Ermənistan haqqında



Yüklə 115,8 Kb.
Pdf görüntüsü
tarix15.05.2022
ölçüsü115,8 Kb.
#58022
ermenistan-haqqinda



 

www.turkalevi.com 



Ermənistan haqqında 

 

Ermənistanın  xarici  və  daxili  siyasəti  çoxdan  aydındır.  Xarici  siyasətdə  Ermənistanın  əsas 



taktikası  budur   ki,   Azərbaycana   qarşı   təcavüz   etmək,   təcavüzünü   davam   etdirmək  və 

Azərbaycandan  Qarabağı  qopartmaq.  Bu,  Dəmirçiyanın  vaxtında  başlamışdı,  bundan  sonra 

L.Ter-Petrosyanın  vaxtında  davam  edirdi.  L.Ter-Petrosyanı  bəzən  sülh  adamı  adlandırırlar. 

Amma  20%  Azərbaycan  torpağının  tutulması,  işğalı  onun  vaxtında  başlamışdı.  İndi  də 

Köçəryan  gəlib.  Yəni  bu  ümumi  strateji  kurs  hər  hansı  bir  adamın  dəyişməsi  ilə  dəyişmir. 

Sadəcə  olaraq,  orda  bircə  məsələ  vardır:  siyasəti  yönəldən  adamın  xarakterindən  də  bəzi 

məsələlər asılıdır. 

 

*** 



 

Köçəryan Dağlıq Qarabağda azərbaycanlıların, türklərin qırılmasında, qətlində iştirak edib. Bu, 

Azərbaycan  xalqına  nifrətlə  böyümüş  bir  adamdır.  Bu  adamların  əlləri  artıq  Qarabağda  qana 

batmışdır.  Əlbəttə,  onun  artıq  cəlladlığından  bəllidir  ki,  o  daha  hansı  siyasəti  yerinə  yetirə 

bilər. 

 

*** 



 

L.Ter-Petrosyanın   vaxtında   Ermənistan   müəyyən   qədər   hərb   müstəvisindən   çıxıb   sülh 

müstəvisinə  keçmək  istəyirdi  və  diplomatiyada  udmaq  istəyirdi.  Bu,  Rusiya  üçün  bir  o  qədər 

də  əlverişli  deyildi.  Rusiya  Levonu  Köçəryanın  əliylə  hakimiyyətdən  uzaqlaşdırdı  və  hərbi 

qüvvələrin,  hərbi-polis  qüvvələrinin  dəstəklədiyi  Köçəryanı  hakimiyyətə  gətirdi.  Köçəryan 

hərbi  qüvvələrin,  hərbi-psixoloji  qüvvələrin  köməyi  və  təzyiqi  ilə  hakimiyyətə  gəldi.  Bu  o 

deməkdir ki, Köçəryan onların girovuna çevriləcək və onların diktəsi ilə gedəcək. Bir müddət. 

Ancaq  bundan  sonra  Rusiyanın  Qafqazda  hərbin  baş  verməsində,  silah  satışının 

gücləndirilməsində marağı olan qüvvələrinin də dəstəyini alacaq. 

 

*** 



 

…Təkcə  R.Köçəryanı  və  kimisə  dəyişməklə  Qafqazda  heç  bir  prinsip  dəyişə  bilməz.  Çünki 

Qafqaz  artıq  dünya  dövlətlərinin,  beynəlxalq  təşkilatların,  BMT-nin,  ATƏT-in  maraq  dairəsinə 

çevrilib  və  onlar  çalışırlar  ki,  Qafqazda  sakitlik  olsun,  sabitlik  olsun,  daha  çox  iqtisadiyyat, 

mədəniyyət əlaqələri, müxtəlif mülki əlaqələr genişlənsin. Bu maraq Avropada üstünlük təşkil 

edir.  Buna  görə  də  R.Köçəryan  istədiyi  kimi  hərəkət  edə  bilməz.  Dünya  dövlətləri  bu 

məsələdə öz sözünü deyəcəkdir. 

 

*** 



 

Ter-Petrosyanla  danışıqların  artıq  müəyyən  mərhələsi  həll  olunmuşdu.  Otururdular, 

danışırdılar. O,  müəyyən  qədər  güzəştli  danışırdı.  Ermənistan  qarşısında  çıxış  edib  deyirdi  ki, 

biz bu gün sülhə getməsək 2 il sonra tamam ağır şərtlərlə sülh bağlayacağıq. Erməni xalqını 

inandırırdı  və  düz  də  deyirdi.  Buna  görə  də  bu  xətt  indikinə nisbətən  Azərbaycan  xalqına  və 

Qafqazda sabitliyə xeyirli idi. 

 

*** 



 

www.turkalevi.com 

…Ter-Petrosyan  artıq  hərb  müstəvisindən  çıxıb,  danışıqları  sülh  müstəvisində  aparırdı.  Və 

danışıqlara  artıq  Amerika,  Fransa  və  Rusiyanın  müəyyən  qədər  təsiri  vardı.  O  çalışırdı  ki,  bu 

müharibəni  birtəhər  qurtarsın  və  sonra  Ermənistanın  qapılarını  Türkiyəyə,  İrana,  Avropaya 

daha  geniş  açsın,  Ermənistanı  iqtisadi  tənəzzüldən  və  ictimai  dağıntıdan  qurtarsın.  Çünki 

Petrosyan da uşaq deyil - o  bilirdi  ki, hər  il Ermənistandan 130 min erməni  çıxıb gedir. Başa 

düşürdü ki, əgər belə gedərsə 10 ildən sonra Ermənistanda sadəcə olaraq 1,5 milyon erməni 

qalacaqdır.  Bu,  xalqın  bütünlüklə  dağılmasıdır.  Buna  görə  də  onlar  özləri  də  həyəcanlıdırlar. 

İstəyirlər   ki,   məsələni   nə   isə   bir   yerdə   düyünləsinlər.  Amma  R.Köçəryan  isə   hələ   ki, 

Qarabağdan  gəlib  və  oranın  havası  ilə  gəlib.  Qarabağda  həmişə  deyib  ki,  qan  tökməliyik, 

Azərbaycanı diz çökdürməliyik, əzməliyik. O, hələ o havadan uzun müddət çıxmayacaq… 

 

*** 



 

Ter-Petrosyan da… bilsin ki, erməni xalqının başına faciə açıbdır.  Rusiyanın təhriki ilə erməni 

xalqını müharibəyə çəkməklə onu elə bir bəlaya salıblar ki, bunun acısını 10-15 il sonra daha 

aydın hiss edəcəklər. Tarix özü o qiyməti verəcək. 

 

*** 


 

Dəmirçiyan   Azərbaycana   qarşı,   Ermənistan   ərazisində   yaşayan   türklərə   qarşı   millətçiliyi 

başlayan,  onların  oradan  çıxarılmasını  təşkil  edənlərdən  biridir.  Bu  adam  prezident  seçkisi 

qabağı  belə  bir  bəyanat  verdi  ki,  mən  heç  bir  güzəştə  getməyəcəyəm.  Əksinə,  Azərbaycana 

təzyiq   göstərib   Qarabağ   probleminin   həll   olunmasında   Qarabağ   ermənilərinin   istədiyini 

yüksük   səviyyədə   təmin   edəcəyəm.   Sadəcə   olaraq,   burada   zaman   qeyb   olunacaq. 

Dəmirçiyanın Köçəryandan heç bir fərqi olmayacaqdır. 

 

*** 



 

Erməni dövlət qura bilməz. Erməni tarixən dövlət qurmayıb və dövlətçi millət deyil. Erməniyə 



dövləti rus qurub, həmişə deyib "burda otur - burda dur, burda otur - burda dur"… 

Yüklə 115,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin