141
nümü...Bu isə o deməkdir ki, uyğun sintaktik mühit uyğun forma
ilə reallaşdırılıb. Heç şübhəsiz ki, burada “l” samitinin patıltısız və
davamlı tələffüz imkanına malik olması” (Ə.Dəmirçizadə) da həl-
ledici amillərdəndir. Bu mənada qarşılaşdırdığımız misralardakı
oxşarlıqları heç də təsadüflər kontekstində izah etmək olmaz. Belə
ki, həmin misralarda sonor “l” samitinin alliterativ qafiyələr daxi-
lində yeddi dəfə təkrarlanması məhz müəyyən bir varlığı həddin-
dən çox istəmə, arzu, sövq, həvəs kimi mənaları qüvvətləndirir.
Burada dünyanın ən məşhur simfoniyaları ilə bir sırada dura bilən
laylalarımızdan da yan keçmək olmur:
Laylay beşiyim laylay,
* * *
Balam, laylay, a laylay,
Gülüm, laylay, a laylay!
Axı bu misralardakı son dərəcə gözəl ahəngdarlıq da, körpə
övlada olan dərin məhəbbət də daha çox “l” samitli alliterativ
qafiyələrlə yaradılıb (misralarda 21 heca daxilində “l” samitinin
24 dəfə təkrarlanması da dediklərimizi arqumentləşdirir). Yeri
gəlmişkən, bu cəhət oxşamalarımızda da qabarıq şəkildə görünür:
Balama qurban xalçalar,
Balam nə vaxt əl çalar?
* * *
Balama qurban ilanlar
Balam nə vaxt dil anlar?
Bu oxşamalardakı “l” sonor samitinin alliterasiyası da yuxa-
rıdakı nümunələrlə səsləşir. Burada poetik semantikanı qüvvətlən-
dirən bəzi detallara diqqət yetirək: hər iki oxşama cəmi iki misra-
dan ibarətdir; hər iki oxşamada “l” samiti 6 dəfə təkrarlanıb; hər
iki oxşamada “a”-nın assonansı üstün mövqedədir; hər iki oxşa-
mada bala sözü təkrarlanıb; hər iki oxşamada zəngin qafiyələr iş-
lənib (xalçalar - əl çalar; ilanlar – dil anlar)... Məhz bu cür detal-
lara görə R.Qafarlı həmin oxşamaları yüksək şəkildə dəyərləndirir,
“Dədə Qorqud”un möcüzələr dünyası
142
onların bədii-estetik məziyyətlərini, poetik siqlətini mətn semanti-
kası müstəvisində dəqiqləşdirir: “Şeirdə uşağı əyləndirən nə ana-
nın canını qurban deməsidir, nə də sorğusundakı istəkdir, əvvəldə
“balam” sözünün təkrarı və misra sonunda qafiyələnən kəlmələrlə
ahəngdarlıq yaranmasıdır. Sanki səslər və kəlmələr körpənin nəzə-
rində rəqs edir. Uşaq səs və ifadələrin oynaqlığından dil açmağa
can atır. Mənasına gəlincə, xalçalar və ilanların ...qurbanlıqla heç
bir bağlılığı yoxdur”
1
.
“Kitab”dakı “Ala gözlü oğlına al duvaxlı gəlin aldı” misrası-
nın assosiativliyi ilə Nəsimidən və şifahi ədəbiyyatdan təqdim
etdiyimiz misraların semantikası başqa detallara da işıq salır. Bu
mənada hər üç misranı şərti olaraq həm də məntiqi ardıcıllığı göz-
ləməklə eyni mətn daxilində götürərək belə bir açıqlama verməyi
məqsədəuyğun hesab edirik.: həmin misraların semantik yükünü
semantik dinamikanın başlanması və tamamlanması kontekstində
götürdükdə onlar bir üçbucağın müxtəlif tərəfləri kimi çıxış edir,
həm də biri digərini bütün parametrlərinə görə tamamlamış
vəziyyətdə görünür. Bütün bu cəhətlər daha aydın olsun, - deyə
semantik dinamikaya mətn daxilində diqqət yetirək:
– eşqin tərənnümü, aşiq və məşuqə: “Al ilə ala gözləri aldadı
aldı könlümi” (Nəsimi);
– toyun baş tutması, bəy və gəlin: “Ala gözlü oğlına al
duvaxlı gəlin aldı” (“Kitab”);
– uşağın dünyaya gəlişi, ona beşiyi başında qığıltısından
doğan laylanın oxunması (Balam laylay, a laylay...).
Bu semantik dinamikada sıranı dəyişdirsək, daha doğrusu,
həmin mətnləri körpə uşaq (oğlan və qız) → aşiq və məşuqə
(sevgililər) → bəy və gəlin modelləri üzrə nəzərdən keçirsək, tam
yeni bir mənzərənin şahidi ola bilərik.
Qeyd etdiyimiz kimi, “l” sonor samitinin alliterasiyası təkcə
musiqililik və ahəngdarlıq yaratmır, həm də “müəyyən bir varlığı
həddən çox istəmə” semantikasını qüvvətləndirir. Məhz bu cür
1
R.Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, 2013, səh.195-196.
“Dədə Qorqud”un möcüzələr dünyası
143
ahəngdarlıq, harmoniya və reallıqla sintez şəklində olan poetik
məna anaların, nənələrin, ağbirçəklərin şirin zümzümə ilə dediyi
laylalar vasitəsilə körpələrin yaddaşına köçürülür, onların yadda-
şında şüuraltı olaraq daim – ölənədək yaşayır. Deməli, körpə uşaq-
ların (oğlan və qızların), aşiq və məşuqələrin (sevgililərin), bəy və
gəlinlərin hiss və duyğularını, həyatlarının ən gözəl anlarını obraz-
lı şəkildə canlandıran xalq da, şair də “l” sonor samitinin alliterasi-
yasına söykənib, onun möcüzəsi ilə silahlanaraq yaradıb. Burada
həmin əbədiyaşar misraları insanın (daha dəqiqi, qədim və müasir
türkün) yaş dövrlərinə uyğun şəkildə sıralayaq ki, dediklərimiz
daha aydın görünsün:
körpə uşaq (oğlan və qız): “Balam, laylay, a laylay// Gülüm,
laylay, a laylay!...(laylalar);
aşiq və məşuqə (sevgililər): “Al ilə ala gözləri aldadı aldı
könlümü” (Nəsimi);
bəy və gəlin: “Ala gözlü oğluna al duvaxlı gəlin aldı” (“Ki-
tab”).
Bu sıralanma, bu semantik dinamika istər-istəməz başqa bir
məqamı da yada salır: “l” samitinin alliterasiyası bu dünya ilə vi-
dalaşma anlarını əks etdirən poetik parçalarda da müşahidə olu-
nur: “Kitab”da – “Əcəl aldı, yer gizlədi... Gəlimli, gedimli dünya,
Soŋ ucı ölümli dünya” ...(l – l – l – l – l – l); kədərli bayatılarda –
“Ələmi halim fələk
Dil bilməz zalim fələk
Kəsdin can bağçasından
Iki nihalım fələk”
Bu bayatının ilk iki misrasında “l” samiti yeddi dəfə, son
misrasında isə iki dəfə işlənib.
Heç şübhəsiz ki, bu tip nümunələrdə “l” alliterasiyası şövq,
həvəs, nəyisə çox istəmə kimi mənaları yox, dərd və kədər, taleyin
hökmü ilə barışma kimi mənaları qüvvətləndirir.
“Dədə Qorqud”un möcüzələr dünyası
144
Bu cür misralara müxtəlif bucaqlardan yanaşmaq olar. Biz
isə burada cəmi bir fikri qeyd etməklə kifayətlənirik: bu misralar-
da türkün zəngin etnoqrafiyası və bədii-estetik təfəkkürü yaşayır.
T ə ş b e h . “Kitab”da oğul, qardaş, qız-gəlin kimi qohum-
luq terminlərinin təşbehlər daxilində işlənməsi müşahidə olunur:
oğul: “Qaza bəŋzər qızumuŋ-gəlinimiŋ çiçəgi oğul!” (D-
119). Bu nümunədə oğula olan dərin məhəbbət obrazlı şəkildə
canlandırılıb;
qız-gəlin: “Qaza bəŋzər qızım-gəlinüm ağ çıqardı, qara gey-
di” (D-146). Oğuz elinin kədərli anlarının, yas mərasimlərinin bu
cür təşbehlərlə ifadə olunmasına “Kitab”dakı digər sintaktik
bütövlərdə də təsadüf olunur;
ağa (qardaş...): “Aslan kibi turışıŋdan//Qaŋrıluban baqı-
şından//Ağam Beyrəgə bəŋzədürəm, ozan, səni!” (D-106). Beyrə-
yin böyük bacısının dilindən verilmiş bu təşbehdəki “ağa” sözü-
nün titul yox, “qardaş” mənasında çıxış etməsi açıq-aydın görü-
nür. Digər tərəfdən, həmin təşbehdə Beyrəyin duruşu aslana bən-
zədilir ki, bu da birbaşa onun igidliyinə, cəsurluğuna işarədir.
M e t a f o r a. Qohumluq terminlərinin metafora tərkibində
işlənməsinə az təsadüf olunur:
Oğul: “Bərü gəlgil qulunım oğul!” (D-125); “Toğduğında
toquz buğra öldürdigim, aslan oğul!” (D-163)...
Bu metaforalara qarşılaşdırmalar kontekstində nəzər salaq:
“qulun → oğul”, “aslan → oğul”. Birinci modeldə oğula olan son-
suz və dərin məhəbbət, ikinci modeldə isə oğulun gücü, cəsurluğu
ifadə olunub. Hər iki halda poetik semantika qüvvətlidir. Bu da
birbaşa Oğuz cəmiyyətində oğula olan münasibətlə bağlıdır.
“Dədə Qorqud”un möcüzələr dünyası
145
e) kişi cinsini ifadə edən qohumluq terminləri
Türkologiyada qohumluq terminlərinin yaranması, mənşəyi,
leksik-semantik xüsusiyyətləri, semantik diferensiasiyası və eti-
mologiyasından kifayət qədər bəhs olunub. Konkret desək, İ.İs-
mailov, B.Əhmədov, A.Kuliyev, Q.Cəfərov, İ.Kazımov, A.Yunu-
sov, B.Məhərrəmli kimi alimlərin araşdırmalarında qohumluq ter-
minlərinə müxtəlif bucaqlardan yanaşılıb. Burada bir cəhəti qeyd
edək ki, bu tip araşdırmaların bir qismində yeri gəldikcə “Ki-
tab”dakı qohumluq terminlərinə münasibət bildirilsə də, “Kitab”da
xüsusi çəkiyə malik olan bu tip vahidlər kompleks və sistemli şə-
kildə öyrənilməyib. Hətta bu cür araşdırmaların bir qismində qo-
humluq terminləri nəinki ayrılıqda təhlil edilib, hətta ləqəb və ti-
tullar başlığı altında öyrənilib. Məsələn, Ə.Dəmirçizadə “Ki-
tab”dakı leksik-semantik qruplardan bəhs edərkən göstərir: “Lə-
qəb və titullar: ağa, dədə, alp, ata, baba, bəg (bəy), xan, xanım, xa-
tun, təkur, aznavur, dəli, məlik, keşiş, ərən, əvrən, ərənlər əvrəni,
sultan, xanlar xanı, bəglər bəgi...”
1
. Bu mənada “Kitab”dakı qo-
humluq terminlərinin “kişi cinsini ifadə edən qohumluq termin-
ləri” və “qadın cinsini ifadə edən qohumluq terminləri” başlığı
altında araşdırılmasını məqsədəuyğun hesab edirik.
“Kitab”da kişi cinsini ifadə edən qohumluq terminləri əsasən
bunlardır: ata, ağa (ata və qardaş mənasında), baba, dayı, dədə,
əmmi, əmdi, ər, güyəgü//göygü, qarındaş// qartaş//qardaş, qayın
ata//qayınata, oğul. Bu sözlərin hər birini ayrılıqda nəzərdən
keçirməzdən əvvəl, “Kitab”da eyni sintaktik bütöv daxilində bir
neçə qohumluq termininin işlənməsinə münasibət bildirmək lazım
gəlir. Məsələn, Qazanın bədii təyinində oğul, göygü (kürəkən) və
ağa (qardaş) qohumluq terminləri işlənib “...Bir gün Ulaş oğlı
Tülü quşuŋ yavrısı... xan Uruzuŋ ağası, Bayındır xanıŋ göygüsü...
Salur Qazan yerindən turmışdı” (D-36). Bu mətndəki qohumluq
terminləri Qazanın qohumluq əlaqələri barədə müəyyən informa-
1
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1976, səh.130-131.
“Dədə Qorqud”un möcüzələr dünyası
146
siya verirsə, Qazanın dilindən verilmiş parçalarda bu informasiya-
lar bir az da dolğunlaşdırılır: “Bərü gəlgil, qulunım oğul!... Qarta-
şım Qaragünəyi gördim!... Tayım Urızı gördim... (D-124). Bura-
dakı oğul, qartaş (qardaş) və “tayı” (dayı) qohumluq terminlərinin
informativ yükü də dediklərimizi təsdiqləyir. “Kitab”ın poetik
strukturu üçün səciyyəvi olan bu cür detallara Orxon-Yenisey
abidələrində də təsadüf olunur: “Kanım tülbəri, kara bodun, külig
kadaşım, sizimə, el eşim ər, üküş ər, oğlan ər, küdəgülərim, kız
kəlinlərim bökmədim”
*
. Buradakı kürəkən və qız-gəlin kimi sözlər
məhz qohumluq terminləridir.
“Kitab”da kişi cinsini ifadə edən qohumluq terminlərini
ayrılıqda təhlil süzgəcindən keçirək:
A t a . “Kitab”da öz övladına nisbətən “kişi, dədə” mənasın-
da işlənmiş bir neçə söz müşahidə olunur: ata – “...ata belindən
enincə enməsə, yeg...” (D-4); “Hay, atamıŋ altun qədəhindən
şərab içən, məni sevən atdan ensün” (D-284); baba – “Baba oğul
qazanur ad içün. Oğul da qılınc quşanur baba ğeyrətiçün” (D-
131); ağa – “...xan Uruzun ağası... Salur Qazan yerindən turmuş-
dı” (D-36). Müqayisələr “Kitab”da “ata” anlamlı “baba” sözünün
üstün mövqedə olduğunu göstərir.
“Qorqud ata” modelindəki “ata” sözü, daha doğrusu, ata lə-
qəbi müdrik, yol göstərən, hörmətli kimi mənalarda olub, bütün
parametrlərinə görə “Dədə Qorqud” antroponimik modelindəki
“Dədə” ləqəbi ilə eyni semantik yuvaya daxil olur.
“Ata sözünün mətnlərdəki digər xüsusiyyətləri isə belədir:
qohumluq bildirən “ata-ana” mürəkkəb ismində birinci tərəf kimi
çıxış edir: “Ata-ana yaŋlış xəbərdir, getmə, oğul!” – dedilər” (D-
259); bir sıra frazeoloji vahidlərdə semantik dinamika məhz “ata”
sözü ilə başlanır: ata adını yürütmək – nəsli davam etdirmək, ata-
nın yerini tutmaq. “Ata adın yüridəndə dövlətlü oğul yeg” (D-4);
ata sözünü iki eləməmək – atanın dediklərini yerinə yetirmək, bir
*
.
Qeyd: Nümunə Ə.Rəcəblinin “Göytürk dilinin leksikası” (Bakı, 2004, s.259)
kitabından götürülüb.
“Dədə Qorqud”un möcüzələr dünyası
147
sözünü iki eləməmək. “Ol zəmanda oğul ata sözin iki eləməzdi”
(D-131).
Türkologiyada “ata” sözünün etimologiyası ilə bağlı bir sıra
araşdırmalara rast gəlinir (əvvəlki səhifələrə bax: sadə quruluşlu
qohumluq terminləri). Burada “ata” sözünü ana və baba kimi qo-
humluq terminləri ilə bir müstəvidə izah edən Bəkir Çobanzadənin
fikirlərini xatırlatmaq yerinə düşür: “At, ap və baba isimlərinə ma,
na, am, an, ana isimlərində təsadüf olunur
.
. Burada r, b, d, t həp
dodaq və yaxud diş səsləridir ki, cocuqların ələlümum ilk əvvəl
çıxara bildikləri səslər də bunlardır. Cocuq anasını əmərkən ən
ziyadə hərəkət edən sövti üzvi dodaqlarıdır. Ufaq bir hərəkətlə m,
b, p, yaxud d, t səslərini çıxara biliyor və bu səslərin təkrarı aya,
ama, ada, ata, yaxud mama, papa, dada, tata kəlmələrini meydana
gətirir”
1
. B.Məhərrəmli dilçilikdəki bu cür fikirləri qəbul etmir:
“...bu tipli sözlərin oxşar semantikaya və fonetik formaya malik
olmalarının əsas səbəbi bu sözlərin genezisinin eyniliyi ilə, yəni
bütün dillərdə bu tipli sözlərin bir kökdən yaranması ilə əlaqə-
dardır...Əslində, bu tip sözlər uşaqların eyni səsləri təkrarlaması
ilə deyil, bəşər dilinin eyni köklü olması ilə izah olunmalıdır...
2
.
A ğ a. Qorqudşünaslıqda sahib, sahibkar anlamlı “ağa” sö-
zündən çox bəhs olunub. Bu da təsadüfi deyil. Çünki “Kitab”da
“ağa” sözü daha çox məhz həmin mənadadır: “Ağam Qazan məs-
ləhətdir” (D–37). Amma “Kitab”da “ağa” və “böyük qardaş” mə-
nalarında işlənməsinə də təsadüf olunur: “ağa” sözü ata mənasın-
da. “...xan Uruzıŋ ağası... Salur Qazan yerindən turmuşdı” ( –36);
“ağa” sözü “böyük qardaş” mənasında. “...Ağam Beyrək gedəli
köçərim yoq” (D–104), “Mərə qavat qızı, ağam başına and içmi-
şəm, dönməgim yox!” (D–267).
“Ağa” sözünü ümumi dilçilik müstəvisində təhlil süz-gəcin-
dən keçirərək maraqlı nəticələr əldə edən B.Məhərrəmli “Ki-
1
B.Çobanzadə. Türk-tatar lisaniyyatına mədxəl. Bakı, 2006, səh.93.
2
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.255.
“Dədə Qorqud”un möcüzələr dünyası
148
tab”dakı “ağa” sözü barədə yazır: “Kitabi-Dədə Qorqud” dastanın-
da “böyük qardaş, ata, sahib” mənalarındadır: Ağam Beyrək de-
yərdim, ozan sana”
1
. Müəllifin təqdim etdiyi nümunədə də “ağa”
sözü məhz böyük qardaş mənasındadır. Yeri gəlmişkən, “ağa”
sözünün “böyük qardaş” mənasında işlənməsini “Kitab”dakı digər
nümunələrə istinadən də dəqiqləşdirmək mümkündür: “Əgrək
kiçi qardaşıŋ boynın öpdi, Səgrək daxı ağasınıŋ əlin öpdi” (D-
270). Bu cümlənin semantik yükü bir daha təsdiq edir ki, “ağa”
sözü həm də “böyük qardaş” mənasında işlənib (kiçik qardaş
Səyrək ağasının, yəni böyük qardaşının əlini öpür, böyük qardaş
Əyrək isə kiçik qardaşının boynunu öpür).
B a b a . Qeyd etdiyimiz kimi, “Kitab”da “baba” sözü ata
mənasında işlənmişdir: “Baba, mən yerimdən turmadın ol turmış
ola!” (D-170). “Kitab”da ata anlamlı “baba” sözü ilə yanaşı, “öz
övladına nisbətən kişi, dədə” anlamlı “ata” sözü də işlənir: “...ana-
sı ilə söhbət eylədi, atasına qəsd eylədi” (D-20). Burada belə bir
fikir reallaşır: “ata” anlamlı “baba” sözü “Kitab”da üstün mövqe-
də olsa da, ata sözü ilə sinonimdir. “Ata-baba” sinonimliyinə diax-
ronik və sinxronik prizmadan yanaşan A.Məmmədova yazır: “Də-
də Qorqud”da ...ata, baba heç bir semantik tonlara malik deyillər.
Konkret olaraq vahid bir məna ifadə edirlər. Sonrakı inkişaf prose-
sində bir dildən törəyən başqa dillərdən biri (oğuz –Azərbaycan,
Anadolu, qazauz, türkmən) özündə bu sinonim komponentlərdən
birini (məs.: ata (Azərbaycan dilində), digər dil o birisini (baba
(Anadolu türkcəsində) qoruduğu halda, dialektlərdə hər iki variant
da işlək ola bilər”
2
. Müəllifin qeydləri “baba” sözünün inkişaf tari-
xi və arealları barədə dolğun təəssürat yaradır. Burada qorqudşü-
naslıqda tez-tez vurğulanan bir fikri də yada salaq: “Kitab”dakı
“ata” anlamlı “baba” sözü Azərbaycan dilinin qərb şivələrində,
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.279.
2
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası”. Bakı, 2009, səh.72.
“Dədə Qorqud”un möcüzələr dünyası
149
daha dəqiqi, Başkeçid və Füzuli şivələrində eynilə mühafizə
olunur.
D ə d ə.“Kitab”da iki mənada işlənib: a) “Dədə Qorqud” an-
troponimik modelində müdrik, yol göstərən, ağsaqqal, şaman və s.
anlamlı ləqəb kimi (əvvəlki səhifələrə bax). Burada “dədə” sözünü
Dədə Qorqud və dədəlik institutu kontekstində izah edən N.Cəfə-
rovun bir fikri yada düşür: “Orta əsrlərdə türklər görkəmli sufi
dərvişlərə, böyük kəramət sahiblərinə, pirlərə “Dədə” demişlər.
Və beləliklə, Dədə Qorquddan sonra dədəlik institutu nə qədər in-
kişaf edib mürəkkəbləşsə də, öz əsas funksiyasını – Tanrı – Allah-
dan gələn gücü vasitəsilə cəmiyyətdə müəyyən harmoniya yarat-
maq vəzifəsini itirməmişdir”
1
; b) baba (atanın, ya ananın atası; nə-
vəsi olan kişi) mənasında: “Mərə qavat, mənim babam Bayındır
xan degilmidir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋ-
dir” (D-282).
Y.Quliyeva “dədə” sözünü M.Kaşğarinin “Divan”ı müstəvi-
sində təhlil edərkən “Kitab”a da müraciət edir: “Təbii ki DQK-da
işlənən bu sözün (Dədəm Qorqud ifadəsi nəzərdə tutulur – Ə.T.)
əsas məzmunu Mahmud Kaşğarinin semantikası ilə üst-üstə düşür.
Amma kök etibarilə bu sözün əsasında Mahmud Kaşğarinin se-
mantikası dursa da, “Dədə Qorqud”dakı semantika daha genişdir.
Belə ki, DQK-da bu söz “ağsaqqal, şaman, ozan, müdrik insan”
mənalarını verir: Məsləhət gördilər ki, Dədə Qorqud varsun. Ça-
ğırdılar Dədə Qorqut gəlür oldu: Dədə Qorqut oğlanın babasına
söyləmiş, görəlim xanım, nə söyləmiş”
2
. Bu qeydlər inandırıcıdır.
Amma müəllif Radlovun lüğətində “dədə” sözünün “baba” məna-
sında verildiyini göstərsə də, “Kitab”dakı baba anlamlı “dədə”
sözündən bəhs etmir. Maraqlıdır ki, “dədə” sözünün semantikası
və yayılma areallarından geniş şəkildə bəhs edən B.Məhərrəmli də
“Kitab”dakı baba anlamlı “dədə” sözünə münasibət bildirmir. Mü-
əllifə görə, “Kitabi-Dədə Qorqud” dastanında “ata, dərvişlərin pi-
1
N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.21.
2
Y.Quliyeva. Mahmud Kaşğarinin oğuz dünyası. Bakı, 2010, səh.133
“Dədə Qorqud”un möcüzələr dünyası
150
ri, yaşlı, hörmət mənasında yaşlı adamlara müraciət, ləqəb” məna-
larında işlənmişdir: Hay! Dədə Sultan! Tanrı bunun simizin də al-
sın, arığın da alsın; Dədə qız qarındaşımın yoluna mən nə istərsəm
verərmisən?”
1
Anar “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir”
cümləsində “dədə” sözünün məhz “baba” mənasında işlənməsinə
istinad etməsə də, “Kitab”ın ümumi semantik tutumuna əsaslana-
raq düzgün nəticə çıxarır: “Dədəm Qorqud ibarəsi bir məhrəmlik,
doğmalıq, dastanı danışan, ya qələmə alanla Dədə Qorqud arasın-
da yaxınlıq nəvə-baba münasibətlərinin olmasına işarədir. Dədəm
– yəni babam, həm hərfi mənada, atamın atası mənasında, həm də
elin, yurdun, dilin əcdadı, kökü mənasında qavranıla bilər”
2
.
Ə m m i (əmi). Ərəb mənşəli atanın qardaşı anlamlı “əmmi”
(müasir Azərbaycan ədəbi dilində: əmi) sözü “Kitab”ın Drezden
nüsxəsində cəmi üç dəfə işlənib: “Adam saldı, əmmisini oxudı,
gəldi” (D-283).
Ə m d i . “Kitab”da cəmi bir dəfə işlənib: “Dəpəgöz aydır:
“Əmdi qardaşlar, qıyma maŋa!” dedi” (D-232). Bu sözün trans-
kripsiyası və semantikası barədə geniş şəkildə bəhs etmişik (əv-
vəlki səhifələrə bax).
Ə r. “Kitab”da igid, qəhrəman anlamlı “ər” sözü üstün möv-
qedə görünür. Amma qadının həyat yoldaşı mənasında işlənmiş
“ər” sözünə az təsadüf olunur: “...yazıdan yabandan evə bir qonaq
gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər,
göndərər” (D-7); “...əri desə ki, dur çörək gətir, yeyək, qonaq da
yesin” (D-9). Bu nümunələrdə işlənmiş “ər” sözü igid, qəhrəman
yox, məhz “qadının həyat yoldaşı” mənasındadır.
Güyəgü//göygü. Kürəkən anlamlı bir söz kimi “Kitab”da iki
formada işlənib: güyəgü. “Bəglər, Beyrək bizdən qız almışdır,
güyəgümizdir” (D-295); göygü. “Xan babamıŋ göygüsi//Qadın
anamın sevgisi” “(D-136).
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.264.
2
Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.46.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |