449
rətləndirən türk qızının, türk gözəlinin simvolu...). “Qurulu yaya
bəηzər çatma qaşlum!” (D-12). Heç şübhəsiz ki, bu cür təşbehlər
birdən-birə yaranmayıb, minilliklərin sınağından keçərək cilalana-
cilalana bu günümüzə qədər yol gəlib. Babalarımızın bizə ərmə-
ğan etdiyi bu təşbehdəki “yay” sözünün işığında bəzi faktlara diq-
qət yetirək: “Xarici təsirlərdən özünü az-çox qoruya bilmiş olan
Altay şamanları çiyinlərindəki doqquz ox (yəbə) ilə yay (ya)
simvollarını həmişə yanlarında gəzdirərdilər. Onların fikrincə, bu
doqquz oxla yay “kudaydan tartkan”, yəni “tanrıdan tərəfindən
uzadılan” şeylərdir”
1
; “Hunlar at üstündə dördnala çaparkən belə
ox ata və yay çəkə bilirlər (yay çəkə və ox ata bilirlər – Ə.T.)... Və
bu qabiliyyət onlarda uşaqlıqdan tərbiyə olunurdu. Bu tərbiyənin
formasını təsəvvür etmək üçün qoyuna minib siçovullara ox atan
hun uşağını yada salmaq kifayətdir”
2
. Türk poetik təfəkkürü ilə
yoğruluş “Qurulu yaya bəηzər çatma qaşlum” təşbehində qədim
türk etnoqrafiyası və hərb tarixi daşlaşmış şəkildə yaşayır. Yeri
gəlmişkən, bu təşbehin poetik siqləti qorqudşünas T.Hacıyevi
heyrətləndirib, ruhunu silkələyib: “... bu, təşbeh deyil, kamil bir
rəssam işidir. Burada müəllif nə ozandır, nə də hansısa bir usta
şair, bu tablonun müəllifi türk dilidir... Türkün o təfəkkürü yetişib
ki, çatma qaş modeli üzrə qurulu yay tablosunu çəkir...”
3
. Müəlli-
fin obrazlı şəkildə söylədiyi bu fikirlər olduqca təbii qarşılanır.
Burada o da vurğulana bilər ki, tərkibində “yay” sözü iştirak etmiş
və ya “yay” sözünün assosiativliyi ilə yaradılmış obrazlı ifadələr
təkcə “Kitab” deyil, ümumən türk ədəbiyyatı üçün xarakterikdir.
Azərbaycancan ədəbiyyatından bəzi nümunələrə nəzər salaq:
Q.Bürhanəddinin “Divan”ında:
Nay ki, əsli saz ola sazını naya bənzədəm,
Kirpügi ilə qaşını ox ilə yaya bənzədəm.
1
Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006, səh. 382-383
2
Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh.311.
3
T.Hacıyev. “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi. Bakı, 2014,
səh.250.
“Dədə Qorqud”un möcüzələr dünyası
450
İ.Nəsiminin “Divan”ında:
Qaşı tək sevdayə verdüm könlümi,
Gör nə möhkəm yayə verdüm könlümi.
S.Vurğunun “Ceyran” şeirində:
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?..
Nümunələrdəki təşbehlər, “Kitab”dan süzülüb gəlib, sanki,
onların hər biri “qurulu yaya bəηzər çatma qaş” təşbehinin məntiqi
davamı kimi çıxış edir. Sonuncu nümunədəki alliterasiya (yer,
yay, yenə: y-y-y), zəngin qafiyələr (üzüb, süzüb, düzüb), ən əsası
isə daha çox yay və ox sözlərinin assosiativliyi ilə yaradılmış təş-
behlər silsiləsi (quş kimi üzmək, yay kimi dartınmaq, ox kimi
süzmək) müasir poeziyamızın atributları, zənginlik göstəriciləri
hesab oluna bilər.
“Yay” sözünün “Kitab”dakı yeri, işlənmə səviyyəsi müəy-
yənləşdirilərkən, şübhəsiz ki, ondan əvvəl işlənmiş sözlərin se-
mantikası, onların hər birinin “yay” sözü ilə bağlılıq dərəcəsi də
nəzərə alınmalıdır. Qorqudşünaslıqda təyinedici sözlər, bəzən isə
epitetlər başlığı altında öyrənilmiş bu tip vahidlərin ümumi mən-
zərəsi aşağıdakı kimidir:
− dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı Qıpçaq Məli-
kə qan qusdıran ...” (D-60). “Kitab”da yalnız Qıpçaq Məliklə bağlı
işlədilmiş bu epitet, bir tərəfdən, yayın həm də dəmirdən düzəldil-
diyini işarələndirirsə, dəmir yayın daha möhkəm, daha sərt oldu-
ğunu ifadə edirsə, digər tərəfdən də qəhrəmanın qüvvətli, əyilməz
olduğunu simvollaşdırır:
− qatı yay (möhkəm yay). Bu birləşmənin birinci tərəfin-
dəki bərk, möhkəm, qüvvətli anlamlı “qatı” sözü (müasir dilimiz-
də “qatı” sözü “durunun” antonimi kimi işləmir, “qatı düşmən” ki-
mi ifadələrdə isə ilkin forma və semantikası eynilə mühafizə olu-
nur)”yay”la bağlı işlədilmiş ifadələrin, demək olar ki, hamısında
“Dədə Qorqud”un möcüzələr dünyası
451
müşahidə olunur. Məsələn, qatı-möhkəm yay (burada “qatı” sözü
sinonimi ilə birlikdə işlənib). “Qatı möhkəm yay çəkərdi” (D-
203); ərdil təkə buynuzından qatı yay (təkə buynuzundan bərk
yay). “Ərdil təkə buynuzından qatı yaylı” (D-221). Bu misrada
yayın erkək təkə buynuzundan düzəldildiyi poetik şəkildə canlan-
dırılıb; ağca tozlu qatı yay. “Ağca tozlu qatı yayım zari-zari
iηlər” (D-248); “Ağca tozlu qatı yaydan dərsinməyən (D-184);
Qorqudşünaslıqda “ağ tozluca qatı yay” ifadəsinə müxtəlif
bucaqlardan yanaşılıb. Konkret desək, “qatı yay” ifadəsinin bərk,
qüvvətli mənasında işləndiyini qorqudşünasların hamısı təsdiq
edir. “Ağ tozluca” ifadəsinin yozumunda isə fikir müxtəlifliyinə
rast gəlinir: O.Ş.Gökyaya görə, “ağ tozluca” yay “dəstəyinə ağ
ağac qabığı sarılmış olan, tozu ağ ağac qabığından” mənasındadır
(İstanbul, 2000, səh. 158); Zeynalov-Əlizadə nəşrində “dəstəyi ağ
tozlu” şəklində sadələşdirilib: “Dəstəyi ağ tozlu bərk yayım zar-
zar inlər” (Bakı, 1988, səh.248); Y.Məmmədli həmin ifadəni belə
səciyyələndirib: “ağ tozluca qatı yay” – dəstəyinə ağcaqayın qabı-
ğı sarınmış bərk, tarım çəkilmiş yay; toz – yaylara sarınan ip”
1
.
Bu fikirlərdən sonuncusu M.Kaşğarinin “Divan”ına istinadən
söylənilib. “Divan”da göstərilir: “toz: yaya sarınan sırım” (III cild,
səh.131). Bütün bunlar “ağ tozluca” ifadəsi “ağ ipli”, “ağ sırımlı”
mənasındadır – qənaətinin daha düzgün olduğunu sübut edir;
− Qorqut siηirli//qurt siηirli yay (kirişi qurd damarından
olan yay: əvvəlki səhifələrə bax).
“Kitab”ın dilində “yay”ın (silahın) hissələrinin adlarına da
rast gəlinir: kiş//kiriş (yay ipi), qəbzə (dəstək: həm də “yay”la
bağlı işlədilib). Bu tip sözlərin hər birindən əvvəlki səhifələrdə
geniş şəkildə bəhs etdiyimiz üçün burada onları yalnız mətn daxi-
lində təqdim etməklə kifayətlənirik: kiş. “...əlümdə qıl kişlim,
ayğur malı” (D-108); kiriş. “Dəldi yay kirişinə taqdı” (D-234);
qəbzə. “ Qəbzəsindən yay eki para oldı” (D-108)...
1
Y.Məmmədli. Azərbaycan dilində hərbi terminlərin tarixi-mqayisəli təhlili. NDA,
1996, səh.12.
“Dədə Qorqud”un möcüzələr dünyası
452
ağ tozluca qatı yay. “Ağ tozluca qatı yayını əlinə aldı”
(D-31);
ağ tozlu qatı yay. “Bir ağ tozlu qatı yay aldılar” (D-70);
tozlu qatı yay. “Ayğır verüb aldığım, tozlu qatı yayım”
(D-169). Bu birləşmədə “ağca” sözünün ellipsisə uğradığını
yuxarıdakı nümunələr də təsdiq edir (Vatikan nüsxəsində “tozlu”
sözündən əvvəl “ağ” sözü yazılıb: ağ tozlu qatı yay – V – 44).
Digər tərəfdən, eyni mənanı ifadə edən bu birləşmələr formaca
müəyyən qədər fərqlənir. Bu cəhət daha aydın görünsün, - deyə
onları ardıcıl olaraq sıralayaq:
ağca tozlu qatı yay
ağ tozluca qatı yay
ağ tozlu qatı yay
tozlu qatı yay
Burada əsas fərq dəqiqləşdirici –ca ədatının işlənmə mə-
qamlarında özünü göstərir. Belə ki, -ca ədatı vasitəsilə “ağ”
(ağca) və “tozlu” (tozluca) sifətlərinin çoxaltma dərəcəsində işlən-
məsi təmin edilib (ağca tozlu qatı yay; ağ tozluca qatı yay). Digər
birləşmələrdəki “ağ” və “tozlu” sözlərində isə -ca ədatı işlənmə-
yib. Fikrimizcə, bu, bir tərəfdən, “Kitab”ın dilinin zənginliyi,
digər tərəfdən isə uyğun sintaktik mühitlə bağlıdır. Burada məhz
situasiya ilə bağlı iki parçanı qarşılaşdırmaq lazım gəlir: Beyrək
kədərlidir, yayı gördükdə yoldaşlarını xatırlayaraq ağlayır (“Bey-
rək yayı gördigində yoldaşlarını andı, ağladı”). O, yayının haq-
qında danışarkən nə “ağca tozlu qatı yayım”, nə də “ağ tozluca qa-
tı yayım”, - deyir, heç “ağ” sözünü də işlətmir, sadəcə olaraq,
“tozlu qatı yayım”, - deyir: “Ayğır verüb aldığım, tozlu qatı ya-
yım” (D-109). Deməli, “ağ” (ağca) sözünün ellipsisə uğraması,
eyni zamanda “tozlu” sifətinə -ca ədatının artırılmaması birbaşa
sintaktik mühitlə (burada qəhrəmanın kədərli anları ilə) bağlıdır;
ikinci detala (parçaya) diqqət yetirək: Buğacın atası Dirsə xan dus-
taqdır... Anası Buğacdan xahiş edir ki, atasını azad etsin (“Babaηı
ol qırq namərddən qurtarğıl”)... Təhkiyəçi qəzəblənmiş Buğacın
“Dədə Qorqud”un möcüzələr dünyası
453
silahlanmasını təsvir edərkən onun yayını “tozlu qatı yay” yox,
məhz “ağ tozluca qatı yay” şəklində təqdim edir: “Ağ tozluca qatı
yayını əlinə aldı” (D-31). Burada –ca ədatının ipli, sırımlı anlamlı
“tozlu” sifətinə artırılması yayın möhkəmliyini işarələndirən
detallardan biri kimi görünür. Təqdim etdiyimiz qarşılaşdırmanın
düzgünlüyünü arqumentləşdirən başqa faktlara müraciət edək:
Baybörənin oğlu üçün tacirlərin hədiyyələr almasını təhkiyəçi belə
təsvir edir: “... Bir ağ tozlu qatı yay aldılar...” (D-70).Burada –ca
ədatının “ağ” və “tozlu” sözlərinə artırılmadığı aydın şəkildə gö-
rünür. Bu da səbəbsiz deyil. Çünki həmin parçada gərgin psixo-
loji anlardan söhbət belə getmir; qəhrəman döyüş qabağı öz
yayını öyür (və ya onun yayı öyülür, təriflənir), dəqiqləşdirici –ca
ədatı “ağ” sözünə artırılmış vəziyyətdə təqdim olunur: “Ağca
tozlu qatı yayım zari-zari iηlər”; “Ağca tozlu qatı yaydan dərsin-
məyən”. Deməli, yayın bərkliyinə, möhkəmliyinə elə ilk sözdə
(ağca) işarə edilir. Bütün bunları belə modelləşdirmək olar:
− qəhrəman ağır döyüşə hazırlaşır, qəzəblidir = “ağ”
tozluca qatı yay”
− qəhrəman öz yayını öyür = “ağca tolu qatı yay”
− yay barədə informasiya verilir = “ağ tozlu qatı yay”
− qəhrəman kədərlidir = “tozlu qatı yay”
Yuxarıda təkcə “yay” yox, həm də müəyyən qədər “ox”
sözündən bəhs etməli olduq. Bu da səbəbsiz deyil. Çünki “yay” və
“ox” təklikdə deyil, məhz birlikdə bir silahın adıdır: yay-ox. Bu
mənada “ox” sözü leksik-semantik, üslubi-linqvistik prizmadan
təhlil süzgəcindən keçirilərkən “yay” sözünə də münasibət bil-
dirilməlidir ki, “yay-ox”la bağlı daha dolğun təəssürat yaransın...
Oq//Ox. Türkün ilk döyüş silahlarından biri hesab olunan
“ox”un ibtidai icma quruluşunun mezolit dövründə kəşf edildiyi
ehtimal edilir. Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı
kimi qədim türk mənbələrində intensivliyi ilə seçilən “ox” sözü
“Kitab”ın dilində daha qabarıq şəkildə görünür (“Kitab”da
“ox”un sinonimi olan “gəz” sözü yalnız bir dəfə “gezləmək
//gəzləmək” felində kök morfemi kimi işlənib: “Eki oxıη dəmrə-
“Dədə Qorqud”un möcüzələr dünyası
454
nin çıqardı: birin gezlədi, birin əlinə aldı” (D-199). Əvvəlki
səhifələrdə M.Kaşğarinin “Divan”ında “kəz” sözünün “ox” yox,
“ox”un arxa tərəfi mənasında işlənməsindən də bəhs etmişik). Elə
buna görə də “Kitab”dakı “ox”, həmçinin onunla birbaşa bağlı
olan digər sözləri tarixi-linqvistik baxımdan araşdırmaq lazım
gəlir. Heç şübhəsiz ki, bu prinsipi əsas götürdükdə bir sıra
maraqlı nəticələr reallaşar. Məsələn, belə:
− “yayla atılan, itiuclu və ya ucuna iti dəmir keçirilən mil”
anlamlı “ox” sözü “Kitab”ın dilində daha çox sadə söz formasında
görünür: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199)...;
− “oq” sözü əsasında yaranmış “oqçı” hərbi termini “Ki-
tab”ın dilində həm də şəxs adının apelyativi kimi işlənib: “oqçı”
hərbi termin kimi: “Ol kafəriη üçin atub birin yarmaz oqçısı olur”
(D-130); “oqçı” şəxs adının apelyativi kimi: Əηsə qoca oğlı
Oqçı;
− “oq” sözü “Üç oq” və “Boz oq” etnonimlərində bir apel-
yativ kimi çıxış edir: “Üç oq, Boz oq qarşulaşdılar” (D-301). Bu-
rada bir məqam da yada düşür: “Kitab”, eyni zamanda digər qə-
dim türk mənbələrində işlənmiş “Oğuz” etnoniminin “oq//ox” sö-
zü əsasında yarandığı və oqlar//oxlar mənasını ifadə etdiyi ehtimal
edilir;
− “Kitab”dakı “oxlamaq” (oxla vurmaq) “oxlanmaq” (oxla
vurulmaq) və “oxlatmaq” (oxla vurdurmaq) düzəltmə feillərində
kök morfemi kimi işlənib (hər üç sözə az rast gəlinir): “Quş
uçurub, av avlayub, oğlıηı oxlayıb öldirə görgil!” (D-21); “Bədə-
vi atı oğlanın oxlanmış yatur” (D-141); “Qoulan kimsə oğlanıη
bədəvi atın oxlatdılar” (D-133)...;
− tərkibində “ox” sözü işlənmiş ifadələr forma rənga-rəng-
liyi və məna dərinliyinə görə diqqəti cəlb edir: oxa girmək (ox at-
mağa başlamaq)... Azğun dinlü kafər buηaldı, oxa girdi” (D-133);
oxa düşmək (oxlanmaq, oxla vurulmaq). “İki qardaşı oxa düşdi,
şəhid oldı” (D-41); ox səpmək (çoxlu sayda ox atmaq). “Bitəkəl-
lüf kafərlər at dəpdilər, ox səpdilər” (D-41); oxuna sancılmaq (öz
oxu ilə vurulmaq) “Mərə qavat qızı, mən qılıcıma toğranayım,
“Dədə Qorqud”un möcüzələr dünyası
455
oxuma sancılayım!” (D-260). “Kitab”ın dilində üç dəfə işlənmiş
“oxuna sancılmaq” ifadəsi semantikasına görə “qılıncına toğran-
maq”la eyni xətdə birləşir (əvvəlki səhifələrə bax). Bu mənada
mətn daxilində bu ifadələrin ardıcıl sıralanmasını təsadüfi hesab
etmək olmaz; ox toxunmaq (ox dəymək, oxla vurulmaq). “Bütüηə
ala ox toxunsa, əgilməz idiη (D-242). Bu ifadə Zeynalov-Əlizadə
nəşrində tam başqa mənada, dəqiq desək, “atına iti ox dəymək”
mənasında sadələşdirilib: “Atına iti ox dəysəydi, əyilməzdin” (Ba-
kı, 1988, səh.204). Bu cür yozum, ümumiyyətlə, yerinə düşmür.
Belə ki, mətndəki “bütüηə” sözü “atına” yox, məhz “buduna” (bud
– qıçın çanaq sümüyü ilə dizə qədər olan qalın hissəsi) mənasın-
dadır; ox vurmaq (ox atmaq). “Dəpəgözüη yağrına bir ox urdı”
(D-225). Burada bir məqamı qeyd etməyi gərəkli hesab edirik: Tə-
pəgöz çiyninə dəyən oxu milçək sancmasından dilxor olmağa
bərabər tutur: “Bu yeriη sinəgi bizi üşəndirdi” (D-226). Bu cümlə
ilə yuxarıda təqdim etdiyimiz cümlənin ümumi semantik yükünü
qarşılaşdırdıqda belə bir model reallaşır: oxun dəyməsi = milçəyin
(sinəyin) sancması. Bu model isə assosiativ olaraq başqa detalları
yada salır: ox sancılır (Oxıma sancılayın! Yer kibi kərtləyin...” –
D-98), milçək isə sancır. Deməli, oxla milçək eyni semantik
şaxədə birləşir... Bütün bunlar onu deməyə əsas verir ki, mətndə
litota elə ustalıqla yaradılıb ki, birbaşa görmək mümkün deyil və
yalnız mətnin ümumi semantik tutumuna görə müəyyənləşir; Heç
şübhəsiz ki, burada Təpəgözün dilindən verilmiş “Bu yeriη sinəgi
bizi üşəndirdi” cümləsinə qədərki parçaların da rolunu inkar
etmək olmaz. Konkret desək, bu cümləyə qədər Təpəgözlə bağlı
işlədilmiş belə bir cümləyə təsadüf olunur: “Qayın oxı atanlar kar
qılamadı” (D-221). “Təpəgözə ox təsir edə bilmədi” semantikasını
özündə ehtiva edən bu cümlə ilə “Bu yeriη sinəgi bizi üşəndirdi”
cümləsi arasında assosiativ bağlılıq görünür. Daha doğrusu, bun-
lardan ikincisi birincisinin məntiqi davamı kimi çıxış edir. Birinci
cümlə isə Təpəgözün pəri anasının dilindən verilmiş cümlənin
məntiqi davamıdır. Semantik dinamikaya diqqət yetirək: “Oğul,
saηa ox batmasun, tənüηi qılıc kəsməsün!”; “Qayın oxı atanlar kar
“Dədə Qorqud”un möcüzələr dünyası
456
qılamadı” → ”Dəpəgözin yağrına bir ox urdı” → ”ox keçmədi,
paralandı” → ”bir dəxi atdı” → “Ol dəxi parə-parə oldı” → ”bu
yeriη sinəgi bizi üşəndirdi”. Semantik dinamikada “ox” sözünün
“sinəg”lə (milçək) əvəzlənməsi aydın şəkildə görünür. Maraqlıdır
ki, bu əvəzlənmədən sonra verilmiş cümlələrdə “ox” sözü işlən-
məyib, daha doğrusu, ellipsisə uğrayıb: “Basat bir dəxi atdı, ol də-
xi paralandı, bir parəsi Dəpəgöziη öginə düşdi...” (D-226). Burada
təkcə onu vurğulayaq ki, bu cür zəncirvari bağlanma “Kitab”ın di-
lində kifayət qədərdir; oxunu yarmaq (ox yarışında qalib gəlmək,
oxu rəqibindən daha uzağa atmaq). “Ox atanda mən səniη oxıηu
yarmadımmı?” (D-116). Yeri gəlmişkən, bu misra Zeynalov-Əli-
zadə nəşrində sadələşdirilməyib (Bakı, 1988, səh.163); oqı əglən-
miyən (oxu dayanmayan, çox sürətli...) “Qoşa bürcdən qayın oqı
əglənmiyən Yağrıncı oğlı İlalmış...” (D-205). Bu ifadə qəhrəma-
nın bədii təyinindəki ən əsas detallardan biri kimi çıxış edir...
“Kitab”dakı obrazlı ifadələr sırasında birbaşa “ox” sözünün
assosiativliyi ilə yaradılmış “ərdən ərə keçirmək” ifadəsinin xüsusi
yeri var: “Ağ yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirə-
yim səniη içün!” (D-246). Bu ifadə ilə bağlı bəzi fikirlərə nəzər
salaq: Zeynalov-Əlizadə nəşrində həmin ifadənin tərkibindəki
“keçirmək” sözü “köçürmək” şəklində verilib: “Ərdən ərə köçü-
rəyim səniη içün (Atıb sancım istədiyim düşmənə) (Bakı, 1988,
səh.107, 205); O.Ş.Gökyay “geçürmek” oxunuş formasını məqbul
hesab edərək (Erden ere geçüreyim seniη içün) belə bir şərh verib:
“erden ere geçirmek – birindən ötekine geçirmek, birinden ötekine
geçirmek yolu ile, bir okla bir kaç kişiyi birden vurmaq” (İstanbul,
2000, səh.120, 204); V.V.Bartold mətnin semantik tutumuna
uyğun şəkildə tərcümə edib: “...Я пущу ее через одного воина в
другого ради тебя” (göstərilən mənbə: səh.87); “Kitabi-Dədə
Qorqud”un izahlı lüğəti”ndə (Bakı, 1999) “ərdən ərə keçirmək”
ifadəsinə rast gəlinmir. Bu da səbəbsiz deyil. Belə ki, həmin lüğət
“Kitab”ın 1988-ci il Bakı nəşrinə istinadən tərtib edilib ki, orada
da ifadənin semantik yükü, demək olar ki, müəyyənləşdirilməyib
(yuxarıdakı sadələşmə formasına bax). Bütün bunları belə ümu-
“Dədə Qorqud”un möcüzələr dünyası
457
miləşdirmək olar: “ərdən ərə keçirmək” ifadəsini V.V.Bartold
düzgün tərcümə edib; O.Ş.Gökyayın izahları mətnin semantika-
sına uyğundur; ”ə”-nin assonansı müşahidə olunan (ə-ə-ə-ə; ərdən
ərə) həmin ifadədə “Oxun bir igidin bədənini dələrək çıxması və
başqa bir igidin bədəninə sancılması” mənası ifadə olunur ki, bu
da qəhrəmanlıq dastanları üçün səciyyəvi cəhətlərdəndir. Yekun
kimi onu da qeyd edək ki, “Kitab”ın dilində oxun igidin bədənini
dələrək çıxması açıq-aydın şəkildə ifadə olunub: “Dirsə xan Qor-
qut siηirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz at-
dı: oğlanı iki dalusınıη arasında urub – çıqdı, yıqdı” (D-122, 123).
Yuxarıdakı oxa girmək, oxa düşmək, ox səpmək, oxuna
sancılmaq və s. kimi frazem tipli ifadələr təkcə “Kitab”ın yox,
ümumən XVIII əsrə qədərki Azərbaycan dili baxımından səciyyə-
vidir. Amma bu da var ki, həmin ifadələr müasir ədəbi dilimiz
üçün arxaizm olsa da, tərəflərindəki sözlərin hamısı müasir dili-
mizdə eynilə işlənməkdədir: oxa girmək (ox, girmək), oxa düş-
mək (ox, düşmək), oxuna sancılmaq (ox, sancılmaq), ox toxunmaq
(ox, toxunmaq)... Digər tərəfdən, tərkibində “ox” sözü olan
ifadələr müasir Azərbaycan dili baxımından da səciyyəvidir: “ox
kimi gözə batmaq” (arzulanmayan, istənilməyən hər hansı bir
şəxsin və ya əşyanın hər an gözə dəyməsi, göz önündə olması),
“ox atıb yayını gizlətmək” (fikrini tamamilə deməmək, işarə ilə
kifayətlənmək), “oxu daşa dəymək” (işi düz gətirməmək, uğursuz-
luğa düçar olmaq)... Sonuncu nümunənin M.Kaşğarinin “Di-
van”ında həqiqi mənada, sərbəst birləşmə şəklində işlənməsinə
təsadüf edilir: “ok başakı taşka təgip tağıldı = ox başlığı, təmrəni
daşa dəyib korşaldı. Hər hansı bir şey daşa, yaxud sərt bir şeyə
dəyib korşalarsa, yenə belə deyilir...”(II cild, səh.153). M.Adilov
isə “oxu daşa dəymək” frazeminə başqa prizmadan yanaşıb: “Qəh-
rəmanlar ova çıxmazdan əvvəl bəxt, məhsuldarlıq tanrısına –
butaya ox atarmışlar. Oxun butaya dəyməsi yaxşı fal, dəyməməsi
isə (“ox daşa dəymək”) pis fal hesab olunurmuş. Get-gedə buta
“Dədə Qorqud”un möcüzələr dünyası
458
həm də eşq, məhəbbət tanrısı mənası kəsb etmişdir”
1
. Müəllif
“oxu daşa dəymək” ifadəsinin yaranması ilə bağlı fikirlərini belə
ümumiləşdirir: “Görünür ki, qədimlərdə atılan oxun nişana, butaya
dəyməməsi olduqca mənfi qiymətləndirilir, şəxsin qabiliy-
yətsizliyini əks etdirirdi. Odur ki, “oxu daşa dəymək”, “oxu boşa
çıxmaq” tərkibləri, “bəxti, taleyi gətirməmək mənası kəsb etmiş-
dir”
2
.
“Kitab”ın dilində “ox”un təyinedicisi kimi çıxış edən söz-
lər də kifayət qədərdir. Bu sözlərin hər biri “ox”un kodları kimi
çıxış edir, “ox” barədə dolğun təəssürat yaradır. O.Ş.Gökyay bu
tip vahidlərdən bəhs edərkən diqqəti daha çox tərkibində “yelək”
(lələk) sözü işlənmiş “ağ yeləklü ötkün ox” “üç yeləklü ox” kimi
ifadələrə yönəldir: “Burada geçen yelek, atıldığı sırada, mivherin-
den şaşarak hedefi aşmaması için okun arkasına takılan tüylerin
adıdır. Böylelikle okun rüzgara karşı mukavemeti artırılır ve he-
defi aşması önlenir. Türkler bunun işün kuğu, kartal, ak ve benekli
güverçin tüyleri kullanırlar”. (İstanbul, 2000, səh.CCCLX). A.Ha-
cıyev “yeləklü (lələkli) sözünün mətndəki işlənmə məqamlarını
sistemli şəkildə araşdırıb: “...bir məqamda ayrılıqda, digər dörd
məqamda isə -lü şəkilçili sifətin tərkibində işlənən bu söz qədim
oğuzların böyük sevgi ilə mədh etdikləri qayın ağacından düzəl-
dilmiş ucu qızıl dəmrənli (başlıqlı) oxlarının arxasına taxılan quş
lələyini adlandırmışdır...”
3
. Araşdırmalar göstərir ki, M.Kaşğarinin
“Divan”ında quş lələyinin, quş tükünün oxa yapışdırılması aydın
şəkildə ifadə edilib: “ol okka yük yapçurdı = o, oxa quş tükü
yapışdırdı... yüksək tağ = yüksək dağ, hündür dağ. Hər hansı bir
şey hündür, yüksək və uzun olsa, ona “yüksək” deyilir. Bu quş
tükü mənasına gələn “yük” sözündən alınmışdır, çünki onun
təbiətində yüksəlmək vardır (III cild, səh.109). Maraqlıdır ki,
M.Kaşğarinin “Divan”ında “yilim” sözü də məhz quş tükü anlamlı
1
M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.77.
2
Yenə orada.
3
A.Hacıyev. “Dədə Qorqud kitabı” : oxunuşlar, açımlar. Bakı, 2007, səh.124
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |