191
təməli ustad türkoloq M.Kaşğari tərəfindən qoyulmuş tarixi antro-
ponimiya məsələlərini dərinləşdirmək məqsədilə “Kitab”da işlən-
miş real və poetik şəxs adlarının hər birinin məna yükünü türko-
logiyanın son nailiyyətlərinə əsaslanmaqla təqdim etdik. “Kitab”ı
olduğu kimi qavramaqla gizli məqamları, görünənlə görünməyə-
nin sərhədini müəyyənləşdirmək istədik...; bir sözlə, “Kitab”ın
diktəsi ilə onu daha dərindən araşdırmağı, onun möcüzəli dünyası
barədə bir-iki kəlmə söz deməyi özümüzə mənəvi borc bildik.
Bilmirəm, bu borcu ödəyə bildik, ya yox?!.. Dəyərli oxucu! İstər-
dim ki, ruhumuza qida verən, əbədiyaşar “Kitab”ımız stolüstü
kitabınız olsun!
“Dədə Qorqud”un möcüzələr dünyası
192
II HİSSƏ
“KİTAB” ZAMAN ANLAYIŞI
MÜSTƏVİSİNDƏ
Türkologiyada M.Kaşğari, M.Kazım bəy, R.M.Melioranski,
N.K.Dmitriyev, N.A.Baskakov, A.N.Kononov, H.Mirzəzadə,
Ə.Dəmirçizadə, A.Axundov, Y.Seyidov və başqaları zaman kate-
qoriyasının tam formalaşmış bir kateqoriya kimi felə aid olmasın-
dan, keçmiş, indiki və gələcək olmaqla üç zamanı əhatə etməsin-
dən geniş şəkildə bəhs ediblər. “Kitab”ın dilindəki zaman kateqo-
riyası da, əsasən, qrammatik zaman (keçmiş, indiki, gələcək) kon-
tekstində araşdırılıb. Konkret desək, Ə.Dəmirçizadə, T.Hacıyev,
Q.Kazımov kimi alimlər “Kitab”ın dilindəki qrammatik zamanları
müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçiriblər.
Azərbaycan dilçiliyində ilk dəfə olaraq Azərbaycan və ingilis
dillərindəki zaman anlayışını leksik, morfoloji və sintaktik tempo-
rallıq (dil zamanı) sahələri üzrə araşdıran İ.Tahirov yazır: “...tem-
porallıq sahəsinin nüvəsini qrammatik zaman, yəni felin zamanlar
sistemi təşkil edir. Felin zamanlar sistemi dildə zaman kateqoriya-
sının – temporallığın maksimal şəkildə ümumiləşmiş və mücərrəd-
ləşmiş ifadə vasitəsidir... Lakin dildə zamanın əks etdirilməsində
morfoloji vasitələr leksik, sintaktik, leksik-sintaktik, leksik-qram-
matik vasitələrdən ayrılmazdır... Qrammatik zaman formaları və
leksik vahidlər arasında əlaqə kommunikativ səviyyədə müəyyən-
ləşir ki, bu da ya semantik qarşılıqlı əlaqədən, ya da funksional
kompensasiyadan ibarət olur”
1
. Rus və Avropa dilçiliyinin son
nailiyyətlərinə istinadən söylənilmiş bu fikirlər elmi və inandırıcı-
dır. Araşdırmalar göstərir ki, nə türkologiyada, nə də ki Azərbay-
can dilçiliyində temporallığın sahələri kompleks və sistemli şəkil-
də tədqiq olunmayıb, temporallığın ifadə vasitələrinin poetik ka-
1
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.63-64.
“Dədə Qorqud”un möcüzələr dünyası
193
teqoriyalar daxilində təzahürünə isə ümumiyyətlə, münasibət bil-
dirilməyib. Düzdür, R.Qafarlı “Kitab”da, ümumən epik ənənədə
çoxsaylı zaman hədlərinin iki bölmədə sistemləşdirilməsinin məq-
sədəuyğun sayıldığını göstərir: “Sadə və qısa zaman həddi. Hadi-
sənin başvermə müddəti, davamlılığı uzun çəkmir. Qəhrəman üç,
yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd bir ilin ta-
mamıdır; mürəkkəb və uzunmüddətli hədd. İnsan ömrünün əsas
mərhələləri ilə (doğulub-evlənməsi; böyüyüb taxt-taca sahib ol-
ması, uşaqlığını, yaxud gəncliyini, cavanlığını başa çatdırması) öl-
çülür və hadisələr illər ərzində davam edir. Eposlarda bu vaxt böl-
güsü bəzən 25-30 il davam edir” (“Azərbaycan türklərinin mifolo-
giyası”. DDA, Bakı, 2010, səh.19-20). Deməli, müəllif “Kitab”da-
kı zaman məsələlərini linqvistik deyil, daha çox “bədii zaman”
kontekstində araşdırıb. Bu mənada temporallıq sahələrinin “Ki-
tab”ın dili üzrə tarixi-linqvistik baxımdan öyrənilməsi təkcə qor-
qudşünaslıq yox, ümumən türkologiya üçün əhəmiyyətlidir. “Ki-
tab”da temporallığın ifadə vasitələri müşahidə olunan bəzi nümu-
nələrə diqqət yetirək:
“Kitab”ın temporallıq baxımından zənginliyi “müqəddi-
mə”dəki birinci cümlədən görünür: “Rəsul əleyhissəlam zəmanına
yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı”. Burada
temporallığın leksik (zəman, yaqın), morfoloji (şühudi keçmiş
zaman şəkilçisi -dı: qopdı) və sintaktik (Rəsul əleyhissəlam zəma-
nı; formaca II növ, funksiyaca III növ təyini söz birləşməsi mode-
lindədir) ifadə vasitələrinin sintezi aydın şəkildə müşahidə olunur
ki, bu da iki mühüm nəticəni çıxarmağa imkan verir: Bayat tayfa-
sından olan Dədə Qorqud Məhəmməd peyğəmbərin zamanına
yaxın (570-632) yaşamışdır; “Dastan” ən azı VII yüzillikdə ya-
ranmışdır. Bu cür nəticələri isə təsadüfi hesab etmək olmaz. Çün-
ki “hadisələr fantastik yozumda deyil, həqiqətən baş vermiş kimi
qəbul edilir. Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qay-
naqları tək yanaşırlar. Bu, eposlarda “emprik zaman”ın əksi hesab
edilir” (R.Qafarlı);
“Dədə Qorqud”un möcüzələr dünyası
194
Oğuz düşüncəsinə görə, insanın yaranması da, bu dünyadan
köç etməsi də təbiətin qanunudur, realdır: “Əvvəl-axır uzun yaşıη
ucı ölüm! Ölüm vəqti gəldügində arı imandan ayırmasun!” (D-
271). Bu cümlədə prosesin zaman hüdudları və müddətini ifadə
edən leksik (əvvəl-axır, uzun), morfoloji (felin əmr şəklinin
morfoloji göstəricisi kimi çıxış edən -sun şəkilçisi: ayırmasun) və
sintaktik temporallıq vasitələrinin (ölüm vəqti – II növ təyini söz
birləşməsi; yaşıη ucı – III növ təyini söz birləşməsi) birlikdə
təzahürü də yuxarıda dediklərimizi təsdiqləyir;
– dağ kultunun canlandırılmasında temporal leksik va-
hidlərdən (qış, yaz) istifadə qabarıqlığı ilə seçilir: “Qışda-yazda
qarı-buzı ərinməyən Qazılıq tağına gəldi çıqdı” (D-26);
– günün hissələrini ifadə edən sabah, öylən (günorta), axşam
kimi temporal sözlərin eyni mətn daxilində işlənməsinə rast gəli-
nir: “Oğul, sabah varub öylən gəlmək olmaz” (D-172). Buradakı
sabah → öylən → axşam sözləri birlikdə “gün” (bütün gün) mə-
nasını reallaşdıran vasitə kimi çıxış edir;
– “qız, sən maηa bir yil baqğıl! Bir yildə gəlməzsəm, iki yil
baqğıl! İki yildə gəlməzsəm, üç yil baqğıl. Gəlməzsəm, ol vəqt
mənim öldügimi biləsən... Gözün kimi tutarsa, köηlüη kimi sevər-
sə, aηa varğıl!” (D-261). Bu parçada ölümə gedən Oğuz igidi Səy-
rəyin sevgilisi ilə bağlı narahatlığı morfoloji (felin əmr şəklinin
morfoloji göstəricisi kimi çıxış edən -ğıl (baqğıl), qeyri-qəti gələ-
cək zamanın təsdiq və inkar forması: -ər, -məz...) və sintaktik tem-
porallıq (bir yildə, iki yildə...) vasitələri kontekstində ifadə olunub.
Maraqlıdır ki, bu cür temporallıq Səyrəyin xatununun dili üçün də
səciyyəvidir: “Yigidim, mən saηa bir yil baqam. Bir yildə gəlməz-
sən, iki yil baqam... Şər xəbər gətürəniη başın kəsəm //Ərkəg
sinəgi üzərimə qondırmıyam...” (D-261). Bu misraların semantik
yükü Səyrəyin xatununu son dərəcə namuslu və sədaqətli bir
qadın obrazı kimi səciyyələndirməyə imkan verir;
– temporal güz (payız) ismi atalar sözləri (Yapağlu gökçə
çəmən güzə qalmaz) və təşbehlər (Güz almasına bəηzər al yaηaq-
lım!) daxilində həlledici vasitələrdən biri kimi çıxış edir ki, bu da
“Dədə Qorqud”un möcüzələr dünyası
195
“Kitab”ın bədii-estetik dəyərini şərtləndirən detallardan biri kimi
götürülə bilər;
Göytürk dilində keçmiş zamanın ifadə imkanlarının zənginli-
yindən bəhs edən Ə.Rəcəbli yazır: “...keçmiş zamanın elə bir mə-
na çalarlığı yoxdur ki, türk dilləri onu ifadə etmək vasitəsinə ma-
lik olmasın. Cəsarətlə demək olar ki, keçmiş zamanın ən incə mə-
na çalarlıqlarını ifadə edə bilmək baxımından türk dilləri dünya-
nın ən zəngin dillərindən biri, bəlkə də? birincisidir... Göytürk di-
lində keçmiş zamanın məna çalarlıqlarının ifadə vasitələrinin zən-
ginliyinə yalnız təəccüb etmək olar”
1
. Müəllifin dərin məzmunlu
bu fikirləri sanki həm də “Kitab”ın dili üçün deyilib. Çünki “Ki-
tab”ın dilində keçmiş zamanın ifadə formalarının intensivliyi və
zənginliyi kontekstində ahəngdarlığın, melodiyalılığın yaradılması
da müşahidə olunur: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerin-
dən turmışdı. Şami günligi yer yüzinə dikdirmişdi. Ala sayvanı
gög yüzinə aşanmışdı. Biη yerdə ipək xalicəsi döşənmişdi” (D-
10). Bu cümlələrdəki feli xəbərlərdə (turmışdı, dikdirmişdi,
aşanmışdı, döşənmişdi) -mış, -miş nəqli keçmiş zaman şəkilçisi və
-dı, -di morfeminin (idi hissəciyinin ixtisar forması) təkrarlanması
ilə obrazlılıq gücləndirilmişdir ki, bu da dastan poetikası baxımın-
dan səciyyəvidir.
Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı zaman an-
layışı temporallıq sahələri üzrə, daha dəqiqi, aşağıdakı istiqamət-
lərdə araşdırılmalıdır:
– temporallığın leksik vahidlərlə ifadəsi;
– temporallığın qrammatik şəkilçilərlə ifadəsi;
– temporallığın sintaktik vahidlərlə ifadəsi.
Heç şübhəsiz ki, “Kitab”ın bu müstəvidə öyrənilməsi bir sıra
qaranlıq məsələlərə işıq sala bilər, eyni zamanda dilimizdə tem-
porallıq sahələrinin dinamikası ilə bağlı müəyyən təəssürat yarada
bilər.
1
Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.107.
“Dədə Qorqud”un möcüzələr dünyası
196
“KİTAB”IN DİLİNDƏ ZAMAN-MƏKAN
VƏHDƏTİNİN İFADƏSİ
Zaman və məkan anlayışlarının vəhdətindən, ayrılmazlığın-
dan, birinin digərini tamamlamasından, eləcə də obyektiv zamanın
şüurdan asılı olmayan mövcudluğundan kifayət qədər bəhs
olunub. Hətta zaman-məkan vəhdətinin bədii mətnlərdəki həlledici
rolu da konkret faktlarla arqumentləşdirilib: “...Xronotoplar nəzə-
riyyəsi”ndə zamanla məkan vəhdətdə götürülür. İlk dəfə Eynştey-
nin işlətdiyi termini (yunan mənşəli xronotop sözünün hərfi məna-
sı ”zaman-məkan” deməkdir) bədii yaradıcılığa tətbiq edən
M.M.Baxtin zamanla məkan arasındakı qarşılıqlı əlaqənin fikrin
obrazlı əksində oynadığı rolu göstərmişdir. Onun təlimində zama-
nın məkandan ayrılmazlığı bədii mətnlərin şərti-məzmun kateqo-
riyası hesab edilir”
1
. Yaxud “Kitab”dakı mifoloji zamanı mücər-
rəd ümumi zaman kontekstində araşdıran S.Rzasoy yazır: “...Oğuz
xandan başlanan “Oğuz zamanı” öz-özlüyündə təkrarlanmır. Bu,
KDQ-də qorunub qalmışdır. Abidədən “Oğuz zamanı” semantemi
keçir. Bu, bütün zamanların struktur nüvəsində duran, onların hə-
rəkət dinamikasının necəliyini müəyyənləşdirən zamandır... Oğuz
zaman və məkanı sakral Oğuz xandan başlanır və onun paradiq-
matik təkrarı şəklində təşkil olunur”
2
. “Kitab”dakı zaman-məkan
vəhdətinin ifadəsinə isə tarixi-linqvistik müstəvidə, demək olar ki,
münasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək:
– hər hansı bir dildə elə bir cümlə modeli yoxdur ki, onun
tərkibində zamanı və məkanı ifadə edən söz və birləşmələr işlən-
məsin və ya onların bərpası mümkün olmasın. Bu da təsadüfi de-
yil. Çünki istənilən iş, hadisə və hərəkət məhz müəyyən bir zaman
və məkan daxilində baş verir. Burada o da vurğulanmalıdır ki, bir
sıra cümlə modellərində zaman və məkanı ifadə edən söz və bir-
1
R.Qafarlı. Azərbaycan türklərinin mifologiyası. DDA, Bakı, 2010, səh.17-18.
2
S.Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, 2008, səh.40.
“Dədə Qorqud”un möcüzələr dünyası
197
ləşmələr, hətta felin qrammatik zaman formaları işlənməsə belə,
onlar yenə də zaman-məkan vəhdəti kontekstində düşünülə bilir.
Məsələn, “Yox, ol, ananıη babasıdır, səniη dədəηdir” (D-282)
cümləsində zaman və məkan ifadə edən söz və birləşmələr, eləcə
də felin qrammatik zaman forması yoxdur. Amma sadə bir mən-
tiqlə başa düşülür ki, bu cümləni ifadə etmiş şəxs (“Kitab”da adı
konkret olaraq ifadə edilməyən bir kişi) Uruza dediyi sözləri
müəyyən bir məkanda, deyək ki, otaqda, çadırda, yaylaqda... ifadə
edib. Yaxud həmin cümlədəki indiki zaman mənası asanlıqla qav-
ranılır: birincisi, “ananıη babasıdır”, “səniη dədəηdir” söz birləş-
mələri ilə ifadə olunmuş ismi xəbərlərin sonundakı -dır, -dir xə-
bərlik şəkilçisi indiki zaman məzmunludur; ikincisi, fikrin indiki
zamanda ifadə olunması mətn kontekstində anlaşılır, daha doğru-
su, assosiativ olaraq indi, hazırda, bu vaxt və s. kimi temporal
leksika yada düşür (bu tip cümlə modelləri dilimizin bütün dövr-
ləri üçün səciyyəvidir).
“Kitab”da zaman-məkan vəhdətinin ifadəsi cümlə modellə-
rində qabarıq şəkildə görünür. Nümunələrə nəzər salaq:
– “Aydır: “A bəglər... Kafər sərhəddinə Cızığlara, Ağlağana,
Gökcə tağa aluban çıqayın” (D-126). Bu cümlədə baş verə biləcək
hadisənin yeri, məkanı əvvəlcə nisbi bir məkan kimi təqdim olu-
nur (kafər sərhəddinə - sərhədinə - Ə.T.), sonra toponimik vahid-
lərlə (Cızığlar, Ağlağan, Gökcə) konkretləşdirilir. Zaman mənası
isə indiki zamanın qrammatik forması (-ır: aydır) və felin əmr
şəklində I şəxsin cəmini ifadə edən - ayın şəxs şəkilçisi ilə (çıqa-
yın – çıxaq) ilə reallaşdırılıb. Deməli, qəhrəmanın gələcək hərəkət
trayektoriyası obrazlı şəkildə canlandırılıb. Amma burada onu da
qeyd etmək yerinə düşür ki, bu tip mətnlər bəzən simvolik – mifo-
loji məna kontekstində izah olunur. Məsələn, R.Kamal yazır: “Ki-
tabi-Dədə Qorqud”un məkan semiotikası üçün sərhəd obrazının
simvolik-mifoloji mənası mühüm şərtdir: “əgər sərhəd qəhrəma-
nın Oğuzdan kənara çıxmasını bildirirsə, simvolik-morfoloji mə-
nada “bu dünya”dan (“özününkü”) “o dünya”ya (“özgə”) keçməsi-
dir. “Kafər sərhədinə çıxmaq”, “sərhədi keçmə” inisiasiya, ovçu-
“Dədə Qorqud”un möcüzələr dünyası
198
luq – evlənmə ritual aktlarına tərkib elementidir. Qazan xan on altı
yaşına çatmış oğlunu sınaqdan keçirmək üçün özüylə kafər sərhə-
dinə götürür...”
1
. Bu fikirləri eynilə qəbul etmək olmaz: birincisi,
ona görə ki, qorqudşünaslıqda həmin cümlədəki toponimik vahid-
lər Azərbaycanın o vaxtkı coğrafi koordinatları prizmasından izah
olunur; ikincisi, yenə də qorqudşünaslıqda xüsusi olaraq vurğu-
lanır ki, “Kitab”da “mifologiya artıq daha çox metaforik-poetik
funksiya daşıyır”. N.Cəfərovun fikrincə, bu, bir neçə səbəblə bağ-
lıdır: “qədim türk epos təfəkküründən fərqli olaraq orta əsrlər türk-
oğuz epos təfəkkürü mifoloji təsəvvürlərdən, demək olar ki, im-
tina edir; ictimai-kütləvi təfəkkürdə realizm (bu və ya digər hadi-
sənin həqiqi mahiyyətini görməyə meyil) güclənir”
2
;
– “Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı”
(D-236). Təhkiyəçinin dilindən verilmiş bu cümlədə zaman-mə-
kan vəhdəti aydın şəkildə görünür: məkan toponimik vahidlər
(Oğuzdan, Bərdəyə, Gəncəyə), zaman isə felin qrammatik zaman
forması ilə (-di, -dı: köç elədi, vətən tutdı) ifadə olunub;
– “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Bu cüm-
lədə temporallığın hər üç sahəsi müşahidə olunur: leksik (dün);
morfoloji (-di şühudi keçmiş zaman şəkilçisi); sintaktik (ötəki gün
– I növ təyini söz birləşməsi). Maraqlıdır ki, bu vasitələrin hər üçü
həm də eyni semantik şaxədə - keçmiş zamanı ifadəetmə xəttində
birləşir: dün (dünən) – keçmiş zaman anlayışlı zərf; ötəki gün (o
biri gün) – keçmiş zaman məzmunlu I növ təyini söz birləşməsi;
-di – şühudi keçmiş zaman forması. Məkan mənası isə konkret
yox, nisbi məkanı bildirən “bundan” (buradan) sözü ilə reallaşdırı-
lıb. Yeri gəlmişkən, “dün yoq, ötəki gün” birləşməsində ellipsisə
uğramış “gün” sözü bərpa edilərsə, belə bir model yarana bilər:
“dün gün yoq, ötəki gün”. Əlavə olaraq onu da bildirək ki, bu mo-
1
R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt.
Bakı, 2013. səh.148.
2
N.Cəfərov. Xanım, hey! (“Kitabi-Dədə Qorqud” eposunda müraciətlər). Bakı,
1999, səh.52-53.
“Dədə Qorqud”un möcüzələr dünyası
199
deldəki “srağagün” anlamlı “dün” və “gün” sözləri zəngin qafiyə-
lər kimi çıxış edir;
– “Sudan keçdi, bu gəz bir qurda tuş oldı” (D-45). Su kultu
və qurd toteminə birbaşa işarə olunan bu cümlədə zaman-məkan
vəhdətinin mifoloji görüşlər kontekstində canlandırılması açıq-
aydın görünür. Bu mənada R.Kamalın qənaətləri elmi və inandı-
rıcıdır: “Qazan xan yağmalanmış evinin xəbərini sudan, qurddan
və köpəkdən sorur. Onun su ilə, qurd və köpəklə xəbərləşməsi
mifopoetik düşüncə hadisəsidir...”
1
.
Türkologiyada bir sıra şəkilçi morfemləri və düzəltmə söz-
lərdə özünü göstərən zaman-məkan vəhdətinə, demək olar ki, mü-
nasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək:
Şəkilçi morfemlərində zaman-məkan vəhdəti. Bu cür
şəkilçilərə nümunə olaraq aşağıdakıları göstərmək olar:
-anda
2
. İki qrammatik şəkilçinin sintezindən yaranıb;
-an
2
(indiki zaman məzmunlu feli sifət şəkilçisi) + -da (ismin yer-
lik hal şəkilçisi) = -anda
2
. Burada bir məqamı xatırlatmaq lazım
gəlir: “-da
2
yerlik hal şəkilçisinin yer-məkan anlamlı “ta” hissəci-
yindən (əslində, “ta” leksemindən) törəmə olduğunu ehtimal etmi-
şik”
2
. Deməli, zaman və məkan məzmunlu şəkilçilərin qovuşması
nəticəsində zaman məzmunlu -anda
2
feli bağlama şəkilçisi yara-
nıb.
-anda
2
şəkilçili feli bağlamaları “Kitab”ın dili kontekstində
nəzərdən keçirək: “Hər atanda on iki batman daş atardı” (D-57).
Burada “atanda” feli bağlaması hərəkəti zamana görə tamamlayır.
Dəqiq desək, bu tip cümlələrdə -anda morfemi ilə “ifadə olunan
hərəkətin icra prosesi elə bir zamanı təşkil edir ki, bu vaxtda digər
hadisə və ya hərəkət həyata keçirilir”
3
.
1
R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt.
Bakı, 2013, səh.142.
2
Ə.Tanrıverdi. Dilimiz, mənəviyyatımız. Bakı, 2008, səh.72.
3
M.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi. Bakı, 1965,
səh.169.
“Dədə Qorqud”un möcüzələr dünyası
200
“Kitab”ın dilində işlənən “Ağ ban evim dikilində yurdı qal-
mış, Qarıcıq anam olurunda yeri qalmış, Oğlım Uruz ox atanda
puta qalmış...” misralarındakı feli bağlamalar belə izah olunur:
“...Bu misralardakı dikilində, olurunda, atanda sözlərini dik-il-in-
də, ol-ur-un-da, at-an-da şəklində kök və şəkilçilərə ayırmaq olar.
Əvvəlki iki sözdə kökdən sonra işlənən -il və -ur felin növ şəkil-
çiləridir. Feli sifət şəkilçisinin həm açıq, həm də qapalı sait va-
riantının olması (-in, -un, -an) bu şəkilçiləri çox qədim dövrlərə
bağlayır. Dikilində, olurunda – tikilən yerdə, oturan yerdə, atanda-
atdığı yerdə mənasındadır. Feli sifət şəkilçisi ilə hal şəkilçisi (-in, -
də) birləşərək feli bağlama kimi çıxış edir və yaratdığı tərkib yer
zərfliyi mənasındadır”
1
. “Kitab”ın 1988-ci il Bakı nəşrində həmin
sözlərdən ikisi (oturunda, atanda) məhz feli sifətlər kimi sadələş-
dirilib: oturduğu, atdığı
2
. Bütün bunlar onu deməyə əsas verir ki,
“Kitab”ın dilində, ümumən qədim türk dilində zaman və məkan
məzmunlu şəkilçi morfemlərinin qovuşmasından yaranmış -anda
2
şəkilçisi həm feli sifət, həm də feli bağlama şəkilçisi kimi çıxış
edib. Sonrakı dövrlərdə isə bu müvazilik ikincisinin (feli bağlama)
ədəbi dilimizdə sabitləşməsi ilə yekunlaşıb. Bu hadisəyə “Kitab”ın
dili kontekstində aydınlıq gətirməyə çalışan Ergin (Qəhrəmanova)
Yeganə ilk olaraq diqqəti “Dastan”da işlənən bir neçə nümunəyə
yönəldir: Tavla-tavla bağlananda atuma yazıx!; Qartaş deyü sıq-
layanda yoldaşıma yazıx!; Yumru-ğunda talbınanda şahin quşuma
yazıx! Sonra isə belə bir şərh verir: “...ikinci qrupa daxil olan
cümlələrdəki (yuxarıdakı nümunələr nəzərdə tutulur – Ə.T.) sözlər
haqqında eyni fikri söyləməkdə bir qədər çətinlik çəkirik. Fikri-
mizcə, bu nümunələrdəki -anda
2
şəkilçisi hələ tamamilə feli bağ-
lamalaşmamış, feli bağlamaya doğru inkişaf keçirməkdə olan feli
sifətlərdir”
3
. Müəllifin qeydləri -anda
2
feli bağlama şəkilçisinin
1
Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, səh.489-490.
2
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.142.
3
Ergin (Qəhrəmanova) Yeganə. “Kitabi-Dədə Qorqud” dastanında felin təsriflən-
məyən formaları. Bakı, 2011, səh.23.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |