İmdi. Hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı “imdi”
sözü “Kitab”da intensivliyi ilə fərqlənir: “Görəlim, imdi yaradan
neylər” (D-148). Müasir ədəbi dilimizdə “indi” şəklində sabitləşən
bu söz şivələrimizdə (qərb şivələrində) “Kitab”dakı forma və
semantikasına uyğun işlənir.
Şimdi. İndi mənasını ifadə edən “şimdi” sözü “Kitab”da bir
neçə dəfə işlənib: “Həm şimdi nə yersən, nə içərsən və nəyə bi-
nərsən?” (D-274). Qeyd etdiyimiz kimi, müasir ədəbi dilimizdəki
“indi” sözü “şimdi”nin yox, “imdi”nin fonetik tərkibcə dəyişikliyə
uğramış variantıdır.
Həman. Bu əvəzlik “Kitab”da “dərhal” mənasında işləndiyi
üçün şərti olaraq indiki zaman məzmunlu zərflər sırasında veririk:
“Həman Beyrək atdan endi” (D-79). “Kitab”ın dilində “həman”
sözünün “imdi” sözündən əvvəl işlənərək onun semantik tutu-
mundakı indiki zaman mənasını qüvvətləndirməsi də müşahidə
olunur: həman imdi – günü bu gün, məhz indi, elə indi. “Çün böy-
lə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” (D-80). Yeri
“Dədə Qorqud”un möcüzələr dünyası
211
gəlmişkən, “Dədə sözü işığında” kitabında Banıçiçəyin dilindən
verilmiş “...bir yasduqda baş qoduğım!” ifadəsinin (mətndən aydın
olur ki, toydan 16 il əvvəl deyilib) “ər-arvad” mənasında işləndiyi-
ni əsaslandırmaq üçün bir neçə arqument gətirmişdik: Banıçiçə-
yin xristian qızı olması və ya qeyri-müsəlman həyat tərzi keçir-
məsi; Beyrəyi öz çadırında qəbul edərkən özünü sərbəst aparması
və s. Bu sıraya yuxarıdakı cümlənin semantikasından doğan bir
fikri də əlavə etmək olar: Banıçiçək Beyrəklə öz toyunu həmin an,
dərhal, lap tez etdirmək fikrində israrlıdır. Bu da həmin cümlədən
əvvəl təhkiyəçinin dilindən verilmiş “Beyrək üç öpdi, bir dişlədi”
cümləsinin semantik yükü ilə birbaşa bağlanır. Deməli, “həman
imdi” ifadəsində Beyrəklə Banıçiçəyin toydan əvvəl ər-arvad mü-
nasibətində olmaları üstüörtülü şəkildə canlandırılıb. Bu da “Ki-
tab”ın poetik strukturundakı başqa detallara işıq sala bilər: Banı-
çiçəyi istəyənlərin Dəli Qarcar tərəfindən öldürülməsi; Beyrəyin
Dəli Qarcardan ehtiyat etməsi; Banıçiçək Beyrəyin göbəkkəsmə
adaxlısı olsa da, elçiliyə heç kimin yox, məhz müdriklər müdriki
Dədə Qorqudun göndərilməsi kimi məsələlərə məhz həmin hadisə
kontekstində aydınlıq gətirmək olar.
Gələcək zaman məzmunlu zərflər
Andan. “Ol+dan” modelinin inkişafı əsasında yaranmış “an-
dan” zərfi “Kitab”da həm ayrılıqda, həm də “sonra” qoşması ilə
birlikdə işlənib: “Andan öldürərsəη, mərə kafər, öldür məni...” (D-
281); “Andan soηra Qazan ilə işümiz xeyir ola!” (D-295). Birinci
cümlədəki “andan” sonra mənasında çıxış etmişdir.
Sabah. Ərəb mənşəli bu söz “Kitab”da “yarın” mənasında
müşahidə olunur: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binə-
lim!” (D-272). “Alar sabah” (Alar sabah sapa yerdə dikiləndə ağ-
ban evli...) birləşməsində isə günün başlanğıcı, sübh vaxtı məna-
sında işlənmişdir.
Soηra. Türkoloji ədəbiyyatda “son+ğaru” modelinin inkişafı
əsasında yarandığı göstərilir. “Kitab”da “soηra” şəklindədir: “Soη-
“Dədə Qorqud”un möcüzələr dünyası
212
ra oğlana gərək olur, a bəglər!” (D-126). Bu cümlədə temporal-
lığın leksik və qrammatik ifadə vasitələri eyni semantik şaxədə
birləşir: soηra (gələcək zaman anlayışlı zərf), -ur qeyri-qəti gələ-
cək zamanın qrammatik forması; gərək olur=gərək olar).
Taηla. “Kitab”da həm ayrılıqda, həm də birləşmə daxilində
işlənib: taηla (sabah, yarın...). “Taηla qızıηı maηa verərsən” (D-
183); ala taηla (sübh tezdən). “Ala taηla yeriηdən turı gəldiη, oğulı
tutdurduηmı? (D-194). Dialektologiyaya dair ədəbiyyatda taη,
taηla sözlərinin şivələrimizdə müxtəlif fonetik variantlarda müha-
fizə olunduğu göstərilir: danna (Bakı şivəsi) danna//dannarı (Göy-
çay şivəsi), daη, dəηzü – dan üzü (Qazax-Borçalı şivəsi). Yeri
gəlmişkən, “Kitab”ın dilində “səhər tezdən”, “sübhdən” anlamlı
“erkən” sözünə də rast gəlinir (cəmi bir dəfə işlənib): “Erkən bin-
dilər, av yerinə vardılar” (D-272). O.Ş.Gökyayın fikrincə, “Ki-
tab”da “erkən” sözü ayrılıqda yox, birləşmə daxilində işlənib: “er-
ken binmek – erkenden atlanmak, erkenden atlara binmek, erken-
den atlanıp yola çıkmak”
1
. Bizə görə, “erken” sözü “Kitab”da tam
müstəqil şəkildə işlənib. Yəni həmin cümlədə “erkən” sözü zaman
zərfliyi, “bindilər” isə feli xəbər vəzifəsindədir. Konkret desək,
“erkən bindilər” vahidi bir sintaktik suala cavab vermədiyi üçün
bir cümlə üzvü kimi götürülə bilməz. Bu isə “erkən” sözünün
“Kitab”ın dilində müstəqil şəkildə işləndiyini təsdiqləyir.
Universal zaman məzmunlu zərflər
Dünli-günli (gecəli-gündüzlü). “Kitab”da yan-yana işlən-
miş antonimlərdəndir, daha çox zaman müddətinin uzunluğunu
ifadə edən vahidlər sırasında verilir. Dünli-günli sözünün “Ki-
tab”dakı antonimliyinə mətn daxilində diqqət yetirək: “Üç gün
dünli-günli yortdı” “Kitab”da bu antonimliyin sinonim variantları-
na təsadüf olunur ki, bu da “Dastan”ın zənginlik göstəricilərindən
biri kimi dəyərləndirilə bilər: “Gecə-gündüz deməyüb yüridilər”
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.205.
“Dədə Qorqud”un möcüzələr dünyası
213
(D-95). Ə.Rəcəbli göytürk dilində işlənmiş tünli-künli (gecəli-
gündüzlü) sözünü həm sifət, həm də zərf kimi səciyyələndirib:
“...bu şəkilçi ilə əmələ gələn sözlər istər ayrılıqda, istərsə mürək-
kəb söz kimi sifətin öz funksiyasında – təyin kimi işlənmir, daha
çox mürəkkəb zərf səciyyəsi daşıyır, hər halda, cümlənin zərfliyi
vəzifəsində çıxış edir”
1
. Deməli, müəllif “tünli-künli” sözünü
şərti olaraq zərf hesab edir ki, bu da dilçiliyimizdəki uyğun nə-
zəriyyələrlə üst-üstə düşür.
Daim. Ərəb dilinə məxsus olan bu söz türkologiyada, əsasən,
zaman müddətinin daimliyini, uzunluğunu ifadə edən sözlər
sırasında izah olunur, “Kitab”da cəmi dörd dəfə işlənib: “Həmişə
Qazanın başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun” (D-
293). Bu cümlədə həmişə və daim temporal zərflərin sinonimliyi
ilə poetik mənanın qüvvətləndirilməsi də özünü göstərir (fars
mənşəli həmişə temporal zərfi “Kitab”da cəmi bir dəfə işlənib).
Genə//yenə. Türkologiyada etimologiyası, əsasən, belə gös-
tərilir: yenə (yan – qayıtmaq, geri dönmək + -a//ə feli bağlama şə-
kilçisi; lüğəti mənası – geri dönərək, qayıdaraq)
2
. “Kitab”da iki
variantda müşahidə olunur: genə. “Genə toy edib, atdan–ayğırdan,
dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (D-10); yenə. “Yenə
evini dikdi” (D-65). “Kitab”ın dilində “genə” sözünün ardıcıl ve-
rilmiş cümlələrdə üç dəfə təkrarlanması ilə ahəngdarlığın yaradıl-
masına, eyni zamanda poetik mənanın qüvvətləndirilməsinə təsa-
düf olunur: “Zamanla Oğuz genə yaylaya köçdi. Çoban genə bu
binara gəldi. Genə qoyun ürkdi” (D-215). Bu cümlələrdəki “genə”
sözünün işlənmə yeri də maraq doğurur. Belə ki, “genə” sözü bi-
rinci cümlədə üçüncü, ikinci cümlədə ikinci, üçüncü cümlədə isə
birinci söz kimi işlənib. Heç şübhəsiz ki, bu cür sıralanma mətn-
dəki “genə” sözünün semantik yükünün qabardılması ilə bağlıdır.
Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilindəki “genə” sözü müasir
ədəbi dilimizdə “yenə” formqasında sabitləşib. Semantik yükü isə
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.222.
2
Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.394.
“Dədə Qorqud”un möcüzələr dünyası
214
bir sıra dilçilər tərəfindən izah olunub. Məsələn, İ.Tahirov “yenə”
sözünü düzgün olaraq “hərəkət, proses və hadisələrin zaman
daxilində təkrarlılığını ifadə edən sözlərdən” biri hesab edir
1
.
Temporal isimlər
Bu tip vahidlərin səciyyəvi cəhətlərini aşağıdakı kimi ümu-
miləşdirmək olar:
“Kitab”da üstün mövqedə görünən temporal isimlər (zaman
məzmunlu isimlər), əsasən, bunları əhatə edir: ay, gecə, gün, güz,
yil, zəman və s.;
“Kitab”dakı temporal isimlərin əksəriyyəti türk mənşəlidir:
ay, gün, yil... Ərəb-fars mənşəli temporal isimlərə isə az rast
gəlinir: zəman, məhəl, dəm...;
“Dastan”ın dili baxımından səciyyəvi olan temporal isimlə-
rin əksəriyyəti müasir Azərbaycan ədəbi dilində eynilə, bir hissəsi
isə cüzi fonetik dəyişmələrlə sabitləşib: ay, gün, gecə, yaz, qış,
yil... Müasir ədəbi dilimiz üçün arxaizm hesab olunan temporal
isimlərin əksəriyyəti şivələrimizdə, əsasən, “Kitab”dakı forma və
semantikasına uyğun işlənir: güz, öylən, ekindü...;
“Kitab”dakı türk mənşəli temporal isimlər digər qədim türk
abidələrinin dili üçün də səciyyəvidir: “Kitab”da: ay, yil, güz,
qış...; Orxon-Yenisey abidələrində: ay, yıl, küz, kış...; M.Kaşğari-
nin “Divan”ında: ay, yıl, küz, kış...; Yusif Xas Hacibin “Qutadğu
Bilig” poemasında: ay, yıl, güz, kış... Bu sözlərin hər birində qə-
dim türkün tarixi yaşayır;
“Kitab”dakı zaman anlayışlı isimlərin leksik-semantik qrup-
ları rəngarəngliyi ilə fərqlənir: günün (24 saat mənasında) hissələ-
rinin adı kimi çıxış edən sözlər: dün (gecə) gündüz, ekindü...; fəsil
adları: yaz, yay, güz, qış; vaxtın, zamanın hesablanmasını ifadə
edən sözlər: ay, gün, yil... Aydındır ki, gün (günəş) nə çıxır, nə
1
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.120.
“Dədə Qorqud”un möcüzələr dünyası
215
də ki batır. Yer isə öz oxu və günəş ətrafında fırlanır. Dəqiq
desək, yerin öz oxu ətrafında fırlanma dövrü bir gün, Günəş
ətrafında fırlanma dövrü isə bir ulduz ilidir. Amma qədim
türkün, ümumən qədim dövrlərdə yaşamış insanların düşün-
cəsinə görə, gün (günəş) doğur (çıxır) və batır. Yəni qədim döv-
rün insanları işıq və qaranlığı daha çox Günəşin hərəkət trayek-
toriyası ilə (Günəşin hərəkət trayektoriyası: bu birləşmə sonrakı
səhifələrdə də şərti olaraq verilir) əlaqələndirməyə çalışıblar. Bu,
eynilə müasir dilimizdə də yaşamaqdadır: Gün çıxdı, hava işıq-
landı: Gün batdı, hava qaraldı. Bu mənada Günəşin bir gün ər-
zində (bir gecə və bir gündüz = 24 saat) görünmə vəziyyətinə görə
günün hissələrinin adlandırılmasını “Kitab”ın dili kontekstində nə-
zərdən keçirək. Bəri başdan qeyd edək ki, “Kitab”ın dili bu müstə-
vidə daha zəngin görünür. İlk olaraq günün hissələrinin adlarını
zaman kəsiklərinə uyğun şəkildə sıralayaq:
“Taη ötdi, gün toğdı” (D-90) = dan vaxtı, üfüq qızaran vaxt,
gün çıxan vaxt, gündüz;
“Mərə qocalar, ekindü vəqti munı maηa çevirəsiz, yiyəm”
(D-226) = ekindü vəqti = günün ikinci yarısı, günorta;
“Qaranqu axşam olanda qayğılu çoban” (D-40) = axşam,
qaranlıq olanda, şər qarışanda;
“Arxu beli, Ala tağı dünin aşdın” (D-186);
“Dün uyxusından kafər otağa qoyuldı” (D-90) = dün//dünin
gecə;
“...dün burcuğında Qazan bəgiη ordısına gəldi” (D-38) = dün
burcuğı = gecə yarısı.
Bu cümlələrdə işlənmiş günün hissələrinin adlarını aşağıdakı
kimi sistemləşdirmək olar:
gün toğdı (gün çıxan vaxt, gündüz) → ekindü vəqti (günün
ikinci yarısı, günorta) → qaranqu axşam (axşam, şər qarışanda) →
dün//dünin (gecə) → dün burcuğı (gecə yarısı) → gün toğdı (gün
çıxan vaxt, gündüz = bir gün (bir gecə və bir gündüz = 24 saat).
Bu sistemdəki söz və birləşmələrin semantikası onu deməyə əsas
verir ki, qədim türk bir gün ərzindəki konkret zaman kəsiklərini
“Dədə Qorqud”un möcüzələr dünyası
216
Günəşin hərəkət trayektoriyasına (əslində, yerin öz oxu ətrafında
fırlanmasına) uyğun şəkildə adlandırıb. S.Xəlilov yazır: “Cisim
mərkəz kimi götürüldükdə buna məkanın (mühitin) dəyişməsi ki-
mi də baxmaq olar. Yəni cisim fəzada (astronomik məkanda) nisbi
yerini dəyişmir, amma zaman hər halda keçir; bir məkan – mühit
başqası ilə əvəzlənir. Mexanikada və ya həndəsi təsəvvürlərə görə,
əgər cisim (nöqtə) yerini dəyişməyibsə, deməli, hərəkət etməmiş-
dir və ya başqa sözlə, zaman keçməmişdir”
1
. Müəllifin fikirləri də
yuxarıda təqdim etdiyimiz sistemə daxil olan dil vahidlərinin
təsadüfi olmadığını əsaslandırır.
Günəşin “gün” (24 saat mənasında) adlandırılmasını M.Fü-
zuli “Leyli və Məcnun” poemasında poetik şəkildə canlandırıb:
Gün şərti demişlər afitabı
Billah ki, bu nüktədir hesabı,
Hər gün ki, görünməz afitabım.
Mən gün deməzəm, budur hesabım.
Bu misralarda şair obrazın həyəcanlı, sarsıntılı anlarını
Günəşin “gün” adlandırılması, daha dəqiqi, “afitab (günəş) = gün
şərti” kontekstində təqdim edir: əgər afitab (günəş) görünmürsə,
deməli, Məcnun üçün həmin gün hesabda yoxdur.
Nəsiminin şeirlərində bir beyt daxilində zaman məzmunlu
isimlərin ardıcıl sıralanması ilə poetik mənanın gücləndirilməsi
müşahidə olunur:
Ruzumü şəbüm, ayü yilim, həftəvü günüm
Novruzumü eydüm, diləgüm, qədrü bəratum.
Göründüyü kimi, şairin lirik “mən”i üçün ən müqəddəs gün
bəratdır. Ərəb mənşəli “bərat” sözünün beytdəki mənası isə be-
lədir: “...islam dininə görə: Məhəmmədə peyğəmbərlik xəbərinin
verilməsi, qızı Fatimənin toyu, 12-ci imam Mehdinin anadan olan
1
Əbu Turxanın hikmət dünyası. Prof. Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı,
2012, səh.104.
“Dədə Qorqud”un möcüzələr dünyası
217
günü və gecəsi (bütün bu hadisələr hicri-qəməri təqviminin 8-ci
ayı şəbanın 15-də olmuşdur)”
1
. “Bərat” lirik “mən” üçün gündüz-
dən, gecədən, həftədən, aydan, ildən, hətta Novruz bayramından
da gözəl və müqəddəsdir – bütün günlərin fövqündə duran bir
gündür. Çünki həmin gün Məhəmmədə peyğəmbərlik verilib. Bu
mənada yuxarıdakı beytdə semantik dinamikanın “ruz” (gündüz)
sözü ilə başlanıb “bərat” sözü ilə tamamlanması məhz poetik mə-
nanı qüvvətləndirməyə xidmət edir. Bir cəhəti də qeyd edək ki,
beytdə işlənmiş ərəb-fars mənşəli ruz, həftə və Novruz kimi za-
man məzmunlu isimlərə “Kitab”ın dilində təsadüf olunmur. Daha
dəqiqi, “Kitab”ın dilində bu sözlərdən ikisinin sinonimi müşahidə
olunur:“ruz” – gecə, gündüz; həftə - yedi gün (“Yedi günlük azuğ-
la “çıqayın” – D-126). Sonuncu nümunədəki “yedi gün”(lük) bir-
ləşməsi ilə “həftə” sözünün semantik tutumu eyni xətdə birləşir.
Bu da həmin zaman kəsiyinin “Kitab”ın dilində leksik yox, sintak-
tik temporallıq vasitəsi ilə ifadə olunduğunu açıq-aydın şəkildə
göstərir.
M.Kaşğarinin “Divan”ında Günəşin doğması, yeddi qardaş
ulduzunun dönməsi kimi məsələlər bədii mətnlərə istinadən izah
olunur:
“Kara tünüg keçürsədim,
Ağır unı uçursadım,
Yetigənig kaçur sadım.
Sakış içrə künüm toğdı.
* * *
Qara gecənin keçməsini dilədim,
Ağır yuxunu uçurmaq istədim,
Yeddi qardaş ulduzunu neçə dəfə saydım,
Sayarkən günəşim doğdu.
1
Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981,
səh.22.
“Dədə Qorqud”un möcüzələr dünyası
218
Qaranlıq gecənin keçməsini, ağır yuxunun uçmasını istədim.
Yeddi qardaş ulduzunun (Böyük Ayı bürcü) dönməsini dəfələrlə
saydım, mən sayarkən, nəhayət, günəşim də doğdu”
1
. İlkin təsəv-
vürə görə, “Günəş” (gün işığı) günortadan sonra qayıtmağa, dön-
məyə başlayır. Bu cür təsəvvürlərin ifadəsinə müasir dilimizdə də
rast gəlinir: Günün dönən vaxtıdır; Gün dönəndə gələrsən. Bu se-
mantik yük, daha doğrusu, “Günəşin dönməsi, qayırması” mənası
M.Kaşğarinin “Divan”ında belə verilib: “kün kıyıldı=günəş zenit-
dən endi” (III cild, s.185). Qeyd edək ki, “kün kıyıldı” “günəş ze-
nitdən keçdi” mənasına daha çox uyğun gəlir. Yaxud “Divan”dakı
başqa fakta diqqət yetirək: “tünərdi yer = qaranlıq oldu. Zaman
üçün də belə deyilir: tünərür-tünərmək” (II cild, s.119). Buradakı
“tün” sözü “dön” felinin ilkin formalarından biri kimi görünür.
Maraqlıdır ki, Günəşin həmin zaman kəsiyindəki hərəkəti
müasir dilimizdə “əyilmək” feli ilə ifadə olunur: “Əyilmək. Bat-
mağa doğru meyil etmək (Günəş haqqında): Gün əyilər, saralar ...
(Bayatı)... Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə quş-
lar uçuşurdu (İ.Hüseynov)...”
2
. Çoxmənalı “əyilmək” feli bu məna
yükünə görə (axşama yaxın günəşin üfüqdən çəkilməsi mənasında
işlənmiş “gün əyilmək” frazeminin semantikası nəzərdə tutulur)
“dönmək” (Günəşin hərəkətini ifadə etmək kontekstində) feli ilə
eyni semantik yuvaya daxil olur ki, bu da dediklərimizi başqa
bucaqdan təsdiqləyir. Deməli, yuxarıdakı sistemdə (günün hissələ-
rinin adları sıralanmış sxem nəzərdə tutulur) “günorta” anlamlı
“ekindü vəqti” birləşməsindən sonra “günün dönən vaxtı”, “gün
dönəndə” və ya “gün əyiləndə” tipli ifadələr verilə bilər ki, bu da
həmin cərgədəki semantik dinamika ilə birbaşa bağlanır. Digər
tərəfdən, bu assosiativlik gecə anlamlı “dün” sözünün çoxmənalı
“dön” (mək) felinin semantik konversiyası əsasında yarandığını
düşünməyə əsas verir (ö→ü əvəzlənməsi də mümkündür: dön-
dün). Belə ki, qədim türk dilində olduğu kimi, “Kitab”ın dilində
1
M.Kaşğari. Divanü lüğat-it-türk. III cild, Bakı, 2006, səh.233.
2
Azərbaycan dilinin izahlı lüğəti. II cild, Bakı, 1980, səh.243.
“Dədə Qorqud”un möcüzələr dünyası
219
də “gün dönəndən tan ötənə qədərki müddət” (gün dönəndən gün
çıxana qədərki zaman kəsiyi) “gecə” və “dün//dünin” sözləri ilə
ifadə olunub (yuxarıdakı nümunələrə bax). Bu dinamikliyi belə
davam etdirmək olar: “Kitab”ın dilində “bu gündən əvvəlki gün,
keçən gün, irəliki gün” mənası “dün “sözü ilə ifadə olunub ki, bu
da arxada qalan gecəyə və gündüzə işarə kimi başa düşülə bilər:
“Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Diqqətçəkən
məqamlardan biri də budur ki, müasir dilimzdəki keçmiş zaman
anlayışlı “dünən” sözü türkologiyada məhz “dün+gün=dünün=
dünən” modelində izah olunur. Bu isə “gecə anlamlı “dün” sözü
keçmiş zaman anlayışlı “dünən” zaman zərfində daşlaşmış vəziy-
yətdədir” − mülahizəsini söyləməyə imkan verir.
S.Rzasoy doğuluşla bağlı ritual-mifoloji semantikadan bəhs
edərkən göstərir: “Qadın ritual-mifoloji kontekstdə hərəkəti bildi-
rir, hərəkət funksiya ilə bağlıdır. Bu, hərəkətlə bağlı leksik-seman-
tik söz yuvasından çıxmış ilkin köklərinin qadının funksional
semantikası ilə bağlı ilkin söz kökləri ilə bağlılığı boyunca daha
aydın başa düşülür:
doğmaq -------------- “do” kökü
törətmək-------------- “to” kökü (Qadın)
tərpənmək ----------- “tə” kökü
durmaq --------------- “du” kökü (Hərəkət)”
1
.
Bu cəhət Günəşin (gün işığının) hərəkətinə uyğun olaraq
adlandırılmış müddəti müəyyən olan zaman kəsiklərinin adlarında
da özünü göstərir:
Künəş//günəş toğdı//doğdu – to//do kökü, kün//gün (gündüz)
Künəş//günəş töndü//döndü – tö//dö kökü, tün//dün (gecə)
Tün//dün, kün//gün ötdü – tünkün//düngün//dünən (arxada
qalan bir gün, dünən)
Fikrimizcə, keçmiş zamanın qrammatik forması olan -dı
4
şəkilçisi də çoxmənalı “dön” felinin semantik konversiyası ilə ya-
1
S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.27.
“Dədə Qorqud”un möcüzələr dünyası
220
ranmış “dün” (dünən) sözü əsasında reallaşıb. İlk olaraq -dı
4
şühu-
di keçmiş zaman şəkilçisinin etimologiyası ilə bağlı türkoloji ədə-
biyyatdakı çoxsaylı fikirlərdən bir neçəsinə diqqət yetirək: “-dı şə-
kilçisi sonu -dı (-tı) ilə qurtaran feli ad əsasında yaranıb”
(R.M.Melioranski); “-dı şəkilçisi feli adların yaranmasında iştirak
edən -duq şəkilçisi əsasında formalaşıb (O.Bötlinq); “-dı şəkilçisi
-t mənsubiyyət şəkilçisi ilə -ıt
4
feli isim şəkilçisi əsasında reallaşıb
(N.K.Dmitriyev); “-dı şəkilçisi tur (dur) morfemindən törəmədir”
(V.V.Radlov); “-dı şəkilçisi forma və semantikasına görə -t şəkil-
çisi qoşulmuş feli adlarla eyni xətdə birləşir, onun bir variantı kimi
çıxış edir” (V.M.Nasilov)... K.Bəşirov bu cür fikirləri təqdim et-
dikdən sonra A.M.Şerbakın mövqeyini müdafiə edərək yazır:
“A.M.Şerbak bu qənaətə gəlir ki, -dik, -duq variantı ilə yanaşı,
türk dillərində -duğ, -düg forması da olmuşdur ki, -dı
4
forması
bundan törəmişdir. Müəllif türk dilində mövcud olan yazduk (ya-
zılmış) - yazdı (o yazdı) və zavallılıq (yazıqlıq) – zavallı paralellə-
rinə istinad edərək sübuta çalışır ki, hər iki nümunədə səsdüşü-
münün mahiyyəti xaraktercə eyni əsasla baş vermişdir”
1
. İ.Vəliyev
isə -dı şəkilçisinin etimologiyasına tam başqa bucaqlardan yanaşır.
Müəllif ilk olaraq -dı şəkilçisinin etimologiyası ilə bağlı fikirlərin,
demək olar ki, hamısını təhlil süzgəcindən keçirir. Sonra isə müx-
təlif mənbələrə istinad edərək yazır: “Bizim fikrimizcə, -dı şəkil-
çisi qədim türk dillərində keçmiş zamanı ifadə edən -duq//-dük şə-
kilçisindən törəmişdir. Qədim türk tayfalarının bir neçəsində -dı//-
di şəkilçili keçmiş zaman forması əvəzində onunla eyni funksi-
yaya malik olan -duq//-dük keçmiş zaman şəkilçisi də işlənir və bu
formanın qoşulduğu fel -dı//-di şəkilçili keçmiş zamanın ifadə
etdiyi mənanı bildirir, yəni bu forma vasitəsi ilə də keçmişdə icra
olunmuş iş və hərəkət haqqında şahidlik yolu ilə xəbər verildiyi
göstərilir: məsələn, ...Ol ya kurduk – o, yay qurdu; men ya kurduk
– mən yay qurdum... Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.136.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |