“EŞ-in güc transformatorlarında gərginliyin tənzimlənməsi
qurğuları və onların istismarı və təmiri” kursunun əmək mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarının
TESTLƏRİ
-
ƏM-i normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə bilavasitə Kim cavabdehdir?
-
Sex və ya şəbəkə rayonunun rəisi
-
Baş mühəndis
-
Müəssisənin direktoru
-
«Azərenerji» ASC-nin rəhbərliyi
-
ƏM-şöbəsinin rəisi
-
ƏM kabinetini yaratmaqda məqsəd nədir?
-
İşçilərə təhlükəsiz əmək üsullarını öyrətmək
-
Tematik kurslar, seminarlar keçirmək
-
İşçilərə istismar təlimatlarını öyrətmək
-
1,2 – də göstərilənlər
-
1,3 – göstərilənlər
-
Peşə xəstəliklərinin o biri xəstəliklərdən fərqi nədir?
-
Peşə xəstəlikləri məxsusi əmək şəraitində baş verir
-
Peşə xəstəlikləri zərərli amillərin tədricən təsiri nəticəsində baş verir
-
Peşə xəstəlikləri xəsarətlər nəticəsində baş verir
-
1,2 – də göstərilənlər
-
2,3 – də göstərilənlər
-
Hansı xəsarət növləri var?
-
mexaniki
-
termiki
-
kimyəvi
-
elektriki
-
1,2,3,4 – də göstərilənlər
-
Fərdi mühafizə vasitələri hansılardır?
-
Xüsusi geyimlər, ayaqqabılar
-
Qoruyucu kəmərlər, montyor caynaqları
-
Dəbilqələr, şlemlər
-
Əleyhiqazlar, respiratorlar
-
1,2,3,4 – də göstərilənlər
-
Əsas mühafizə vasitələri hansılardır?
-
Onlar elektrik qurğusunun işçi gərginliyinə hesablanırlar
-
Onlarla gərginlik altında olan, cərəyan daşıyan hissələrə toxunmaq olar
-
Onlar işçi gərginliyə uzun müddət davam gətirirlər
-
1,2,3 – də göstərilənlər
-
1,2 – də göstərilənlər
-
Köməkçi mühafizə vasitələri hansılardır?
-
Onlar sınaqdan keçmirlər
-
Onlar əsas mühafizə vasitələrini tamamlayırlar
-
Onlarla gərginlik altında olan hissələrə qısa müddətə toxunmaq olar
-
Əsas mühafizə vasitələrindən istifadə edərkən onlarsız keçinmək olar
-
1000 V-a qədər gərginlikdə cərəyan daşıyan hissələrə toxunmaq olar
-
1000 V-dan yuxarı gərginlikdə əsas mühafizə vasitələri hansılardır?
-
Gərginlik göstəriciləri
-
Ştanqlar
-
Ölçü kəlbətinləri
-
Dielektrik əlcəklər
-
1,2,3 – də göstərilənlər
-
1000 V-dan yuxarı gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır?
-
Dielektrik əlcəklər
-
Montyor alətləri
-
Əriyən qoruyucuları qoyub-çıxaran maşalar
-
Gərginlik göstəriciləri
-
Ştanqlar
-
1000 V-a qədər gərginlikdə əsas mühafizə vasitələri hansılardır?
-
Gərginlik göstəriciləri
-
Montyor alətləri
-
Dielektrik əlcəklər
-
Ölçü kəlbətinləri
-
1,2,3,4 – də göstərilənlər
-
1000 V-dan yuxarı elektrik qurğularında səyyar torpaqlamalara olan tələblər hansılardır?
-
Minimal en kəsiyi 25mm2 olmalıdır
-
Elastik mis məftillərdən hazırlanmalıdır
-
Üstündə nömrəsini və en kəsiyini göstərən birkalar asılmalıdır
-
2,3-də göstərilənlər
-
1,3-də göstərilənlər
-
1000 V-a qədər gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır ?
-
Rezin əlcəklər
-
Mühafizə eynəkləri
-
Dielektrik ayaqaltıları
-
2,3-də göstərilənlər
-
1, 3-də göstərilənlər.
-
Dielektrik botular necə sınaqdan keçməlidirlər?
-
3 ildə 1 dəfə 15 kV gərginliyə
-
2 ildə 1 dəfə 9 kV gərginliyə
-
3 ildə 1 dəfə 9 kV gərginliyə
-
2 ildə 1 dəfə 15 kV gərginliyə
-
5 ildə 1 dəfə 9 kV gərginliyə
-
Rezin qaloşlar necə sınaqdan keçməlidirlər?
-
İldə 1 dəfə, 3,5 kV gərginliyə
-
İldə 1 dəfə, 2,5 kV gərginliyə
-
2 ildə 1 dəfə 3,5 kV gərginliyə
-
2 ildə 1 dəfə 2,5 kV gərginliyə
-
3 ildə 1 dəfə 3,5 kV gərginliyə.
-
Aşağıdakılardan hansılar «xüsusi işlərə» aiddir?
-
5 metrdən yüksəklikdə görülən işlər
-
Yüksək gərginliklə sınaq işləri
-
Təzyiq altındakı avadanlığa xidmət işləri
-
Gərginlik altında görülən işlər
-
1,2,3,4-də göstərilənlər
-
Xüsusi işlərə «buraxma» icazəsi hansı sənədlərdə qeyd olunur?
-
Biliklərin yoxlanması jurnalında, komissiyanın rəyində
-
Biliyi yoxlananın vəsiqəsində
-
Müəssisə üzrə verilən əmrdə
-
1,2-də göstərilənlər
-
1,3-də göstərilənlər
-
Gərginlik altında olan avadanlıqlara buraxıla bilən məsafə nə qədərdir?
-
6-10 -35 kV-1 metr; 110 kV- 1 metr
-
6-10 -35 kV-0,6 metr; 110 kV- 1 metr
-
6-10 kV-0,6 metr; 35 kV-1 metr 110 kV- 2,5 metr
-
6-10 kV -0,6 metr; 35-110 kV- 1 metr
-
6 kV -0,6 metr; 10-35 kV- 1 metr; 110 kV- 1,5 metr.
-
“Addım gərginliyi”ndən işçini hansı mühafizə vasitələri qoruyur?
-
Dielektrik ayaqaltılar
-
Rezin qaloşlar
-
Dielektrik botular
-
Rezin ayaqaltılar
-
Xüsusi ayaqqabılar
-
İşə buraxan kimlər ola bilər?
-
Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər III qr;
-
Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər IV qr;
-
Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;
-
Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər IV qr;
-
Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;
-
Rəhbərliyin yazılı göstərişi ilə işçilərə hansı hüquqlar verilir?
-
Avadanlığa təkbaşına baxış keçirmək
-
İş yerini hazırlamağa və işəburaxmağa icazə vermək
-
Nəzarətçi olmaq
-
1,2-də göstərilənlər
-
1,2,3-də göstərilənlər
-
Briqada üzvlərinin qrupu neçə olmalıdır?
-
II qrup
-
Gərginlik altında işləyərkən III qrup
-
Potensial altında işləyərkən IV qrup
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Briqadanın tərkibində I qrup neçə nəfər ola bilər?
-
Hər bir I qrupa, bir nəfər III qr. olmalıdır
-
I qrup işçilərin sayı 3 nəfəri keçməməlidir
-
5 nəfəri keçməməlidir
-
1,2-də göstərilənlər
-
2,3-də göstərilənlər
-
Briqada üzvlərini kim təlimatlandırmalıdır?
-
İşə buraxan
-
İş icraçısı
-
İş rəhbəri əlavə edə bilər
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Naryadın “xüsusi göstərişləri"””ndə nələr qeyd edilir ?
-
Əlavə təhlükəsizlik tədbirlərinin görülməsi
-
İş rəhbəri tərəfindən fasiləsiz nəzarətin olması
-
Torpaqlamaların müvəqqəti çıxarılması
-
İş rəhbərinə və ya iş icraçısına işə buraxan hüququnun verilməsi
-
1,2,3,4-də göstərilənlər
-
Hansı hallarda iş rəhbəri mütləq təyin olunmalıdır ?
-
Dayaqlar quraşdırılarkən və sökülərkən
-
Yükqaldırma maşınları və mexanizmlərdən istifadə edilərkən
-
HX-nin kəsişmə yerlərində iş görülərkən
-
Gərginlik və potensial altında iş görülərkən
-
1,2,3,4-də göstərilənlər
-
Gərginliyin olmamasını kim yoxlaya bilər?
-
Y/st-da: 1000 V-dan yuxarı qurğularda IV qr, 1000 V-dan aşağı III qr.
-
HX-də 1000 V-dan yuxarı qurğularda IV və III qr, 1000 V-dan aşağı III qr.
-
Y/st-da 1000 V-dan yuxarı qurğularda IV və III qr, 1000 V-dan aşağı III qr
-
HX-də 1000 V-dan yuxarı qurğularda IVqr. 1000 V-dan aşağı III qr
-
1,2-də göstərilənlər
-
Səyyar metal nərdivanlardan istifadə edərkən hansı təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir?
-
Metal nərdivanlardan 220 kV və aşağı APQ-də istifadə etmək qadağandır
-
330 kV və yuxarı gərginlikdə onlar horizontal vəziyyətdə daşınmalıdırlar
-
Nərdivandan potensialı yerə ötürmək üçün ona yerlə sürünən metal zəncir bərkidilməlidir
-
1,2,3-də göstərilənlər
-
2,3-də göstərilənlər
-
Ezamiyyə edilən heyətin mütəxəsislərinə əsasən hansı hüquqlar verilir?
-
İş rəhbəri
-
İş icraçısı
-
Briqada üzvləri
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Hansı hallarda naryad yenidən yazılmalıdır?
-
İşin rəhbəri dəyişərsə
-
İş icraçısı dəyişərsə
-
Briqadanın tərkibi 50%-dən çox dəyişərsə
-
İşin yerinə yetirilmə şəraiti dəyişərsə və ya iş yeri genişləndirilərsə
-
1,2,3,4-də göstərilənlər
-
İnsan həyatı üçün qorxulu gərginlik neçə voltdur?
-
Quru yerlərdə 42 volt, nəmli yerlərdə 36 volt
-
Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt
-
Quru yerlərdə 42 volt , nəmli yerlərdə 12 volt
-
Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt
-
İş şəraitindən asılı olmayaraq 12 voltdan yuxarı
-
Energetika obyektlərində işə başlayan işçilərə olan tələblər hansılardır?
1) Tibbi müayinədən keçməlidirlər
2) Vəzifəsinə müvafiq TTQ-ni bilməlidirlər və qrupları olmalıdır.
3) Onlara vəsiqə verilməli və həmişə vəsiqəni özlərində saxlamalıdırlar.
4) 1,2,3-də göstərilənlər
5) 1,2-də göstərilənlər
-
Enerji obyektlərində heyətlə aparılan işlərə kim cavabdehdir?
-
Direktor
-
Baş mühəndis
-
ƏM və TTQ üzrə mühəndis
-
ƏM şöbəsinin rəisi
-
Heç kim
-
İşində 6 aydan çox fasilə olan işçinin yenidən işə buraxılma qaydası necədir?
-
Biliyi yenidən yoxlanmalıdır
-
İş yerində əvəzetmə kimi işləməlidir
-
Müvafiq təlimatlar keçməlidir
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Elektrik qurğularına xidmət edən heyətin qrupu neçə olmalıdır?
-
1000 V-dan yuxarı qurğularda –V qr; 1000 V-a qədər qurğularda IV
-
1000 V-dan yuxarı qurğularda –IV qr; 1000 V-a qədər qurğularda III
-
1000 V-dan yuxarı qurğularda –V qr; 1000 V-a qədər qurğularda III
-
1000 V-dan yuxarı qurğularda –V və III qr; 1000 V-a qədər qurğularda III
-
1000 V-dan yuxarı qurğularda –IV və III qr; 1000 V-a qədər qurğularda IV
-
1000 V-dan yuxarı elektrik qurğularına kimlər baxış keçirə bilər?
-
Mühəndis-texniki işçilər – V qr; operativ heyət – III qr.
-
Mühəndis-texniki işçilər – IV qr; operativ heyət – III qr.
-
Mühəndis-texniki işçilər – V qr; operativ heyət – IVqr.
-
İş icraçıları
-
Ustalar
-
Elektrik sahəsinin gərginliyi 25 kV/m-sə, orada neçə dəqiqə dayanmaq olar?
-
5 dəqiqə
-
Olmaz
-
10 dəqiqə
-
3 dəqiqə
-
15 dəqiqə
-
Elektrik sahəsinin gərginliyinin son həddi nə qədərdir?
-
25 kV/m
-
20 kV/m
-
15 kV/m
-
30 kV/m
-
10 kV/m
-
Elektrik sahəsinin gərginliyi 5 kV/m-isə, orada neçə dəqiqə dayanmaq olar?
-
10 dəqiqə
-
8 dəqiqə
-
1 dəqiqə
-
1 saat
-
30 dəqiqə
-
Sınaq sxemlərində istifadə olunan mis məftilin minimal en kəsiyi nə qədər olmalıdır?
1) 4 mm 2
2) 10 mm2
3) 6 mm2
4) 8 mm2
5) 12 mm 2
-
Sınaq qurğusunun gövdəsində yerləşdirilən elastik mis məftilin minimal en kəsiyi
nə qədər olmalıdır?
-
16 mm2
-
8 mm2
-
10 mm2
-
12 mm2
-
16 mm2
-
Elektrik qaynaqçısının qrupu neçə olmalıdır?
-
Baş mühəndis təyin edir
-
IV qrup
-
III qrup
-
II qrup
-
Tələb olunmur
-
Hansı hallarda dielektrik əlcəklərdən istifadə etmək qadağandır?
-
Əgər sınaqdan keçməyibsə
-
Sınaqdan keçmək barədə üstündə ştamp yoxdursa
-
Əgər əlcəkdə deşik varsa, cırılıbsa
-
1,2,3-də göstərilənlər
-
1,2 -də göstərilənlər
-
1000 V-a qədər elektrik qurğularında səyyar torpaqlamalara olan tələblər hansılardır?
-
Minimal en kəsiyi 16 mm2 olmalıdır
-
Elastik mis məftillərdən hazırlanmalıdır
-
Üzərində onun nömrəsini və en kəsiyini göstərən birkalar asılmalıdır
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?
-
Olmaz
-
Baş mühəndisin icazəsi ilə, olar
-
İş rəhbərinin icazəsi ilə, olar
-
Qəza hallarında, olar
-
Xarici görkəmi normal isə olar
-
Dielektrik botular nə üçündür?
-
1000 V-dan aşağı elektrik qurğularında əsas mühafizə vasitəsi kimi işlədilir
-
1000 V-dan yuxarı elektrik qurğularında əsas mühafizə vasitəsi kimi işlədilir
-
«Addım gərginliyi»ndən mühafizə edir
-
1,2-də göstərilənlər
-
1,3-də göstərilənlər
-
İşin təhlükəsiz aparılması üçün hansı şəxslər məsuliyyət daşıyır?
-
Sex rəisi
-
Operativ personal
-
Usta
-
Naryad üzrə məsul şəxslər
-
TT üzrə mühəndis.
-
Əməyin mühafizəsi və TTQ üzrə təlimatlar hansılardır?
-
Giriş, ilkin (iş yerində), təkrar, növbədən kənar, cari
-
Giriş, ilkin, təkrar, növbəli, cari
-
Giriş, ilkin, təkrar, növbədən kənar, əlavə
-
Gündəlik, ilkin, təkrar, növbədən kənar, əlavə
-
Giriş, ilkin, gündəlik, növbəli, cari
-
Giriş təlimatı kim tərəfindən aparılır?
-
Kadrlar şöbəsinin rəisi tərəfindən
-
Əməyin mühafizəsi və TT-üzrə mühəndis tərəfindən
-
Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən
-
Naryad və sərəncam vermək hüququ olan şəxs tərəfindən
-
Baş mühəndis tərəfindən təyin edilmiş şəxs tərəfindən
-
İlkin, təkrar və növbədənkənar təlimatları kimlər aparır?
-
Kadrlar şöbəsinin rəisi
-
Həmkarlar İttifaqı Komitəsinin sədri
-
Baş mühəndis tərəfindən təyin edilmiş şəxs
-
İnzibati-texniki rəhbər işçi (sex rəisi, sahə rəisi, laboratoriya rəhbəri, onların müavinləri)
-
Əməyin mühafizəsi və TT mühəndisi
-
Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas mühafizə vasitələrinə aiddir?
-
Dielektrik əlcək, dielektrik botu, dielektrik kəlbətin, ştanqa
-
Dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin, ştanqa
-
Dielektrik əlcək, dielektrik kəlbətin, montyor alətləri
-
Dielektrik əlcək, dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin
-
Dielektrik botu, dielektrik xalça, dielektrik kəlbətin
-
Dielektrik əlcəklər neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?
-
İldə bir dəfə, 6 kV gərginlikdə
-
6 ayda bir dəfə, 9 kV gərginlikdə
-
İldə bir dəfə, 9 kV gərginlikdə
-
6 ayda bir dəfə, 6 kV gərginlikdə
-
6 ayda bir dəfə, 2,5 kV gərginlikdə
-
Dielektrik botular neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?
-
3 ildə bir dəfə 9 kV gərginlikdə
-
2 ildə bir dəfə 12 kV gərginlikdə
-
3 ildə bir dəfə 15 kV gərginlikdə
-
3 ildə bir dəfə 12 kV gərginlikdə
-
2 ildə bir dəfə 9 kV gərginlikdə
-
Montyor alətləri neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?
-
6 ayda bir dəfə, 3 kV gərginlikdə
-
İldə bir dəfə, 2,0 kV gərginlikdə
-
6 ayda bir dəfə, 6 kV gərginlikdə
-
İldə bir dəfə, 3 kV gərginlikdə
-
2 ildə bir dəfə, 2,5 kV gərginlikdə
-
Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000 V-a qədər qurğularda əsas, 1000V-dan artıq qurğularda isə köməkçi mühafizə vasitələri sayılır?
-
Dielektrik xalça
-
Ştanqa
-
Dielektrik botu
-
Dielektrik əlcək
-
Dielektrik kəlbətin
-
Zərər çəkmiş adama süni nəfəsvermə zamanı dəqiqədə neçə dəfə üfürmək lazımdır?
-
10 dəfə
-
12 dəfə
-
15 dəfə
-
17 dəfə
-
20 dəfə
-
Ürəyin xaricdən masaj edilməsi zamanı döş qəfəsini dəqiqədə neçə dəfə sıxmaq lazımdır?
-
50-55 dəfə
-
60-70 dəfə
-
75-80 dəfə
-
85-90 dəfə
-
95-100 dəfə
-
Zərər çəkən şəxsə iki nəfər tərəfindən kömək göstərilərsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti neçə olmalıdır?
-
1:3
-
1:4
-
1:5
-
1:7
-
1:10
-
İşçinin əlindən, qolundan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?
-
Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı
-
Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı
-
Dirsəkdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı
-
Qoltuq hissədə damarı barmaqlar sıxıb, həkimə çatdırılmalı
-
Təcili həkimə çatdırılmalı
-
İşçinin ayağında pəncədən yuxarı topuqdan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?
-
Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı
-
Dizdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı
-
Yaraya möhkəm sarğı bağlayıb, həkimə çatdırılmalı
-
Təcili həkimə çatdırılmalı
-
Bud hissədə damarı barmaqla sıxıb, həkimə çatdırılmalı
-
Aşağıda adı çəkilən hansı xüsusi işlərə aid deyil?
-
Tam yüksəklikdə (kəllə-carxı) işlər
-
Gərginlik altında işlər
-
Təziq altında işləyən qablara xidmət
-
Rele mühafizəsi avadanlığının sazlanması
-
Yüksək gərgirlik ilə avadanlığın sınaqdan keçirilməsi
-
Bir iş rəhbərinə neçə naryad yazıla bilər?
-
– 1
-
– 2
-
– 3
-
Baş mühəndis təyin edir
-
Naryad verən şəxs tərəfindən təyin olunur
-
Naryad neçə günlük verilə bilər?
-
10
-
15
-
20
-
1 ay
-
Təmir müddətinə
-
Naryad neçə dəfə və neçə günlük uzadıla bilər?
-
1 dəfə – 1 aylıq
-
2 dəfə – 15 günlük
-
1 dəfə – 20 günlük
-
1 dəfə – 15 günlük
-
Neçə dəfə lazımdırsa, ümumi müddəti 3 aydan çox olmayaraq
-
İş yerini genişləndirmək olarmı?
-
Naryad verən şəxsdən icazə almalı
-
Baş mühəndisdən icazə almalı
-
Olmaz, yeni naryad yazmalı
-
İş rəhbərindən icazə almalı
-
Operativ heyətdən icazə almalı
-
Biliyin yoxlanılması komissiyasının tərkibi necə olmalıdır?
-
3 nəfər, onlardan biri orta təhsilli
-
3 nəfər, onlardan biri qeyri ixtisas sahibi
-
3 nəfərdən az olmayaraq
-
4 nəfərə kimi
-
Komissiyanın sədri və 1 üzvü
-
Sərbəst işə hansı hallarda buraxılır?
-
Biliyi yoxlanılır, əvəzetmə keçir və ixtisas vəsiqəsinə qeyd edildikdən sonra əmrləşdirilir və sərbəst işə buraxılır
-
Uzun müddət digər obyektlərdə işləməsi əsas tutularaq sərbəst işə buraxılır
-
Ali təhsilli olduqda sərbəst işə buraxılır
-
İxtisası yoxlanılır, müvafiq jurnalda əmrləşdirilir, sərbəst işə buraxılır
-
Həmkarların yığıncağı keçirilir, səs çoxluğu ilə sərbəst işə buraxılır
-
Əks-qəza məşqlərindən «qeyri-kafi» qiymət alanlara qarşı hansı cəza tədbirləri görülür?
-
Aşağı vəzifəyə keçirilir
-
Vəzifədən çıxarılır
-
Onlarla fərdi məşqlər keçirilir
-
Onların bilikləri növbədənkənar yoxlanır
-
Onlarla növbədənkənar təlimat keçirilir
-
Naşatır spirtinin təyinatı və qəbuletmə üsulları necədir?
-
Huşunu itirdikdə 2-3 damcı ilə pambığı yaş etməklə burnuna iylətmək
-
Gözləri 2%-li məhlulla yumaq
-
Qanaxmanın qarşısını almaq üçün yara üzərinə 2-3 damcı isladılmış tənzifi bağlamaq
-
Yoluxmanın qarşısını almaq üçün yaranın yuyulması məhlulunun hazırlanmasında istifadə etmək
-
Donmuş (şaxta vuran) yerlərə sürtmək
-
İçməli soda məhlulundan necə istifadə edilir?
-
Əsəb sistemini sakitləşdirmək üçün bir xörək qaşığı içmək
-
Elektrik qövsü yanığı zamanı gözləri yumaq
-
Kiçik, açıq yarada yoluxmanın qarşısını almaq
-
Turşu yanığı zamanı ağız və gözü yumaq
-
Qələvi yanığı zamanı ağız və gözü yumaq
-
Zərərçəkənin azad olması üçün gərginliyin çıxarılması necə həyata keçirilir?
-
Gecikmədən, istənilən kommutasiya aparatı ilə
-
Rəhbər əməliyyat heyətinin icazəsi ilə
-
İş rəhbərinin icazəsi (göstərişi) ilə
-
Əməliyyat heyətin icazəsi (göstərişi) ilə
-
Gecikmədən, yük cərəyanlarını ayıran açarı açmaqla
-
Bor turşusundan məhlulundan harada və necə istifadə edilir?
-
Dəridə I dərəcəli yanğının üstünə çəkilməsi üçün
-
Dəridə donmuş yerlərə çəkilməsi üçün
-
Elektrik qövsü zamanı gözün yuyulması üçün
-
Turşu yanığı zamanı ağızın içinin və gözün yuyulması üçün
-
Ürəkkeçmə vaxtı 2-3 damcı nəmlədilmiş pambıqla iyləmək üçün
-
Qısa müddətli, fasilələrlə özünə gəlmə tədbirlərini (süni nəfəs vermə, ürəyin masajı), dayandırmaq olarmı?
-
Olar, hər 15 dəqiqədən bir fasilə 3 dəqiqədən çox olmamaq şərtilə
-
Olar, kömək edənlər növbəli işlədikdə, fasilə 2 dəqiqədən çox olmamaq şərtilə
-
Olar, hər 30 dəqiqədən bir fasilə 1 dəqiqə olduqda
-
V qrupdan az olmayan administrativ-texniki rəhbərin göstərişi olduqda
-
Olmaz
-
Nə vaxt elektrik cərəyanından zərərçəkənə ilk yardımı dayandırırlar?
-
Əgər nəfəs və ürək döyünmə yoxdursa, ilk yardımdan 2 saat sonra bərpa olmursa, onda dayandırırlar
-
Əgər nəfəs, ürək döyünməsi və nəbzin döyünmə ritmliyi yoxdursa, və V ixtisas qrupunda olan 2 nəfər bunu təsdiq edirsə, onda dayandırılır
-
Müəssisənin rəhbərliyinin rəyi ilə dayandırılır
-
Həkimin rəyi ilə dayandırılır
-
Dayandırılmır
-
Elektrik cərəyanı vuran şəxs üçün bütün hallarda həkimi çağırmaq lazımdırmı?
-
Lazımdır, əgər zərərçəkən 15 dəqiqə ərzində özünə gəlməzsə
-
Həmişə lazımdır
-
Tələb olunmur, o halda ki, zərərçəkən bihuş olmayıb
-
Lazımdır, əgər göstərilən ilk yardımın nəticəsi yoxdursa
-
İxtisas qrupu V olan rəhbər-texniki işçinin qərarına görə.
-
Validolun təyinatı və qəbulu üsulları necədir?
-
Baş ağrısı zamanı bir həb atmaq
-
Mədədə ağrı və qıcqırma zamanı dilin altında bir ədəd həbi tam əriyənədək saxlamaq
-
Şəxsi yeməklərdən zəhərlənmə zamanı dilin altında bir ədəd tam əriyənədək saxlamaq
-
Güclü başgicəllənmə zamanı bir-iki həb qəbul etmək
-
Ürək nahiyəsindəki güclü ağrılar zamanı dilin altında bir həbi tam əriyənədək
saxlamaq
-
Briqadaya işə buraxıldıqdan sonra ona kim nəzarət edir?
-
İş icraçısı
-
İş rəhbəri
-
Əməliyyatçı heyət
-
Nəzarət edilmir
-
İşə buraxan
-
III dərəcəli yanığın üzərinə ilk yardım zamanı nə çəkilir (və ya sürtülür)?
-
Vazelin
-
Bor mazı
-
Bitki yağları
-
Duzsuz heyvan piyi
-
Steril bint qoyulur
-
Valerian damcıları nə üçündür və necə qəbul edilir?
-
Özündən getmə vaxtı 2-3 damcı ilə isladılmış pambığı iyləmək
-
Donmuş yerə tökmək üçün
-
Ürək nahiyəsindəki xoşagəlməyən hiss zamanı və əsəb sistemini sakitləşdirmək üçün 20-25 damcı suya töküb içmək
-
Baş ağrıları olduqda
-
Qələvi yanığını neytrallaşdırmaq üçün
-
Qanaxmanı saxlamaq üçün hansı maksimal vaxta burqac (jqut) bağlanılır?
-
Həkimin gəldiyi vaxta kimi
-
Qanaxmanın dayandığı vaxta kimi
-
3-4 saat ərzində
-
1,5 saat ərzində
-
0,5-1 saat ərzində
-
Ürəyin xaricdən masajı nə vaxt edilir?
-
Nəbz olmadığı halda
-
Özündən getmə vaxtı
-
Ağızdan ağıza sünü nəfəsvermə metodu tətbiq edildiyi halda
-
Zərərçəkəni cərəyanın təsirindən azad etdikdən sonra
-
Sünü nəfəsvermə metodlarınnın istənilən birinin tətbiq edildiyi halda
-
Turşu buxarının gözə düşməsi vaxtı ilk yardım hansıdır?
-
Soyuq marqansovkanın 5%-li məhlulu ilə yuyulması
-
Naşatır spirtinin 2% məhlulu ilə yuyulması
-
İçməli sodanın 5%-li məhlulu ilə yuyulması
-
Bor turşusunun 5%-li məhlulu ilə yuyulması
-
Zəif marqansovka məhlulu ilə gözün vanna edilməsi
-
3%-li uksus turşusu məhlulu nə üçün istifadə edilir?
-
Qələvi yanığını yumaq üçün
-
Turşu yanığını yumaq üçün
-
Arterial qanaxmanı dayandırmaq üçün
-
Venadan qanaxmanı dayandırmaq üçün
-
Mədənin civə ilə zəhərlənməsində
-
Ürəyin masajının effektliyinin nişanələri (döyünmədən başqa) hansıdır?
-
Dəridə göyərmənin azalması və selikli qişanın azalması
-
Bəbəyin böyüməsi və dərinin üstündə göylüyün azalması
-
Bəbəyin böyüməsi və müstəqil nəfəsalmanın yaranması
-
Bəbəyin yığılması, müstəqil nəfəsalmanın yaranması, dəri qatında göyərmənin və selikli qişanın azalması
-
Bəbəyin yığılması və müstəqil nəfəsalmanın əmələ gəlməsi
-
Yuxu arteriyası harada yerləşir?
-
Sol qulağın altında
-
Sağ qulağın altında
-
Boğazın hər iki tərəfində
-
Sol körpucük sümüyündə
-
Sağ körpucük sümüyündə
-
Ağızın içərisində qələvidən yanıq zamanı ilk yardım hansıdır?
-
Marqansovka məhlulu ilə yaxalamaq
-
Bor turşusunun 2%-li məhlulu ilə yaxalamaq
-
Validolun 2%-li məhlulu ilə yaxalamaq
-
Uksus turşusunun 5%-li məhlulu ilə yaxalamaq
-
İçməli sodanın 2%-li məhlulu ilə yaxalamaq
-
Əgər kömək göstərən təkdirsə, süni nəfəsvermə ilə ürəyin masaj edilməsinin nisbəti necə olmalıdır?
-
1:5
-
1:10
-
2:10
-
2:5
-
2:15
-
Gərginlik altına düşənə necə yardım etməli?
-
Yaş torpaqda bastırmaqla
-
Süni nəfəs verməklə və ürəyin massaji ilə
-
Üzünə soyuq su səpməklə
-
Havaya çıxarmaqla
-
Su içirtməklə
-
Elektrik qövsünün təsirindən gözlər zədə alıbsa nə etməli?
-
1 stəkan suya 1 qaşıq bor turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı
-
1 stəkan suya 1/2 qaşıq bor turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə
qoy-lı
-
1 stəkan suya 1/2 qaşıq sulfat turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı
-
1 stəkan suya 1 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı
-
1 stəkan suya 1/2 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı
-
Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?
-
Ayda 1 dəfə
-
Rübdə 1 dəfə
-
İldə 1 dəfə
-
İşə qəbul olunan zaman
-
3 ildə 1 dəfə.
-
Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?
-
Rübdə 1 dəfə
-
Ayda 1 dəfə
-
Struktur bölmənin rəhbərinin göstərişi ilə
-
Baş mühəndis təyin edir
-
İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.
-
İş vaxtı istehsalat zədələnmələrinin və bədbəxt hadisələrin qarşısının alınması üçün əsas tədbirlər hansılardır?
-
İşin təhlükəsiz görülməsi üçün təşkilatı və texniki tədbirlər
-
İş yerlərində profilaktik yoxlamalar
-
Təhlükəsizlik texnikası gününün keçirilməsi
-
Əks qəza məşqlərinin keçirilməsi
-
Daimi nazarətin olması
-
Yüksəklikdə işləyən işçilər tibbi müayinədən hansı müddətdə keçməlidir?
-
3 aydan bir
-
6 aydan bir
-
9 aydan bir
-
12 aydan bir
-
24 aydan bir
-
İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?
-
Cari
-
Təkrar
-
Növbədənkənar
-
Giriş
-
İş yerində ilkin.
-
Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?
-
Təkrar
-
Cari
-
İlkin
-
Giriş
-
Növbədənkənar .
-
HX-nin kəsişdiyi yerdə işlər necə görülməlidir?
-
Ancaq asılacaq naqil torpaqlanmalıdır
-
Ancaq dəyişdirilən naqil torpaqlanmalıdır
-
Həm açılacaq, həm də dəyişdirilən naqillər açılmalı və torpaqlanmalıdır
-
Dayaq torpaqlanmalıdır
-
Torpaqlanmamalıdır.
-
Qaydalara uyğun kimə naryadın uzadılması hüququ verilir ?
-
Naryad verən şəxsə
-
Baş mühəndisə
-
İşin rəhbərinə
-
İş icraçısına
-
Naryad vermək hüququ olan şəxsə.
-
Gərginlik altında qalmış cərəyan daşıyıcı hissələrin müvəqqəti çəpərləmələrində hansı lövhələr asılır?
-
«Keçid Qadağandır»
-
«Qalxma! Öldürər»
-
«Qoşma! Adamlar İşləyir»
-
«Burada İşləmələi»
-
«Dayan! Gərginlik»
-
İlkin təlimat kim tərəfindən keçirilir?
-
Baş mühəndis tərəfindən
-
ƏM və TT üzrə mühəndis tərəfindən
-
Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən
-
Usta tərəfindən
-
Növbətçi tərəfindən.
-
Hər 2 üfürmədən sonra neçə dəfə ürək nahiyəsinə əl ilə masaj göstərilməlidir?
-
10 dəfə
-
9 dəfə
-
11 dəfə
-
14 dəfə
-
(12 – 15) dəfə
-
1 dəqiqə müddətində neçə dəfə ürəyə masaj və üfürülmə edilməlidir?
-
50 masaj, 10 üfürmə
-
55 masaj, 9 üfürmə
-
60 masaj, 12 üfürmə
-
65 masaj, 15 üfürmə
-
70 masaj, 16 üfürmə
-
Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?
-
Elektrik qurğularının bütün hissələri;
-
Ancaq dayaqlar torpaqlanmalıdır;
-
Torpaqlanmamalıdır;
-
Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;
-
Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metal hissələri. +
-
Qaydalar HX-də təmir işləri zamanı iş yerində bütün faza naqillərinin torpaqlanmasını tələb edir yoxsa yox?
-
Tələb edir
-
Tələb etmir
-
Tələb edir ancaq 1000 V-dan – 110 kV-dək HX-də
-
Tələb edir ancaq 110 kV-dan – 330 kV-dək HX-də
-
Tələb edir ancaq 330 kV-dan və yuxarı HX-də
-
Bir dövrəli HX-də torpaqlanmanın harada qoyulması tələb olunur?
-
HX-nin başlanğıc dayağında;
-
HX-nin sonuncu dayağında;
-
HX-nin başlanğıc və sonuncu dayağında;
-
Transformatorun çıxışında;
-
Təmir işləri aparılan dayaqda.
-
Briqada üzvlərini işə buraxmazdan əvvəl texniki tədbirlərin yerinə yetirilməsini ən əsas kim yoxlayır?
-
İşin rəhbəri;
-
İş yerini hazırlayan şəxs;
-
İşə buraxan;
-
İş icraçısı;
-
Nəzarətçi.
-
Qısa müddətli işlər hansılardır?
-
1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;
-
3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;
-
1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;
-
3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;
-
2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.
-
Əgər HX-nin üstünə ağac düşübsə, ona neçə metr məsafəyə qədər yaxınlaşmaq olar?
-
4 metr
-
6 metr
-
8 metr
-
10 metr
-
5 metr
-
Naryadla işləyərkən briqadanın tərkibi ən azı neçə nəfərdən ibarət olmalıdır?
-
İş icraçısı da daxil olmaqla 2 nəfərdən
-
İş icraçısı da daxil olmaqla 1 nəfərdən
-
İş icraçısı da daxil olmaqla 3 nəfərdən
-
İş icraçısı tək başına işləyə bilər
-
Briqada üzvü III qrup təkbaşına işləyə bilər
-
Yanğınların törənməsinin əsas səbəbləri hansılardır?
-
İstehsalatın texnologiyasının pozulması və artıq yüklənmələr
-
Qurğu və avadanlığın nasaz olması
-
Avadanlığın və ərazinin çirkli olması
-
Yanğına qarşı rejimin pozulması
-
1,2,3,4-də göstərilənlər
-
Hansı hallarda elektrik qaynağı işləri aparmaq qadağandır?
-
Qaynaq apparatı nasazdırsa, elektrik məftilində çılpaq yerlər varsa
-
Qaynaq işi aparan işçinin biliyi yoxlanmayıbsa və vəsiqəsi yoxdursa
-
Elektrod düzgün seçilməyibsə
-
1,2-də göstərilən hallarda
-
1,3-də göstərilən hallarda
-
Qaynaq işləri apararkən hansı təhlükəsizlik tədbirlərini görmək lazımdır?
-
Qaynaq işləri qaz və digər təhlükəli yerlərdən buraxıla bilən məsafədə aparılmalıdır
-
İşə başlamazdan qabaq iş yeri tələb olunan yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır
-
İş rəhbərinin daimi nəzarəti olmalıdır
-
1,2-də göstərilən tədbirlər yerinə yetirilməlidir
-
2,3-də göstərilən tədbirlər yerinə yetirilməlidir
-
Energetika obyektlərində kimlərin yanğın təhlükəsizliyindən bilikləri yoxlanmalıdır?
-
Bütün operativ heyətin
-
Bütün işçi heyətin
-
Bütün operativ və işçi heyətin
-
Bütün mühəndis-texniki işçilərin
-
Bütün fəhlə heyətinin
-
Energetika müəssisələrində kimlərdə və neçə müddətdən bir yanğın təhlükəsizliyi üzrə təlimat keçirilmişdir?
-
Bütün operativ heyətlə, 2 ayda bir dəfə
-
Bütün operativ və işçi heyətlə, ayda bir dəfə
-
Bütün işçi heyətlə, 3 ayda 1 dəfə
-
Bütün operativ heyətlə, ayda bir dəfə
-
Bütün işçi heyətlə, 2 ayda 1 dəfə
-
Elektrik şəbəkələrində və onun PQ-də hansı yanğın təhlükəsizliyi tədbirləri yerinə yetirilməlidir?
-
Transformatorun altında yağ drenaj sistemi normal vəziyyətdə olmalıdır
-
Transformatorun izolyatorları, girimlər təmiz vəziyyətdə olmalıdır
-
Transformatorun altındakı çınqıl təmiz olmalı, yağlanmış çınqıllar vaxtında yuyulmalı və ya dəyişdirilməlidir
-
1,2,3-də göstərilənlər
-
1,2-də göstərilənlər
-
Elektrik şəbəkələrinin y/st-da hansı yanğın təhlükəsizliyi tədbirləri yerinə yetirilməlidir?
-
Y/st-nın ərazisində ilkin yanğınsöndürmə vasitələri olmalıdır
-
Kabel kanallarının üstü yanmayan beton plitələrlə örtülməlidir
-
Y/st-nın avadanlığı qrafik üzrə vaxtında təmizlənməli və təmiz saxlanmalıdır
-
1,2,3-də göstərilənlər
-
1,3-də göstərilənlər
-
Hansı hallarda odtəhlükəli işlərin görülməsi qadağandır?
-
Əgər yanğın əleyhinə tədbirlər görülməyibsə
-
Əgər aparatlar nasazdırsa
-
Əgər paltarlara yağ hopubsa
-
Əgər bu işi aparanın biliyi yoxlanmayıbsa
-
1,2,3,4-də göstərilənlər
-
Hansı hallarda qaynaq aparatından istifadə etmək olmaz?
-
Əgər məftillərin en kəsiyi qaynaq cərəyanını təmin etmirsə
-
Əgər məftillərin izolyasiyası pisdirsə, izoləedilməmiş yerləri varsa
-
Əgər işçi öyrənilməyibsə və onun bu işi görməyə icazəsi yoxdursa
-
1,2,3-də göstərilənlər
-
2,3-də göstərilənlər
-
Energetika müəssisələrində yanğın təhlükəsizliyi üzrə giriş təlimatını kim və nə vaxt keçir?
-
Yanğın təhlükəsizliyi üzrə inspektor, işə qəbul edilərkən
-
Şəbəkə rayonunun və ya y/st-nın rəisi, işə qəbul edilərkən
-
Sex rəisi, işə qəbul edilərkən
-
Baş mühəndis, işə qəbul edilərkən
-
KYD-nın sədri
-
Energetika müəssisələrində yanğın təhlükəsizliyindən ilkin təlimatları Kim və nə vaxt keçməlidir?
-
Sex rəisi, işçi iş yerinə ilkin gələrkən
-
Şəbəkə rayonunun (və ya y/st-nın) rəisi, işçi iş yerinə ilkin gələrkən
-
Baş mühəndis
-
1,2-də göstərilənlər
-
2,3-də göstərilənlər
-
Energetika müəssisələrində yanğın təhlükəsizliyindən təkrar (dövri) təlimatları Kim və nə vaxt keçir?
-
Sex rəisi, iş yerində ayda bir dəfə
-
Şəbəkə rayonunun rəisi, iş yerində ayda bir dəfə
-
Yanğın təhlükəsizliyi üzrə inspektor, ayda 1 dəfə
-
1,2-də göstərilənlər
-
1,3-də göstərilənlər
-
Gərginlik altında olan elektrik qurğularını hansı növ odsöndürücü vasitələrlə söndürmək olar?
-
Dövrədən açmadan, karbon dioksidlə;
-
Köpüklə;
-
Olmaz;
-
Su ilə;
-
Köpükəmələgətirici ilə
-
MTİ, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyindən hazırlığına nələr daxildir?
-
Yanğın təhlükəsizlik qaydalarının iş sahələri üzrə öyrənilməsi;
-
Yanğın-texniki minimum üzrə məşğələlər;
-
Yanğına qarşı məşqlərin keçirilməsi;
-
Yanğın təhlükəsizliyindən təlimatların (giriş, ilkin, dövri və plandankənar) keçirilməsi;
-
1, 2, 3 və 4 bəndlərində göstərilən tədbirlər.
-
Yanğınsöndürmə vəsitələri müəssisənin yanğınsöndürmə ilə əlaqəsi olmayan-təsərrüfat və digər ehtiyaclara istifadə oluna bilərmi?
-
Qəti qadağan olunur;
-
İcazə verilir, əgər işçilərin və ya KYD-in öyrədilməsi aparılırsa;
-
Yalnız yanğına qarşı məşqlər keçirildikdə;
-
Qəza və təbii fəlakətlər baş verdikdə FHN-in xüsusi planı üzrə;
-
2, 3 və 4 bəndlərdə göstərilən hallarda.
-
Yanğın təhlükəsizliyindən giriş təlimatı keçməyən şəxslər işə buraxıla bilərlərmi?
-
Hə
-
Yox
-
Müstəsna hallarda rəhbərliyin xüsusi sərəncamı ilə
-
Əgər TT-dən təlimatlanıbsa buraxıla bilər
-
«Azərenerji» ASC-nin göstərişilə
-
Yanğın baş verdikdə hansı nömrə ilə yanğından mühafizə dəstəsinə zəng etmək lazımdır?
-
«01»
-
«101»
-
«111»
-
«201»
-
«911»
-
Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdən istifadə edərkən karbon-qazı çıxan boruda temperatur neçə dərəcəyə düşür?
-
-20°S ÷ -30°S
-
-30°S ÷ -40°S
-
-40°S ÷ -50°S
-
-50°S ÷ -60°S
-
-60°S ÷ -70°S
-
Bədbəxt hadisələr hansı səbəblərdən baş verir?
-
Texniki səbəblərdən
-
Təşkilatı səbəblərdən
-
Psixoloji səbəblərdən
-
Sanitar-gigiyena səbəblərindən
-
1,2,3,4-də göstərilənlər
-
ƏM və TT-na dair peşə təlimatları kim tərəfindən tərtib olunmalıdır?
-
Texniki istehsalat şöbəsi tərəfindən
-
Əməyin mühafizəsi xidməti tərəfindən
-
Struktur bölmənin rəhbərliyi və mütəxəssisi tərəfindən
-
Baş mühəndis tərəfindən
-
Müəssisənin rəhbərliyi tərəfindən.
-
Bədbəxt hadisə kim tərəfindən uçota alınır?
-
Baş idarənin ƏM xidməti tərəfindən
-
Mənsub olduğu təşkilat tərəfindən
-
DƏM-tərəfindən
-
Həmkarlar İttifaqi tərəfindən
-
Baş idarə tərəfindən
-
TT-sı günü müəssisə və təşkilatlarda nə vaxt keçirilir?
-
Hər ayın əvvəli
-
Ayın axırıncı günü
-
Hər ayın 2-ci həftəsinin II günü
-
Hər ayın ortası
-
Hər ayın birinci həftəsi
-
ƏM və TT-sı üzrə təlimatlara neçə ildə 1 dəfə baxılmalıdır?
-
İldə bir dəfə
-
2 ildə bir dəfə
-
3 ildə bir dəfə
-
4 ildə bir dəfə
-
5 ildə bir dəfə
-
“Qeyri kafi”” qiymət alan işçilərin neçə aydan sonra bilikləri yoxlanmalıdır?
-
3 aydan gec olmayaraq
-
2 aydan gec olmayaraq
-
1 aydan gec olmayaraq
-
6 aydan gec olmayaraq
-
1 ildən sonra.
-
Əməyin Mühafizəsinə dair nomenklatur tədbirlər necə müəyyən edilir?
-
İş yerlərində aparılan atestasiyanın nəticələrinə əsasən
-
Müəyyən yoxlamalar nəticəsində
-
Baş mühəndisin tapşırığı ilə
-
TT üzrə mühəndisin verdiyi tələbnaməyə əsasən
-
«Azərenerji» ASC-nin əmrinə əsasən
-
İşin icra layihələrini kim tərtib edir?
-
Baş mühəndis
-
ƏM mühəndisi
-
Elmi-Tədqiqat İnstitutu
-
Texniki şöbə
-
Xidmət rəisi.
-
İşin icra layihəsində nələr göstərilir?
-
Əməliyyat blankı
-
Naryadın nömrəsi
-
Qeydiyyat jurnalının adı
-
Görüləcək işlərin ardıcıllığı
-
Operativ jurnalın qeydiyyatı.
-
Açıq çəkilmiş torpaqlayıcı naqillər hansı rənglə rənglənməlidir?
-
Sarı
-
Ağ
-
Qırmızı
-
Qara
-
Rənglənmirlər.
-
Gərginliyi 1000 V-dan yüksək elektrik qurğularında gərginlik göstəricisi ilə işlədikdə hansı mühafizə vasitələrinin istifadəsi tələb olunur?
-
Dielektrik əlcəklər ;
-
Dielektrik əlcəklər və xalça;
-
Tələb olunmur ;
-
Dielektrik botular;
-
Rezin qaloşlar.
-
Qoşduqda iş yerinə gərginlik verilməsi ehtimalı olan ayırıcıların, ayıranların və açarlarının intiqalında hansı lövhələr asılmalıdır?
-
«Dayan! Gərginlik”»
-
«Qoşma! Adamlar işləyir»”
-
«Açma! Adamlar işləyir»”
-
«Keçid qadağandır”»
-
«Qalxma! Öldürər”».
-
Aşağıda göstərilənlərdən hansı «Xüsusi işlər»ə daxil deyil:
-
Gərginlik altında görülən işlər;
-
Çənlərin içində görülən işlər;
-
Təzyiq altında işlyən qablarda görülən işlər;
-
Yüksək gərginliklə sınaq işləri aparılan işlər;
-
Kimyəvi maddələrlə görülən işlər.
-
Telefon və ya radio ilə verilən naryad neçə nüsxə yazılmalıdır?
-
1
-
2
-
3
-
4
-
5
-
İşçi briqada fasiləyə çıxanda naryad kimdə qalmalıdır?
-
Naryad verəndə;
-
İş rəhbərində;
-
İş icraçısında;
-
İşə buraxanda;
-
Briqada üzvlərində.
-
İş günü qurtaranda naryad kimə təhvil verilməlidir?
-
Naryad verəndə;
-
İş rəhbərinə;
-
İş icraçısına;
-
İşə buraxana;
-
Baş mühəndisə.
-
Qanunvericiliklə müəssisənin (idarə , təşkilat və s.) yanğın təhlükəsizliyinə görə kim məsuliyyət daşıyır?
-
FHN-nin yanğından mühafizə xidmətinin ərazi üzrə orqanı;
-
Müəssisənin yanğın-texniki komissiyasının sədri;
-
ƏM, Tİ və TT üzrə aparıcı mühəndis;
-
Könüllü yanğın dəstəsinin rəisi;
-
Bilavasitə müəssisənin rəhbəri.
-
Müəssisədə qaynaq işləri aparan şəxsdə hansı sənədlər olmalıdır?
-
Qaynaqçının vəsiqəsi;
-
Biliyin yoxlanması barədə vəsiqə;
-
Texniki və yanğın təhlükəsizliyi üzrə xüsusi talon;
-
Tibbi müayinə keçmə haqqında arayış;
-
1, 2 və 3 bəndlərinə uyğun sənədlər.
-
TİQ hansı sənədlərə aiddir?
-
Təşkilati sənədlərə;
-
Normativ sənədlərə;
-
Metodik sənədlərə;
-
Operativ sənədlərə;
-
İnzibati sənədlərə;
-
Hansı hallarda gərginlik altında olan el.qurğusunu köpük və ya su ilə söndürmək olar?
-
Rezin əlcək və botaları geydikdən sonra;
-
Yalnız dielektrik-rezin xalçacıq üzərinə durduqdan sonra;
-
Lülələri torpaqladıqdan sonra;
-
İnsanlar qurğudan uzaqlaşdırıldıqdan sonra;
-
Lüləni (su, köpük) torpaqladıqdan, rezin əlcək və botu geyildikdən sonra;
Dostları ilə paylaş: |