171
kitabı”nın leksikası” adlı dissertasiya (2007) aktuallığı və yeniliyi
ilə diqqəti cəlb edir.
Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan
əsərin I fəsli “Dədə Qorqud kitabı”nın lüğət tərkibi” adlanır.
Müəllif daha aydın təsəvvür yaratmaq məqsədilə “Kitab!”ın lüğət
tərkibini iki yarımfəslə bölərək tədqiq edir: türk mənşəli sözlər və
alınma sözlər. Qeyd edək ki, qorqudşünaslıqda “Kitab”dakı alın-
ma sözlərin sayı barədə müxtəlif fikirlər vardır. Belə ki, Ə.Dəmir-
çizadəyə görə, “Kitab”da 350 ərəb və 136 fars, K.Vəliyevə görə,
559 ərəb və fars, E.Piriyevə görə, 194 fars mənşəli söz işlənib.
Afaq Məmmədova bu hesablamaların heç biri ilə razılaşmır və
“Kitab”ın dilində işlənən sözlərin sayı barədə yeni, həm də daha
inandırıcı fikirlər irəli sürür. Müəllifə görə, “Kitab”da 3000-ə ya-
xın söz işlənib. Bu sözlərdən 573-ü alınmadır (353-ü ərəb, 205-i
fars mənşəlidir, 15-i tərkibində türk mənşəli ünsürlər, daha dəqiqi,
türk mənşəli morfoloji elementlər iştirak edən ərəb və fars mənşəli
vahidlərdir). Burada onu da qeyd etmək lazımdır ki, müəllif “Ki-
tab”da işlənən türk mənşəli 773 sözün müasir Azərbaycan dilində
semantik, fonetik, morfoloji cəhətdən eynilə işləndiyini, həmçinin
abidədəki 213 leksemin müxtəlif fonetik formalarının mövcud
olduğunu da dəqiqləşdirib. Bu mənada Afaq Məmmədovanın
“Kitab”ın lüğət tərkibi barədə təqdim etdiyi statistik hesablamala-
rını məqbul hesab etmək olar.
Afaq Məmmədova “Kitab”dakı türk mənşəli sözləri üç isti-
qamətdə araşdırıb: müasir Azərbaycan dilində semantik , fonetik,
morfoloji cəhətdən eyni qalan sözlər (ad, ağ, ata, beş...); müasir
Azərbaycan dilində fonetik dəyişikliyə uğramış sözlər (av, başar-
maq, çaqmaq, diləg, dilkü...); müasir Azərbaycan dili üçün arxaik-
ləşən sözlər. Müəllif “Müasir Azərbaycan dili üçün arxaikləşən
sözlər”i daha geniş planda, dəqiq desək, aşağıdakı başlıqlar altında
tədqiq edib: a) “Kitab”da işlənən, müasir Azərbaycan dilində ta-
mamilə arxaikləşənlər (alar – sübh vaxtı, arğış – karvan, çətük –
pişik); b) “Kitab”da işlənən, müasir Azərbaycan dilində passivlə-
şən, yəni müəyyən sahələrdə və ya söz kökü, birləşmələr, atalar
“Dədə Qorqud”un möcüzələr dünyası
172
sözü, deyimlər içərisində qalanlar (ağ - ağ eləmək, qara – Qara-
bağ, Qaradağ, qılmaq – çarə qılmaq, namaz qılmaq...); c) “Ki-
tab”da və müasir dövrümüzdə struktur eyniliyi qorunsa da, məna-
larını dəyişən sözlər, yəni semantik arxaizmlər (aş – yemək, eh-
san, qalın – qüvvətli, böyük, qatı – bərk, qüvvətli...); ç) “Kitab”da
işlənən, müasir Azərbaycan ədəbi dilində arxaikləşən və ya
passivləşən, dialekt və şivələrimizdə isə fəal olan sözlər (aqça –
pul, ağmaq – yüksəlmək, ucalmaq, qalxmaq, ağıl – tövlə, bayımaq
– varlanmaq, güz – payız...); d) “Kitab”da işlənən, müasir Azər-
baycan ədəbi dili üçün tipik olmayıb, Türkiyə türkcəsində ədəbi
dil səviyyəsində işlək olan kəlmələr (datlu//tatlu – şirin, otaq -
çadır, baqır – mis, buŋalmaq – sarsılmaq...). Bütün bunlar onu
göstərir ki, “Kitab”dakı türk mənşəli sözlərin hər birinə qədim və
müasir türk dilləri prizmasından yanaşan Afaq Məmmədovanın
qənaətləri doğru və inandırıcıdır.
Nümunələri “Kitab”ın Drezden nüsxəsindən götürən müəl-
lifin əlyazmada oxunması çətinlik törədən bir neçə söz və ifadənin
üzərində xüsusi olaraq dayanması onun həm də bir mətnşünas
kimi çıxış etdiyini təsdiqləyir. Məsələn, “Kitab”dakı “
ق
و
يسمر “
(D-199) yazılış şəklini H.Araslı “qurumsu”, M.Ergin “kurumsu”,
S.Əlizadə “qurması” formasında transkripsiya edib. Mətnin se-
mantik tutumuna və sanballı lüğətlərə istinad edən Afaq Məmmə-
dova təkzibedilməz arqumentlərlə əsaslandırır ki, həmin yazılış
şəkli “qorımsı” (hörük, saçın topa halında bir yerə yığılması) for-
masında oxunmalıdır.
I fəslin ən müsbət cəhətlərindən biri də “Kitab”ın dili baxı-
mından səciyyəvi olan ərəb və fars mənşəli sözlərin üç istiqamət-
də qruplaşdırılmasıdır: “Dədə Qorqud kitabı”nda işlənən və müa-
sir dilimizdə aktiv olan (vətəndaşlıq hüququ qazanan) alınmalar
(axşam, çəmən, vətən...); “Dədə Qorqud kitabı”nda işlənən, müa-
sir dilimizdə passivləşən alınmalar (asiman, behişt, xub...); müəlli-
fin “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimizdə arxaiklə-
şən alınmalar (bidət, imirzə, müt`i...). Bu qeydlər bir daha təsdiq
edir ki, Afaq Məmmədova ərəb və fars mənşəli sözlərlə bağlı mü-
“Dədə Qorqud”un möcüzələr dünyası
173
əyyənləşdirdiyi qrupların hər birini uyğun dil faktları ilə əsas-
landıra bilib.
“Dədə Qorqud kitabı”nın dilində semantik söz qrupları” ad-
lanan II fəsildə abidənin dili baxımından səciyyəvi olan sinonim,
omonim və antonimlər geniş şəkildə tədqiq edilir, çoxmənalılıq və
omonimliyin oxşar və fərqli cəhətləri məhz “Kitab”dan götürül-
müş dil faktları əsasında araşdırılır. A.Məmmədovanın sinonimlə-
rin mənşəyi və eposdakı işlənmə tezliyi ilə bağlı təqdim etdiyi
cədvəl II fəslin ən yaxşı cəhətlərindən biri kimi qiymətləndirilə
bilər. Əsərin 70-80-ci səhifələrində verilmiş həmin cədvəl, bir
tərəfdən, A.Məmmədovanın yüksək tədqiqatçılıq qabiliyyətini,
digər tərəfdən, onun hər bir sözə zərgər dəqiqliyi ilə yanaşdığını
təsdiqləyir. Burada müəllifin təqdim etdiyi cədvəldən yalnız bir
nümunəni xatırlatmaqla kifayətlənirik: əsrük (1) – oğuz, qıpçaq və
ya başqa türk tayfa dillərində; şərablu (1) - ərəbcə, məst (2),
sərxoş (3) – farsca.
“Kitab”ın leksikasına dərindən bələd olan Afaq Məm-
mədova yazır: “Bizcə, DQK (“Dədə Qorqud kitabı” – Ə.T.) dilin-
də kişi leksemi tək işləndiyi zaman “adam, insan, nəfər” mənala-
rında ancaq kişi cinsini ifadə edirdi; əgər qadın cinsini ifadə etməli
idisə, o zaman mütləq qadın cinsini bildirən sözlə birlikdə işlən-
məli idi (anam kişi, gəlin kişi və s.). Müqayisə et: qardaş və qız
qardaş”. Müəllifin irəli sürdüyü tezislərin düzgünlüyünü “Ki-
tab”dakı faktlar da təsdiq edir. Məsələn, “Bəkil gördi, xatun
kişinin əqli-kəlicəsi eyüdür”.
“Kitab”dakı antonimlərin sistemi, daha doğrusu, onların se-
mantik sıralanma prinsipini qorqudşünaslıqda ilk dəfə olaraq
dəqiqləşdirən də Afaq Məmmədovadır. Müəllifin araşdırmala-
rından məlum olur ki, “Kitab”dakı antonimlərin sıralanmasında
bir neçə prinsip gözlənilib. Məsələn, müəllifin bir fikrinə diqqət
yetirək: “Əgər antonim kəlmələr yaxşı-pis ziddiyyətli mənaları
ifadə edirsə, o zaman ilk əvvəl yaxşı, sonra pis anlamlı kəlmələr
işlədilir. Məsələn, alqış-qarğış, ağ-qara, comərd-nakəs, xeyir-şər,
dost-düşmən və s.”. Fikrimizcə, müəllifin irəli sürdüyü tezis inan-
“Dədə Qorqud”un möcüzələr dünyası
174
dırıcıdır və onun əlavə arqumentlərlə əsaslandırılmasına ehtiyac
yoxdur.
Əsərin “Söz yaradıcılığı” adlanan III fəslində morfoloji və
sintaktik üsulla düzələn sözlər tarixi-linqvistik prizmadan tədqiq
edilir. “Kitab”da morfoloji üsulla düzələn sözlər aşağıdakı sistem
üzrə araşdırılır: adlardan ad düzəldən şəkilçilər (-ra, -arı/-aru, -
qarı/-qaru: aŋaru, qancaru, yuqarı...); adlardan feil düzəldən
şəkilçilər (-la, -lə: avla, boğazla, dişlə...); feildən feil düzəldən
şəkilçilər (-ıl; -ş, -ış: axtarıl, basıl, ağlaş, boğuş...). Qeyd edək ki,
“Kitab”dakı leksik şəkilçilərin məhsuldarlıq və qeyri-məhsuldarlıq
baxımından tədqiqi, digər tərəfdən, müasir Azərbaycan ədəbi dili
baxımından arxaikləşmiş şəkilçilərin dəqiqləşdirilməsi də əsərin
uğuru kimi dəyərləndirilə bilər.
Müəllif sintaktik yolla düzələn sözləri iki əsas qrupa bölür:
müxtəlif mənalı sözlərin birləşməsindən düzələn mürəkkəb sözlər
(Aladağ, Banıçiçək, beşikkərtmə...); eyni sözün təkrarından əmələ
gələn mürəkkəb sözlər (açuq-açuq, alay-alay, yumru-yumru...).
Hər iki istiqamət “Kitab”dakı dil faktları ilə əsas-landırılıb.
Bütün bunlarla bərabər, dissertasiyada bir sıra nöqsanlar da
müşahidə edilir:
səh.45-də “Kitab”ın dili baxımından səciyyəvi olan mis an-
lamlı “baqır”, sarsılmaq, kədərlənmək anlamlı “bunalmaq” sözlə-
rinin Türkiyə türkcəsində ədəbi dil səviyyəsində işlənməsindən
bəhs edilir. Fikrimizcə, “baqır” və “bunalmaq” sözləri həm Türki-
yə türkcəsi, həm də Azərbaycan dilinin qərb şivələrindəki uyğun
dil faktları ilə müqayisəli şəkildə tədqiq edilsə idi, daha dəqiq
fikirlər söyləmək olardı. Çünki həmin sözlər Azərbaycan dilinin
qərb şivələrində mühafizə olunmaqdadır (paxır qazan – mis qazan;
kişi boŋalıf – kişi sarsılıb);
səh.56-da “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimiz-
də arxaikləşən alınmalar” başlığı altında verilmiş sözlərin bir qis-
mi şivələrimizdə işlənməkdədir. Məsələn,ərş, hampa, hərami və s.
Deməli, həmin vahidlər müasir dilimiz yox, müasir ədəbi dilimiz
baxımından arxaikləşən alınma sözlər kimi araşdırılmalıdır;
“Dədə Qorqud”un möcüzələr dünyası
175
səh.96-da “boğaz” sözünün I mənası kimi “bədən üzvü”, II
mənası kimi “heyvan xəstəliyi” göstərilir. Fikrimizcə, Kitab”da
“boğaz” sözünün II mənası “heyvan xəstəliyi” kimi yox, “qarnın-
da balası olan heyvan” kimi izah edilməlidir. Müəllif “Kitab”dakı
“qısır qısraq” (...qısır qısrağa bindiyim yoq) və “boğaz qısraq”
(...boğaz qısrağa bindigim yoq) ifadələrini müqayisə etsə idi, daha
yaxşı olardı;
səh. 136-da “yer altı – yer yüzü” kimi II növ ismi söz
birləşmələri mürəkkəb söz kimi təqdim edilir;
Əsərdə orfoqrafik səhvlərə də rast gəlinir. Məsələn, düşmən-
lik, düşmənçilik əvəzinə düşmanlıq (səh.3), kəşməkəşli əvəzinə
keşməkeşli (səh.15), şeir əvəzinə şer (səh.14) və s.
Qeyd olunan iradlar əsərin elmi-praktik əhəmiyyətini azalt-
mır. Bir cəhəti də qeyd edək ki, müəllifin 2009-cu ildə “Dədə Qor-
qud kitabı”nın leksikası” başlığı altında çap etdirdiyi kitabda bu
iradlar nəzərə alınıb.
“Kitabi-Dədə Qorqud”da heyvan, quş və
həşərat adları bildirən sözlər
“Kitabi-Dədə Qorqud”un poetik strukturunda işlənmiş hey-
van, quş və həşərat adları bu vaxta qədər sistemli şəkildə araş-
dırılmayıb. Bu mənada M.Qıpçağın təqdim etdiyi “Kitabi-Dədə
Qorqud”da heyvan, quş və həşərat adları bildirən sözlər” (2012)
adlı kitab aktuallığı ilə diqqəti cəlb edir.
“Bir neçə söz” bölməsində “Kitab”ın azərbaycanlılara məx-
sus sanballı bir abidə olması xüsusi olaraq vurğulanır. Eyni za-
manda faktlarla əsaslandırılır ki, “Kitab” daha çox Türkiyə və
Azərbaycanda nəşr və tədqiq edilmişdir.
“Kitabi-Dədə Qorqud”da heyvan, quş və həşərat adları bildi-
rən sözlər” adlı I fəsildə at, ayğır, bıraq, buğa, buğra, buzağı, çə-
tüg, dəvə, eşək, ərkəc, inək, it, keçi, köşək, yund və s. kimi sözlər
“Dədə Qorqud”un möcüzələr dünyası
176
tarixi-linqvistik müstəvidə araşdırılmış, onların hər birinin mənası,
mənşəyi, xüsusən də “Kitab”ın poetik strukturundakı yeri müəy-
yənləşdirilmişdir. Məsələn, müəllif at sözündən bəhs edərkən, atın
türk tarixi və etnoqrafiyasındakı rolunu qabarıq şəkildə göstər-
məklə yanaşı, həmin sözün iştirakı ilə yaranmış at dəpmək, at oy-
natmaq, at salmaq kimi frazeoloji vahidlərin də “Kitab”ın poetik
çəkisini qüvvətləndirən detallar olduğunu qeyd edir. Yaxud
M.Qıpçaq ayğırlıq və ayğırlı sözlərindəki -lıq və -lı şəkilçilərinin
işlənmə tarixinə nəzər salır, -lıq morfemini -lı şəkilçisinin qədim
variantı olduğunu göstərir. Yeri gəlmişkən, həmin şəkilçi morfem-
ləri (-lıq, -lı) “Kitab”ın dilində tam sabitləşməmiş vəziyyətdə
görünür.
Aslan, canvər, tonuz, əjdərha, ənik, keyik, qaban, qaplan,
qurd, yılan və s. kimi sözlər II fəsildə – “Kitabi-Dədə Qorqud”da
vəhşi heyvan adları” başlığı altında öyrənilmişdir. Müəllif bu
sözlərin mənşəyini, mənasını mətn kontekstində dəqiqləşdirir.
Məsələn, ilan sözündən bəhs edərkən yazır: “İlan extonik varlıqla-
rın başlıca zoomorfik cizgilərindən biri olsa da, “Kitabi-Dədə
Qorqud” dastanlarında ilan sözü mifoloji varlığı deyil, real həyat-
dakı ilanı ifadə edir. Abidənin dilində iki dəfə “sarı yılan”, iki dəfə
isə “ala yılan” ifadələrinin işlənməsi bunu bir daha təsdiq edir”.
Bu müşahidələr elmi və inandırıcıdır.
Əsərin III fəsli “Kitabi-Dədə Qorqud”da quş adları” adlanır.
Müəllif “Kitab”dakı gögərçin, kəklik, ördek, qaraquş, qaz, saqsa-
ğan, sunqur, şahin, toğan, turac, turğay və s. kimi quş adlarının hər
birini ayrılıqda təhlil süzgəcindən keçirmiş, onların dastanda daha
çox həqiqi, bəzən isə məcazi mənada işləndiyini konkret faktlarla
arqumentləşdirmişdir. Maraqlıdır ki, M.Qıpçaq bu tip vahidləri
təkcə “Kitab” yox, ümumən türk dilləri kontekstində araşdırmış-
dır. Məsələn, ördək sözünün müasir türk dillərində müxtəlif fone-
tik variantlarda işləndiyimi göstərir: ördek (türk və qaraqalpak dil-
lərində), ö:rdek (türkmən dilində), ördək (Azərbaycan dilində),
ördəg (özbək dilində) ürzək (başqırd dilində)...
“Dədə Qorqud”un möcüzələr dünyası
177
Əsərin “Kitabi-Dədə Qorqud”da həşərat adları” kimi təqdim
olunan IV fəslində “Kitab”ın leksikası baxımından səciyyəvi olan
həşərat adlarının, demək olar ki, hamısı (bit, bökələk, bürə, si-
nəg...) sistemli şəkildə tədqiq edilmişdir. Dəqiq desək, onların mə-
nası, mənşəyi, intensivliyi, etimologiyası, xüsusən də türk dillərin-
də işlənmə dərəcəsi konkrtet faktlarla əsaslandırılmışdır.
Bütün bunlar təqdim olunmuş kitabın təkcə tələbələr yox,
həm də mütəxəssislər üçün gərəkli olduğunu təsdiqləyir.
“Dədə Qorqud kitabı”nin dilində fitonimlər
Türkologiyada daha çox tədqiq olunan abidələrdən biri və
birincisi məhz “Kitabi-Dədə Qorqud”dur. Zəngin söz xəzinəmizin
ən sanballı abidəsi olan “Kitab” tədqiqatçıları bu gün də ona
müraciət etməyə vadar edir. Bu mənada prof. M.Qıpçağın dastan-
da işlənmiş fitonimlərə müraciət etməsi heç də təsadüfi deyil.
“Dədə Qorqud kitabı”nın dilində fitonimlər” (2012) adlı kitabda
isə 30-a yaxın fitonim leksik, həm də semantik baxımdan təhlil
olunur, həmin sözlərin müasir Azərbaycan dilinə uyğunluq dərə-
cəsi və fərqli cəhətləri müəyyənləşdirilir. Bu tip vahidlər digər
türk dilləri ilə müqayisə olunur ki, bu da kitabın uğurlu cəhət-
lərindən biri kimi dəyərləndirilə bilər. Fitonimlərin mənşəyi və
məna çalarlarını “Kitab” haqqında yazılmış tədqiqatlar konteks-
tində araşdırmış müəllifin qənaətləri elmi və inandırıcıdır.
Əsərdə diqqəti cəlb edən məsələlərdən biri də fitonimlərin
mənşəyinin tarixi-linqvistik müstəvidə öyrənilməsidir. Məsələn,
“saz” fitoniminin izahına diqqət yetirək: “...”saz” sözü (bitki mə-
nasında – Ə.T.) müasir Azərbaycan dilində işlənmir və onun qar-
şılığı kimi “qamışlıq” sözündən istifadə olunur. Həmin sözə Azər-
baycan dilinin Oğuz və Şəki şivələrində “qamış”, “qamışlıq” mə-
nalarında rast gəlirik: “Donquzun meyli sazaydı, it də qo:du saldı
saza”. Yeri gəlmişkən, bu cür izahlar tələbələrin dil tarixini, xüsu-
“Dədə Qorqud”un möcüzələr dünyası
178
sən də dialektologiyanı daha dərindən mənimsəmələrinə kömək
edir, onları bir tədqiqatçı kimi formalaşdırır.
Əsərdə ağac, alma, arpa, çayır, çiçək kimi sözlərin hər biri
ayrılıqda təhlil edilir ki, bu da həmin tip vahidlərin “Kitab”ın
poetik strukturundakı yerini dəqiqləşdirməyə imkan yaradır.
M.Qıpçağın təqdim etdiyi “Dədə-Qorqud kitabı”nın dilində
fitonimlər” adlı əsəri qorqudşünaslığımızın uğurlarından biri kimi
dəyərləndirilə bilər.
“Dədə Qorqud kitabı”nın dilində
feli birləşmələr
Türkologiyada feli birləşmələr sinxronik istiqamətdə geniş
şəkildə tədqiq edilsə də, diaxronik aspektdə, demək olar ki, araş-
dırılmayıb. Digər tərəfdən, qorqudşünaslıqda “Kitab”ın fonetik,
leksik, onomastik və morfoloji xüsusiyyətlərinə dair onlarca mə-
qalə və monoqrafiya çap olunub, bir sıra qaranlıq məsələlərə ay-
dınlıq gətirilib, lakin nədənsə, abidənin sintaksisi, daha dəqiq de-
sək, feli birləşmələr tədqiqat obyekti kimi götürülməyib. Bu mə-
nada Sevinc Abdinovanın “Kitabi-Dədə Qorqud” dastanının
dilində feli birləşmələr” adlı namizədlik dissertasiyası (2007) yeni
və orijinal bir əsər kimi qorqudşünaslığa ən yaxşı töhfədir.
Giriş, üç fəsil, nəticə, istifadə edilmiş elmi ədəbiyyat və
mənbələrin siyahısından ibarət olan dissertasiyanın I fəsli “Kitabi-
Dədə Qorqud” dastanının dilində “ad+feil” tipli feli birləşmə adla-
nır. S.Abdinova “ad+feil” tipli feli birləşmələri tərəflərinin hansı
nitq hissəsi ilə ifadə olunması baxımından qruplaşdırır və belə
qənaətə gəlir ki, “Kitab”ın dilində “ad+feil” tipli birləşmələrin 10
modeli müşahidə olunur. Əsərdən görünür ki, müəllif hər bir mo-
deli “Kitab”dakı uyğun dil fakları ilə əsaslandırıb. Məsələn, I tərəf
isimlə, II tərəf isə məsdərlə ifadə olunur (Bamsı Beyrəgə diləməgə
gəlmişəm).
“Dədə Qorqud”un möcüzələr dünyası
179
Feli birləşmələr tədqiq edilərkən təkcə “Kitab”ın 1988-ci ildə
F.Zeynalov və S.Əlizadə tərəfindən çap olunmuş nəşrinə yox,
həm də H.Araslı, O.Ş.Gökyay, M.Ergin, Ş.Cəmşidov və S.Əliza-
dənin tərtib etdiyi mətnlərə, V.Bartoldun rusca tərcüməsinə
istinad olunub. Bu, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Müəllif adlıq hallı feli birləşmələrin varlığını qəbul etməyən və
ya şübhə ilə yanaşan dilçilərin fikirlərinə münasibət bildirdikdən
sonra Y.Seyidovun mövqeyinin düzgün olduğunu müxtəlif
prizmalardan təsdiqləməyə çalışır.
S.Abdinova “ad+feil” tipli feli birləşmələrin I komponentinin
ismin müəyyən bir halında durmasını əsas götürərək onları aşağı-
dakı kimi qruplaşdırır: adlıq hallı feli birləşmələr (At yemiyən acı
otlar bitincə, bitməsə, yeg!), təsirlik hallı feli birləşmələr (Toyunca
yüzinə baqmadığım xanım yigit), yerlik hallı feli birləşmələr
(Minarədə banlayanda fəqih görkli), çıxışlıq hallı feli birləşmələr
(Qız anadan görməyincə ögüt almaz). Bu tip birləşmələrin hər
birini konkret dil faktları ilə əsaslandıran S.Abdinovanın araş-
dırmalarından o da məlum olur ki, “Kitab”ın dilində yönlük hallı
feli birləşmələr yerlik və çıxışlıq hallı feli birləşmələrlə mü-
qayisədə daha zəngin struktur-semantik xüsusiyyətlərə malikdir.
S.Abdinova “ad+feil” tipli feli birləşmələrin struktur-seman-
tik cəhətlərindən bəhs edərkən birləşmənin ikinci tərəfində, daha
dəqiqi, tabe edən tərəfində işlənən -ıb
4
, -ıban
4
, -anda
2
və s. şə-
kilçili feli birləşmələrin morfoloji və sintaktik xüsusiyyətlərini ta-
rixi-linqvistik prizmadan təhlil edir, onların hər birinin işlənmə
tezliklərini dəqiqləşdirməyə çalışır. Məsələn, müəllifə görə, II tə-
rəfi –acaq
2
, -ar şəkilçili feli sifət və -maq
2
şəkilçili məsdərdən iba-
rət olan birləşmələr “Kitab”ın dili baxımından səciyyəvi deyil.
Müəllif “Kitab”ın dilində işlənən “feil+feil” tipli birləş-mə-
lərin 3 əsas qrupunu dəqiqləşdirib: ikinci tərəfi feli bağla-malarla
ifadə olunan feli birləşmələr; ikinci tərəfi feli sifətlərlə ifadə
olunan feli birləşmələr; ikinci tərəfi məsdərlə ifadə olunan feli
birləşmələr. Bu tip birləşmələrin hər birini sistemli şəkildə tədqiq
edən müəllif belə nəticəyə gəlir ki, “Kitab”ın dilində işlənən
“Dədə Qorqud”un möcüzələr dünyası
180
“feil+feil” tipli birləşmələr arasında tam, həm də tam olmayan ya-
naşma əlaqəsi özünü göstərir. Məsələn, “Av avlayı gəzərkən ögin-
dən bir yaralu keyik çıqdı (avlayı gəzərkən – tam yanaşma); “Ağ
qoyunlar gəlüb çevrəsində yatduğu su (gəlüb çevrəsində yatduğu –
tam olmayan yanaşma). Müəllifin qənaətləri elmi və inandırı-cıdır.
S.Abdinova “Kitab”ın dilində işlənən “zərf+feil” tipli birləş-
mələri də sistemli şəkildə təhlilə cəlb edib. Belə ki, bu tip birləş-
mələrin I tərəfində işlənən zərfləri, II tərəf kimi çıxış edən feli
bağlama, feli sifət və məsdərləri müxtəlif cəhətdən səciyyələndi-
rib, eyni zamanda bunların hər birini konkret dil faktları ilə əsas-
landırıb. Məsələn, müəllif “birinci komponent ikinci komponentlə
ifadə olunan hərəkətin tərzini bildirir” tezisini irəli sürərkən “Ki-
tab”dakı “Dəstursuzca mənim yağıma girən yigit, nə yigitsən”
cümləsinə istinad edir. Bu isə bir daha təsdiq edir ki, müəllif irəli
sürdüyü mülahizələri arqumentləşdirməyi bacarır.
Oğuz epik ənənəsində Qazan xan obrazı
Atif İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan obrazı”
adlı dissertasiyası (2013) yeniliklərlə zəngindir. Bu tədqiqat işinin
ən əhəmiyyətli tərəflərindən biri, bəlkə də, ən əsası odur ki, müəl-
lif mövzunun tədqiqində ona qədər olan müddəaları izləməklə
bərabər, öz gəldiyi qənaət və nəticələri də cəsarətlə irəli sürür. Ey-
ni zamanda ona qədərki fikir və müddəalara laqeydlik və hör-
mətsizliklə yanaşmır, hər bir fikrə diqqətlə yanaşaraq sonda yekun
mülahizələrini diqqət mərkəzinə çəkir.
Qazan xan obrazını hələlik bütöv bir obraz kimi, əsasən, əli-
mizdə olan “Dədə Qorqud kitabı”ndan öyrənmək mümkündür.
Çünki “Kitab” istisna olmaqla bu günə qədər əlimizdə olan heç bir
“Oğuznamə”də Qazan xan geniş obraz olaraq mövcud deyil. Onu
da deyək ki, “Kitab”ın iki ən əsas obrazından biri kimi Qazan xan
obrazı Dədə Qorqud obrazı qədər əhatəli şəkildə öyrənilə bilmə-
yib. Digər tərəfdən, hətta Dədə Qorqud obrazı da Qazan obrazı ilə
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |