Eşli Vens İlon Mask: Tesla, Space X və gələcəyə yol



Yüklə 142.31 Kb.
PDF просмотр
tarix18.05.2017
ölçüsü142.31 Kb.

 

Eşli Vens 



 

 

İlon Mask: Tesla, Space X və gələcəyə yol. 

 

 

 

Eşli Vens 



İlon Mask: Tesla, Space X və gələcəyə doğru yol 

Mətnin tərcümə hüququ Bakı İdarəetmə və Texnologiya kollecinə  məxsusdur 

                                                             Rus dilindən tərcümə edənlər: 

1.

 



Nəsibova Rüxsarə Mirpaşa qızı 

2.

 



Nəcəfova Nüşabə Sabir qızı 

3.

 



İbrahimova Mehparə Cəfər qızı 

4.

 



Bayramova Elnarə Əlisa qızı 

5.

 



Səfərova Arzu Səhhət qızı 

6.

 



Məmmədova Təranə Oruc qızı 

                                           Redaktorlar: Hüseynova Kəmalə Əziz qızı 

                                                            Qasımova Nuranə Rauf qızı 

 

Annotasiya  

“İlon Mask: Tesla, Space X və  gələcəyə doğru yol” kitabında müəllif 

texnologiya üzrə jurnalist Eşli Vens ilk dəfə olaraq silikon vadisinin ən 

cəsur iş adamının həyata azad və dolğun baxışlarını    və nailiyyətlərini 

təqdim edir. 

Kitab Maskın özündən, ailə üzvlərindən və dostlarından alınan eksklyuziv 

müsahibələr  əsasında yazılıb və Maskın qalmaqallı  həyatını, Cənubi 

Afrikada keçən uşaqlığından başlayaraq, qlobal biznesin yüksəkliklərində 

olduğu indiki dövrədək əhatə edir. Kitab liderlik arzusunda olanları, yeni 

texnologiyaların inkişafını izləyənləri və    səviyyəli bioqrafik ədəbiyyattı 

sevənləri maraqlandıra bilər. 

 

 

 



 

 

 



 

 

 



 

 



Mündəricat  

Oxucuya  

İlonun dünyası 

 

Afrika  



Kanada  

İlonun ilk startapı 

 

Pay Pal-ın “Xaç” atası 



 

Kosmosda siçanlar 

 

Tanışlıq hissəsinin sonu 



 

Tam Qeydlər 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 



Eşli Vlens 

İlon Mask: Tesla, SpaceX və ya gələcəyə doğru yol 

2015 by Ashlee  VANCE 

Azərbaycan dilinə tərcümə, Bakı İdarəetmə Və Texnologiya Kolleci, 2017 

 

*** 



Anama və atama təşəkkürlə 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1. İlonun dünyası 

 - Mən dəliyə oxşayıram? 

Silikon vadisindəki bahalı balıq restoranında uzun çəkən şam yeməyimizin 

sonuna yaxın  İlon Mask belə bir sual verdi. Mən restorana birinci gəldim və  

Maskın onsuz da ləngiyəcəyini düşünərək, cin-tonik sifariş verib 

masanın arxasında özümə yer elədim. Mask təxminən 15 dəqiqə tez 

gəldi:dəri ayaqqabı, dəbdə olan cins şalvar və dama-dama köynəkdə. Onun boyu 

təxminən altı fut və bir düymdü

1

 (1,85  metrə yaxın),ancaq onu tanıyanlardan 



soruşsanız, hər kəs deyəcək ki, o cox hündür və iri görünür. O, enli kürəkli və 

cüssəlidi. Bu cür bədən quruluşu ilə o, yəgin ki, gözəgəlimli kişi olduğunu 

öyünərək nümayiş etdirəcək,deyə düşünürdüm, Ancaq, əksinə, biraz utancaq 

olduğuna görə,Maska yeni şəraitə alışmaq və özünü bir az rahatlatmaq üçün, ona 

bir qədər vaxt lazım gəldi. 

  

Mask 



müəyyən məsələ  ətrafında razılığa gəlmək üçün məni  şam 

yeməyinə  dəvət etdi. İl yarım  əvvəl mən ona deyəndə ki, onun haqqında kitab 

yazmaq istəyirəm, o, bunun onun planlarına daxil olmadığını bildirmişdi. Onun 

etirazı  mənim həm heysiyyətimə toxundu, həm də coşdurdu, axı  mən təslim 

olmağı sevmirəm. Maskın iştirakı olmadan barəsində kitab yazmaq mənimçün 

problem deyildi. Onun Tesla Motors və Space X kompaniyalarında çoxları vardı 

ki, onun haqqında mənə  məlumat versin. Həm də, Maskın bəzi dostlarını    da, 

mən ,artıq tanıyırdım. Aylar ötürdü və mən iki yüzə qədər adamı sorğulayaraq, 

xeyli müsahibə götürmüşdüm ki, elə bu vaxt Maskdan mənə  xəbər gəldi . O, 

mənim evimə  zəng vurdu və dedi ki, hadisələr iki cür inkişaf edə bilər: ya bu 

layihəm mənim həyatımı  çətinləşdirəcək, ya  da ki ,mənə kömək edəcək. Əgər 

mən kitabı  nəşrə göndərənə  qədər ona oxumağa imkan versəm və o istədiyi 

qeydlərini  əlavə etsə, mənimlə  əməkdaşlıq etməyə razıdır. Mask mənim işimə 

müdaxilə etməyəcəyini və ,sadəcə, mətnin dəqiq olmayan, yaxud mahiyyət 

etibarilə ,səhv olan yerlərini dəyişəcəyinə  məni əmin etmək istəyirdi. Mən onun 

bu istəyinin hardan gəldiyini anlayırdım.  Mask  öz  həyat sərgüzəştlərini  şəxsi 

nəzarəti altında saxlamaq istəyirdi. O, daxilən alim idi , faktların dəyişdirilməsi 

                                                            

1

 İMDbPro göstəricilərinə görə ‐ beş fut və 11 düym, yəni 1.8 m‐dən yuxarı.



 

 


 

onu özündən çıxara bilərdi. Artıq çapdan çıxmış kitabda buraxılan səhflər onun 



qəlbini illərlə  gəmirəcəkdi. Mən Maskın bu fikriyləylə razılaşırdım,  lakin 

peşəkarlığım,şəxsi təcrübəmdən çıxış edərək, çapdan qabaq   ona kitabı 

oxumasına imkan verə bilməzdim. Maskın öz həqiqətləri var, lakin onlar  

 doğru olmaya bilər. Bir də ki, ən sadə suallara müfəssəl cavab verə 

bilməyən Maskın 45 səhifəlik qeyd və yazıların yaranması fikri mənə,  elə  də

qeyri-adi gəlmədi. Bununla belə, biz birlikdə şam yeməyində söhbət etməyi və 

bütün bunları müzakirə etməyə qərar verdik.  

 Söhbətimiz piarçıların müzakirəsi ilə başladı. Maskın bu şöbənin 

əməkdaşları ilə münasibəti alınmırdı: bax elə indi də Teslaya ictimaiyyətlə 

əlaqələr üzrə yeni şöbə rəhbəri lazımdı. “Dünyanın ən yaxşı piarçısı kimdir?”- bu 

sualı ancaq Mask verə bilərdi. Sonra söhbət ümumi tanışlardan olan Hovard 

Hyüz və Tesla avtomobil zavodundan getdi. Ofisiant sifariş götürmək üçün bizə 

yanaşanda Mask diyetasına uyğun qida istədi və üzərində mürəkkəb balığının 

sousu olan qızardılmış omar sifariş verdi. Danışıqlar hələ başlamamışdı, Mask 

isə artıq danışırdı. O, bu axşam onun içini göynədənlərlə ürəyini açdı. “Google 

kompaniyasının təsisçisi və icraçı direktoru Larri Peyc bəşəriyyəti məhv etməyə 

qadir robotlar parkı yarada bilər. “Mən, bundan həqiqətən, qorxuram”-deyir 

Mask.  Mask Peyclə yaxın dost olduğunu və Peycin, heç də “Doktor Şər” 

olmadığını, xeyirxah insan kimi onu tanıdığını belə,nəzərə almırdı. Problem də 

,elə yerində də, qalırdı. ”Peyc təbiəti etibarilə yaxşı insandı, onun heç ağlına da 

gəlmir ki, maşınlar idarəetmədən çıxa bilər. Mən o qədər də nikbin insan 

deyiləm”- deyir Mask. – “Axı o, təsadüfən, təhlükəli bir şey  də yarada bilər.”  

Elə ki, yeməyi gətirdilər, Mask dərhal onun axırına çıxdı. Daha doğrusu o, 

demək olar ki, yemədi, qabda nə var idi sə, hamısını bir neçə həmləyə uddu. Onu 

bir az da rahatlamış vəziyyətdə saxlamaq üçün, mən  boşqabımdan bir neçə iri 

tikə steyk verdim. Mənim planım baş tutdu, lakin bu uğurum dəqiqə yarım çəkdi.  

Bir –iki dişləklə  ət boşqabdan yox oldu. 

 Maskı süni intellektlə bağlı qorxulu ssenarilərdən yayındırmaq üçün 

bir qədər vaxt lazım oldu. Elə ki,  biz kitab məsələsinə keçdik, mənim onun 

haqqında kitab yazmaq istəyimi anlamağa cəhd göstərərək, Mask işin mənbəyini 



 

və mənim məramımı araşdırmağa başladı. Vəziyyəti yoluna qoyaraq,mən söhbəti 



öz  əlimə aldım. Yığılmış adrenalinim içkiyə qarışaraq  məni daha da 

cəsarətləndirdi. Söhbət  əsnasında  nədən məni öz şəxsi həyatına daxil etməli, 

eyni zamanda da, mənə nəzarət etməməli olduğunu ona izah etdim. Mən, qeyd 

və istinadlara daxili məhdudiyyətlərdən, Maskın hər  şeyə  nəzarətdə saxlamaq 

prinsipinin mənim jurnalist vicdanımın qeyri-ixtiyarı  şübhə altına almış olması 

haqda danışırdım. (Mən tam bir saat çənə döyə bilərdim).  İki saatdan sonra, 

Mask mənim sözümü kəsir,və “hə,yaxşı” -deyir. Mask “yox” cavabını alan və öz 

niyyətindən dönməyən insanlara xüsusi hörmətlə yanaşırdı.Onlarla jurnalist kitab 

yazmaq istəyiylə ona müraciət etmişdi,lakin, görünür mənim, onun etirazına 

baxmayaraq,  inadkarlığım,  xoşuna gəlmişdi. 

 

Şam yeməyi xoş söhbət və Maskın zülalsız diyetasının pozulması ilə 



başa çatdı. Ofisiant sarı  şəkər pambığından ibarət iri desertlə peyda oldu və 

Mask desertdən böyük parçalar qopara-qopara yeməyə başladı. İşlər artıq yoluna 

düşürdü. Mask kompaniyalarının rəhbərlərinə, dostlarına və ailəsinə 

yaxınlaşmaq üçün mənə imkan verdi. O zamanından asılı olmayaraq ,ayda bir 

dəfə  məni  şam yeməyinə  dəvət edəcəyini də dedi. İlk dəfə idi ki, Mask bir 

jurnalistə öz dünyasının gizli tərəflərini göstərməyi qərar verirdi. Yeməyə 

başlayandan iki saat yarım sonra, Mask əllərini masanın üstünə qoydu, ayağa 

qalxmaq üçün hərəkət elədi, gözlərimiz qarşılaşanda qəribə bir sualı verdi: “Mən 

dəliyə  bənzəyirəm?” Həmin anın qəribəliyindən mənim nitqim tutuldu: 

həyəcanla onun nəyi nəzərdə tutduğunu və  mənim necə cavab verəcəyimi 

düşünürdüm. Maskla uzun müddət birlikdə xeyli vaxt keçirdikdən sonra anladım 

ki, o, hər  şeydən  əvvəl, bu sualı  mənə yox, özünə ünvanlamışdı. Mənim 

cavabımın heç bir əhəmiyyəti olmayacaqdı. Mask tələsmədən,etibar edə 

biləcəyimə işarə olaraq  gözlərimə baxdi və yüksək səslə mənə o sualı verdi.  Bir 

qədər sonra, biz bir-birimizin əlini sıxdıq və Mask Tesla S-Modelinin qırmızı 

sedanına minib getdi. 

 

İlon Maskın dünyası ilə tanışlıq Xotornda (Kaliforniya) Space X 



kompaniyasının Los-Anjeles beynəlxalq aeroportundan bir neçə mil kənarda 

yerləşən baş ofisindən başlamalı idi. Müştərilər Marsın iki nəhəng surətini, 



 

Maskın iş yerinin yaxınlığındakı divarda görə bilərlər. Sol tərəfdəki şəkildə Mars 



bu gün olduğu kimi – soyuq və səhralıq qırmızı planet kimi göstərilmişdi. Sağ 

tərəfdəki plakatda isə, Mars yaşıllıqlar içində itib-batan və okeanlarla əhatə 

olunmuşdu. Planet “qızdırılmış” və insanların yaşaması üçün uyqunlaşdırılmışdı. 

Mask həqiqətən bunu etmək niyyətindəydi. Kosmosun kəşfi və yaşam üçün 

tədqiqi onun həyatının  əsas məqsədi idi. “Mən , bəşəriyyətin parlaq gələcəyi 

var”- fikri ilə ölmək istərdim”,- deyir o . Əgər biz itkisiz enerji problemini həll 

edə  və özünümühafizə edə bilən sivilizasiya ilə multiplanetar vəziyyət yarada 

bilsək – bununla da bəşəriyyətin məhvi ilə bağlı ən pis ssenarini aradan qaldıra 

bilərik, və ,bir qədər pauza verib, davam edir : düşünürəm ki,  o zaman çox yaxşı 

olar.” 


 

Bəzən Mask yöndəmsiz və gülməli görünür. Məsələn, indi Maskın 

assistenti ona peçenye və yağlı dondurma verdi. Mask bəşəriyyətin xilasını  

həvəslə  və  səmimi müzakirə etdiyi zaman, çənəsinə qeyri-ixtiyari dondurma 

axır.  

 Maskın cəsarətlə mümkünsüzü müzakirə etmək  ədası onu Silikon 



vadisinin “allahına” çevirmişdi: Peyc kimi, həmkarları onun barəsində  dərin 

hörmət və sevgiylə danışırlar, hələ işə təzə başlayan sahibkarlar isə, “İlon kimi 

olmağ” niyyətindədilər, zamanında,  bax beləcə riqqətlə Stiv Cobsu 

yamsıladıqlarıtək. Silikon vadisi,ayrı bir aləmdir, onun hüdudlarında Mask 

ziddiyyətli və birmənalı fiqur kimi qiymətləndirilirdi. Bütün bu elektromobillər, 

günəş batareyaları və raketlər yanlış ümidlər doğurur və nəticədə, Mask yalançı 

ümidlər alverçisi təsiri bağışlayır. Stiv Cobs bir  kənarda  əsəbi tərzdə siqaret 

çəkdiyi halda, Mask insanlardakı qorxu və inamsızlıq hesabına varidat toplayan 

Barnumun

2  


elmi- fantastik variantı təsiri bağişlayır. “Teslanın avtomobilini alın! 

Planeti yaman günə qoymayın!” 

Bir vaxtlar mən özüm də bu düşərgəyə aid idim. Mask özünün arzuları və 

xoş niyyətləri ilə  məni də heyrətləndirirdi – Silikon vadisinin texnoloji utopistlər 

                                                            

2

 Fineas  Barnum  (1810‐1891)  –XlX  əsr  amerika  şou‐biznesində  öz  kələkləri  ilə    məşhurluq  qazanmış, 



adını daşıyan sirki yaratmış çox iri fiqurdur.

 


 

klubunun tipik üzvüydüm. Ayn Rend



3  

yaradıcılığının pərəstişkarlarından və 

mühəndis – absolyutizm nümayəndələri olan bu adamlar özlərinin yüksək 

məntiqli dünyalarına Həqiqət və Hökmranlıq baxımından yanaşırlar.  Əgər biz 

onların ayaqları altında dolaşmasaq, yollarından çıxsaq, onlar bizim bütün 

problemlərimizi dərhal həll edərlər. Çox tez bir zamanda biz öz beynimizdəkiləri 

kompüterə yükləyə biləcəyik. Və bununla da iş bitəcək ,biz də rahat nəfəs 

alacayıq, gerisini qoy kompüterin  alqoritmləri həll etsin. Onların ambisiyaları 

bəzən ilhamlandırır, işə faydalı olur. Lakin texnoutopistlər, texnika və 

texnologiyanın hüdudsuz imkanları haqda etdikləri boş söhbətlər, lüzumsuz 

məsələlər ətrafında yersiz danışıqlarla insanı yorurlar. ” İnsanlar -zay məhsuldu, 

bəşəriyyət isə Kainat üçün bezdirici yükdür. Onunla müvafiq tərzdə rəftar etmək 

lazımdır”- bu da onların  şüarı. Maskın Silikon vadisindəki tədbirlərdəki 

təmtəraqlı  çıxışları çox vaxt mənə texnoutopistlər üçün dərslik bölmələrini 

xatırladırdı. Məni əsəbiləşdirirdi. Onun icad etdiyi “dünyanı xilas kompaniyası” 

ağıllı görünmədiyi qədər də, məni əsəbləşdirirdi. 

 Bununla 

belə 2012-ci ilin əvvəlində  mənim kimi arsızlar Maskın, 

həqiqətən, məqsədinə nail olurduğunu etiraf etməli idilər. Bir vaxtlar onun gülüş 

hədəfinə çevrilən kompaniyaları görünməmiş işləri reallaşdıraraq, müvəffəqiyyət 

qazanırdılar. Space-X orbital yük gəmisi Beynəlxalq kosmik stansiyaya 

göndərilərək, sağ-salamat geri qayıtdı. Tesla Motors elə gözəl, tamamilə elektrik 

enerjiylə  işləyən S-Modelinin sedanını icad etdi ki, avtomobil sənayesi 

nümayəndələrinin heyranlıqdan nəfəsləri kəsildi, Detroyt isə rüsvay oldu. Bu iki 

uğur Maskı biznes nəhəngləri arasında əlçatmaz yüksəkliyə qaldırdı. İki müxtəlif 

sahədə bu cür nailiyyətə eyni ildə hərdən Apple-ın yeni məhsulunu təqdim edən 

Stiv Cobs və Rixar kinostudiyanın yeni blokbasteri iddialı ola bilərdi. Lakin 

Mask bununla da kifayət lənmir. O, hələ də direktorlar şurasının üzvü və Solar 

City-nin ən iri aksioneridi: bu hazırda birjaya çıxmağa hazırlaşan günəş enerjisi 

sahəsində işləyən, sürətlə inkişaf edən kampaniyadı. Mask son onillikdə raket və 

                                                            

3

 (1905‐1982)‐Amerikan yazıçısı və filosofu, obyektivizm fəlsəfi cərəyanının yaradıcısı. “Источник”və “Атлант 



расправил плечи”romanlarında Rend özünün yaradıcılıq qabiliyyəti və istedadı hesabına yaşayan yaradan‐insan 

idealını üzə çıxartdı. Rendin fəlsəfəsi kollektivizmə qarşı durur. 



10 

 

avtomobil istehsalına və eləcə  də energetika sahələrinə  əlüstü böyük sərmayə 



yatırmış insandı. 

 2012-ci 

ildə  mən qərara gəldim ki, bu əlçatmaz Maskın kim 

olduğunu aydınlaşdırıb ,onun haqqında “Bloomberg Businessweek”-də material 

yazım. Həmin vaxt Maskla əlaqələrim onun köməkçisi Meri Bet Braun vasitəsilə 

idi. Onun məni dəvət etdiyi məkanı  mən, sonradan, “Maskın Məmləkəti” 

adlandırmağa başladım.    

Bu Məmləkətə ilk dəfə gələn hər kəs əvvəl özünü itirir. Sizə deyirlər  ki 

,avtomobilinizi Space X-in baş ofisinin yerləşdiyi Xotorn şəhərinin Roket-roud 

səmtində  1№ -li evin yanında dayanacağa qoyun və  siz, ilahi, yəni Xotornda 

yaxşı  nəsə ola bilər yəni, deyə düşünürsüz Bura, Los-Anjelesin, görünür, hələ 

darıxdırıcı beton korobkalar arxitekturası zamanı tikilmiş, nüfuzlu sənaye 

kompleksləri ətrafında yerləşən köhnə evləri, dükanları, kasıblamış qəlyanaltıları 

olan qəmgin rayonudur. Yəni Maskın kompaniyası burda yerləşir? Birazdan hər 

şeyi anlamağa başlayırsan:  sahəsi 550 min kvadrat fut olan (51min m

2

-ə yaxın) 



mistik ağ bina görünür. Bu, Space X-in baş binasıdır. Və ,artıq, siz Space X-in 

öz qapısından girərkən, bu insanın gördüyü işin böyüklüyünü müşahidə edirsiz. 

Mask, həqiqətən, Los- Anjelesin mərkəzində kosmik raketlər istehsal edən zavod 

tikib. Və bu zavod sıfırdan bir dəfəyə  bir raket deyil,bir neçə raket düzəldir. Bu, 

birgə istifadə üçün nəhəng iş sahəsidir. Arxa tərəfdən metal seksiyaların iki 

yaruslu qaynaq aparatlarına daxil olan ağır platformalar,digər tərəfdə isə ,ağ 

xalatlı texniklər radioqəbuledicilər və müxtəlif elektron aparatlar yığırlar . Digər 

işçilər xüsusi germetik şüşə kameralarda işləyirlər. Onlar burada raketlərin 

kosmik stansiyalara çatdıracaq kapsullar istehsal edirlər. Bədənlərində döymələri 

olan oğlanlar başlarında bandana Van Haleni

4

  dinləyir və raket mühərriklərinin 



ətrafına kabel çəkirlər. 

Yük maşınlarına yüklənməsini gözləyən hazır raket korpusları da, elə, 

oradadır. Binanın başqa bir hissəsində isə raketlər ağ boya ilə rənglənəcəklərini  

gözləyir. Bütöv zavodu bir baxışla nəzərdən keçirmək mümkün deyil. Qəribə 

formalı müxtəlif maşınlar arasında daim yüzlərlə adam hərəkətdədir. Bu, Mask 

                                                            

4

 Van Halen – Amerika rok‐qrupudur, 1975‐ci ildə yaranıb,  Kaliforniya xevimetal ansamblı.



 

 


11 

 

Məmləkətinin təkcə  1№-li korpusudur. Space-X kompaniyasının  əvvəllər 



Boeing -747 təyyarələri üçün füzelyaj

5

 istehsal  edən Boeing zavodunun bir 



hissəsini təşkil edən cəmi bir neçə binası var idi. Bu binalardan birinin əyri dam 

örtüyü  təyyarə anqarını xatırladır. O,Tesla üçün tədqiqat laboratoriyası  və 

dizayn-studiya kimi xidmət göstərir. Sedan S-Modeli  və krossover modellərinin 

xarici görünüşü burada işlənib hazırlanıb. Biraz kənarda yerləşən dayanacaqda 

isə,Tesla özünün enerji doldurma stansiyasını qurub ki, Los-Anjeles sürücüləri 

burada avtomobillərini pulsuz enerjiylə  təmin etsinlər. Mask panorama 

hovuzunun ortasında Teslanın qırmızı-ağ loqotipli obeliskini qoyduğu 

üçün,onları tapmaq çox asandı. Maskla dizayn-studiyada baş tutan məhz ilk 

müsahibəm zamanı, mən onun necə danışdığını və işlədiyini anlamağa başladım. 

O, özünə güvəni olan adamdı, lakin bunu hər zaman göstərmir.  İlk görüşdə o, 

utancaq və yöndəmsiz gorünə bilər. Onun  tədricən itən Cənub afrika şivəsi və 

hətta,  şarmı belə, Maska nitqindəki dolaşıqlığı  və  əsəbiliyi gizlətmək  üçün 

kifayət etmirdi. Bir çox mühəndis və fizika aliminə məxsus tərzdə söhbət zamanı 

dəqiq ifadələr axtarışında o susur və tez-tez də hər hansı bir elmi, yaxud texniki 

problemi səsləndirsə  də, aydınlaşdırmadan  aradan çıxır. O, sizin də onu başa 

düşəcəyinizə inanır.  Əgər siz bir şey anlamırsınızsa , bu, sizin probleminizdir. 

Mask tez-tez zarafat edir və  həqiqətən də füsunkar ola bilir. Lakin onun hər 

söhbətində bir məqsəd və  məna var. O, boş yerə  çərənləmir (onun qəlbinin və 

şəxsiyyətinin mənim üçün gizli olan, daha coşqun cəhətlərini açıb göstərməsi 

üçün mən Maskla təxminən 30 saata yaxın söhbət etdim). Yüksək rütbəli 

rəhbərlərin əksəriyyətindən fərqli olaraq, Mask cangqdənsiz təkbaşına gəzir. O, 

restoranlarda asılıb qalanlardan deyil. Öz işini özü idarə edir. Biz onunla təcrübə 

nümunələrini yoxlayaraq dizayn-studiyanın birinci mərtəbəsinə baxarkən  söhbət 

etdik. O, dayanan kimi işçilər dərhal sual və  təkliflərlə ona yanaşırdılar. 

O,diqqətlə dinləyir,götür-qoy edir, əgər razı qalırdısa, başını tərpədirdi. Adamlar 

uzaqlaşır, Mask növbəti informasiya axınına tərəf irəliləyirdi. Bir ara Tesla 

kompaniyasının rəhbəri Frans fon Holxauzen S- Modeli üçün yeni təkər diskləri 

və  şinləri, eyni zamanda, X-Modelində oturacaqların yerləşmə sxemi haqda 

                                                            

5

 füzelyaj – təyyarənin gövdəsi. 



12 

 

Maskın fikrini bilmək istədi. Onlar söhbət etdilər və yüksək keyfiyyətli qrafik 



kompyuterlə Mask üçün prezentasiya hazırladıqları yardımçı otağa keçdilər. 

Onlar üç ölçülü renderinqin

 yeni texnologiyasını nümayiş etdirmək istəyirdilər. 



Bu texnologiya Teslanın virtual S-modelinə son bəzəyin vurulması  və küçə 

fontanlarının kölgə  və  işığının avtomobil korpusunda necə  əks olunduğunu 

təfərrüatı ilə izləmək imkanı verəcək. Tesla kompaniyasının mühəndislərinin, 

həqiqətən, yeni kompyuter sistemlərinə ehtiyacları var idi və onlar Maskın 

hərəkətə gəlməyini gözləyirdilər. Onlar drel və nəhəng sənaye ventilyatorlarının 

səs-küyünün danışıqlara maneçilik törətdiyi bir vaxtda, Maskı ideyalarının 

vacibliyinə inandırmaq istəyirdilər.

 

Mask özünün dəri ayaqqabı, dizayner cins 



şalvarı  və qara futbolkasında ( mahiyyət etibarı ilə bu onun gündəlik geyimi idi) 

3D gözlüyünü taxmağa tələsmirdi. O, bu haqda düşünəcəyini bildirdi,  sonra 

dizayn-studiyanın içərisində yerləşən səs-küylü emalatxanaya tərəf yönəldi. 

Tesla mühəndisləri burada yanacaqdoldurma stansiyalarının yanında 30 futluq 

(doqquz metrlik) dekorativ qullələr üçün müvəqqəti qurğular düzəldirdilər. 

“Görünür bu, 5 balliq qasırğaya tab gətirəcək- deyir Mask, gəlin onu biraz boş 

edək.” Nəhayət, Maskla onun maşınına - qara S-Model-ə oturub, Space X-ın əsas 

binasına dönürük. “Düşünürəm ki, insanlar bu gün hər cür İnternet, maliyyə və 

hüquqa daha çox maraqlıdır, - deyir  Mask – Bizdə innovasiyanın azlığının 

səbəblərindən biri də elə budur”. Maskın Məmləkəti mənim üçün bir etiraf oldu. 

Mən Silikon vadisinə 2000-ci ildə  gəlmişdim və çox pis adla tanınan San-

Fransisko

7

 rayonunda  olmuşdum. Bura şəhərin yerli əhalisinin uzaq durduğu 



hissəsidir. Siz burada heç nə olmamış kimi şalvarını  çıxararaq və  nəqliyyat 

vasitələrinin arasında bayıra çıxan birisini görərsiz, yaxud avtobus 

dayanacağında kəlləsini divara vuran psixopatla üz-üzə də gələ bilərsiniz. Yerli 

striptiz-klublarla yanaşı olan qəlyanaltılarda hər şeylə maraqlanan biznesmenlərə 

ilişən transvestitlər, kürsülərdə oturaraq yatan və altlarını batıran  əyyaşlar görə 

bilərsiz – bütün bunlar bazar günlərinin adi mənzərəsinin bir hissəsidi . 

San-

                                                            



6

 Üz hissəsinin boyanması və üçölçülü (həcmi) təsir almaq üçün işıq mənbəyindən istifadə etməklə qrafik 

təsvirlərin dəyişdirilməsi. 

7

 



San‐Fransiskonun xoşa gəlməyən hissəsində, onun bütün çirkabliği və cinayətlərlə dolu sərt reallığı ilə birlikdə, 

internet  inqilabı uğrunda arzuların necə məhv olduğu yaxşı görünürdü. 

 


13 

 

Fransisko insan tamahkarlığı ilə məşhurdur. Bu şəhər qızılaxtaranların hesabına 



şəhər oldu, hətta ən kəskin zəlzələ belə onun qazanc əldə etmək ehtirasını azalda 

bilmədi. “Yaşıllar” və “Solçuların” sizi axmaq yerinə qoymalarına imkan 

verməyin.  İqtisadiyyatın bir birini əvəz edən yüksəlişi və enişi – bax, bu yerin 

ritmi, harmoniyası , melodiyası da ,elə budur.  

2000-ci il San-Fransisko üçün  istehlakdan acgözlüklə istifadə edən ən səs-

küylü dövrü olub;. Bu elə bir gözəl dövr idi ki, ətrafda hər kəs tezliklə 

zənginləşmək fantaziyasına varır və internet dəlisi olurdu. Ümumən məşhur olan 

bu sərsəm ideyaların enerjisi, demək olar ki, cismən də duyulurdu: şəhər 

uğuldayır və titrəyirdi. O dövrdə mən israfçılıqdan boğulan adamların yüksəlişini 

və enməsini izləyə-izləyə San-Fransiskonun ən əxlaqsız  hissəsində yaşayırdım. 

O dövrün biznes sərsəmliyi haqqında  əhvalatlar yaxşı bilirdim. Səs-küy 

doğuracaq kompaniya yaratmaq üçün sizə, heç də, istehsal qurmaq lazım 

gəlməyəcək. Hər hansı bir internet-ideya kəşf edərək ,onu bütün dünyaya elan 

etmək kifayət idi ki, həvəsində olan investorlar sizin xəyali exsperimentinizi 

maliyyələşdirsinlər. Və bunu qısa zamanda etmək lazım idi ki, onun mahiyyətinə 

varılmasın.Vadinin sakinləri “tam gücünlə  işlə tam gücünlə istirahət et”- kimi 

təmtəraqlı  şüarı tam mənası ilə  qəbul etdilər. 20-dən 60 yaşadək hər kəs gecə 

yarısınadək işləməyə başladı.  İş yeri müvəqqəti yaşayış yerinə çevrildiyindən, 

şəxsi gigiyena da yaddan çıxmışdı. Qəribə burasıdır ki, HEÇ BİR  ŞEY 

İSTEHSAL ETMƏDƏN həddən artıq çox işləmək lazım idi. Lakin istirahət 

vaxtı  gələndə, çoxları pis yola düşürdü. O dövrün kompaniyaları  və kütləvi 

informasiya vasitələri bir-birinə heç olmasa nədəsə üstün gəlmək cəhdində  

birləşərək-sanki bəhsə girmişdilər. “Geridə qalmış” damğasını almamaq üçün 

çoxdan bəri tanınan firmalar müntəzəm olaraq konsert meydanlarını icarəyə 

götürərək, rəqqasələr, akrobatlar, pulsuz barlar və “Barenaked Ladies” rok-

qrupunu sifariş edirdilər. Cavan mühəndislər fahişələrlə ayaq yollarında kokain 

iyləyirdilər.  Burada insanlıq dəyərlərindən uzaq olan yalnız zəhmətsiz gəlir əldə 

etmək və  mənfəət güdmək idi. Əgər yaxşı vaxtlarda hadisələrin müfəssəl 

xronikası aparılırsa, adətən ondan sonra gələn hər pis şeyə, etina edilmirdi. 

Düşünülməmiş davranış  və  təsəvvür edilə bilməyəcək bolluq haqqında 



14 

 

düşüncələr,onlara nizamsızlıq yaratmaq və xaosu seyr etməkdən xoşdur. Ədalət 



naminə qeyd etmək lazımdır ki, tez varlanmaq barədə(sonu fəlakətlə bitən) 

internet-fantaziyaları San-Fransisko və Silikon vadisini dərin depressiyaya saldı. 

Əyləncələr bitmək üzrəydi. Səhər məhəbbətini təklif etmək üçün (“Şirinim, 

mənimlə gedək. Bu kofedən yaxşıdır”) fahişələr, artıq səhər saat altıda küçələrdə 

görünmürdülər. Ticarət yarmakalarında “Barenaket Ladies”-i Nil Daymond 

mahnılarının ifaçıları kasıbfəndi futbolkalarda və boğazlarında qəhər  

əvəzlədilər. Yüksək texnoloqiyalar nümayəndələri bütün bunlarla nə edəcəkləri 

barədə cüzi təsəvvürə ,belə, malik deyildilər. Partlamaqda olan köpüyə bənzəyən 

vençur kompaniyaları sonacan müflisləşmək istəmədiklərindən, yeni 

müəssisələri maliyyələşdirməyi dayandırdılar. Hər  şey  Silikon vadisinin 

sakinlərində kütləvi  şəkildə ayılma prosesinin başlamasından xəbər verirdi. 

Əlbəttə, melodrama ruhunda olsa da, əslində bu, həqiqətə uyğun idi. Milyonlarla 

ağıllı insanı birləşdirən məşhurluqun lovğalığını yenicə yaşayan  bir toplum 

birdən birə yox oldu.Və tam əks bir davranış  dəb halını aldı: hər kəs ehtiyat 

etməyə, riskdən uzaq olmağa çalışdı. Bu dəyişikliyi o dövrdə yaranan 

kompaniyaların və ideyaların nümunəsində  də izləmək olar. Google hardasa 

2002-ci ildə yarandı  və  uğur qazandı, lakin bu heç də tipik deyildi. Google-un 

üzə çıxması və 2007-ci ildə Apple iPhone-nun buraxılışı arasındakı dövrdə coxlu 

sayda  nəzərə çarpmayan kompaniyalar peyda oldu. Hətta Facebook və Twiter-in 

uğurlu başlanğıclar  əsl mal istehsal edən və onun yaranma prosesində on 

minlərlə  işçisi olan Hewlett-Packard, İntel, və Microsystems kimi məşhur 

sələflərindən köklü surətdə  fərqlənirdi. Növbəti illərdə sahibkarların hədəfləri 

dəyişikliyə  uğradı: yeni sənaye sahələri yaratmaq və  yeni möhtəşəm ideyalar 

irəli sürmək əvəzinə, kompaniyalar, istehlak əyləncələri və reklamların istismarı 

hesabına asan pullar qazanmasına üstünlük verdilər. Qabaqlar Facebook 

mühəndisi olan Ceff Hammerbaher mənə belə dedi:”Mənim nəslimin ağıllı 

nümayəndələri kompüterin siçanıyla reklam elanlarını seçməklə  məşğuldurlar.- 

Dəhşət...” Silikon vadisi Hollivudu xatırladırdı. Və beləcə onun xidmət 

göstərdiyi  istehlakçılar virtual həyatın aludəçisi oldu. İnnovasiya sistemindəki 

bu sakitliyin daha ciddi problem yarada biləcəyi haqda öz fikrini bildirənlərdən 



15 

 

biri Kaliforniya ştatında Çayna-leykdə yerləşən dəniz aviasiyasının hərbi 



təyinatlı Pentaqon Elmi-Tədqiqat Mərkəzində  işləyən fizik Conatan Hübner 

oldu. Hübner “Leave it to Beaver” (“Bunu Biverə həvalə edin”) serialından ölüm 

tacirinin bir nümunəsidir. Orta yaşlı, cansız və keçəlləşməkdə olan Hübner 

adətən xaki rəngli çirkli şalvar, elə o cür də pencək və şabalıdı zolaqlı köynək 

geyinir. O, enerji və proqram təminatına aid ən mükəmməl texnologiyalardan 

istifadə edərək, hər zaman silahlanma sisteminə aid materiallar işləyib 

hazırlayıb. Dotkomun iflasından sonra masasının üstünə qoyulan innovasiya 

təkliflərinə son dərəcədə narahatlıqla yanaşırdı. 2005-ci ildə Hübner “Bütün 

dünyada innovasiyaları azaldan  mövcud  ənənə” məqaləsini yazdı. Bu məqalə, 

Silikon vadisini mühakimə edəcək qədər olmasa da da, ən azından xəbərdarlıq 

xarakteri daşıyırdı. İnnovasiyalarla işlərin vəziyyətini təsvir etmək üçün ,Hübner, 

texniki tərəqqini ağacla müqayisə edir. İnsan oğlunun gövdəyə  dırmaşaraq, 

həqiqətən  bir çox vacib kəşfləri- təkər, elektrik, təyyarə, telefon, tranzistoru 

gündəlik həyata tətbiq etməklə ağacın budaqlarını canlandırıb. İndi biz hardasa 

ağacın lap zirvəsində yer almışıq və bizə  qədər görülmüş  işləri başa çatdırırıq. 

Bu nöqteyi-nəzərdən, Hübner göstərir ki, iri kəşflərin yaranma sürəti azalıb. O, 

həmçinin əhali başına düşən texniki innovasiyaların sayının azaldığını statistika 

da göstərir.Hübner mənə : ”Düşünürəm ki, bizim gələcəkdə 100 ixtira 

edəcəyimiz ehtimalı da get-gedə azalır. İnnovasiyalar məhdud ehtiyatdı.”-deyir.   

Hübner “mənim fikrimi anlamaq üçün insanlara beş il vaxt lazımdır” 

demişdi, və bu proqnoz da reallaşdı. 2010-cu ilə  qədər PayPal-ın banisi və 

Facebook-un xarici investoru yüksək texnologiyalar industriyasının enişə doğru 

getdiyi ideyasını irəli sürmüşdü .”Biz uçan avtomobillər arzusunda idik, bunun 

əvəzində isə, 140 rəmz əldə etdik” ifadəsi sonradan onun Founders Fund vençur 

kompaniyasının sloqanına çevrildi.“Gələcəyimizlə  nələr baş verir” adlı essedə 

Til və onun tərəfdaşları Twitter və  onun ifadəyə yönəldilmiş 140 rəmzi  yalançı 

tərəqqi  olduğunu təsdiq edirlər. Til deyir ki, elmi fantastika daha  gələcəyi 

tərənnüm etmir və antiutopik oldu, ona görə ki, insanlarda texnologiyaların 

dünyanı yaxşılığa doğru dəyişmək qabiliyyətinə inam azalıb.   Mən Maskın 

Məmləkətinə  gələnədək bu fikirlərin çoxuyla razı idim. O görmək istədiyi 



16 

 

işlərdən utanmırdı,onun kompaniyalarının işçilərindən başqa, az adam vardı ki, 



onun zavodlarını, elmi-tədqiqat mərkəzlərini, maşın sexlərini görmüş  və 

niyyətinin gücünü anlamış olsun. Mask bir çox məqamı Silikon vadisindən 

mənimsəmişdi- irəli iri addımlarla hərəkət, bürokratik iyerarxiyadan qurtuluş- və 

bunların hamısını fantastik aparatların təkmilləşməsinə  və  nəzərdən qaçmış 

məqamların inkişafına tətbiq etmişdi.  Mask ümumi “xəstəlikdən” də yan keçə 

bilmədi. 1995-ci ildə o, kolleci təzəcə bitirən və Yelp kataloqunu Goodle Map 

kataloquna uyğunlaşdıraraq Zip-2 kompaniyasının  əsasını qoymaqla, dotkom 

casibəsinin mərkəzinə düşdü. Birinci müəssisə sürət və böyük uğurla nəticələndi. 

1999-cu ildə Compaq  Zip 2-ni 307 mln. dollara aldı. Mask sazişdən 22 mln. 

dollar əldə etdi və demək olar ki, hamısını özünün növbəti müəssisəsinə, sonralar 

Pay Pal kimi formalaşan startapa qoydu. Pay Pal-ın çox iri aksiya sahibi olan 

Mask, 2002-ci ildə eBay-ın kompaniyanı 1,5 mld. dollara aldığında fantastik 

dərəcədə varlandı. Lakin öz yaşıdlarından fərqli olaraq,Mask, qəm-qüssə  və 

depressiyaya qapılmadı, Silikon vadisinin ətrafında veyllənməkdənsə, Los-

Anjelesə yerləşdi. O dövrün “dərindən nəfəs alaraq, növbəti uğurun zamanını 

gözlə”  məişət müdrikliyini qəbul etməyən   Mask , 100 mln. dollar Space X-ə, 

70 mln. dollar Tesla-ya və 30 mln. dollar Solar City-yə yatıraraq, bu müdrikliyə 

qarşı getdi. Görünür, var-dövləti bir anda  itirmək üçün bundan sürətli yol 

seçmək mümkün deyildi. O öz simasında çox riskli vençur fondu oldu və iki ən 

zəngin yerdə - Los-Anjeles və Silikon vadisində çox bahalı fiziki məhsul istehsal 

etməyə başlayaraq böyük riskə qetdi. Maskın kompaniyaları  işlərini sıfırdan 

başlayaraq aerokosmik sahədə, maşınqayırma və günəş energetikasında 

zamanında qəbul olunan məqamları  dərk etməyə çalışıblar.  Space-X Maska 

ABŞ-ın hərbi-sənaye kompleksinin nəhəngləri, eləcə  də Lockheed Martin və 

Boeingl-ə mübarizəyə girməyə imkan verir. Həmçinin bütün ölkələrlə ,əsasən də, 

Rusiya və Çinlə. Space-X öz sahəsi üzrə istehsal xərcləri az olan tədarükçü adını 

qazanmışdı. Lakin özlüyündə bu hələ müvəffəqiyyət üçün kifayət deyildi. 

Kosmik biznesdə siyasət oyunlarına qoşulmaq, lazımlı adamlara yaltaqlanmaq 

və himayəçiliklə məşğul olmaq lazımdı, bu da kapitalizmin əsasını parçalamağa 

gətirib çıxarır. Stiv Cobs iPod və iTunes-i satışa çıxarmaq üçün səsyazma 



17 

 

industriyasına zidd gedərkən belə faklarla  üzləşmişdi. Lakin musiqi 



industriyasının şıltaqları ludditlər , işləri silah və vahid dövlətlər yaratmaq olan 

Maskın düşmənləri ilə müqayisədə, heç nə idi. onların Space-X isə  dəfələrlə 

yükü kosmosa çatdira və Yerə qayıda biləcək raketlərin sınağını aparır.  Əgər 

kompaniya bu texnologiyanı təkmilləşdirsə, rəqiblərinə sarsıdıcı zərbə vura bilər 

və  həqiqətən, raket industriyasının bəzi  nümayəndələrini bu biznesdə geridə 

qoyacaq , Amerikanı isə, insan və yüklərin kosmosa və geri  uçabiləcək raketlərə 

görə, dünya lideri edə bilər. Mask hesab edir ki, bu bir  təhlükədir, və ona çox 

sayda barışmaz düşmən qazandıracaq. “Mənim üçün ağlamayanların siyahısı 

artır, - Mask qeyd edir – Mənim ailəm rusların məni fiziki cəhətdən aradan 

götürəcəklərindən ehtiyat edir”.   

Tesla Motors vasitəsiylə Mask avtomobillərin istehsalı  və satışını 

dəyişdirmək və yanacağın distribusiyasını ümumdünya şəbəkəsinə qoşmaq 

niyyətindədi. Maskın öz jarqonunda “şərti optimal kompromis” adlandırdığı 

gibridlərin  əvəzinə insanlara vacib

 

olan bütövlüklə elektrik enerjisiylə  işləyən 



Teslanın avtomobillərini (elektromobillər) yaratmaq fikrindədir və bununla da 

gələcəkdə texnologiyaların sərhədini açmaq mümkün olacaq. Tesla bu 

avtomobilləri dilerlər vasitəsi ilə deyil,  İnternetdə və elit ticarət mərkəzlərində- 

Apple mağazalarına  bənzər qalereyalarda satır. Elektromobillərin mühərrikləri 

yağın dəyişdirilməsini və adi avtomobillər kimi digər prosedurları  tələb 

etmədiyinə görə,Tesla həmçinin, öz avtomobillərinin servisindən də böyük pullar 

gözləmir. Tesla kompaniyasının qəbul etdiyi avtomobillərin satış modeli 

müştərilərlə alver etməyə və texniki xidmətə görə böyük gəlir götürməyə alışmış 

avtodilerlərə birbaşa meydan oxuyur. Teslanın enerji

 

doldurma stansiyaları 



hazırda ABŞ-ın, Avropanın, Asiyanın bir çox əsas magistrallarında yerləşir və 

maşına əlavə olaraq 20 dəqiqə ərzində enerji yükləyərək yüzlərlə mil məsafə qət 

etmək imkanı verir. Bu, necə deyərlər, superdoldurma stansiyaları günəş enerjisi 

ilə işləyir və Teslanın sahibkarları üçün heç bir sərfiyyat tələb etmirdi. Amerika 

infrastrukturunun böyük hissəsinin çökdüyü dövrdə,

 

Mask, ölkəni bütün 



dünyanın birincisinə çevirərək futurist üslubda fasiləsiz işləyən nəqliyyat sistemi 

yaradır. Maskın qavrama qabiliyyəti və son vaxtlar  onun etdikləri, göründüyü 



18 

 

kimi, Henri Ford və Con D. Rokfellerdən irsən aldığımız ən yaxşı nümunələrin 



kompleksidi. 

 Solar 


Citiyə  gəldikdə isə, Mask istehlakçı  və müəssisələr üçün 

günəş batareyalarının çox məşhur bir tədarükçü kompaniyasına pul yatırmışdı. 

Solar Citinin ilk konsepsiyası Maska məxsusdu, məhz buna görə  də o, da 

direktorlar şurasının sədri oldu; biznesi isə onun əmisi oğlanları Lindon və Piter 

Piv qardaşları    idarə edirlər. Solar City-yə onlarla energetika kompaniyasını 

geridə qoyub , onların yerinə keçmək müyəssər oldu. Alternativ enerji ilə əlaqəli  

kompaniyaların sürətlə müflisləşdiyi bir zamanda, Mask dünyada “təmiz” enerji 

mənbəyinə  əsaslanan iki ən uğurlu kompaniya yaratdı. Müxtəlif sahələrdə on 

minlərlə işçi və mütəxəssisi əhatə edən zavodlardan ibarət, xalis dəyəri 11,7 mlrd. 

dollar olan biznes-imperiyası Maskı dünyanın  ən varlı adamlarından birinə 

çevirdi

8



 Maskın Məmləkətiylə tanışlığım onun belə  ağlasığmaz yükü necə 

təkbaşına daşıdığını anlamağıma imkan verdi. “İnsanı Marsa göndərmək” ifadəsi 

kiməsə ağılsızlıq kimi görünərkən, Maskın kampaniyaları üçün məqsəd və əsas 

ilham mənbəyinin devizi oldu. Hər üç kampaniyanın  əməkdaşları günlərini 

mümkünsüz bir işə həsr etdiklərini yaxşı anlayır və etiraf edirlər. Mask qeyri-real 

məqsədlər təyin edəndə, işçilərdən işdə can yandırmağı  tələb edərək onları 

danlayanda, bu, müəyyən dərəcədə, qoyulmuş məqsədə doğru bir addım olaraq 

qəbul edilir. Bəzi iş yoldaşları onu elə buna görə  də sevirlər. Digərlərinin onu 

görən gözü yoxdur, lakin onlar təəccüblü də olsa onun məqsədyönlülüyünə  və 

missiyasına hörmət əlaməti olaraqq loyal qalırlar. Silikon vadisində sahibkarların 

çoxunun  edə bilmədiyini, Mask özünə məxsus məqsəd və fəaliyyətə əsaslanan 

müvafiq dünyagörüşüylə edir. Mask özünün əzmi, daimi cəhdləri, sonsuz 

axtarışları ilə dahiyanədir. Onu direktor kimi , kampaniyanın gəliri az narahat 

edir, Mask daha çox ordusunu böyük qələbəyə aparan generaldır. Mark 

Tsukerberq internetdə  əyləncə olsun deyə  uşaqlıq fotoşəkillərinizi  bölüşməyi 

təklif etdiyi zaman, Mask insanlığın nəslini könüllü, yaxud təsadüfi məhvdən 

xilas etmənin yollarını araşdırır. 

                                                            

8

 2015‐ci ilin mart ayına olan məlumata görə. 



19 

 

 Maskın niyyətlərinin həyata keçməsinə  həsr etdiyi həyatı  əcaib və 



bəzən də  ağilsız görünür. Onun tipik iş  həftəsi Bel Eyrdəki malikanəsində 

başlanır. O, bazar ertəsi Space X-də işləyir. Çərrşənbə axşamı iş gününü Space 

X-də başlayır, sonra öz təyyarəsinə minib, Silikon vadisinə uçur. İki günü o, 

Teslanın Pal Altodakı ofisləri və Frimontedəki zavodunda keçirir. Şimali 

Kaliforniyada Maskın evi olmadığına görə də o, yaraşıqlı Rosewood otelində ya , 

da, dostlarının evində qalır. Dostlarının evində gecələcəyini  təşkil etmək üçün 

onun köməkçisi elektron poçt vasitəsilə belə bir sual olan məktub göndərir:” 

İnsan qalacaq yeriniz varmı?”  Əgər dostu müsbət cavab verirsə, Mask gecə 

yarısı onun qapısının zəngini çalır. Çox vaxt ona qonaq otaqı ayırılır, amma 

bəzən dincəlmək məqsədiylə hansısa videooyunlar oynayaraq uduzan Mask, 

kiçik bir divanda yuxuya gedir. Cümə axşamı isə yol yenidən Los-Anjelesə və 

Space X-ədi. 

 Mask 

keçmiş arvadı Castin ilə birlikdə ,beş kiçik oğluna- əkizlərə və 



üçəmlərinə özü hamilik edir və  həftədə dörd dəfə onları görməyə gedir. 

Vəziyyəti nəzarətdə saxlamaq məqsədiylə , Mask hər il həftə ərzində uçuşa  nə 

qədər vaxt sərf etdiyini hesablayır. Belə qrafiklə necə yaşamaq olar sualına 

cavab verərək , Mask deyir:” Mənim uşaqlığım ağır keçib; görünür bu üzdən tab 

gətirə billirəm .” 

 Maskın Məmləkətinə  səfərlərimin birində , o söhbətimizi 

maksimum dərəcədə qısaltmalı oldu, çünki , təbiət qoynuna- Oreqon ştatındakı 

Milli parkda Kreyter gölünü seyrə  çıxmağı planlaşdırmışdı. Bu, cümə günü, 

axşam saat səkkiz radələrindəydi; tez bir zamanda Mask oğlanlarını  və onların 

dayəsini özünün şəxsi təyyarəsinə mindirməli, sonra isə onun özünü  çadır 

şəhərciyinə dostlarının yanına çatdıracaq təyyarəçiləri qarşılamalı idi. Dostları 

ona əşyaları boşaltmağa və yerləşməyə kömək edəcəklər. Artıq qaranlıq çökür. 

İstirahət günü üçün  isə bir neçə yürüş planlaşdırılıb. Və beləcə də, istirahət başa 

çatacaq.  İstirahət gününün ikinci yarısında Mask oğlanlarla geri, Los-Anjelesə 

qayıdacaq. Elə, həmin axşam da, özü Nyu-Yorka yola düşəcək. Gecə yuxusu. 

Bazar ertəsi səhər onun müsahibəsi var. Görüşlər. Elektron poctun yoxlanılması. 

Yuxu. Çərşənbə axşamının səhəri isə, geri, Los-Anjelesə dönüş. Space X-dəki 


20 

 

işlər . Çərşənbə axşamı gündüz yenidən San-Xoseyə uçuş, Tesla Motors 



zavodundakı  işlər. Axşam Vaşinqtona, Kolumbiya dairəsinə uçuş, prezident 

Obama ilə görüş. Çərşənbə gününün axşamı isə, geri Los-Anjelesə. Space X-də 

bir neçə iş gününü. Həftə sonunda Google kompaniyasının direktorlar şurasının 

sədri Erik Şmidt tərəfindən Yelloustounda təşkil olunan  konfransda iştirak 

etməliydi .  

Həmin vaxt Mask ikinci arvadından, aktrisa Talula Raylidən ayrılmışdı və 

bu gərgin qrafikdə  şəxsi həyatına da yer ayırmağa çalışırdı. “Düşünürəm ki, 

uşaqlarıma və  işimə, kifayət qədər, vaxt ayırıram,- deyirdi Mask- Amma bir 

problemim var. Sevgilim yoxdu. Bax ,bunun üçün də vaxt  lazımdır, hətta bəlkə, 

5-10 saat. Səncə qadına həftə ərzində nə qədər vaxt kifayətdi ? Bəlkə, 10 saat? 

Ümumiyyətlə minimum nə qədər?  Mən bilmirəm”. 

 Mask 


istirahət üçün çox az hallarda vaxt tapır, lakin onun 

əyləncələri də, həyatı kimi, dramatik və qeyri standartdı. Özünün otuz illik 

yübileyini qeyd etmək üçün, Mask İngiltərədə 20 nəfərlik qəsr icarəyə götürdü. 

Gecə saat ikidən səhər saat altıyadək hamı gizlənpaç oynadı. Növbəti gecəni 

Parisdə keçirdilər. Mask, doğma qardaşı və əmisi oğlanlarıyla birlikdə gecəyarısı 

oyanıb ,səhər saat altıyadək  şəhərdə velosiped sürməyi qərara aldılar. Sonra 

onlar bütün günü yatdılar, gecə isə  Şərq ekspessinə mindilər və yenə  də bütün 

gecəni oyaq  qaldılar. Qatarda məşhur Lucent Dossier Experience avanqard 

qrupunun təqdimatı oldu-akrobatik tryuklar və xiromantiya (əlfalı). Ertəsi gün 

qatar Venessiyaya çatanda Mask dostları ilə  şam yeməyindən sonra səhər saat 

doqquzadək istirahətlərini otelin Böyük kanala mənzərəsi olan daxili həyətində 

keçirdilər.  

Mask müxtəlif kostyumlar nümayiş etdirilən gecə  əyləncələri sevir; belə 

gecələrin birində o cəngavər geyimində  çətirlərin üstündə Dart Veyderin 

kostyumunda olan cırtdanla döyüşürdü. 

 

Sonuncu ad günlərindən birinə, Mask Nyu-Yorkda qəsrə bənzər bir 



yerə ,Tarritauna 50 nəfər dəvət etmişdi. 

21 

 

 Bu 



dəfə isə stimpank

9

 



 

stilində yapon mövzusu oynanılırdı.- Elmi-

fantastika həvəskarlarının düşündükləri  təsəvvürlərin təcəssümüydü sanki. 

 Korset, 

dəri və maşınlara sitayişdən ibarət gurultulu bir qarışıq 

əmələ gəldi. Mask samuray geyimindəydi. 

 Bayram 

tədbirlərinə Hibert Sallivanın “Mikado” viktorian komik 

operasının quruluşu daxil edilir; operada hadisələr Yaponiyada,şəhərin lap 

mərkəzində, kiçik bir  teatrda baş verir. 

 “Mən amerikalıların nəsə anladıqlarından  əmin deyiləm,”- deyir Rayli 

(“Qadına həftədə 10 saat ayırmaq” planı pozulandan sonra, Mask onunla 

münasibətini bərpa etmişdi). Ancaq pyesin davamında baş verənlər, 

amerikalılarla bərabər, hamının xoşuna gəldi. Qəsrə qayıdan Mask, gözlərini 

dəsmalla bağladı, divara söykənərək hər  əlinə bir şar götürür , birini də 

ayaqlarının arasında salır. Sonra isə, bıçaq atan işinə başlayır. 

 “Mən onu əvvəl görmüşdüm və onun bu gün istirahətdə olacağından 

ehtiyat edirdim- Mask belə başlayır. Bir də qorxurdum ki, birdən bıçaq atan iki 

şara eyni vaxtda düşə bilməz”. Mat qalmış tamaşaçılar bışağın Maska 

dəyəcəyindən qorxurdu . Maskın ən yaxşı dostu Bill Li: “Bu inandırıcı deyildi. 

Ancaq  İlon hər  şeyə  fəlsəfi yanaşır”- dedi. Bayrama dünyanın  yekəpər sumo 

güləşçilərindən biri həmvətənləri ilə birlikdə  gəlmişdi. Rinq təşkil edildi və 

Mask çempionla yarışa çıxdı. Onun 350 fut (160 kq) çəkisi vardı -deyir Mask: 

“Mən adrenalinim təpədə rinqə çıxdım və güləşçini yerdən qaldırmaq istədim. O, 

ilk raundda mənə  qələbə qazandırdı, sonrakı döyüşdə isə,  mənim başıma elə 

oyun gətirdi ki, indiyədək kürəyim ağrıyır.” 

 

Rayli Mask üçün bu şənliklərin planlaşdırılmasını incəsənətə çevirdi. 



Onlar Maskla hələ 2008-ci ildə, Maskın kompaniyalarının bir-birinin ardınca 

uğursuzluqa düçar olduğu vaxtda tanış olmuşdular. O, Maskın bütün sərvətini 

necə itirdiyini və mətbuatın gülüş hədəfinə çevrildiyinin şahidi idi. Rayli bilirdi 

ki, bu illərin yaraları indiyədək göynəyir və Maskın ağır xasiyyətinin səbəbi də, 

həyatında baş verən digər emosional sarsıntılarla birlikdə körpə oğlunun faciəli 

ölümü və  Cənubi Amerikada keçirdiyi yeniyetməlik dövrünün çətinlikləri ilə 

                                                            

9

 Stimpank‐elmi fantastikanın bir qoludu.Adətən bəşəriyyətin alternative inkişafını nəzərdə tutur. 



22 

 

bağlıdı. Mən onu rahatlatmaq üçün, hər cür şən  əyləncələr düşünürəm, - deyir 



Rayli. “Biz ona uşaqlıqda görmədiklərini yaşatmağa çalışırıq.”  

 

Raylinin bu cəhdləri həmişə arzuolunan nəticəni vermir. Sumo 



güləşçisi ilə baş verən hadisədən dərhal sonra, Mask, Palo Alto-da Teslanın baş 

ofisinə  işə getdi. Şənbə günü idi, avtomobil dayanacağı isə, dolu idi. Teslanın 

ofislərində yüzlərlə  gənc işləyirdi – bəziləri avtomobil hissələrinin kompyuter 

layihələşdirilməsi ilə məşğul olur, digərləri elektron avadanlıqlarla eksperiment 

aparırdı. Maskın bir dəqiqədən bir dəhlizin hər yerindən şaqraq gülüşü eşidilirdi. 

Mask  onu gözlədiyim otağa işgüzar görüş üçün gələndə, mən , şənbə günündə 

də insnların işləməsinin məni necə mütəəssir etdiyini dedim. Mask vəziyyəti 

başqa cür görürdü: O öz növbəsində    şikayət etdi ki, istirahət günləri 

gecəyarıyadək işləməyə qalanların sayı get-gedə azalır. “Rahatlaşmışıq biz, 

boşalmışıq, - Mask dedi. – Mən bunu onlarn elektron ünvanlarına da yazmaq 

istəyirdim. Daha  sərt olmaq lazımdır”. 

 Arzularla 

yaşayan və onları reallaşdıran  insanlar elə belə  də olur. 

İşçilərini  töhmətləndirən Hovard Hyüz və Stiv Cobsu  təsəvvür etmək də çətin 

deyil. Yeniliyin yaradılması – xüsusən də,  əgər söhbət möhtəşəm işlərdən 

gedirsə , asan məsələ deyil. Mask kompaniyalarının yaradılmasına verdiyi iyirmi 

ildə, və bu müddətdə çox adamla üzləşməsi, ona pərəstiş edən və ya ona heç 

dözə bilməyənlərlə  nəticələndi. Kitabımı  işləyərkən zaman-zaman, mən, bu 

adamlarla ünsiyyətdə olurdum; onlar mənə Mask və müəssisələrin necə işlədiyi 

haqda az məlumat vermədilər. 

 

Mənim Maskla şam yeməklərim və vaxtaşırı Maskın Məmləkətinə 



baş  çəkməyim, bu insanı  hər tərəfli tanımağıma kömək etdi. Onun 

elədikləri ,Hyüz və Cobsun ona qədər elədiklərini geridə qoyurdu. Mask 

Amerikanın gözündən düşmüş aerokosmik və avtomobil istehsalı kimi sahələrini 

öz üzərinə götürərək, onları qeyri-adi yeni və fantastik sahələrə çevirdi.  Bu 

islahatın əsasında Maskın, proqram təminatı istehsalçısı kimi, təcrübəsi və onun 

bütün bunları praktikada tətbiq etmək qabiliyyəti durur. O, atomları və bitləri elə 

birləşdirdi ki, bu, əvvəllər heç kəsin ağlına belə gəlməmişdi və nəticələr də, təsir 

edici oldu. Doğrusu, ona hələ iPhone-nun istehlakçı  uğuru və ya Facebook-un  



23 

 

milyardlarla insanın diqqətini cəlb etmək qabiliyyətinin də bütün bunlara əlavə 



olunması  gərək. Hazırda o, hələ  də, zəngin  adamlar üçün oyuncaqlar 

düzəltməklə  məşquldu və onun çoxvədlər verən imperiyası bir gün partlayan 

raket kimi ,istiqamətini dəyişə, yaxud da maliyyə böhranıyla üzləşə bilər, bu da, 

öz növbəsində,Teslanın avtomobil bazarından kütləvi  şəkildə atılmasına səbəb 

ola bilər. “Digər tərəfdən, Maskın kompaniyaları bu gün, artıq , onun 

bədxahlarının mümkün hesab etdiyindən daha çox iş görmüşdülər,bu da, onun 

vədlərinə şübhə ilə baxanlara,belə,nikbinlik bəxş etməlidir.” Mənə görə, birjalara 

çıxışa və istehsalın yüksəldilməsinə güc vermək  əvəzinə, Silikon vadisi öz 

fəaliyyətini yenidən qurmağa və qüvvəsini zamanla ayaqlaşmağa yönəldə 

bilsəydi kaş, bax, İlonun fəaliyyəti bunun parlaq nümunəsidir, - proqram 

təminatı üzrə  məşhur ekspert və ixtiraçı Edvard Yanq belə deyir. – Bunlar 

lazımlıdır, lakin çox azdı. Biz uzun müddətli işlərin müxtəlif modellərini 

axtarmalı və texnologiyaları onlara inteqrasiya etdirməliyik.” Yanqın dediyi bu 

inteqrasiya: proqram təminatı, elektronika, yeni materialların və hesablama 

avadanlıqlarının ahəngdar birliyidir ki , bu da, göründüyü kimi, Maskın insanları 

təəccübləndirəcək maşınlar dövrünə yol açan və elmi-fantastik arzularını 

gerçəkləşdirmə  qabiliyyəti kimi, güclü cəhətini nümayiş etdirir.  

 Bu 


mənada Mask Hovard Hyüzdən daha çox Tomas Edisona 

bənzəyir. O, ixtiraçı, məşhur biznesmen və böyük ideyaları böyük məhsullara 

çevirə bilən sənayeçidir. Minlərlə insan onun amerikada, qeyri-mümkün hesab 

edilən , zavodlarında metal məmulatlarının istehsalı ilə  məşquldur. Cənubi 

Afrikada doğulan Mask, bu gün Amerikanın ən yenilikçi sənayeçisi və qeyri-adi 

mütəfəkkiridir; Silikon vadisini yeni, daha perspektivli yola çıxaracaq insandır. 

Maskın sayəsində 10 ildən sonra amerikalılar minlərlə günəş enerjisi doldurma 

stansiyalarıyla təchiz olunmuş müasir yollar, elə bu yollarla şütüyən 

elektromobillərlə dünyada məşhur ola bilərlər. O zamana qədər isə, Space X hər 

gün insanları və yükləri raketlərlə müxtəlif yaşayış nöqtələrinə çatdıraraq, Marsa 

uçuşa hazırlaşacaq.  Əgər işləri sonadək aparmaq üçün Maskın kifayət qədər 

vaxtı olarsa, bu uğur inanılmaz olduğu qədər də, labüddür. Onun keçmiş xanımı 

Castinin ifadə etdiyi kimi: “O, hər istədiyinə nail olur və heç kəs ona mane 


24 

 

olmaq gücündə deyil. Bu dünya İlona məxsusdur, biz insanlar isə, sadəcə,  bu 



dünyanın sakinləriyik”. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə