Q ı z. Türkoloji araşdırmalarda “qız” sözü yaş-cins bildirən
söz kimi, həm də qohumluq termini kimi təqdim olunur. “Ki-
tab”da işlənmiş “qız” sözü də müxtəlif mənalara malikdir: “qadın
cinsindən olan uşaq, övlad” mənasında. “Oğlı olanı ağ otağa, qızı
olanı qızıl otağa qondurıŋ” (D-10); həddi-büluğa çatmış, lakin ərə
getməmiş qadın cinsli cavan” mənasında: “...kafər qızları Qalın
Oğuz bəglərinə sağraq sürüb içərlərdi” (D-36); “Sarı tonlu qız eş-
qinə bir “hu” dedi” (D-183); antroponimik modellərdə qohumluq
termini funksiyasında çıxış edir: “Baybican bəg qızı Banıçiçək”
(D-77). Bir cəhəti də qeyd edək ki, “Kitab”da qız sözünün məhz
1
M.Məmmədli. Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008, səhş156
“Dədə Qorqud”un möcüzələr dünyası
161
qohumluq termini kimi işlənməsi ayrı-ayrı cümlələrin semantik
yükündən də bəlli olur: “Baybican bəgün bir qızı varmış, anı
görməgə gəldim!” (D-78).
Burada o da qeyd olunmalıdır ki, qız sözü “Kitab”da ismi
birləşmə modelində olan bir sıra qohumluq terminlərində birinci
tərəf kimi çıxış edir: qız qardaş. “Beyrəgə və anasına və qız qar-
daşlarına muştçı gəldi” (D-86); qız kişi. “Anam kişi, qızım kişi”
(D-194). Buradakı “qızım kişi” ifadəsi mətn daxilində “qızım gə-
lin” mənasında qavranıla bilir. Maraqlıdır ki, “qız” sözü “qız-gə-
lin” mürəkkəb ismində də birinci tərəf kimi işlənib: “Qaza bəŋzər
qızı-gəlini ağ çıqarub qara geydi” (D-256). Əlavə edək ki, epitet,
təşbeh kimi poetik kateqoriyalarda da “qız” sözünün intensivliyi
müşahidə olunur (əvvəlki səhifələrə bax).
Qız qardaş//qız qarındaş. “Kitab”da iki variantda işlənmiş
bu qohumluq termini bacı mənasındadır: “Aydan arı, gündən
görkli qız qardaşıŋ Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmi-
şəm!” (D-83); “Dədə, qız qarındaşımıŋ yolına bən nə istərsəm,
verərmisin?” Bu tip cümlələrdəki “qız qardaş” və “qız qarındaş”
qohumluq terminləri ilə bağlı Ə.Dəmirçizadə maraqlı bir açıqlama
verir: “Burada belə bir cəhəti qeyd etmək lazımdır ki, ilk mənbə-
lərdə “qız qarındaş” və ya “qız qardaş” ifadələri işləndiyi halda,
“oğlan qarındaş” ifadəsinin işləndiyini göstərən heç bir mənbə
hələlik bizə məlum deyil”
1
.
“Kitab”da “qız qarındaş” qohumluq terminindən əvvəl ulu
(böyük) və kiçi (kiçik) sözlərinin işlənməsinə təsadüf olunur: kiçi
qız qarındaş=kiçik bacı. “Beyrək baqdı gördi kim, kiçi qız qarın-
daşı binardan su almağa gəlür...” (D-102); ulu qız qarındaş=böyük
bacı. “Ulu qız qarındaşları yanına gəldi” (D-105). Yeri gəlmişkən,
qohumluq bildirən qardaş və oğul sözlərinin əvvəlində də “ulu” və
“kiçi” sifətlərinə rast gəlinir: kiçi qardaş=kiçik qardaş. “Əgrək kiçi
qardaşıŋ boynın öpdi” (D-270); ulu qardaş=böyük qardaş. “Ulu
qardaşı Əgrək burada soylamış...” (D-269); kiçi oğul=kiçik oğul.
1
Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968. səh.40.
“Dədə Qorqud”un möcüzələr dünyası
162
“Uşun qocanın kiçi oğlı Səgrək eyü, bəhadır, alp, dəlü yigit qopdı”
(D-256); ulu oğul=böyük oğul. “Ulu oğlınıŋ adı Əgrək idi” (D-
253).
“Kitab”ın poetik semantikasından məlum olur ki, Oğuz cə-
miyyətində bacıya yüksək qiymət verilib, onun zahiri və daxili gö-
zəlliyi obrazlı şəkildə canlandırılıb. “Kitab”da “qız qardaş” (bacı)
qohumluq terminindən əvvəl işlənmiş “aydan arı” və “gündən
görkli” epitetləri də dediklərimizi təsdiqləyir: “Aydan arı, gündən
görkli qız qardaşıŋ Banıçiçəgi Bamsi Beyrəgə diləməgə gəlmi-
şəm!” – dedi” (D-83).
Övrət. O.Ş.Gökyay bu sözü “avrat” (kadın, karı, zevce) şək-
lində transkripsiya edib (İstanbul, 2000). Bu, M.Erginin nəşrində
eynilə təkrarlanıb (Ankara, 1958). Drezden nüsxəsindəki yazılış
şəkilləri, eyni zamanda ərəb mənşəli “həlal” (kəbinli və ya qanuni
arvad mənasında) sözünün ”Kitab”da üstün mövqedə görünməsi
Zeynalov-Əlizadə nəşrindəki transkripsiyanın (övrət) daha düzgün
olduğunu göstərir. Yeri gəlmişkən, M.Adilov “arvad” sözünün eti-
mologiyası ilə bağlı maraqlı mülahizələr söyləyir: “Bir sıra digər
sözlər kimi, türk dillərinə məxsus arvad//avrad// avrat// avurğat sö-
zünü də ərəb dilinə məxsus hesab etmiş, bu dilin övrət sözü ilə
əlaqələndirmişlər. Lakin əslində bu iki vahid “təsadüfi səs uyğun-
luğu” nəticəsində bir-birinə yaxınlaşan deterogen omonimlərdir...
Ev//əv//av və avrat anlayışları arasında tipoloji yaxınlıq da diqqəti
cəlb edir...”
1
.
“Kitab”da bir neçə sözün, o cümlədən “övrət” sözünün ar-
vad, həyat yoldaşı mənasında işlənməsindən bəhs etmişik (bax:
həlal – xatun – övrət-yoldaş). Bu mənada burada “övrət” sözünü
mətn daxilində təqdim etməklə kifayətlənirik: “Ocağıŋa bunıŋ kibi
övrət gəlməsün” (D-9); “Aldayuban ər tutmaq övrət işidir. Öv-
rətiŋdənmi ögrəndiŋ sən bu işi, qavat?! – dedi” (D-297).
Yengə. “Kitab”da cəmi səkkiz dəfə işlənib: yeddi dəfə “Qı-
sırca yengə” antroponimik modelinin tərkibində; bir dəfə müstəqil
1
M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.64-65.
“Dədə Qorqud”un möcüzələr dünyası
163
şəkildə: “Ağca yüzlü yengəmi tul eləmişsən” (D-232). Basatın di-
lindən verilmiş bu cümlədəki “yengə” sözü “böyük qardaşın arva-
dı” mənasındadır. Digər tərəfdən, həmin cümlədə “yengə” qohum-
luq terminindən əvvəl işlənmiş “ağca yüzlü” (ağca üzlü) epiteti
Oğuz cəmiyyətində yengəyə – qardaş arvadına olan hörmət və
məhəbbətin göstəricisi kimi çıxış edir.
A.Məmmədova “Qısırca yengə derlər, bir xatun vardı” cüm-
ləsindəki “yengə” sözünü “böyük qardaşın arvadı” mənasında izah
edir ki, bu da yerinə düşmür
1
: birincisi, ona görə ki, “yengə” sözü
mənfi emosiyalı ayamada ikinci komponent kimi çıxış edir; ikin-
cisi, “Kitab”ın ümumi semantik tutumu “Qısırca yengə” antropo-
nimik modelindəki “yengə” apelyativini “böyük qardaş arvadı”
yox, “toy günü gəlini oğlan evinə aparan qadın” mənasında izah
etməyə imkan verir. Qısırca yengənin dilindən verilmiş “Bəg yigi-
dim, bu otağ Baybican bəg qızı Banıçiçəgiŋdir” cümləsinin se-
mantik yükü, Qısırca yengənin dadı – dayə statusunda çıxış etmə-
si, “Banıçiçəyin dilindən verilmiş “bir yasduqda baş qoduğım”
frazeminin semantikası da sonuncu fikrin daha real olduğunu gös-
tərir (bax: Oğuz xanımlarının qohumluğu – Banıçiçək).
Yengə sözü Azərbaycan dili şivələrində, xüsusən də qərb şi-
vələrində iki mənada mühafizə olunur: qardaş arvadı və ya əmi-
oğlu arvadı; toy günü gəlinə hər növ xidmət edən qadın. Müasir
ədəbi dilimizdəki mövqeyi isə belə səciyyələndirilir: “Ədəbi dili-
mizdə bu leksemin birinci mənası arxaikləşmiş və yerini tamamilə
ikinci mənaya buraxmışdır...”
2
Yoldaş. “Dost” anlamlı “yoldaş” sözü “Kitab”da intensivliyi
ilə fərqlənir: “Yerdən yuca tağlar başına yoldaşların alub çıqdı”
(D-131). “Həyat yoldaşı” anlamlı “yoldaş” sözü isə cəmi iki dəfə
işlənib: “Dəli Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı” (D-
169)... məhz bunun nəticəsidir ki, qorqudşünaslar daha çox “dost”
anlamlı “yoldaş” sözündən bəhs ediblər. “Həyat yoldaşı” anlamlı
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.42.
2
Yenə orada, səh.43
“Dədə Qorqud”un möcüzələr dünyası
164
“yoldaş” sözünə isə çox az diqqət yetirilib (bax: qorqudşünaslar,
dilçilər yazır, “Dədə Qorqud kitabı” təkzib edir).
Qohumluq terminləri ilə bağlı təqdim etdiklərimizi belə
ümumiləşdirmək olar: “Kitab”da işlənmiş kişi və qadın cinsini
ifadə edən qohumluq terminlərinin əksəriyyəti türk mənşəlidir;
“Kitab”ın poetik strukturundakı qohumluq terminləri təkcə seman-
tikası və intensivliyinə yox, həm də poetik kateqoriyalar daxilin-
dəki rolu və funksiyasına görə digər terminlərdən seçilir; qədim
türk dili, tarixi və etnoqrafiyasının bir parçası olan bu tip ter-
minlərin böyük bir qismi müasir ədəbi dilimizdə eynilə, bir qismi
isə müəyyən fonetik və semantik dəyişmələrlə sabitləşmişdir.
“Dədə Qorqud”un möcüzələr dünyası
165
Q O R Q U D Ş Ü N A S L I Q
“Dədə Qorqud” dünyasına
bitib-tükənməz səyahət
Yazıçı-dramaturq, türkoloq, prof.K.Abdullanın “Mifdən Ya-
zıya və yaxud gizli Dədə Qorqud” kitabı qorqudşünaslığımızın,
dilçiliyimizin, ümumən filologiyamızın uğurudur, mədəniyyət ta-
riximizdə yadda qala bilən hadisədir.
Haqqında çoxsaylı yazılar yazılmış bu sanballı kitabı oxu-
yarkən istər-istəməz böyük türkoloq M.Kaşğarini, onun məşhur
“Divan”ını (1072-74) xatırladım, assosiativ olaraq M.Kaşğari ilə
K.Abdullanı eyni müstəviyə gətirməli oldum: M.Kaşğari “Di-
van”ın üzünü dörd dəfə köçürüb. Amma bu, adi bir köçürmə ol-
mayıb, yəni müəllif hər dəfə köçürmə prosesində “Divan”a müəy-
yən düzəliş və əlavələr də edib; K.Abdulla da 1991-ci ildə çap et-
dirdiyi “Gizli Dədə Qorqud” kitabının davamı olaraq 1999-cu ildə
“Sirriçində Dastan və yaxud “Gizli Dədə Qorqud”u nəşr etdirib.
2009-cu ildə isə müəllifin oxuculara “Mifdən Yazıya və yaxud
gizli Dədə Qorqud” kitabı təqdim olunub. K.Abdulla bu nəşr
barədə yazır: “...1999-cu il nəşrinin bir daha cilalanmış, əlavələr
edilmiş, istifadə olunmuş elmi bünövrə ilə təkmilləşdirilmiş yeni
variantıdır”. Maraqlıdır ki, M.Kaşğari və K.Abdulla ilə bağlı bu
cür oxşarlıqları başqa müstəvilərdə də davam etdirmək olar: hər
ikisi dilçi-türkoloqdur; hər ikisi türkün mənəvi dünyasına vurğun-
dur; M.Kaşğari XI əsrə qədərki, K.Abdulla isə bu günə qədərki
türk dili, ədəbiyyatı, tarixi və etnoqrafiyasına dərindən bələddir.
Amma o da vurğulanmalıdır ki, M.Kaşğari daha çox leksikoqraf,
K.Abdulla isə qorqudşünas kimi şöhrətlənib. Burada qorqudşünas
Kamal Abdulla ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazım
gəlir: “Kitab” K.Abdullanın gen yaddaşına, ruhuna əbədi olaraq
hopub; “Kitab”ın təsiri K.Abdullanın istənilən yazısında hiss olu-
nur; K.Abdulla “Kitab”a söykənərək yeni ruhlu bədii əsərlər yara-
“Dədə Qorqud”un möcüzələr dünyası
166
dır, eyni zamanda “Kitab”ı tədqiq və təbliğ edir; K.Abdullanın
“Kitab”ın möcüzəli dünyasından uzaqlaşa bilmə ehtimalı sıfıra
bərabərdir, mümkünsüzdür. Bu da səbəbsiz deyil. Öz sözləri ilə
desək, “Kitab” onu qeyri-adi gərginlikdə saxlayır, dönə-dönə ilkin
və bakirə nöqtəyə qayıtmağa sövq edir..., o, “Kitab”dan nə qədər
uzaqlaşırsa, “Kitab”da onu bir o qədər cəlb edir...
“Kitabi-Dədə Qorqud” barədə çox əsərlər yazılıb (həmişə
yazılacaq!). Amma heç bir qorqudşünas “Kitab”ın görünməyən tə-
rəflərindən, gizli məqamlarından, sirli-sehirli dünyasından K.Ab-
dulla qədər geniş və sistemli şəkildə bəhs etməyib. “Gizli” sözü də
heç bir qorqudşünasın yox, məhz K.Abdullanın kitablarının adında
(ideonimində) bir təyinedici, atribut kimi çıxış edir: “Gizli Dədə
Qorqud” (1991); “Sirriçində Dastan və yaxud “Gizli Dədə Qor-
qud” (1999); “Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud”
(2009). Bu cərgədə eynilə təkrarlanan,epifora kimi görünən, ob-
razlı desək, K.Abdulla ilə birlikdə addımlayan məhz “Gizli Dədə
Qorqud” ideonimidir. Elə bir ideonim ki, “Kitab”ın böyüklüyü və
unikallığının ifadəçisi kimi çıxış edir. Həm də elə bir ideonim ki,
semantikasına görə M.F.Köprülüzadənin fikirləri ilə səsləşir: “türk
ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud”
o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”.
Qorqudşünaslıqda qeyri-dəqiq, bəzən isə ümumiyyətlə, “Ki-
tab”a aid olmayan fikirlərə rast gəlinir: “Kitab”da təsvir olunur ki,
Oğuz qadını dağa qayınata deyib, dağı görəndə yaşmaqlanıb; “Ki-
tab”da Günel və Tural obrazlarına təsadüf olunur; “Buğac” adı
“buğaya qalib gələn xaç-od” mənasındadır... “Kitab”ın poetik
strukturu, daha doğrusu, mətni nəzərə alınmadan söylənilmiş bu
cür bəsit və qeyri-dəqiq fikirlərlə K.Abdullanın “Gizli Dədə Qor-
qud”larındakı tutarlı arqumentləri qarşılaşdırsaq, son dərəcə kəs-
kin bir ziddiyyətin şahidi olarıq: qorqudşünaslığımızdakı bəzi ya-
zılarda: görünəni olduğu kimi verə bilməmək və ya təhrif edilmiş
şəkildə təqdim etmək; K.Abdullanın “Dədə Qorqud kitabı”na dair
əsərlərində: görünəni olduğu kimi təqdim etməklə yanaşı, onun
daxilindəki görünməyən tərəfləri, gizli məqamları aşkarlamaq.
“Dədə Qorqud”un möcüzələr dünyası
167
Aydındır ki, “Kitab”ı linqvopoetik baxımdan tam mənimsə-
mədən, qədim türk mənbələrinə dərindən yiyələnmədən, qonşu
xalqların qədim ədəbiyyatına bələd olmadan, görünənlə görünmə-
yənin sintezinə assosiativ və sintaqmatik münasibətlər prizmasın-
dan yanaşmadan... “Kitab”dakı gizli məqamlar barədə dəqiq bir fi-
kir yürütmək mümkün deyil. Mübaliğəsiz deyirik ki, bu keyfiyyət-
lərin hər biri K.Abdullada yetərincədir. Məhz bunun nəticəsidir ki,
o “Kitab”dakı gizli qatlara işıq sala bilir. Heç şübhəsiz ki, K.Ab-
dullanın müəyyənləşdirdiyi gizli məqamları bir məqalə çərçivəsin-
də tam əhatə etmək mümkün deyil (bu, ayrıca bir tədqiqat möv-
zusudur). Bu mənada “Mifdən Yazıya və yaxud gizli Dədə Qor-
qud” kitabındakı bəzi detallara diqqət yetirməyi məqsədəuyğun
hesab edirik:
Beyrəyin taleyi ilə oynayanlar mətn semantikası kontekstin-
də dəqiqləşdirilir: Baybecan məlik – Dəli Qarcar – Bayburd hasa-
rının bəyi. Bu üçbucağın çevrəsi Yalançı oğlu Yalıncıq və kafirin
qızı kimi obrazlarla genişləndirilir. Sonra isə belə bir fikir verilir:
“... gizli motivlər bu şəkildə üzə çıxır, ikinci informasiya sistemi
passivlik rejimini tərk edir, süjetin daxili tərkib komponenti kimi
ədəbi fəaliyyətə başlayır”. Bu, onu deməyə əsas verir ki, müəllif
Beyrəklə bağlı semantik dinamikanın bütün tərəflərini zərgər də-
qiqliyi ilə izləyə bilib. Yeri gəlmişkən, K.Abdulla “Kitab”ın poe-
tik strukturundakı Baybecanı “məlik” titullu bir qəhrəman kimi
təqdim edir (Drezden nüsxəsinin 121-ci səhifəsində Baybican
adından sonra “bəg” deyil, məhz “məlik” titulu yazılıb). Bu isə
birbaşa Baybicanın xristian keçmişi barədə müəyyən təsəvvür ya-
radır. Digər tərəfdən, Baybican qızı Banıçiçəyin Beyrək barədə ni-
şanlı olarkən dediyi “...bir yasduqda baş qoduğım!” ifadəsi təbii
qarşılanır (bir yastığa baş qoymaq = ər-arvad olmaq). Daha doğru-
su, həmin ifadə müsəlman Banıçiçəyin yox, qeyri-müsəlman Banı-
çiçəyin dilində real görünür (“Kitab”ın 1988-ci il Bakı nəşrində
həmin ifadə “bir yasdıqda baş qoyacağım” şəklində sadələşdi-
rilib).
“Dədə Qorqud”un möcüzələr dünyası
168
“Mif və Yazı” qarşıdurmasını “Kitab” boyu izləyən müəllif
göstərir ki, Baybura bəyin gözlərini də Mifin gücü açır. O Mif ki,
yazıdan güclü çıxır: “Gözləri açılmış Baybura bəy təzədən min-
min oğuzdan biri olur: gülür, sevinir, yeyir, içir, şadlanır... Baybu-
ra bəy artıq Dədə Qorqud üçün və deməli, Mif üçün qorxulu de-
yil”.
K.Abdulla “Kitab”da ov, nişanlı axtarışı, doğma adamın xi-
lasının zərurəti kimi situasiyaları Mifin gücü və Yazının gücsüz-
lüyü kontekstində araşdırır, eyni zamanda Yazının gücü və Mifin
gücsüzlüyünü konkret faktlarla arqumentləşdirir. Məsələn, “- A
bəylər! Oğlan qancaru getdi ola? – dedi” cümləsi ilə başlanan
sintaktik bütövü belə səciyyələndirir: “...Cəngavərlik kodeksinin
bir daha pozulmaması üçün oğlunu qurban verməyə hazır olan ata
öz daxilində heç bir şəxsi, intim hissin oyanmasına yol vermir,
çox kəskin və qəti şəkildə hərəkət etməyə hazırlaşır və burada o
yalnız ümumun, sosial mühitin, cəmiyyətin mənafeyi naminə
çalışır”. Bu tip sintaktik bütövlərin semantikasını insan və cəmiy-
yət kontekstində araşdıran müəllif haqlıdır.
K.Abdulla ümumi dilçiliyə söykənərək Mif və Yazı üslubu-
nu dilin və təfəkkürün inkişafı müstəvisində saf-çürük edir:
simvolizə edilmiş əşya və predmetlər də yazıdır; Mifin üslubu bü-
tövlükdə söz üzərində qurulmuşdusa, Yazının üslubu da cümlə ilə
formalaşır; söz kollektivin, cümlə fərdin təmsilçisi kimi çıxış edir;
bütöv cümlə birgə sözə bənzəyir... Müəllif bu tip hökmlərin hər
birini “Kitab”ın üslubu və poetik strukturu ilə əlaqələndirir ki, bu
da olduqca təbii qarşılanır.
“Situasiya qəhrəmanı yox, qəhrəman situasiyanı formalaşdı-
rır”. K.Abdulla bu cür situasiyaların “Kitab”ın poetik strukturu
üçün xarakterik olmadığını, daha dəqiqi, “Kitab”da çox zəif şəkil-
də təzahür etdiyini əsaslandırır və belə qənaətə gəlir ki, “qəhrə-
manlar öz təbiətlərinə uyğun olaraq, bundan çıxış edərək qeyri-
tipik vəziyyətlər yaradırlar”.
K.Abdulla “Xaos-Kosmos”, “Keçmiş-İndi”, “Naşılıq-Təcrü-
bə” anavariantlarını “Kitab” üzrə təhlil süzgəcindən keçirir ki, bu
“Dədə Qorqud”un möcüzələr dünyası
169
da nəticə etibarilə “Kitab”ın poetik semantikasına işıq salır. İki de-
tala diqqət yetirək: Basatın cəmiyyətə qayıdışına, eləcə də Qaza-
nın suya və qurda müraciətinə “Təbiət-Mədəniyyət anavariantı”
kontekstində aydınlıq gətirilir; dayı-bacıoğlu münasibətlərindəki
ziddiyyətlər “Köhnə-Yeni anavariantı” istiqamətində müəyyənləş-
dirilir, Aruz qoca köhnəliyin, Salur Qazan isə daha çox yeniliyin
ifadəçisi kimi təqdim olunur.
“Kitab” və antik yunan ədəbiyyatındakı oxşar qəhrəman ob-
razlarını müxtəlif bucaqlar altında araşdırmış alimlər sırasında Əli
Sultanlının adı xüsusi olaraq vurğulanır. Qəribə də olsa, K.Abdul-
la bu müstəvidə Əli Sultanlının ən layiqli davamçısı kimi görünür.
K.Abdullanın bu keyfiyyəti haqqında bəhs etdiyimiz kitabının
ikinci hissəsində (Anavariantlara doğru) qabarıq şəkildə görünür.
Bu hissədə Odissey və Beyrək, Polifem və Təpəgöz...Sarı donlu
Selcan xatun və Gözəl Yelena, Salur Qazan və Aqamemnon,
Beyrək və Antiqona kimi obrazlar qarşılaşdırılır, onların oxşar və
fərqli cəhətləri konkret faktlarla əsaslandırılır. Burada müəllifin
Odissey və Beyrək obrazları ilə bağlı müəyyənləşdirdiyi çoxsaylı
oxşarlıqlardan bir neçəsinə diqqət yetirək: “Beyrək on altı ilin
ayrılığından sonra xəbər tutur ki, nişanlısını başqasına ərə verirlər
və əsirlikdən qaçır; Odissey iyirmi il ayrılıqdan sonra İtaki adasına
dönüb arvadı Penelopaya elçi düşən gənc zadəganlarla qarşıla-
şır;... Beyrək də, Odissey də sevgililəri tərəfindən birdən-birə ta-
nınmırlar... Hər biri sirr açmaq məcburiyyətində qalır. Beyrək al-
tun üzüyün sirrini (tarixçəsini) Banıçiçəyə açır, Odissey isə yataq
otağındakı çarpayının sirrini Penelopaya danışır...”. Assosiativ və
sintaqmatik münasibətlər kontekstində dəqiqləşdirilmiş bu fikirlə-
rin hər biri elmi və inandırıcıdır. Çünki K.Abdulla qarşılaşdırdığı
mənbələrdəki hadisə və süjet oxşarlığını, obrazların hərəkət tra-
yektoriyasında müşahidə olunan ən kiçik detalı belə nəzərə alıb,
onların hər birini zərgər dəqiqliyi ilə cilalamağa çalışıb. Burada
bir fikirdən yan keçmək olmur: Məhz bu cür şərhlərinə görə
K.Abdulla təkcə Azərbaycan və Türkiyə yox, ümumən dünya qor-
qudşünasları tərəfindən xüsusi olaraq qiymətləndirilir.
“Dədə Qorqud”un möcüzələr dünyası
170
“Mətnin semantik boşluqları” adlanan üçüncü hissədəki “Or-
dun üstünə kimi qorsan?” bölməsi belə başlanır: “Dastanın ilk
oxunuşunda sirli, müəmmalı görünən bir çox məqamları anlamaq-
da yenə də Dastanın özü kömək edir – mətn bir tərəfdə dumana-
sisə bürünmüş kimidisə, başqa bir tərəfdə səma öz gözdeşən
maviliyində, açıqlığında, hətta bu dumanı-sisi qovan sərin meh də
göndərə bilir...”. “Kitab”ın böyüklüyü, monumentallığı ifadə
olunmuş bu tip cümlələrin semantikası və poetik siqlətinə əsaslan-
maqla K.Abdullanın dili (nitqi) barədə də müəyyən fikirlər yürüt-
mək olar: obrazlı danışmağı, obrazlı yazmağı sevən K.Abdullanın
dili şirin və zəngindir. O, bu zənginliyə görə həm də “Kitab”a
borcludur.
Şah abidəmizin hər sözünə, hətta hər səsinə belə vurğun
olan, ulu abidəmizin gizli qatlarını səbrlə araşdıran, “Kitab” barə-
də kitablar yaradan Kamal müəllim! ”Dədə Qorqud”un sirli-sehirli
dünyasına növbəti səyahətiniz uğurlu olsun! Dədəmiz Qorqudun
dili ilə desəm, “Çaparkən ağ-boz atın büdrəməsin!”
“Dədə Qorqud kitabı”nın leksikası
Qorqudşünaslıqda “Kitab”ın leksikasına, xüsusən də türk
mənşəli və alınma sözlər, arxaizmlər, semantik söz qrupları kimi
məsələlərə tezis və məqalələr, həmçinin ayrı-ayrı monoqrafiyalar-
da müəyyən bölmələr həsr edilsə də, “Kitab”ın leksikası kompleks
və sistemli şəkildə öyrənilməyib. Konkret desək, “Kitab”dakı türk
mənşəli və alınma sözlərin sayı dəqiqləşdirilməyib, onların müasir
Azərbaycan dili, eləcə də Türkiyə türkcəsindəki sabit və dəyişkən
formaları müəyyənləşdirilməyib, omonim, sinonim və antonimlər
tarixi-linqvistik prizmadan tədqiq edilməyib, abidənin dili baxı-
mından səciyyəvi olan morfoloji və sintaktik üsulla düzələn sözlər
məhz “Söz yaradıcılığı” başlığı altında araşdırılmayıb. Bu mənada
Afaq Cəbrayıl qızı Məmmədovanın təqdim etdiyi “Dədə Qorqud
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |