“Gündüz”. “Kitab”da “gecə-gündüzün işıqlı hissəsi, gündo-
ğandan günbatana qədər müddət” anlamlı “gündüz” sözü cəmi
dörd dəfə, həm də “bütün günü və gecəni, vaxt bilmədən...” an-
lamlı “gecə-gündüz” mürəkkəb sözünün tərkibində işlənib: “Gecə-
gündüz yortdılar. Nagahandan yetdilər” (D-192). Müasir ədəbi di-
1
A.Məmmədova. “Dədə Qorqud” kitabının leksikası. Bakı, 2009, səh.103.
2
E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.268.
3
Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, səh.232.
“Dədə Qorqud”un möcüzələr dünyası
231
limizdə eynilə işlənən “gündüz” sözü Orxon-Yenisey abidələrində
“küntüz” şəklindədir. Burada Ə.Rəcəblinin bir fikrini eynilə xatır-
latmaq lazım gəlir: “-tüz şəkilçisi Göytürk dilində qeyri-məhsuldar
sözdüzəldici şəkilçidir, isimlərə artırılıb isim əmələ gətirir. Göy-
türk (Orxon-Yenisey yazılı abidələrinin) dilində təkcə bir sözə ar-
tırıldığı müşahidə edilmişdir; məsələn: kün “gün” – küntüz (KT.
s.27) “gündüz”. Türk bodun üçün tün udımadım, küntüz olurma-
dım (KT. s.27) “Türk xalıqı üçün gecə uyumadım, gündüz otur-
madım”
1
. Fikrimizcə, küntüz (gündüz) sözündəki “tüz” (düz) mor-
femi tam müstəqil leksik mənaya malik söz kimi təhlil olun-
malıdır.
Ə.Abdullayev “gündüz” sözünün “düz” hissəsini şəkilçi yox,
kök morfemi hesab edir: “A.Qaben “gündüz” sözünün qədim türk
dilində “küntüri (kunturi) şəklində işləndiyini qeyd edir. İndi də
Azərbaycan dialektlərində “küntürrük” sözü işlənir. Məsələn,
günüm – dürrigim yoxdi. Sənə gəldim-gəlmədim bir kündirriyim
olmadı (Şamaxı rayonu, Məlik-çobanı kəndi). Mənası odur ki,
günüm yaxşı keçməyib, gün görməmişəm. Üdür (üldür) isə qədim
monqolca “gün” “день” deməkdir”
2
. Bu fikir eynilə, yəni “gün-
düz” sözündəki “dür” morfemi “день” anlamlı “üldür”ün bir for-
ması kimi qəbul edilərsə, “gündür” sözünün ifadə etdiyi semantik
yük bu cür olur: gün+üldür (24 saat) = gündür. Bu isə məntiqə
ziddir. Amma bu da var ki, “küntüri” sözü kün (gün) + turmaq
//durmaq (olmaq) = “gündüz” mənasına uyğun gəlir. Yaxud mon-
qol dilindəki “üldür” sözünə belə bir yozum vermək olar: “ül” işıq
anlamlı “yal” arxetipinin “yil” (il) forması ilə “dür” isə “olmaq”
anlamlı “tur-dür”lə eyni xətdə birləşir: ül(işıq)+dür=üldür (gün-
düz). Günəşin hərəkət trayektoriyasına uyğun şəkildə verdiyimiz
bu şərhlər məntiqə zidd deyil. Deməli, “gündüz” sözünü tam yeni
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. II, Bakı, 2004, səh.242.
2
Ə.Abdullayev. Azərbaycan dilində r~z nisbəti. Azərbaycan dilçiliyi müntəxəbatı.
III c., Bakı, 2013, səh.17.
“Dədə Qorqud”un möcüzələr dünyası
232
müstəvidə araşdırmaq lazım gəlir. İlk olaraq qeyd edək ki, “gün-
düz” sözünün assosiativliyi “Gün (günəş) işığı düşür ki, gündüz
olur” cümləsini yada salır. Bu da belə bir modeli reallaşdırır: Gün
düşər = gündüz. Bu fikrin düzgünlüyü üç arqumentlə təsdiqlənə
bilər: “güney” sözü gün düşən yer, “quzey” isə gün düşməyən yer
mənasındadır; “kün tüşər” (gün düşən vaxt) modeli formasına
görə kışar (qış), küzər (güz – payız), alar (dan söküləndə) kimi
zaman məzmunlu sözlərlə eyni xətdə birləşir; “kün tüşər” mode-
linin fonetik dəyişmələrlə “gündüz” şəklinə düşə bilməsi türk dil-
lərinin, o cümlədən Azərbaycan dilinin tarixi fonetikası baxımın-
dan məqbul hesab oluna bilər (k→g, t→d, ş→s→z səs əvəzlənmə-
ləri və “ər” hecasının düşməsi). Belə bir izah təkcə formasına
deyil, həm də semantikasına görə “gündüz” sözünün etimoloji
əsaslarına uyğun gəlir. Amma “gecə” anlamlı “dün” sözünün bir-
başa Günəş işığının hərəkətini ifadə edən “Gün döndü”, “Gün
əyildi” tipli cümlələrin semantikası ilə bağlandığını (əvvəlki səhi-
fələrə bax) əsas götürdükdə istər-istəməz “gündüz” sözünün eti-
mologiyasını həmin cümlələrin semantikası ilə əks qütbdə daya-
nan cümlələr kontekstində təhlil etmək zərurəti yaranır. Heç şüb-
həsiz ki, Gün döndü//Gün əyildi tipli cümlələrin semantik yükü ilə
əks qütbdə dayana bilən cümlələrdən ilk yada düşəni məhz “Gün
düzədi” cümləsidir (müq.et: günün dönən//əyilən vaxtı=dün//gecə;
günün düzələn vaxtı = gündüz). Bu cümlənin semantikasına uyğun
olan ilkin formanı, arxetipi bərpa etməyə çalışaq: kün tüzər (gün
işığı düz olan vaxt) → küntüz = gündüz (k→g; t→d səs əvəzlən-
mələri türk dilləri üçün səciyyəvidir). Belə bir bərpa isə tarixən
işlənmiş zaman məzmunlu alar (dan söküləndə), güzər (güz,
payız), kışar (qış) kimi sözlərin ilkin formaları ilə eyni xətdə birlə-
şir. Nəhayət, onu da qeyd etmək yerinə düşür ki, “gündüz” sözü-
nün birbaşa gün işığı ilə bağlılığını Y.V.Çəmənzəminli obrazlı şə-
kildə canlandırıb: “Dan yeri yenicə sökülürdü ... ay və ulduzlar
günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda
gözdən itirdilər”.
“Dədə Qorqud”un möcüzələr dünyası
233
Ekindü. “Günorta üstü, günün ikinci yarısı, günortadan son-
rakı vaxt” və s. anlamlı “ekindü” sözü “Kitab”da cəmi bir dəfə
həm də II növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənib:
ekindü vəqti. “Mərə qocalar, ekindü vəqti muni maηa çevirəsiz
yiyəm” (D-226). “Ekindü” sözü şivələrimizdə müxtəlif fonetik va-
riantlarda mühafizə olunur. Bu barədə dialektologiyaya dair ədə-
biyyatda kifayət qədər məlumat var: Şəki şivəsində ilkindi (günor-
tadan sonra axşama yaxın vaxt); Lənkəran şivəsində ikitdi (axşam-
üstü); qərb şivələrində ikindi//ilkindi (günbatan vaxt). A.Məmmə-
dova “Kitab”da işlənmiş bu sözün “ekindü” deyil, “ikindi” şəklin-
də transkripsiyasını məqbul hesab edərək yazır: “Ədəbi dilimizdə
işlənmə məqamı uzun müddət daralan ikindi leksik vahidinə islam
dininin yeni bir axında müasir dövrümüzə və həyatımıza girməsi
nəticəsində (ikindi vaxtı qılınan namaz) daha tez-tez rast gəlirik”
1
.
Burada onu da qeyd etmək yerinə düşür ki, “ikindi” sözü M.Kaş-
ğarinin “Divan”ında məhz “ikindi namazı vaxtı” mənasında işlə-
nib (MK.I, səh.196). “Kitab”da “ekindü” sözü ilə eyni semantik
yuvaya daxil olan öylə//öyni sözü də müşahidə olunur: “Öylədən
sonra evinə gəldi (D-2); “Yanmış arpa ətməgi acı soğan öyni
deyil! (D-144). “Kitab”da “günorta”, “günorta yeməyi” mənasın-
da işlənmiş bu söz Azərbaycan dili şivələrində ilkin fonetik-se-
mantik tərkibinə uyğun şəkildə mühafizə olunur: Qərb şivələrində:
öynə; Quba şivəsində: öynə, ö:nə.
Axşam. Günün əsas hissələrindən birinin adı olan “axşam”
(günün axırından gecənin başlanmasına qədər olan vaxt, günbatan
vaxt) sözü “Kitab”da bir neçə dəfə işlənib: “Qaranqu axşam olan-
da qayğılu çoban!” (D-40); “Öylən varub axşam gəlmək olmaz”
(D-172). Birinci nümunədə Günəşin batmasından əvvəlki zaman
kəsiyini ifadə edən “qaranqu axşam” birləşməsi belə sadələşdirilib
(“Kitab”ın 1988-ci il Bakı nəşri nəzərdə tutulur): qaranlıq axşam.
Qeyd edək ki, birinci nümunədəki “qaranqu” ilə müasir dilimizdə-
ki hava qaralmaq, axşam olmaq anlamlı “qaranlıq düşmək” (çök-
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.39.
“Dədə Qorqud”un möcüzələr dünyası
234
mək, qovuşmaq, qarışmaq) frazemi eyni semantik yuvaya daxil
olur. Daha doğrusu, bu semantik yuvada “qaranqu” nüvə söz kimi
görünür. Azərbaycan dilinin qərb şivələrində “şər qarışanda” an-
lamlı “qaranlıq qarışanda” ifadəsi işlənir ki, bu da “Kitab”dakı
“qaranqu” ilə səsləşir. Yeri gəlmişkən, İ.Tahirov -anda
2
şəkilçili
feli bağlamalarla yaranan tərkiblərdən bəhs edərkən göstərir:
“...Bəlkə, axşam qaranluq qarışanda oğurlanıb sizə gəldim (İ.Şıx-
lı). Qeyd edək ki, şər qarışanda birləşməsi qaranlıq qarışanda
ifadəsindən daha məqbuldur”
1
. Heç şübhəsiz ki, müasir ədəbi dili-
mizin normaları baxımından yanaşdıqda “şər qarışmaq” ifadəsi
daha məqbuldur. Amma bədii üslub, konkret desək, obrazın dili
baxımından yanaşdıqda məhz “qaranlıq qarışmaq” ifadəsi düz-
gündür. Belə ki, İ.Şıxlı yaratdığı obrazı qərb şivələrinə uyğun
şəkildə danışdırıb. Bu da obrazlılığın gücləndirilməsindən, poetik
mənanın qüvvətləndirilməsindən başqa bir şey deyil.
Dün//dünin. Gecə anlamlı “dün” sözünün Günəşin batması,
yaxud batmağa doğru meyil etməsini ifadə edən “dön” felinin,
daha doğrusu, onun “dün” allomorfunun semantik konversiyası
əsasında yarana bilməsi şübhə doğurmur (əvvəlki səhifələrə bax).
Müqayisələr göstərir ki, bu söz “Kitab”da təkcə “gecə” yox, həm
də “dünən” mənasında işlənib: “gecə” mənasında − “Dün qatdı
köçdi” (D-190); “Üç gün dünli-günli yortdı” (D-263)...; “dünən”
mənasında − “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47).
Qeyd edək ki, “Kitab”da “gecə” anlamlı “dün”, eyni zamanda
onun “dünin” formasının üstün mövqedə işlənməsi açıq-aydın şə-
kildə görünür. “Dünin” formasının epifora yaratmada iştirakı da
dediklərimizi sübut edir:
“Arxu beli, Ala tağı dünin aşdın
Aqındılı suyın dünin keçdiη,
Qanlu kafər elinə dünin girdiη...”
1
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.252.
“Dədə Qorqud”un möcüzələr dünyası
235
“Dün” sözünün “gecə yarısı” anlamlı “dün burcuğı” birləş-
məsində tərəflərdən biri kimi çıxış etməsi də yuxarıdakı tezisləri
qüvvətləndirir: “...dün burcuğında Qazan bəgiη ordısına gəldi” (D-
38).
Bir cəhəti də vurğulayaq ki, “dün” sözü müasir dilimizdəki
“dünən” və “tünlük” (adamların bir yerə çox yığılması...) sözlərin-
də fonetik və semantik dəyişmələrlə işlənir. Türk dillərində işlən-
mə səviyyəsi isə belədir: “...müasir türk dillərindən Türkiyə türk-
cəsində “dünən” mənasında “dün”, başqırd, qazax, qırğız, özbək,
tatar, uyğur və s. türkcələrdə də “gecə” mənasında fonetik variant-
larla tön//tün şəklində işləkliyini davam etdirməkdədir”
1
.
Gecə. İlk olaraq “gecə” sözünün “Kitab”da işlənmə mövqe-
yinə diqqət yetirək: müstəqil şəkildə işlənib: gecə. “Gecə yatur-
kən Qaracıq çoban qara qayğulu vaqeə gördi” (D-39)...; “gecədən”
düzəltmə sözündə kök morfemi kimi çıxış edib: gecədən. “...gecə-
dən bir quzı bişürüb dururam” (D-49); “gecə-gündüz” mürəkkəb
sözünün birinci tərəfi kimi işlənib: “gecə-gündüz”. “Gecə-gündüz
demədilər, yortma oldı” (D-301).
Ə.Rəcəbli Orxon-Yenisey abidələrindəki “kiçə” (gecə) sö-
zündən bəhs edərkən yazır: “...Bu şəkilçi (-ə şəkilçisi nəzərdə tu-
tulur – Ə.T.) zərfdən isim düzəldir; məsələn, kiç “gec” – kiçə (MÇ
13) “gecə”. Kiçə yaruq batur erigli süηüşdim (MÇ 13) “Gecə ay
batırkən döyüşdüm”. Kiçə “gecə” sözünü isim kimi də (zaman
adını bildirən isim kimi) zərf kimi də götürmək olar. Bu söz ad-
verbiallaşdıqda zərf kimi götürülür və cümlənin zərfliyi olur”
2
.
“Gecə” sözünü kök morfemi kimi “adi və ya müəyyənləşdirilmiş,
qərarlaşdırılmış vaxtdan sonra“ anlamlı “gec” sözünün götürülmə-
si inandırıcı görünür. Amma “gecə” sözünün etimologiyasına baş-
qa bucaqlardan da yanaşmaq olar. Bəllidir ki, günün əsas hissələ-
rindən birinin adı kimi işlənən “gecə” sözü “günün günbatandan
günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi” mənasında-
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.39.
2
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.241.
“Dədə Qorqud”un möcüzələr dünyası
236
dır. Yaxud Azərbaycan dilinin izahlı lüğətində “gecə” sözü ilə
bağlı verilmiş digər şərhlərə nəzər salaq: ...gecə qaralmaq (düş-
mək) – gündüz qurtarıb gecə başlamaq...; gecə keçmək – gecənin
gec vaxtı olmaq...”
1
. Bu qeydlər aydın şəkildə göstərir ki, gün ba-
tanda, yəni gün işığı düşməyəndə “gecə” olur. Burada assosiativ
olaraq çoxmənalı “keçmək” felinin “sönmək” mənasında işlənmə-
si yada düşür: “Keçmək – sönmək: Lampa keçdi; Çıraq keçdi”. Bu
nümunələrdəki “lampa” və “çıraq” sözləri şərti olaraq “gün işığı”
birləşməsi ilə əvəzlənərsə, belə bir model alına bilər: “Gün işığı
keçdi = qaranlıq oldu, gecə oldu = gecə”. Bu mənada zaman anla-
yışlı “gecə” sözünün sönmək, ötüb keçmək, ötüb getmək, çəkilib
getmək və s. anlamlı “keçmək” feli əsasında yarana bilməsi şübhə
doğurmur, əksinə, məntiqli görünür. Burada lampa işığının keç-
məsini metaforik–metonimik ifadələrlə canlandırmış Ə.Məmməd-
xanlının bir cümləsini xatırlatmaq yerinə düşür: “Otağımdakı işığı
keçirəndə xəfif, qırmızı bir parıltının pəncərə şüşələrində titrədiyi-
ni görürdüm...” Maraqlıdır ki, H.K.Sanılı da gündüz sözünə işıq,
gecə sözünə qaranlıq, kölgə kontekstində aydınlıq gətirməyə
çalışıb: “Yer öz başına fırlanan zaman gah bu tərəfi günə baxır,
gah da o tərəfi. Gün tərəfi işıq olur, o biri tərəfi qaranlıq (kölgə).
İşıq tərəfə biz gündüz, kölgə tərəfə gecə deyirik”
2
.
“Gecə” sözünün ilkin formasını alar (dan söküləndə...), kışar
(qış), güzər (güz, payız) kimi zaman məzmunlu sözlərin tarixən
işlənmiş formalarına uyğun şəkildə bərpa etməyə çalışaq: Gün
(işıq) keçər vaxtı=keçər=gecə (ç→c əvəzlənməsi dilimiz üçün sə-
ciyyəvidir, “r” səsinin düşməsi də mümkündür. Müq.et: alar taηla
(səhər çağı)// ala taηla (səhər çağı). Bütün bunlar onu deməyə əsas
verir ki, “gecə” və “dün” (gecə mənasında) sözləri eyni semantik
şaxədə birləşir. Bu da təbiət hadisəsinin, daha dəqiqi, günün bat-
masının eyni semantik şaxədə birləşən sözlərlə ifadəsi ilə bağlıdır.
1
Azərbaycan dilinin izahlı lüğəti. III cild, Bakı, 1983, cəh.146.
2
S.Bayramova. Hacı Kərim Sanılının pedaqoji fəaliyyəti və maarifçilik görüşləri.
Bakı, 2014, səh.62.
“Dədə Qorqud”un möcüzələr dünyası
237
Gələcək zaman mənasını ifadə edən isimlər
Türkologiyada gələcək zaman məzmunlu isimlərin ayrılıqda
öyrənilməsinə rast gəlinmir. Fikrimizcə dünən, indi, sonra və s.
kimi sözlər keçmiş, indiki və gələcək zaman məzmunlu zərflər
başlığı altında öyrənildiyi kimi, “yarın” (sabah, gələcək gün) sözü-
nün də gələcək zaman məzmunlu isimlər başlığı altında izahı məq-
bul hesab oluna bilər. Bu mənada “Kitab”da işlənmiş “yarın” sözü
ilə bağlı aşağıdakıları söyləmək olar:
– müstəqil şəkildə gələcək zaman mənasını ifadə edir:
“Yarın qızıηı maηa vergil” (D-185).
– indiki zaman məzmunlu “bu gün” birləşməsindən sonra,
daha doğrusu, onunla yanaşı işlənir ki, bu da obrazlılığı qüvvətlən-
dirməyə xidmət edir: “Bu gün – yarın qanda isə, gəlür” (D-26).
Maraqlıdır ki, bu vahidlərin antonimliyi eyni cümlə daxilində də
özünü göstərir: “Bu gün bən geydim, yarın naibim geysün” (D-
89);
– yarınkı (sabahkı) sifətində kök morfemi kimi çıxış edir:
“Yarunkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-taxtım saηa
vermiyələr...” (D-125);
– “yarın qiyamət güni” frazemində semantik dinamika məhz
“yarın” sözü ilə başlanır: “Yarın qiyamət günində mənim əlüm
Qazan xanıη yaqasında olsun...” (D-298).
Türkiyə türkcəsində ədəbi dil səviyyəsində işlənən “yarın”
sözü Azərbaycan ədəbi dili üçün arxaikləşib. Amma burada “ya-
rın” sözünün bədii ədəbiyyatımızda, xüsusən də şeir dilindəki ob-
razlılıq yaratma imkanlarını da qeyd etmək lazım gəlir (məsələn,
R.Rzanın şeirlərində: Mübarizə bu gün də var, yarın da...).
Qeyd etdiyimiz kimi, Günəşin (işığın) hərəkətini, daha doğ-
rusu, onun dönməsi və ya əyilməsini ifadə edən çoxmənalı “dön-
mək” felinin ikiqat semantik konversiyası əsasında keçmiş zaman
məzmunlu “dünən” sözünün yarana bilməsi məntiqli görünür. Bu
baxımdan “dünən” sözü bu günə nisbətdə “bu gündən əvvəlki
“Dədə Qorqud”un möcüzələr dünyası
238
günü, keçən günü” ifadə edirsə, “yarın” da sonrakı günü (24 saat)
işarələndirir. Bu assosiativlik belə düşünməyə əsas verir ki, “ya-
rın” sözü gün işığının sonrakı günə keçməsini, sonrakı günün açıl-
masını ifadə edir. Yəni “yarın” sözünün “yar(maq) + ın = yarın
(sabah, gələcək gün)” modeli əsasında düzələ bilmə ehtimalı təbii
qarşılanır. Bu ehtimalın düzgünlüyünü isə bir neçə faktla arqu-
mentləşdirmək olar: Orxon-Yenisey abidələrində işıq, parıltı an-
lamlı yarık//yaruk sözünə rast gəlinir ki, bu da sonrakı günə keçən
işıq anlamlı “yarın” sözünün kök morfemi ilə eynidir; Orxon-
Yenisey abidələrindəki “yaruk” sözünün Günəş, həm də Ay mə-
nasında tərcümə edilməsini də təsadüfi hesab etmək olmaz: “Kiçə
yaruk batur erigli süηüşdim – Gecə ay batarkən döyüşdüm
1
; Gecə
günəş batarkən döyüşdüm”
2
; qədim türk dilindəki işıq, parıltı
anlamlı “yaruk” sözü rus dilinə keçərək ilkin forma və seman-
tikasına uyğun şəkildə sabitləşib: яркий (parlaq, aydın-açıq), ярко
(parlaq, aydın, açıq), яркость (parlaqlıq, aydınlıq, açıqlıq); “yar”
sözü bir sıra türk dillərində işıqlı, işıq buraxmaq, işıqlı olmaq kimi
mənalarda işlənir
3
. Maraqlıdır ki, M.Kaşğarinin “Divan”ında qış-
dan yaza keçid, yazın gəlişi də məhz açılmaq anlamlı “yarılmaq//
yazılmaq” sözləri kontekstində verilib. Bu mənada yarın (sabah)
və yaz sözləri bir zaman kəsiyindən digər zaman kəsiyinə keçidi
ifadəetmə xəttində birləşir: bu gün→yarın (sabah); qış→yaz. Coğ-
rafiya və astronomiyaya dair ədəbiyyatda göstərilir ki, Günəş
ekliktika boyunca yerini dəyişərək cənub yarımkürəsindən şimala
keçir (20-21 mart) və yaz gecə-gündüz bərabərliyi nöqtəsində
olur. Bu an şimal yarımkürəsində yazın başlanğıcı hesab edilir
4
.
Aydındır ki, bərabərlik nöqtəsi Günəşin (işıq) yer kürəsini iki yerə
bölməsi, yarması (şərti olaraq belə ifadə edirik) nəticəsində real-
laşır. Bu da “Günəş (işıq)→yarar →yar=yaz” modelinin məntiqə
1
Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.241.
2
Yenə orada, səh.344.
3
M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, səh.55.
4
Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh.419.
“Dədə Qorqud”un möcüzələr dünyası
239
zidd olmadığını göstərir. Yaxud “yarın” sözünün ilkin semantik
yükü növbəti günə (24 saat) keçən, növbəti gecəni, qaranlığı yaran
Günəş (işıq) mənasına uyğun gəlir. Bu mənada işıq, parıltı anlamlı
“yar” sözü çoxmənalı “yarmaq” felinin semantik konversiyası
əsasında yaranıb – qənaətinə də gəlmək mümkündür.
Həftənin günlərinin adlarını
bildirən isimlər
Ayna. Cümə, cümə günü anlamlı “ayna” sözünə “Kitab”da
az rast gəlinir: “Sağış günində ayna görkli, ayna güni oqıyanda
qütbə görkli” (D-6). Bir həqiqəti də söyləmək lazım gəlir: “Ki-
tab”da həftənin digər günlərinin adları işlənməyib.
Nisbətən böyük zaman kəsiklərini
ifadə edən isimlər
Yerin Günəş ətrafında bir dəfə fırlanma müddəti 365 gün 5
saat 48 dəqiqə 46, 1 saniyəni əhatə edir ki, bu da yıl//yil//il sözü
ilə ifadə olunur. Bir il ərzindəki zaman kəsiklərinin adlarına nəzər
salaq: saniyə, dəqiqə (60 saniyə), saat (60 dəqiqə), gün (24 saat),
həftə (7 gün), ay (29,5 gün), yaz (74 gün), yay (148 gün), güz//
payız (84 gün), qış (59 gün, hər dörd ildən bir 60 gün) (fəsilləri
əhatə edən günlərin sayı Azərbaycandakı, daha dəqiqi, Bakıdakı
iqlim bölgüsünü əks etdirir). Bu sistemdəki ərəb mənşəli saniyə ,
dəqiqə, fars mənşəli həftə və payız sözləri istisna olunmaqla qa-
lanları “Kitab”ın dilində işlənib. Qeyd etdiyimiz kimi, 24 saat an-
lamlı “gün” sözünün yaranması birbaşa Günəşin (işığın) hərəkəti
ilə bağlıdır (qaranlıq – işıq; gecə-gündüz). 29,5 gün anlamlı ay sö-
zü də Ayın yer ətrafında bir dəfə tam dövrə vurmasını ifadə edir.
Qəməri təqvimində 29,5 gün bir ay hesab olunur ki, bu da 29,5
dəfə gecə və elə bir o qədər də gündüz deməkdir. Türk dillərindəki
fəsil adları da birbaşa Günəşin hərəkət trayektoriyasını, daha dəqi-
“Dədə Qorqud”un möcüzələr dünyası
240
qi, müxtəlif zaman kəsiklərindəki düşmə bucağını əks etdirir (son-
rakı səhifələrə bax). Fəsillərə daxil olan günlərin cəmini (365 gün
5 saat 48 dəqiqə 46,1 saniyə) ifadə edən yıl//yil//il sözü isə od, işıq
anlamlı “yal” arxetipi ilə bağlanır, onun allomorflarından biri kimi
görünür. Bu isə o deməkdir ki, 365 gecə və elə bir o qədər də
gündüzü əhatə edən zaman kəsiyinin yıl//yil (il) sözü ilə ifadəsi
təsadüfi hesab oluna bilməz. Bütün bunlar “Kitab”ın dilindəki
nisbətən böyük zaman kəsiklərini ifadə edən isimləri bir il ərzin-
dəki zaman kəsiklərinin dinamikası kontekstində nəzərdən keçir-
məyi diktə edir. Yəni belə: ay, yaz, yay, qış = yil (il);
29,5 və ya 30 gün mənasını ifadə edən “ay” sözü
“Kitab”ın dilində “yer kürəsinin peyki olub, onunla birlikdə
günəşin ətrafında fırlanan və gecələr inikas edən günəş işığı ilə
işıqlanan göy cismi” anlamlı “Ay” sözü daha çox obrazlı ifadələr-
də müşahidə olunur: aydan arı. “Aydan arı gündən görkli qız qar-
daşıη Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm!” (D-83);
ayın on dördü – on dörd gecəlik ay kimi gözəl. “Baqdı gördü kim,
ayıη on dördinə bəηzər” (D-266). Sonuncu nümunədəki “ayın on
dördü” ifadəsi Nəsiminin dilində “iki həftəlik qəmər” şəklindədir:
“Saçun şəbində yüzin iki həftəlik qəmərdir// Bu sirri bilən bilür
kim, bu necə nəzərdür”. Bu qarşılaşdırmalarda iki cəhət maraq
doğurur: “Kitab”ın dilində işlənmiş təşbehdəki sözlər türk mənşə-
lidirsə, Nəsiminin dilindəki təşbehdə “həftə” sözü fars, “qəmər”
isə ərəb mənşəlidir; “Kitab”ın dilindəki “on dörd” ədədi Nəsimi-
nin dilində daha yuvarlaq ədədlə ifadə olunub (iki həftəlik). Bura-
da bir həqiqəti də deyək ki, “Kitab”da “həftə” sözünün işlənmə-
məsi onun VII əsrdən əvvəl formalaşdığını göstərir. Belə ki,
qədim türklərdə həftənin yeddi gününün adı yoxdur, çünki həftə
anlayışı islamiyyətdən sonra meydana çıxmışdır (M.Kaşğari.
“Divan”, I c., səh.356). “Müqəddimə”də işlənmiş cümə, cümə gü-
nü anlamlı “ayna” sözü isə “Kitab”a sonradan əlavə edilmiş
sözlərdən biri hesab oluna bilər.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |