Əslində bu kitabı çoxdan yazmaq istəyirdim. Yaxın dostlarım, hüquq-mühafizə



Yüklə 0.52 Mb.
PDF просмотр
səhifə1/7
tarix14.12.2016
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6   7

 



 



 

ÖN SÖZ 

    


      Əslində  bu  kitabı  çoxdan  yazmaq  istəyirdim.  Yaxın  dostlarım  ,  hüquq-mühafizə 

orqanlarında  uzun  illər  mənimlə    xidmət  etmiş  həmkarlarım  və  hazırda  bir  yerdə 

çalışdığım  media mütəxəssisləri də  xeyli vaxt idi məni bu işə təhrik edirdilər. Çünki 

biz hamımız valideynik və  narkomaniyanın  insanlara hansı bəlalar gətirdiyini, neçə-

neçə ailəni dağıtdığını, toplumu əyri, cinayətkar yollara sürüklədiyini dərindən anlayır 

və başa düşürük.  

      İlk öncə bu ideyaya özüm də  şübhə ilə yanaşdım.  lakin sonradan belə bir materiala 

hər  kəsin  (siyasi  və  sosial  mövqeyindən,  mənəvi  baxış  və  əqidəsindən,  cəmiyyətdəki 

durumundan  asılı olmayaraq) ehtiyacı ola biləcəyini dərk edərək özlüyümdə bu barədə 

yazmaq  qərarına    gəldim.  Çünki  nə  qədər  axtarışlar  etməyimə  baxmayaraq  doğma 

dilimizdə  sadə    və  hamının  başa  düşəcəyi  şəkildə  belə  bir  materialın  olmadığını 

aşkarladım.  Dünyada  bu  problemlərlə  bağlı  çap  edilən  mənbələrə  müraciət  etdim  və 

belə bir kitabın  yazılmasının doğrudan da vacib olduğunu anladım. 

      Bu  kitabda  yazılanlar    narkomaniyanı  müalicə  edən    həkimlər,  narkoloqlar    üçün 

nəzərdə tutulmayıb,  onlar bu materialsız da  problemi yaxşı bilirlər. Narkomanlar da 

uzaq  başı  bir  –iki  fəslini  oxuyub  kitabı  bir  kənara  atacaqlar.  Əsasən  bu  materialın 

oxucusu  heç  bir  vaxt    narkomaniya  problemləri  ilə  üzləşməmiş,  lakin  bu  haqda  daha 

çox  bilgiyə  sahib  olmaq  istəyən  insanlar,  eyni  zamanda  narkomanların  təkbaşına  bu 

problemlərlə üz-üzə qalmış bədbəxt valideynləri  və yaxınları olaçaqdır. 

      Əlbəttə, yaxşı olardı ki, bu kitabın   sayəsində  hüquq- mühafizə orqanlarının gənc 

əməkdaşları  da  problem  haqqında  özləri  üçün  müəyyən  bir  bilik  əldə  etsinlər.  Eyni 

zamanda  çalışacağam  ki,  kitabdan  ən  azı  bir  sorğu  mənbəyi  kimi  də  istifadə  etmək 

mümkün olsun. 

       Eyni  zamanda    bu  nəşrdə    müxtəlif  mübahisələrə  səbəb  ola  biləcək  subyektiv 

fikirdən  doğan    məqamların  da  olması  istisna  deyil.  Çünki  istifadə  edilən  mənbələrin 

özündə  də  hər  vaxt  üst-üstə  düşməyən  məqamlar  mövcuddur.  Fikir  mübadiləsinə 

hazıram. 

       Bir  daha  qeyd  etmək  istərdim  ki,  bu  sahədə  qazandığım  müəyyən  bilik  və 

təcrübəyə    görə  ilk  növbədə  mən  həkim  valideynlərimə,  həmkarlarıma,    bu  sahənin 

mütəxəssislərinə,  oxuduğum  çoxsaylı  materialların  müəlliflərinə    təşəkkürümü 

bildirirəm. 

       Əlbəttə ki, əziz oxucum,  mən  sizə də təşəkkür edirəm – çünki siz bu kitabı oxumaq 

qərarına  gəlmisinizsə,deməli    narkotiklərlə  bağlı    problemlər  sizin  üçün  etinasız  və 

laqeyd yanaşılan bir mövzu deyil. 

I . NARKOMAN  OLMAQ  NƏ DEMƏKDİR 

    Narkomaniya  –  sözün  əsl  mənasında    adi  bir  xəstəlik  deyil.  Çünki    narkoman 

tədricən  öz  mənəvi  keyfiyyətlərini  itirən,  əqli  və  psixi  cəhətdən  pozulan  ,  dostlarını, 

ailəsini, əvvəllər malik olduğu  sənət və peşəsini unudan  və yenisini əldə edə bilməyən, 

işsiz  qalan,  cinayətkar  mühitə  düşməklə  qarşılaşan,özlərinə  və  yaxınlarına    səfalət 

gətirən ,ən başlıcası isə sağlamlığını məhv edən bir şəxsdir. 

    Narkomaniya  bir    zədəyə  bənzəyir.  Əgər    ayaq  amputasiya  edilirsə,  yenidən  bərpa 

olunmayacaq,  yəni  narkotiklərlə  bağlı  ailə  paklığı,  təmizliyi  ,  münasibətləri  məhv 

edilirsə,  yenidən  bərpa  edilməsi  çox  çətin  olur.  Necə  deyərlər,dəridə  olan  çapıq  və 

kəsiklər bərpa olur, könüldəki isə yox... 

    Bundan  əlavə,  narkomanlar  üçün  ən  böyük  müsibət  odur  ki,  narkotiklər  əbədi 

olaraq  tək    yaddaşda  yox,    həm  də  orqanizmdə  möhürlənir.  Yəni  narkotiklərdən  əl 

çəkmiş şəxs yenidən onu “bircə dəfə ” sınaq üçün qəbul edərsə, narkomanların keçdiyi 

“cəhənnəm odundan” bir də adlayacaqdır.  

 

   Narkomanlar  (həm  də    onların  ailə  üzvləri)  çox  gec  anlayırlar  ki,  artıq  onlar  asılı 



vəziyyətə düşüblər, yəni bu - narkotiklərlə elə-belə  oynamaq deyil. Asılılıq yarım ildən, 

bir  ildən,  daha  çox  isə    2-3  aydan  sonra,  hətta  ilk  “qara  kabus”  məhlulun 

inyeksiyasından sonra da  baş verir. Bunun dəqiq bir formulası olmur və heç kim də 

bunu  bilmir.  “  Bir  dəfə  etməklə    heç  nə  olmaz”  sözünü  heç  kəs  işlətməməlidir.  Buna 

görə  də  sınaqan  keçirməyə  dəyməz.  Əgər  bunu  artıq    etmisinizsə  də,    bu  qorxulu 

təcrübəni bir daha  təkrarlamayın. 

   Həyatda bu qorxulu  kimyəvi stimulyatorlardan başqa da  ləzzət almaq üçün kifayət 

qədər yollar və əyləncələr var. Buna görə də  özünüzü narkotik aludəçisinə çevirməyin. 

 

 

II. NARKOTİK  VASİTƏ  NƏDİR 

 

     



1.Narkotiklərin yaranma tarixi 

 

     Tarixi  araşdırmalar  göstərir  ki,  ilk  dəfə  narkotik  vasitə  olan  opium(tiryək)  bizim 



eramızdan 2 min il əvvəl Yaxın Şərqdə geniş yayılmış və istifadə edilmişdir. 

      Qədim  Misir  mumiyalarında  həşişin  izləri  tapılmışdır.  Qədim  Roma  və    Yunan 

həkimləri və döyüşçüləri də həşişi,opiumu tanımış,onlardan istifadə etmişlər.Artıq orta 

əsrlərdə  bu  narkotiklə  bütün  Avrasiyada  tanınırdı.  Qədim  zamanlarda  çinlilər 

marixuanadan  hazırlanmış  müxtəlif  ədvalardan  gücverici-stimulyator  kimi  istifadə 

etmiş,opiumla isə bizim eramızın 8-ci əsrində ərəb tacirləri vasitəsilə tanış olmuşlar. 

       Cənubi  Amerikada  aparılan  arxeoloji  qazıntılar  zamanı  məlum  olmuşdur  ki, 

burada da qədim zamanlardan narkotik vasitələrdən istifadə edilib. Eramızdan 2 min 

il əvvəl müasir Perunun sakinləri koka bitkisinin yarpaqlarından istifadə etmişlər. XVI 

əsrdə  ispanlar  inklərin  imperiyasını  ələ  keçirdikləri  vaxt  koka  yarpağının  yerli  hindu 

tayfaları  tərəfindən  çeynənilməsinə  diqqət  yetirmişlər.  Məlum  olmuşdur  ki,  koka 

çeynəyən kuryerlər bir neçə gün yorğunluq və aclıq hiss etmədən qaçaraq bağlamaları 

ünvanlara çatdırarmışlar. 

      Qədim  və  orta  əsrlər  cəmiyyətlərində  narkotik  tərkibli  bitkilərdən  xüsusi  emal 

edilmədən istifadə (çeynəmək, cəkmək ) edirdilər , buna görə də onların dağıdıcı təsiri 

insan  orqanizmi  üçün  zəif  olurdu.  XIX  əsrdə  Avropa  kimyaçıları  təbii  xammaldan 

daha təmiz və güclü təsirə malik preparatlar hazırlamağa başladılar. 

1805-ci ildə alman kimyaçısı F.Zertyurner ilk dəfə opiumdan morfin(qədim yunanların 

yuxu  allahı  Morfinin  şərəfinə  adlandırılmışdır)  adlanan  alkoloidi,  1832-ci  ildə  isə 

fransız  kimyaçısı  P.J.Robike  kodeini  ayırmışdır.  Morfln  və  kodeinin  opiumda  tərkibi 

10  və  0.5%  təşkil  edir.  1870-ci  ildən  başlayaraq  morfindən  kimyəvi  yolla  heroin( 

diasetilmorfın) və digər güclü təsirə malik narkotiklər almağa başlamışlar. 

      Şpritsin kəşfi isə narkotiklərin istifadəsində yenilik yaratmışdır. 1864- cü ildə şpritsi 

isveçrəli baytar həkim Çarlz Praves kəşf etmiş, 1865-ci ildə isə ingilis Aleksandr Vud 

inyeksiya  iynəsini  icad  etmişdir.  Bundan  sonra  digər  dərman  preparatları  ilə  yanaşı 

narkotiklər,    o  cümlədən  morfın  də  inyeksiya  vasitəsilə  orqanizmə  yeridilməyə 

başlandı.  Bu  isə  preparatın  az  doza  ilə  daha  güclü  effekt  verməsinə  imkan  yaratdı, 

damardaxili inyeksiyalarda isə müxtəlif eyforik hissetmələr daha da gücləndi. 

      Bununla  yanaşı  inyeksiya  metodu  ilə  narkotikbrin  bədənə  yeridilməsi 

narkotiklərdən  asılı  şəxslər  arasmda  müxtəlif  tibbi  problemlərin  -  abcec,  flebit,artıq 

dozadan  vəfat  etmə,  qanla  keçən  infeksiyaların,  o  cümlədən  AİDS  və  hepatitin 

yayılmasına yol açdı. 

                  



 

 

 



 



 

2. Narkotik vasitələriıı növləri 

 

İnqalyant ximikatlar və toksikomaniya  

İnqalyasiya - maye halda olan maddələrin qaz və buxar halına keçdikdən soııra 

burun,ağız   vasitəsilə   sovrulmasıdır.   Toksikomaniyanın   bəzi   formalarında   isə   

efir yağlarının, məişət kimyasında işlənilən maddələrin, aseton, benzol va digər 

maddələrin də   (həlledicilər,   təmizləyicilər,sinteiik   yapışqanlar,  

laklar,boyalar,nitroboyalar,ləkəaparanlar,dezodorantlar,sac   lakları,mebel   

təmizləyicləri,benzin,   dırnaq   təmizləyən laklar və s.) iylənməsi həyata keçirilir. 

Maddi imkanları məhdud olan yeniyetmələr arasında belə maddalər daha şox tstifadə 

edilir.  

İnqalyasiya ximikatları aşağıdakı reaksiyaları verir:  

İstifadə 

Yuxu, eyforiya, baş gicəllənmə. danışığı itirmə, reaksiyanın  zəifləməsi,titrəmə,əsmə, 

sayıqlama, işığa qarşı yüksək hissiyyat, güclü ürək döyüntüləri,döş qəfəsində ağrılar və 

s.  

Sistematik istifadə 

Əzələ    zəifliyi, yeriyəndə    çətinlik    çəkmə,    çəki    itirmə.qaraciyər   və    böyrəklərin 

funksiyalarının pozulması, beyin və əsəb sisteminin ciddi pozğunluğu, hafizənin, 

mülahizənin, əqlin zəifləməsi . 

Artıq istifadə - Asfeksiya - (boğulmaların artması), özündəngetmə, koma və qəfil ölüm. 

 

Marixuana 

Marixuana – Yaşıl, boz , palıd rəng xaş-xaşın (kanabis) qurudulmuş, xırda doğranmış 

yarpaqların, toxumların və çiçəklərinin qarışığından ibarət olur. Marixuana -dünyanın 

bir  çox  yerlərində,o  cümlədən  Azərbaycanda  da  ən  geniş  yayılmış  narkotikdir. 

Marixuananın  təsiri  altında  olan  şəxs  başgicəllənməsi  hiss  edir,  yerişini  itirir,  ağılsız, 

axmaq  adam  təsiri  bağışlayir,  daima  gülür.  Qəbul  etdikdən  sonra  yaddaşı  zəifləyir, 

yaxın vaxt kəsiyində baş vermiş hadisələri unudur,xarakterik cəhət kimi –gözlərinin içi 

qırmızı rəng olur, 2-3 saatdan sonra ayılanda belə  yuxulu gəzir. 

Çoxları elə başa düşür ki, marixuana qəbul etmək sağlamlıq üçün təhlükəsizdir. Amma  

belə  deyil,  çünki  bu  narkotik  vasitə  psixoaktivdir  və  beyinə  sarsıdıcı  zərbə  vurur. 

Marixuananın qəbulu aşağıdakı reaksiyaları verir:  

İstifadə 

Yaddaşın itməsi,fikirləşmə və dərketmə qabiliyyətinin zəifləməsi. 

Sistematik istifadə 

Refleksin  və  hərəkət  aklivliyinin  zəifləməsi,  nəfəs  sistemi  xəstəliklərinin  yaranması,ağ 

ciyər  xərcəngi,  beyində  bədxassəli  şişlərin  əmələ  gəlməsi,  immunitetin  zəifləməsi,  cinsi 

zəillik və s. 

 

Kokain 

Kokain - koka bitkisindən lıazırlanan,əsasən ağ rəngli tozdur. Kokainin tozunıı burun 

vasitəsilə sovururlar və ya inyeksiya yolu ilə damara vururlar. Kokaindən ən çox varlı 

təbəqə istifadə edir,belə ki, ona öyrəşmə həftədə ən azı min dollara başa gəlir. 1985 -ci 

ildən kristal formasında «krek» adlanan, siqaret kimi çəkmək üçün ucuz kokain növü 

də 

bazara  çıxarılır.  «Krek»  sözü  ingilis  dilindən  tərcümədə  «şaqqıltı» 

deməkdir,qızdıranda  səs  saldığı  üçün  belə  ad  verilib.  Kreki  eyni  zamanda  açıq  rəngli 

həblər  va  sovrulan  konfetlər  kimi  də  istehsal  edirlər,  qaşıqda  qızdırıb  buxarını 

iyləyirlər.Krekin az bir miqdarı-dozası tez bir zamanda narkotik təsirini göstərir və bu 

hal 15-20 dəqiqə davam edir. 

 



Vərdiş və ya asılılıq çox tez baş verir. 



Kokain istifadəçiləri ruhi pozuntuya çox tez yoluxur və beyinlərinə qansızma, ürək və 

ağciyər  çatışmamazlığı  nəticəsində  qəflətən  ölürlər.  İlkin  ləzzəti  əldə  etmək  üçün 

kokainin  dozasını  tez-tez  artırmaq  zərurəti yaranır,ilk  anlar  eyforiya  yaratmaq  istəyi 

sonradan sadəcə olaraq özünü pis hiss etməmək üçün qəbul edilir. 

Kokain  istifadəçisinin  əlamətləri-  fısıldama,  burnunu  çəkmə,  həyəcan,  coşğunluq, 

ehtiras, danişqanlıq, söhbətcillik, bəd fikirlərin genişlənməsidir. 

Kokaini müxtəlif yerlərdə talk, qar, koka, ledi, antrasit, kiker, belyaşka. koks, marafet, 

mel  və s.  də adlandırılar.  

Kokain aşağıdakı reaksiyaları verir: 

Az miqdarda qəbul - 

Eyforiya,  narahatçılıq,  yüksək  arterial  təzyiq,güclü  ürək  döyüntüləri,  iştahdaın 

kəsilmə, yüksək aktivlik.yorulma 

Çox miqdarda qəbul- 

Həyəcan,  əsəbilik,  qızğın,  hərarət,  coşqunluq,  rəngin  solması,  zəif  nəbz,  qusma,  ürək 

bulanması, bədən hərarətinin artması, soyuq tər. 

Sistematik qəbul- 

Əsəb,  yüksək  həyacanlıliq,hal  dəyişməsi,  hallüsinasiya,  qarabasma,  gözəgörünmə, 

yuxusuzluq,  daim  aclıq  və  eyni  zamanda  iştahsızlıq,  impotensiya  (kişilikdən  düşmə, 

kişiliyi itirmə). ürək aretmiyası, əzələ spazmaları, döş qəfəsində ağrılar. 

 Dozadan artıq qəbul- 

Sayıqlama,artan,  pozulmuş,  səthi  və  ötəri  ,nəfəsalma,  özündəngetmə.  ölüm.  Eyni 

şpritsdən istifadə edərkən müxtəlif yoluxucu xəstəliklər. 

 

Metamfetamin 

Metamfetamin  -həb,toz,  kub,  parafinə  oxşar  kristal  formalarında  olur,  Damardaxili, 

udmaqla qəbul edilir və çəkilərək də  istifadə edilir. 

Metamfetamin  -  güclü  əsəb  stimulyatorudur.  Güclü  təsirə  malik  olan  bu  narkotikə 

«sürət» də deyirlər, cünki tez bir zamanda intensiv, səmərəli enerji, fiziki güc hissiyyatı, 

aktivlik, həzz, kef, ləzzət gətirir. Belə hal bir neçə dəqiqədən bir neçə saata qədər çəkir. 

Metamfetaminə şüşə, sürət, amfetas, buz, kristal və s. deyirlər.  

Metamfetamin aşağıdakı reaksiyaları verir: 

Az miqdarda qəbul – 

 Həyəcan,başgicəllənmə,iştahsızlıq, ağızın quruması, lez-tez sidiyə getmə, ayaqişləmə 

Çox miqdarda qəbul- 

Eyforiya,  həyəcan,  iztirab,  təlaş,  təşviş,  hallüsinasiya,  qarabasma,  gözəgörünmə,  döş 

qəfəsinin ağrıları,bayılmalar,tərləmə, titrəmə və s. 

Sistematik qəbul- 

Yuxusuzluq. narahatçılıq və gərginlik, yeməkdən iyrənməyə qədər iştahsızlıq , yüksək 

arterial təzyiq, tez və aretmik ürək döyüntüləri ,yara tökmə, sayıqlamalar. 

Dozadan artıq qəbul- 

Qizdırma,konvulsiya  (qıcolma),  koma.  Beyinə  qansızma,  Eyni  şpritsdən  istitadə 

edərkən müxtəlif yoluxucu xəstəliklər. 

 

Ekstazi 

1987 

-ci 

ildə 

İspaniya  diskotekalarının  birində  «ekstazi»  (metil-endioksin 

etılamfetamin)  həblərinin  musiqi  ilə  ahəngindən  ləzzətli  bir  effekt  «kəşf»  edilmişdir. 

Bunun  da  nəticəsində  son  dərəcə  yüngüllük.  enerji  axını  hiss  edərək  yorulmadan 

saatlarla  rəqs  etmək  və  şənlənmək  həvəsi  yaranmışdır.  Musiqi  və    ekstazinin 

vəhdətindən  bir  sıra  ınusiqi  «mədəniyyəti»  əmələ  gəlmişdir.Mütəxəssislər    hesab  edir 

ki,  ekstazi  -  onu  qəbul  edən  şaxsdə  müvafıq  musiqidəki  ritm  və  tezliklərin  səsləri 

vasitəsilə  beyindəki  biokimyəvi  proseslərin  katalizatoruna,  qızışdırıcısına  çevrilir  və 

 



spektrini  genişləndirir.  Ekstazi  2-8  saat  təsir  göstərir.  Ekstazidən  ölənlərin  sayı 



yüzlərlədir. Məhz buna görə də ekstazi ən qorxulu narkotiklərdən biri hesab olunur va 

BMT -yə üzv dövlətlərin hamısında istifadəsi qadağan edilib. 

Qəbul- 

Eyforiya,  hallüsinasiya,  qarabasma,  gözəgörünmə,  orqanizmdə  güclü  susuzlaşdırma, 

ürək bulanması, öyümə, qıcolma,süstlük, ölgünlük, hissizlik və depressiya . 

Sistematik qəbul- 

Qaraciyərin,böyrəyin  parçalanması,  impotensiya  {kişilikdən  düşmə,  kişiliyi  itirmə), 

əsəb pozğunluğu, ürək-damar çatışmamazlığı. 

 

Heroin 

Heroindən  əvvəl  opium  (  tiryək-xaş-xaşın  şirəsindən  alınan  maddə),  ondan  morfin 

alınır,  sonra  isə  morfiniin  sintezindən  heroin  əldə  edilir.Narkotik  aktivliyinə  görə 

lıeroin  morfindən  bİr  neçə  dəfə  güclüdür.  Qızdırılaraq  inqalyasiya,  iyləmə, 

damardaxili  və  çəkmək  yolu  ilə  istifadə  edilir.Qanunsuz  dövriyyəyə  daxil  olan  heroin 

müxtəlif  forma  və  rəngdə  -toz,  kristal.  ağ,  əlavə  edilmiş  aşqarlardan  (bir  maddənin 

texniki keyfiyyətini yaxşılaşdırmaq üçün ona qatılan başqa maddə) və təmizləyicilərdən 

asılı olaraq qonur, palıd və hətta qara da olur. Küçədə satılan heroinə başqa narkotik 

vasitələr,həmçinin  şəkər  tozu,  kraxmal,quru  süd,  həna  və  s.  qatırlar.Buna  görə  də 

istifadəçilər cox vaxt onun dozasını və təsirini bilmirlər. 

Müxləlif  ölkələrdə  ,o  cümlədən  Azərbaycanda  da  gənclər  arasında  ölüm  hadisələri 

əsasən heroinlə bağlıdır. 

Heroinin pasta, ağ, qar, qarik,qerasim,qera,qerıç və s kimi adları var.  

Heroin aşağıdakı reaksİyaları verir: 

Az miqdarda qəbul- 

Eyforiya,  həzz,  kef,  ləzzət  hissiyyatı,  zəiflik,  qüvvətsizlik,  gücsüzlük.  taqətsizlik, 

üzgünlük,  yuxu,  söhbətcillik,  fıkir  yüngüllüyü  və  canlanma,  başgicəllənmə,  zəiflik, 

diqqəti  cəmləyə  bilməmək,  süstlük,  qeydsizlik,  ölgunlük,  ağırlıq,  keylik,  hissizlik, 

soyuqluq,fəaliyyətsizlik,  güclü  sidik  ayrılmaları,  öyümək,  qusmaq,  tərləmək,  ağrı 

hissiyyatının zəifləməsi. 

Cox miqdarda qəbul- 

Az    doza      qəbulu      simptomlarının      güclənməsi,      yuxusuzluq,      nəfəs   

catişmamazlığı,arterial təzyiqin düşməsi,ürək döyüntülərinin zəifləməsi.  

Sistematik qəbul- 

Əhvalın  tez-tez  dəyişməsi,  inyeksiyadan  damarların  daralması,qaraciyər  va  böyrək 

xəstəliklərinin yaranması,orqanizmin flziki və psixoloji köhnəlməsi, dağılması, 

Dozadan artıq qəbul- 

Göz  bəbəklərinin  sançağın  deşiyi  qədər  balacalanması,  aşağı  arterial  təzyiq,ürək 

ritminin 

zəifləməsi, 

bədənin 

aşağı 

tempraturu, 

dərin 

yuxu,hərəkət-

sizlik(stupor),koma,ölüm. Eyni şpritsdən istifadə edərkən müxtəlif yoluxucu xəstəliklər. 

 

Həşiş 

  Həşiş  -    (ərəb  dilində  -  hashish  —  «quru  ot»),  kanabis  va  marixuanadan  alınmış  bir 

sıra psixotrop məhsulların ümumi adıdır. Qara, palıdı va ya tünd yaşıl rəngli parça və 

ya plitka şəkilli həmcins maddədir. Hazırlanma üsulundan asılı olaraq həşiş preslənmiş 

toz va ya palçıq- matsa, qara toz (ximka) şəklində olur. Ən keyfiyyətli mal preslənmiş 

toz sayılır. 

Əsas aktiv inqredenti tetrahidrokannabinoldur. 

Həşişi marixuana ilə səhv salmaq olmaz, marixuana bitkidir. Həşiş isə ondan alınan 

maddədir. Həşiş- qurudulmuş marixuanadan tərkibiııdə delta-9- tetrahidrokannabino-

lun olduğu üçün daha güclü psixoaktiv təsiri ilə fərqlənir.  

Həşişin emalı- 

 



Hindistanda həşişi bitkinin qoyun dərisində saxlanması vasitəsilə emal edirlər. 



Klassik  üsul-  xirda  tozları  və  yarpaqları  müxtəlif  ölçülü  deşiyi  olan      ələkdən  və  ya 

tənzifdən keçirirlər,ən kiçik fraksiyanı briketlərə presləyirlər. 

Dənələrinin ölçülərinə va tərkibindəki psixoaktiv maddələrə görə həşişin 5 çeşidi, növü 

olur. 

Kimyəvi  üsul-  marixuana  və  ya  kanabisin  qurudulmuş  yarpaqlarının  ekstraktını 

çəkmək  üçün  aseton  və  etiI  spirtində  bir  müddət  saxlayırlar,  qurudaraq  qətranını 

alırlar. 

Keyfıyyətli marixuananın 1 kq- dan 40 qram həşiş alınır. 

Həşişin istifadəsi- 

Həşişi tütünə qatıb çəkirlər, eyni zamanda kiçik hissələrini xüsusi qalyanlarda çəkirlər. 

Əfqanıstan və Pakistan istehsalı olan həşişin tərkibinə bəzən tiryək də qatırlar. 

Həşişdən asılılıq da tez bir zamanda baş verir. 

Həşişdən  istifadə  əsasən  marixuananın  xüsusi  növlərinin  yetişdirildiyi  va  spirtli 

içkilərin  qəbulunun  qadağan  olunduğu  yerlərdə  daha  cox  yayılıb.  Bəzi  ölkələrdə 
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə