409
də işlənmiş “sırık” sözü formasına, həm də semantikasına görə
haqqında bəhs etdiyimiz yazılış şəkli ilə səsləşir. Burada onu da
vurğulayaq ki, Azərbaycan dili şivələrində, xüsusən də qərb şivə-
lərində mühafizə olunan “uzun ağac” anlamlı “sırıq//sırıx” sözü-
nün kök morfemi də fonetik tərkib və semantika baxımından
“Kitab”dakı “sur”la eyni xətdə birləşir;
− S.Əlizadə “Kitab”dakı “qarğu dalı sügü” (Qarğu dalı sü-
güηü maηa vergil) silah adında birinci tərəf kimi işlənmiş “qarğu”
sözünü “sur” (sür) sözünün sinonimi hesab etdiyi üçün müasir
ədəbi dilimizdəki “qarğı=qamış” paralelliyinə, sinonimliyinə əsas-
lanaraq göstərir: “Sür – çoxillik qamışın yoğun gövdəsindən ha-
zırlanmış nizə”
1
. Bu izah mətndəki sur (sür) sözünün semantik yü-
kü ilə səsləşir. Amma “sur” qamış, yaxud qarğu deyil. “Sur cida”-
nın ərəb mənşəli öküz, buğa buynuzu anlamlı “sur” sözü ilə əlaqə-
ləndirilməsi (B.Abdulla) isə, ümumiyyətlə, yerinə düşmür. Digər
tərəfdən, belə bir izah qədim türk etnoqrafiyasına, ən əsası isə türk
hərb sənətinə ziddir. Qeyd etdiyimiz kimi, “sur” sözü bütün para-
metrlərinə görə M.Kaşğarinin ”Divan”ında işlənmiş və müasir
şivələrimizdə mühafizə olunan uzun ağac anlamlı “sırıx” (sırıq)
sözünün kök morfemindən başqa bir şey deyil. Bu da o deməkdir
ki, “cida” bir silah növü kimi təkcə qarğıdan, poladdan, dəmirdən
yox, həm də “sırıq”dan (sırıq=sır) hazırlana bilərdi.
Fərqli oxunuşlar, oxşar yozumlar:
yayası//yiyəsi, babası
Drezden nüsxəsinin 176-cı səhifəsindəki “
ڊڊ
١
يس
” yazılış
şəklinin transkripsiyası və semantikası ilə bağlı söylənilmiş fikir-
lərin ümumi mənzərəsi, əsasən, bunları əhatə edir: V.V.Bartoldun
tərcüməsində: “у отца” (atası – “babası”) (əvvəlki səhifələrdə
göstərilən mənbə; səh.65); O.Ş.Gökyayın nəşrində - oxunuşu: ya-
1
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.168.
“Dədə Qorqud”un möcüzələr dünyası
410
yası; mənası: piyada əsgər (İstanbul, 2000); H.Araslının nəşrində:
babası (Bakı, 1978); Zeynalov-Əlizadə nəşrində: yiyəsi (Bakı,
1988); S.Əlizadənin nəşrində: yiyəsi (Bakı, 2000)... S.Əlizadə hə-
min yazılış şəklinin oxunuşu barədə yazır: “yiyəsi. Er-də (M.Er-
gində - Ə.T.) “yayası”, HA-da (H.Araslıda – Ə.T.)”babası”. M.Er-
ginin hansı mənada nəzərdə tutduğu aydın olmasa da, mətndə “yi-
yə”, “sahib” anlayışı hasil olur”
1
. Bu qeydlər onu göstərir ki, qor-
qudşünaslıqda həmin yazılış şəklinin oxunuşu və semantikası mə-
sələsi hələ də mübahisəlidir. Amma bu da var ki, təqdim olunmuş
transkripsiyalar mətnlə səsləşir. Bu da təsadüfi deyil. Çünki həmin
yazılış şəklində ifadə olunmuş sözdə kiməsə işarə olunur. Bu mə-
nada oxunuş formalarının eyni semantik şaxədə birləşməsi təbii
qarşılanır: “piyada əsgərinin//yiyəsinin//babasının çiynində qal-
xan oynayar”. Bu fikirlərdən, daha doğrusu, oxunuş formaların-
dan hansının düzgün olmasını isə yalnız “Kitab” və digər qədim
mənbələr kontekstində dəqiqləşdirmək mümkündür. Faktlara
diqqət yetirək:
− birincisi, yuxarıdakı yazılış şəklinin “yaya” formasında
oxunuşu və “piyada əsgər” mənasında izahı yerinə düşmür. Ona
görə ki, “Kitab”da “piyada əsgər” anlamlı “yaya” yox, ayaqla, pi-
yada anlamlı “yayaq” sözü işlənib. Digər tərəfdən, M.Kaşğarinin
“Divan”ında “yadhag” sözü məhz piyada, ayaqla mənasında
verilib (I c., səh.382);
− ikincisi, “yiyəsi” oxunuş forması mətnin ümumi seman-
tik yükü ilə səsləşsə də, “Kitab”da yiyə, sahib anlamlı “iyə” (Qo-
ηur atıη iyəsi...) sözü işlənsə də, “Kitab” və digər qədim türk mən-
bələrində “yiyə” anlamlı “iss” sözü üstün mövqedə görünür: “Bə-
dəvi atlar issin görüb oğradıqda” (“Kitab”); “İtin issi var isə, tov-
şanın tanrısı var” (“Oğuznamə”); Gənciyəm, gənc issinün bən
gənciyəm” (Nəsimi)... Digər tərəfdən, Selcan xatunun dilindən ve-
rilmiş “Həq təala atamıη köηlinə rəhmət eləsə, kəbin kəsüb məni
1
S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. 1988, səh.243.
“Dədə Qorqud”un möcüzələr dünyası
411
ol yigidə versə” cümləsindəki “ata” sözü də həmin yazılış şəklinin
“yiyəsi” formasında oxunuşunun düzgün olmadığını göstərir.
Fikrimizcə, “babası” şəklində oxunuş forması düzgündür.
Mətnə nəzər salaq:
“Oğul, sən varacaq yerüη
“Dolamac-dolamac yolları olur.
Atlu barub çıqamaz
anuη balçığı olur.
Ala yılan sökəməz
anuη ormanı olur.
Göglə pəhlu uran
anuη qalası olur.
Göz qaquban köηül alan
anuη görklüsi olur.
“Hay!” demədin baş götürən
cəlladı olur.
Yağrınında qalqan oynar
yiyəsi olur.
yavuz yellərə yeltəndiη,
qayıda döngil!
Ağ saqallu babaηı,
Qarıcıq olmuş anaηı bozlatmağıl! – dedi” (D- 175-176).
Bu parçada həmqafiyə kimi işlənmiş sözlər cərgəsində incə
saitli sözlər yox dərəcəsindədir, daha dəqiqi, “görklüsü” sözündən
başqa, qalanları qalın saitli sözlər olub, ahəngdarlıq yaradan, poe-
tik mənanı qüvvətləndirən vasitələr kimi çıxış edir: yolları olur,
balçığı olur, ormanı olur, qalası olur, cəlladı olur (burada yalnız
“cəlladı” sözündə incə sait işlənib). Bu cür həmqafiyə sözlər sıra-
sında “yiyəsi” deyil, “babası” oxunuş formasının açıq-aydın şə-
kildə görünür (babası olur); ikincisi, “Kitab”da “baba” (ata) statu-
sunda çıxış edənlərin şücaəti, igidliyi, eyni zamanda silahlanma-
ları tam fərqli şəkildə təqdim olunur: qurt sinirli yay yalnız Dirsə
xana aiddir: “Dərsə xan qurt siηirli qatı yayı əlinə aldı (V-12);
“Dədə Qorqud”un möcüzələr dünyası
412
“Yüzi dönməz qılıcum ələ aldım” (D-277), “Qazan qalqan yapın-
dı, sügüsin əlinə aldı” kimi cümlələr daha çox Qazan xan obrazını
səciyyələndirir; düşmən Bəkilin atını görəndə vahiməyə düşür:
“Bu at Bəkiliη, biz qaçırız” (D-246). Deməli, həmin yazılış şəkli-
nin “babası” formasında oxunuşu daha məntiqli görünür; üçüncü-
sü, Oğuz cəmiyyətində atanın xüsusi statusa malik olması qabarıq
şəkildə canlandırılıb: “Ata tururkən oğıl əlinmi öpərlər?” (D-74);
dördüncüsü, Qanturalının dilindən verilmiş parçada həmin yazılış
şəkli, əsasən, eynilə təkrarlanıb (-nın şəkilçisi istisna olmaqla) və
bu yazılış şəkli qorqudşünaslıqda daha çox “babasının” formasın-
da oxunub (H.Araslı, F.Zeynalov, S.Əlizadə...). V.V.Bartold da
babasının (atasının) mənasında başa düşüb: отцу (göstərilən
mənbə: səh.65). Bu, Qanlı qoca (ata) və Qanturalı (oğul) obrazla-
rının dilindən verilmiş misraları (həmin yazılış şəkilləri işlənmiş
misralar nəzərdə tutulur) qarşılaşdırdıqda daha aydın görünür:
“Yağrınında qalqan oynar babası olur” (Qanlı qoca) – “Yağrınında
qalqan oynar babasınıη//Qadir qorsa, başın kəsəyim” (Qanturalı).
Bütün bunlar yuxarıdakı yazılış şəklinin məhz “babası” formasın-
da transkripsiyasının düzgün olduğunu arqumentləşdirir.
Üç yüz say cidalu yigit
Qorqudşünaslıqda Drezden nüsxəsinin 254-cü səhifə-
sindəki “say” sözünə (“Üç yüz say cidalu yigit bunıη yanına cəm
oldı”) müxtəlif bucaqlardan münasibət bildirilib:
− V.V.Bartoldun tərcüməsində “say” miqdar bildirən söz
mənasında verilib: “...джигиты в числе трехсот…» (göstərilən
mənbə: səh.89);
− O.Ş.Gökyaya görə, “say” leksemi düz, düzgün, cilalı
mənasındadır (İstanbul, 2000);
− M.Erginin fikrincə, “Kitab”da işlənmiş “say “sözü düz,
düzgün, cilalı, parlaq kimi mənaları ifadə edir (Ankara, 1958);
− Zeynalov-Əlizadə nəşrində “say” leksemi “seçmə”
mənasında “igid” sözünün təyinedicisi kimi təqdim olunur: “Üç
“Dədə Qorqud”un möcüzələr dünyası
413
yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi” (Bakı, 1988,
səh.208). Bu cür sadələşdirmənin yerinə düşmədiyi A.Hacıyev
tərəfindən əsaslandırılıb: “...müəlliflər “say” sözünün “yigit” sözü-
nü deyil, “cida(lu)” sözünü təyin etməsini, nədənsə, nəzərdən qa-
çırmış və buna görə də söz sırasını dəyişməli olmuşlar: müqayisə
et: üç yüz say cidalu yigit – üç yüz nizəli seçmə igid...”
1
.
− Ə.Sadıqov “say” sözünü düz, dümdüz anlamlı sifət kimi
təqdim etsə də, nədənsə, bəlkə də, assosiativ olaraq “saymağa
başlamaq” anlamlı “saya varsam” ifadəsindəki “say” (maq) felini
də sifət hesab edir: “Say. sif. Düz, dümdüz: Üç yüz say cidalu
bunıη yanına cəm oldı; saya varmaq – saymağa bağlamaq: Saya
varsam, dügənsə (tükənsə - Ə.T.) olmaz, Qalın Oğuz bəgləri bin-
di” (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.149);
− A.Məmmədova “Kitab”ın dilindəki polisemantiklik və
omonimlikdən bəhs edərkən “say” sözünün semantikasına da
münasibət bildirir: I say – seçmə; II say – hesablamaq. I Üç yüz
say cidalu yigit bunuη yanına cəm oldı; II Otuz biη ər yigit gör-
dümsə, ota saydım”
2
. Qeyd etdiyimiz kimi, “say” sözü Zeynalov-
Əlizadə nəşrində “seçmə” mənasında verilib (Bakı, 1988, mətnin
müasir şəkli nəzərdə tutulur). Bu isə o deməkdir ki, A.Məmmə-
dova araşdırmalarını daha çox Zeynalov-Əlizadə nəşrinə istinad
etməklə aparıb;
− A.Hacıyev “say” sözünü daha geniş və sistemli şəkildə
tədqiq edən qorqudşünaslardan biridir. Müəllif mübahisə obyek-
tinə çevrilmiş “say” sözünün semantik yükünü sanballı mənbələr
kontekstində araşdırır. Məsələn, V.V.Radlova istinad edərək
göstərir: “...say cidalu birləşməsində də bu arxaik söz qədim silah
növlərini yaxşı hazırlanmasına, döyüşə hazır vəziyyətdə olmasına
görə səciyyələndirən sifətdir”
3
. Yaxud M.Kaşğarinin “Divan”ına
əsaslanaraq yazır: “M.Kaşğari lüğətində ümumən yaraq (silah)
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190.
2
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.106.
3
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190.
“Dədə Qorqud”un möcüzələr dünyası
414
mənasında işlənən “yaraq” arxaizmini də səciyyələndirən “say”
(“say yarıq”. III c., s.158) sözü z>y səs keçidi yolu ilə “saz” sifə-
tindən düzəlmişdir”
1
.
Yuxarıdakı şərhlərin hər biri ilə müəyyən mənada razılaş-
maq olar. Amma bir sıra faktlar “say” sözünün semantikasına
nisbətən başqa prizmadan yanaşmağı diktə edir:
− Oğuz igidlərinin sayca çox olması “Kitab”da xüsusi
olaraq vurğulanır, sanki “Kitab”dan bir leytmotiv kimi keçir: “Sa-
ya varsam, tükənsə olmaz” (D-37); “Sayılmaqla Oğuz bəgləri tü-
kənsə olmaz” (D-63); “Saydıqımca Oğuz bəgləri dükənsə olmaz”.
Bu cümlələrdəki “saya varmaq”, “sayılmaqla”, “saydıqımca”
sözləri assosiativ olaraq “üç yüz say cidalu” ifadəsini yada salır ki,
bu da “üç yüz sayda” (adlıq halın yerlik halı əvəz etməsi
abidələrimizin dili üçün səciyyəvidir), yaxud “sayı üç yüz cidalı”
mənasına uyğun gəlir. Bu həm də onu deməyə əsas verir ki,
V.V.Bartoldun tərcüməsi mətnin semantik tutumu ilə səsləşir;
− Ə.Cəfəroğlu “sayaçı” sözünün etimologiyasından bəhs
edərkən göstərir: “...lüğətlərdə “sayaçı” kəlməsinin yarana biləcə-
yi söz kökləri sırasında “saya”, “əlsavə” və “sayı” söz kökləri
göstərilməkdədir. Birinci kəlmə, Əhməd Vəfiqin də anlatdığı ki-
mi, “piyada adam” mənasını bildirir”
2
. Bu mənada təqdim etdiyi-
miz cümlədəki “say” sözü numerativ söz kimi də götürülə bilər:
üç yüz say (piyada) cidalı... Bütün bunlar belə bir həqiqəti reallaş-
dırır: cəmi üç səsdən ibarət “say” sözünün semantikası ilə bağlı
kifayət qədər söz deyilib və bundan sonra da deyiləcəkdir. Çünki
“Kitab” sirli-sehirli bir dünyadır.
On yelək
Üçüncü boyda, daha dəqiqi, Drezden nüsxəsinin 84-cü
səhifəsində belə bir cümlə verilib: “Dədəyi qoa-qoa Dəli Qarçar
on yelək yer aşurdı”. Buradakı “on yelək” ifadəsini V.V.Bartold
1
Yenə orada, səh.191.
2
Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.73.
“Dədə Qorqud”un möcüzələr dünyası
415
“on il” mənasında başa düşüb: “...в десять лет …” (göstərilən
mənbə: səh.37); O.Ş.Gökyayın fikrincə, “yelək” sözü təkcə oxa ta-
xılan tük (quşların qanad tükü, lələk) yox, həm də “Bir ox atımı
uzaqlıq” mənasını ifadə edir (İstanbul, 2000); həmin cümlə Zey-
nalov-Əlizadə nəşrində belə sadələşdirilib: “Dədəni qova-qova
Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan Dədə Qorquda
çatdı” (Bakı, 1988, səh.154). Bəri başdan deyək ki, “yelək” sözü
ilə bağlı yuxarıda deyilmiş fikirlərdən yalnız V.V.Bartoldun tərcü-
məsi yerinə düşmür. Digər tərəfdən, qorqudşünaslıqda “on yelək”
(on ox məsafəsi) ifadəsinin nə qədər və ya neçə kilometr mənasın-
da işləndiyi dəqiqləşdirilməyib. Əvvəlcə, qeyd edək ki, müasir id-
man yarışlarında oxatma məsafəsi ilə bağlı norma bu cür müəy-
yənləşdirilib: kişilər üçün: 30, 50, 70 və 90 metr. “Kitab”dakı “on
yelək” (on ox məsafəsi) ifadəsini bu normaların maksimum həddi
(90 m) ilə hesablasaq, cəmi 900 m. olur (10 yeləkx90 m.=900 m.).
Bu isə “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” cümlə-
sindən əvvəl verilmiş “Dədə Qorqut göstəgi üzdi; durmadı, qaçdı.
Dəli Qarçar ardına düşdi. Toqlı başlu Turı ayğır yoruldı. Dədə
Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi” (D-84) parçasının
semantik yükünə, ümumən dastan poetikasına uyğun gəlmir.
Başqa fakta diqqət yetirək: M.Çobanov və M.Çobanlı müxtəlif
mənbələrə istinad edərək göstərir: “...hərb tarixində türklərin özü-
nəməxsus döyüş taktikası olmuşdur. Onlar döyüş zamanı, əsas eti-
barı ilə, uzaqdan savaşı üstün tutmuşlar. Onlar böyük döyüşlər ke-
çirərkən at üstündən təxminən 700 metr məsafəyə ox atırdılar...”
1
“Kitab”dakı “on yelək” (on ox məsafəsi) ifadəsinin məna yükünü
“bir ox məsafəsi = 700 m” modelinə uyğun hesablayaq: 10 yelək
(on ox məsafəsi) x 700 metr = 7.000 metr, yəni 7 km. Bu, mətnin
semantik yükü ilə səsləşir. Deməli, Dəli Qarcar müdriklər müdriki
Dədə Qorqudu 7 km. qovub. Bu mənada Dədə Qorqudun yorul-
muş Turı ayğırın əvəzinə, sıçrayaraq Keçər ayğıra minməsi ol-
1
M.Çobanov, M.Çobanlı. Dədə Qorqud dünyasına səyahətdən parçalar. Bakı,
1998, səh.42.
“Dədə Qorqud”un möcüzələr dünyası
416
duqca təbii qarşılanır. Bütün bunlar bir daha sübut edir ki, “Ki-
tab”ın dilində “yelək” sözü həm də “ox məsafəsi” mənasında işlə-
nib. M.Kaşğarinin “Divan”ında isə bu cür hesablama “oktam” sö-
zü ilə ifadə olunub: “oktam: bir oktam yer = bir ox atımı yer, bir
ox məsafəsi” (I cild, səh.169). Maraqlıdır ki, “Divan”dakı “bu-
runq” sözü də həmin mənadadır: “burunq attı = bir ox məsafəsi
uzaqlıqdakı yerə atdı” (III cild, səh.120). Deməli, “”on yelək”,
“oktam”, “burunq attı” kimi vahidlər qədim türk etnoqrafiyasının
zənginliyini əks etdirir.
Sirri açılmayan, yaxud qorqudşünasları
düşündürən cümlə
“Kitab”ın Drezden nüsxəsinin 109-cu səhifəsindəki ikinci
cümlə belə transkripsiya olunub:
− O.Ş.Gökyayın nəşrində: “Tul tulara gerdügüm.
Tuladarı duharlayı koduğum” (İstanbul, 2000, səh.50);
− M.Erginin nəşrində: “Tul tulara girdügüm tulararı
Duharluyı koduğum yağı yurdı” (Ankara, 1958, səh.143);
− H.Araslının nəşrində: “Tul tulara girdiyim, Toladarı
doxarları qovduğum” (Bakı, 1978, səh.65);
− Zeynalov-Əlizadə nəşrində: “Tul tolara girdigim, Tuladarı,
doxarlıyı qodığım” (Bakı, 1988, səh.63);
− S.Əlizadənin nəşrində: “Tol-tolara girdigim, Tolar əri,
doxarlıyı qodığım” (Bakı, 2000, səh.62);
Bu cərgəyə S.Cəmşidov və A.Hacıyevin tədqiqatlarındakı
oxunuş formalarını da əlavə etmək olar: “Tul-tulada gərdiyim //
Tulu avarı, duxarlıyı qovduğum”; “Tul tulada gərdiyim//Tulu aya
doxarluyı qovduğum”
1
; “Tul tulada girdigim tula dəri//Doxarlayı
qodığım yağı yurdu”
2
. Təqdim etdiyimiz oxunuş formalarındakı
müxtəliflik (bəzən isə birinin digərini təkrarlaması) onların şərhin-
1
Ş.Cəmşidov. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, səh.179, 332.
2
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.130.
“Dədə Qorqud”un möcüzələr dünyası
417
də də müşahidə olunur. Bu mənada həmin cümlədəki sözlərin
izahı ilə bağlı araşdırmalara diqqət yetirmək zərurəti yaranır:
V.V.Bartolda görə, Beyrəyin yaya müraciəti tam anlaşılmır: “Пер-
вая часть обращения Бейрека к луку не вполне понятна; воз-
можно, что еë следует понимать в том смысле, что Бейрек при
вxоде к женщинам свободного поведения оставил свой лук
как знак своего пребывания” (göstərilən mənbə: səh.268);
O.Ş.Gökyay tərtib etdiyi lüğətdə həmin cümlədəki sözlərdən dör-
dünün qarşısında sual işarəsi qoyub. Daha dəqiqi, belə təqdim
edib: “Tul – 50
26
(?), (Tuladara – 50
27
(?), Tulara – 50 (?), Duhar-
lamak – 50
27
(?) (İstanbul, 2000, səh 199, 294). Bu cəhət, yəni hə-
min sözləri şərhsiz, olduğu kimi təqdimetmə M.Erginin tərtib et-
diyi lüğətdə də müşahidə olunur: “tul, tulara, tularar, duharlu”
(Ankara, 1963, səh.294); Burada onu da qeyd etmək lazımdır ki,
O.Ş.Gökyay tərtib etdiyi lüğətdə həmin sözlərin qarşısında sual
işarəsi yazsa da, kitabının “Dil və üslub” bölməsində imkanı daxi-
lində bütün mümkün variantlara müraciət edərək problemə aydın-
lıq gətirməyə çalışıb. Müəllif yazır: “Tul, tuladar, tular. “Yazma
109
2-4
deki şu soylama da Dede Korkut Kitabında çüzülmeyen
yerlerden biridir... Burada geçen kelimelerin (Drezden nüsxəsinin
109
2-4
-cu səhifəsindən eynilə, ancaq 6 misra şəklində təqdim
etdiyi parçanı nəzərdə tutur – Ə.T.) birkaçını sözlüklerdə hiç bu-
lamıyoruz, bulsak ta verilen karşılıqlar tutmuyor”. Sonra isə müx-
təlif mənbələrdəki oxşar variantları təqdim edir: 1. dul, kocasız
kadın; 2. taziye için ürüste edilen at; 3. koyun veya sığır yavrusu
(“töl”); 4. benzetme edatı; tulamak “tolamak) (Sengulah); tulmak
(tolmak) – “topa vurmak”; tularsuk: “topuk” (ayak ökçesi); tuldra-
mak – her tarafa dağıtmak (“Divanu lugati`t Türk. Besim Atalay
çevirisi)... tula: küçük köpek (A.Ceferoğlu)... (İstanbul, 2000,
səh.CCXLI, CCXLII). “Bu misallar KDQ-nin çətin oxunan və də-
qiq anlaşılmayan yerlərindəndir”, – deyən S.Əlizadə əvvəlcə
V.V.Bartoldun fikirlərini verir (yuxarıdakı fikirlər nəzərdə tutu-
lur), sonra M.Ergin, O.Ş.Gökyay və H.Araslının transkripsiyala-
rını eynilə təqdim edir, daha sonra isə fikirlərini belə ifadə edir:
“Dədə Qorqud”un möcüzələr dünyası
418
“Bizcə, burada “tul” - ərəbcə “uzun”, “to” – türk mənşəli “tovla-
maq “ felinin kökü, “tuladarı, doxarlıyı qodığım” isə “ov itlərini
saxlayanları, şahin (qızılquş) quşlu ovçuları qovduğum” demək-
dir” (“Kitab”, 1988, səh.238). Bu şərh Zeynalov-Əlizadə nəşrinin
“Mətnin müasir şəkli” hissəsində də nəzərə alınıb: “Ovda uzun
qovhaqova girdiyim// Tuladarı, şahinçini qovduğum” (Bakı, 1988,
səh.161). Elə buradaca qeyd edək ki, görkəmli qorqudşünas S.Əli-
zadə “Kitab”ın 2000-ci il Bakı nəşrində bir neçə sözü tam başqa
formada transkripsiya edib. Konkret desək, “tul tolara” “tol-tola-
ra” ilə, “tuladarı” isə “tolar əri” ilə əvəzlənib (Bakı, 1988, səh.63;
Bakı, 2000, səh.62). Bu, onu deməyə əsas verir ki, ərəb mənşəli
“uzun” anlamlı “tul”, həm də “ov itlərini idarə edən şəxs” anlamlı
“tuladar” sözü mətnlə səsləşmədiyi üçün müəllif həmin oxunuş
formalarını “Kitab”ın 2000-ci il Bakı nəşrində nəzərə almayıb
(yuxarıdakı qarşılaşdırmalara bax); Ş.Cəmşidov mübahisə ob-
yektinə çevrilmiş sözlərin məna yükünü belə izah edir: tul-
tulada=döyüşdə-vuruşda; tulu avarı-avar quldurları, yol kəsənləri;
doxarlı-toxardan olan adamlar. Müəllifə görə, həmin misralarda
türk xalqları ilə avar və toxarlar arasında olan döyüşlərə işarə
edilir
1
; A.Hacıyev əvvəlcə “tola dəri” birləşməsini “sepilenmemiş
dəri”, yəni “xam (aşılanmamış) dəri” mənasında izah edən T.Teki-
nin fikirlərini qüvvətləndirir: “Bu məqamda “tola” sözünün qırğız
dilində qalmış “bütöv soyulmuş dəri mənası da məzmunla uyuşur
və mahiyyətcə bir-birini tamamlayır”. Sonra isə T.Tekinin “...o
halde, bütün misra şöyle olacaktır: Tol tolada girdügim tola deri
(çuval (gibi) dolarak içine girdigim ham deri” – fikrinə istinad
edərək bir sıra mülahizələr irəli sürür. Öz sözləri ilə desək, T.Te-
kinin “fikirlərinə qüvvət vermək üçün bir neçə əlavə fakta müraci-
ət edir”. Dəqiq desək, “tol” sözünün Q.Bürhanəddinin “Divan”ın-
da, “Əsli və Kərəm” eposunda, dialektlərimizdə “qab” mənasında
işləndiyini göstərir. Eyni zamanda “qablamaq”, “bükmək” anlamlı
“tulğa” (maq) sözünü “Kitab”ın dilindəki “çulğamaq” feli ilə mü-
1
Ş.Cəmşidov. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, səh.174-179.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |