I Fəsil: ABŞ-IN XARİCİ SİYASƏTİNDƏ YAXIN ŞƏRQ REGİONUNUN ƏHƏMİYYƏTİ
Bu gün Yaxın Şərq dedikdə Türkiyə-İran hövzəsi (Türkiyə, İran, Əfqanıstan), Ərəbistan yarımadası (Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Yəmən, Qətər), Bərəkətli Hilal adlanan bölgə (Iraq, İsrail, İordaniya, Livan, Suriya) ve Afrika qitəsindəki Misir nəzərdə tutulur. Yaxın Şərq ən qədim zamanlardan bəri bəşəriyyət üçün vacib iqtisadi və siyasi mərkəzlərdən biri olmuşdur. Bir çox sivilizasiyanın doğulmasına və inkişaf etmsinə ev sahibliyi edən Yaxın Şərq Şərqi və Qərbi birləşdirən əhəmiyyətli ticarət və su yolları və kanalları üzərində yerləşməsi səbəbiylə tarixi prosesdəki əhəmiyyətini heç vaxt itirməmişdir. İbn Xəldununa görə, "Coğrafiya insanın taleyidir". Ölkələrin taleyini onun coğrafi mövqeyini müəyyənləşdirdiyi görüşü, msələ mövzusu Yaxın Şərq olduğu zaman mübahisəsiz bir gerçəkliyə çevrilir. Bunun səbəbi Yaxın Şərqin iqtisadi, siyasi və strateji əhəmiyyətidir. Yaxın Şərqin taleyini isə coğrafi yerləşmə məkanı və bu məkandan qaynaqlanan zənginliyi müəyyən ettmişdir.
Yaxın Şərq coğrafiyasında tarixən baş verən problemlərin təməl səbəbini analiz edən tarixçilərin öz əsərlərində, çıxışlarında qeyd etdiklərinə görə, bu regionun insanlarının psixoloji olaraq daim üçüncü bir güc tərəfindən siyasi müdaxiləyə ehtiyac duyması, yaranan toplumsal problemlərin həll edilmək əvəzinə xronikiləşdirilməsi, rüşvətxorluq, ağır iş saatlar, aşağı büdcəli gəlir və aqressiyanın insanların gündəlik həyat təlabtına çevrilməsidir. Tarixən ən kiçik problemlərini belə öz aralarında və daxili siyasətlərində qan tökməklə həll edən Avropadan fərqli olaraq, 1900-cü illərdən etibarən ortaya çıxan məzhəb savaşları, etnik problemlər, doqmatik dövlər aparatı və avtoritarlaşma probleminə həll yolu tapılmayıb və məsələlər dərinləşib. Yaxın Şərqin durumunu Davud peyğəmbərin Əhdi-Ətiqdə keçən bir cüçləsi ilə xarakterizə etmək olar: “abyssus abyssum invocat”- “xəta xətanı doğur”. Yaxın Şərqdəki ən vacib məsələ onun siyasi, iqtisadi və ya sosial problemə sahib olması deyil, bu problemlərə qarşı verdiyi reaksiyadır. Regional problemlərə qarşı həll yollarının çox zaman prejtij, qəhramanlıq və ya bir qrupa qarş nifrət şəklində rasionallıqdan zuaq bir tutumla və ya toplumsal mənafe yerinə bir şəxsin və ya bir qrupun çıxarlarının düşünülməsi problemlərin həll edilməkən ziyadə, dərinləşməsinə və fərqli hal almasına səbəb olur.
Bu gün üçün Yaxın Şərqi həyati əhəmiyyətli edən şey isə 1800-cü illərin sonlarında kəşf edilən neftdir. Yaxın Şərq həm neft, həm də qaz ehtiyatları baxımından dünyanın ən zəngin bölgəsidir. Bu vəziyyət özlüyündə Yaxın Şərqi vacib coğrafiya halına gətirir. Neft dünyanın ən qiymətli və misilsiz xammalına çevrildikdən sonra neftin çıxdığı hər yedə bir-birinin ardınca inqilablar, müharibələr, hökumət çevrilişləri baş vermiş və nefti olan ölkələrin xalqları heç vaxt rahat nəfəs ala bilməmişlər. Belə bir vəziyyətədən Orta Şərq də öz nəsibini almış və bu regionda neft, qan və siyasət bir-birinə qarışmışdır. Neft tarixində ən vacib siyasi fiqur olan İngiltərənin baş naziri Uinston Çörçill "Bir damla neft bir damla qandan daha dəyərlidir" deyərək gələcəkdə bu səbəbdən çox qan töküləcəyini bildirmişdi. OPEK-in təsisçilrindən olan Venesuelalı siyasətçi Pablo Peres, nefti "Şeytanın ləkəsi" kimi xarakteriə etmişdi. Xüsusilə 1950-ci illərdən bəri dünya iqtisadiyyatının ürəyi Yaxın Şərqdə atmağa başlamış, bölgədə dünya iqtisadiyyatı üçün əsməyə başlayan ən yüngül külək belə böyük fırtınaların qırılmasına səbəb olmuşdu. Qədimdə insanların təbiətdən əldə etdikləri xammallara uyğun olaraq yaşadıqları dövrlərin “mis dövrü”, “tunc dövrü” adlandırıldığı kimi, XX və XXI əsrləri də “Neft əsri” adlandırmaq yanlış olmaz. Enerjinin bu qədər vacib olduğu dövrdə Yaxın Şərqi idarə edən güc enerjini də idarə edəcəkdir. Enerjini idarə edən iqtisadiyyatı da idarə edəcək və iqtisadiyyata hökm edə bilən isə dünyanı idarə edəcəkdir. Nəticədə, Yaxın Şərqi idarə edəcək olan güc dünyanı da idarə edəcəkdir. Buna görə də hər kəsin diqqəti Yaxın Şərqdədir və dəqiq olan yeganə şey Böyük güclərin Yaxın Şərqi heç vaxt öz başına qoymamasıdır. Bu gün sivilizasiyanın inkişafında hələ də ən vacib hərəkət və enerji mənbəyi olan neft həm də siyasi və iqtisadi qarşıdurmaların əsas səbəbkarıdır. ABŞ isə bu mübarizənin aparıcı aktoru və neftlə bağlı siyasətlərin müəyyənedicisidir.
Yaxın Şərq Dünyanın ən keyfiyyətli neft istehsal etməsi baxımından xüsusi yerə sahibdir. Xərclər baxımından Yaxın Şərqi üstün edən şey dənizlərdə neft hasilatı ilə quruda neft istehsalı arasındakı maya dəyəri fərqidir. Çünki Yaxın Şərq nefti quruda və qum altında istehsal olunur. Dənizlərdə istehsal dəyəri platformaya və suyun dərinliyinə görə artır. Nəticədə, hansı perspektivdən baxılmasından asılı olmayaraq, Yaxın Şərq nefti dünyanın ən ucuz və cəzbedici neftidir. Digər tərəfdən, dünyada ən çox neft istehlak edən ölkə ABŞ-dır. Dünyadakı neft istehlakının beşdə birini təkcə ABŞ təşkil edir və neft istehlakı forması digər ölkələrdən fərqlidir. ABŞ-da neft istehlakının 67,8% -i nəqliyyat sektorunda istifadə olunur. Dünyada isə bu nisbət 50% -dir, çünki ABŞ-da avtomobillərin istifadəsi “Amerika yaşayış tərzi” nin çox vacib bir hissəsini təşkil edir.
Yaxın Şərq neft baxımından nə qədər dəyərlidirsə, təbii qaz baxımından da bir o qədər dəyərlidir. Təbii qaza olan ehtiyacına görə dünya Yaxın Şərqdən asılıdır. Dünyadakı təbii qaz ehtiyatlarının 46,9% -i Yaxın Şərqdir.
İkinci Dünya Müharibəsinə qədər, Orta Şərq İngiltərənin, demək olar ki, toxunulmaz bölgəsi idi. İkinci Dünya Müharibəsindən sonra rollar dəyişdi və ABŞ İngiltərəni əvəz etdi. Bu gün Yaxın Şərqlə bağlı siyasətdə ABŞ həmişə fəaldır. Digər ölkələr isə ABŞ-ın mövqeyinə görə reaktiv mövqe sərgiləyirlər. Bölgənin ən güclü aktoru ABŞ-dır və münaqişələrin əsas səbəbi də ABŞ və onun yeritdiyi siyasətdir.
Yaxın Şərq ABŞ-ın fövqəldövlət mövqeyinin davam etməsi üçün son dərəcə kritik bir bölgədir. Buna səbəb ABŞ-ın Yaxın Şərq neftinə və təbii qaza fiziki olaraq ehtiyac duyması deyil. Bir dövlət olaraq, əslində, ABŞ-ın Yaxın Şərqin neftinə və təbii qazına ehtiyacı yoxdur. ABŞ dünyada ən çox neft və təbii qaz istehlak etdiyi halda, həm də dünyada ən çox neft və təbii qaz istehsal edən ölkədir. ABŞ-da neft istehlakı gündə 19 milyon barel olsa da, hasilatı gündə 11 milyon 644 min bareldir. İstehsalın əhatə səviyyəsi 61,2% -dir. Qalan 38,8% -i əsasən Kanada, Venesuela və Meksikadan, bir az da Yaxın Şərqdən almaqdadır. Kiçik rezervlərə sahib olmasına rəğmən, ehtiyatlarından maksimum səmərəliliyi əldə etmək üçün texnoloji qurğularından istifadə edir və neftdən xaricdəki asılılığını azaldır. Digər tərəfdən ABŞ-ın illik neft istehlakı 836 milyon ton olsa da, onun yalnız 93 milyon tonunu Yaxın Şərqdən idxal edir. Onun mütənasib ekvivalenti isə 11.1% -dir. ABŞ-ın neft mərkəzi olan Yaxın Şərqdən asılılığı 11,1% təşkil edir və bu nisbət getdikcə azalır. Çünki ABŞ qaya nefti kimi öz ehtiyatlarını inkişaf etdirərkən, digər tərəfdən Orta Şərqə alternativ olan Venesuela kimi yeni neftlə zəngin ölkələrdən istifa edir. Bütün bu inkişaflar ABŞ-ın Yaxın Şərq neftinə olan ehtiyacını tədricən azaldır.
Qeyd olunduğu kimi Amerikanın Yaxın Şərqin neftinə və təbii qazına ehtiyacı yoxdur. Bu baxımdan ABŞ-ın Yaxın Şərqlə planları, maraqları və Yaxın Şərqdə olma səbəbləri fərqlidir. ABŞ, əsasən, Yaxın Şərq neftinin marketinqi, bu neftin satışından qazandığı nəhəng petro-dolları və petro-dollar dövriyyəsi ilə maraqlanır. Bu siyasət isə Yaxın Şərqdə münaqişələr özü ilə bərabər gətirməkdədir. Bu siyasətdə bölgədəki ortağı və "Troya atı" isə Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı bölgədə ABŞ-a mane olacaq xarici siyasət yeritmək bir yana, ABŞ ilə strateji tərəfdaş rolunu oynayır. Bu səbəbdən Səudiyyə Ərəbistanını ABŞ-ın Yaxın Şərqdəki İngiltərəsi olaraq xarakterizə edənlərin sayı da az deyil. ABŞ üçün Yaxın Şərqi əhəmiyyətli edən bir səbəb də şirkətlərinin maraqlarını qorumaqdır. Yaxın Şərqdə neftin mövzusunda ən vacib aktorlar nəhəng neft şirkətləridir. Bunlar, əsasən, neft axtaran, hasil edən, daşıyan və satan ABŞ şirkətləridir. Terrorizmə qarşı müharibə də, əslində, bölgəyə yüz milyardlarla dollar sərmayə qoyan bu şirkətlərin maraqlarını qorumaq üçün aparılır. Terror hədəfləri kimi göstərilən yerlər əsas enerji mənbələrinin xəritəsidir. Neft axtaran şirkətlər də sürətlə ölkələrini və kəşfiyyat təşkilatlarını bölgəyə cəlb edirlər. Neftin əhəmiyyətini başa düşən və bu sahədə fəaliyyətə başlayan ilk insanlar krallar qədər güclü oldular və qurduqları şirkətlər də dövlətlər qədər zəngin oldular. Bu şirkətlər hazırda ABŞ və dünyanı idarə edirlər və müqavilələr nəticəsində əldə etdikləri çox ucuz nefti baha qiymətə dünya bazarında satırlar.
İkinci Dünya Müharibəsindən sonnra başlayan Soyuq Müharibə zamanı ABŞ Sovetlər Birliyinin Yaxın Şərq coğrafiyasında hegemon olmaq istəyini əngəlləməyə çalışdığı üçün bölgədə özünün də mövcud olması gərəkdiyini düşümüşdür. Nəticədə ikiqütblü dünyanın bir qütbü olan Amerika ya Yaxın Şərqin səərvətlərini, enerji qaynaqlarını əlində saxlamalı, ya da digər qütbü təşkil edən SSRİ-nin bundan yararlanmasına mane olmalı idi. Həmçinin sovet yönümlü xarici siyasət yeridən ərəb dövlətləri yeni özünümüdafiə vasitə və metodlarını formalaşdırmaq məcburiyyətində qaldılar. Türkiyə, Yunanıstan və İran Yaxın Şərqdə sovet ideoloji siyasətinin yayılmasında bir qalxan olaraq görülürüdü.
Həmçinin ərəb ölkələri və İsrail Avropa, Asiya və Afrika qitələri arasında təbii körpü rolunun oynadıqlarına görə bu dövlətlərin kommunizmin əlinə düşməsini əngəlləmək vacib idi. Lakin Soyuq Müharibənin bitməsindən sonra SSRİ-nin dağılması və iki qütblü dünyanın da başa çatması özü ilə bərabər Yaxın Şərqi ABŞ xarici siyasətində ən problemli regiona çevirmiş oldu. Regionda ərəb dövlətlərinin mövcud olan “gücə iman, texnologiyaya ibadət” zehniyyəti, savaşın bitməsi ilə tək qalmağın verdiyi arxayınçılıq ABŞ-ın qol-qanadını açmış olurdu, lakin bununla belə hegemoniyanın gətirdiyi bir nüansda bu idi ki, artıq bölgədə ona qarşı gələ biləcək SSRİ gücü olmadığına görə, ABŞ özünümüdafiə ad altında hər hansı bir silahlanma həyata keçirə bilməzdi və bu halda da ortaya etno-konfessional münaqişələr məsələsi atılmış oldu. Müharibədən sonra ortaya çıxan və beynəlxalq proseslərə zərbə vuran İraqın Küveyti işğal etməsi, Yuqoslaviyadakı hadislər, Qafqazdakı münaqişələr və s. ütopik dünya nəzəriyyələrini də alt-üst etdi və dünyanın Amerikan müdaxiləsinə ehtiyacı olduğunu göstərdi. Tarixçi Walter McDougall rejisor Sergio Leonenin “Yaxşı, pis və çirkin” filmindən aldığı bir məqamı analiz edərək xəzinə axtaran və bir-birləri ilə rəqabət aparan 3 ayrı xarakteri vahid Amerika simasında cəmləşdirir. Yazarın düşüncəsinə görə bu 3 xarakter Amerika xarici siyasətinin fərqli üzlərini təmsil edir. Yəni ABŞ yeri gəldikdə yaxşı (II Dünya müharibəsindəki kimi), yeri gəldikdə pis rolda (Vyetnamda olduğu kimi), yerinə görə də çirkin obrazda ola bilər (Körfəz böhranında olduğu kimi).
Amerikanın Yaxın Şərqə və digər etno-konfessional baxımdan zəiflik nümayiş etdirən dövlətlərə qarşı tətbiq etdiyi xarici siyasət bundan ibarətdir ki, öz dəyərlərini milli dəyərlər şəklində təbliğ etmir və Amerika milli kimliyi məsələsini qabartmır. Bunun ən başlıca səbəbi Amerikanın hər hansı bir konkret millətin dövləti kimi meydan çıxmamasıdır. Xarici siyasətin ən başlıca komponenti olaraq isə ümumbəşəri xarakter daşıyan demokratik prinsiplər öncül tutulur. Xalqlar isə bu bəxşişi öz inkişaf səviyyələrinin qəbul edə biləcəyi dərəcədə mənimsəyir, milliləşdirir və özünəməxsus inkişaf istiqaməti verirlər. ABŞ-ın vahid siyasi xəttinin formalaşmasına, əsasən, 3 amil xidmət edir. 1) Regional-iqtisadi əməkdaşlıq və inteqrasiya, 2) Neft amili və 3) Dini amil.
Birinci amilin ABŞ xarici siyasətindəki yeri regionda qarşılıqlı iqtisadi əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi təşkil edir. Yaxın Şərqdə analoji istiqamətdə atılan addımlar, iqtisadi konfrans, forum və digər tədbirlər ABŞ-ın dövlət maraqları və milli təhlükəsizliyi kontekstində dəstəklənir. Bu sahədə həyata keçirilən tədbirlərdən biri də 1994-cü ildə İşçi Qrupunun Rabatda keçirilən görüşüdür. Bu görüşdə İsrail, Fələstin, Misir və İordaniyada aşağı gərginlikli elektrikləşdirmə sisteminin formalaşdırılması, Aralıq dənizi-Ölü dənizi və Qırmızı dəniz-Ölü dəniz hidroelektrik layihələrinin və bəzi treninq proqramlarımın həyata keçirilməsi nəzərdə tuturludu. 1994-cü il oktyabrın 30-dan noyabrın 1-dək ABŞ prezidenti Bili Klinton, Rusiya prezidenti Boris Yeltsin və Mərakeş Kralı II Həsənin təşəbbüsü ilə Kassablankada baş tutan birinci Yaxın Şərq-Şimali Afrika İqtisadi Sammiti Körfəz böhranından sonra keçən regiondakı vəziyyəti müzakirə edilmiş və bölgədə ABŞ-ın maraqlarına xidmət edən qərarlar qəbul edilmişdi. 1995-ci il oktyabrın 29-dan 31-dək Amman şəhərində keçirilən ikinci Yaxın Şərq-Şimali Afrika İqtisadi Sammiti zamanı da Kassablanka görüşünün qərarları rəhbər tutularaq, yeni regional inkişaf yönümlü qərarlar alınmışdır.
İkinci amil ABŞ-ın Yaxın Şərq siyasətində istiqamətverici və təyinedici rol oynayır. ABŞ hərbi sənaye kompleksinin neftə olan tələbatı 70-ci illərdən başlayaraq durmadan artırdı. ABŞ və bir neçə transmilli korporasiyaların birgə iştirakı ilə 1991-ci ildə Vaşinqtonda gerçəkləşən «Neft və 90-cı illərdə beynəlxalq münasibətlər» mövzusunda konfrans müddətində də İraqın Küveytə təcavüzündən sonra beynəlxalq aləmdəki proseslər, inflyasiya müzakirə edilmişdi. Səudiyyə Ərəbistanndan sonra ən çox neft ehtiyatına sahib olan ölkənin İraq olması, neftin ucuz qiymətə idxal edilməsi və ABŞ-ın 80-ci illərdən intensiv şəkildə artan neft tələbatı onu regiona müdaxilə etməyə təhrik etmişdi.
Üçüncü, yəni dini amil, ABŞ-ın Yaxın Şərq siyasətində mühüm yer tutan bir məsələdir. 80-ci illərin əvvəllərindən etibarən, Yaxın Şərq ölkələrinin ictimai-siyasi həyatında islamın mühüm rol oynaması, Amerikanı xarici siyasətində din amilini nəzərə almağa və buna uyğun strategiya hazırlamağa vadar edirdi. Corc Bush dönəminin sonu, Klinton adminstrasiyasının başlaması ilə yeni strategiyalar inkişaf etdirilmişdir. Bunlardan biri də siyasi-iqtisadi reformların həyata keçirilməsi idi. ABŞ bölgədə iqtisadi reformları dəstəkləsə də, siyasi reformları dəstəkləməsi uzun sürməmişdi, çünki Əlcəzair nümunəsi də göstərdi ki, radikal islamçılar siyasi həyatda mövqe sahibi olmağa çalışırlar. 70-ci illərin ikinci yarısında Yaxın Şərqdə, xüsusilə Fars körfəzi ölkələrində islam dininin ictimai-siyasi həyatdakı rolunun artması ABŞ strategiyasının diqqət mərkəzində idi. İslam dininin siyasi və terror vasitəsi olaraq qəbul edilməsinin başlıca səbəbi isə İran İslam inqilabından sonra dini dövlətin yaranması ilə islamçıların ABŞ səfirliyini mühasirəyə alması hadisəsi idi. Hətta bu inqilabın təsiri ilə Yaxın Şərqdə yeni islam hərəkatı özünün epoqeyasına çatmışdı. 1988-ci ilin dekabrında FAT İsrailin yaşama hüququnu tanımış və keçmiş Fələstin ərazisində yəhudiləri və fələstinliləri iki qonşu dövlət olaraq dinc yanaşı yaşamağa çağırmışdı. Buna qarşılıq Həməs FAT-ın bu mövqeyi ilə razılaşmayaraq Ərafatın bu mövqeyini satqınlıq kimi qiymətləndirmişdi. Əfqanıstanda Sovet qüvələrinin çıxmasından sonra dini hakimiyyət qurmaq istəyən, lakin aydın mövqeyə malik olmayan qruplar meydana çıxmışdı. Şərqşünas Stenli Ayrtonuna görə, “90-cı illərdə Yaxın və Orta Şərqin üzləşmiş olduğu problem islam fundamentalizmi deyil, müasir pan- ərəbizmin siyasi təsir formasıdır. Soyuq müharibədən sonra dünyanın bütün regionlarında millətçiliyin üzə çıxdığı bir şəraitdə Yaxm Şərqdə bu faktor arxa planda ola bilməzdi və bunu İslam bayrağı altında aparılan ərəb millətçiliyi hesab etmək olar. Bir halda ki, islamşünaslar islam dininin davakar din olmadığını təkid edirlər, onda Yaxın Şərqdə mövcud olan zorakılığın yalnız ərəb millətçiliyindən irəli gəldiyi fikrini söyləmək açıq qalır”.
Reyqan adminstrasiyası Soyuq Müharibə dövründə regionda kommunizmin yayılmasının qarşısını almaq məqsədilə İslamdan SSRİ-yə qarşı istifadə edilmiş və islam amilinə müsbət iqtiqamətdə yanaşmışdır. Lakin tezliklə bu amilin dəstəklənməsinin perspektivsiz olduğu ortaya çıxdığına görə yeni strateji konsensus ideyaları gündəmə gətirildi. Bu konsepsiya qərb yönümlü mövqe tutan ərəb rejimlərinin İsrail ilə münasibətlərinin yumşaldılması və sülhün əldə edilməsini nəzərdə tuturdu. Bunun həyata keçirilməsində məqsəd idə Amerikanın regionda mövqeyini möhkəmlətmək, Yaxın Şərqi kommunizm təhlükəsindən və İranda qələbə çalan islam inqilabının təsirindən qorumaq idi. Nəticədə, islam dininə ənənəvi və müasir yanaşma ortaya çıxırdı. Müasir islam qərbpərəst ərəb rejimləri çərçivəsində nəzərə alınır, ənənəvi islama isə müxtəlif dini hərəkatların fəaliyyəti çərçivəsində neqativ yanaşılırdı. Soyuq Müharibə başa çatdıqdan sonra ərəb dövlətləri müstəqil şəkildə öz təhlükəsizliklərini təmin etməli idilər. Əhməd Səidin ifadəsinə görə, “Sərbəst şəkildə qlobal dəyişikliklərə tam hazır olmayan müsəlman ölkələri islamdan həm ideoloji silah, həm də mübarizə vasitəsi kimi istifadə etməyə başladılar. Halbuki, belə bir mövqe islamın siyasi mübarizə kursunu deyil, qarşıya qoyulmuş məqsədə çatmaqda ondan bir vasitə kimi istifadəni səciyyələndirmiş oldu ki, bu da dünya ictimaiyyəti tərəfindən həm düzgün başa düşülmədi, həm də, nəticə etibarilə, qəbul olunmadı”.
Amerika Yaxın Şərq regoinunun əsas neft idalçısı olduğuna görə, nefti aşağı qiymətə almaqda olduqca maraqlı idi. Ona görə də, Küveytin neft siyasəti başda ABŞ olmaqla Qərbi qane edirdi. Nəticə etibarilə, OPEK-in müəyyən etdiyi qiymətlə ABŞ və Avropa razılaşsa da, Küveytin işğalı ilə razılaşa bilməzdi, çünki bu halda həm neftin qiyməti qalxmış olur, həm də İraqın regionda hegemon dövlətə çevrilməsinə şərait yaradır, Avropadan istədiyi kreditə qoyulmuş məhdudiyyəti aradan qaldırmaqla, 100 milyardı ötən xarici borcların ödənməsi problemini həll elmiş olurdu.
Suriya və İran ABŞ-ın regionda hegemon olmasına qarşı mübarizə aparır. Rəsmi Vaşinqtonunun fikrincə, hər iki dövlət sülh prosesinin həyata keçirilməsinə mane olur və terrorizmi dövlət səviyyəsində dəstəkləyir. Suriya-İran blokuna münasibətdə Livan, Fələstin muxtariyyatı və İraq bu ittifaqa loyal münasibət bəsləyir və bu blok Liviya Sudan və Yunanıstan tərəfindən dəstəklənir. Səudiyyə Ərəbistanı isə neytral mövqedən çıxış edir. Misirin də həmçinin birinci bloka loyal münasibət göstrərs də, Liviya ilə olan münasibətlər Misirin ikinci blokun maraqlarından çıxış etdiyini göstərir, lakin belə bir mövqenin açıq şəkildə nümayiş etdiriləcəyi gözlənilmir, çünki maliyyə və digər yardımlar aldığı ABŞ ilə də münasibətlərin pozulması Misirə sərf etməz və İsrail ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qalar.
ABŞ-ın Yaxın Şərq siyasətində mövcud tendensiyalardan biri də ABŞ-ın ərəb aləminə olan mənəvi yanaşmasıdır, yəni bu, o deməkdir ki, amerikalılar ərəb xalqını mədəni cəhətdən geri dünyagörüşlü hesab edirlər. Küveytli tarixçi M.S.Said yazır ki, “ABŞ-ın ərəb aləminə olan mövcud münasibəti köklü islahatlara ehtiyac duyur ki, bu ilk növbədə amerikalıların ərəblərə münasibətdə formalaşmış yanlış dünyagörüşünün dəyişdirilməsindən başlanmalıdır. Əks təqdirdə Yaxın və Orta Şərq müsəlman aləmində obyektiv təhlükəsizlik sisteminə nail olmaq çətin olacaq”.
Dostları ilə paylaş: |