Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Etiket haqqında anlayış. İşgüzar etiketin əsas növləri



Yüklə 112,74 Kb.
səhifə20/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Peşə etikasının mühazirələri-1

15. Etiket haqqında anlayış. İşgüzar etiketin əsas növləri

Etiket - harda olmasından asılı olmayaraq təyin edilmiş davranış qaydalarıdır. Bu müxtəlif hüquqi sosial və intellektual statuslu insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirənnormalardır. Etiket insanın daxili dünyası ilə xarici aləmini birləşdirir. Etiketin əsas qaydalar-nəzakət,ədəb,qanacaq,həsaslıq.Etiket insanlar arasında cəmiyyətdə nəyin məqbul, nəyin qeyri-məqbul olmasını göstərir. O, nəzakət, mədəniyyət, alicənablıq anlayışları ilə bağlıdır. Etiketin əsasında insanlara hörmət durur. İlk dəfə etiket Fransız kralı XIV Lyudovikin saray mərasimlərində ortaya çıxıb. XIV Lyudovikin saray qəbullarında qonaqlara davranış qaydaları haqqında kart verilirdi. Etiket sözü XVII əsrdə Versalda yaranaraq tərcüməsiz və şərhsiz bütün dillərdə dünyaya yayılmışdır. Etiket cəmiyyətdə,insanlar arasında nəyin məqbul və ya qeyri-məqbul olmasını tənzimləyir.Əxaq normalarından fərqli olaraq insanların razılaşmaları yazılmamış xarakter daşıyır. Etika mənəvi normalarla fəaliyyət göstərir. Bəzi hallarda etika və etiket üstüstə düşür. Məs. həqiqəti demək etika və etiket nöqteyi nəzərindən vacibdir. lakin nəzakətli münasibəti etiket tələb edir. Həm etiket, həm də etika fərqli davranış qaydaları kodeksləri təqdim edir. Etika və etiket təsdiqləyir ki, dövlət əmlakından istifadə etmək olmaz. Etiketi bilməmək həssaslıq, özünə inamın olmamasına,söhbətin doğru olmayan istiqamətdə inkişafına və bu vəziyyətdə təşəbbüskarlığın məhdudlaşmasına gətirib çıxarır. Bunun gələcəkdə gətirə biləcəyi faydaları bilərək Yapon şirkətləri hər il işçilərinə yaxşı davra-nış qaydaları, ünsiyyət üsulları öyrədir, bu məsələ ilə bağlı öz işçilərinə məsləhət verir. Onlar etiketin öyrənilməsinə yüz milyonlarla dollar xərcləyir. Onlar haqlı olaraq inanırlar ki, bu gün bu məqsədlə daha çox pul sərf etmək lazımdır ki, nəinki sabah öz patensial müştərilərini və satış bazarlarını itirmək. İşçilərin düzgün geyinməsi, bir-biri ilə düzgün davranması, müştərilərlə, idarəçilərlə məktubu düzgün tərtib edə bilməməsi, telefonla kübarca,təmkinlə ünsiyyət qura bilməməsi, işçi heyətin düzgün seçilməməsi bəzən karyeranı çökdürür. Söyləmək çətindir ki, pis davranış və tərbiyəsizlik səbəbindən hər il nə qədər pul itirilir. XIX əsrin ingilis yazıçısı Dj. Lebbok bu münasibətlə doğru şəkildə qeyd edir: “Həyatda uğur qazanmaq üçün ünsiyyət istedadan daha vacibdir.” İşgüzar etiket qaydaları iş adamlarının iqtisadi, maliyyə maraqlarının yaxınlaşmasına kömək edir, xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasını təmin edir. Biznes və ya işgüzar etiketi bilmək sahibkarlıq uğurunun tələbədir. Deyl Karneqinin sözlərinə görə” Bir insanın maliyyə işində müvəffəqiyyətinin on beş faizi onun peşəkar biliklərindən və səksən beş faizi isə ünsiyyət qurma qabiliyyətindən asılıdır.” Həm etika, həm də etiket bir şəxsin necə davranması lazım olduğunu göstərir. Etika və etiket birbiri ilə yanaşı addımlayır. Müvəffəqiyyət üçün müəyyən hallarda düzgün davranışın xüsusiyyətlərini öyrənməyin vacibliyini anlamaq lazımdır. Bu insana müəyyən vəziyyətlərdə özünü necə aparmasına kömək edir. Onda peşə hazırlığı ilə bağlı problemləri həll etmək mümkün olacaq.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin