119
dırmış K.Əliyevin fikirlərini xatırlatmaq yerinə düşür: “...Dirsə
xanın xanımı və Qazan xanın xanımı Burla xatun İç Oğuzdandır,
Banıçiçək Dış Oğuzdan, Selcan xatun və Dəli Domrulla Səyrəyin
xatunları isə kafər (kafir – Ə.T.) düşərgəsindən İç Oğuza gəl-
mişlər. Dış Oğuzdan və kafər (kafir – Ə.T.) düşərgəsindən İç
Oğuza gəlin gələn qızlar bu düşərgələr arasındakı barışığı
simvolizə edirlər və barışığın karrantıdırlar (qarantıdırlar – Ə.T.).
Deməli, “Dədə Qorqud” eposu vuruş və davanın deyil, məhz
barışıq və vahid dünya modelinin eposudur”
1
. K.Abdulla bu cür
nikahları “barışığa zəmanət” yox, qan qohumluğu yasağı”, tayfa-
daxili nikah yasağı prizmasından şərh edir. Məsələn, Qanturalı ilə
Selcan xatunun nikahını belə səciyyələndirir: “... Əsas məsələ –
Qanturalını arvad seçimində Oğuzdan kənara çıxarmaqdır. Oğu-
zun, başqa sözlə, “öz məxsus olduğun tayfanın üzvü olan qızla ev-
lənmək olmaz” yasağı “qız kənar yerdən olmalıdır” fikrinə dönür
və Dastanda Qanturalının yad diyara getməsi, sevgilisi Selcan xa-
tuna qovuşması ilə bağlı hadisələrin təsvirinə çevrilir. Bu yasağın
Dastanda hər hansı şəkildə olursa-olsun təsviri, heç şübhəsiz ki,
Dastanın çox qədim bir zamanla əlaqəsinin qırılmamasını göstə-
rir”
2
. Bütün bunlar onu da xüsusi olaraq vurğulamağa əsas verir ki,
“Kitab”dakı eynitipli hadisələrin müxtəlif bucaqlardan şərhi, həm
də müxtəlif məzmunlu nəticələrin çıxarılması məhz “Kitab”ın
sirli-sehirli dünyası ilə bağlıdır;
“Kitab”da obrazların qohumluq münasibətlərinin araş-dırıl-
ması göstərir ki, obrazların bir qismi baba və ata, bir qismi oğul və
qız, bir qismi əmi və dayı və s. statuslarda çıxış edir. Bu mənada
onları aşağıdakı kimi sistemləşdirmək olar:
ulu babalar – burada yalnız Qam Ğanı qeyd etmək mümkün-
dür (Uruzun ulu babasıdır)
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, Bakı, 2011,səh.84
2
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.131.
“Dədə Qorqud”un möcüzələr dünyası
120
babalar – Qam Ğan (Burla xatunun babası), Ulaş (Uruzun və
Qarabudağın ata babası), Bayındır (Uruzun ana babası), Aruz
(Dəli Dondarın ata babası)...
nənələr – Qazanın qarıcıq anası (Uruzun, Qarabudağın...ata
nənəsi), Aruzun xatunu (Dəli Dondarın ata nənəsi)...
atalar – Qam Ğan (Bayındırın atası), Bayındır (Burla xatu-
nun atası), Ulaş (Qazanın atası), Qazan (Uruzun...atası). Dirsə xan
(Buğacın atası), Qanlı qoca (Qanturalının atası), Baybörə (Beyrə-
yin atası), Baybican (Dəli Qarçarın və Banıçiçəyin atası), Duxa
qoca (Dəli Domrulun atası), Qaragünə (Qarabudağın atası), Qazı-
lıq qoca (Yeynəyin atası), Aruz (Basatın və Qıyan Səlcikin atası),
İlək qoca (Dülək Uran, Alp Ərən və Sarı Qalmaşın atası), Toğsun
(Alp Rüstəmin atası), Uşun qoca (Əyrəklə Səyrəyin atası), Əŋsə
qoca (Oqçıının atası), Qırqqınuq (Qaraçəkürün atası)...
analar – Burla xatun (Uruzun anası), Ulaşın xatunu (Qazanın
və Qaragünənin anası), Dirsə xanın xatunu (Buğacın anası), Bə-
kilin xatunu (Əmranın anası), Aruzun xatunu (Basatın və Qıyan
Səlcikin anası), Qıyan Səlcikin xatunu (Dəli Dondarın anası), Du-
xa qocanın xatunu (Dəli Domrulun anası), Qanlı qocanın xatunu
(Qanturalının anası), Uşun qocanın xatunu (Əyrəklə Səyrəyin
anası)...
ərlər, kişilər – Qazan (Burla xatunun əri), Beyrək (Baniçi-
çəyin əri), Qanturalı (Selcan xatunun əri) ...
xanımlar, arvadlar – Burla xatun (Qazanın arvadı), Banıçiçək
(Beyrəyin arvadı), Selcan xatun (Qanturalının arvadı)...
oğullar – Bayındır (Qam Ğanın oğlu), Qazan (Ulaşın oğlu),
Uruz (Qazanın oğlu), Buğac (Dirsə xanın oğlu), Qanturalı (Qanlı
qocanın oğlu), Beyrək (Baybörənin oğlu), Dəli Qarçar (Baybi-
canın oğlu), Dəli Domrul (Duxa qocanın oğlu), Qarabudaq
(Qaragünənin oğlu), Yeynək (Qazlıq qocanın oğlu), Basat (Aru-
zun oğlu), Qıyan Səlcik (Aruzun oğlu), Dəli Dondar (Qıyan Səlci-
kin oğlu), Dülək Uran, Alp Ərən və Saru Qalmaş (İlək qocanın
oğulları), Alp Rüstəm (Toğsunun oğlu), Əyrək və Səyrək (Uşun
“Dədə Qorqud”un möcüzələr dünyası
121
qocanın oğulları), Oqçı (Əŋsə qocanın oğlu), Qaraçəkur (Qırqqını-
ğun oğlu)...
qızlar – Burla xatun (Bayındırın qızı), Banıçiçək (Baybicanın
qızı), Selcan xatun (Təkürün qızı), Çeşmə (Ağ Məliyin qızı), Bay-
börənin yeddi qızı...
qardaşlar – Qazan və Qaragünə, Basat və Qıyan Səlcik, Dü-
lək Uran, Alp Ərən və Sarı Qalmaş, Əyrək və Səyrək, Qaraca Ço-
ban, Qabangüci və Dəmirgüci...
bacılar – Banıçiçək (Dəli Qarçarın bacısı), Beyrəyin yeddi
bacısı, Aruzun bacısı (Qazanın qarıcıq anası)...
nəvələr – Burla xatun (Qam Ğanın nəvəsi), Uruz (Ulaşın və
Bayındırın nəvəsi), Qarabudaq (Ulaşın nəvəsi), Dəli Dondar (Alp
Aruzun nəvəsi)...
əmilər – Qazan (Qarabudağın əmisi), Qaragünə (Uru-zun
əmisi), Basat (Dəli Dondarın əmisi), Əyrəklə Səyrəyin əmisi...
dayılar – Alp Aruz (Qazanla Qaragünənin dayısı), Əmən
(Yeynəyin dayısı)...
bibilər – Qazanın qarıcıq anası (Basatın və Qıyan Səlcikin
bibisi)
qudalar – Bayındır – Ulaş; Baybörə - Baybican, Qazan –
Qaragünə; Qanlı qoca – Təkur...
qayınatalar – Bayındır (Qazanın qayınatası), Qazan (Qarabu-
dağın qayınatası), Qaragünə (Qazanın qızının qayınatası), Baybi-
can (Beyrəyin qayınatası), Ulaş (Burla xatunun qayınatası), Qanlı
qoca (Selcan xatunun qayınatası), Baybörə (Banıçiçəyin qayına-
tası), Təkür (Qanturalının qayınatası)...
qayınanalar – Burla xatun (Qarabudağın qayınanası), Qaza-
nın qarıcıq anası (Burla xatunun qayınanası), Beyrəyin anası
(Banıçiçəyin qayınanası), Səyrəyin anası (Səyrəyin xatununun
qayınanası)...
gəlinlər – Burla xatun (Ulaşın gəlini), Səyrəyin arvadı (Uşun
qocanın gəlini), Qıyan Səlcikin xatunu (Alp Aruzun gəlini), Uru-
zun xatunu (Burla xatunun gəlini), Qazanın qızı (Qaragünənin
gəlini)...
“Dədə Qorqud”un möcüzələr dünyası
122
kürəkənlər – Qazan (Bayındırın kürəkəni), Beyrək (Baybica-
nın kürəkəni), Qarabudaq (Qazanın kürəkəni), Qanturalı (Təkürün
kürəkəni)...
qayınlar – Dəli Qarçar (Beyrəyin qaynı), Uruz (Qarabudağın
qaynı), Qaragünə (Burla xatunun qaynı)...
baldızlar – Beyrəyin yeddi bacısı (Banıçiçəyin baldızları)...
yengələr (qardaş arvadı) – Qıyan Səlcikin xatunu (Basatın
yengəsi), Burla xatun (Qaragünənin yengəsi)...
əmizadələr – Alp Aruz, Basat və Qıyan Səlçik → Baybican,
Dəli Qarçar və Banıçiçək...
Yuxarıda təqdim etdiyimiz qohumluq terminlərindən bir ne-
çəsi “Kitab”ın dilində işlənməmişdir. Məsələn, nənə, bacı, bibi,
quda, kürəkən, baldız. Amma onu da qeyd etmək lazımdır ki, “Ki-
tab”ın dilində bacı əvəzinə, “qız qarındaş”, kürəkən əvəzinə “gü-
yəgü” sözü işlənib. Yaxud “Kitab”da “qayın” sözü müstəqil şəkil-
də işlənməsə də, “qayın ata”, “qayın ana” kimi birləşmələrdə bi-
rinci komponent kimi çıxış edir (sonrakı səhifələrə bax).
“Kitab”dakı obrazların qohumluq əlaqələrinin ümumi mən-
zərəsini bütöv şəkildə əks etdirən yuxarıdakı faktlar bir daha təs-
diq edir ki, həmin sistemdə ən fəal, ən intensiv obraz məhz Qazan
xandır, onun qohumluq əlaqələrinin əhatə dairəsi daha genişdir.
Hesablamalar göstərir ki, “Kitab”dakı əsas obrazların əksəriyyəti
Qazan xanla bu və ya digər dərəcədə qohumluq münasibətlərin-
dədir (şübhəsiz ki, burada Qazan xanın səkkiz boyda iştirak etmə-
sinin də təsiri vardır). Konkret desək, Qazan, Ulaş və onun xatunu
üçün oğuldur, Qaragünə üçün qardaş, həm də qudadır, Burla xatun
üçün ərdir, Uruz üçün atadır, Qarabudaq üçün əmi, həm də qayın-
atadır, Qam Ğan üçün nəvəsinin əridir, Bayındır üçün kürəkəndir,
Alp Aruz üçün bacıoğludur, Basat və Qıyan Səlcik üçün bibioğlu-
dur, Dəli Dondar üçün atasının bibisi oğludur, Beyrək üçün
qayınatasının əmizadəsinin bacısı oğludur (bax: Baybican Alp
Aruzun əmizadəsidir), Banıçiçək üçün əmizadəsinin oğludur (bu,
Baybicana və Dəli Qarcara da aiddir)...
“Dədə Qorqud”un möcüzələr dünyası
123
“DƏDƏ QORQUD KİTABI”NDA
QOHUMLUQ TERMİNLƏRİ
Buraya qədərki bölmələrdə istər-istəməz “Kitab”dakı qo-
humluq terminlərindən də müəyyən qədər bəhs etdik. Amma “Ki-
tab”da qohumluq terminlərinin yeri, mənası, mənşəyi, intensivliyi,
arxaikləşməsi, obrazlılıq yaratma imkanları və s. kimi məsələlər
problemin ayrılıqda, həm də diaxronik və sinxronik müstəvidə
tədqiq olunmasını diktə edir. Bu mənada “Kitab”dakı qohumluq
terminlərinin aşağıdakı istiqamətlər üzrə araşdırılmasını məqsədə-
uyğun hesab edirik:
a) qohumluq terminləri şumer dili və
qədim türk mənbələri müstəvisində
“Kitab”da işlənmiş qohumluq terminlərinin şumer dili və
qədim türk abidələrindəki uyğun dil vahidləri ilə müqayisəsi ma-
raqlı nəticələr söyləməyə imkan verir. Bəri başdan qeyd edək ki,
bu nəticələrin hər biri təkcə qədim türk dili yox, həm də qədim
türk tarixi və etnoqrafiyası baxımından əhəmiyyətlidir:
Şumer dili üçün səciyyəvi olan ama, ada və er kimi qohum-
luq bildirən sözlər “Kitab”da cüzi fonetik dəyişmələrlə müşahidə
olunur: ana, ata, ər. Burada “baba” sözünün şumer dili “Kitab” və
müasir Azərbaycan dilində eyni fonetik tərkibdə olmasını xüsusilə
qeyd etmək lazımdır.
Bir sıra qohumluq terminləri “Kitab”da və Orxon-Yenisey
abidələrində eyni fonetik tərkibdədir: ana, ata, oğul...
Orxon-Yenisey abidələrindəki qohumluq terminlərinin bir
qismi “Kitab”da fonetik dəyişikliyə uğramış şəkildədir, daha doğ-
rusu, nisbətən fərqli formadadır: Orxon-Yenisey abidələrində –
gəliŋ, katun, kız kadaş, küdəgü...; “Kitab”da – gəlin, xatun, qız
qarındaş, güyəgü...
“Dədə Qorqud”un möcüzələr dünyası
124
Orxon-Yenisey abidələrindəki qız anlamlı “kız oğul” ifadəsi
ilə “Kitab”dakı “qız kişi” (Ağız-dildən, qız kişi, xəbər, maŋa!)
eyni semantik yuvaya daxil olur. Yaxud Orxon-Yenisey abidələ-
rindəki “kız oğul” modelinin semantik yükü “Kitab”dakı xatun,
arvad anlamlı “xatun kişi” (Bəkil gördi xatun kişiniŋ əqli-kəlicəsi
eyüdür) modelini yada salır.
“Böyük bacı” və kiçik bacı” vahidləri “Kitab”da və Orxon-
Yenisey abidələrində müxtəlif sözlərlə ifadə olunub: “Kitab”da –
ulu qız qarındaş (Ulu qız qarındaşları yanına gəldi), kiçi qız
qarındaş (...kiçi qız qarındaşı binardan su almağa gəlür); Orxon-
Yenisey abidələrində – əkə (böyük bacı), əgəc (böyük bacı, xala),
siŋil (kiçik bacı).
“Kitab”da və M.Kaşğarinin “Divan”ındakı qohumluq ter-
minlərinin bir qismi eyni fonetik tərkibdədir (ata, ana, oğul...), bir
qismi isə nisbətən fərqli formalardadır: “Kitab”da – ana, tayı,
güyəgü, gəlin; “Divan”da – aba, tağay, küdhəgü, kəlin. Burada bir
cəhəti də qeyd edək ki, “Kitab”dakı qarındaş//qartaş (qardaş) sözü
ilə “Divan”dakı kanqdaş, kadaş (atabir qardaş) sözləri eyni
semantik şaxədə birləşir.
“Divan”ın dili üçün səciyyəvi olan “anabir qardaş” anlamlı
“ikdiş” və “süd qardaşı” anlamlı “əmikdəş” sözləri barədə isə bun-
ları söyləmək olar: “Kitab”ın dilində “ikdiş” müşahidə olunmur,
“əmikdış” isə, qeyd etdiyimiz kimi, “süd qardaşı” anlamlı “əmdi”
sözü ilə səsləşir. Fikrimcə, kanqdaş (qandaş), ikdiş, əmikdəş kimi
arxaizmlərin müasir ədəbi dilimizdə sabitləşməsini təmin etməyin
vaxtı çatıb. Heç şübhəsiz ki, belə bir sabitləşmə ədəbi dilimizi da-
ha da zənginləşdirə bilər. Konkret desək, söz birləşməsi modelləri
sözlə əvəzlənmiş olar: atabir qardaş=qandaş, anabir qardaş=ikdiş,
süd qardaşı = əmikdəş//əmikdaş.
“Kitab”da və Balasağunlu Yusif Hacibin “Qutadğu Bilig”
(XI əsr) poemasında bir sıra qohumluq terminləri tam eyni fonetik
tərkibdə müşahidə edilir:ata, ana, oğul...Fonetik tərkibcə fərqlənən
qohumluq terminləri isə bunlardır: “Kitab”da – qayın (qayın ata və
qayın ana birləşmələrində birinci tərəf kimi işlənib), qarındaş//
“Dədə Qorqud”un möcüzələr dünyası
125
qartaş; “Qutadğu Bilig”də – kadın, kadaş. Bu tip sözlərlə bağlı
maraqlı mülahizələr söylənilib. Burada Ramiz Əskərin bir fikrini
təqdim etməklə kifayətlənmək olar: “Bakı ləhcəsində işlənən qə-
deş sözünün “Qutadğu Bilig”dəki qadaş sözü ilə eyni olduğuna
heç bir şübhə yoxdur”
1
.
“Kitab”dakı qadın cinsini ifadə edən, arvad anlamlı “dişi əh-
li” (Dirsə xan dişi əhliniŋ sözilə ulu toy elədi) birləşməsi ilə “Qu-
tadğu Bilig”dəki “tişi” (qadın, arvad) sözü eyni semantik yuvaya
daxil olan vahidlər sırasındadır.
“Kitab”, Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı
və Yusif Xas Hacibin “Qutadğu Bilig” poeması ən sanballı, həm
də ən mötəbər qədim türk mənbələridir. Bu mənbələrin hər biri qə-
dim türk tarixi və mədəniyyətinin bir parçasıdır. Bu mənada “Ki-
tab”dakı qohumluq terminlərinin həmin abidələrlə səsləşməsi, on-
larla zəncirvari bağlılığı heç də təsadüfi deyil. Yekun olaraq onu
da qeyd edək ki, yuxarıda şərh etdiyimiz qohumluq terminlərinin
əksəriyyəti müasir türk dilləri üçün də səciyyəvidir.
b) qohumluq terminləri müasir Azərbaycan dili
müstəvisində
Qorqudşünaslıqda “Kitab”ın məhz Azərbaycan dilində yazıl-
ması ilə bağlı kifayət qədər tutarlı fikirlər var. Heç şübhəsiz ki,
“Kitab”dakı qohumluq terminlərinin müasir Azərbaycan dili kon-
tekstində tədqiqi həmin qənaətləri bir az da qüvvətləndirə bilər.
Bu mənada aşağıdakı qarşılaşdırmalara diqqət yetirək:
Müasir Azərbaycan ədəbi dilindəki qohumluq termin-lərinin
bir qismi “Kitab”dakı forma və semantikaslına tam uyğundur: ata,
oğul, qız, gəlin, yoldaş...
“Kitab”dakı qohumluq terminlərinin bir qismi müasir Azər-
baycan ədəbi dilində müəyyən fonetik dəyişmələrlə sabitləşmişdir:
“Kitab”da – qarındaş//qartaş//qardaş; əmmi, tayı//dayı; müasir
1
R.Əskər. Qutadğu Bilig. Bakı, 2003, səh.180.
“Dədə Qorqud”un möcüzələr dünyası
126
Azərbaycan ədəbi dilində - qardaş, əmi, dayı... Qeyd edək ki, “Ki-
tab”da müvazi işlənmiş qarındaş//qartaş//qardaş”, “tayı//dayı” söz-
lərindən yalnız sonuncular (qardaş, dayı) müasir ədəbi dilimizdə
sabitləşib.
“Kitab”da daha çox söz birləşməsi formasında işlənən bəzi
qohumluq terminləri müasir Azərbaycan ədəbi dilində mürəkkəb
söz formasındadır: “Kitab”da – qayın ata//qayınata, qayın ana//qa-
yınana; müasir Azərbaycan ədəbi dilində - qayınata, qayınana.
“Kitab”da intensivliyi ilə fərqlənən “baba” sözü müasir
Azərbaycan ədəbi dilində semantik dəyişmə ilə sabitləşmişdir:
“Kitab”da – baba (ata); müasir Azərbaycan ədəbi dilində - baba
(atanın atası, ananın atası). Amma bu da var ki, “Kitab”dakı ata
anlamlı “baba” sözü Azərbaycan dilinin qərb şivələrində ilkin
forma və semantikasına uyğun işlənir.
Müasir Azərbaycan ədəbi dilində sabitləşməyən bir sıra qo-
humluq terminləri “Kitab” və müasir Azərbaycan dili şivələri
üçün səciyyəvidir. “Kitab”da: ağa (böyük qardaş) – “Ağam Beyrə-
gin yaylasıydı...” (D-103), yengə (böyük qardaşın arvadı) – “Ağca
yüzli yengəmi tul eləmişsən...” (D-232), güyəgü//göygü (kürəkən)
– “Beyrək bizdən qız almışdır, güyəgümizdir” (D-295), “...Bayın-
dır xanıŋ göygüsi..,” (D-35); müasir Azərbaycan dili şivələrində:
“ağa” (böyük qardaş) – Ağsu və Dmanisi (Başkeçid) şivələrində;
“yengə” (qardaşın, əminin və ya dayının arvadı) – Şəki şivəsi və
qərb şivələrində; göy (kürəkən) – qərb şivələrində ...
“Dədə Qorqud” antroponimik modelində “Dədə” ləqəbi ən
müdrik, ən aqil qoca mənasındadır. “Yox, ol, ananıŋ babasıdır, sə-
niŋ dədəŋdir” (D-282) cümləsindəki “dədə” qohumluq termini isə
“baba” mənasındadır. Maraqlıdır ki, müasir Azərbaycan dili şivə-
lərinin əksəriyyətində “dədə” sözü “baba” yox, “ata” mənasında
işlənməkdədir...;
“Kitab”dakı əmdi (süd qardaşı), qız qarındaş (bacı), qız kişi
(qız) kimi qohumluq terminləri müasir Azərbaycan dilində sabit-
ləşməyib. Ancaq bu da həqiqətdir ki, həmin qohumluq terminlə-
rinin yaranmasında iştirak edən sözlər müasir Azərbaycan dili
“Dədə Qorqud”un möcüzələr dünyası
127
üçün də saəciyyəvidir: “Kitab”da – “əmdi”, müasir Azərbaycan
dilində – əmmək, əmcək, əmzik...; yaxud “Kitab”da – “qız qarın-
daş”; müasir Azərbaycan dilində - qız, qardaş...
“Kitab”ın poetik strukturundakı antroponimik modellərdə,
“ata”, “dədə” və “yengə” qohumluq terminləri müşahidə olunur:
Qorqud ata, Dədə Qorqud, Qısırca yengə (modellərdəki ata, dədə
və yengə sözləri məcazi mənadadır. Bu baxımdam onların qohum-
luq terminləri başlığı altında verilməsi şərtidir). Burada xüsusi
olaraq qeyd edək ki, “Kitab”dakı qohumluq terminlərinin əksəriy-
yəti müasir Azərbaycan dilində həm də şəxs adı kimi çıxış edir:
ata – Ata, Ataxan, Atakişi, Atabəy...; baba – Baba, Babaxan, Ba-
bakişi...; dədə – Dədə, Dədəbəy, Dədəxan, Dədələr...; qardaş –
Qardaş, Qardaşxan, Qardaşağa...; ana – Anabacı, Anagül, Anaxa-
nım...; qız – Qızlar, Qıznaz, Qızxanım...; gəlin – Gəlingül...
Bu qarşılaşdırmalar “Kitab”ın müasir dilimiz üçün nə qədər
doğma və yaxın olduğunu bir daha əyaniləşdirdi, eyni zamanda bir
daha göstərdi ki, “Kitab”ın möcüzəli dünyasından ayrılmaq
mümkün deyil.
c) qohumluq terminlərinin quruluşu
“Kitab”dakı qohumluq terminlərini (qohumluq bildirən
isimləri) quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olmaqla üç
yerə bölmək olar:
sadə quruluşlu qohumluq terminləri. Bu qrupa daxil olan
qohumluq terminləri “Kitab”ın dilində üstün mövqedə görünür:
ata, ana, baba, dədə, qartaş, oğul, qız, dayı və s.
Türkoloji araşdırmalarda ana, ata, qardaş kimi sözlər həm də
düzəltmə sözlər başlığı altında izah olunur. Burada Ə.Rəcəblinin
bir fikrini xatırlatmaq yerinə düşür: “...belə bir yanlış fikir söyləni-
lir ki, ata, ana, bacı, qardaş, oğul tipli sözlər əslidir, sadədir. Əslin-
də, bu və bu tipli sözlərin hamısı törəmədir. Qardaş sözünün karın
“qarın”, – da ismin yerlik hal şəkilçisi və eş “dost” morfemlərin-
dən əmələ gəlməsi haqqında artıq Ə.Dəmirçizadə fikir (“50 söz”)
“Dədə Qorqud”un möcüzələr dünyası
128
söyləmişdir... Ata və ana sözlərinin kökü at “ad” və an “anlaq”
(anlaq sözünün özü də törəmədir: an və laq morfemlərindən iba-
rətdir) morfemləridir. –a morfemi isimlərə vermək, etmək feilləri-
nin ifadə etdiyi məfhumu əlavə edir, adlardan feil, feli sifət yara-
dır. Bu tip feil və xüsusən feli sifətlər substantivləşməyə meyllidir
(meyillidir – Ə.T.): “ad” → ata “adlandır, ad ver, ad verən, adlan-
dıran” → ata “ata”; an”öyüd, tərbiyə” → ana “tərbiyə verən” →
ana...”
1
. Müəllifin şərhləri prinsipcə düzgündür. Amma həmin söz-
lər “Kitab”ın dili kontekstində götürüldükdə düzəltmə yox, məhz
sadədir. Belə ki, “Kitab”dakı ata və ana sözlərində -a şəkilçi mor-
femi tam daşlaşmış vəziyyətdədir. Yəni bu sözləri “an+a”, “at+a”
morfemlərinə parçalamaq olmur. Qardaş sözünə isə başqa prizma-
dan yanaşmaq lazımdır: “Kitab”dakı “qartaş//qardaş (Qartaşım
Qaragünəyi gördim...Dilüŋ içün öləyim, qardaş!) sözü kök və
şəkilçi morfemlərinə parçalana bilmədiyi üçün sadədir. Əksinə,
“Kitab”dakı “qarındaş” (...kiçi qız qarındaşı binardan su almağa
gəlür...) sözü kök və şəkilçi morfemlərinə parçalana bildiyi üçün
düzəltmədir: qarın+daş. “Kitab”da ana rəhmi, uşaqlıq anlamlı
“qarın” sözünün üstün mövqedə görünməsi də dediklərimizi arqu-
mentləşdirir: “qarın” – “Toquz ay tar qarnımda götürdigim oğul!”
(D-52). Burada bir cəhəti də qeyd edək ki, “qardaş” sözünün
etimologiyası ilə bağlı ilk fikir (qarın+da ismin yerlik hal şəkilçisi
+ dost, yoldaş, ortaq anlamlı “eş” sözü) Ə.Dəmirçizadəyə yox,
K.Q.Zalemana məxsusdur.
düzəltmə quruluşlu qohumluq terminləri. Bu tip qohum-
luq terminləri cəmi bir neçə sözü əhatə edir: gəlin, qarındaş, yol-
daş... Şübhəsiz ki, bu sistemə əgü//gü şəkilçili güyəgü//göygü kimi
sözləri də daxil etmək olar. Amma, qeyd etdiyimiz kimi, bu cür
sözlərdə kök və şəkilçi morfemləri sintez şəklindədir. Digər tərəf-
dən, belə sözlərin etimologiyası ilə bağlı hələ də türkologiyada
konkret bir fikir yoxdur.
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.128-129.
“Dədə Qorqud”un möcüzələr dünyası
129
“Kitab”dakı qohumluq terminləri aşağıdakı leksik şəkilçilər
vasitəsilə düzəlmişdir:
-in şəkilçisi. “Kitab”ın dilində “gəlin” sözündə müşahidə
olunur: gəlin – “Qədəmin qutsuz gəlin deyincə, udsız gəlin desün-
lər” (D-262);
-daş şəkilçisi. Qeyd etdiyimiz kimi, bu şəkilçi qartaş//qardaş
sözündə daşlaşmış vəziyyətdədir. Qarındaş (Dədə, qız qarındaşı-
mıŋ yolına bən nə istərsəm, verərmisən?) və yoldaş (Dəli Domrul
yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı) sözlərində isə bir şəkilçi
morfemi kimi müstəqil şəkildə çıxış edir.
Diqqətçəkən məqamlardan biri də budur ki, -daş şəkilçisi
“Kitab”da və digər qədim türk mənbələrində o qədər də məhsuldar
olmayıb. Müasir ədəbi dilimizdə isə məhsuldarlığı ilə müşahidə
olunur, hətta üslubi səciyyəli neologizmlərdə də özünü göstərir.
Məsələn, T.Əfəndiyeva –daş şəkilçili üslubi neologizmləri R.Rza-
nın dili kontekstində belə səciyyələndirir: “Bədii üslubda həmin
şəkilçinin (-daş şəkilçisi nəzərdə tutulur – Ə.T.) semantik xüsusiy-
yətinə əsaslanaraq yeni-yeni üslubi səciyyəli neologizmlər düzəlt-
mək olur. Məsələn, R.Rza yaradıcılığında –daş şəkilçisi vasitəsilə
əmələ gələn bir sıra neologizmlərə rast gəlmək olar: cəbhədaş, dö-
yüşdaş, vaxtdaş, əsrdaş, sinifdaş, silahdaş, gündaş, işdaş, könüldaş
və s. Bu cür neologizmlər hər dəfə üslubi məqsədə müvafiq yaran-
mışdır. Şair fikrini emosional-ironik şəkildə ifadə etmək məqsədi-
lə həmin sözləri düzəltmişdir”
1
. Müəllifin şərhləri inandırıcıdır.
Amma bir həqiqəti də qeyd edək ki, “könüldaş” sözünü R.Rza
yaratmayıb.
Yeri gəlmişkən, “Okkazional sözlərin kim tərəfindən yaran-
dığı məlum olur”, - deyən B.Xəlilov da könüldaş sözünün məhz
R.Rza tərəfindən yaradıldığını göstərir: “-daş şəkilçisi ilə əmələ
gələnlər: əsrdaş, cəbhədaş, vaxtdaş, döyüşdaş, könüldaş (R.Rza)
və s.”
2
.
1
T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 2011, səh.298.
2
B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, səh.90-91.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |