282
olar: birinci cümlədə danışanın icra olunmuş iş və hərəkət barədə
qeyri-şahid kimi çıxış etməsi, ikinci cümlədə isə danışanın icra
edilmiş iş və hərəkətin nəticəsi barədə xəbər verməsi məhz
“-ıb
4
+-dır
4
” forması ilə reallaşdırılıb.
“Kitab”ın dilində -ıb
4
morfemi həm də feli bağlama şəkil-
çisi kimi çıxış edir: -ıb
4
formasında. “Qara dəηiz kibi yayqanıb gə-
lən kafərin ləşkəridür”; -ıbanı
4
, -ıban
4
morfemi daxilində: “Qalqu-
banı yerimdən turam, deirdim”; “Dədəm Qorqud gəlübən şadlıq
çaldı”... Türkoloji ədəbiyyatda -ub və -uban feli bağlama formala-
rının -ıb nəqli keçmiş zaman şəkilçisindən törədiyi göstərilir. İ.Və-
liyev bu cür fikirləri saf-çürük etməklə yanaşı, -ıb şəkilçili feli
bağlama və zaman anlayışı məsələlərinə də aydınlıq gətirməyə
çalışıb: “-ıb şəkilçili feli bağlama konkret olaraq hərəkətin hansı
zamanda icra olunmasını göstərə bilmir və feli bağlamanın zamanı
özündən sonra gələn təsriflənən felin zamanı ilə müəy-yənləşir,
ancaq -ıb şəkilçili nəqli keçmiş zaman forması konkret olaraq
hərəkətin icra olunduğu zamanı göstərə bilir”
1
.
“Kitab”dakı bir sıra sintaktik bütövlərdə “-ıb
4
+ -dır”
formasının təkrarlanması özünü göstərir:
Məgər səniη ağaη yoq olubdır?
Yürəgiηə qaynar yağlar qoyulubdır?
Qara bağrıη sarsılubdır...
Göründüyü kimi, mətndəki ahəngdarlıq və melodi-yalılıq
həm də “-ub + -dır” formasının təkrarlanması ilə yaradılıb. Heç
şübhəsiz ki, bu cür təkrarlanma poetik mənanı da qüvvətləndirir.
Keçmiş zamanın ikinci dərəcəli
morfoloji göstəriciləri
-ar, -ır indiki zaman şəkilçisi keçmiş zaman mənasını ifa-
də edir: “Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm.
1
İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları.
Bakı, 2009, səh.155.
“Dədə Qorqud”un möcüzələr dünyası
283
Gögdən ildırım ağ-ban evim üzərinə şaqır gördüm... Quduz
qurtlar evimi dəlir gördüm. Qara dəvə əηsəmdən qarvar gördüm.
Qarğu kibi qara saçım uzanır gördüm, uzanıban gözümi örtür gör-
düm...” Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelin-
də olan bu cümlələrdə budaq cümlə əvvəl, baş cümlə sonra işlə-
nib. Bu cümlələrin tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm-
lə modelində olması mətnin müasir şəklində daha aydın görünür:
“Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən
alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm.
Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən
qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır,
uzandıqca gözümü örtür...”
1
. Burada iki cəhət diqqəti cəlb edir:
tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə modelinə uy-
ğunlaşdırılmış cümlələrdə indiki zaman forması eynilə saxlanılıb;
sadə cümlə modelinə uyğunlaşdırılmış cümlələrdə isə indiki
zaman forması keçmiş zaman məzmunlu feli sifət şəkilçisi ilə əvəz
edilib: şaqır-çaxdığını, dəlir-dəldiyini qarvar-qapdığını. Bu cür
sadələşdirmə (sonuncu nümunələr nəzərdə tutulur) -ar, -ır indiki
zaman formasının məhz keçmiş zaman mənasında işləndiyini qa-
barıq şəkildə göstərir. Qeyd edək ki, -ar, -ır indiki zaman forması-
nın keçmiş zaman mənasında işlənməsi “Dastan” poetikası, ümu-
mən bədii üslub üçün səciyyəvidir. Burada İ.Tahirovun türkoloji
ədəbiyyata, xüsusən də A.Axundovun “Dilin estetikası” (1985) ki-
tabına istinadən söylədiyi fikirləri eynilə təqdim etməklə kifayət-
lənmək olar: “...bədii üslubda, canlı danışıq dilində, şifahi xalq ya-
radıcılığının müxtəlif janrlarında keçmiş zaman mənasında işlən-
miş indiki zaman forması keçmişdə icra edilmiş iş və ya hərəkəti,
mövcud olmuş halı daha canlı şəkildə verərək, oxucunu və ya
dinləyəni həmin hərəkətlərin bilavasitə iştirakçısına çevirmək
məqsədini güdür, bu yolla onun təsir gücünü artırır...”
2
.
1
Kitabi-Dədə Qorqud. 1988, səh.142.
2
İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.168-169.
“Dədə Qorqud”un möcüzələr dünyası
284
Keçmiş zamanın ikinci dərəcəli morfoloji göstəriciləri sıra-
sında idi (-dı
4
), imiş (-mış
4
) formaları daha aktiv görünür. F.Cəli-
lov bu formaları modallıq bildirmə kontekstində təhlil süzgəcin-
dən keçirib: “modallılıq bildirən şəkilçilərin müxtəlif qovuşması
(kombinasiyası) zaman münasibətlərini dəyişə bilir. Məsələn, gə-
ləcək zamana aid modallıq idi, imiş formaları ilə qovuşduqda keç-
mişə bağlanır: alardı (al-ar-idi), alacaqmış (al-acaq-imiş)...”
1
. Tür-
koloji ədəbiyyatda da “idi”, “imiş” hissəcikləri keçmiş zamanın
mürəkkəb formaları müstəvisində, daha dəqiqi, uzaq keçmiş, qəti
gələcəkli keçmiş, qeyri-qəti gələcəkli keçmiş, bitməmiş keçmiş və
davamlı keçmiş formaları başlığı altında təqdim olunur
2
. “Kitab”-
da idi, imiş formasının keçmiş zaman mənasında işlənməsindən
bəhs edən Ə.Dəmirçizadə yazır: “...müasir Azərbaycan dilində ol-
duğu kimi, “Kitabi-Dədə Qorqud” dastanları dilində də keçmiş
zamanda icra edilmiş işi müxtəlif tərzdə ifadə etrmək üçün əsas
“-dı...”, “-mış...”, “-ub...” keçmiş zaman şəkilçilərindən başqa,
“-di”, “idi” və “-mış//-imiş” köməkçi feillərinin müxtəlif zaman
şəkilçilərindən sonra felə bitişdirilməsindən və qoşulmasından da
istifadə edilmişdir...”
3
. Bu qeydlərə, eyni zamanda türkologiyadakı
digər nəzəri müddəalara istinad etməklə “Kitab”ın dilindəki idi(-
dı
4
), -imiş(-mış
4
) formalarının qrammatik semantikası barədə
aşağıdakıları söyləmək olar:
“-mış
4
+ -dı
4
forması uzaq keçmişdə icra edilmiş iş və hə-
rəkəti ifadə edir. Bu, “Kitab”ın birinci boyunun birinci cümləsin-
dən görünür: ”Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən tur-
mışdı”. “-mış
4
+ -dı
4
”
forması sonrakı cümlələrdə eynilə təkrarla-
nır ki, bu da birbaşa uzaq keçmiş mənasını qüvvətləndirməyə, eyni
zamanda ahəngdarlığın yaradılmasına xidmət edir: “Şami günligi
yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Biη
yerdə ipəg xalicəsi döşənmişdi”. Bir məqami da qeyd edək ki, bu
1
F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.252.
2
Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.331-336.
3
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.88.
“Dədə Qorqud”un möcüzələr dünyası
285
cümlələrdə, daha doğrusu, “Kitab”ın birinci boyunun birinci ab-
zasında temporallığın həm morfoloji (-mış
4
+ -dı
4
), həm də sintak-
tik vasitələri (bir gün) keçmiş zaman mənasını ifadə edir. Bu isə o
deməkdir ki, uzaq keçmiş mənası temporallığın morfoloji və sin-
taktik vasitələrinin zəncirvari bağlılığı, sintezi kontekstində yara-
dılıb. Qarşılaşdırmalar göstərir ki, “-mış
4
+-dı
4
”
forması “Kitab”da
üstün mövqedə görünür. Hətta I boyun 1-ci abzası boyların əksə-
riyyətində, demək olar ki, eynilə təkrarlanır. Burada IV boyun ilk
abzasından bir neçə cümləni təqdim etməklə kifayətlənirik: “Bir
gün Ulaş oğlı Qazan bəg yerindən turmışdı. Qara yeriη üzərinə
otaxların tikdirmişdi. Biη yerdə ipək xalicəsi döstərmiş idi...”. Bu
cümlələrdəki turmışdı, tikdirmişdi, döşətmişdi sözlərindəki “-mış
4
+ -dı
4
”
forması sonrakı cümlələrin xəbərlərində də təkrarlanır:
aşanmışdı, dərilmişdi, salınmış idi, qurulmışdı, düzilmişdi, otur-
mışdı.
“-ar+-dı” forması iş və hərəkətin keçmişdə bəlli olmayan
bir vaxtda yerinə yetirildiyini bildirir. Dilçiliyimizdə “-ar+ -dı”
morfemlərinin qeyri-qəti gələcəkli keçmiş zaman forması kimi
təqdimi də təsadüfi deyil. Qeyd edək ki, “-mış
4
+ -dı
4
”
forması
kimi, “-ar+ -dı” forması da “Kitab”ın dili üçün səciyyəvidir: “Bəg-
ləri basub, Qazan ögində oturardı. Kimsəyə iltifat eyləməzdi”,
“Kitab”ın dilindəki “-ar+ -dı” formasının mətnin müasir şəklində
bəzən “-ır+-dı” formasında verilməsinə rast gəlinir: “Oğuzıη, ol
kişi təmam bilcisiydi – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər
söylərdi. Həq təala anıη köηlinə ilham edərdi...” – “O kişi oğuzla-
rın kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə
xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi”. Fikrimcə,
mətnin qədim şəklindəki “-ar+ -dı” (yuxarıdakı nümunə nəzərdə
tutulur) bitməmiş keçmişin yox, qeyri-qəti gələcəkli keçmişin for-
masıdır. Çünki qeyri-qəti gələcəkli keçmiş zamanda “ifadə olun-
muş iş və hərəkət bitməmiş keçmiş zamana nisbətən daha uzağa,
həm də qeyri-müəyyən vaxta aid olur, digər tərəfdən, qeyri-qəti
gələcəkli keçmiş zamanda daha çox təkrarlı iş, hal və ya hərəkət
“Dədə Qorqud”un möcüzələr dünyası
286
ifadə edilir”
1
. Təqdim etdiyimiz nümunələrdəki xəbər söylərdi,
ilham edərdi vahid-lərində də məhz qeyri-qəti gələcəkli keçmiş
zamana aid xüsusiyyətlər müşahidə olunur. Qeyri-qəti gələcəkli
keçmiş zaman formasının (-ar+-dı) felin inkar şəkli ilə işlənməsinə
“Kitab”da az təsadüf olunur:“-mə+-z+-lər+-di” (-mə+-z+-di). “iş-
ləməzlərdi” (işləməzdilər): “Hər nə iş olsa, Qorqut ataya tanışınca
işləməzlərdi”.
“Kitab”ın dilində qeyri-qəti gələcəkli keçmiş zaman forma-
sının (-ar
2
+ -dı
4
) ardıcıl verilmiş cümlələrin sonunda işlənməsi
müşahidə olunur ki, bu da, bir tərəfdən, ahəngdarlıq yaratmağa,
digər tərəfdən, isə poetik mənanı qüvvətləndirməyə xidmət edir:
Qaraqucda Qazlıq atuma binərdim!
Əgin bərk dəmür tonım geyərdim!
Qara polad uz qılıcım belümə bağlardım!
Alın-başa qunt işığım urardım!
Qarğu talı altmış tutam sügümi əlümə alurdım.
Ala gözlü bəgləri yanıma salardım!
Qavat, mən bu işi tuysam, saηa böylə gəlürmiydim?!...
Bu parçadakı alurdım (alırdım) və gəlürmiydim (gələrdim-
mi) feillərində “-ar
2
+ -dı
4
” əvəzinə, “-ur+ -dı” forması işlənib ki,
bu da normal hesab oluna bilər. Çünki tarixən həmin formalar si-
nonim morfemlər kimi işlənib. Təqdim etdiyimiz parçanın ümumi
semantik yükü “ - ar
2
+ -dı
4
” ilə yanaşı, “-ır
4
+ -dı
4
” formasının da
qeyri-qəti gələcəkli keçmiş zaman mənasında işləndiyini göstərir.
Həmin sözlərin mətnin müasir şəklində (Bakı, 1988-ci il nəşri
nəzərdə tutulur) “alurdım=götürərdim”, “gəlürmiydim= gələr-
dim?!” şəklində sadələşdirilməsi də dediklərimizi sübut edir. Bü-
tün bunlar bir həqiqəti də söyləməyə imkan verir: təhkiyəçi “döyü-
şə hazır vəziyyətdə olmamaq” semantikasını qeyri-qəti gələcəkli
keçmiş zaman formasının (-ar
2
+ -dı
4
) təkrarlanması kontekstində
ustalıqla canlandıra bilib.
1
Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.335.
“Dədə Qorqud”un möcüzələr dünyası
287
“Kitab”ın dilində “-ar
+ -dı” formasının bitməmiş keçmiş
zaman mənasını bildirməsi də qabarıqlığı ilə seçilir: “...kafər qız-
ları al şərabı altun ayağla Qalın Oğuz bəglərinə gəzdirirlərdi...
Çırğab-çırğab çadır otaq bağışlardı. Qatar-qatar dəvələr bağışlar-
dı. Oğlı Uruz qarşusında yay söykənib turardı...”. Buradakı “gəz-
dirirlərdi” (gəzdirirdilər) sözündəki “-ır+-lər+-di” (-ır+-di...) bit-
məmiş keçmiş zaman mənasını ifadə etdiyi kimi, “bağışlardı” və
“turardı” sözlərindəki “-r (-ar)+dı” forması da həmin qrammatik
mənanı yerinə yetirir.
Müşahidələr göstərir ki, “Kitab”ın dilində bitməmiş keç-
miş zaman mənası təkcə “ -ar
2
+ -dı
4
” yox, həm də “ -ır
4
+ -dı
4
”
forması ilə ifadə olunub: olurdı. “Oğuzıη, ol kişi təmam bilicisiydi
– nə diyərsə, olurdı”; otururlardı (otururdular). “Yeyüb-içüb otu-
rurlardı”.
“-ır
4
+ -mış
4
”
forması bitməmiş keçmiş zaman mənasını
bildirir. “Kitab”ın dilində “-mış + -dı”, yaxud “-ar + -dı” forma-
ları ilə müqayisədə bitməmiş keçmiş zaman mənasını ifadə edən
“-ır
4
+ -mış
4
” formasına az təsadüf olunur: istəyirmişsən. “...bir cı-
lasun bahadır istəyirmişsən, anuη arqasında yeyəsən-içəsən, xoş
keçəsən!...”
“-mə + -z + -miş” forması qeyri-qəti gələcəkli keçmiş za-
man mənasını ifadə edir: “Oğul, sən qız istəməzmişsən...”.
“-maqda
2
+ idi” forması iş və hərəkətin keçmişdə davamlı
şəkildə icra edildiyini bildirir. “Kitab”ın dilində bu formaya az
rast gəlinir: yeməkdə-içməkdə idi. “Məgər ol günlər kafərləriη
ağır günləriydi. Hər biri yeməkdə-içməkdə idi”.
“Kitab”ın dilində felin vacib şəklinin “-maq
2
+ gərək”
formasının “idi” hissəciyi ilə işlənməsinə təsadüf olunur ki, bu da
gələcək deyil, keçmiş zamana aid iş, hal və hərəkəti bildirir:
“Baba, bu sözi sən maηa diməmək gərək idiη”. Bu tip nümunələr
“Kitab”ın dilində üstün mövqedə görünmür.
“-sa
2
(şərt şəklinin şəkilçisi) + -dı (idi)” forması keçmiş
zamana aid iş, hal və hərəkəti ifadə edir: bilsəydim. “Aruz maηa
bu işi edəcəgiη bilsəydim, Qaraqucda Qazluq atuma binərdim!”
“Dədə Qorqud”un möcüzələr dünyası
288
“-a
2
(arzu şəklinin forması) + -dı
2
(idi) → aydı
2
” forması
situasiyadan asılı olaraq keçmiş zamana aid şərt mənasını reallaş-
dırır: qurtaraydım. “Altun–aqça gücinə salubanı səni qurtaraydım,
oğul!”
“-ası
2
(lazım şəklinin şəkilçisi) + -dı (idi)” forması keçmiş
zamana aid iş, hal və hərəkəti ifadə edir: xərab olasıydı. “Ölməgə-
yitməgə getməmişdim, yatacaq yerim genə bu xərab olasıydı”. Bu
cümlədəki “genə” (yenə) zərfi hadisə və hərəkətin təkrarlılığını,
davam etməsini, “getməmişdim” feli uzaq keçmişi ifadə edir.
“Yatacaq” sözü isə gələcək zaman məzmunlu feli sifətdir. Bu da
temporallığın bir neçə vasitəsinin bir cümlə daxilində təzahürü
kimi dəyərləndirilə bilər. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın
dilində “-ası
2
+ -dı (idi)” formasına az təsadüf olunur.
Məlumdur ki, idi, imiş morfemləri isim və isimləşə bilən
sözlərə qoşulduqda keçmiş zaman mənasını bildirir. Bu cəhət “Ki-
tab”ın dilində də özünü göstərir: “Oğuzıη, ol kişi təmam bilici-
siydi”; “Ulu oğlınıη adı Əgrək idi”; “Qazana düşmən imişsən,
bildim! – dedi”.
-dıq
4
və -mış
4
feli sifət şəkilçiləri keçmiş zamanın ikinci
dərəcəli morfoloji göstəriciləri sırasında hesab olunur. Felin keç-
miş zaman şəkilçiləri əsasında yaranmış bu şəkilçilərin hər birinin
qrammatik semantikasına “Kitab”ın dili kontekstində diqqət
yetirək:
-dıq
4
feli sifət şəkilçisi. -dı
4
şühudi keçmiş zaman şəkilçisi-
nin etimoloji əsaslarından bəhs edərkən belə bir ehtimalı qeyd et-
mişik (əvvəlki səhifələrdə geniş şəkildə izah olunur): dönq (Günə-
şin dönməsini ifadə edən “dön” felinin allomorflarından biri) →
dünq → -duq//-düq (keçmiş zamanın ilkin forması) → -duq//-dük
(feli sifət şəkilçisinin ilkin forması) →+mənsubiyyət şəkilçiləri =-
dığım
4
, -dığın
4
, -dığı
4
, -dığımız
4
, -dığınız
4
, -dığı (müasir Azər-
baycan ədəbi dilində sabitləşmiş feli sifət şəkilçisi).
Türkoloji ədəbiyyatda -duk, -dük feli sifət şəkilçisinin bir
sıra qədim türk mənbələrində işləndiyi göstərilir. Məsələn, Göy-
türk dilində: barduk yirdə (getdiyin yerdə), eşitmədük bo-
“Dədə Qorqud”un möcüzələr dünyası
289
dun...;“Oğuznamə”də: “Toğmadıq oğlana ad qoma”; “Yenmədik
aşa dua qılınmaz”; “Taş qopduq yerdə ağır olur”,.. “Kitab”ın
dilində isə -duk, -dük forması müstəqil şəkildə yox, mənsubiyyət
şəkilçiləri ilə birlikdə işlənmişdir: -digim . “Toquz ay tar qarnımda
götürdigim oğul!”; “İmdi qanı dedigim bəg ərənlər?”; -dügi.
“Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq”... Bu nümunələr-
dəki -digim, -dügi feli sifət şəkilçilərinin keçmiş zamanı ifadə
etməsi aydın şəkildə görünür.
“Kitab”ın dilində -dıq
4
feli sifət şəkilçisinin mənsubiyyət
və yerlik hal şəkilçiləri ilə qovuşuq vəziyyətdə işlənməsi də özünü
göstərir: duğımda. “Solım ələ baqduğımda”; digində. “Beyrək
yayı gördigində yoldaşların andı...”; dügində. “Yelisi qara Qazlıq
atın bindügində...”. Ə.Dəmirçizadənin fikrincə, bu tip nümunələr-
dəki -duğumda, -duğunda, -dügümdə, -dügündə morfemləri feli
bağlamalardır
1
. Türkologiyada isə bu şəkilçilər daha çox keçmiş
zaman məzmunlu feli sifət formaları kimi təqdim olunur. Burada
problemə tarixi-linqvistik müstəvidə aydınlıq gətirmiş S.Əlizadə-
nin fikirlərini eynilə təqdim etmək lazım gəlir: “digimdə formasın-
dakı -im əlamətini şəxs sonluğu hesab etmək olmaz; çünki həmin
əlamət “mübtəda ilə xəbərin şəxsə görə uzlaşması” təzahürü de-
yildir. Feli bağlama forması təşəkkül tapana qədərki mərhələnin,
hələlik -də şəkilçisini qəbul etməmiş feli sifətin (-digim) “qalı-
ğı”dır. Beləliklə, -digimdə formasındakı -im ünsürü yenə də mən-
subiyyət əlaqəsini ifadə edir. Başqa sözlə, “gəldiyimdə” söz for-
ması “gəldiyim vaxt”, “mən gələndə” kimi anlaşılır...”
2
.
“Kitab”ın dilində zaman məzmunlu -dıqda, -dikdə feli bağla-
ma şəkilçisinin müstəqil şəkildə işlənməsi də müəllifin dediklərini
qüvvətləndirir: “Saqallu boz ac turğay sayradıqda”; “Hər kişi sö-
zin söylədikdə”. “Kitab”ın poetik strukturunda rəngarəngliyi və
zənginliyi qabarıq şəkildə görünən epiforalar daxilində keçmiş za-
man məzmunlu -duğı feli sifət şəkilçisinə rast gəlinir:
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.110.
2
S.Əlizadə. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, 1985, səh.73-74
“Dədə Qorqud”un möcüzələr dünyası
290
“...Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq.
Əgnimizdən qaftanımuz al duğu yoq.
Başımızdan gecəligümiz alduğı yoq.
Buynızı burma qoçlarımız alduğı yoq” (D-107)
Bu parçada eyni söz daxilində üç dəfə təkrarlanmış -duğı
morfemi həm ahəngdarlığı təmin edən, həm də poetik mənanı
gücləndirən vasitələrdən biri kimi çıxış edir.
-mış
4
feli sifət şəkilçisi. ”Kitab”ın dilində keçmiş zaman
məzmunlu –mış
4
feli sifət şəkilçisi üstün mövqedə görünmür.
Burada bir neçə nümunəyə mətn daxilində diqqət yetirək:
qurumuşca köks. “Qurumuşca köksimdə südim oynar”
tikilmiş otax. “Qıraq yerdə tikilmiş otaxlarıη o zalım yıqdırdı
ola, qardaş”.
qoyun görməmiş qoç. “Biη dəxi qoyun görməmiş qoç
gətiriη”...
Birinci növ təyini söz birləşməsinin asılı tərəfi kimi işlənmiş
yuxarıdakı feli sifətlər müasir dilimiz üçün də səciyyəvidir.
Feli bağlama şəkilçiləri. “Kitab”ın dilində işlənmiş bir sıra
feli bağlama şəkilçiləri cümlənin ümumi məzmununu keçmiş
zamanla bağlayır. Heç şübhəsiz ki, bu cür bağlılığın nüvəsində
keçmiş zamanın əsas morfoloji göstəriciləri dayanır. Feli bağlama
şəkilçiləri də ikinci dərəcəli morfoloji göstəricilər kimi keçmiş
zamanın əsas morfoloji göstəricilərinin qrammatik semantikasını
konkretləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Bu, aşağıdakı
nümunələrdə açıq-aydın şəkildə görünür:
-ıb
4
: çəkdirüb-çəkdirib. “Qazlıq qoca atın çəkdirüb bütün
bindi”. Bu cümlədəki “çəkdirüb” feli bağlamasında tərz mənası ilə
yanaşı, zaman mənası da qabarıq şəkildə görünür. Hətta şühudi
keçmiş zamanda işlənmiş “bindi” (mindi) xəbərinin semantik
yükü elədir ki, “çəkdirüb” feli bağlaması “çəkdirdi” şəklində
işləndikdə belə cümlənin semantik yükündə ciddi bir dəyişmə baş
vermir: “Qazlıq qoca atın çəkdirdi, bütün bindi”;
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |