261
nışıq dilində zaman və dövr sözləri əsaslı dəyişiklik olmadan bir-
birini əvəz edib işlənir. Şifahi ədəbiyyatda, xüsusən nağıllarda
zaman, vaxt (keçmiş zamanlarda, keçmiş vaxtlarda) ədəbi dildə
isə dövr, əsr sinonimləri işlənir. Sabirin satiralarında dövr anlayışı
müxtəlif məna çalarlığı ilə zaman-əyyam-dövr-dövran-əsr ilə də
ifadə olunmuşdur: “Getdi o zaman xalq sizə eyləyə hörmət... Ax
keçən əyyam olasan indilər!...”
1
. Bütün bunlar bir daha göstərir ki,
“zaman” sözünün sinonimliyi ədəbi dilimizin zənginliyi, həm də
təkmilləşməsi ilə bağlıdır.
Temporal sifətlər
(zaman məzmunlu sifətlər)
Araşdırmalar göstərir ki, “Kitab”da temporal sifətlər isim və
zaman zərfləri ilə müqayisədə üstün mövqedə görünmür və cəmi
bir neçə sözü əhatə edir. Bu sözlərin hər birini ayrılıqda nəzərdən
keçirək:
Ağlı-qaralı. Bu söz “Kitab”ın 1988-ci il Bakı nəşrində müs-
təqil leksik mənaya malik düzəltmə sifətlər kimi verilib: “Ağlı,
qaralı seçən çağda”
2
. Mətnin semantik yükü isə “ağlı, qaralı” dü-
zəltmə sifətlərini bir leksik mənanı ifadə edən mürəkkəb söz kimi
düşünməyə imkan verir.Təsadüfi deyil ki,“ağlı-qaralı”nı O.Ş.Gök-
yay da məhz mürəkkəb söz kimi təqdim edir: “Aklı karalı – alaca,
iki renk, gece ile sabah arası”
3
. “Kitab”da eyni sintaktik bütöv da-
xilində iki dəfə təkrarlanmış “ağlı-qaralı” sözü günün hissələrin-
dən birinin adı hesab oluna bilər.
Ötəki. “Kitab”da “gün” sözü ilə birlikdə, daha doğrusu, I
növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənməsi müşahidə
1
R.Məhərrəmova. Mirzə Ələkbər Sabirin söz dünyası. Bakı, 2006, səh.138.
2
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.34.
3
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. Ankara, 2000, səh.160.
“Dədə Qorqud”un möcüzələr dünyası
262
olunur: “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Bu
cümlədəki “ötəki gün” birləşməsi “o biri gün” mənasındadır.
Yarınkı. “Sabahkı” anlamlı bu sözə “Kitab”da az təsadüf
olunur: “Yarınkı gün zəman dönib, bən ölib sən qalıcaq tacım-
taxtım saηa vermiyələr...” (D-125). Bir cəhəti də qeyd edək ki,
“yarınkı” sözü “Kitab”da yalnız I növ təyini söz birləşməsinin
birinci tərəfi kimi işlənib.
Temporal qoşmalar
(zaman məzmunlu qoşmalar)
“Kitab”da zaman anlayışının ifadə olunmasında soηra, əvvəl,
bərü və s. kimi qoşmaların da rolu qabarıq şəkildə görünür. Həm
qoşma, həm də zaman zərfləri kimi işlənmiş bu tip vahidlərin hər
birinə mətn daxilində diqqət yetirək:
Bərü. Bu söz “Kitab”da zərf və qoşma kimi müşahidə olu-
nur: zərf kimi – “Bərü gəlgil, başum bəxti, evüm təxti!” (D-12);
qoşma kimi. “Ərə varalıdan bərü dəxi qarnım toymadı” (D-8). Bu
cümlədəki “bərü” qoşması -dan çıxışlıq hal şəkilçisi qəbul etmiş
feli bağlamadan (-alı şəkilçili feli bağlama) sonra işlənməklə za-
man mənasının reallaşmasına xidmət edir. Daha dəqiqi, feli bağ-
lama ilə birlikdə hərəkətin başlanğıc zamanını bildirib. Müasir
ədəbi dilimiz üçün səciyyəvi olmayan “bərü” qoşmasını H.Mirzə-
zadə belə səciyyələndirir: “Bərlu qoşması müasir canlı danışıq di-
lində və ya dialektlərimizdə feli bağlama şəkilçisi -əli, -alı ilə əvəz
edilərək zaman məzmununu mühafizə edir: alandan bəri (bərlu) –
alalı; oxuyandan bəri (bərlu) – oxuyalı və s.”
1
.
Soηra. “Son+ğaru” modelinin inkişafı əsasında yaranmış
bu söz “Kitab”da təkcə gələcək zaman məzmunlu zərf yox, həm
də qoşma kimi üstün mövqedə çıxış edir: zaman zərfi kimi: “Soη-
ra oğlana gərək olur, a bəglər!” (D-126); qoşma kimi: Öylədən
1
H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.196.
“Dədə Qorqud”un möcüzələr dünyası
263
soηra (öynədən sonra). “Öylədən soηra evinə gəldi” (D-8); andan
soηra (ondan sonra) “Andan soηra Qazan ilə işimiz xeyir ola!” (D-
295). Bəzi cümlələrdə “soηra” qoşmasının ellipsisə uğraması mü-
şahidə olunur. Məsələn, “Emdi mən varayım, əlin-ayağın bağlıya-
yım, andan siz gələsiz” (D-266) cümləsində “andan” sözündən
sonra “siz” sözü işlənib. Əslində isə belə olmalı idi: “andan soη-
ra”. Həmin cümlənin sadələşdirilmiş şəkli də dediklərimizi təsdiq-
ləyir: “İndi mən gedim, əl-ayağını bağlayım, ondan sonra siz
gələrsiz”
1
.
Əvvəl. Ərəb mənşəli “əvvəl” sözü “Kitab”da iki məqamda
özünü göstərir: keçmiş zaman məzmunu ifadə edən zərf kimi.
“Qızlarıη yolu əvvəldir, əvvəl sən at!” (D-199); keçmiş zaman
məzmunlu qoşma kimi. “Oğuzıη ögincə bundan əvvəl kimsə köç-
məzdu” (D-214). Bu cümlədəki “əvvəl” qoşması çıxışlıq hal şəkil-
çisi qəbul etmiş sözlə birlikdə (bundan) hadisənin baş verdiyindən
əvvəlki zamanı, konkret desək, keçmiş zamanı ifadə edir.
Dəkin. Çoxmənalı “dəkmək” felindən törəmə hesab olunan
bu qoşma “Kitab”da intensivliyi ilə fərqlənir: “Şimdiyə dəkin
Qazanıη evin bilə yağma edərdik” (D-292); “Qırq günə dəkin
sıravardı geyəgüz” (D-89)... Birinci nümunədəki “dəkin” qoşması
hərəkət və əlamətin qurtaracaq zamanını, ikinci nümunədə isə
müəyyən zaman kəsiyini ifadə edir. Amma burada onu da qeyd
etmək yerinə düşür ki, “dəkin” qoşması hər iki halda zaman zərfli-
yinin yaranmasında iştirak edib. “Kitab”dakı “dəkin” qoşması
müasir ədəbi dilimizdə şəkilçiləşib, konkret desək, -dək şəklində
sabitləşib.
“Kitab”da eyni mənanı ifadə edən iki qoşmanın paralel
işlənməsinə təsadüf olunur: “Öyləyədəncə gəzdi” (D-8). Buradakı
-dən və -cə qoşmaları “günorta” anlamlı “öylə” sözündən sonra
işlənməklə müəyyən bir zaman həddini ifadə edir. Bu qoşmaların
“Kitab”dakı funksiyasına, eyni zamanda müxtəlif şəkillərdə trans-
kripsiya olunması kimi məsələlərə S.Əlizadə tarixi-linqvistik müs-
1
Kitabi-Dədə Qolrqud. Bakı, 1988, səh.211.
“Dədə Qorqud”un möcüzələr dünyası
264
təvidə aydınlıq gətirib: “Öyləyədəncə... Drezden nüsxəsində za-
man mənalı “öylə” ismi ilə “dən”, “cə” (cən) qoşmalarının para-
lelizmi və şəkilçiləşib zərf əmələ gətirməsi daha inandırıcıdır.
V-də (Vatikan nüsxəsi – Ə.T.) isə “dəgincə” feli bağlaması
işlədilmişdir”
1
. Müəllif haqlıdır. Amma “öyləyədəncə” “öynəyə-
dək” formasında sadələşdirilə bilirsə, deməli, -dən və -cə morfem-
ləri müəyyən zaman həddini bildirən qoşmalar kimi izah oluna
bilər.
Yuxarıdakı qoşmaların ismin halları ilə işlənmə səviyyəsi-
ni belə qruplaşdırmaq olar: yönlük hal tələb edənlər (-dəkin, -dən,
-cə); çıxışlıq hal tələb edənlər (bərü, soηra, əvvəl).
Zaman məzmunlu bağlayıcı sözlər
Q.Kazımov haqlı olaraq qeyd edir ki, “elmi ədəbiyyatda
bağlayıcı sözlər mənşə etibarilə yalnız nisbi əvəzliklərlə məhdud-
laşdırılır. Verilən fakt və nümunələr isə bağlayıcı sözlərin əvəzli-
yin başqa növləri və başqa nitq hissələri ilə bağlı olduğunu gös-
tərir. Misallara diqqət yetirək: o gündən ki, nə zaman ki ...”
2
. “Ki-
tab”dakı bağlayıcı sözlərə, o cümlədən zaman məzmunlu bağla-
yıcı sözlərə də məhz bu kontekstdə yanaşmaq lazım gəlir. “Ki-
tab”da zaman budaq cümləli tabeli mürəkkəb cümlələr rəngarəng-
liyi ilə diqqəti cəlb edir. Bu tip tabeli mürəkkəb cümlələrdə budaq
cümlənin baş cümləyə bağlayan vasitələr sırasında bağlayıcı söz-
lər də qabarıq şəkildə müşahidə olunur. Müasir dilimizdə olduğu
kimi, “Kitab”dakı bağlayıcı sözlər də, əsasən, budaq cümlələrin
əvvəlində işlənib: qaçan (haçan). “Qaçan Qazan evin yağmalatsa,
həlalınıη əlin alur, tışra çıqar, andan yağma edərdi” (D-291); qa-
çan kim (haçan ki). “Qaçan kim Budaq atsa, Beyrək “Əlüη var ol-
sun! – dedi” (D-107); ol vəqt kim (o vaxt ki, o zaman ki). “Mərə
Qılbaş, ol vəqt kim Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin
1
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.228.
2
Q.Kazımov.Müasir Azərbaycan dili. Bakı, 2000, səh.309.
“Dədə Qorqud”un möcüzələr dünyası
265
yağma edərdi” (D-293). Burada bir həqiqəti də qeyd edək ki, za-
man anlayışlı bağlayıcı sözlər “temporallıq sahəsinin uzaq perife-
riyasına aid edilir”
1
.
Zaman anlayışlı frazeoloji vahidlər
“Kitab”da frazeoloji vahidlər rəngarəngliyi və zənginliyi ilə
diqqəti cəlb edir. Qorqudşünaslıqda bu tip vahidlərin səciyyəvi cə-
hətlərindən, eyni zamanda leksik-semantik qruplarından kifayət
qədər bəhs olunsa da, zaman anlayışlı frazeoloji vahidlərə, demək
olar ki, münasibət bildirməyib. Fikrimizcə, “Kitab”dakı temporal
frazeoloji vahidlərin araşdırılması təkcə zaman anlayışının uzaq
periferiyasını müəyyənləşdirməyə yox, həm də “Kitab”dakı bir sı-
ra gizli məqamları aşkarlamağa, ümumən dilimizdəki zaman anla-
yışlı frazemlərin inkişaf tarixini izləməyə imkan verə bilər. Bəri
başdan qeyd edək ki, “Kitab”dakı zaman anlayışlı frazeoloji va-
hidlərin əksəriyyətinin tərkibində gün, dün (gecə), vədə, gecə,
gündüz kimi zaman məzmunlu isimlər işlənib. Amma bu da var
ki, bir sıra frazeoloji vahidlərin tərkibində zaman anlayışlı sözlər
iştirak etməsə də, zaman mənası frazeoloji vahidin ümumi seman-
tik yükündə açıq-aydın şəkildə müşahidə olunur. Bu mənada
“Kitab”ın dilindəki zaman anlayışlı frazeoloji vahidləri aşağıdakı
kimi qruplaşdırmaq olar:
− tərkibində zaman məzmunlu sözlər iştirak edən frazeoloji
vahidlər:
dün qatmaq (gecəni gündüzə qatmaq). “Dün qatdı, yort
eylədi” (D-263);
dünli-günli yortmaq (gecəli-gündüzlü at çapmaq). ”Üç gün
dünli-günli yortdı” (D-263);
1
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.69.
“Dədə Qorqud”un möcüzələr dünyası
266
güni gəlmək (günü gəlmək). Bu frazemin Uruzun dilindən ve-
rilmiş parçada altı dəfə təkrarlanması ilə poetik məna qüvvətlən-
dirilib:
“Güni gəldi, ağ meydanda səgirdərin səniη içün!..
Güni gəldi, qaba qarın-geη köksdə oynadam səniη içün!...
Güni gəldi, sası dinlü kafər başın kəsdirəyim səniηçün...
Güni gəldi, yeη-yaqalar dikdürəyim səniηçün...
Güni gəldi, qaba çomaq altında yorğadım səniη içün...
Güni gəldi, kafər başın kəsdürəyim səniηçün” (D-129);
sağış güni (sayılan gün). “Sağış günində ayna görkli...” (D-6);
qiyamətin bir güni (qiyamətin bir günü). “Qiyamətin bir güni
oldı. Bəg nökərdən, nökər bəgdən ayrıldı” (D-152);
qiyamət güni əli yaxasında olmaq. “Yarın qiyamət günində
mənim əlüm Qazan xanıη yaqasında olsun, mənim qanım Aruza
qoarsa!” – dedi” (D-298);
günlərdə bir gün (günlərin bir günü). “Günlərdə bir gün
Düzmürd qələsinə gəldi” (D-202). E.Tağıyeva “amanın bir günü”,
“günlərin bir günü”, “gecənin bir aləmi” kimi frazeoloji vahidlər-
dən bəhs edərkən göstərir: “Günlərin bir günü üçüncü növ təyini
söz birləşməsi quruluşunda formalaşmışdır və xalq danışıq dili,
şifahi xalq ədəbiyyatının dili üçün xarakterik formadır. Burada
“gün” sözünün iki dəfə təkrar olunması obrazlılıq yaratmağa xid-
mət edir. Təsadüfi deyil ki, həmin ifadə “günlərin birində” forma-
sında da işlədilir. Hər iki formada “bir” birləşmə üçün əhəmiyyətli
rol oynayır”
1
. Bu fikirləri eynilə qəbul etmək olmaz. Çünki “gün-
lərin bir günü” frazeoloji vahidinin ilkin forması heç də müəllifin
qeyd etdiyi kimi deyil. Konkret desək, ilkin forma məhz “Ki-
tab”dakı “günlərdə bir gün”dür. Bu frazemin ilk sözündəki -də çı-
xışlıq hal şəkilçisi funksiyasındadır, yəni yerlik hal çıxışlıq halın
qrammatik semantikasını yerinə yetirib. Bu isə “Kitab”dakı həmin
1
E.Tağıyeva. Müasir Azərbaycan dilində “bir” sayının söz yaradıcılığında rolu. Fi-
lologiya üzrə fəlsəfə doktoru dissertasiyası. Bakı, 2013, səh. 106.
“Dədə Qorqud”un möcüzələr dünyası
267
frazemi “günlərdən bir gün” şəklində sadələşdirməyə imkan verir.
Yeri gəlmişkən, “Kitab”ın dilindəki “günlərdə bir gün” frazemi
“Kitab”ın 1988-ci il Bakı nəşrində düzgün sadələşdirilib: “Gün-
lərin bir günü Düzmürd qalasına gəldi” (səh.192). Bütün bu
qeydlər onu deməyə əsas verir ki, “günlərdə bir gün” frazemi dili-
mizin sonrakı inkişaf dövrlərində müəyyən deformasiyalara uğra-
yıb. Yəni birinci sözdəki -da şəkilçisinin (-dən funksiyalı) -in
yiyəlik hal şəkilçisi ilə əvəzlənməsi (günlərdə-günlərin) və sonun-
cu komponentin (gün)-ü mənsubiyyət şəkilçisi qəbul etməsi ilə
“günlərin bir günü” şəklində sabitləşib;
vədə irmək (ömrü tamam olmaq...). “Əcəl vədə irməyincə
kimsə ölməz” (D-3);
vədə qoymaq (vaxt qoymaq. “Ulu dügünə vədə qodı” (D-
94). Bu cümlədən əvvəl işlənmiş cümləyə diqqət yetirək: “Kiçi
dügünin eylədi”. Deməli, “vədə qomaq” (vaxt qoymaq) frazeoloji
vahidi nişanla toy arasındakı zaman kəsiyini ifadə edir – qənaətinə
də gəlmək mümkündür.
Təqdim etdiyimiz zaman anlayışlı frazeoloji vahidlərin əksə-
riyyəti müasir ədəbi dilimizdə eynilə mühafizə olunur.
- ümumi semantik yükündə zaman mənası ifadə olunan
frazeoloji vahidlər:
“Kitab”dakı “Göz açuban gördügim, Köηül verüb sevdügim”
misraları intensivliyinə və poetik siqlətinə görə xüsusilə fərqlənir.
Burada ilk sevginin təməlinin çoxdan qoyulması, onun paklıq və
müqəddəsliyi feli sifət tərkibi daxilindəki temporallıq vasitələri
kontekstində canlandırılıb. Bu vasitələrə danışıq vaxtı və ya nitq
anı baxımından diqqət yetirək: həmin misralar oğlu Uruzu axtaran
Burla xatunun dilindən verilib. Bu, onu deməyə əsas verir ki,
Burla xatun təqribən 40 yaşındadır. Belə bir zaman kəsiyinin ifadə
olunması, heş şübhəsiz ki, temporallıq vasitələri ilə bağlıdır. Daha
doğrusu, həmin zaman kəsiyi leksik (göz açmaq, könül vermək),
morfoloji (-dügim keçmiş zaman məzmunlu feli sifət şəkilçisi) və
sintaktik (feli sifət tərkibi) temporallıq vasitələrinin sintezi ilə
reallaşdırılıb. Burada bir məqam da yada düşür: həmin misralar
“Dədə Qorqud”un möcüzələr dünyası
268
Banıçiçəyin dilində, demək olar ki, eynilə təkrarlanıb: “Göz açu-
ban gördigim, köηül ilə sevdigim...” (D-92).
Günəş və ayın hərəkət trayektoriyasına uyğun şəkildə yara-
dılmış zaman məzmunlu sözlərin, eləcə də bir sıra əsas və ikinci
dərəcəli morfoloji zaman göstəricilərinin ümumi mənzərəsi daha
aydın görünsün, – deyə onları aşağıdakı kimi təqdim etməyi məq-
sədəuyğun hesab edirik:
Ayla bağlı sözlər
ay – 29, 5 gün mənasında
Günəşlə bağlı sözlər
alar taη (ala-toran)
gün – “24 saat” mənasında
gün – gündüz mənasında
gündüz
dün (gün) – gündüz mənasında
ekindü (günorta üstü)
günorta
dün (gecə)
gecə
dün burcuğı - gecə yarısı
dün (dünən) – keçən gün, irəliki gün
yarın (sabah)
yaz
yay
güz (payız)
qış
yıl//yil (il) – 365 gün 5 saat 48 dəqiqə 46,1 saniyə (yıl//yil morfe-
minin işıq mənasında işlənməsi əsas götürülə bilər)
Günəşlə bağlı yaranmış morfoloji zaman göstəriciləri:
“dön” feli əsasında yaranmış şəkilçilər:
-duq, -dük şühudi keçmiş zamanın ilkin qrammatik forması
(tam sabitləşmiş forması: -dı
4
)
“Dədə Qorqud”un möcüzələr dünyası
269
-duq, -dük feli sifət şəkilçisi (müasir ədəbi dilimizdə sabit-
ləşmiş forması:-dığım
4
, -dığın
4
, -dığı
4
, -dığımız
4
, -dığınız
4
, -
dığı
4
)
-dıqda
4
, -dıqca
4
feli bağlama şəkilçiləri (-dıq morfeminə
görə bu sistemə daxil edilir)
işıq anlamlı “yar” ismi əsasında yaranmış şəkilçilər:
-ur, -ür, -ar, -ər indiki və gələcək zaman şəkilçiləri (müasir
forması: -ır
4
(indiki zaman), -ar
2
(qeyri-qəti gələcək)
-acaq
2
qəti gələcək zaman şəkilçisi (“-a+caq” modelindəki
“-a” elementinin “yar” ismi əsasında yarandığı ehtimal edilir)
-ar
2
//-an
2
feli sifət şəkilçisi:
-anda
2
, -araq
2
, -arkən
2
feli bağlama şəkilçiləri (-ar
2
//-an
2
morfeminə görə bu sistemə daxil edilir)
Təqdim etdiyimiz söz və şəkilçi morfemlərinin hər biri
qədim türk dilinin zənginlik göstəriciləri kimi çıxış edir.
“Dədə Qorqud”un möcüzələr dünyası
270
TEMPORALLIĞIN QRAMMATİK
ŞƏKİLÇİLƏRLƏ İFADƏSİ
Heç şübhəsiz ki, temporallığın qrammatik şəkilçilərlə ifa-
dəsi dedikdə, ilk növbədə, felin zaman formaları yada düşür. Tür-
kologiyada, o cümlədən Azərbaycan dilçiliyində felin zamanları
həm şəkil kateqoriyası (xəbər şəkli), həm də zaman kateqoriyası
daxilində təqdim olunur. Necə təqdim olunmasından asılı olmaya-
raq temporallığın qrammatik şəkilçilərlə ifadəsi ayrılıqda, həm də
sistemli şəkildə tədqiq olunmalıdır.
Ümumi dilçilikdə birmənalı olaraq göstərilir ki, qrammatik
zaman kateqoriyası birbaşa şüurumuzdan asılı olmayaraq mövcud
olan, təkrarlanan obyektiv zamanla bağlıdır. Yəni qrammatik za-
manın nüvəsində məhz obyektiv zaman dayanır.
Dilimizdəki qrammatik zaman formaları, əsasən, bunlardan
ibarətdir: keçmiş zaman (şühudi keçmiş, nəqli keçmiş), indiki za-
man, gələcək zaman (qəti gələcək, qeyri-qəti gələcək). Dilçiliyi-
mizdə qrammatik zaman formaları müxtəlif başlıqlar altında öyrə-
nilib. Məsələn, İ.Tahirovun fikrincə, qrammatik zamanın morfolo-
ji komponentləri iki yerə bölünür: əsas morfoloji komponentlər;
ikinci dərəcəli morfoloji komponentlər
1
. Müəllifin mövqeyi düz-
gündür. Amma qrammatik zaman formaları kontekstində əsas və
ikinci dərəcəli morfoloji göstəricilər daha məqbul hesab oluna
bilər. Fikrimizcə, “Kitab”dakı hər bir qrammatik zaman məhz
əsas və ikinci dərəcəli morfoloji göstəricilər baxımından izah
olunmalı, bu göstəricilərin hər birinin inkişaf tarixi izlənilməli,
qrammatik semantikası dəqiqləşdirilməli, müasir ədəbi dilimizdə
sabitləşməsi və s. kimi məsələlərə aydınlıq gətirilməlidir. Bəri
başdan deyək ki, tədqiqatın bu müstəvidə aparılması “Kitab”ın
məhz Azərbaycan dilində yazılması ilə bağlı çoxsaylı arqument-
lərin də sırasını zənginləşdirə bilər. Məsələn, bir daha təsdiqlənə
1
İ.Tahirov. İngilis və Azərbaycan dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.155-210.
“Dədə Qorqud”un möcüzələr dünyası
271
bilər ki, “Kitab”da işlənmiş -ub, -üb nəqli keçmiş zaman şəkilçisi
(Yürəginə qaynar yağlar qoyulubdır?; Kölgəlicə qaba ağacım
kəsilübdir) Türkiyə türkcəsində işlənmir, müasir Azərbaycan ədə-
bi dilində isə -mış
4
şəkilçisinin qrammatik sinonimi kimi inten-
sivliyi ilə diqqəti cəlb edir. Yaxud bir daha aydın olar ki, “Ki-
tab”ın dilindəki -ar, -ər, -ur, -ür indiki zaman (həm də gələcək za-
manın forması kimi işlənib) şəkilçisi (“Oğlancuğın öldi bilur”)
müasir Türkiyə türkcəsində -yor, türkmən dilində -yar, -yər şəklin-
dədirsə, müasir Azərbaycan ədəbi dilində “Kitab”dakı formasına
uyğundur, daha dəqiqi, -ır
4
şəklindədir...
Keçmiş zamanın əsas morfoloji göstəriciləri
Türkologiyada keçmiş zamanın şühudi və nəqli olmaqla iki
yerə bölünməsindən, qrammatik göstəricilərinin etimologiyası və
semantikasından kifayət qədər bəhs olunub. M.Kaşğari, M.Kazım
bəy, N.K.Dmitriyev, A.N.Kononov, Ə.Dəmirçizadə, A.Axundov
kimi görkəmli alimlərin keçmiş zamanla bağlı dəyərli tədqiqatları
bu gün də öz əhəmiyyətini itirməyib. Burada M.Kaşğarinin bir
fikrini xatırlatmaqla kifayətlənmək olar: “Təsirsiz feillərdə keçmiş
zamanda əksər hallarda -mış, -miş əlavə olunur: əvgə barmış= mə-
nim xəbərim olmadığı halda evə gəlmiş; ol manqa kəlmiş=mənim
xəbərim olmadan mənim yanıma gəlmiş cümlələrindəki kəlmiş,
barmış sözləri kimi... bardı, kəldi sözlərindəki keçmiş zaman feli-
nin şəkilçisi olan -dı, -di əvəzinə, burada –mış, -miş əlavə olunur.
Bunların arasındakı fərq ondadır ki, söyləyən adam işin və hərəkə-
tin icrası zamanı orada hazır olur və şahidlik edir... “bardı” deyilən
zaman o getdi, mən də onun getdiyini gözlərimlə gördüm demək-
dir. Lakin -mış, -miş şəkilçisi hal və hərəkətin söyləyən adamın
orada olmadığı bir zamanda icra edildiyini bildirir... ol barmış, ol
ketmiş deyilir ki, o getmiş, mən getdiyini görmədim, o gəlmiş,
mən gəldiyini görmədim deməkdir” (“Divan”, II, 77). “Kitab”ın
dilində işlənmiş keçmiş zamanın qrammatik formaları məhz bu
cür tədqiqatlar müstəvisində işıqlandırılmalıdır.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |