151
“Kitab”dakı güyəgü//göygü sözü şivələrimizdə ilkin forma
və semantikasına uyğun işlənir: göy (qərb şivələrində), giyəv
(Culfa, Ordubad, Şərur...), gəv (Şahbuz)...
K i ş i . Qorqudşünaslıqda “kişi” sözünün mənası ilə bağlı
fikir müxtəlifliyinə rast gəlinir. Ən maraqlısı isə budur ki, indiyə
qədərki araşdırmalarda “Kitab”ın poetik strukturundakı “kişi” sö-
zünün həm də qadının əri, yoldaşı mənasında işlənməsinə, demək
olar ki, münasibət bildirilməyib. Həmin araşdırmalardakı izahlara
diqqət yetirək: O.Ş.Gökyay yazır: “Kişi (türlü yerlerde ...adam, bir
kimse, birisi; erkek; kimse “kimsene; insan, şahış, zat; kadının ko-
cası...; zevce, eş; erkek veya kadın şahış”
1
. Bu fikirlər mücərrəd
şəkildə ifadə edildiyindən “Kitab”dakı kişi sözünün konkret olaraq
hansı mənalarda işlənməsi barədə dolğun informasiya vermək gü-
cündə deyil; M.Erginə görə, “Kitab”dakı kişi sözü “erkek, kadın,
kız” mənalarındadır
2
; “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə
“kişi” sözünün yalnız adam mənasında işləndiyi göstərilir
3
;
A.Məmmədova kişi sözünün adam, insan mənasında işlənmə-
sindən bəhs edərkən belə bir nümunə verir: “Oğuzuŋ ol kişi ta-
mam bilicisiydi”. Sonra isə geniş bir şərh verir: “...bu söz DQ-də
(“Kitab”da – Ə.T.) “nəfər, kəs” mənasında da işlənir (Hər kişi atlı
atına bindi)... abidənin dilində işlənmiş gəlin kişi, qızım kişi, xa-
tun kişi birləşmə modelinə...Nəvainin dilində də rast gəlinir... Biz-
cə, DQK dilində (“Kitab”da – Ə.T.) kişi leksemi tək işləndiyi za-
man “adam, insan, nəfər” mənalarında ancaq kişi cinsini ifadə
edirdi; Əgər qadın cinsini ifadə etməli idisə, o zaman mütləq qadın
cinsini bildirən sözlə birlikdə işlənməli idi (anam kişi, gəlin kişi
və s.). Müqayisə et: qardaş və qız qardaş”
4
. Bu izahlar onu göstərir
ki, müəllif “kişi” sözü ilə bağlı ən kiçik detalı belə təhlilə cəlb
etməyə çalışsa da, “kişi” sözünün qadının əri, yoldaşı mənasında
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.249.
2
M.Ergin. Dede Korkut kitabı. II cild, Ankara, 1963, səh.205.
3
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.119.
4
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.68-69.
“Dədə Qorqud”un möcüzələr dünyası
152
işlənməsinə münasibət bildirməyib; B.Məhərrəmli “kişi” sözünü
“yaş-cins bildirən isimlər” müstəvisində geniş şəkildə, həm də dia-
xronik və sinxronik baxımdan şərh edərkən “Kitab”a da müraciət
edir: “Kitabi-Dədə Qorqud” dastanında “adam, insan” mənasında-
dır: Məndən alçaq kişiləri ağ otağa, qızıl otağa qondurdu... Üç kişi
sağ yanından, üç kişi sol yanından dəmir zəncir ilə buğayı tutmuş-
lardı”
1
. Yeri gəlmişkən, müəllif “kişi” sözünün “qadın əri” məna-
sında işlənməsini “Kitab” yox, bayatılarımız kontekstində dəqiq-
ləşdirib:
Əzizim, nə tarazı,
Nə daş var, nə tarazı.
Kişini tez qocaldar
Arvadın natarazı.
Bəkilin xatununun dilindən verilmiş cümlənin semantik yü-
künə diqqət yetirək: “Kişi, qoynunda yatan həlalına sirrin deməz-
mi olur?” (D-242). Bu cümlədə ərəb mənşəli “həlal” sözünün kə-
binli və ya qanuni arvad, türk mənşəli “kişi” sözünün isə qadının
əri, yoldaşı mənasında işlənməsi açıq-aydın şəkildə görünür. Bu
mənada kişi sözü “Kitab”da təkcə adam, insan yox, həm də qadı-
nın əri mənasında işlənmişdir fikri – daha dəqiqdir.
Nəhayət, bir cəhəti də qeyd edək ki, kişi sözü “Kitab”dakı
sevgi, dərin hörmət və məhəbbət məzmunlu xitabların daxilində
qadın, gəlin və s. kimi mənalarda işlənib: “Anam kişi, qızım kişi”
(D-194).
Qarındaş//qartaş//qardaş. “Kitab”da hər üç formaya rast
gəlinir: qarındaş. “Qarındaş içün soylamış, görəlim, xanım, nə
soylamış...” (D-222); qartaş. “Qartaşım Qaragünəyi gördim...” (D-
124); qardaş. “Ağzıŋ içün öləyim, qardaş!” (D-269). Müasir Azər-
baycan ədəbi dilində “qardaş” şəklində sabitləşmişdir.
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.100-101.
“Dədə Qorqud”un möcüzələr dünyası
153
M.Kaşğari “qarındaş” sözünün məna yükünü dəqiqliklə gös-
tərir: “Bir anadan doğulmuş iki uşağa “karındaş” deyilir, çünki
“karın” sözünə “daş” ədatı əlavə ediləndə “bir qarında bərabər bu-
lunmuş” demək olur”
1
. -daş şəkilçisinin etimologiyası isə türkolo-
giyaya bəllidir: -da (ismin yerlik hal şəkilçisi)+eş (ortaq, dost)
=daş (K.Q.Zaleman, Nemet, Banq).
Ə.Dəmirçizadə “50 söz” əsərində yazır: “...belə nəticə çıxar-
maq olar ki, qardaş sözü qarındaş sözündən, bu isə “qarın+da+eş”,
yəni”qarında ortaq, şərik olan şəxs” mənasında işlənmiş ilkin ifa-
dədən törəmiş bir sözdür. Hətta indi bu sözü hissələrə parçalamaq
mümkün deyil və bu söz sadə sözlərdən sayılır...
2
. Bu o deməkdir
ki, Ə.Dəmirçizadə də M.Kaşğari, K.Q.Zaleman kimi alimlərin
mövqeyini müdafiə edir.
Qeyd etdiyimiz kimi, “Kitab”dakı bir sıra atalar sözləri və
zərbi-məsəllər, epiforalar, alliterasiyalar və frazeoloji vahidlərdə
qardaş sözü həlledici vasitələrdən biri kimi çıxış edir. Bu sistemə
tərkibində “qartaş” sözü işlənmiş təşbehləri də aid etmək olar: At
diməzəm saŋa qartaş deyərəm, Qartaşımdan yeg!” (D-99).
Qayın ata. “Kitab”da ismi birləşmə modeli və mürəkkəb söz
formasında olan bu qohumluq termini müasir ədəbi dilimizdə
mürəkkəb söz kimi sabitləşmişdir (qayınata). Ər və ya arvadın
atası anlamlı “qayın ata” vahidinə “Kitab”da az rast gəlinir. Bura-
da bir nümunəni qeyd etməklə kifayətlənirik: “Atamdan yegrək
qayın ata!” (D-262).
Oğul. Türkoloji araşdırmalarda bu sözün etimologiyası ilə
bağlı fərqli fikirlər söylənilib: “oğul sözü ana anlamlı “ög” və ki-
çiltmə bildirən –ul şəkilçisinin qovuşmasından yaranıb” (A.N.Ko-
nonov); “Oğlan sözü ilk dövrlərdə ümumən “övlad” mənasında
olub, “oğlan” sözünün doğulan sözündən törəmə olduğunu ehti-
mal etmək olar” (Ə.Dəmirçizadə); “oğul sözü “toxum” anlamlı
“ak” kök morfemindən törəmədir” (N.A.Aşmarin): “oğul sözü iki
1
M.Kaşğari. Divanü lüğat-it-türk. I cild, Bakı, 2006, səh.405.
2
Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968, səh.43.
“Dədə Qorqud”un möcüzələr dünyası
154
morfemdən ibarətdir: ög “nəsil, tayfa” və olmaq feli = oğol, oğ ol
“tayfa ol”, yəni tayfanı, nəsli davam etdir→oğol→oğul” (Ə.Rə-
cəbli); “oğul sözünün ilkin”övlad” mənası daha qədimdir. Bu,
müasir qumuq dilində eynilə mühafizə olunur (B.Məhərrəmli)...
Bu fikirlər “Kitab”dakı oğul və oğlan sözləri ilə bağlı dəqiq
nəticələr söyləməyə imkan yaradır. Burada tərkibində “oğul” və
“oğlan” sözləri işlənmiş cümlələrə diqqət yetirək: “Oğul da qılıc
quşanur baba ğeyrətiçün” (D-131); Oğlancuğı Əmran bəhadır
babasına qarşu gəldi” (D-241). Bu cümlələrdəki ata anlamlı
“baba” sözü göstərir ki, həm oğul, həm də “oğlancuq” sözləri eyni
semantikalıdır, yəni “kişi cinsindən olan övlad” mənasındadır.
Amma o da vurğulanmalıdır ki, “Kitab”da “oğul” sözü daha inten-
sivdir. Digər tərəfdən, “Kitab”da oğlan sözünün “kişi cinsindən
olan yeniyetmə” mənasında işlənməsini də qeyd etmək lazım
gəlir: “...Yanındağı yoldaşları çıplaq oğlan” (D-247).
Qeyd etdiyimiz kimi, “oğul” sözü “Kitab”da ən intensiv
sözlərdən biridir. Bu söz “Kitab”dakı assonans, epifora, anastrofa,
epitet, təşbeh, metafora kimi poetik kateqoriyalarda həlledici
vasitələrdən biri kimi çıxış edir.
“Kitab”da “oğul” sözünün üstün mövqedə olmasını təs-
diqləyən çoxsaylı faktlar sırasında onu da qeyd etmək lazımdır ki,
bir sıra sintaktik bütövlərdə “oğul” sözü ilə başlanan semantik
dinamika elə “oğul” sözü ilə də tamamlanır:
Oğul, oğul, ay oğul!
Bilürmisin nələr oldu?
* * *
Oğul, oğul, ay oğul!
Toquz ay tar qarnımda götürdigim oğul!
On ay deyəndə dünyaya gətürdügim oğul!
Tolması beşikdə bələdügim oğul!
“Oğul” sözünə bütövlükdə Oğuz cəmiyyətindəki müraciətlər
kontekstində yanaşan N.Cəfərov maraqlı mülahizələr irəli sürür.
Müəllif ilk olaraq dəqiqləşdirir ki, Dədə Qorqud gənc igidlərə
“Dədə Qorqud”un möcüzələr dünyası
155
“oğul”, - deyə müraciət edir: Hay, oğul, Qarcar!...Oğul, Təpə-
göz!...”. Sonra isə belə bir ümumiləşdirmə verir: “Ümumən orta
əsrlər türk cəmiyyətində olduğu kimi, “Kitab”da da ata-ana ilə
övlad münasibətləri sistemində əsas yeri ata-oğul münasibətləri
tutur. Ona görə də atanın oğula, oğulun ataya müraciətləri “Ki-
tab”da xüsusilə zəngin, rəngarəng və diqqəti çəkəndir”
1
.
“Kitab”dakı “oğul” sözünün müasir Azərbaycan ədəbi dilin-
də eynilə sabitləşməsindən bəhs etdiyimiz kimi, onun müasir türk
dillərindəki variantlarına da münasibət bildirmək lazım gəlir. Bu-
rada “oğul” qohumluq terminini bir sıra türk dilləri kontekstində
təhlil süzgəcindən keçirən İ.Kazımovun fikirlərini eynilə təqdim
etməklə kifayətlənirik:
“Müqayisəli tədqiqat göstərir ki, türk dillərində intervokal
mövqedə ğ, q samitlərinin düşümü nəticəsində qohumluq termin-
lərinin cildi qismən dəyişir. Məsələn, müqayisə et: oğul sözü -ul
(tatar, başqırd, qazax, qaraqalpaq dillərində), uul (qaqauz, xakas
və tuva dillərində), ool (yakut), yol-oqul (Altay) və s.”
2
.
Bu faktlar həm də onu deməyə əsas verir ki, Orxon-Yenisey
abidələri və “Kitab”da intensivliyi ilə fərqlənən “oğul” sözü qeyd
olunan dillərin heç birində eynilə mühafizə olunmayıb. Müasir
Azərbaycan dilində isə məhz “Kitab”dakı forma və semantikasını
eynilə saxlayıb.
Tayı//dayı. Ananın qardaşı anlamlı “tayı” (dayı) sözünə həm
obrazların, həm də təhkiyəçinin dilində rast gəlinir: Qazanın dilin-
də: Tayım Uruzu (Aruzu – Ə.T.) gördim...” (D-125); Yeynəyin
dilində: “Dayım Əmən imiş, anı bildim” (D-207); Aruzun dilində:
“...tayısı Aruzı aŋa tursun” (D-293); Qılbaşın dilində: “Əlbətdə,
Tayım Aruz gəlsün”, - dedi” (D-293); Təhkiyəçinin dilində: Qa-
zanıŋ tayısı Aruzıŋ evinə gəldi” (D-292)... Bu nümunələrdə dayı –
bacıoğlu münasibətlərinin bir sıra spesifik cəhətləri ifadə olunub
(əvvəlki səhifələrə bax).
1
N.Cəfərov. Xanım, hey!. Bakı, 1999, səh.24, 31.
2
İ. .Kazımov. Müasir türk dillərinin müqayisəli leksikası. Bakı, 2010, səh.49.
“Dədə Qorqud”un möcüzələr dünyası
156
Bu tip nümunələr kontekstində bir detalı xüsusilə vurğula-
maq lazım gəlir: “namərd tayı” ifadəsi Aruzu tipik bir obraz kimi
səciyyələndirməyə əsas verir: “Namərd Aruz tayıŋdan adam gəl-
di” (D-298); “Namərd tayıŋ qaqdı, Beyrəgi qılıcladı” (D-298);
“Namərd tayıŋ al eyləmiş” (D-300). Qazanın Aruza ünvanlayaraq
dediyi “Mərə qavat, muxannatlıq ilə ər öldürmək necə olur, mən
saŋa göstərəyim!” cümləsindəki “muxannatlıqla” (müxənnətliklə -
namərdliklə) sözü də “namərd Aruz”, “namərd tayı” kimi ifadələ-
rin təsadüfi olaraq işlənmədiyini göstərir.
ə) qadın cinsini ifadə edən qohumluq
terminləri
“Kitab”da bu tip qohumluq terminləri, əsasən, bunlardan iba-
rətdir: ana, gəlin, həlal, xatun, qayın, ana//qayınana, qız, qız qarın-
daş, övrət, yoldaş, yengə.
Araşdırmalar göstərir ki, həm qadın, həm də kişi cinsini ifadə
edən “həlal” və “yoldaş” qohumluq terminləri “Kitab”da, əsasən,
qadınlarla bağlı işlədilib. Yəni həmin sözlər “Kitab”da əri yox,
arvadı mənasında çıxış edir. Məsələn, həlal: “Kişi, qoynında yatan
həlalına (arvadına – Ə.T.) sirrin deməzmi olur?” (G-242); yoldaş:
“Adəmlər əvrəni yoldaşına (arvadına – Ə.T.) qıyamadı” (D-168).
Cəmi bir nümunədə isə “həlal” sözü hər iki cinsin nümayəndəsi ilə
bağlı işlədilib: “Ol iki həlala (ər-arvada – Ə.T.) yüz qırq yıl ömr
verdim” (D-169). Bu mənada həlal və yoldaş sözlərini şərti olaraq
“qadın cinsini ifadə edən qohumluq terminləri” başlığı altında
təqdim edirik.
Qadın cinsini bildirən qohumluq terminlərinə ayrılıqda
diqqət yetirək:
A n a. “Kitab”da intensivliyi ilə fərqlənən “ana” sözü daha
çox “övladı olan qadın mənasında işlənmişdir: “Bərü gəlgil, ağ
südin əmdigim, qadunım ana!” (D-28). “Ana” sözü obrazlı ifadə
və deyimlərdə də üstün mövqedə görünür: atalar sözləri və zərbi-
məsəllərdə (“Ağ südin toya əmzirsə, ana görkli”...); frazeoloji
“Dədə Qorqud”un möcüzələr dünyası
157
vahidlərdə: anadan toğma soymaq – anadangəlmə soyundurmaq,
çılpaq etmək. “Bu yigidi anadan toğma soyuŋ!” (D-179)...; andlar-
da: “Ana həqqi, təŋri həqqi” (D-53). Qeyd etdiyimiz kimi, “ana”
sözü assonans, anafora, epitet kimi poetik kateqoriyalarda da
həlledici vasitələrdən biri kimi çıxış edir.
Cici-bici. “Kitab”da cəmi bir dəfə işlənib: “Pəs varasıŋ, bir
cici-bici türkman qızını alasan” (D-171). Bu sözə müxtəlif prizma-
lardan münasibət bildirilib: T.Hacıyevin fikrincə, “cici-bacı (bici –
Ə.T.) loru söz və ifadə kimi fərsiz qadın mənasında eynilə qal-
maqdadır”
1
.
“KDQ”-nin izahlı lüğətində zəif, körpə, həm də xoşxasiyyət,
həlim, mehriban qız mənasında verilib
2
; K.Bəşirova görə, “cici-
bici – hər ikisi qohumluq ifadə edən sözdür. Tərkibindəki bacı sö-
zünün izahına ehtiyac olmasa da, deməliyik ki, cici sözü uşaq sözü
olub, böyük bacıya, anaya, nənəyə edilən müraciətlərdən biridir.
Cici-bacı tərkibi kifayət qədər qədim tarixə malik olub. “Kitabi-
Dədə Qorqud” dastanının dilində rast gəlinir... Cici-bacı həm də
bir-birinə yaxın, dost olan şəxslər barədə də işlənir...
3
; Ə.Tahir-
zadə bir sıra mənbələrə istinadən göstərir ki, Şəki arealındakı
“ana” anlamlı ciyi//cici//ciji//ci sözü gürcü dilində qoşa söz da-
xilində mühafizə olunur (ciciapa-cici (ana), - apa (ana)
4
... Məhz
bu cür izahlara görə “Kitab”da işlənmiş “cici-bici” sözünü şərti
olaraq “qadın cinsini ifadə edən qohumluq terminləri” sırasına
daxil etmək olar.
G ə l i n . “Kitab”da daha çox “toyu edilən, ərə gedən qız”
(“Ala gözlü oğlına al duvaxlu gəlin aldı” – D-253) və “qayınataya,
qayınanaya görə oğlun arvadı” (“Yalansa bu sözləriŋ gerçək ola,
gəlincigüm” – D- 117) mənalarında işlənmişdir.
1
T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, səh.68.
2
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.37.
3
K.Bəşirov. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı, 2012,
səh.35.
4
А.Тагирзаде. Древнетюркский лексико-грамматический пласт в диалектах и
говорах азербайджанского языка. АКД. Баку, 1983, с.15-16.
“Dədə Qorqud”un möcüzələr dünyası
158
“Kitab”ın dilində düzəltmə quruluşlu gəlin sözü əsasında ya-
ranmış düzəltmə və mürəkkəb isimlərə təsadüf olunur: düzəltmə
isimlərdə: gəlincik. “Dilüŋ içün öləyim gəlincigüm!” (D-117);
qız-gəlin. “Ağca yüzli qızım-gəlinim əkşəşmədin” (D-299). Gəlin
sözünə epifora, epitet kimi poetik kateqoriyalar tərkibində də
təsadüf olunur (əvvəlki səhifələrə bax).
H ə l a l . Ərəb mənşəli “həlal” (halal) sözünün “Kitab”da
həm də kəbinli və ya qanuni arvad mənasında işlənməsinə rast gə-
linir: Qazanın həlalı – Qazanın arvadı. “Qırq incə bellü qızla Qa-
zanıŋ həlalını biz gətürmişiz” (D-40); həlalı – arvadı. “Sürdi həlalı
yanına gəldi” (D-166); həlal – arvad. “Dizin basub oturanda həlal
görkli” (D-6). Sonuncu nümunədəki “həlal” sözü “Kitab”ın 1988-
ci il Bakı nəşrində “arvad” yox, “qadın” mənasında verilib.
Evfemistik ifadənin sinonimi kimi çıxış edir,daha doğrusu,
evfemistik ifadənin semantik yükü məhz “həlal” sözü vasitəsilə
açılır. “Xan qızı həlalıŋı tanımayan gözüŋ olmuş!” (D-149).
Buradakı “xan qızı” ifadəsi “arvadı” mənasındadır, yəni “xan
qızı = həlalı (arvadı)” modeli mətnin semantikasına tam yapışıqlı
vəziyyətdədir.
“Arvad” anlamlı “həlal” sözünə poetik kateqoriyalar tərki-
bində də təsadüf olunur: “Ala gözlü görklü həlalıŋ yüklü qoduŋ, -
aslan oldı!” (D-212).
A.Məmmədova “həlal” sözünün sinonimliyindən bəhs edər-
kən belə bir sxem verir: “dişi – halal – qadın – qarı “qadın”. Sonra
isə aşağıdakı nümunələri təqdim edir
1
:
Dirsə xan dişi əhlinin söziylə ulu toy eylədi...
Dizin basub oturanda halal görkli.
Qo bəni qadın ana, çəngələ ursunlar...
Qarılar dört dürlüdür.
Sonuncu nümunədəki “qarı” sözü barədə M.Qıpçaq yazır:
“Qarı sözü kontekst daxilində substantivləşərək “qadın”, “arvad”,
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.75.
“Dədə Qorqud”un möcüzələr dünyası
159
“zövcə” mənaları da kəsb edir”
1
. Bu, ikinci nümunədəki “həlal”
sözünə də aid edilə bilər. Konkret desək, ikinci nümunədəki “hə-
lal” sözü daha çox “qadın” yox, “arvad” mənasında qavranılır.
Burada o da vurğulanmalıdır ki, ərəb mənşəli “halal” sözü
“Kitab”da təkcə kəbinli və ya qanuni arvad yox, həm də “haramın
ziddi” mənasında müşahidə olunur: südü həlal eyləmək. “Ağ sü-
dini anam maŋa həlal eyləsün” (D-145); ətməgi (çörəyi) həlal ol-
maq. “Ağaŋuzıŋ ətməgi sizə həlal olsun!” (D-101); axirət həqqini
həlal etmək. “Axirət həqqini həlal etsün” (D-299).
X a t u n. Orxon-Yenisey abidələri və digər qədim türk
mənbələrində olduğu kimi, “Kitab”da da “xatun” sözü xanım, ar-
vad, həyat yoldaşı mənasındadır: xanım mənasında – Burla xatun,
Selcan xatun kimi antroponimik modellərdə “xatun” sözü xanım
mənasındadır; həyat yoldaşı mənasında – “Xatunı ayıtdı...” (D-
242); “Razı oldı. Əzrayil xatunıŋ canın almağa gəldi” (D-168)...
B.Məhərrəmli “Kitab”dakı “xatun” sözünün semantikası və
fonetik variantlarına müxtəlif bucaqlardan yanaşıb: “...”Kitabi-
Dədə Qorqud” dastanında xatun// kadun//qadın//qadun variantla-
rında “xanım”; “xanın arvadı”; “qadın”; “arvad, kişinin həyat yol-
daşı” mənalarında işlənmişdir: ...Boyu uzun Burla xatununu gəti-
rib sağraq sürdürmək gərək – dedi. Dastanın dilində “qadın anlayı-
şını bildirmək üçün xatun kişi birləşməsindən istifadə olunmuşdur.
Özbək dialektlərində xotun//xutun fonovariantları mövcuddur”
2
.
Bu fikrin davamı olaraq qeyd edək ki, “Kitab”da həlal (halal),
övrət, yoldaş (həyat yoldaşı mənasında) sözləri ilə sinonimik cərgə
təşkil edən “xatun” sözü Azərbaycan dili şivələrində ilkin forma
və semantikasına uyğun şəkildə mühafizə olunur: Cəlilabad şivə-
sində “xatun” (arvad, qadın), Şəki şivəsində “xatın” (arvad), Qax
şivəsində “xatınşı” (arvad, qadın), qərb şivələrində isə sinonim
1
M.Qıpçaq. “Dədə Qorqud kitabı”nın dilində əlamət və keyfiyyət bildirən sözlər.
Bakı, 2012, səh.43.
2
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.304
“Dədə Qorqud”un möcüzələr dünyası
160
qoşa söz kimi: xanım – xatın. Burada “xatun” sözünü qədim türk
mənbələri və Təbriz dialekti müstəvisində araşdıran M.Məmməd-
linin fikirlərini xatırlatmaq lazım gəlir: “xatın. Bu söz Təbriz dia-
lektində əsasən qayın xatını birləşməsinin tərkibində fəaliyyət
göstərir...Təbriz dialektində qeyin arvadı arvad xəttinə, qeyin xa-
tını birləşməsi isə kişi xəttinə aid edilir. Bundan əlavə, Təbriz dia-
lektinin əhatə dairəsinə daxil olan bütün ərazilərdə səliqəli geyi-
nən təmizkar qız və gəlinlərə xatın qız və yaxud xatın gəlin, yaşlı
qadınlara isə xanım-xatın arvad deyilir”
1
. Müəllifin qeydləri belə
bir fikri reallaşdırır: Təbriz dialekti üçün səciyyəvi olan “xatın
qız”, “xatın gəlin” qohumluq terminləri forma və semantikasına
görə “Kitab”dakı “xatun kişi”, “anam kişi” və s. kimi vahidlərlə
səsləşir.
Qayın ana//qayınana. Bu qohumluq termininin “Kitab”dakı
səciyyəvi cəhətlərini belə ümumiləşdirmək olar: ismi birləşmə
modeli və mürəkkəb söz formasında işlənib – “Anamdan yegrək
qayın ana!” (D-262); müasir ədəbi dilimizdə mürəkkəb söz forma-
sındadır: qayınana; “ər və ya arvadın anası” anlamlı qayınana sö-
zü “Kitab”da “ərin anası” mənasında müşahidə olunur (Banıçiçək
və Selcan xatunla bağlı parçalara bax); mətnlərdə daha çox “qa-
yınata” qohumluq termini ilə yanaşı işlənib: “Qız bildi kim, qayı-
nanası, qayınatasıdır” (D-194).
Dostları ilə paylaş: |