221
əsərində -duq//-dük forması qəbul etmiş feil təsriflənərkən şəxs
sonluğu qəbul etmədən bütün şəxslər üzrə işlənmişdir...:
tək cəm
I şəxs - mən kurduk biz kurduk
II şəxs – sən kurduk siz kurduk
III şəxs – ol kurduk onlar kurduk
İ.Vəliyev fikirlərini belə yekunlaşdırır: “Ola bilsin ki, bu
forma “mən gəldük” şəklində ifadə olunmuş, sonralar tədricən
şəxs əvəzliyi olan “mən” feildən sonra əlavə olunmuş (mən gör-
dük mən), nəticədə isə gördüm forması əmələ gəlmişdir (mən
gördük>mən gördük mən)>mən gördü mən>mən gördüm> gör-
düm)”
1
. Müəllifin M.Kaşğarinin “Divan”ından təqdim etdiyi nü-
munələr də təsdiq edir ki, qədim dövrlərdə feildən sonra nə şəxs
şəkilçiləri, nə də ki onların etimoloji əsası olan şəxs əvəzlikləri iş-
lənib. Yəni keçmiş zaman funksiyasını yerinə yetirmiş -duq, -dük
şəkilçisindən sonra heç bir qrammatik morfemə rast gəlinmir. Bu-
rada sual yaranır: keçmiş zamanın qrammatik forması kimi işlən-
miş -duq, -dük şəkilçisinin arxetipi kimi hansı söz götürülə bilər?
Müqayisə və qarşılaşdırmalar keçmiş zamanın ilkin qram-matik
formalarından biri hesab olunan -duq, -dük şəkilçisi, eləcə də şü-
hudi keçmiş zamanın qrammatik forması kimi sabitləşmiş -dı
4
şəkilçisi ilə keçmiş zaman anlayışlı “dün” (dünən) zaman zərfi
arasında semantik-qrammatik bağlılıq olduğunu göstərir. Bu fikrin
düzgünlüyünü belə arqumentləşdirmək olar: hər ikisi keçmiş za-
manı ifadə edir, daha doğrusu, keçmiş zaman mənası birində lek-
sik (dün, dünən), digərində qrammatik (-duq, -dük; -dı
4
) vasitə ilə
ifadə olunub; hər ikisi, əsasən, eyni fonetik tərkibə malikdir:
dün//dünən (keçmiş zaman anlayışlı zərf); -duq, -dük (keçmiş za-
manın sabitləşmiş qrammatik forması); dün (dünən anlamlı) sözü-
nün sonundakı “n” səsinin düşməsi ilə -dı
4
formasının sabitləş-
məsi mümkündür (müq.et: örtülü – qapalı hecadan örtülü-açıq he-
1
İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları.
Bakı, 2009, səh.45-46.
“Dədə Qorqud”un möcüzələr dünyası
222
caya keçid nəticəsində sabitləşmiş sözlər: qapıq-qapı, qoraq-qo-
ra...); keçmiş zamanın ilkin forması kimi çıxış edən -duq, -dük
morfemindəki “q” və “k” səslərinin düşməsi də mümkündür (yu-
xarıdakı sözlər kimi). Amma burada istər-istəməz yeni bir sual
yaranır: keçmiş zaman anlayışlı dün (dünən) sözünün sonundakı
“n” səsi ilə -duq, -dük şəkilçisindəki “q” və “k” səsləri arasında
hansı bağlılıq var, onları birləşdirən cəhət nədir? Birincisi, “gecə”
və “dünən” mənasında işlənmiş “dün” sözünün çoxmənalı “dön”-
mək felinin semantik konversiyası əsasında yarana bilməsini ehti-
mal etmişik (bax: gecə anlamlı “dün” sözünün “Günəş döndü”
tipli cümlələr kontekstində izahı). İkincisi, F.Cəlilov “dön” felinin
türk dillərindəki allomorflarından bəhs edərkən onun “dön-don-
dün; töη-tönq-tünq” kimi variantlarını göstərir
1
. Bu mənada “dön”
felinin ilkin formasını bərpa etməyə çalışaq: tönq//dönq. Sonuncu-
nun -duq, -dük formasına düşə bilməsi də mümkün hadisələrdən-
dir. Yəni “dönq” felindəki qovuşuq “nq” səsinin “q” və “k” səsləri
ilə əvəzlənməsi türk dilləri üçün səciyyəvidir. Belə ki, “... “η” sə-
sinin qədim şəkli qovuşuq nq, nğ, ng olmuşdur ki, bunu türk
dillərinə aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimiz-
də görə bilərik... Daha sonralar qovuşuq “nq” səsi get-gedə öz
hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu səsin “n” ünsürü-
nə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük veril-
mişdir”
2
. M.Məmmədli isə qovuşuq “nq” səsinin qıpçaq qrupu
türk dillərində “k” və “q” səsləri ilə əvəzlənməsini konkret fakt-
larla əsaslandırılıb
3
. Bir cəhəti də qeyd edək ki, müasir ədəbi dili-
mizdəki “dönmək” feli qərb şivələrində ilkin forma və semanti-
kasına uyğun işlənir: Soηra döηərsəη; Geri döηməx` tezdi. Yaxud
“nq” səs birləşməsi Şəki şivəsində eynilə mühafizə olunur: donqur
(donur), danqır (danır)
4
. Deməli, -duq, -dük keçmiş zaman forması
1
F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.183.
2
M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962, səh.76.
3
M.Məmmədli. Azərbaycan dilində ismin qrammatik kateqoriyaları. Bakı, 2003,
səh.123.
4
M.İslamov. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968, səh.40-41.
“Dədə Qorqud”un möcüzələr dünyası
223
“dönq”(mək) felinin konversiyası əsasında yaranıb − fikri də
mümkün mülahizələrdən hesab oluna bilər. Bütün bunlar keçmiş
zaman anlayışlı “dün” zərfinin -dı
4
qrammatik zaman formasına
transformasiyasını modelləşdirməyə də imkan verir: Dün get dün
= Dünən getdi. Belə bir sistem isə şəxs-xəbərlik şəkilçilərinin şəxs
əvəzlikləri əsasında yarandığını təsdiqləyən nümunələrlə səsləşir:
“Bən bunıη alnına niyə tayaq olurbən – tururbən = Mən niyə
bunun alnına dayaq olub dururam?” (“Kitab”); “-mən tənqrigə
sığınur mən = mən tanrıya sığınıram” (M.Kaşğari. “Divan”).
Keçmiş zamanı ifadə edən -dıq feli sifət şəkilçisi qədim türk
abidələri, o cümlədən “Kitab”ın dili üçün səciyyəvi olub. Müqayi-
sə və qarşılaşdırmalar göstərir ki, müasir türk dillərində fərqli fo-
netik tərkiblərdə müşahidə olunan bu şəkilçinin etimologiyası ilə
bağlı müxtəlif fikirlər var: B.Serebrennikovun fikrincə, “-dıq feli
sifət şəkilçisi -t və -ik şəkilçilərinin sintezi əsasında yaranıb”
1
;
S.Əlizadəyə görə, “...-dığı, -digi formalı feli sifətlər nisbət şəkilçi-
ləri ilə fərqlənir. Həmin şəkilçilərlə formalaşan feli sifətlərin feli
adlar, substantivləşmiş məsdərlər kimi dərk olunması XVI əsrin
yazı dilində xüsusi nəzərə çarpan qrammatik meyillərdən idi”
2
;
H.Mirzəzadə isə -dıq feli sifət şəkilçisinə tam başqa prizmadan ya-
naşır: “...Birincilərdən fərqli olaraq -dığı, -digi şəkilçisi tərkib eti-
barilə mürəkkəbdir. Buraya şühudi keçmiş zaman şəkilçisi -dı
4
və
isim düzəldən -q, -k, nəhayət, bir də şəxs sonluğu daxildir. -dığı, -
digi şəkilçisi üçüncü şəxsi ifadə etməsinə baxmayaraq, yerinə görə
hər üç şəxsin təki və cəminə görə də işlənə bilir
3
; Qeyd edək ki, bu
fikirlər yuxarıda təqdim etdiyimiz -dıq morfeminin etimoloji
əsasları ilə əks qütbdə dayanır. Fikrimizcə, -dıq şühudi keçmiş
zaman forması ilə -dıq feli sifət şəkilçisi eyni xətdə birləşir. Daha
doğrusu, -dıq feli sifət şəkilçisi -dıq şühudi keçmiş zaman şəkilçi-
1
Б.Серебренников, Н.Гаджиева. Сравнительно историческая грамматика
тюркских языков. Баку, 1979, стр.230.
2
S.Əlizadə. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, 1985, səh.69.
3
H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.170.
“Dədə Qorqud”un möcüzələr dünyası
224
sindən törəmədir: birincisi, ona görə ki, hər ikisi fonetik tərkibcə
eynidir; ikincisi, hər ikisi keçmiş zaman mənasını ifadəetmə xət-
tində birləşir; üçüncüsü, -duq feli sifət şəkilçisinin -dıq şühudi
keçmiş zaman şəkilçisindən əvvəl yarana bilməsi məntiqə ziddir.
Qeyd etdiyimiz kimi, -dı
4
qrammatik zaman forması ilə -dıq keç-
miş zamanın ilkin qrammatik forması eyni semantik yuvaya da-
xildir. Bu sistemdə isə “-dı
4
” şəkilçisi “-dıq
4
”-dan törəmə hesab
olunur: “-dıq şəkilçisi də vaxtilə zaman şəkilçisi kimi işlənmişdir.
Başqa sözlə, hazırda dilimizdə şühudi keçmiş zaman şəkilçisi kimi
məhsuldar olan -dı, -di, -du, -dü qədimdə -dıq formasında olmuş-
dur. Zaman keçdikcə q səsi düşmüş, -dıq, -dı şəklində sabitləş-
mişdir. Deməli, -dıq formasını -dı şəkilçisinin adyektiv variantı
adlandırmaq olar”
1
. Bütün bu qeydləri (eyni zamanda -dıq
4
feli si-
fət şəkilçisinin -dıqda
4
və -dıqca
4
feli bağlama şəkilçilərində iştira-
kını) leksik və qrammatik temporallıq vasitələrinin dinamikası
kontekstində sistemləşdirək:
tönq//dönq (Günəşin dönməsini ifadə edən “dön” felinin qə-
dim formaları) → dünq//düη//dün (“dünən” sözünün ilkin forma-
ları) = -duq, -dük (keçmiş zamanın ilkin qrammatik forması = -dı,
-di, -du, -dü (şühudi keçmiş zamanın tam sabitləşmiş forması);
-duq, -dük (keçmiş zamanın ilkin qrammatik forması) → -
dıq, -dük (keçmiş zamanı ifadə edən feli sifət şəkilçisinin ilkin
forması)→ + mənsubiyyət şəkilçiləri = -dığım
4
, -dığın
4
, -dığı
4
, -
dığımız
4
, -dığınız
4
, -dıqları
4
(müasir Azərbaycan ədəbi dilində
sabitləşmiş feli sifət şəkilçiləri);
-duq, -dük (keçmiş zamanı ifadə edən feli sifət şəkilçisinin
ilkin forması) → + -da
2
= -dıqda
4
(feli bağlama şəkilçisi);
-duq, -dük (keçmiş zamanı ifadə edən feli sifət şəkilçisinin
ilkin forması) → = -ca
2
= -dıqca
4
(feli bağlama şəkilçisi).
Göründüyü kimi, Günəşin hərəkət trayektoriyası ilə bağlı
olaraq yaranmış sözlər zaman məzmunlu isim və zərfləri, keçmiş
zamanı ifadə edən -dı
4
qrammatik şəkilçisini, keçmiş zaman
1
C.Cəfərov. Nitq hissələrində keçid prosesləri. Bakı, 1983, səh.55.
“Dədə Qorqud”un möcüzələr dünyası
225
məfhumunu özündə ehtiva edən -dıq
4
(-dığım
4
, -dığın
4
, -dığı
4
,
-dığımız
4
, -dığınız
4
, -dıqları
4
) feli sifət şəkilçisini, hətta -dıqda
4
, -
dıqca
4
kimi feli bağlama şəkilçilərini də əhatə edir.
Dün//gecə, gündüz sözlərini, eyni zamanda fəsil adlarını Gü-
nəşin (işığın) hərəkəti trayektoriyası və düşmə dərəcəsi baxımın-
dan nəzərdən keçirək. Bəri başdan qeyd edək ki, M.Kaşğarinin
“Divan”ında “qış” sözünün “kışar” (Günəş göyün ortasından çə-
kilsə. Yenə belə deyilir – kışar-kışmak (MK. III, səh.179), “güz”
(payız) sözünün “küzər” (öd küzərdi= mövsüm payızlaşdı. Payız
fəsli girdi...küzərür – küzərmək. MK.II. səh.113) şəklində işlən-
məsinə rast gəlinir. “Kitab”dakı “dan vaxtı, üfüq qızardığı vaxt”
anlamlı “alar” (“Alar sabah Dirsə xan qalqubanı yerindən uru
turıb...”) sözü də həm müəyyən zaman kəsiyini ifadə etməsinə,
həm də formasına görə M.Kaşğarinin “Divan”ında işlənmiş kışar
(qış), küzər (güz-payız) sözləri ilə səsləşir, onlarla eyni semantik
yuvaya daxil olan sözlərdən biri kimi çıxış edir. Bu mənada günün
hissəslərini ifadə edən sözlərin (gecə. gündüz...)? həmçinin fəsil
adlarının (yaz, yay, güz (payız), qış) izahında həmin formaya
uyğun (kışar – qış; küzər-güz; alar – sübh vaxtı) bərpa məqbul
hesab oluna bilər. Məsələn, belə:
− kün//gün (işıq) al + ar = alar (qızarmaq) = alar vaxtı, üfüq
qızaranda;
− kün//gün (işıq) tüş//duş+ər=küntüşər//gündüşər →küntüşər
//qündüşər = küntüş//küntüs → küntüz = gündüz (gün düzər =
gündüz modelində də düşünülə bilər);
− kün//gün (işıq) tön//dön + ər = tönər//dönər = tün//dün
(gecə);
− kün//gün (işıq) keç + ər = keçər→keçə = gecə;
− kün//gün (işıq) yar + ar = yarar (məcazi mənada: göyü iki
yerə bölər) → yarar → yazar + yaz;
− kün//gün (işıq) yay + ar = yayar (işığın çox yayılması,
işıqlanma dərəcəsinin çox olması) = yay;
− kün//gün (işıq) + küz (köz) + ər=küzər→küz=güz (payız);
− kün//gün (işıq) kış//qış + ar = kışar//qışar = kış//qış = qış...
“Dədə Qorqud”un möcüzələr dünyası
226
Maraqlıdır ki, 30 günün (əslində, 29,5 günün) ay adlandırıl-
ması gecələr Günəş işığı ilə işıqlanan Ayın yer ətrafında 1 dəfə
dövrə vurması ilə bağlıdır. 12 ay və ya 365 günün yıl//yil//il adlan-
dırılması da assosiativ olaraq Günəş işığını, işıq, od anlamlı
yal//yıl morfemini yada salır. Buraya qədər dediklərimiz “Ki-
tab”da işlənmiş zaman məzmunlu isimlərin hər birini ayrılıqda,
həm də tarixi-linqvistik müstəvidə nəzərdən keçirməyi diktə edir.
“Kitab”dakı zaman anlayışlı isimləri leksik-semantik xüsusiyyət-
lərinə görə üç istiqamətdə qruplaşdırmaq olar:
Günün hissələrinin adları
İlk olaraq qeyd edək ki, türkologiyada alar, ayda, gecə, yazın
kimi sözlər işlənmə yerinə görə bəzən isim, bəzən də zərf başlığı
altında verilir. “Kitab”ın dilində işlənmiş bu tip sözlərin ümumi
mənzərəsi daha aydın görünsün, - deyə onların hər birinin isim
başlığı altında verilməsini daha məqbul hesab edirik.
Alar. “sübh vaxtı, dan vaxtı, üfüq qızardığı vaxt” və s. an-
lamlı “alar” sözü “Kitab”da I növ təyini söz birləşməsinin birinci
tərəfi kimi çıxış edir: alar sabah. “Alar sabah Dərsə xan yerindən
uru turdı” (D-21); alar taηla (səhər tezdən). “Alar taηla yerindən
turan yigit, nə yigitsən?” (D-287). Qorqudşünaslıqda “alar taη”
daha çox I növ təyini söz birləşməsi modelində izah olunur. Am-
ma bu sinonim qoşa sözlər baxımından da şərh edilə bilər (müq.et:
alar – üfüq qızardığı vaxt, sübh vaxtı; taη – sabah açılarkən, günə-
şin üfüqdə ilk ağarması...). Digər tərəfdən, o da qeyd oluna bilər
ki, müasir dilimizdəki “səhər çağı, səhər gün çıxmaq üzrə olanda,
dan yeri sökülən vaxt” anlamlı “ala-toran” sözü “Kitab”dakı “alar
taη” ifadəsinin fonetik deformasiyalarla sabitləşmiş forması kimi
görünür. Müq.et: alar taη; ala–toran. Bunlardan birincisi, yəni
“alar taη” metateza ilə işlənərsə, belə bir forma alınar: alatran. Bu
fonetik tərkibdəki “tr” samitlərinin arasına “o” saitinin artırıla bil-
məsi də dilimizdəki mümkün fonetik hadisələrlə səsləşir (alat-
ran=ala-toran). Amma onu da qeyd etmək lazım gəlir ki, müasir
“Dədə Qorqud”un möcüzələr dünyası
227
dilimizdə “toran” sözü müstəqil şəkildə təkcə “sübh gün çıxan
vaxt, səhər çağı” yox, həm də “axşam qaranlığı çökdüyü zaman”
mənasında işlənir. Fikrimizcə, bu, işıqdan qaranlığa (gündüzdən
gecəyə) və əksinə, qaranlıqdan işığa (gecədən gündüzə) keçidi
ifadə edən sözlərdən biri kimi götürülə bilər. Təsadüfi deyil ki,
müasir dilimizdəki “ala-toran” sözünün birinci mənası da məhz
“bir az qaranlıq, yarıqaranlıq, yarıişıq” kimi sözlər kontekstində
təqdim olunur.
“Kitab”da “alar sabah” birləşməsinin “alan sabah” (səhər ça-
ğı) şəklində işlənməsi də müşahidə olunur: “Alan sabah sapa yer-
də dikiləndə” (D-204). A.Məmmədova bunlardan birincisini qır-
mızı anlamlı “al” morfemi ilə əlaqələndirir: “Alar kəlməsi hər hal-
da qırmızı mənasını da ifadə edən al kökü ilə bağlıdır. Ola bilsin
ki, səhər tezdən günəşin çıxmasından öncə göy üzünün qırmızı
rəngə boyanması alar sözünün “sübh vaxtı” anlamını ifadə etmə-
sinə gətirib çıxarıb”
1
. Müəllifin güman şəklində təqdim etdiyi
“alar” sözü formasına görə zaman məzmunlu “kışar” (qış) və kü-
zər (güz, payız) sözləri ilə eyni xətdə birləşir. Digər tərəfdən, “Ki-
tab”da qızarmaq anlamlı “alarmaq” felinin dissimilyasiya hadisəsi
nəticəsində “alalmaq” şəklində işlənməsinə təsadüf olunur: “Qa-
zan bəg alaldı” (D-124)_. M.Kaşğarinin “Divan”ında isə “alar”
şəklindədir: “talka alardı = üzüm qızardı” (III c., səh.229). Bu mə-
nada “alan” sözü də “alar”ın fonetik variantı hesab oluna bilər.
Maraqlıdır ki, “Kitab”da “alar” sözünün təkcə “alan” yox, həm də
“ala” formasında işlənməsinə rast gəlinir: ala taηla (sübh tezdən,
səhər çağı). “Ala taηla yeriηdən turı gəldiη, oğulu tutdurduηmu?”
(D-194). Bunların üçü də eyni semantik yükə malikdir: alar taηla
– sübh vaxtı, səhər çağı; alar sabah – sübh vaxtı, səhər tezdən; ala
taηla – səhər tezdən. Bu isə həm də onu deməyə əsas verir ki,
“alar” sözü müasir dilimizdəki “ala-toran” sözündə fonetik dəyi-
şikliyə uğramış vəziyyətdə sabitləşib (yuxarıdakı şərhlərə bax: alar
taηla = ala-toran).
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.22.
“Dədə Qorqud”un möcüzələr dünyası
228
Taη. “Kitab”da “tan ötmək” (dan yeri qızarmaq) və “taη yel-
ləri əsmək” (dan yelləri əsmək) kimi birləşmələrdə müşahidə ol-
unur: “Taη ötdi, gün toğdı” (D-90); “Salqum-salqum tan yelləri
əsdigində, Saqallu boz ac turğay sayradıqda” (D-21). Poetik siq-
lətli bu tip misralar türk poetik təfəkkürünün zənginliyini açıq-ay-
dın şəkildə göstərir. Burada onu da vurğulayaq ki, təbiət hadisələ-
rinin, xüsusən də dan yerinin sökülməsinin bu cür obrazlı ifadəsi
başqa xalqların ədəbiyyatı üçün də səciyyəvidir. Rus şeirinin klas-
siklərindən biri Afonisi Fetin “Dan söküləndə” şeiri də dedik-
lərimizi sübut edir. Həmin şeiri Qoca Xalidin tərcüməsində eynilə
təqdim edirik:
Gecə yanıb-tökülür:
Ta dan yeri sökülür;
Kölgə, tayaya doğru
Çəkilir oğrun-oğrun;
Üfüq nura bölünür;
Safdı soyuq hava da,
Quşlar dinir yuvada...
Gün əzilib-büzülür,
Qəlbə fərəh süzülür.
Bədii tərcümənin bütün prinsiplərinə əməl olunmuş bu şeir
parçasında Qoca Xalidin poetik ruhu, şirin və obrazlı dili qabarıq
şəkildə görünür. O, sanki “Dan söküləndə” şeirini tərcümə etmə-
yib, onu yenidən yaradıb. Açığını deyim ki, son dövrlərdə bu cür
bədii tərcümələrə çox az rast gəlinir.
Gün. (“gün” sözü həm də “gündüz” mənasını ifadə etdiyi
üçün şərti olaraq bu bölməyə daxil edilir). “Kitab”da “gün” sözü-
nün üç əsas mənada işlənməsi müşahidə olunur: gün (günəş məna-
sında); gün (“24 saat” mənasında); gün (gündüz mənasında).
Müqayisə və qarşılaşdırmalar göstərir ki, “Kitab”da “planet
sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan
mərkəzi göy cismi” anlamlı “gün” (günəş) sözü üstün mövqedə
görünür:
“Dədə Qorqud”un möcüzələr dünyası
229
“Taη ötdi, gün toğdı” (D-90); “Köksi gözəl qaba tağlara gün
dəgəndə” (D-21); “Dəpəgöz günə qarşu arxasın vermiş” (D-225).
... “Günəş” anlamlı “gün” sözünün digər işlənmə məqamları isə
belədir: toponimik vahiddə birinci komponent kimi işlənməsinə
rast gəlinir.: Günortac (Qalarda – qoparda yerim Günortac); antro-
ponimik vahiddə ikinci komponent kimi müşahidə olunur: Qara-
günə; bir sıra təşbeh və epitetlərin daxilində ən həlledici detal kimi
görünür: “Aydan arı, gündən görkli qız qardaşıη Banıçiçəgi Bam-
sı Beyrəgə diləməgə gəlmişəm!” (D-83); “Toz yarıldı, gün kibi şı-
ladı, dəηiz kibi yayqandı” (D-127).
“24 saat” anlamlı “gün” sözünün də intensivliyi özünü göstə-
rir. Bir neçə məqama diqqət yetirək:
− hər gün anlamlı “gündə” zaman zərfində kök morfemi kimi
çıxış edir: “Gündə altmış adam veriη yeməgə!” (D-219);
− “ol gün” I növ təyini söz birləşməsinin ikinci tərəfi kimi
işlənərək keçmiş zaman mənasını reallaşdırır: “Ol gün qara polat
uz qılıclar çalındı” (D-132);
− indiki zaman məzmunlu “bu gün” söz birləşməsində əsas
tərəf kimi işlənib: “Bən bu gün Qoηur ata qaqaram, üç günlük
yolı bir gündə aluram...” (D-43);
− “bir gün” I növ təyini söz birləşməsində həm keçmiş, həm
də gələcək zaman mənası ifadə olunur ki, burada da əsas tərəf ki-
mi məhz “gün” sözü çıxış edir: keçmiş zaman mənasında − “Bir
gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı” (D-10); gələ-
cək zaman mənasında − “Bir gün ola, düşəm öləm, yerimdə-yur-
dımda kimsə qalmıya!” (D-68).
“Gündüz” anlamlı “gün” sözünə isə az təsadüf olunur: “Üç
gün dünli-günli yortdı” (D-263). Buradakı “dünli-günli” mürək-
kəb sözünün birinci komponenti gecə(li), ikincisi isə gündüz(lü)
mənasındadır. Konkret desək, həmin arxaik formanı sadələşdirdik-
də belə olur: gecəli-gündüzlü. Qeyd etdiyimiz kimi, “Kitab”da bu
formaya da təsadüf olunur: gecə-gündüz. “Gecə-gündüz demədi-
lər, yortma oldı” (D-301). Deməli, “Kitab”ın poetik strukturunda
antonimlik və sinonimliyin sintez şəklində təzahüründən də bəhs
“Dədə Qorqud”un möcüzələr dünyası
230
etmək olar: dünli-günli//gecə-gündüz. Hər iki söz daim, vaxt
bilmədən, bütün günü və gecəni kimi mənaları ifadə edir.
“Kitab”da “gündüz” və “24 saat” anlamlı “gün” sözünün mə-
na fərqi mətnin semantik yükünə, xüsusən də həmin mətndəki dün
və gecə sözlərinə görə müəyyənləşir: “Qırq gün-qırq gecə toy-
dügün eylədilər” (D-120). Heç şübhəsiz ki, “qırq gün” modelin-
dəki “gün” isminin “gündüz” mənasında işləndiyini əlavə arqu-
mentlərlə təsdiqləməyə ehtiyac yoxdur.
“Gün “ sözü ilə bağlı bir məqama da diqqət yetirmək lazım
gəlir: “Kitab”da “el-gün” sözünün mətn daxilində yurd, el-oba
mənasında işlənməsi özünü göstərir: “Elim-günim çapılmadın...”
(D-299). A.Məmmədova “gün” sözünün çoxmənalılığından bəhs
edərkən “el-gün” sözünə də münasibət bildirir: “...dildə qarışıqlıq
və dolaşıqlığı aradan qaldırmaq üçün dil özü təbii-morfoloji yolla
üç sözü bir-birindən ayırmışdır (gün, günəş, gündüz). Ancaq lek-
semin “el, oba” mənası hələ də el-gün birləşməsi halında işlənir və
S.Vurğunun bir misrası ilə daha da məşhurlaşmışdır (Elim, gü-
nüm, obam sənsən)”
1
. Bu fikrin davamı olaraq onu da qeyd edək
ki, “el-gün”ün şivələrimizdə mühafizə olunması dialektologiyaya
dair əsərlərdə xüsusi olaraq göstərilir. Məsələn, E.Əzizov arxaik
“elkün” sözünün Şəki şivəsində “qohum-qardaş” mənasında işlən-
diyini faktlarla əsaslandırır
2
. Bu sətirlərin müəllifi də “el-gün”
sözünün qərb şivələrində ilkin forma və semantikasına uyğun
işləndiyini göstərib: Toyda eliη-günüη başda olmalıdı; Elηizə-
günüηzə noluf kin?
3
.
Dostları ilə paylaş: |