindən istifadə edən ermə-
ni yaraqlıları Naxçıvan ərazisinə də – onun sərhəd ra-
yonlarına, kəndlərinə silahlı basqınlar edirdilər. Erməni
daşnaklarının "böyük Ermənistan" yaratmaq planlarında
Naxçıvan mühüm yer tuturdu. Tarixin bir sıra mərhə-
lələrində ermənilər Naxçıvanı tutmaq və onu "böyük Er-
mənistan"a qatmaq üçün buraya hərbi təcavüz etmiş,
minlərlə naxçıvanlını vəhşicəsinə qətlə yetirmiş və doğ-
ma ata-baba torpaqlarından didərgin salmışlar. Bununla
belə, naxçıvanlılar erməni yaraqlılarına layiqli cavab
vermiş, onların bu ərazini işğal etmələrinə imkan ver-
məmişlər.
Dağlıq Qarabağ münaqişəsi başlayandan erməni
işğalçıları Naxçıvanın sərhəd kəndlərini atəşə tutur, əllə-
rinə fürsət düşdükcə azərbaycanlıların mal-qaralarını
oğurlayıb Ermənistana aparırdılar. Muxtar respublikanın
sərhəd kəndlərinə ermənilərin aramsız hücumları rəsmi
hakimiyyət orqanlarının və hərbçilərin gözləri qarşısın-
da baş versə də bunların qarşısı alınmırdı. Xüsusilə də,
171
minlərlə azərbaycanlı qaçqınların Ermənistandan qaça-
raq muxtar respublikaya gəlmələri və bu zaman haki-
miyyət orqanlarının müşahidəçi mövqe tutmaları burada
vəziyyəti daha da gərginləşdirmişdi.
Azərbaycan rəhbərliyi muxtar respublikada vəziy-
yəti nəzarət altına almaq üçün yerli rəhbərlikdə dəyişik-
lik etdi. 1990-cı il yanvarın 3-də Vilayət Partiya Komi-
təsinin növbədənkənar plenumunda H.İsayev birinci ka-
tib vəzifəsindən azad edilmiş, onun yerinə Naxçıvan
MSSR Nazirlər Sovetinin sədri A.Cəlilov seçilmişdi.
Lakin yeni rəhbərlik ümummilli məsələlərdə xalqın tə-
rəfini tutduğundan mərkəzi partiya rəhbərliyi ilə onun
arasında soyuqluq yarandı.
Erməni yaraqlılarının təcavüzkar hərəkətlərinin
qarşısını almaq, muxtar respublika əhalisinin təhlükə-
sizliyini qorumaq üçün heç bir real addım atılmadığını
görən xalq özü təşkilatlanır, özünümüdafiə və könüllü
dəstələr yaradırdı. Naxçıvan Muxtar Respublikasının
Ermənistanla sərhəddə yerləşən bütün kəndlərində post-
lar qurulmuş, müdafiə işini düzgün təşkil etmək üçün ra-
yonlarda müdafiə komitələri və qərargahlar yaradıl-
mışdı.
Xeyli vaxt idi ki, erməni yaraqlıları Şərur rayonu-
nun Kərki kəndinə hücumlar edir, burada yaşayan azər-
baycanlıları öldürmək, yaxud buradan çıxarmaq üçün
cəhdlər edirdilər. 1990-cı il yanvarın 15-i və 17-də er-
məni daşnaklarının kəndə hücumu da dəf edildi. Lakin
bununla belə, təhlükəsizliklərini qorumaq adı altında or-
du nümayəndələrinin göstərişi ilə kəndi qoruyan könül-
lülər və milis işçiləri kənddən çıxarıldıqdan sonra daxili
xidmət qoşunları da Kərkini tərk etdilər. Yanvarın 18-
172
19-da kənd ermənilərin əlinə keçdi
1
. Kərkinin işğalından
sonra erməni yaraqlılarının Sədərəyə, Şərura, Gərmə-
çatağa, Buzqova, Şadaya, Günnütə, Cağazirə və b. yaşa-
yış məntəqələrinə hücumları artdı. Yerli əhalidən ölən
və yaralananlar olurdu. Bütün bunlar ittifaq və respub-
lika rəhbərliyinin gözü qarşısında baş verir, lakin onlar
heç bir əməli tədbirlər görmürdülər. Hakimiyyət
dairələrinin fəaliyyətsizliyi Muxtar Respublika əhalisini
və rəhbərliyini radikal addımlar atmağa sövq etdi.
Xalqın tələbi və təzyiqi ilə yanvarın 19-da çağırılmış
sessiya Naxçıvan MSSR-in SSRİ tərkibindən çıxması
haqqında məsələni müzakirə etdi. "Naxçıvan MSSR-də
yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan
MSSR Ali Sovetinin qərarı ilə muxtar respublikanın
ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşı-
sında qaldığından, Qars müqaviləsinin şərtləri kobud
şəkildə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tər-
kibindən çıxaraq özünü müstəqil respublika elan etdi
2
.
1990-cı il yanvarın 27-də Azərbaycan SSR Ali So-
vetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin
Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması haq-
qında qərarını ləğv etsə də,
3
həmin qərarın Naxçıvanın
taleyi üçün, onun beynəlxalq ictimaiyyətə çatdırılması
üçün böyük əhəmiyyəti oldu.
Hadisələrdən bir qədər sonra Naxçıvan MSSR Ali
Sovetinin həmin tarixli qərarını nəzərdə tutan Heydər
Əliyev qeyd edirdi: "Naxçıvanlıların bu cəsarətli addımı
o vaxt sovetlər ittifaqında yeganə bir addım idi... Bu
1
Qayıdış (1990-1993). Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı:
"Azərbaycan", 2008, s. 817.
2
"Şərq qapısı" qəzeti, 1990, 20 yanvar.
3
"Kommunist" qəzeti, 1990, 28 yanvar.
173
naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər
azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduqlarını
sübut etdi, nümayiş etdirdi".
1
Erməni daşnakları Naxçıvanı blokadaya almaq
üçün Bakı-Şərur sərnişin və yük qatarlarına basqınlar
edir, atəşə tutur, onun hərəkətinə hər vəclə mane olmağa
çalışırdılar. 1990-cı il martın 24-də isə Şərur-Bakı
sərnişin qatarı Mehri rayonundan keçərkən ermənilər
tərəfindən partladıldı. Aparılan danışıqlar nəticə vermir-
di. Sərnişin qatarlarının təhlükəsiz hərəkəti barədə söz
versələr də, ermənilər verdikləri sözə əməl etmirdilər.
1991-ci il aprelin 20-də Ordubad-Mehri zonasında Nax-
çıvan MR Ordubad rayonunun və Ermənistanın Mehri
və Sisyan rayonlarının yerli hakimiyyət və hüquq müha-
fizə orqanları rəhbərlərinin görüşü olmuşdu. Azərbay-
can dəmir yolunun Mehri sahəsində dəmiryol nəqliyya-
tının təhlükəsiz və fasiləsiz işləməsi məsələləri müzaki-
rə edildi.
2
Qatarların hərəkəti bərpa edilsə də, aprelin
28-dən etibarən yenidən dayandırıldı. Çünki həmin gün
erməni yaraqlıları Sədərək qəsəbəsini atəşə tutmuş, nəti-
cədə 13 nəfər yaralanmış, onlarla yaşayış evi və ictimai
bina dağıdılmışdı. Mayın 7-də Batabat yaylağındakı və
Culfa rayonunun Ərəfsə kəndi yaxınlığındakı milis post-
larına atəş açılmışdı. Mayın 13-də SSRİ Daxili İşlər Na-
zirliyinin nümayəndəsinin iştirakı ilə Naxçıvan MR Sə-
dərək rayonu və Ermənistanın Yexeqnadzor və Ararat
rayonları sovet və hüquq mühafizə orqanları nümayən-
dələrinin görüşü keçirilmiş, sərhədyanı rayonda vəziy-
yət müzakirə olunmuşdu.
1
Ömrün üç günü. Bakı: "Ergün", 1997, s. 33.
2
“Kommunist” qəzeti, 1991, 22 aprel.
174
Naxçıvan Muxtar Respublikasını yaranmış vəziy-
yətdən xilas etmək, ermənilərin silahlı basqınlarından
qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsə-
dilə Naxçıvan MR Ali Məclisinin 7 sentyabr 1991-ci il
tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət
Milli Müdafiə Komitəsi yaradıldı.
1
Bir həftə sonra Sədərək rayonundakı milis postu
yenə atəşə tutuldu. Erməni quldurları Ordubad rayonu
ərazisindən iki nəfər çobanı və min başa yaxın mal-
qaranı, Şahbuz rayonu Güney Qışlaq kəndi ərazisindən
250 baş xırdabuynuzlu heyvanı aparmışlar. Sentyabrın
11-də Azərbaycan dəmir yolu hərbiləşdirilmiş mühafizə
dəstəsinin üç atıcısı zorla Mehriyə aparılmış, onların
tabel silahı alınmış və döyülmüşlər. Naxçıvan MR Ali
Məclisinin sədri Heydər Əliyev Ermənistan Ali Sove-
tinin sədri L.Ter-Petrosyanla telefonla danışmış, Azər-
baycan dəmir yolunun Mehri stansiyasında sərnişin və
yük qatarlarına və həmsərhəd kəndlərə basqınların,
adamların tutulub girov saxlanılmasının, mal-qaranın
qaçırılmasının kökünü kəsmək üçün tədbirlər görülməsi-
ni tələb etmişdir.
2
Sentyabrın 20-də Ermənistanın Sisyan rayonu əra-
zisindən 60 nəfərlik quldur dəstə Batabatdakı Biçənək
adlanan yerdə yerləşən teleradio ötürücüsünü dağıtmış,
cihazları sıradan çıxarmışlar. Erməni yaraqlıları tərə-
findən zorla aparılmış 2 çobanın - Xəlil Xəlilovun, Əş-
rəf Cabbarovun - meyitləri sərhəd yaxınlığından tapıl-
mışdır. Oktyabrın 16-da Ordubad ilə Mehri rayonunun
1
Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s.479-480.
2
Qətiyyətin təntənəsi (sənədli xronika). Bakı: "Səhər", 1995, s. 190.
175
sərhəddində tərəflər girov tutulmuş adamları bir-birinə
qaytarmışlar.
Noyabrın 5-də Naxçıvan Bakı istiqamətində və əks
istiqamətdə sərnişin qatarlarının hərəkəti bərpa olun-
muşdur. Erməni tərəfi ilə danışıqlar zamanı tələb olun-
muşdur ki, dəmir yolunun Mehri sahəsində qatarların
hərəkətinin təhlükəsizliyi təmin edilsin. Ermənistan pre-
zidenti Heydər Əliyevi əmin etmişdir ki, erməni tərəfi
Mehri rayonunun ərazisində qatarların təhlükəsiz hərə-
kətini təmin edəcəkdir. Noyabrın 28-də yük qatarlarının
hərəkəti bərpa edildi. Sərnişin qatarlarının təhlükəsiz-
liyinə erməni tərəfi təminat vermədiyindən onların hərə-
kəti dayandı.
Dekabrın 8-də erməni yaraqlıları Ordubad dəmir
yolu stansiyası təmir briqadasının 12 işçisini girov gö-
türdülər. Heydər Əliyevin Ermənistan prezidenti ilə da-
nışığından sonra dekabrın 19-da 12 nəfər geri qaytarıldı.
Eyni zamanda, dekabrın 16-dan saxlanılan Bakı - Şərur
qatarı azad edildi.
Azərbaycan xalqı Naxçıvan MR-dəki hadisələri,
Heydər Əliyevin xalqı, ordunu səfərbər etməsini, düşü-
nülmüş diplomatik tədbirlər görməklə düşmənin güclü
hücumlarının qarşısını uğurla almasını böyük ümid və
həyəcanla izləyirdi. Erməni silahlı birləşmələri qısa
fasilədən sonra 1992-ci il mayın 5-də sərhədi keçərək,
Naxçıvan MR-in sərhədyanı yaşayış məntəqələrinə ye-
nidən basqın etdilər. Sədərək qəsəbəsi üzərinə hücumda
beş piyadaların döyüş maşınının, iki zirehli transport-
yorun və bir tankın köməyi ilə 700-ə yaxın silahlı er-
məni hərbi qulluqçusu iştirak etmişdir.
1
Sədərək qəsə-
1
Qətiyyətin təntənəsi (sənədli xronika). Bakı: "Səhər", 1995, s. 288.
176
bəsi, Havuş, Günnüt, Yuxarı Yaycı kəndləri yaxınlığın-
dakı döyüşlər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak
olmuşdu. Mayın 7-də səhər tezdən Sədərək qəsəbəsi və
Havuş kəndi müxtəlif toplardan atəşə tutulmuş, 20 nəfər
yaralanmışdı. Sədərəkdə böyük dağıntılar olmuşdu.
1
Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şərur
rayonunun mərkəzində mitinq keçirildi. Heydər Əliyev
hər iki mitinqdə çıxış etmiş, sabitliyi saxlamaq naminə
bütün qüvvələrin birləşməsini zəruri hesab etmişdi.
Azərbaycan ərazisindən buraya elektrik enerjisi və ya-
nacaq verilməsini təmin edən kommunikasiya xətləri
Ermənistanda bağlanılmışdı. Telefon və teleqraf rabitəsi
pozulmuş, dəmir yolunda hərəkət dayanmışdı. Naxçıvan
Muxtar Respublikası yenə işıqsız və qazsız qalmışdı.
Mayın 8-də «Milliyyət» qəzetində Naxçıvandakı
hərbi vəziyyətlə bağlı məlumatlar verilmişdi. Türkiyə-
nin Baş naziri S.Dəmirəl ABŞ prezidenti Corc Buş ilə
telefon danışığında bildirmişdi ki, Ermənistan Naxçıva-
na hücumları davam etdirsə, Türkiyə kənar müşahidəçi
kimi qala bilməyəcəkdir.
2
Sədərək rayonunda təhlükəsizliyi təmin etmək
məqsədilə orada hərbi vəziyyət elan edildi. 1992-ci il
may ayının əvvəllərində Naxçıvan MR-də, Azərbayca-
nın Ermənistanla sərhədlərində gərginlik yenidən artdı.
Düşmən Naxçıvan tərəfdən hücum olacağından ehtiyat-
lanaraq oradakı hərbi hissələrin başını qatmaq, həm də
Azərbaycanda yaranmış xaosdan bəhrələnərək yeni tor-
paqlar ələ keçirmək niyyətində idi. Mayın 18-də Muxtar
Respublikanın Sədərək, Günnüt, Havuş, Yuxarı Buzqov,
1
Yenə orada, s. 289.
2
"Milliyət" qəzeti, 1992, 8 may.
177
Şada, Biçənək və s. qəsəbə və kəndlərinə güclü hücum-
lar başlandı. Erməni faşistləri hətta zəhərli kimyəvi si-
lahdan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 40
gün davam etdi. Naxçıvanlıların hamısı Sədərəyin mü-
dafiəsinə qalxdı. Onlar qəhrəmanlıqla vuruşurdular. Qə-
səbənin yüz metrliyindəki Mil dağından 10 gün müd-
dətində 17 şəhidin cəsədini götürmək mümkün olmadı.
Heydər Əliyevin şəxsi nüfuzu bir günlük atəşkəs
yaratmağa kömək etdi, şəhidləri 1992- ci il mayın 28-də
döyüş zonasından götürüb dəfn etmək mümkün oldu.
1
Kəndlərə xeyli ziyan dəymiş, evlər və inzibati binalar
dağıdılmışdı. On minlərlə insan çadırlarda, meşələrdə
ağır şəraitdə yaşamağa məcbur olmuşdu.
2
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev
erməni təcavüzünün qarşısını almaqda diplomatik vasi-
tələrdən geniş istifadə etdi. Hələ martın 23-də onun Tür-
kiyəyə səfəri zamanı Baş nazir Süleyman Dəmirəl bütün
dünyaya bəyan etmişdi ki, Naxçıvan MR-in statusunda
bir dəyişiklik meydana gələrsə, mövcud müqaviləyə
əsasən Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də gecə
Türkiyə Nazirlər Kabineti toplanıb geniş bəyanat qəbul
etdi. Türkiyə rəhbərliyinin və Heydər Əliyevin birgə
səyləri sayəsində erməni təcavüzkarlarının niyyəti dün-
ya ictimaiyyətinə çatdırıldı. 57 dövlət bu təcavüzü pis-
lədi. NATO xüsusi bəyanat verdi.
3
Rusiya burada geri
çəkilməyə məcbur oldu. MDB Birləşmiş Silahlı Qüvvə-
lərinin Baş komandanı marşal Şapoşnikovun qeyd etdiyi
kimi, Türkiyənin Naxçıvana kömək etməsi Üçüncü dün-
1
"Şərq qapısı" qəzeti, 1992, 23 may.
2
"Oğuz yurdu" qəzeti, 2001, 15 sentyabr.
3
Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s. 333.
178
ya müharibəsinə gətirib çıxara bilərdi. Mayın 24-də Er-
mənistanın təklifi ilə danışıqlar başlandı və sabitlik
təmin edildi.
Yenicə hakimiyyətə gələn AXC-Müsavat iqtidarı
əvvəlki hakimiyyət kimi ölkəni idarəetmə qabiliyyətinə
malik deyildi. Onlar da Naxçıvana ögey münasibət bəs-
ləyir, xalq arasında gündən-günə nüfuzu artan Heydər
Əliyevə qarşı ciddi mübarizəyə başlamışdı.
1
1991-ci ilin
dekabr ayından Naxçıvan MR-ə qaz, 1992-ci ilin iyul
ayından elektrik enerjisi verilmirdi. 1992-ci ilin aprel
ayından buraya qatarların hərəkəti tam dayandırılmışdı.
2
Muxtar Respublika blokadaya düşmüşdü.
Bütün bu çətinliklərə baxmayaraq Naxçıvan əhalisi
muxtar respublikanın müdafiəsini möhkəmləndirmək
üçün öz köməyini göstərirdi. Muxtar Respublikanın bü-
tün yaşayış məntəqələrində könüllülərdən ibarət özünü-
müdafiə dəstələri yaradılmış və onlar sərhəd kəndlərin-
də yerləşdirilmişdi.
Heydər Əliyevin Naxçıvanda yaşaması, Naxçıvan
MR Ali Məclisinə rəhbərlik etməsi, bölgənin müdafiə-
sini təşkil etməsi, rəhbərliklə xalqın birliyini yaratması
Naxçıvanı gözlənilən təhlükələrdən, erməni təcavüzün-
dən xilas etdi. Onun ağıllı və uzaqgörən tədbirləri ermə-
ni daşnaklarının niyyətlərini ürəklərində qoydu, arzuları
puç oldu. Belə tədbirlərdən biri də Heydər Əliyevin
təklifi ilə yaradılan inkişaf və müdafiə fondu oldu. Belə
bir fond Ali Məclisin Rəyasət Heyətinin 25 may 1992-ci
il tarixli iclasının qərarı ilə yaradıldı.
3
1
"Şərq qapısı" qəzeti, 1992, 28 may.
2
Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s. 334-335.
3
Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: “Azərbaycan”, 1996, s. 533-
534.
179
Heydər Əliyev Muxtar Respublikada hərbi qurucu-
luq məsələlərinə xüsusi diqqət yetirirdi. Onun birbaşa
rəhbərliyi altında Naxçıvandakı 75-ci motoatıcı divizi-
yasının, 41-ci sərhəd qoşunları dəstələrinin komandan-
lıqları ilə aparılan danışıqlar nəticəsində həmin hərbi
hissələr dinc şəraitdə onlara aid olan silah-sursatı təhvil
verərək muxtar respublika ərazisindən yola salındı. Bun-
dan sonra Naxçıvan Muxtar Respublikasının müdafiə
imkanları artdı, Naxçıvanın müdafiəsi daha da möhkəm-
ləndirildi.
1992-ci il sentyabrın 29-da Naxçıvan Muxtar Res-
publikası ərazisində Azərbaycan milli ordusunun və
Azərbaycan Milli Sərhəd Qoşunlarının hissələri fəaliy-
yətə başladılar.
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məc-
lisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə keçən əsrin
90-cı illərin əvvəllərində Naxçıvanda müdafiə və hərbi
quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin
düşmən əlinə keçməsinin qarşısını aldı, ictimai-siyasi
vəziyyətin sabitləşməsinə, əmin-amanlığın möhkəmlən-
məsinə əsaslı təsir göstərdi.
|