181
müqayisədə eposda çox yer tutmur. “Kitab”ın əksər boylarında
iştirak edən Qazan obrazı məhz ona əhatəli yanaşma tələb edir. Bu
mənada A.İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan ob-
razı” adlanan tədqiqat işi bu boşluğu doldurmuşdur. Əlbəttə, Qa-
zan xan obrazı haqqında monoqrafiyalar da yox deyildir. Ancaq
türk alimi A.Duymazın və B.Abdullanın əlimizdə olan monoqrafi-
yaları ənənəvi-təsviri, tarixi-müqayisəli metod əsasında işlənmiş-
dir. Lakin müəllif bu yolu seçməmiş, hər iki metoddan – tarixi-
müqayisəli və struktur-semiotik metoddan bəhrələnməklə Qazan
xan obrazını müxtəlif bucaqlardan öyrənmiş, kontekst daxilində
və mətnin ifadə səviyyəsi ilə bərabər, mətni müxtəlif qatlar əsasın-
da öyrənərək Qazan obrazını əhatəli şəkildə diqqətə çatdıra bil-
mişdir: Müəllif bundan ötrü Qazan obrazının söykəndiyi mifoloji
bünövrəni aşkarlamış: Qazan obrazının kompleks öyrənilməsi
üçün ona sistemli baxış nümayiş etdirmişdir. Elə bu səbəbdən də
müəllif Qazan təyinlərini üstündən keçiləcək ifadələr kimi yox,
“transformativ məlumat baqajı” adlandırdığı “təməl daşı” funksi-
yasında izah etmişdir. Obrazı modellər əsasında öyrənən A.İslam-
zadə maraqlı quruluş vermiş, müxtəlif təyinləri məna və mahiy-
yətinə uyğun olaraq müxtəlif modellərdə yerləşdirmişdir. Müəllif
ilk olaraq Qazan xan obrazının xan statusunu, vəzifəsini müəy-
yənləşdirmiş, daha sonra Qazan xanın təyinlərini xanlıqdan doğan
funksiya kimi dəyərləndirərək buna “Xan öyüncü” adı vermişdir.
Bir qədər sonra isə bu təyinləri yerləşdirdiyi modellərdə diqqətə
çatdırmışdır. Əsərdə “Zoomifoloji model”də “Tülü quşın yavrısı”,
“Amid soyının aslanı “, “Qaracuğın qaplanı”, “Qonur atın iyəsi”
təyinləri sistematik olaraq izah olunmuşdursa, “Antropomifoloji
model”də “Ulaş oğlı”, “Xan Uruzun ağası”, “Bayındır xanın göy-
güsi”, “Salur Qazan” təyinləri öz səciyyəsini tapmışdır. “Sosiomi-
foloji model”də “Bizə miskin umıdı”, “Qalın Oğuzun dövləti”,
“Qalmış yigit arxası”, “Türküstanın dirəgi” kimi təyinlər eyni qay-
da əsasında mənasına uyğun olaraq tədqiq olunmuşdur. “Ritual-
mifoloji model” kontekstində Qazan xan obrazının ritual-mifoloji
strukturu ayrıca izah olunur, bədii təyinlərlə əlaqəsi meydana
“Dədə Qorqud”un möcüzələr dünyası
182
çıxarılır. Tədqiqəlayiq haldır ki, müəllif Qazan xan obrazının
mifoloji strukturunu müxtəlif modellər daxilində izah edir. Lakin
müəllif obrazı əhəmiyyətli şəkildə tədqiq etdiyi üçün araşdırmanın
məhz bu şəkildə aparılmasına can atmışdır. Qazan xan obrazının
mifoloji strukturunu, əsasən, “Kitab” əsasında izah edən müəllif
boylardakı gizli ritualları mətn təhlili üzrə bərpa etməyə çalışmış-
dır. “Ov ritual”, “Dua ritual”, “Vərəsəlik törəsi”, “Yəğma ritualı”
kimi rituallar inandırıcı əsasla ilk dəfə müəllif tərəfindən elmi
ictimaiyyətin nəzərinə çatdırılır. Burada o da vurğulanmalıdır ki,
“Kitab”ı linqvopoetik baxımdan tam mənimsəyən A.İslamzadə
“Xan Uruzun ağası” təyinini həm də Oğuz mifi kontekstində
araşdırır: “Qazan xanın” “Xan Uruzun ağası” təyini xaqan Bayan-
dırdan sonra Uruzun atası olaraq xan Qazanın yüksək statusunu
göstərir... Oğuz mifinin paradiqmatik təzahürü olaraq bu təyin
kosmoloji-etnoqonik Oğuz strukturunun soy aktı üzərində dayan-
masından qaynaqlanır”. Müəllifin bu qənaətləri bütün parametrlə-
rinə görə elmi və inandırıcıdır.
Son olaraq qeyd edək ki, Qazan xan obrazına bu şəkildə
yanaşma qorqudşünaslıqda ilk addımdır.
“Kitabi-Dədə Qorqud” dastanında
mənəvi tərbiyə məsələləri
Oğuzların, daha dəqiqi, Azərbaycan türklərinin sanballı
abidəsi olan “Dədə Qorqud kitabı” 200 ildir ki, tədqiq və nəşr
edilir, başqa dillərə tərcümə olunur. Burada təkcə onu qeyd etmək
kifayətdir ki, ingilis, alman, fransız, rus, ərəb, fars və başqa dillərə
tərcümə edilmiş “Kitab” ideya-bədii xüsusiy-yətlərinə, türk tarixi,
etnoqrafiyası, musiqisi və ümumən mədəniyyətinin ən səciyyəvi
cəhətlərini özündə ehtiva etdiyinə görə dünyanın ən nüfuzlu alim-
ləri tərəfindən yüksək qiymətləndirilmişdir. Cəmi 154 səhifədən
ibarət olan “Dədə Qorqud kitabı” dünya ədəbiyyatının ən parlaq
inciləri ilə bir sırada durur, bu gün də türk və Avropa alimləri tə-
“Dədə Qorqud”un möcüzələr dünyası
183
rəfindən tədqiq olunur. Burada bir cəhəti xüsusi olaraq vurğula-
maq lazım gəlir: bu vaxta qədərki araşdırmalarda “Kitab” daha
çox dilçilik, folklorşünaslıq, tarix, etnoqrafiya və sosiologiya kimi
elmlər müstəvisində öyrənilmişdir. “Kitab”ın pedaqoji mahiyyəti-
nin üzə çıxarılması, onun pedaqoji fikir tariximizdəki mövqeyi və
digər məsələlər, demək olar ki, araşdırmalardan kənarda qalmış-
dır. Bu mənada Pərişan Həsənovanın təqdim etdiyi “Kitabi-Dədə
Qorqud” dastanında mənəvi tərbiyə məsələləri” (2012) adlı disser-
tasiya bütün parametrlərinə görə aktual və orijinal görünür. Müəl-
lif əsərin elmi yeniliyindən bəhs edərkən göstərir: “Tədqiqatın
elmi yeniliyi dastanın etnopedaqoji mahiyyətinin elmi əsaslarının
aşkarlanmasından, onun mənəvi tərbiyə sisteminin müəyyənləş-
dirilməsindən ibarət olmaqla dastanda üzə çıxarılan mənəvi key-
fiyyətlərin pedaqoji tərbiyə sistemində yeri, onların sonrakı nəsil-
lərə ötürülməsinin zəruriliyi və əhəmiyyətinin əsaslandırılmasın-
dan ibarətdir”. Bu detalların hər biri dissertasiyanın fəsil və böl-
mələrində konkret faktlarla arqumentləşdirilir ki, bu da müəllifin
təkcə “Kitab”a yox, ümumən qədim türk ədəbiyyatı və tarixinə də-
rindən bələd olduğunu, eyni zamanda pedaqogikanın nəzəri
müddəalarını “Kitab”a zərgər dəqiqliyi ilə tətbiq etdiyini təsdiq
edir.
Giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahı-
sından ibarət olan dissertasiyanın hər səhifəsindən bəlli olur ki,
müəllif problemi dərindən mənimsəyib, fəsil və yarımfəsillər
arasındakı ardıcıllığı, məntiqi əlaqəni ustalıqla yaradıb.
Qeyd etdiyimiz kimi, əsərin yarımfəsilləri bir-birini tamam-
layır. İlk olaraq “Kitabi-Dədə Qorqud” abidəsinin meydana çıx-
dığı tarixi şərait və Oğuzlar problemi” adlı birinci yarımfəsilə diq-
qət yetirək. Pərişan Həsənova “Kitab”ın etnopedaqoji abidə kimi
qavranılmasını araşdırarkən, dastanın ilk dəfə elm aləminə bəlli
olması, ayrı-ayrı boyların hələ XIX əsrdə müxtəlif dillərə tərcümə
edilməsi, müxtəlif nüsxələrdən ibarət dastanın müqayisəli təhlili
kimi məsələlərə münasibət bildirir, fikirlərini H.F.Dits, C.Lyun-
sun, V.Bartold, M.Ergin, S.Əlizadə, Ş.Cəmşidov kimi alimlərin
“Dədə Qorqud”un möcüzələr dünyası
184
tədqiqatları kontekstində təqdim etməyə çalışır. Açığını deyim ki,
müəllifin bu tip izahları təkcə pedaqogika yox, həm də dilçilik,
folklorşünaslıq, tarix və etnoqrafiya baxımından əhəmiyyətlidir.
Müəllifi bu cür araşdırma aparmağa sövq edən isə məhz qarşıya
qoyduğu problemin bir neçə sahə ilə sıx bağlılığıdır. Bu mənada
əsərdə tez-tez təkrarlanan “...dastan qədim tarixə malik türk xalq-
larının ulu keçmişini, etnopedaqogikasını, folklorunu, milli mənə-
viyyatını, etnoqrafiyasını və s. əks etdirən sənət abidəsidir” kimi
fikirlər təbii qarşılanır. Yeri gəlmişkən, hər hansı bir mövzunu bir
neçə elmin sintezi kontekstində araşdıran tədqiqatçı xüsusi
intellekt sahibi olmalıdır ki, problemi asanlıqla həll edə bilsin.
P.Həsənova məhz bu tip tədqiqatçıları xatırladır.
“Tədqiqatçılar “Kitabi-Dədə Qorqud” dastanında mənəvi
tərbiyə məsələləri haqqında” adlanan ikinci yarımfəsildə iddiaçı
Ə.Həşimov, A.Səmədov, Ə.Ağayev, Y.Talıbov, Y.Hüseynzadə,
X.Əlimirzəyev kimi alimlərin “Dədə Qorqud kitabı” ilə bağlı təd-
qiqatlarında xalqın mənəviyyatı və mənəvi tərbiyə məsələlərinin
qabarıq şəkildə verildiyini müəyyənləşdirməklə kifayətlənmir.
Əksinə, bu problemlə bağlı onların dediklərini saf-çürük edir,
mövzuya təkcə sinxronik deyil, həm də diaxronik prizmadan
yanaşır. Bu da müəllifə “Kitab”dakı mənəvi tərbiyə məsələlərini
daha dərindən araşdırmağa imkan vermişdir.
Dissertasiyanın birinci fəslinin üçüncü yarımfəsli belə adla-
nır: “Kitabi-Dədə Qorqud”dakı pedaqoji ideyaların müasirlik
çalarları”. Valideyn-övlad məhəbbəti, ər-arvad məhəbbəti, ailə sə-
mimiyyəti, xüsusən də el-obaya, doğma torpağa məhəbbət kimi
məsələlər “Kitab”da poetik şəkildə ifadə olunmuşdur. Müəllif bu
detalların hər birini tərbiyə məsələləri müstəvisində araşdırarkən
müasir həyatımızla bağlılıq dərəcəsini konkret faktlarla əsaslandı-
rır. Məsələn, Oğula olan dərin məhəbbətdən bəhs olunarkən aşağı-
dakı parça təqdim olunur:
Oğul! Oğul! Ay oğul!
Qaza bənzər qızımın-gəlinimin çiçəyi oğul!
“Dədə Qorqud”un möcüzələr dünyası
185
Doqquz ay dar qarnımda götürdüyüm oğul!
On ay dedikdə dünyaya gətirdiyim oğul!
Dolması beşikdə bələdiyim oğul!
Bu parçanın mühüm tərbiyəvi təsirə malik olması, bu gün də
müasirliyini itirməməsi konkret faktlarla əsaslandırılır. “Kitab”da
elə bir boy yoxdur ki, orada ağıl, bilik və bacarıq yüksək şəkildə
dəyərləndirilməsin. Bu mənada P.Həsənova “Kitab”dakı “Bildiyi-
ni unutmasa ağıl yaxşıdır”, “Oğuzlarda dörd igid üzörtüyü ilə gə-
zirdi: biri Qanturalı, biri Qaraçəkir və oğlu Qırxqınıq, biri də Boz
ayğırlı Beyrək idi” və s. kimi parçalarda fiziki qüvvə ilə ağılın
sintezinin bədii şəkildə ifadə olunduğunu qeyd etməklə bərabər,
onu müasir müstəviyə keçirir: “Bu gün Azərbaycanda insanın
hərtərəfli inkşafı, maddi kapitalın insan kapitalına çevrilməsi, döv-
lət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə başçısının insan
amilinə yüksək səviyyədə önəm verməsi, ağıllı, savadlı insanların
idarəetmə, təşkilati, eləcə də təlim-tərbiyə işinə cəlb olunması cə-
miyyətdə sağlam mənəvi mühit yaradır. Bu da öz növbəsində cə-
miyyətin inkişafına təkan verir”. Bu qeydlər “Kitab”dakı mənəvi
tərbiyə məsələlərinin hər zaman aktual və yeni olduğunu bir daha
təsdiq edir.
Əsərin “Kitabi-Dədə Qorqud”da mənəvi tərbiyə məsələ-
lərinin inikası” adlanan ikinci fəsli birbaşa tərbiyə məsələlərinə
həsr olunub. Bu fəslin ilk yarımfəsli “Kitab”dakı vətənpərvərlik
tərbiyəsi məsələlərini əhatə edir. Müəllif “Kitab”da vətənpərvər-
lik motivlərinin Bayındır xan, Qazan xan, Bamsı Beyrək və digər
Oğuz qəhrəmanlarında daha çox müşahidə olunduğunu, eləcə də
döyüşə hazırlıq, ana Vətənin müdafiəsi kimi məsələlərə boyların
hər birində təsadüf edildiyini göstərir. Bu cür detalların hər birini
müasir həyatımızla əlaqələndirmə P.Həsənovanın uğurlarından
biri kimi dəyərləndirilə bilər. Bu mənada müəllifin “Oğuzlarda
gənclərin vətənpərvərlik hissinin, mənəvi dünyasının zəngin-ləş-
dirilməsində cəmiyyətin aparıcı şəxslərinin nümunəsi də əsas rol
oynayırdı. Onu da qeyd etməliyik ki, xalqımızın genetik kodunda
“Dədə Qorqud”un möcüzələr dünyası
186
yer tutan vətənpərvərlik hissi zaman-zaman qəhrəmanların, fəda-
kar insanların yetişməsinə zəmin yaratmışdır” – kimi fikirləri bü-
tün parametdlərinə görə inandırıcıdır.
“Kitabi-Dədə Qorqud”da yoldaşlıq, dostluq və sədaqət tərbi-
yəsi” məsələləri ikinci fəslin ikinci yarımfəslində təhlil süzgəcin-
dən keçirilir. Müəllif yoldaşlıq, dostluq, sədaqət, etibarlıq, əxlaq,
namus, qeyrət kimi məsələləri Qazan xan, Beyrək, Dirsə xanın
xatunu və digər obrazlar müstəvisində şərh edir, daha dəqiqi, bu
tip obrazların mənəvi keyfiyyətlərinin pedaqoji təhlilini verir.
İkinci fəslin üçüncü yarımfəsli belə adlanır: “Mənəvi key-
fiyyətlər olan yaxşılıq, xeyirxahlıq, düzlük və doğruçuluq tərbi-
yəsi!”. “Kitab”ın istər “müqəddimə”sində, istərsə də boylarında bu
keyfiyyətlərin poetik şəkildə ifadəsinə tez-tez rast gəlinir. Bu
mənada mənəvi tərbiyəni həm də məhz bu cür detallar üzrə araşdı-
ran müəllifin irəli sürdüyü müddəalar inandırıcı görünür: ...Tanrı-
dan aldığı qüvvət, atasına olan sonsuz məhəbbət, Yeynəyin qoluna
güc, iradəsinə möhkəmlik və mənlik verir. Yeynək atasını dus-
taqlıqdan xilas edir, azadlığa qovuşdurur.
“Kitab”da böyüyə, ata-anaya, qardaşa, müdrik şəxslərə hör-
mət və məhəbbət qabarıq şəkildə ifadə olunmuşdur. Burada təkcə
onu qeyd etmək kifayətdir ki, Dədə Qorqud müdrikliyi “müqəd-
dimə” qarışıq hər bir boyda mərkəzi xətdə dayanır. Bu mənada
ikinci fəslin dördüncü yarımfəslinin “Kitabi-Dədə Qorqud” dasta-
nında böyüyə, ata-anaya, qardaşa, müdrik şəxslərə hörmət tərbiyə-
si” adlandırılması təbii qarşılanır. P.Həsənova Oğuz cəmiyyətinin
ağsaqqalı Dədə Qorquda xüsusi hörmət və ehtiram bəslənildiyini,
Dədə Qorqud müdrikliyini, oğuzların ağsaqqallığa, insanın ağıl və
düşüncəsinə, mənəvi keyfiyyətlərə dəyər verdiklərini konkret
faktlarla əsaslandırır, valideynlərə, xüsusən də anaya göstərilən
ehtiramı “Ana haqqı – Tanrı haqqı” – deyimi kontekstində şərh
edir.
Dissertasiyada bir sıra qüsurlar da müşahidə olunur:
Səh. 49-da müəllif Oğuz igidlərinin ağıllı olmasından, ağılı
yüksək qiymətləndirməsindən bəhs edir və “Dirsə xan oğlu Buğac
“Dədə Qorqud”un möcüzələr dünyası
187
xan boy”undan böyük bir parça verir. Qanturalının dilində işlən-
miş “Bu dünyayı ərənlər əqllə bulmuşlar” deyiminə isə münasibət
bildirmir. Halbuki bu məsələ daha çox həmin deyim kontekstində
izah olunmalı idi.
“Kitab”da “Qarşı yatan uca dağını aşmağa gəlmişəm” mis-
rası ilə başlanan parçaya iddiaçının münasibəti belədir: “...müasir
ailələrimiz üçün səciyyəvi olmayan, amma əcdadlarımızın elçilik
adət-ənənələrində özünə təməl qazanmış bir müraciətlə də rastlaşı-
rıq”. Birincisi, elçilik müasir ailələrimiz baxımından da səciyyəvi-
dir. İkincisi, həmin parça müasir etnoqrafiyamızda nisbətən dəyi-
şilmiş şəkildə mühaizə olunur (Al almağa gəlmişik... Gəlin apar-
mağa gəlmişik. Dirəyinizi qoparmağa gəlmişik...).
Əsərdə sədaqət tərbiyəsindən geniş şəkildə bəhs olunsa da,
Beyrəyin dilindən verilmiş “Mən Qazanın nemətindən çoq yemi-
şəm, Bilməzsəm gözümə tursun!” misraları ilə başlanan parçaya
münasibət bildirilmir. Halbuki sədaqətli olma tərbiyəsi məhz
həmin parçada daha qabarıq şəkildə ifadə olunur.
P.Həsənovanın “Kitabi-Dədə Qorqud” dastanında mənəvi
tərbiyə məsələləri” adlı əsəri təkcə pedaqogikamız yox, həm də
qorqudşünaslığımız baxımından dəyərlidir.
“Dədə Qorqud kitabı” və müasir Azərbaycan
ədəbi düşüncəsi
Y.N.İsmayılovanın “Dədə Qorqud kitabı” və müasir Azər-
baycan ədəbi düşüncəsi” adlı kitabı (Bakı, 2011) lazımlı, zəruri bir
problemə həsr olunub. Bu məsələ Azərbaycan filologiyası üçün
bir problem olaraq qalırdı. Elə bu prizmadan yanaşdıqda Y.N.İs-
mayılovanın monoqrafiyası zamanın tələbinə cavab verən dəyərli
bir iş kimi qiymətləndirilməlidir.
Bəri başdan qeyd edək ki, tədqiqatda “Kitabi-Dədə Qor-
qud”un Azərbaycan ədəbi düşüncəsinə təsiri probleminin ilk dəfə
olaraq qlobal kontekstdə götürülməsi, eposun milli ədəbi düşüncə-
“Dədə Qorqud”un möcüzələr dünyası
188
nin ilkin mərhələsi və qaynağı kimi ümumazərbaycan ədəbi
düşüncəsinin inkişaf tarixindəki rolu və təsirinin üzə çıxarılaraq
səciyyələndirilməsi, “Kitabi-Dədə Qorqud”un müasir Azərbaycan
nəsrinin inkişafındakı rolunun ilk dəfə xronoloji baxımdan bütöv
şəkildə götürülərək təhlil edilməsi nəticəsində üç əsas təmayül
xətti reallaşır: M.Rzaquluzadə və Ə.Muğanlının yaradıcılığında
gerçəkləşdirilmiş “milli-mənəvi təmayül”; Anarın nəsrində real-
laşdırılmış “milli özünütəsdiq istiqaməti”; K.Abdullanın nəsrində
gerçəkləşdirilmiş “postmodernist yozum xətti”. Hər üç təmayül
xətti konkret faktlarla əsaslandırılır. Bundan başqa, müasir Azər-
baycan poeziyasında “Dədə Qorqud” motivlərinin tədqiqi nəticə-
sində aşkar edilmişdir ki, “Kitabi-Dədə Qorqud”un çağdaş şeiri-
mizə təsiri müasir poeziyanın keçən əsrdən başlayan və bu günə
qədər davam edən tarixini bütövlükdə əhatə edir. Digər tərəfdən,
müəllif müəyyənləşdirir ki, “Dədə Qorqud” motivləri Azərbaycan
poeziyasında iki əsas ifadə planında gerçəkləşib: açıq ifadə planı
və gizli ifadə planı. Tədqiqatda “Dədə Qorqud” motivləri və müa-
sir Azərbaycan dramaturgiyası” məsələsinin əhatəli şəkildə öyrə-
nilməsi müasir dramaturgiya üçün xarakterik olan dörd təmayül
xəttini aşkarlamağa imkan verir. Y.İsmayılova onu da müəyyən-
ləşdirir ki, Azərbaycan ədəbiyyatında “Dədə Qorqud” motivlərinin
roman, poema, dram kimi monumental janrlara doğru sürətli inki-
şaf təmayülü eposda daşınan ideyaların monumentallığı ilə birbaşa
bağlıdır. Bütün bunlar tədqiqatı yüksək elmi-nəzəri əhəmiyyətə
malik olan iş kimi qiymətləndirməyə əsas verir. Burada o da xüsu-
si olaraq vurğulanmalıdır ki, Y.İsmayılova “Kitab”ın poetik struk-
turundakı ən incə detalları belə təhlil süzgəcindən keçirib. Məhz
buna görə də müəllif “Kitab”la müasir ədəbiyyatımızın bağlılığı-
nın bütün tərəflərini müəyyənləşdirə bilib.
Filologiyamızda, ümumən mədəniyyət tariximizdə “Kitab”a
qarşı əsassız və qərəzli hücumların 1951-ci ildə kuliminasiya nöq-
təsinə çatmasından kifayət qədər bəhs olunub. Bu tip araşdırmalar-
da ermənilərin “Kitab”a vurduğu zərbələrə münasibət bildirilsə də,
konkret faktlarla arqumentləşdirilməyib. Bu mənada Y.İsmayılo-
“Dədə Qorqud”un möcüzələr dünyası
189
vanın fikirləri maraq doğurur: “...ermənilərin bu əsəri məhv etmək
cəhdlərinin əsas səbəbi “Dədə Qorqud”un coğrafiyası ilə bağlı idi.
Vaxtilə V.V.Bartold yazırdı ki, “Kitabi-Dədə Qorqud” çox çətin
ki, Qafqaz mühitindən kənarda yaranmış olsun”. V.V.Bartoldun
dediyi Qafqaz mühitində ermənilər nə etnos, nə xalq, nə də dövlət
kimi görünür. Dastanda Oğuzların Gürcüstanla həmsərhəd olduğu
göstərildiyi halda, bu gün ermənilərin məskunlaşdığı Azərbaycan
ərazilərində ermənilərin yaşamadığı göstərilir” (səh.60). Bu qeyd-
lər onu deməyə əsas verir ki, “Kitab”ın coğrafiyası, onun daha
çox Azərbaycanla bağlılığı kimi məsələlərə aydınlıq gətirən müəl-
lif təkcə bir ədəbiyyatşünas, qorqudşünas yox, həm də tarixçi kimi
çıxış edir.
B.Vahabzadə, N.Xəzri, X.R.Ulutürk, Z.Yaqub, N.Kəsəmənli
kimi şairlərin yaradıcılığında “Dədə Qorqud” motivlərini araş-
dıran müəllif “Kitab”ın ideya-bədii xüsusiyyətləri, obrazlar siste-
mi ilə səsələşən onlarca şeir parçalarını təhlil süzgəcindən keçirir.
Məsələn, “Kitab”dakı bir sıra qəhrəman obrazlarının qəhrəmanlıq
ruhunun ifadəçisi kimi çıxış etməsini X.R.Ulutürkün şeirləri müs-
təvisində qabardır:
Bayqurd, Bamsı Beyrək, Bahadır, Buraz...
Bunlar ər adları, ərən adları
* * * *
Gəlsin Dəli Domrul, Dəmirçioğlu
Hər bir hüceyrəsi tufanla dolu.
Burada bir məqam yada düşür: monoqrafiyada “Kitab”dakı
obrazlı ifadələrin müasir poeziyamızda eynilə və ya müəyyən
dəyişmələrlə işlənməsinə, demək olar ki, rast gəlinmir. Məsələn,
“Kitab”da: “Qar üzərinə qan tammış kilbi qızıl yanaqlım”; Adil
Mirseyiddə: “Qar üzərinə damlayır şeirlərimin qanı”. Yaxud “Ki-
tab”da: “Eki şəbçırağa bəŋzər səniŋ gözcigəziŋ”; Əjdər Olda:
“Dədə Qorqud”un möcüzələr dünyası
190
“Yandırsan gözlərin bir cüt lampadır”. Heç şübhəsiz ki, “Kitab”ın
böyüklüyü və əbədiyaşarlığı həm də bu cür qarşılaşdırmalar kon-
tekstində əsaslandırılmalıdır.
Y.İsmayılovaya yaradıclıq uğurları diləyirəm. İnanıram ki,
o, qorqudşünaslığımızı yeni-yeni əsərləri ilə zənginləşdirəcək.
* * * *
Şah abidəmizin sirli-sehirli dünyasına bir səyahətimiz də
beləcə yekunlaşdı: qohumluq terminlərinin semantikasına söykə-
nərək yeddinci yüzilliyin Oğuz kişiləri ilə həmsöhbət olduq; qıp-
çaq kişilərinin tarixini ziddiyyətlər kontekstində araşdırmağa ça-
lışdıq; at belində Vətən quran türk ərənləri ilə birlikdə ucu-bucağı
görünməyən türk ellərini dolaşdıq; ağbirçəklərin dediyi laylalar,
ağsaqqalların söylədiyi kəlamlar, Dədə Qorqudun qopuzu ruhu-
muzu dindirdiyindən ədəbiyyatımızdakı bəzi oxşarlıqları sırala-
malı olduq; Oğuz xanımlarının mərdlik və cəsurluğuna, gözəlliyi-
nə, xanım-xatınlığına heyran olduqsa, onların öz bəy igidlərinə –
ərlərinə olan sonsuz məhəbbət və sədaqətlərini də fəxrlə qarşıla-
dıq; qohumluq münasibətləri və Oğuz cəmiyyətinin idarə olunma-
sı, yaxın qohumlara güvənmə, qohumlar arasındakı ziddiyyətli
məqamları doğuran səbəblər, Oğuz ərənləri və xristian qızları
kimi məsələlərə məhz qohumluq terminləri kontekstində aydınlıq
gətirdik; qohumluq terminlərinə təkcə tarixi-linqvistik yox, həm
də mətnşünaslıq, ədəbiyyatşünaslıq, mifologiya, tarix və etno-
qrafiya baxımından yanaşaraq bir sıra qaranlıq məsələlərə işıq
saldıq; qohumluq terminlərinin atalar sözləri və zərbi-məsəllər,
eyni zamanda poetik kateqoriyalar daxilindəki rolunu, poetik
siqlətini faktlarla arqumentləşdirdik; kişi və qadın cinsini ifadə
edən qohumluq terminlərini “Kitab” və Azərbaycan dili müstə-
visində araşdırmaqla “Kitab”ın məhz Azərbaycan dilində yazıldı-
ğını arqumentləşdirən tutarlı faktların sırasını zənginləşdirdik;
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |