Tikintisi başa çatmış magistral qaz kəmərlərinin istismara verilməsindən
əvvəl aşağıdakı işlər görülməlidir:
istismar heyətini müvafiq təlimatlarla və sxemlərlə təmin edərək təlimat-landırmaq (mütləq şəkildə biliklərinin yoxlanılması ilə);
istismara verilən MQK-nin bütün obyektləri üzrə baş podratçı təşkilatdan layihə, icra və texniki sənədləşdirməni qəbul etmək;
qaz kəmərlərinin daxili təmizlənməsini, qaz kəmərlərinin və texnoloji kommunikasiyaların müvafiq nomativ sənədlərin (CHhH III-42-80* və BCH 011-88) tələblərinə uyğun möhkəmliyə və germetikliyə sınanması və Qaz İxrac İdarəsinin yerli idarəsindən qaz kəmərlərinin üfürməsi və sazlama-buraxılış işlərinin aparılması üçün qazın verilməsinə icazə almaq;
elektrik enerjisinin alınması üçün müvafiq təşkilatlardan icazə almaq;
hidravlik sınaqlardan sonra borulardan suyu tam boşaltmaq;
aqreqat və sistemlərin, ümumstansiya avadanlıqlarının, bağlayıcı armaturların, nəzarət-ölçü cihazlarının, telemexanika sistemlərinin işləməsini kompleks şəkildə yoxlamaq;
dispetçerlə əlaqə və yerli rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq; -elektrokimyəvi mühafizə vasitələrinin, qəbul şəbəkələrinin və təmizləyici
qurğuların işlək vəziyyətdə olmasını yoxlamaq;
yaşayış komplekslərinin, mədəni-məişət obyektlərinin tam həcmdə yoxlamaq;
obyektdə icazə verilən işçi təzyiqin formulyarlarını rəsmiləşdirmək.
Obyekti Qəbul Komissiyasına təqdim etməzdən əvvəl Sifarişçi tərəfindən təyin olunmuş işçi komissiya istismara qəbul keçirməlidir. İşçi komissiya tərəfindən qəbul olunmamış MQK obyektinin istismarına icazə verilmir.
MQK-nin xətti hissəsinin istismara qəbulu qaz kəməri CHhH III-42-80* "MarHCTpajibHBie TpyöonpoBog&ı. HpaBHjıa npoH3BogcTBa h npneMKH paöoT", BCH 011-88 "BegoMCTBemiBie CTpoHTejj&H&ıe HopMbi. OıpoHTejJbCTBo MarHCTpan&HMx h npoM&ıcjjoBbix TpyöonpoBogoB. Ohhctk^ nojjoCTH h HCn&iTaHHe" sənədlərinin tələblərinə uyğun sınaqdan keçirildikdən sonra istismara verilə bilər.
İstismara qəbul olunan, lakin sınağından sonra 6 ay müddətində istismara verilməyən boru kəmərləri təkrar germetikliyə və möhkəmliyə sınaqdan keçirilməlidir.
Hidravlik sınaqlardan sonra qaz kəmərinin qazla doldurulma texnologiyasını və sxemini istismar və podratçı təşkilatların birgə əmri ilə yaradılmış xüsusi kommissiya işləyib hazırlamalıdır. Komissiyanın tərkibinə sifarişçi, podratçı və istismar təşkilatlarının nümayəndələri daxil olmalıdır. Texnologiya və sxem Sifarişçi və podratçı təşkilat tərəfindən təsdiq edilməlidir.
QPS istismara verilməzdən əvvəl stansiyanın otaqlarında və avadanlıqlara xidmət yerlərində kənar əşyaların olmamasına əmin olmaq lazımdır. Xüsusi diqqətlə otaqda qazın yığılması, yanar materialların, oksigen və digər qaz balonlarının olmaması, yanğınsöndürmə vasitələrinin işə hazır vəziyyətdə olması yoxlanılmalıdır.
QPS işə buraxılmazdan əvvəl baxış keçirilməli və aşağıdakılar yoxlanılmalıdır:
-avadanlıqların ümumi vəziyyəti və mümkün nasazlıqların olması (salnik kipləşdiricilərində, flans və yivli birləşmələrdə sızmaların olması);