Qısırca yengə: yalnız III boyda işlənmişdir; antroponimik
modeldəki “qısırca” doğmayan, “yengə” isə gəlin köçürülən za-
man onun yanınca gedən və ona rəhbərlik edən qadın mənasında-
dır; qorqudşünaslıqda bəzən ləqəb kimi verilir, əslində, ayamadan
başqa bir şey deyil; qohumluq əlaqələri barədə heç bir fikir söy-
ləmək olmur.
Qutlu Mələk: “müqəddimə”də işlənən qadın adlarındandır;
“qutlu” apelyativi xeyirli, mübarək, uğurlu mənasındadır, ərəb
“Dədə Qorqud”un möcüzələr dünyası
109
mənşəli “mələk” apelyativi isə “fövqəltəbii bir məxluq”, “gözəl”,
“həlim” anlamlıdır; onun qohumluq əlaqələri bəlli deyil.
Paşa: “müqəddimə”də bir dəfə işlənmiş bu adın mənası belə
izah olunur: farsların “padşah” sözü əsasında yaranıb; “baş ağa”
modelinin transformasiyasından başqa bir şey deyil; ağa, cənab
mənasındadır; “Kitab”da qadın adı kimi işlənsə də, müasir Azər-
baycan antroponimikasında kişi adı kimi səciyyəvidir; Paşanın
qohumluq əlaqələrinin ifadə olunmasına rast gəlinmir.
Selcan xatun: IV boyun əsas qəhrəmanlarından biridir; həm
də gözəllik simvollu “Sarı tonlu” ləqəbi ilə tanınır; “gözəllik
sərvəri”, “incə tonlu” kimi epitetlər birbaşa onun gözəlliyini ifadə
edir; antroponimik modeldəki “xatun” sözü qadın, xanım məna-
sındadır; “Selcan” adı isə bir neçə müstəvidə izah olunur: can
dincliyi, qəlb sakitliyi mənasında; işıqlı sima, parlaq vücud mə-
nasında...; qohumluq əlaqələri aşağıdakı kimidir:
atası – Təkür
əri – Qanturalı
qayınatası - Qanlı qoca
qayınanası – mətndə ona birbaşa işarə olunur
Ürüydə: “müqəddimə”də işlənib; “yüksəkdə olan” məna-
sında izah olunur; qohumluq əlaqələri müşahidə olunmur.
Zəlixa: “müqəddimə”də işlənən qadın adlarındandır; mənşə-
yi və mənası ilə bağlı müxtəlif fikirlər var: yəhudi mənşəli olub,
sürüşkən, sürüşən mənasındadır; ərəb mənşəli olub, su pəriciyi,
çox gözəl, məsum, lətafətli mənasındadır; onun qohumluq əla-
qələri bəlli deyil.
Zübeydə: “müqəddimə”də işlənib; qədim yəhudilərdəki “ba-
ğışlanmış” anlamlı “Zebida” və “allahın töhfəsi” anlamlı “Zabdi-
yel” adları ilə bağlı olduğu göstərilir; müasir Azərbaycan antrto-
ponimikasında “Zibeydə” şəklindədir; “Kitab”da onun qohumluq
əlaqələri ilə bağlı heç bir informasiya yoxdur.
Yetər: yalnız “müqəddimə”də müşahidə olunur; “Qız yetər”
cümləsinin struktur-semantik yükünü daşlaşmış şəkildə yaşadan
“Dədə Qorqud”un möcüzələr dünyası
110
qadın adlarındandır; onun qohumluq əlaqələrinin ifadə olunmasına
rast gəlinmir.
Oğuz kişilərinin qohumluğu, kafirlərin qohumluğu, Oğuz
xanımlarının qohumluğu kimi məsələləri araşdırarkən qeyri-real
və ya poetik antroponimlərə münasibət bildirmədik. Prinsipcə
buna ehtiyac da yoxdur. Amma “Kitab”dakı antroponimlərin ümu-
mi mənzərəsi daha aydın görünsün, – deyə poetik antroponimlər-
dən də bəhs etməyi məqsədəuyğun hesab edirik:
Ayişə: “müqəddimə”də (ol Ayişə, Fatimə soyıdır...) və II
boyda müşahidə olunur (Ayişə ilə Fatimənin nigahı su!); apel-
yativi ərəb mənşəli olub, diri, canlı, ölməz mənasındadır. “Ayişə”
“Kitab”da poetik mənanı qüvvətləndirən bir ad kimi iki dəfə iş-
lənmişdir: “müqəddimə” də evin dayağı olan qadın məhz Ayişəyə
bənzədilir; II boyda isə su kultunu reallaşdıran, daha doğrusu,
onun böyüklüyünü ifadə edən vasitələrdən biri kimi çıxış edir.
Müasir antroponimikamızda az təsadüf olunan qadın adların-
dandır.
Boz atlu Xızır: yalnız I boyda işlənib; mifik, qeyri-real
antroponimdir; antroponimik modeldəki “boz atlu” vahidi at kultu
ilə bağlıdır; “Xızır” isə daha çox “xeyirxah” mənasında izah olu-
nur. Müasir etnoqrafiyamızda “xızır günü”, toponimikamızda isə
Xızır//Xıdır şəklində mühafizə olunur.
Dəpəgöz: yalnız VIII boyda işlənib, mifik, qeyri-real antro-
ponimlərdən biridir; “dəpəsində bir gözi” birləşməsinin inkişafı
əsasında yarandığı göstərilir.
Əbubəkr: “müqdəddimə”də cəmi bir dəfə işlənib: “Məhəm-
mədiŋ sağ yanında namaz qılan Əbubəkr siddiq görkli!”; ərəb
mənşəli “Əbubəkr” adı “Bəkirin atası” modelinə uyğun gəlir; bəkr
(bakir) apelyativi saf, təmiz, ləkəsiz mənasındadır.
Əli: “müqəddimə”də işlənib (Qılıc çaldı, din açdı şahi-
mərdan Əli görkli); “şahi-mərdan” imam Əlinin epitetlərindən
biridir; Müasir antroponimikamız baxımından da səciyyəvi olan
“Əli” adı ali, ulu, yüksək və nəcib kimi mənaları ifadə edir.
“Dədə Qorqud”un möcüzələr dünyası
111
Əzrayıl: V boyda müşahidə olunur; qeyri-real antropo-
nimdir; ölüm mələyinin adı kimi səciyyələndirilir.
Fatimə: yuxarıda “Ayişə” adı ilə bağlı təqdim etdiyimiz
cümlələrdə “Fatimə” də işlənmişdir; bu isə o deməkdir ki, Ayişə
ilə Fatimə “Kitab”da eyni obrazı, eyni varlığı qüvvətləndirən adlar
kimi çıxış edir; ərəb mənşəli, süddən kəsilmiş, döşdən ayrılmış
anlamlı “Fatimə” (Məhəmməd peyğəmbərin qızı, imam Əlinin
arvadı da bu adı daşımışdır) müasir antroponimikamız üçün də
səciyyəvidir.
Həsən: “müqəddimə”də (Həsənlə Hüseyn iki qardaş bilə -
görkli) və II boyda (Həsən ilə Hüseynin həsrəti su... Şah Həsənlə
Hüseynin beşigi agac!) işlənmişdir; sonuncu nümunələrdə ərəb
mənşəli gözəl, qəşəng anlamlı Həsən antroponiminin işlənməsi
təsadüfi deyil. Belə ki, Həsən imam Əlinin oğullarından birinin
adıdır.
Hüseyn: “müqəddimə” və II boyda “Həsən” adı ilə birlikdə
işlənmişdir; ərəb mənşəli olub, gözəl mənasındadır; Həsən və
Hüseyn adları müasir Azərbaycan antroponimikasında da intensiv-
liyi ilə fərqlənir
Məhəmməd: “Kitab”da daha çox müşahidə olunan dini
adlardan biri və birincisidir; sonuncu peyğəmbər və islam dininin
banisi Məhəmmədin adı “Kitab”da belə təqdim olunur: Din sərvə-
ri Məhəmməd, Adı görklü Məhəmməd, Adı görklü Məhəmməd
Mustafa, Məhəmməd Mustafa; ərəb mənşəli Məhəmməd adı tərif-
lənən, hamının tərif etdiyi, şərəfli mənasındadır; türk və şərq xalq-
ları antroponimikası baxımından səciyyəvidir.
Museyi-Kəlim: II boyda təsadüf olunur (Museyi-Kəlimin
əsası ağac!); Musa adı yəhudi mənşəli Moiseyin ərəb dilinə
uyğunlaşdırılmış variantı hesab olunur; məna yükü belə səciyyə-
ləndirilir: Musa – suya batmaqdan xilas olmuş uşaq; möcüzəçi;
Kəlim – müsahib, söhbət edən...
Osman Üffan oğlu: “müqəddimə”də işlənib (Alimlər sərvəri
Osman Üffan oğlı görkli); antroponimik modeldəki “osman” adı
ərəb mənşəli olub, ağırtərpənən, astagəl mənasındadır, həm də ata
“Dədə Qorqud”un möcüzələr dünyası
112
adı kimi çıxış edir; oğul adı kimi işlənmiş “Üffan” da ərəb mənşəli
apelyativ əsasında yaranıb, comərd, saxəvatli kimi mənaları ifadə
edir.
Pəri: VIII boyda işlənib; fars mənşəli “Pəri” gözəl bir qadın
surətində sehrbaz və cadugər, məcazi mənada isə çox gözəl qadın
və ya qız mənasında izah olunur; “Kitab”da “Pəri qızı” şəklində
verilir (Pəri qızınıŋ birini tutdı...); onun sehrbazlığı Təpəgözün
barmağına üzük keçirərkən dediyi “Oğul, saŋa ox batmasun, tənü-
ŋi qılıc kəsməsün!” cümləsində obrazlı şəkildə canlandırılıb.
“Kitab”dakı Dəpəgöz, Boz atlu Xızır, Pəri kimi obrazlar mi-
fik olsa da, real obrazlar kimi canlandırılır, hər birinin özünəməx-
sus dili vardır. Digər tərəfdən, bəzi real obrazların müəyyən xarak-
terik cəhətləri məhz mifik obrazlar kontekstində açılır, bir sıra ha-
disələrin semantik dinamikası da mifik obrazlarla reallaşır. Mə-
həmməd, Əli, Ayişə kimi dini məzmunlu adlar isə mətndəki poetik
mənanı qüvvətləndirməyə xidmət edir.
Oğuz kişiləri, Oğuz xanımları və kafirlərin qohumluğu ilə
bağlı təqdim etdiklərimiz bir sıra məqamlara, eyni zamanda gizli
motivlərə işıq salır: İç Oğuzla Daş Oğuzun qohumluq münasibət-
ləri barədə müəyyən təəssürat yaradır; Oğuz cəmiyyətində təkar-
vadlılıq, tayfadaxili və tayfadan kənar nikahların koordinatlarını
faktlarla arqumentləşdirməyə imkan verir; Oğuz cəmiyyətində
qohumluq əlaqələri, qohumluq münasibətləri və qohumluq dərəcə-
lərinin ən səciyyəvi cəhətlərinə aydınlıq gətirir; Oğuz cəmiyyəti-
nin idarə olunmasında yaxın və uzaq qohumların rolu və mövqeyi
ilə bağlı dolğun fikirlər söyləməyə əsas verir... Burada bəzi məsə-
lələrə daha geniş müstəvidə münasibət bildirməyi zəruri hesab
edirik:
– yaxın qohumlara, o cümlədən oğula və qardaşa güvənmə,
arxalanma “Kitab”dan bir leytmotiv kimi keçir. Bu, Qazanın dilin-
dən verilmiş parçalarda qabarıq şəkildə görünür:
“Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu
Bir qartaşım var, – Qaragünə adlu
Yeŋidən toğanıŋı dərgürmiyələr” (D-281);
“Dədə Qorqud”un möcüzələr dünyası
113
– böyük oğlu və böyük qardaşı olmayan Oğuz bəyi kədər-
lənir, qəm-qüssə işində olur: “...Bəkil aru turdı, ağladı. Aydır:
“Ulu oğlım, ulu qardaşım yoq...” (D-241). Bu cəhət Baybörənin
timsalında daha aydın görünür. Bələ ki, o, dayağı – oğlu olmadığı
üçün yurdunun boş qalacağından nəinki təəssüflənir, hətta uşaq
kimi zarıyır, ağlayır: “...Baybörə bəg aydır: “Xan Qazan necə
ağlamıyayın, necə bozlamıyayın? Oğulda ortacım yoq, qartaşda
qədərim yoq! Allah-təala məni qarğayıbdır... Bəglər, tacım-təxtim
içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə
qalmıya”, - dedi” (D-68). Bu parçanın ümumi semantik yükü Qa-
zanın dilindən verilmiş parça ilə əsasən eyni xətdə birləşir: “Ya-
rınkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-taxtım saŋa ver-
miyələr, - deyü soŋımı aŋdım, ağladım, oğul! – dedi” (D-125);
– qardaşı olan igid daha hünərlidir, daha cəsurdur, qardaş-
sızda isə bu cür keyfiyyətlər yoxdur:
“Qardaşlu yigitlər qalqar-qopar olur,
Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqunsa,
Ağlayubən dört yanına baqar olur” (D-112);
– Oğuz cəmiyyətinin idarə olunmasında yaxın qohumların
rolu böyükdür, onların sözü daha tez eşidilir. Bu cəhət Qaragünə
ilə Qılbaşın dialoqunda aydın şəkildə ifadə edilib: “...Qılbaş aydır:
“Sən qardaşısan, sən var!” – dedi” (D-301);
– Oğuz cəmiyyətində hakimiyyətdə olan şəxs daha çox oğlu-
na etibar edir, özündən sonra oğlunu görmək istəyir. IV boydan
məlum olur ki, Qazan xan öz qərargahını qardaşı Qaragünəyə,
dayısı Aruza yox, məhz oğlu Uruza etibar edir. Qazanla Aruzun
dialoquna diqqət yetirək:
“...Atağuzlu Uruz qoca (Aruz qoca – Ə.T.) iki dizinin üstinə
çökdi. Aydır “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturar-
san, orduŋ üstinə kimi qorsan?”
Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim
üstinə tursun”, - dedi” (D-38);
“Dədə Qorqud”un möcüzələr dünyası
114
– “Kitab”da Oğuz cəmiyyətinin idarəçilik sistemi obrazlı şə-
kildə canlandırılıb. Qazanın dilindən verilmiş sintaktik bütövdəki
bəzi misralara nəzər salaq:
“Bəri gəlgil, qulunum oğul!
Sağım ələ baqduğımda
Qartaşım Qaragünəyi gördim, -
Baş kəsübdir, qan dökipdir,
Çöndi alubdır, ad qazanubdır.
Solım ələ baqduğımda
Tayım Uruzu gördim, -
Baş kəsübdir, qan dökipdir...” (D-124, 125)
Bu misraların qarşılaşdırılması onu göstərir ki, sağ tərəfdə
oturanlar qan qohumları (ata xətti ilə qohumluq), sol tərəfdə otu-
ranlar isə süd qohumlarıdır (ana xətti ilə qohumluq).
Deməli, Qazan xanın Qaragünə, Qarabudaq kimi ata qohum-
ları onun sağ tərədində, Aruz, Qıyan Səlcik kimi ana qohumları
isə sol tərəfində əyləşiblər. Burada “Kitab”ın poetik strukturunda-
kı sağ və sol məsələsini sistemli şəkildə, həm də tarixi-linqvistik
müstəvidə araşdırmış A.Hacıyevin fikirlərini təqdim etməklə kifa-
yətlənirik: “...sağ bəglər birləşməsində “ağıllı, düşüncəli bəylər”
anlamının ifadə olunduğunu söyləmək daha məntiqi səslənir...
“sol” arxaizmi türk dilinin erkən formalaşma dövründə geniş əks
olunmuş y - s əvəzlənməsi yolu ilə məhz həmin “yol” arxaizmin-
dən törəmiş və eynilə “əmrə müntəzir, hazır, əməl edən,, yerinə
yetirən” anlamlarını bildirmişdir... “Dədə Qorqud kitabı”nda ...
sağda oturanlar öz ağlı, düşüncəsi ilə xaqana məsləhət verən, solda
oturanlar isə onun əmrini yerinə yetirənlər, yəni “buyruq bəyləri”
kimi səciyyələndirilmişdir”
1
. Bu izahlar Bayındır xanın nəvəsi
Uruza, eyni zamanda vəziri Qazlıq qocanın oğlu Yegnəyə olan
münasibətlərini müəyyənləşdirməyə imkan verir: “... Bayındır
xanıŋ ... sağ yanında Qazan oğlı Uruz oturmış idi. Sol yanında
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.144-145.
“Dədə Qorqud”un möcüzələr dünyası
115
Qazlıq qoca oğlı Yeynək turmışdı” (D-67). Bu parçanın semantik
yükü Uruzu ağıllı və düşüncəli, Yeynəyi isə əmri yerinə yetirən,
əmrə hazır olan bir obraz kimi səciyyələndirməyə imkan verir.
Burada onu da qeyd edək ki, III boyun əvvəlində təhkiyəçinin
dilindən verilmiş yuxarıdakı parça”Kitab”ın sonrakı boylarında
inkişaf etdirilib, hətta bu, bütöv bir boyun ümumi semantik yükü
ilə üzvi şəkildə bağlanır. Konkret desək, Yeynəyin III boydakı
statusu VII boyda (“Qazlıq qoca oğlu Yeynək boyu”nda), yaxud
Uruzun III boydakı statusu XI boyda (“Salur Qazanın dustaq
olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da) tam şəkildə
reallaşır. Yeri gəlmişkən, bu cür detallar “Kitab”dakı boylararası
əlaqə baxımından da əhəmiyyətlidir;
– sağ və sol tərəf məsələsi Oğuzların döyüş səhnələrinin təs-
virində də özünü göstərir. Amma burada sağ cinahda süd qohum-
ları (ana xətti ilə qohumlar), sol cinahda isə qan qohumlarının (ata
xətti ilə qohumluq) vuruşması təsvir olunur: “Taş Oğuz bəglərilə
Dəli Tondaz sağdan dəpdi. Cılasun yigitlərlə Qaragünə oğlı Budaq
soldan dəpdi. İç Oğuz bəglərilə Qazan dopa dəpdi...” (D-64).
Qeyd etdiyimiz kimi, Daş Oğuz bəyləri Qazanın dayısı tərəf-
dir, Dəli Dondaz da dayısı nəvəsidir. Dəli Budaq (Qarabudaq) isə
qardaşı oğlu və kürəkənidir. “Kitab”dakı bu cür hadisələrə qədim
türk mənbələri kontekstində münasibət bildirən Anar yazır: “...bu
iki qismlə bərabər sağ və sol bəyləri bölünmək sistemi də vardır.
Kökləri hələ Atillaya gedib çıxan bu sağ-sol məsələlərinin Oğuz
təfəkküründə böyük əhəmiyyəti olub... “Kitabi-Dədə Qorqud”da
da bu sağ və sol məsələsinə riayət olunur. Döyüşdə hansı igidin
sağdan, hansının soldan təpdiyi göstərilir...”
1
. Bu qeydlərə təkcə
onu əlavə edirik ki, istənilən döyüşdə sağ və sol tərəfdən hücum
etmə şərtidir və bu nisbət situasiyadan asılı olaraq tez-tez dəyişə
bilər;
– qohumların birlikdə yürüşü diqqətçəkən detallardan biri
kimi görünür: “Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli
1
Anar. Dədə Qorqud dünyası. Sizsis. Bakı, 1992, səh.45.
“Dədə Qorqud”un möcüzələr dünyası
116
Tondaz, Qazan oğlu Uruz bəg – bunlar hasara yüriş etdilər” (D-
120). Burada adları çəkilən qəhrəmanların əksəriyyəti Qazanın
qohumlarıdır.
Dəqiq desək, Uruz – oğludur, Qarabudaq – qardaşı oğlu və
kürəkənidir, Dəli Ton-daz – dayısı nəvəsidir, Beyrək – şərti olaraq
dayısı kimi götürdüyümüz Baybican məlikin kürəkənidir. Bu
sistemdən yalnız “Yegnək” kənarda qalır ki, o da Qazanın qayına-
tası Bayındır xanın vəziri Qazlıq qocanın oğludur;
– yaxın qohumların münasibətlərində etik qaydaları gözləmə,
həm də bir-birlərinə dərin hörmət və məhəbbət bəsləmə müşahidə
olunur (bu sistemdə Qazanla Aruzun, Beyrəklə Aruzun ... mü-
nasibətləri istisnadır). Bu aşağıdakı detallarda daha aydın görünür:
– baba (Bayındır) nəvəsini sağ yanında - ən hörmətli, ən
mötəbər yerdə oturdur: “Bayındır xanıŋ ... sağ yanında Qazan oğlı
Uruz oturmuş idi” (D-67);
– nəvə (Uruz) babanın (Bayındırın) yanında böyüdüyü üçün
atasını tanımır, daha doğrusu, babasını atası hesab edir: “Uruz
qaqdı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmi-
dir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir” (D-282);
– ata oğluna “evimin dayağı”, gözümün işığı” kimi sözlər
deyərək oxşayır, onu bütün Oğuz elinin sevimlisi kimi dəyərlən-
dirir:
“Oğul! Dünlügü altun ban evimiŋ qəbzəsi oğul!...
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncisi, canım oğul!” (D-119);
– oğul atasının namusu , qeyrəti üçün başını qurban verməyə
hazırdır: “Oğul da qılıc quşanur baba ğeyrətiçün, Mənim də başım
qurban olsun sənüŋçüŋ – dedi” (D-131);
– ana yaralı oğlunu sağaltmaq üçün döşündən (əmcəyindən)
südlə qanı qarışıq çıxarır: “...Sıqdı südlə qan qarışıq gəldi” (D-29);
Oğlunun darda olduğunu düşünən ananın qurumuş sinəsində südü
oynayır: “Qurumışca köksimdə südim oynar” (D-137);
“Dədə Qorqud”un möcüzələr dünyası
117
“Ana həqqi – təŋri həqqi” deyimi ilə silahlanmış oğul (Qa-
zan) kafirdən arvadını (Burla xatunu), oğlunu (Uruzu) yox, məhz
anasını geri istəyir. Hətta anası qaytarılsa, döyüşmədən geri dö-
nəcəyinə belə söz verir: “Qarıcıq anamı gətürüb durursan, mərə
kafər, anamı vergil maŋa
Savaşmadın, uruşmadın qayıdayım – gerü dönəyim, gedə-
yim, bəllü bilgil,- dedi “(D-58);
– ər arvadını özünün ən yaxın yoldaşı, silahdaşı hesab edir,
həm də ona sonsuz hörmət və məhəbbət bəsləyir;
– arvad ərini nəinki dərin məhəbbətlə sevir, hətta onun yo-
lunda ölməyə belə hazırdır;
– “diliŋ içün öləyim”, - deyən qardaş qardaşının yolunda hər
şeyə hazırdır: “...qardaşsız Oğuzda turmazam” (D-257);
– bacı üçün qardaş ən böyük nemətdir, uca dağdır, kölgəli
uca ağacdır: “Qarşu yatan qara tağım yıqılubdır ... Kölgəlicə qaba
ağacım kəsilübdir...” (D-104);
– bacının bacıya münasibəti daha çox onların qardaşlarına
münasibəti kontekstində müəyyənləşir ki, bu da, əsasən, Beyrəklə
bağlı süjetlərdə təsadüf olunur. Belə ki, Beyrəyin ölüm xəbərini
eşidən bacıları ağ çıxarıb, qara geyirlər, “Vay, bəgim qardaş! Mu-
radına-məqsuduna irməyən yalŋuz – qardaş!” – deyərək ağlaşırlar;
– qardaş (Dəli Qarçar) bacısını istəyənləri öldürməkdə
israrlıdır: “...Dəli Qarçar deyirlər. Qız diləyəni öldürər” (D-81);
qardaş (Beyrək) özünə toy elədiyi kimi, bacılarını da ərə verir:
“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi” (D-121);
– qayınata və qayınana gəlinə hörmət edir, onu yüksək şəkil-
də dəyərləndirirlər: “Yolıŋa qurban olayın gəlincigüm!” (D-117);
– gəlin qayınatası və qayınanasını atasından və anasından
üstün bilir:
“Atamdan yegrək qayın ata!
Anamdan yegrək qayın ana!” (D-262).
“Dədə Qorqud”un möcüzələr dünyası
118
“Kitab”da nənənin nəvəyə, eləcə də nəvənin nənəyə müna-
sibətləri ilə bağlı detallara rast gəlinmir (baxmayaraq ki, Qazanın
qarıcıq anasının Uruz, Qarabudaq... kimi nəvələri var).
– “Kitab” da təsvir olunan boy qəhrəmanlarının (Oğuz bəylə-
rinin) əksəriyyətinin həyat yoldaşı var: Qazan – Burla xatun, Bey-
rək – Banıçiçək, Qanturalı – Selcan xatun ... Dirsə xan – xatunu,
Bəkil – xatunu... Boy qəhərəmanlarından üçü (Buğac, Basat və
Yegnək) bu sistemdən kənarda qalır;
– boylarda təsvir olunan, daha doğrusu, adları bəlli olan
Oğuz xanımlarından ikisinin ailəsi yoxdur: Boğazca Fatma,
Qısırca Yengə;
– kafir qızları Qazan xanın şadlıq məclislərinin bəzəyi, yara-
şığıdır. Onların gözəlliyi “Kitab”da son dərəcə gözəl, dəbdəbəli
bir üslubda çatdırılır: “...Toquz qara gözlü, xub yüzlü, saçı ardına
urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları ni-
garlı məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb
içərlərdi” (D-36).
Bu parçanın bədii-estetik siqləti X.Koroğlunun da diqqətin-
dən yayınmayıb: “Belə təmtəraqlı şənliyə heç bir oğuz epik abidə-
sində rast gəlinmir, amma bu şənlik, şübhəsiz, naturadan çəkilmiş-
dir – görkəmli oğuz bəyləri Qafqazda və Kiçik Asiyada belə şən-
liklər düzəldirdilər və burada çox güman ki, xristian qızları – məğ-
lub hökmdarların qızları qulluq edirdilər. Faktlar göstərir ki, Qaf-
qaz və Kiçik Asiya oğuzlarının, görünür, düşmənin əsir qızlarını
kəniz etmək adətləri varmış...”
1
.
Bu qeydlərə onu da əlavə etməyi vacib hesab edirik ki, Oğuz
bəyləri xristian qızları ilə təkcə bir kəniz kimi rəftar etməyib. Kon-
kret desək, həm də bu qızlarla ailə qurub, onlara Oğuz cəmiyyə-
tinin ən xoşbəxt xanımları statusunu qazandırıblar.
Ən maraqlısı isə budur ki, “Kitab”da bu tip qadınların xris-
tian keçmişi daha çox üstüörtülü şəkildə verilir. Burada Oğuz xa-
nımlarını İç Oğuz, Daş Oğuz və kafir qızları kontekstində araş-
1
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.109.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |