«erqonomika və İŞ TƏHLÜKƏSİZLİYİ» fənni üzrə proqram


MÖVZU 4. AZƏRBAYCAN RESPUBLİKASINDA TEXNİKİ



Yüklə 48 Kb.
səhifə5/17
tarix02.01.2022
ölçüsü48 Kb.
#40007
1   2   3   4   5   6   7   8   9   ...   17
YourFileName

MÖVZU 4.

AZƏRBAYCAN RESPUBLİKASINDA TEXNİKİ

TƏHLÜKƏSİZLİYİN HÜQUQİ ƏSASLARI.
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublika-sının qanunu. Təhlükə potensiallı obyektlərin təsnifatı. Texniki təhlükəsizliyin hüquqi əsası. Texniki təhlükəsizlik haqqında qanunvericilik. Texniki təhlükəsizlik sahəsində dövlət tənzim-lənməsi. Təhlükə potensiallı obyektlər xüsusiyyətləri. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istis-mara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri.
Təhlükəsizlik texnikasının əsasları. Sənaye müəssisələ-rində elektrik təhlükəsizliyi. Elektrik zədələnmə təhlükəsinə görə binaların təsnifatı. Yüksək və xüsusilə təhlükəli binaların daxilində nəmlik normaları. Elektrikdən zədələnmələrin sə-bəbləri və mühafizə tədbirləri. Təşkilati səbəblərə işçilərə elektrik qurğuları ilə davranma qaydalarının öyrədilməsi.
Kimya, neft və qaz sənayesində təhlükəsizlik tələbləri. Sənaye sahələrində istehsalatda partlayış təhlükəsinin poten-sialı. Sənaye sahələrində baş vermiş iri qəzaların analizi. Neft-qaz, neft emalı sənayesində yanar məhsulların emissiyaları ilə
7

bağlı sistemlərdə partlayışların xəbərdarlığı. Tipik texnoloji proseslərin xarakterik təhlükələrinin öyrənilməsi. Baş vermış qəzalar barədə informasiyaların analitik təhlili.


Təzyiq altında işləyən qabların, aparatların istismarında təhlükəsizlik tədbirləri. Sənaye müəssisələrində təzyiq altında işləyən qabların və aparatların təsnifatı. Buxar qazlarında part-layış baş verməsinin əsas səbəbləri. Balonun slindrik hissəsinin divarının qalınlığınin təyini. Qaz balonlarının işlədilməsində təhlükəsizlik tədbirləri. Balonların istismardan çıxarılması qay-dası.
Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri və ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sistem-ləri. Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələblərinin təsnifatı. Elektrik mühərrikləri və idarə etmə aparatlarına olan tələblər. Elektrik qurğularının istismarına qadağa olunma qay-daları. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sis-teminin yaradılmasının əsas məqsədi. Daşınan elektrik işıqlan-dırıcıları.

Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin