251
şəkildə canlandırılıb. Burada M.Kaşğarinin “Divan”ında verilmiş
bir parçanı təqdim etməklə kifayətlənmək olar:
“Kış yay bilə tokuştı,
Kınqır közün bakıştı,
Tutuşkalı yakıştı,
Utğalımat oğraşur.
Qış yay ilə toqquşdu,
Qızmış gözlə baxışdı,
Tutuşmaqçun yaxlaşdı,
Bir-birini udmağa əlləşir.
Yay ilə qış bir-birilə döyüşə girişdilər, qəzəblə bir-birini süz-
dülər, tutuşmaq üçün yaxınlaşdılar, biri digərini udmaq üçün əllə-
şir” (MK. I c., 2006, s.222).
Güz (payız). İlk olaraq ilin üçüncü fəslinin “güz” sözü ilə
ifadə olunmasına aydınlıq gətirmək zərurəti yaranır. Bu mənada
güz (payız) fəslində (23 sentyabr – 22 dekabr) Günəşin hərəkət
trayektoriyasında baş verən dəyişmələri izləyək: “Şimal yarımkü-
rəsində payızın başlanma anında (23 sentyabr) Günəş ekvatoru
payız gecə-gübdüz bərabərliyi nöqtəsində kəsərək cənub yarımkü-
rəsinə keçir. Bu an bütün Yer kürəsində gündüz gecəyə bərabər-
dir...”
1
. Qeyd etdiyimiz kimi, Azərbaycanda və onunla eyni enlik-
də yerləşən ölkələrin ərazisində Günəş işığının düşmə dərəcəsi yaz
fəslindən yay fəslinə doğru getdikcə artırsa (yazda: 50˚; yayda:
73,5˚), güz (payız) fəslində qış fəslinə doğru getdikcə azalmağa,
zəifləməyə başlayır (güzdə - payızda: 50˚; qışda: 26,5˚). Burada
assosiativ olaraq “gün işığı az düşdüyü üçün ilin bu zaman kəsiyi
“gün+az” modelinin inkişafı əsasında yaranmış “güz” sözü ilə ifa-
də olunub” fikri yarana bilər. Maraqlıdır ki, bu fikrin düzgünlüyü-
nü müxtəlif bucaqlardan əsaslandırmaq mümkündür. Məsələn, be-
lə: “gün + az = güz” (apokopa hadisəsi müşahidə olunan sözlərlə
müq.et: ay qız = az; ay kişi = əşi...); gün düşməyən, kölgəli yer
1
Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh.419.
“Dədə Qorqud”un möcüzələr dünyası
252
anlamlı “quzey” sözü ilə payız anlamlı “güz” sözü eyni fonetik-
semantik yuvaya daxil ola bilir. Bu fikri M.Kaşğarinin “Divan”ına
istinadən qüvvətləndirmək olar: “...kuz tağ = günəş görməyən dağ
(oraya ancaq günortadan sonra gün düşür, dağ günəşin solunda
qalır, soyuq və qar çox olur)”
1
. Bütün bu qeydlər həqiqətə uyğun
görünsə də, razılaşmaq olmaz. Daha doğrusu, M.Kaşğarinin “Di-
van”ında payız fəslinin girməsinin məhz “küzər” şəklində ifadə
olunması “güz” sözünü tam başqa müstəvidə təhlil süzgəcindən
keçirilməyi diktə edir. “Divan”da göstərilir: “küzərdi” öd küzərdi
= mövsüm payızlaşdı, payız fəsli girdi, küzərür – küzərmək”
2
.
Buradakı “küzərmək” sözü ilə dilimizdəki “zəif işıq vermək, işar-
maq, işıldamaq” anlamlı “közərmək” sözü nəinki eyni semantik
yuvaya daxil ola bilir, hətta bu leksemlər bütün parametrlərinə
görə eyni söz kimi götürülə bilər (ü→ö; ö→ü sait əvəzlənmələri
türk dilləri üçün səciyyəvidir). Yuxarıda qeyd etdik ki, şimal
yarımkürəsində Günəş işığının düşmə dərəcəsi güz (payız) fəslin-
dən qışa doğru getdikcə azalır, zəifləyir. Deməli, bu hadisənin qə-
dim türk dilində “zəif işıq vermək, işarmaq, işıldamaq” anlamlı
“küzərmək//közərmək çoxmənalı feli ilə ifadə oluna bilməsi təbii
və məntiqli hesab oluna bilər. Yeri gəlmişkən, “Kitab”da “közər-
mək” anlamlı “şılamaq” feli də məhz günlə bağlı təşbeh daxilində
işlənib: “Toz yarıldı, gün kibi şıladı, dəηiz kibi yayqandı...” (D-
127). Buraya qədər dediklərimizi belə ümumiləşdirmək olar: “od
yanandan sonra qalan alovsuz, qızmar kömür” anlamlı küz (köz)
isminə -ar
2
leksik şəkilçisinin qoşulması ilə “küzər//közər feli ya-
ranıb (müq.et: ağ + ar = ağarmaq, suv + ar = suvarmaq...); sonrakı
dövrlərdə “küzər+//közər” sözündəki -ar
2
şəkilçisinin düşməsi
nəticəsində “küz//güz” şəklində sabitləşib (müasir ədəbi dilimiz
üçün arxaizmdir, yalnız danışıq dili və şivə səviyyəsində bəzi dü-
zəltmə sözlərin daxilində işlənir: güzəm – payızda qırxılan yun;
güzdək – payızlıq taxıl...); “küz//köz + ər = küzər//közər →güzər
1
M.Kaşğari. Divanü lüğat-it-türk. I cıld, Bakı, 2006, səh.340.
2
Yenə orada, II cild, səh.113.
“Dədə Qorqud”un möcüzələr dünyası
253
+ güz (türk dillərində k→g; ü→ö səs əvəzlənmələri və -ər şəkilçi-
sinin ixtisarı mümkün hadisələrdəndir). Bu qeydlərin düzgünlüyü-
nü qüvvətləndirən digər faktlara müraciət edək. S.Əlizadə “Oğuz-
namə”də işlənmiş “Qış közi qırağu olur” deyimindəki köz və qı-
rov sözlərinin poetik semantikası barədə yazır: “Qışın közü qırov
olur” cümləsində metaforik təfəkkürün sərrastlığı heyrətləndirici-
dir; poetik obraz ustalıqla yaradıldığı kimi, sətiraltı məna da sənət-
karlıqla ifadə olunmuşdur: zahiri görünüşünə, rənginə görə köz qı-
rova, qırov da közə çox bənzəyir. Lakin köz yandıran istilik mən-
bəyidirsə, qırov yandıran soyuqluq mənbəyidir. Demək, qırovun
köz adlandırılması, xəfif bir kinayənin təcəssümü kimi başa düşül-
məlidir (yəni qışın qırovu da yandırır, amma qızdırmır, dondu-
rur)”
1
. Bizə belə gəlir ki, “Kitab”ın “müqəddimə”sində işlənən
“Yapa-yapa qarlar yağsa, yaza qalmaz”, “Yapağlu” gökcə çəmən
güzə qalmaz” atalar sözlərində olduğu kimi, “Oğuznamə”də işlə-
nən “Qış közi qırağu olur” deyimində də təbiət hadisəsi real, am-
ma obrazlı şəkildə canlandırılıb. İlk olaraq qeyd edək ki, “Qış közi
qırağu olur” deyimi motivləşmə baxımından folklorumuzdakı
“Qış dumanı qar gətirər, yaz dumanı bar” nümunəsi ilə səsləşdiyi
üçün belə yozula bilər: “Qış közü (günəşi) qırov yaradar (gəti-
rər)”. Bu mənada S.Əlizadənin “...qırovun köz adlandırılması, xə-
fif bir kinayənin təcəssümü kimi başa düşülməlidir (yəni qışın qı-
rovu da yandırır, amma qızdırmır, dondurur)” fikrini eynilə qəbul
etmək olmaz. Belə ki, “qırov” “payızın axırlarında soyuqlar dü-
şəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində
qonan qar kütləsi, şehin donmuş zərrələri”
2
mənasındadır. Bu isə o
deməkdir ki, “qırov” Günəş işığı zəiflədiyi, közərdiyi zaman kəsi-
yində, yəni payızın (əslində, güzün) axırlarında yaranır. Deyimdə-
ki “qış közi” ifadəsi də məhz qış günəşi, yaxud qışda (əslində,
payızın sonlarında) günəş işığının azalması, közərməsi mənasına
uyğun gəlir. Deməli, deyimdəki ilkin məna belə yozula bilər: “Qı-
1
S.Əlizadə. Müdriklərin sönməyən işığı. Oğuznamə. Bakı, 1987, səh.14.
2
Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.521.
“Dədə Qorqud”un möcüzələr dünyası
254
şın közü (günəşi) qırov yaradır”. Heç şübhəsiz ki, həmin deyimdə-
ki məcazi məna da bu kontekstdən kənar deyil. Bu qeydlər “Qış
közi qırağu olur” deyimindəki “köz” sözü ilə payız anlamlı “güz”
sözü arasında məntiqi bağlılıq görünür” – qənaətini də söyləməyə
imkan verir.
“Kitab”da işlənən “güz” sözünün səciyyəvi cəhətləri ilə bağlı
aşağıdakıları söyləmək olar:
− konkret zaman kəsiyini ifadə edən bir söz kimi çıxış edir:
“Yapağlu gökçə çəmən güzə qalmaz” (D-3);
− “güzin” sözündə kök morfemi kimi işlənməsi müşahidə
olunur: “Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı” (D-
15). Buradakı “güzin” payızda anlamlı düzəltmə zaman zərfidir,
müasir ədəbi dilimiz üçün arxaikləşmiş vahidlərdəndir;
- bir sıra təşbehlərdə semantik dinamika məhz “güz” sözü ilə
başlanır: “Güz almasına bəηzər al yaηaqlım!” (D-12); “Güz alma-
sı kibi al yanağını tartdı, yırtdı” (D-92). “Güz” sözü, daha dəqiqi,
“güz alması” (payız alması) ifadəsi ilə başlanan bu təşbehlərdən
birincisində qadın obrazının gözəlliyi, ikincisində isə onun qəmli,
kədərli anları qabardılır...
Yuxarıdakı dil faktları və şərhlər göstərir ki, “güz” sözü ədə-
bi dilimizə qaytarılmalıdır: birincisi, ona görə ki, qədim türk abi-
dələrində, xüsusən də “Kitab” kimi sanballı bir abidənin dilində
intensiv şəkildə işlənib; ikincisi, müasir ədəbi dilimizdəki “payız”
sözü fars mənşəlidirsə (“payız” bəzi araşdırmalarda qıpçaq mən-
şəli söz kimi göstərilir), bərpa etmək istədiyimiz “güz” sözü türk
mənşəlidir; üçüncüsü, “güz” sözü formasına görə müasir ədəbi
dilimizdə ilin fəsillərinin adlarını bildirən sözlərə çox yaxındır.
Konkret desək, bu sözlərin dördü də (yaz, yay, güz, qış) üç səsdən
ibarətdir, ən əsası isə dördü də örtülü-qapalı heca tipindədir. “Pa-
yız” sözü isə bu sistemə daxil ola bilmir; dördüncüsü, yaz, yay və
qış sözləri kimi “güz”də Günəş işığının düşmə dərəcəsinə uyğun
olaraq yaradılıb; beşincisi, “güz almasına bəηzər al yaηaqlım!” ki-
mi obrazlı ifadələrdəki “güz” sözü “payız”la əvəzlənərək oxucula-
ra təqdim olunur ki, bu da həmin ifadələrin poetik çəkisini xeyli
“Dədə Qorqud”un möcüzələr dünyası
255
azaldır; altıncısı, “güz” sözü şivələrimizin əksəriyyətində mühafi-
zə olunur ki, bu da onun ədəbi dilimizdə sabitləşməsinə təkan verə
bilər.
Qış. İlin fəsillərindən dördüncüsünün “qış” sözü ilə ifadə
olunması təsadüfi deyil. Belə ki, qış fəsli şimal yarımkürəsində de-
kabrın 22-dən martın 21-nə və ya 22-nə qədər davam edir. Bu
dövrdə Azərbaycanda və onunla eyni enlikdə olan ölkələrin əra-
zisində Günəşin düşmə bucağı 26,5˚-yə bərabər olur, bu zaman
kəsiyində gündüz qısa, gecə isə uzun olur. Bu hadisələrin assosia-
tivliyi azalmaq, gödəlmək anlamlı “qısalmaq” sözünü yada salır.
Bu sözün kök morfemi (qıs) isə fəsil anlamlı “qış” sözü ilə səslə-
şir, daha doğrusu, s → ş səs əvəzlənməsi nəzərə alınmazsa (belə
bir səs keçidi türk dilləri üçün səciyyəvidir), tam eyni fonetik tər-
kibli sözlər hesab oluna bilər. Bu da, heç şübhəsiz ki, “qısalmaq”
sözünün çoxmənalılığı ilə bağlıdır. Bu mənada həmin zaman kəsi-
yinin (22 dekabrdan – 22 marta qədər) “qış” sözü ilə ifadə olun-
ması təbii görünür. Digər tərəfdən, bu fikri M.Kaşğarinin “Di-
van”ındakı “çəkilmək” anlamlı “kışar” sözü də qüvvətləndirir:
“...Günəş göyün ortasından çəkilsə, yenə də belə deyilir. Kışar–
kışmaq)”
1
. “Qış” sözü ilə bağlı dediklərimizi belə modelləşdirmək
olar: “kış + ar = kışar → kış = qış”.
İlin ən soyuq fəsli anlamlı “qış” sözü “Kitab”da cəmi bir də-
fə işlənib: “Qışda-yazda qarı-buzı ərinməyən Qazılıq tağına gəldi,
çıqdı” (D-26). Bu cümlədəki “qışda” sözünü belə səciyyələndir-
mək olar: zaman məzmunlu isim əsasında düzəlmiş zaman zərfi-
dir; antonimi (yazda) ilə yanaşı işlənib; bədii təyin daxilində ilk
söz kimi çıxış edib, daha doğrusu, bədii təyindəki semantik
dinamika məhz “qışda” sözü ilə başlanıb...
365 gün mənasını ifadə edən yıl//yil (il) sözü
Məlumdur ki, Yerin Günəş ətrafında fırlanma müddəti 365
gün 5 saat 48 dəqiqə 46,1 saniyədir. Bu zaman kəsiyi qədim türk
1
M.Kaşğari. Divanü lüğat-it-türk. III c., Bakı, 2006, səh.179.
“Dədə Qorqud”un möcüzələr dünyası
256
dilində yıl//yil sözü ilə ifadə olunub. Müasir ədəbi dilimizdə isə
“il” şəklində sabitləşib. Sual yaranır: 365 günü əhatə edən bir za-
man kəsiyi qədim türk dilində nə üçün məhz yıl//yil sözü ilə ifadə
olunub? Bunların arasında hansı semantik bağlılıq var? Qədim
türk dilində yıl//yil sözünün mənasına diqqət yetirək. Məsələn,
“Oğuznamə”də işıqlandırmaq, parlatmaq anlamlı “yıldırmaq” sö-
zünə rast gəlinir: “Yıldırayıq yana gəlsə, yaza bun yoq”. Bu de-
yimdəki birinci söz məhz işıqlandırmaq mənasındadır. Yaxud
“Yalab-yalab yalabıyan incə tonlum!” (“Kitab”) misrasındakı
“yal” kök morfeminin parlaq mənasında işlənməsi açıq-aydın şə-
kildə görünür. Bir cəhəti də qeyd edək ki, yıldız (ulduz), yıldırım
(ildırım), yılğım (ilğım) kimi sözlərin ilk hissəsindəki “yıl”da
parlaq, işıqlı anlamlıdır. Bu tip sözlərin “yal” kök morfemindən
törəmə olması türkologiyaya bəllidir: “Azərbaycan dilində “al”
kökü yaldız sözündə də işlənir. Ona görə də daha qədim dövrdə
“al” sözünün “od” anlamlı “yal” kökündən törəmə ehtimalı vaxtilə
Q.Vamberi tərəfindən irəli sürülmüşdür. O, “al” sözünü “parla-
maq” anlamında olan “yal” sözü ilə bağlamışdır”
1
. Bu mənada 365
gün anlamlı yıl//yil sözünü də həmin semantik şaxəyə daxil etmək
olar: birincisi, ona görə ki, yıl//yil sözü fonetik tərkibcə həmin
vahidlərə çox yaxındır; ikincisi, yaz, yay, güz (payız) fəsillərini
əhatə edən ayların və ya günlərin cəmi yıl//yil adlanır ki, bu da
təsadüfi deyil. Belə ki, fəsil adları məhz Günəşin (işığın) düşmə
dərəcəsinə uyğun şəkildə adlandırılıb (əvvəlki səhifələrə bax).
Qeyd etdiyimiz kimi, qədim türk dilində yıl//yil sözü həm də işıq
mənasında işlənib. Bu mənada belə bir bərpa məqbul hesab oluna
bilər: Günəş yılı//yili = Günəş işığı. Deməli, parlaq, işıq anlamlı
yıl//yil sözü əsasında zaman məzmunlu yil (il) ismi yaranıb – qə-
naətinə gəlmək mümkündür. Bir məsələni də qeyd edək ki, Günə-
şin (işığın) bir gün (24 saat) ərzində keçməsi və görünməsi “gecə”
və “gündüz” sözləri ilə ifadə olunubsa, 365 gecə və gündüzü əhatə
edən zaman kəsiyi də (Yerin Günəş ətrafında fırlanma müddəti)
1
F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.150-151.
“Dədə Qorqud”un möcüzələr dünyası
257
işıq anlamlı yıl//yil sözü ilə adlandırılıb. Deməli, bu tip sözlərin
hər biri Günəş və onun hərəkət trayektoriyasına uyğun şəkildə
yaradılıb.
“Kitab”da “yil” sözünün işlənmə məqamlarına diqqət yeti-
rək:
– birinci növ təyini söz birləşməsinin ikinci tərəfi kimi
işlənib: “Qız, sən maηa bir yil baqğıl!” (D-261);
– “yildə” zaman zərfində kök morfemi kimi çıxış edir: “Bir
yildə gəlməzsəm, iki yil baqğıl!” (D-261). Bu cümlədəki “yildə”
zaman zərfi də birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi
işlənib. Diqqətçəkən məqamlardan biri də budur ki, yil və yildə
sözləri “Kitab”ın dilində daha çox I növ təyini söz birləşməsinin
2-ci tərəfi kimi çıxış edir: “İki yildə gəlməzsəm, üç yil baqğil!”
(D-261).
Vaxt, zaman anlayışını ümumi
şəkildə ifadə edən sözlər
Çağ. Vaxt, zaman anlamlı “çağ” sözünə Kitab”da beş dəfə
rast gəlinir: “Ağlı-qaralı seçilən çağda” (D-21); “Qalın Oğuzıη
gəlini-qızı bəzənən çağda” (D-21); “Bəg yigitlər cilasınlar bir-
birinə qoyulan çağda” (D-21)... Bu nümunələrin hər üçündə “çağ”
sözü ismin yerlik halında işlənib, eyni zamanda hər üç məqamda
“çağ” sözünün indiki zaman məzmunlu -an
2
feli sifət şəkilçili söz-
dən sonra (seçilən, bəzənən, qoyulan) işlənməsi özünü göstərir.
Bu da mətndəki poetik semantikanı, eləcə də eyni zamanlılığı
qabarıq şəkildə nəzərə çarpdırma ilə bağlıdır.
Dəm. Fars mənşəli an, vaxt, zaman anlamlı “dəm” sözü, əsa-
sən, üç məqamda müşahidə olunur: “ol” sözü ilə birlikdə keçmiş
zaman məzmunu ifadə edir. “Məgər ol dəm Bayındır xan bəglər
ilə seyrana yetmişlərdi” (D-216); “həman” sözü ilə birlikdə indiki
zaman məzmunu ifadə edir: “Dedi, həman dəm günbəd yarıldı,
yedi yerdən qapu açıldı” (D-229); keçmiş zaman məzmunlu -dı-
ğıη feli sifət şəkilçili sözlə birlikdə keçmiş zaman məzmunu ifadə
“Dədə Qorqud”un möcüzələr dünyası
258
edir: “Evin yağmalatdığıη dəm Taş Oğuz bilə bulınmadı, səbəb,
oldur” (D-292). Bu nümunələrin hər üçündə “dəm” sözü I növ
təyini söz birləşməsinin ikinci tərəfi kimi işlənib: ol dəm, həman
dəm, evin yağmalatdığıη dəm.
Məhəl. Ərəb mənşəli, “vaxt”, zaman” anlamlı bu söz “Ki-
tab”da iki məqamda müşahidə olunur: birləşmə daxilində “ol” işa-
rə əvəzliyi ilə birlikdə keçmiş zaman məzmunu ifadə edir: “Ol
məhəldə Qanturalınıη babası-anası çıqa gəldi” (D-194); birləşmə
daxilində “bu” işarə əvəzliyi ilə birlikdə indiki zaman məzmunu
ifadə edir: “Bu məhəldə, sultanım, Salur Qazanla Qaraca çoban
çapar yetdi” (D-56).
“Kitab”da intensivliyi ilə fərqlənən (on dəfə işlənib) “məhəl”
sözü ədəbi dilimiz baxımından arxaizmdir. Şivələrimizdə isə
“Kitab”dakı, həm də mənbə dildəki forma və semantikasına uyğun
işlənir. Yeri gəlmişkən, Azərbaycan dilinin Başkeçid şivəsində
məhəl//məhəli şəklində mühafizə olunan bu sözə V.Canqidze tam
başqa bucaqdan yanaşıb. Müəllifə görə, türkmən dilindəki “ma-
xal” Başkeçid şivəsində “məhəli” şəklində mühafizə olunur
1
. Bu
fikirlərlə razılaşmaq olmaz: birincisi, “məhəl” sözü dilimizə türk-
mən dilindən yox, ərəb dilindən daxil olub; ikincisi, həmin söz
təkcə Başkeçid deyil, ümumən qərb şivələri üçün səciyyəvidir;
üçüncüsü, məhəl sözü qərb şivələrində iki formada mühafizə
olunur: məhəli, məhəl.
Son. “Axır” anlamlı bu sözün “Kitab”dakı səciyyəvi cəhətlə-
rini belə ümumiləşdirmək olar: sinonimi ilə yanaşı işlənib (bir
neçə dəfə). “Axır- soη ucı” ölumlü dünya!” (D-65); “uc” sözündən
əvvəl işlənməklə zaman mənasını, zaman hüdudunu ifadə edib (bu
semantik yük birinci cümlədəki “son” sözünə də aiddir). “Soη ucı
ölümli dünya!” (D-201). Bu tipli cümlələr daha çox boyların so-
nunda Dədə Qorqudun dilindən verilib. Müqayisələr göstərir ki,
“soη” sözü digər obrazların dili üçün səciyyəvi deyil. Daha dəqiqi,
1
В.Джангидзе. Дманисский говор казахского диалекта азербайджанского
языка. Баку, 1965, с.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
259
cəmi bir dəfə Qazan obrazının dilində işlənib: “... bən ölib sən
qalıcaq tacım-taxtım saηa vermiyələr, – deyü soηımı aηdım, ağla-
dım...” (D-125).
Vədə. Ərəb mənşəli, “bir işin görülməsi üçün iki tərəfin
razılığı ilə müəyyən edilmiş “vaxt, müddət” anlamlı “vədə” sözü
“Kitab”da müstəqil şəkildə yox, frazeoloji vahidlər daxilində
işlənib: vədə irmək (ömrü tamam olmaq...). “Əcəl vədə irməyincə
kimsə ölməz” (D-3); Vədə qoymaq (vaxt qoymaq). “Ulu dügüninə
vədə qodı” (D-94). “Vədə eyləmək” (vəd etmək, söz vermək)
tərkibi felindəki “vədə” isə “vəd” mənasındadır. “...qızımı aηa
verirəm deyü vədə eyləmişdi” (D-173). Sonuncu nümunədə vaxt,
zaman mənası mətn kontekstində anlaşılır.
Vəqt. Müasir ədəbi dilimizdə “vaxt” formasında sabitləşmiş
bu söz “Kitab”da ərəb dilindəki fonetik tərkibinə uyğun işlənib.
“Vəqt” sözünün “Kitab”da işlənmə məqamları əsasən aşağıdakı
kimidir:
− bir neçə dəfə “vəqt+in” modelində işlənib ki, bu da “vaxt-
da” mənasına uyğun gəlir: “Savaşdügiη vəqtin kəndüηi tutdura-
san” (D-143). “Kitab”ın 1988-ci il Bakı nəşrində belə sadələşdiri-
lib: “Vuruşarkən özünü tutdurasan”
1
. Buradakı “vuruşarkən” feli
bağlaması “vuruşduğun vaxtda” mənasındadır;
− birləşmə daxilində “ol” işarə əvəzliyi ilə birlikdə keçmiş
zaman məzmunu ifadə edib: ol vəqt (o zaman, onda, o vaxt). “…ol
vəqt Qazan evin yağma edərdi” (D-293);
− “ekindü” sözündən sonra işlənməklə “günorta üstü” məna-
sını reallaşdırıb. Bu da, qeyd etdiyimiz kimi, günün hissələrinin
adları sırasına daxildir: “...Mərə qocalar, ekindü vəqti munı maηa
çevirəsiz, yiyəm” (D-226);
− birləşmə daxilində “qocalıq” sözündən sonra işlənməklə
zaman məzmunu ifadə edir: “Qocalığım vəqti aldırduğım yalηuz
oğul! – dedi” (D-141). Burada temporallığın leksik (qocalıq, vəqt),
morfoloji (-duğım: keçmiş zaman məzmunlu feli sifət şəkilçisi) və
1
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.172.
“Dədə Qorqud”un möcüzələr dünyası
260
sintaktik vasitələri (feli birləşmə:qocalığım vəqti aldurduğım –
qocalığımda itirdiyim) sintez şəklindədir.
Zəman. Ərəb mənşəli, “zəmanə, dövr” anlamlı bu söz “Ki-
tab”da mənbə dildəki fonetik tərkibinə uyğun işlənib. “Kitab”ın
birinci cümləsində üçüncü sözün məhz “zəman” olması onun in-
tensivliyini şərtləndirən bir detal kimi götürülə bilər: “Rəsul əley-
hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir
ər qopdı” (D-2). “Zəman” sözünün digər işlənmə məqamları isə,
əsasən, belədir:
− birləşmə daxilində “axır” sözündən sonra işlənməklə mü-
əyyən zaman hüdudunu ifadə edir: “Axır zəman olıb qiyamət
qopınca bu didügi Osman nəslidir” (D-2);
− Oğuz cəmiyyəti ilə bağlı müəyyən bir zaman kəsiyini
reallaşdıran vahid kimi çıxış edir: “Oğuz zəmanında bir yigit ki
evlənsə, ox atardı” (D-89);
− birləşmə daxilində “ol” işarə əvəzliyi ilə birlikdə keçmiş
zaman mənasını ifadə edir: “Ol zəmanda Oğuz yigitlərinə nə qəza
gəlsə, uyxudan gəlürdi” (D-191);
− zaman anlayışlı frazemin tərkibində müşahidə olunur: zə-
man dönmək (günü gəlmək, vaxtı çatmaq). “Yarınkı gün zəman
dönib, bən ölıb sən qalıcaq tacım-taxtım saηa vermiyələr...” (D-
125);
−qeyri-məhsuldar -la şəkilçisini qəbul etməklə (zəmanla)
“zaman gəlmək” mənasını ifadə edir: “Zəmanla Oğuz genə
yaylaya köçdi” (D-215)...
Yuxarıdakı nümunələr bir daha təsdiq edir ki, ərəb mənşəli
“zəman” (zaman) sözü “Kitab”da xüsusi çəkiyə malikdir. Digər
tərəfdən, onu da qeyd etmək lazım gəlir ki, “Kitab”ın poetik struk-
turunda “zəman” (zaman) sözünün vəqt (vaxt), dəm, əyyam, vədə
kimi sinonimləri də qabarıqlığı ilə seçilir. Bu cəhət M.Ə.Sabirin
poetik dilində də üstün mövqedə görünür. Şairin dilindəki zaman
anlayışlı sözlərə, eləcə də “zaman” sözünün sinonimlərinə müx-
təlif prizmalardan yanaşan R.Məhərrəmova yazır: “...Zaman, dövr,
dövran sözləri dilimizin mütləq sinonimlərindəndir. Xüsusilə da-
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |