201
dinamikası barədə müəyyən təəssürat yaradır. Amma bu dinami-
kanı ellipsis kontekstində izləmək, onun məntiqi əsaslarını dəqiq-
ləşdirmək lazım gəlir. Bəri başdan qeyd edək ki, “Kitab”ın Zeyna-
lov-Əlizadə nəşrində (Bakı, 1988) yuxarıdakı nümunələr mətnin
semantikasına uyğun sadələşdirilib: bağlananda-bağlanan, sıqla-
yanda (sızlamaq) – sızlayan, talbınanda (qanad çalmaq) – qanad
çalan. Həmin feli bağlamaları belə bərpa etmək olar (ellipsisə uğ-
ramış sözləri əlavə etməklə): bağlananda-bağlanan vaxtda (anda,
zaman-da...); sıqlayanda-sıqlayan vaxtda (anda, zamanada...),
talbı-nanda-talbınan vaxtda (anda, zamanda...). Bu o deməkdir ki,
-anda
2
şəkilçisindəki -da
2
morfemi substantivləşmə nəticəsində
ellipsisə uğramış sözün funksiyasını yerinə yetirir. Deməli, -anda
2
şəkilçisinin məkan deyil (əslində, prinsipcə -da
2
yerlik hal şəkilçi-
sinə görə -anda
2
məkan məzmunlu şəkilçi kimi sabitləşməli idi),
məhz zaman məzmunlu feli bağlama şəkilçisi kimi sabitləşməsi
heç də təsadüfi deyil. Zaman məzmunlu gün, ay, il kimi isimlərə -
da
2
şəkilçisinin artırılması ilə düzəlmiş gündə, ayda, ildə tipli söz-
lər də dediklərimizi arqumentləşdirə bilər. Burada yekun kimi o da
vurğulanmalıdır ki, -anda
2
şəkilçisi “Kitab”ın məhz Azərbaycan
dilində yazıldığını şərtləndirən ən mühüm detallardan biridir: “Bu
şəkilçi indi də Azərbaycan dilində canlıdır və türk dillərindən
Azərbaycan dilini fərqləndirici bir əlamət kimi işlənməkdədir. Bu
şəkilçinin “Kitabi-Dədə Qorqud” dastanlarında işlənməsi bir daha
isbat edir ki, ümumxalq Azərbaycan dili özünə xas olan cəhətlərilə
IX-XI əsrlərdə artıq müstəqil bir dil halında formalaşmışdır”
1
;
-dıqda
4
. Zaman məzmunu ifadə edən -dıqda (-dikdə, -duq-
da, -dükdə) feli bağlama şəkilçisi türkoloji araşdırmalarda belə sə-
ciyyələndirilir: -dıq (keçmiş zaman məzmunlu feli sifət şəkilçisi)
+ -da
2
(ismin yerlik hal şəkilçisi). -dıqda, -dikdə şəkilçili feli bağ-
lamalara “Kitab”ın dilində az təsadüf olunur: “Oğuzuη ala gözli
qızı-gəlini bildıqda//Hər kişi sözün söylədikdə” (D-197). Bu nü-
munələrdəki feli bağlamalardan “bildıqda”nın transkripsiyasını
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.110.
“Dədə Qorqud”un möcüzələr dünyası
202
“boyla (dıqda)” şəklində məqbul hesab edən Ə.Dəmirçizadə tür-
koloji araşdırmalara, dəqiq desək, N.K.Dimitriyevə istinad edərək
yazır: “... boyla (dıqda), söylə (dikdə) feillərinə bitişdirilmiş “-
dıqda, -dikdə” şəkilçiləri də prof.N.K.Dimitriyevin çox doğru
qeyd etdiyi kimi, -dıq, -dik şəkilçilərinə hal şəkilçisinin bitişdi-
rilmə ilə əmələ gətirilmiş və işin olma anını bildirmək üçün işlən-
mişdir”
1
. Heç şübhəsiz ki, “işin olma anı” -dıq, -dik şəkilçisinə bi-
tişdirilmiş -da
2
yerlik hal şəkilçisi baxımından izah olunarkən el-
lipsisə uğramış və ya nəzərdə tutulmuş an, zaman, vaxt və s. kimi
zaman məzmunlu leksik vahidlərin -da
2
morfemində ehtiva olun-
masına da diqqət yetirilməlidir. Qeyd edək ki, problemə bu kon-
tekstdə yanaşma -dıqda, -dikdə şəkilçisinin etimoloji əsaslarını
dəqiqləşdirməyə imkan verir. Müq.et: bildıqda (bildikdə) -bildıq
anda// vaxtda//zamanda...; söylədikdə-söylədik anda//vaxtda //za-
manda (burada -dıq şəkilçili feli sifətlərin qədim türk dili üçün sə-
ciyyəvi olduğunu xatırlatmaq lazım gəlir. “Oğuznamə”də: “Toğ-
madıq oğlana ad qoma”);
-duğımda, -duğında, -dügimdə, -dügində. Zaman məzmun-
lu bu feli bağlama şəkilçisində üç şəkilçi morfeminin sintezi görü-
nür: -duq (keçmiş zaman məzmunlu feli sifət şəkilçisi); -ım, -ın, -
im, -in... (mənsubiyyət kateqoriyasının şəkli əlamətləri); -da (is-
min yerlik hal şəkilçisi). Ə.Dəmirçizadə “Kitab”da işlənən “baq-
duğımda”, “gəldügində” sözlərindən bəhs edərkən yazır: “...-du-
ğumda, -dügündə şəkilçiləri -duq, -dük şəkilçisi ilə əmələ gətirilən
feli sifətin və ya, daha dürüstü, M.Kaşğari “Divan”ında göstəril-
diyi kimi, -duqi, -duqum, -duqun və -dugi, -dügüm, -dügün şəkil-
çiləri ilə şəxslənmiş xüsusi növlü məsdərlərin axırına yerlik hal
şəkilçisi -da, -də bitişdirilməklə alınır”
2
. -anda
2
, -dıqda (-dikdə, -
duqda, -dükdə) şəkilçilərində olduğu kimi, duğımda, -duğında, -
dügimdə, -dügində feli bağlama şəkilçisindəki -da
2
yerlik hal şə-
kilçisi də özündə ellipsisə uğrayan və ya nəzərdə tutulan zaman
1
Ə.Dəmirçizadə.“Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959,səh.110-111.
2
Yenə orada.
“Dədə Qorqud”un möcüzələr dünyası
203
məzmunlu sözlərin (an, vaxt, çağ ...) məna yükünü əks etdirir. Bə-
zi nümunələrə nəzər salaq: “Beyrək yayı gördügində yoldaşlarını
andı, ağladı” (D-108). Buradakı “gördügində” feli bağlamasını be-
lə bərpa etmək olar: gördügi anda (vaxtda...), yaxud “Sağım ələ
baqduğımda” (D-124) feli birləşmənin tərkibindəki “baqduğımda”
feli bağlaması baqduğım anda (vaxtda...) şəklində bərpa oluna
bilir.
Düzəltmə sözlərdə zaman-məkan vəhdəti. Araşdırmalar
göstərir ki, zaman-məkan vəhdəti müşahidə olunan sözlərdə ilk
olaraq zaman məzmunlu söz, sonra isə yer-məkan məzmunu ifadə
edən şəkilçi morfemi işlənir: imdi, yildə, yaylaq... Zaman-məkan
vəhdəti kontekstində izah etdiyimiz şəkilçi morfemlərində də (-
anda
2
, -dıqda, -dikdə...) əvvəlcə zaman, sonra yer-məkan məz-
munlu şəkilçi morfemləri işlənir. Heç şübhəsiz ki, zaman və mə-
kan anlamlı vahidlərin bu cür sıralanması türk dillərinin qram-
matik sistemindəki qanunauyğunluqlardan biridir.
Zaman-məkan vəhdətini özündə əks etdirən sözlərin “Ki-
tab”ın dili üzrə nəzərdən keçirilməsi aşağıdakı nəticələri söy-
ləməyə imkan verir:
− ilin fəsillərini bildirən zaman məzmunlu isimlərə -da
2
yerlik hal şəkilçisinin qoşulması ilə düzələn zaman zərfləri: yazda,
qışda. “Qışda-yazda qarı-buzı ərinməyən Qazılıq tağına gəldi
çıqdı” (D-26). Burada onu da qeyd edək ki, dilçiliyimizdə yazda,
yayda, qışda kimi sözlər həm də zaman mənalı isimlər başlığı
altında izah olunur. Amma bu da var ki, dilçiliyimizdə necə təq-
dim olunmasından asılı olmayaraq, həmin sözlərdəki -da
2
morfemi
ilkin qrammatik semantikasını itirmiş şəkilçilərdən biri kimi təhlil
süzgəcindən keçirilir;
− də yerlik hal şəkilçisinin, daha dəqiqi, sözdüzəldici şəkilçi
funksiyası qazanmış “-də”-nin zaman məzmunlu “yil” (il) isminə
artırılması ilə yaranmış “yildə” zaman zərfi “Kitab”da intensivliyi
ilə fərqlənir: yildə. “Xanlar xanı xan Bayındır yildə bir kərrə toy
edib, Oğuz bəglərin qonaqlardı” (D-10);
“Dədə Qorqud”un möcüzələr dünyası
204
− ol işarə əvəzliyinə -da yerlik hal şəkilçisinin artırılması ilə
yaranmış “anda” zaman zərfi indi yox, o vaxt, o zaman mənasın-
dadır ki, bu da “anda” (onda) sözünü zaman-məkan vəhdəti mü-
şahidə olunan sözlərdən biri kimi səciyyələndirməyə əsas verir:
anda. “Anda dəxi “ərəm, bəgəm” – deyü ögünmədim” (D-278);
− zaman məzmunlu -am//-im//-in isminə -di morfeminin (-da
yerlik hal şəkilçisinin arxaik forması) artırılması ilə indiki zaman
anlayışı ifadə edən “imdi” (indi) zaman zərfi düzəlib: imdi. “Çün
böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” (D-80); Bu
cəhət “Kitab”ın dilində işlənməyən “ertə” sözündə də özünü
göstərir: er (səhər, sabah) + tə (-də yerlik hal şəkilçisinin arxaik
forması) + ertə (səhər vaxtı)
1
;
-yer-məkan məzmunlu -laq şəkilçisinin ilin fəsillərinin adla-
rını bildirən isimlərə artırılması ilə yer bildirən bir sıra isimlər ya-
ranıb: qışlaq, yaylaq... Maraqlıdır ki, “Kitab”ın dilində bu sözlər-
dən birincisinə (qışlaq) rast gəlinmir, ikincisi isə (yaylaq) üstün
mövqedə çıxış edir: yaylaq (dağ yeri; yayda qoyun və mal-qara
sürülərinin saxlandığı yer). “Qarşu yatan qara tağı sorar olsam,
yaylaq kimüη?” (D-102).
Diqqətçəkən məqamlardan biri də budur ki, zaman-məkan
vəhdəti “y” cingiltili samiti ilə başlanan türk mənşəli bir sıra za-
man və məkan məzmunlu sözləri də əhatə edir: yer-məkan se-
mantikası: yer (yer kürəsi; yer qabığının üst qatı; torpaq və s. an-
lamlı); zaman semantikası: yaz, yay, yil (il), yarın (sabah)... (bu
sözlər “Kitab”ın dilində intensivliyi ilə fərqlənir). Bu tip vahidlər
təsadüfi oxşarlıqları yox, eyni semantik yuvadan şaxələnməni xa-
tırladır. Həmin semantik yuvada isə nüvə kimi “yer” sözü götürülə
bilər. Bu da problemə astronomiya və dilçilik kontekstində yanaş-
ma tələb edir: “yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi
müddət bir ildir”: müq.et: yer→yil (il); “y” ilə başlanan yıl//yil sö-
zü qədim türk dilində “işıq” mənasını ifadə edib; ilin qış ilə yay
arasında olan fəsli “yazdır”: müq.et: yer→yil (il)→yaz; ilin yazla
1
Ə.Şükürlü. Zərf. Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.394.
“Dədə Qorqud”un möcüzələr dünyası
205
payız arasında olan fəsli “yaydır”: müq.et: yer→yil (il)→yay;
“yarın” sabah, gələcək gün mənasındadır: müq.et: yer→yil
(il)→yarın... Təqdim etdiyimiz bu müqayisələr daha çox dünyanın
heliosentrik sistemi ilə, konkret desək, yer və başqa planetlərin
Günəş ətrafında, həm də öz oxu ətrafında dolanması haqqında
təlim ilə səsləşir.
“Kitab”da zaman-məkan vəhdətini əks etdirən dil vahidləri-
nin rəngarəngliyi türk dillərinin, o cümlədən Azərbaycan dilinin
zənginliyini sübut edir.
TEMPORALLIĞIN LEKSİK
VAHİDLƏRLƏ İFADƏSİ
“Kitab”ın dilində temporal leksika xüsusi bir lay təşkil edir.
Bu tip vahidlərin ümumi mənzərəsi aşağıdakı istiqamətlərdə daha
aydın görünür:
zərflər: imdi, dün, sabah, həmişə...
isimlər: yil, gün, yaz, yay, güz, qış...
sifətlər: yarınkı, ağlı-qaralı...
qoşmalar: əvvəl, soηra, bərü...
bağlayıcı sözlər: qaçan kim, ol vəqt kim ...
frazeoloji vahidlər: dün qatmaq, günlərdə bir gün, göz açıb
görmək...
“Kitab”ın dilindəki temporal leksikanı yuxarıda təqdim etdi-
yimiz sistem üzrə təhlil etməzdən əvvəl “zaman” sözünə − onun
mənşəyi, intensivliyi, sinonimliyi kimi məsələlərə münasibət bil-
dirməyi zəruri hesab edirik. İlk olaraq qeyd edək ki, “zəman” sözü
“Kitab”ın birinci cümləsində üçüncü söz kimi işlənib (Rəsul əley-
hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir
ər qopdı); “Kitab”da ərəb dilindəki forma və semantikasına uy-
ğundur (zəman), müasir Azərbaycan ədəbi dilində isə “zaman”
formasında sabitləşib; “Kitab”da “zəman” sözünün sinonimləri də
qabarıqlığı ilə seçilir: zəman (Axır zəmanda xanlıq gerü...) →
vəqt-vaxt (...ol vəqt Qazan evin yağma edərdi) → dəm-vaxt (Evin
“Dədə Qorqud”un möcüzələr dünyası
206
yağmalatdığıη dəm Taş Oğuz belə bulınmadı, səbəb oldur) → bu
məhəl – bu zaman (Bu məhəldə oğuz ərənləri bir-bir yetdi) →
əyyam (Oğuz genə əyyamla gəlüb, yurdına qondı) → vədə (Əcəl
vədə irməyincə kimsə ölməz) → çağ (Qalın Oğuzıη gəlini-qızı
bəzənən çağda)... Zaman sözünün assosiativliyi kontekstində
dəqiqləşdirdiyimiz bu sinonim cərgənin rənga-rəngliyi “Kitab”da
temporallığın ifadə vasitələrinin zəngin-liyini təsdiqləyən ilkin
kodlar kimi çıxış edir. Şübhəsiz ki, bu cür kodların açılması qədim
türk dili, tarixi, etnoqrafiyası və mifologiyası ilə bağlı dolğun
fikirlər söyləməyə imkan yaradar, bir sıra qaranlıq məsələlərə,
gizli məqamlara işıq sala bilər. Çünki “Kitab” yenə də sirli-sehirli
olaraq qalır. Bu da təsadüfi deyil. Çünki “mifik zaman emprik za-
manın içərisində əridən ozanlar türkün kökünün uzaqlığını, ilkin-
liyini təsdiqləyirdilər”
1
. Bu fakt da “Kitab”da temporallığın leksik
vahidlərlə ifadəsinin ayrılıqda, həm də yuxarıda təqdim etdiyimiz
sistem üzrə təhlil süzgəcindən keçirilməsini şərtləndirir.
Temporal zərflər (zaman zərfləri)
Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman zərf-
lərinin bir qismi semantika baxımından felin qrammatik zamanları
ilə eyni xətdə birləşir. Daha doğrusu, bir sıra zaman zərfləri felin
qrammatik zaman formasını konkretləşdirir, onun qabarıqlığını
təmin edir. Digər tərəfdən, bəzi ismi xəbərli cümlələrdə zaman
mənası məhz zaman zərfləri ilə ifadə olunur. Məsələn, “Kitab”ın
dilində işlənmiş “imdi” (indi) zaman zərfinin funksionallığına
mətn daxilində diqqət yetirək: “Görəlim, imdi yaradan neylər”
(D-148); “İmdi qanı dedigim bəg ərənlər?!” (D-154). Birinci cüm-
lədə işlənmiş indiki zaman məzmunlu “imdi” zaman zərfi həmin
cümlədəki qrammatik zaman formasının (-ər//-ir neylər) daha qa-
barıq şəkildə ifadə olunmasını təmin edib. İsmi xəbərli ikinci cüm-
1
R.Qafarlı. Azərbaycan türkünün mifologiyası. DDA, Bakı, 2010, səh.19.
“Dədə Qorqud”un möcüzələr dünyası
207
lədə isə indiki zaman mənası daha çox “imdi” sözü ilə reallaşdırı-
lıb. Yaxud keçmiş zaman məzmunlu “əvvəl” zaman zərfinin eyni
cümlə daxilində iki dəfə həm də müxtəlif funksiyalarda çıxış
etməsinə təsadüf olunur: “Qızlarıη yolı əvvəldir, əvvəl sən at!”
(D-199). Bu cümlənin ümumi semantik yükündə zaman mənasının
qabarıq şəkildə təzahürü müşahidə olunur ki, bu da təsadüfi deyil.
Çünki həmin cümlədəki ismi xəbər də, zaman zərfliyi də məhz
zaman zərfi ilə (əvvəl sözü ilə) ifadə olunub. Qeyd edək ki,
“Kitab”ın dilindən verdiyimiz yuxarıdakı cümlə modelləri müasir
ədəbi dilimiz üçün də səciyyəvidir. Daha dəqiqi, bu tip cümlələr
müasir ədəbi dilimizdə təkmilləşmiş, zənginləşmiş şəkildədir.
Azərbaycan dilçiliyində zaman zərflərinin semantikası ilə fe-
lin qrammatik zamanlarının yaxınlığına müxtəlif prizmalardan ya-
naşılıb: T.Hacıyev zaman zərflərinin semantikasına tarixi-linqvis-
tik müstəvidə aydınlıq gətirir: “...felin qrammatik zamanlarına
müvafiq zaman zərfləri zamanın müxtəlif müddətlərini bildirir.
Keçmiş zaman anlayışı göstərilir: əvvəl(-lər); qabaq(-lar); çoxdan,
əzəldən, onda// anda; dünən//dün, o gün, o vaxt... İndiki zaman
məzmunu bildirilir: indi//imdi, şimdi; hazırda, dərhal, bu gün, bu
axşam... Gələcək zaman anlayışı verilir: sabah//səhər//danla, sonra
(lar)... Eyni zamanda bütün zamanları əhatə edən, universal zaman
məzmunu verən zərflər də var: həmişə, dəmadəm, daim, müdam,
hər gün, hər axşam, hər səhər, hər an, yenə...”
1
. Y.Seyidov ismi
xəbərlərə aid olan zaman zərflərinə tam başqa bucaqdan yanaşır:
“...Zərf cümlədə hərəkət bildirməyən sözlərə də aid ola bilər: O
indi tələbədir, sabah mütəxəssis olacaqdır. Buradakı indi zərfi ismi
xəbərə (tələbədir) aiddir. Bu o demək deyil ki, zərf həm də əşya-
nın əlamətini (burada zamanın) bildirən nitq hissəsi kimi təriflən-
sin. Ona görə də zərfi hərəkətin əlamətini bildirən nitq hissəsi kimi
təqdim etmək kifayətdir”
2
. Ə.Şükürov zaman zərflərini adi, kon-
1
T.Hacıyev. Zərf. – H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı,
1990, səh.193.
2
Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı, 2000, səh.365.
“Dədə Qorqud”un möcüzələr dünyası
208
kret və davamlı olmaqla üç istiqamətdə qruplaşdırır: adi zaman
anlayışı ifadə edən zərflər (indi, dünən, ertə); konkret zaman an-
layışı ifadə edən zərflər (indicə); davamlı zaman anlayışı ifadə
edən zərflər (çoxdan, illərlə, aylarla, ildən-ilə, gündən-günə, gecə-
dən-gecəyə)
1
. İ.Tahirov Azərbaycan və ingilis dillərindəki zaman
zərflərini temporallıq sahəsinin üfüqi strukturu, daha dəqiqi, mik-
rosahələri kontekstində təhlil edir: “keçmiş zamanın mikrosahəsi –
zərflər (dünən, bildir, onda, yaxında); indiki zamanın mikrosahəsi
– indi, anən...; gələcək zamanın mikrosahəsi – sabah, səhər, həmi-
şə...”
2
. “Kitab”da işlənmiş temporal zərflərin səciyyəvi cəhətləri
həm də bu tip araşdırmalara istinadən dəqiqləşdirilməlidir. Bu mə-
nada “Kitab”dakı temporal zərflərlə bağlı ilk olaraq aşağıdakıları
qeyd etmək olar:
− “Kitab”ın dilində işlənmiş temporal zərflər müxtəlif za-
man anlayışlarını ifadə edir: keçmiş zaman məzmunu ifadə edən-
lər: əvvəl, əzəldən, dün...; indiki zaman məzmunu ifadə edənlər:
imdi, şimdi, dərhal...; gələcək zaman məzmunu ifadə edənlər:
sabah, soηra, taηla...;
− “Kitab”dakı temporal zərfləri mənşəyinə görə üç yerə böl-
mək olar: türk mənşəlilər: imdi, dün, taηla...; ərəb mənşəlilər: əv-
vəl, sabah, daim...; fars mənşəlilər: həmişə, dərhal (“hal” morfemi
ərəb mənşəlidir)...;
− “Kitab”da intensivliyi ilə fərqlənən temporal zərflər qədim
türk abidələrinin dili baxımından da səciyyəvidir: “Kitab”da –
imdi, dün, gecə...; Orxon-Yenisey abidələrində -amtı, tün, kiçə...;
M.Kaşğarinin “Divan”ında - əmdi, tün, keçə...;
− “Kitab”ın dilində rast gəlinən temporal zərflərin müasir
Azərbaycan dilində işlənmə səviyyəsi belədir: ədəbi dilimizdə
eynilə işlənənlər - əvvəl, həmişə, gecə...; ədəbi dilimizdə fonetik
dəyişmə ilə sabitləşənlər: imdi→indi, genə//yenə→yenə...; “Ki-
1
Ə.Şükürlü. Zərf – Bax: Müasir Azərbaycan dili, II. Bakı, 1980, səh.408.
2
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.77-87.
“Dədə Qorqud”un möcüzələr dünyası
209
tab”dakı forma və semantikasını şivə səviyyəsində eynilə mühafi-
zə edənlər: imdi, yazın... (hər iki söz daha çox Azərbaycan dilinin
qərb şivələri baxımından səciyyəvidir)...;
− “Kitab”ın dili üçün səciyyəvi olan temporal zərfləri quru-
luşuna görə üç yerə ayırmaq olar: sadə zaman zərfləri: dün, daim,
əvvəl...; düzəltmə zaman zərfləri: imdi, yazın (yazda)...; mürəkkəb
zaman zərfləri: dünli-günli...
Bu tezislər belə bir fikri reallaşdırır: “Kitab”ın dilində işlən-
miş keçmiş, indiki, gələcək və universal zaman anlayışlı zərflərin
hər biri ayrılıqda təhlil süzgəcindən keçirilməli, onların mətndəki
mövqeyi, leksik-semantik yükü, poetik kateqoriyalar daxilindəki
rolu kimi məsələlərə aydınlıq gətirilməlidir.
Keçmiş zaman məzmunlu zərflər
Anda (onda). Qeyd etdiyimiz kimi,”anda” sözü “ol+da”
modeli əsasında yaranıb: “Anda dəxi “ərəm, bəgəm” – deyü öyün-
mədim” (D-278).
Baya (bayaq). “Bir az bundan əvvəl, qabaqca” anlamlı “ba-
yaq” sözü “Kitab”da “baya” şəklində həm də cəmi bir dəfə iş-
lənib: “Baya mırlardı. Şimdi xırlamağa başladı (D-160). Ardıcıl
verilmiş bu cümlələrdən birincisində keçmiş (baya-bayaq), ikinci-
sində indiki zaman (şimdi) anlayışlı zaman zərfi işlənib ki, bu da
mətndəki antitezanı qüvvətləndirir: baya(q) – şimdi; mırlamaq-
xırlamaq (mırla-xırla vahidləri həmqafiyə sözlər kimi çıxış edir).
Dün (dünən). “Kitab”da “dün” sözünün “dünən” mənasında
işlənməsinə az təsadüf olunur: “Dün yoq, ötəki gün eviη bundan
keçdi” (D-47). Gecə, axşam, qaranlıq anlamlı “dün” sözü isə in-
tensivliyi ilə diqqəti cəlb edir: “Dünlə kərvan keçdügin turğay bi-
lir” (D-5). Burada onu da qeyd edək ki, müasir dilimizdəki “dü-
nən” sözünün “dün+gün” modelinin inkişafı əsasında yaranması
türkologiyada xüsusi olaraq qeyd olunur.
Əvvəl. Ərəb mənşəli, ilk dəfə, birinci dəfə anlamlı “əvvəl”
sözü “Kitab”da həm zaman zərfi, həm də qoşma kimi işlənib: Za-
“Dədə Qorqud”un möcüzələr dünyası
210
man zərfi kimi: “İmdi incinmə, xanım, əvvəl onuη əliη öpdigimü-
zə” (D-74); qoşma kimi: “Oğuzıη ögincə bundan əvvəl kimsə
köçməzdi” (D-214).
Əzəldən. Ərəb mənşəli daimilik, ilkin və s. anlamlı “əzəl”
sözünə türk mənşəli -dən şəkilçisinin artırılması ilə düzəlib, “Ki-
tab”da intensivliyi azdır, konkret desək, cəmi bir dəfə atalar söz-
ləri daxilində işlənib: “Əzəldən yazılmasa, qul başına qəza gəl-
məz” (D-3). Bu nümunə ilə bağlı onu da qeyd edək ki, keçmiş
zaman anlayışlı “əzəldən” sözündəki “əz” hissəsinin alliterasiyası
ilə (əz-qəza, gəlməz) poetik məna qüvvətləndirilib.
İndiki zaman məzmunlu zərflər
Dərhal. Qeyd etdiyimiz kimi, bu söz ərəb və fars mənşəli
morfemlərin sintezi əsasında yaranıb. O saat, tez, əlüstü və s. kimi
mənaları ifadə edən “dərhal” sözü “Kitab”da az işlənib: “Təmə
edüb, dərhal cima eylədi” (D-215).
Dostları ilə paylaş: |