88
olaraq məhz qıpçaq türklərinin adı verilir; kafirlər sırasında ermə-
ni adlı bir etnosun adı yoxdur (bir sıra tədqiqatçılar isə kafirlər
dedikdə daha çox ermənilərin nəzərdə tutulduğunu göstərirlər);
kafirlər qopuz çaldırır, qopuza qulaq asırlar; Oğuz bəyləri kafirlər-
dən qız alırlar; kafirlər əsir düşmüş Oğuz igidlərini öldürmürlər;
Baybicanla Bayburad Hasarının bəyi arasındakı gizli məqamlara
işarə edilir.
Anar “Kitab”dakı kafirlərlə bağlı iki mülahizə irəli sürür:
“Kitabi-Dədə Qorqud”da kafirlərlə döyüşlər dastanın çox sonralar
yazıya alınmış nüsxələrində müəyyən dini dona geyindirilsə də,
bunun əsərin ruhunda, mahiyyətində heç bir möhkəm əsası, kökü
yoxdur... onlar heç bir xalqı təcəssüm etməyən mücərrəd, dastan-
vari epik yağılardır”; “Kitab”dakı əsas oğuz düşməni Şöklü (bəzi
nəşrlərdə Şükülü, ya Şüklü) Məlikdir. Bu adın milli mənsubiy-
yətini təyin etmək çətindir. Məlik kafirlərin başçısıdır, amma axı
Kiçik Asiyada islam dini uğrunda xaçpərəstlərlə, müharibə aparan
qəhrəmanın da adı Məlik Danışmənddir. “Kitab”da başqa Məlik-
lərin adına diqqət edək: “Ağ Məlik, Qara Aslan Məlik, Buğacıq
Məlik və i.a.”
1
Müəllifin ikinci fikri daha inandırıcı görünür.
Problemə oğuz-qıpçaq türkləri kontekstində yanaşan S.Əliza-
də və F.Zeynalovun fikrincə, “kafirlər – müsəlman olmayan, büt-
pərəstliyə inanan qıpçaq və karluq tayfalarıdır”
2
. Bu fikrin düz-
günlüyünü qüvvətləndirən bir neçə arqumentə diqqət yetirək:
– kafirlərin şəxs adlarının əksəriyyəti türk mənşəlidir: Ağ
Məlik, Qara Arslan Məlik, Qıpçaq Məlik, Buğacıq Məlik...;
– eyni apelyativli bir sıra şəxs adları həm Oğuzlar, həm də
kafirlər üçün səciyyəvidir: Oğuzlarda – Buğac, Arslan, Qarabu-
daq...; kafirlərdə - Buğacıq, Qara Arslan (buğa, qara, arslan);
– kafir obrazları üçün səciyyəvi olan “məlik” titulu Oğuz
bəyi Baybicanın antroponimik modelində də müşahidə olunur:
Baybican məlik – “Baybican məlikiŋ qızın aldı” (D-121). Yeri
1
Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.31-33.
2
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.136.
“Dədə Qorqud”un möcüzələr dünyası
89
gəlmişkən, “Kitab”ın 1988-ci il Bakı nəşrində bu cümlədəki “mə-
likin” sözü “bəgin” sözü ilə əvəz edilib. Həmin cümlədəki “məlik”
titulu ilə bağlı K.Abdulla maraqlı bir açıqlama verir: “Baybura –
bəy, Baybican – məlikdir... Onu da unutmayaq ki, “məlik” titulu
Dastanda bir, ya iki bu kimi hal istisna edilərsə, yalnız kafir adları
ilə yanaşı işlədilir. Məsələn, müqayisə edin: Şöklü Məlik, Qara
Təkur Məlik, Qara Arslan Məlik və s. Bu detalın özü, nə qədər
kiçik olsa da, əhəmiyyətlidir. Çünki Baybican və onun tərəf-
darlarının təmiz Oğuz dünyası ilə əlaqələndirilməsinə işarə edir”
1
;
– “bəglik” tituluna həm Oğuz, həm də kafir obrazlarının
dilində rast gəlinir. Qazanın dilində: “Bəglər, bugünki bəgligim
bunıŋ olsun” (D-111); kafirin dilində: “Saŋa bəglig adı verəlim”
(D-40);
– “bəg” tituluna kafir obrazlarının dilində də təsadüf edilir:
“Emdi Qazan bəg, di, bizi ög!” (D-276). Bu titul “kafər bəgləri”
kimi söz birləşmələrində də müşahidə olunur: “Kafər bəgləri
dərildilər gəldilər” (D-281);
– “Ağ Məlik Çeşmə qızı” antroponimik modelindəki “Çeş-
mə” qadın adı gözəllik simvollu bir ad kimi müasir türk, xüsusən
də Azərbaycan antroponimikasında intensivdir: Çeşmə, Çeşməgül,
Çeşmənur...;
– “Kitab”dan kafir adı kimi keçən “Qıpçaq Məlik” antro-
ponimik modelindəki “qıpçaq” etnonimi müasir Azərbaycan
toponimikası baxımından səciyyəvidir: Qıpçaq kəndi, Qıpçaq dü-
zü... (Qax rayonu); Qıpçaq çayı (Zaqatala rayonu).
– Alp Ərən, Səgrək, Dəli Domrul kimi Oğuz bəylərinin kafir
qızları ilə evlənməsini də təsadüfi hesab etmək olmaz;
– Anar tarixi mənbələrə istinadən yazır: “Tarixdə xristian
Səlcuq xanı, yəhudi, xristian, şamanist, bütpərəst və müsəlman
xəzərlər məlumdur. Yeynək də nədənsə, Qazana “keşiş” deyib”
2
.
Müəllif sonuncu fikrini “Kitab”dakı bu cümləyə istinadən söylə-
1
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.192.
2
Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, s.31.
“Dədə Qorqud”un möcüzələr dünyası
90
yib: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğırına
bindi” (D-37). Bu cümləyə, eyni zamanda Anardan gətirdiyimiz
sitatdakı sonuncu cümləyə “Kitab”ın ümumi semantik tutumu və
qədim türk tarixi kontekstində nəzər salaq: Qazana “keşiş” deyil-
məsi heç bir şübhə doğurmur, əksinə, onun xristian keçmişinə işa-
rədir; Qazan kimi nüfuz sahibinə “keşiş” deyən adi adam deyil,
Bayındır xanın vəziri Qazılıq qocanın oğlu Yeynəkdir. Həm də o
Yeynəkdir ki, atasını – Qazılıq qocanı mərdliklə dustaqlıqdan azad
edib. Digər tərəfdən, Yeynəyin dayısı Əmən də məlik titullu Bay-
bican kimi Daş Oğuzdandır: “Taş oğuz bəglərinə adam saldı.
“Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəl-
sün...” (D-294). Bu isə belə bir fikri reallaşdırır: Oğuz elində Qa-
zana “keşiş” deyə müraciət olunma təbii qarşılanıb; Qazanın qarı-
cıq anasının əmizadəsi Baybicanın “məlik” titulu da həmin gizli
motivlərə (Qazana keşiş deyilməsi) işıq salan detallardandır:
“...Beyrək Baybican məlikin qızın aldı (D-121). II boyun əvvəlin-
də Qazana “keşiş” deyilməsinə birbaşa işarə olunur. Həmin boyun
sonunda isə Qazanın qarıcıq anası keşişə arvad kimi istənilir:
“Qarıcıq anaŋı gətürmişiz, bizimdir, Saŋa verməziz, Yayxan keşiş
oğlına verəriz” (D-58). Bu fikirlərin kafir tərəfindən hansı niyyətlə
ifadə olunmasından asılı olmayaraq, “keşiş Qazan”la Yayxan ke-
şiş, həm də Qazanla ümumən xristian türkləri arasında bir assosia-
tivlik, məntiqi bağlılıq görünür. IV boyda Uruzun Qazana müra-
ciətində “keşiş” sözünün işlənməsini də təsadüfi hesab etmək ol-
maz: “Pilon geyən keşişiŋ əlin öpərəm, Qara gözlü kafər qızın
mən aluram” (D-124). Amma bir cəhəti də qeyd edim ki, A.Hacı-
yev “keşiş” sözünə tam başqa bucaqdan yanaşıb. Müəllif 1999-cu
ildə çap etdirdiyi məqaləsində bir neçə arqument gətirir: “keşiş”
leksemini kiriş (tarixən oxatma, güləşmə, atçapma və atdanyıxma
yarışlarında oyun yoldaşına verilən arxaik ad) sözünün katib
tərəfindən yanlış köçürülmüş variantı kimi izah edir; 2007-ci ildə
isə “Dədə Qorqud kitabı”nın dünya mədəniyyətinə bəxş edilmə-
sində müstəsna xidməti olan “Drezden nüsxə katibini bu məqamda
da təhrifə görə suçlamaqda “tələsmişik”, - deyərək müxtəlif
“Dədə Qorqud”un möcüzələr dünyası
91
mənbələri saf-çürük edir: “etimoloji baxımdan “kesiş //keşiş
//küsüş //küşüş” arxaik sözü “arzu etmək, arzulamaq” mənalı “kü-
sə” feli ilə eyni mənşədən törəmə olmalıdır. Ən ümdəsi, ibn Mü-
hənna lüğətində “keşiş” sözü “əziz, istəkli” anlamında Allahın ad-
larından biri kimi şərh olunmuşdur. Bu da “keşiş” arxaizminin
“Dədə Qorqud kitabı”nda göstərilən məqamda məhz “əziz, istəkli,
dəyərli, arzu olunan” mənalarını ifadə etməsini deməyə əsas
verir”
1
. Bu fikirlər yuxarıda qeyd etdiklərimizlə müqayisədə tam
əks qütbdə dayanır. Burada təkcə onu qeyd edək ki, V.B.Bartold
həmin sözləri (Qazanla bağlı deyilmiş “keşiş” sözü və “Yayxan
keşiş oğlı” antroponimik modelindəki “keşiş” apelyativini) məhz
“pop” (keşiş) kimi tərcümə edib.
Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı kafirləri
ermənilər kimi təqdim etmək elmə ziddir, tarixi saxtalaşdırmaq,
uydurma tarix yaratmaqdır.. “Kitab”dakı kafir obrazlarını isə üç
istiqamətdə qruplaşdırmaq olar: qıpçaq və karluqlar (xristian
türkləri); yunanlar; gürcülər.
“Kitab”da kafirlərin qohumluq münasibətlərinin ifadə olun-
masına çox az rast gəlinir. Bu mənada kafir obrazlarının qohum-
luq əlaqələri ilə bağlı qısaca olaraq aşağıdakıları söyləmək olar:
Ağ Məlik: yalnız II boyda – Alp Ərənin bədii təyinində
müşahidə olunur: “Ağ Məlik Çeşmə qızına nikah edən, Sufi San-
dal Məlikə qan qusdıran... Alb Ərən”. “Ağ Məlik Çeşmə qızı” mo-
deli belə sadələşdirilib: “Ağ Məliyin Çeşmə qızı”; bu modeldəki
“ağ” sözü böyük, qalxmaq, ucalmaq; “məlik” sözü başçı, padşah,
hökmdar; “çeşmə” isə bulaq mənasındadır. Hər üç apelyativ türk
mənşəli şəxs adlarının yaranma əsaslarına uyğundur. Ağ Məliyin
qohumluq əlaqələri aşağıdakıları əhatə edir:
qızı – Çeşmə
kürəkəni – Alb Ərən
qudası – İlək qoca
kürəkəninin qardaşı – Dönəbilməz Dülək Uran
1
A.Hacıyev.”Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.75-79.
“Dədə Qorqud”un möcüzələr dünyası
92
kürəkəninin qardaşı – Sarı Qalmaş
Burada bir detala aydınlıq gətirmək lazım gəlir: “Kitab”ın
1988-ci il Bakı nəşrində Alp Ərənin bədii təyini belə göstərilib:
“...Ağ Məlik Çeşmə qızına nikah edən Sufi Sandal Məlikə qan
qusdıran...” (səh.50) – “Ağ Məliyin Çeşmə qızına evlənən Sufi
Sandal Məlikə qan qusduran” (səh.148). Burada ”nikah edən” və
“evlənən” feli sifətlərindən sonra vergül (,) işarəsinin qoyulma-
ması o deməkdir ki, “Kitab”ı transkripsiya edənlər, eləcə də onu
sadələşdirənlər (Zeynalov-Əlizadə) Çeşməyə nikah edənin (onunla
evlənənin) Alp Ərən yox, Sufi Sandal Məlik olduğunu əsas götü-
rüblər. Fikrimizcə, belə transkripsiya və sadələşdirmə mətnin nə-
inki poetik strukturuna, hətta semantikasına uyğun gəlmir. Belə ki,
həmin bədii təyin daxilində ardıcıl işlənmiş feli birləşmələrin hər
biri Alp Ərəni ayrılıqda, həm də müxtəlif bucaqlardan təyin edir.
O.Ş.Gökyay və M.Erginin nəşrlərində “nikah edən” feli sifətindən
sonra vergül (,) işarəsinin qoyulması da dediklərimizi arqument-
ləşdirir: O.Ş.Gökyayın nəşrində: “...Ağ Məlik-Çeşme kızına nikah
eden, Sofu Sandal Melike kan kusduran...” (İstanbul, 2000,
səh.28-29); M.Erginin nəşrində: “Ağ Melik Çeşme kızına nikah
eden, Sofı Sandal Melike kan kusduran...” (Ankara, 1958,
səh.113).
Arşun: bu adın apelyativi: barədə geniş şəkildə bəhs etmiş
və onun daha çox “güclü qurd” mənasına uyğun gəldiyini göstər-
mişik: ar = qəhrəman, döyüşçü, kişi; şun = qurd
1
; Arşunun bədii
təyini belədir: “Ol kafəriŋ altmış arşun qaməti vardı. Altmış bat-
man gürz salardı. Qatı möhkəm yay çəkərdi” (D-203); Arşun adı
yalnız “Arşun oğlı Dirək təkur” antroponimik modelində müşahi-
də olunur. Bu mənada onun qohumluq əlaqələri ilə bağlı cəmi bir
detalı qeyd etmək mümkündür: oğlu – Dirək təkur.
Buğacıq Məlik: II və IV boylarda rast gəlinir; apel-yativlə-
rinin semantikası belədir: buğa zooleksemi + əzizləmə, kiçiltmə
bildirən -cıq şəkilçisi = igidlik simvollu türk mənşəli kişi adı;
1
Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, səh.50-53.
“Dədə Qorqud”un möcüzələr dünyası
93
“məlik” isə tituldur, padşah, başçı və s. kimi mənalarda işlənmiş-
dir; onun qohumluq əlaqələri barədə heç bir fikir söyləmək
mümkün deyil.
Çeşmə: apelyativi fars mənşəli bulaq, yerdən qaynayıb çıxan
axar su, duruluq mənasındadır ki, bu da türk qadın adlarının
yaranma əsasları ilə birbaşa bağlanır; “Çeşmə” apelyativli qadın
adları müasir Azərbaycan antroponimikasında intensivliyi ilə
fərqlənir: Çeşmə, Çeşməgül, Çerşmənaz, Çeşmənur, Çeşməzar,
Çeşməzər...; “Çeşmə” adı cəmi bir dəfə – “Ağ Məlik Çeşmə qızı”
antroponimik modelində işlənmişdir. Yuxarıda Ağ Məliyin qo-
humluq münasibətlərindən bəhs edərkən bu modelin semantika-
sına Alb Ərənin bədii təyini kontekstində aydınlıq gətirdik. Bu
mənada “Çeşmə”nin qohumluq əlaqələrini aşağıdakı kimi sistem-
ləşdirmək olar:
atası – Ağ Məlik
əri – Ab Ərən
qayınatası – İlək qoca
qaynı – Sarı Qalmaş
Dirək təkur: apelyativləri belə səciyyələndirilir: dirək –
dayaq; elinə, yurduna arxa olan; təkur – “allah-taala”, “baş allah”;
tacidar; “Arşun oğlı Dirək təkur” antroponimik modelində atasının
adı konkret olaraq ifadə olunub: atası – Arşun; digər qohumluq
əlaqələri ifadə olunmayıb.
Qara Arslan Məlik: III boyda işlənmişdir; antroponimik
modeldəki apelyativlərin məna yükü belədir: qara (böyük, güclü,
qüvvətli), arslan (şir, igid, qoçaq, qəhrəman), məlik (başçı, padşah,
hökmdar); onun qohumluq əlaqələri müşahidə olunmur.
Qara Tükən Məlik: II və IV boylarda təsadüf olunur;
apelyativlərinin məna yükü barədə kifayət qədər bəhs olunub,
konkret desək, belə verilib: qara (böyük, güclü, qüvvətli), tükən
(sonsuz, bitməz...), məlik (başçı, padşah, hökmdar); qohumluq
əlaqələri ifadə olunmayıb.
Qıpçaq Məlik: II və IV boylarda işlənib; bu antroponimik
modeldəki “qıpçaq” sözü etnonimdir (ağac qabığı; bəxti gətirmə-
“Dədə Qorqud”un möcüzələr dünyası
94
yən, xoşbəxt olmayan və s. kimi mənalarda izah olunur), “məlik”
isə tituldur. Deməli, “Qıpçaq Məlik” etnonim və titul əsasında
yaranan adlar sırasına daxildir. O.Ş.Gökyay “Qıpçaq” adının şəxs
adı kimi yox, toponim kimi işləndiyini göstərir: “...Kıpçaq” bir ad
olmayıp onun bağlı olduğu ili yani Kıpçakları gösterir”
1
. Bu fikirlə
razılaşmaq olmaz: birincisi, ona görə ki, ümumtürk antroponimi-
kasında istər etnonim, istərsə də toponim əsasında yaranmış adlar
üstün mövqedədir; ikincisi, “Kitab”da Qıpçaq Məlik konkret bir
obraz kimi çıxış edir. Qıpçaq Məliklə bağlı qohumluq əlaqələrinin
ifadə olunmasına rast gəlinmir.
Sufi Sandal Məlik: II boyda, həm də yalnız Alp Ərənin bə-
dii təyinində işlənmişdir: “Sufi Sandal Məlikə qan qusdıran... Alb
Ərən” (D-62); apelyativlərini belə səciyyələndirmək olar: sufi (su-
fi təriqətinə mənsub olan adam; zahid); sandal (san+ad+al=sandal;
şərəfli ol, igid ol, ad-san al mənasına uyğun gəlir, yaxud ərəb
mənşəli, stul, kürsü; gözəl iyli və çox bərk ağac anlamlı “səndəl”
sözünün fonetik deformasiyaya uğramış variantı kimi götürülə
bilər); məlik (başçı, padşah, hökmdar). Sufi Sandal Məlikin
qohumluq əlaqələri ilə bağlı heç bir fikir yürütmək mümkün deyil.
Şökli Məlik: II, III, IV və IX boylarda müşahidə olunur;
onun qohumluq əlaqələri ilə bağlı heç bir sözə və ya ifadəyə rast
gəlinmir; antroponimik modeldəki apelyativlərin mənası isə belə
göstərilir: Şöklü – sak//şak etnonimi əsasında yaranıb; “məlik”
başçı, hökmdar, padşah anlamlı tituldur.
Yayxan keşiş oğlu: II boyda işlənib; “yayxan” apelyativin-
dəki “yay” silah, “xan” titul kimi götürülür, “keşiş” isə “xristian-
larda yepiskop ilə dyakon arasında ruhani rütbəsi və bu rütbəni
daşıyan ruhani” mənasındadır; onun qohumluq əlaqələri müşahidə
olunmur.
Yuxarıdakı qeydlər də “Kitab”da “kafirlər” dedikdə, həm də
qıpçaq və karluq türkləri nəzərdə tutulur” qənaətini qüvvətləndirir
(sonrakı səhifələrə bax).
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh. CLXXXI.
“Dədə Qorqud”un möcüzələr dünyası
95
c) Oğuz xanımlarının qohumluğu
“Kitab”da Oğuz xanımlarının adları çox az verilib. Digər tə-
rəfdən, bir sıra qadın adlarının transkripsiyası ilə bağlı fikir müx-
təlifliyi var. Məsələn, O.Ş.Gökyayın fikrincə, “Kitab”ın müqəddi-
məsində Can Kız, Can Paşa kimi qadın adları işlənib. Yaxud mü-
əllifin nəşr etdirdiyi “Dedem Korkudun kitabı”nda (İstanbul,
2000) “Yetər” qadın adının transkripsiyasına rast gəlinmir. Bu cür
mübahisəli məqamlara aydınlıq gətirən S.Əlizadə yazır: “Yetər.
H.Araslı və M.Ergində “qız”... Qız-can. H.Araslı və M.Ergində
“can” sözü gah “qız” sözünün əvvəlində (“can qız”), gah da “Pa-
şa” adının əvvəlində (“can Paşa”) verilib; bizim mətndə “qız-can”
özündən əvvəlki ifadənin əlavəsidir”
1
. “Kitab”ın poetik-sintaksisi-
nə dərindən bələd olan, eyni zamanda onu linqvopoetik baxımdan
tam mənimsəyərək fikir yürütmüş S.Əlizadə haqlıdır. Bu mənada
O.Ş.Gökyayın transkripsiyasındakı “Can Kız”ı qadın adı kimi
qəbul etmirik. “Can Paşa”nı eynilə deyil, “Paşa” formasında düz-
gün hesab edirik. “Yetər”in isə Oğuz xanımlarından birinin adı ki-
mi götürülməsini məqbul hesab edirik.
“Kitab”ın poetik strukturunda cəmi on üç qadın adı işlən-
mişdir (poetik adları bu sistemə daxil etmirik, çünki həmin adlar
Oğuz xanımlarının adları deyil, obrazlılığı qüvvətləndirən vasitə-
lərdir); bunlardan biri haqqında “Kafirlərin qohumluğu” bölməsin-
də bəhs etmişik (bax: Çeşmə); yeddisi “müqəddimə”də (Ayna
Mələk, Qutlu Mələk, Paşa, Ürüydə, Zəlixa, Zübeydə, Yetər), beşi
isə (Burla xatun, Banıçiçək, Boğazca Fatma, Qısırca yengə, Sel-
can xatun) boylarda işlənib.
“Müqəddimə”də təsvir edilmiş qadınların, eləcə də III boyda
işlənmiş Boğazca Fatma və Qısırca yengənin qohumluq əlaqələri
ilə bağlı heç bir detala rast gəlinmir. Deməli, “Kitab”da cəmi üç
Oğuz xanımının, daha dəqiqi, Burla xatun, Banıçiçək və Selcan
1
S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.228.
“Dədə Qorqud”un möcüzələr dünyası
96
xatunun qohumluq əlaqələrindən bəhs etməliyik. Amma bu da var
ki, “Kitab”da bir sıra Oğuz qadınlarının adları çəkilməsə də, onlar
tam real obrazlar kimi çıxış edir. Daha doğrusu, bu tip qadınlar
ana, halal, övrət kimi qohumluq terminləri, ya da ki yoldaşı, xan
qızı kimi evfemistik ifadələr kontekstində canlandırılıb: Dirsə xa-
nın xatunı, xatunı (Bəkilin xatunı), yoldaşı (Dəli Domrul... yolda-
şıyla yaş yaşadı), xan qızı (Dirsə xan arvadına həm də bu cür mü-
raciət edib), anası – Qazanın qarıcıq anası ... Bu cür faktlar həm də
onu təsdiq edir ki, “Kitab” evfemistik ifadələrlə zəngindir, obrazlı
desək, evfemistik ifadələr qalereyasını xatırladır. Burada belə bir
sual yaranır: Nə üçün “Kitab”da Oğuz xanımlarından üçünün –
Burla xatun, Banıçiçək və Selcan xatunun adı xüsusi olaraq qabar-
dılıb? Bu sualı belə cavablandırmaq olar: bu daha çox mövzunun
əhatə dairəsi, yaxud da sintaktik mühitlə bağlıdır; bu xanımlar
daha yüksək təbəqənin nümayəndələri olduğu üçün “Kitab”da öz
adları ilə canlandırılıb; konkret desək, Burla xatun – Oğuz elinin
birinci şəxsi xanlar xanı Bayındırın qızı, bəylər bəyi Qazan xanın
arvadıdır; Banıçiçək – Baybican kimi bəyin qızı, Beyrək kimi
igidin arvadıdır; Selcan xatun – Trabzon təkürünün qızı, Qantura-
lının arvadı, Qanlı qocanın gəlinidir.
“Kitab”dakı kişi və qadın adlarının nisbəti, üç qadın adının
eposun poetik strukturundakı mövqeyi kimi məsələləri geniş şəkil-
də şərh edən K.Əliyevin fikirləri də yuxarıda dediklərimizi qüv-
vətləndirir: “Dədə Qorqud” eposunda qəhrəman Oğuz igidləri ilə
yanaşı, daha qabarıq formada görünən və bəzi mətləblərin ideya
daşıyıcısı olan qadın obrazları da vardır. Onlardan üçünün adı
açıqca bəllidir: Burla xatun, Banıçiçək, Selcan xatun. Bir neçəsi-
nin isə adı deyilməsə belə həmin qadınların da eposun strukturun-
dakı yeri və mövqeyi aydınca sezilir. Bu sıraya Dirsə xanın, Dəli
Domrulun və Səyrəyin xanımları daxildir...”
1
. Ən maraqlısı isə bu
odur ki, K.Əliyev Burla xatun, Banıçiçək, Selcan xatun kimi xa-
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakıl, 2011, səh.71.
“Dədə Qorqud”un möcüzələr dünyası
97
nımlarla bağlı işlədilmiş təşbehlərin, əsasən, eyni formalı, eyni
semantikalı olduğunu müəyyənləşdirir:
“Güz almasına bənzər al yanaqlım!” – bu, Dirsə xanın xanı-
mına aiddir;
“Güz alması kibi al yanağın tutdı, yırtdı” – bu, Burla xatuna
aiddir;
“Güz alması kibi al yanağın yırtdınmı, qız?!” – bu, Banıçiçə-
yə aiddir;
“Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” – bu, Selcan
xatuna aiddir”
1
.
Bu təşbehləri və müəllifin şərhlərini belə səciyyələndirmək
olar: Burla xatun, Banıçiçək kimi xanımlar türk qadınlarının ümu-
miləşdirilmiş obrazları kimi çıxış edir; poetik siqlətli bu təşbehlər
Oğuz xanımlarının təkcə gözəlliyini yox, həm də Oğuz cəmiyyə-
tində yüksək nüfuz sahibi olduqlarını, hörmət və məhəbbətlə qar-
şılandıqlarını göstərir; müəllif “Kitab”ın poetik semantikasına
nəinki dərindən bələddir, hətta onun vurğunudur; bu cəhət müəl-
lifin Dədə Qorqudsayağı üslubunda da özünü göstərir: “Kitab”ın
poetik strukturunda eyni semantikalı, eyni formalı təşbehlərin
təkrarlanmasını müşahidə edən müəllif onları ardıcıl olaraq sırala-
yır, həm də onlardan sonra belə bir cümlə verir: “bu, Dirsə xanın
xatunına aiddir”. Bu cümlə modeli çox cüzi fərqlərlə, daha doğru-
su, vasitəli tamamlıqlar daxilindəki sözləri dəyişdirməklə təkrar-
lanır ki, bu da birbaşa epifora kimi çıxış edir. Eyni zamanda təş-
behlərdən sonra verilmiş bu cümlələr assosiativ olaraq Dədə Qor-
qudun dilində işlənmiş cümlələri yada salır. Müqayisə et: Dədə
Qorqudun dilində – “Bu Oğuznamə Beyrəgin olsun!”; K.Əliyevin
dilində – “bu, Banıçiçəyə aiddir”. Bu isə o deməkdir ki, uyğun
sintaktik mühit, uyğun forma ilə reallaşdırılıb.
Bütün bunlar onu göstərir ki, Oğuz xanımlarının qohumlu-
ğunu iki istiqamətdə araşdırmaq lazımdır: kimliyi qohumluq ter-
minləri və evfemistik ifadələr kontekstində bəlli olan Oğuz xanım-
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakıl, 2011, səh.75.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |