22
– hər iki modeldə ilk söz “q” səsi ilə başlanır ki, bu da onları alli-
terasiya xəttində birləşdirir (qaba, qağan); hər iki modeldəki söz-
lərdə yalnız qalın “a” saiti işlənir (a-a-a-a; a-a-a-a), eyni zamanda
hər iki modelin ikinci komponenti məhz qalın “a” saiti ilə başlanır
ki, bu da onları assonans xəttində birləşdirir (ağac, aslan); hər iki
modeldəki sözlər ikihecalıdır (qaba, ağac, qağan, aslan). Maraqlı-
dır ki, bu oxşarlıq “a” səsinin assonansı müşahidə olunan “Ata-
ğuzlu Aruz” antroponimik modelini də əhatə edir. Bu isə həm də o
deməkdir ki, təhkiyəçi Qaba Ağac, Qağan Aslan və Aruz adlarını
assonans və alliterasiya xəttində birləşdirməklə misraların melodi-
yalılığını təmin etmiş, ən əsası isə poetik mənanı qüvvətləndirmiş-
dir; semantika baxımından – qorqudşünaslıqda həmin sözlərin
məna yükü əsasən belə səciyyələndirilir: qaba – uca, iri, bərk; Qa-
ba Ağac – həyat ağacı; qağan – böyük başçı, kükrəmiş, qızmış; as-
lan – güclü, qüvvətli, çevik; Aruz – dağ, döyüş, vuruşma, xoşbəxt,
işıq, od ... Müqayisələr göstərir ki, bu vahidlər əsasən eyni se-
mantik yuvaya daxil ola bilir. Deməli, Qaba Ağac→Qağan Aslan
→Aruz adları həm də semantik dinamika xəttində birləşir, yəni
Qaba Ağac da, Qağan Aslan da Aruz adını qüvvətləndirməyə
xidmət edir. Burada bir məqam da yada düşür: Təpəgöz Basatın
atası Aruza qan qusdurub. Bəlkə, elə buna görə də Basat atasının
adını birbaşa yox, metaforik adlar (Qaba Ağac, Qağan Aslan)
kontekstində, ya da ki öz adı daxilində (Mənim adım sorarsaŋ, -
Aruz oğlı Basatdır) deyir;
– altıncısı, Aruz Basatın cəmiyyətdəki atasıdır (bu, “Ki-
tab”da aydın şəkildə ifadə olunub: Mənim adım sorarsaŋ, - Aruz
oğlı Basatdır), “Qaba Ağac” Basatın totem atasıdır (“Kitab”ın
ümumi semantik yükü və digər mənbələr bu nəticəni söyləməyə
imkan verir. Digər tərəfdən, qeyd etdiyimiz kimi, mifoloq
S.Rzasoy da bu fikirdədir), “Qağan Aslan”da Basatın totem ata-
sıdır (mətndə Basatın totem atasına birbaşa işarə olunur: “Qaçub
gedərkən Aruz qocanıŋ oğlancığı düşmüş, bir aslan bulup götür-
miş, bəsləmiş”).
“Dədə Qorqud”un möcüzələr dünyası
23
– yeddincisi, XI boyda Qazanın dilindən totem hesab olunan
bir neçə varlığın adı verilir: qaplan, aslan, qurd, ağ sunqur quşu.
Sonra isə onun cəmiyyətdəki ən yaxın qohumları təqdim olunur:
oğlu Uruz, qardaşı Qaragünə. Sintaktik bütövə diqqət yetirək:
Ağ qayanıŋ qaplanının erkəgində bir köküm var,
Ortac qırda siziŋ keyikləriŋüz turğurmıya.
Ağ sazıŋ aslanında bir köküm var,
Qaz alaca yunduŋı turğurmıya.
Əzvay qurd ənügi erkəgində bir köküm var,
Ağca bəkil tümən qoyunıŋ gəzdirmiyə.
Ağ sunqur quşı erkəgində bir köküm var.
Ala ördək, qara qazuŋ uçurmıya.
Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu
Bir qartaşım var, - Qaragünə adlu.
Bu sıralanmada semantik dinamika kök, totem hesab olunan
varlıqların adı ilə (qaplan, aslan, qurd, ağ sunqur quşu) başlanır,
yaxın qohumluq terminləri ilə tamamlanır (oğul, qardaş). Bu
mənada bəhs etdiyimiz yazılış şəkillərinin məhz “atam” şəklində
transkripsiyası olduqca təbii qarşılanır:
Atam adın sorar olsaŋ, – Qaba Ağac!
Atam adın deirsəŋ, – Qağan Aslan
Mənim adım sorarsaŋ, –
Aruz oğlı Basatdır...
Qazan və Basat obrazlarının dilindən verilmiş parçaların
tipologiyasına sintaktik-semantik müstəvidə diqqət yetirək: hər iki
parçada biri digərini forma və semantika baxımından tamamlayan
paralel cümlə konstruksiyalarına, sintaktik paralelizmə təsadüf
olunur; hər iki parçada əvvəlcə kök, totem hesab olunan varlıq-
ların adları sadalanır. Basatın dilində: atam Qaba Ağac, atam Qa-
ğan Aslan; Qazanın dilində: köküm erkək qaplan, köküm aslan,
köküm qurd balası, köküm ağ sunqur quşu... Sonra isə cəmiyyət-
dəki qohumluq əlaqələri ifadə edilir: Basatın dilində – Aruz oğlı
“Dədə Qorqud”un möcüzələr dünyası
24
Basat; Qazanın dilində – oğlum Uruz, qartaşım Qaragünə (burada
Qazanın atası Ulaşın adının çəkilməməsi birbaşa sintaktik mühitlə
bağlıdır); Qazanın dilindən verilmiş qaplanın erkəgi, qurd ənügi
erkəgi, ağ sunqur quşı erkəgi kimi söz birləşmələrində kişi cinsinə
aid fərd anlamlı “erkəg” sözü bir təyinedici kimi çıxış edir (həmin
sistemdəki semantik dinamika aslanın da erkəyindən danışmağa
əsas verir). Bu semantik dinamika sintaktik bütövün sonuna qədər
davam edir, daha dəqiqi, kişi cinsini ifadə edən qohumluq termin-
ləri ilə tamamlanır: oğul (oğlum Uruz), qardaş (qardaşım Qara-
günə). Basatın dilindən verilmiş parçada da həmin semantik dina-
mika özünü göstərir: atam Qaba Ağac = kişi, erkək (ata sözünə
görə); atam Qağan Aslan = kişi, erkək (ata sözünə görə); Aruz
oğlı Basat = kişi, erkək (qohumluq bildirən oğul sözünə və kişi
şəxs adlarına görə); hər iki parçada obrazların qohumluq münasi-
bətləri təbiət və cəmiyyət kontekstində təqdim olunur ki, bun-
lardan da birincisi mifik, ikinci realdır. “Kitab”da mifik və real
qohumluq əlaqələrinin sintez şəklində təqdimi isə məhz real qo-
humluğu qüvvətləndirməyə xidmət edir.
Yuxarıdakı qeydlər göstərir ki, mübahisə predmetinə
çevrilmiş misraları məhz aşağıdakı kimi qəbul etmək lazımdır:
Atam adın sorar olsaŋ, – Qaba Ağac!
Atam adın deirsəŋ – Qağan Aslan!
Haqqında geniş şəkildə bəhs etdiyimiz misralardakı “ata”
sözünün məna yükü və mətn daxilindəki funksiyasını həm də
sintaktik bütövlər müstəvisində təhlil etmək zərurəti yaranır. Bu
mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək:
Təpəgözün dilində:
Qalarda – qoparda yigit,
yeriŋ nə yerdir?
Qaranŋu dün içində yol azsaŋ
umuŋ nədir?
Qaba ələm götürən xanıŋuz kim
Qırış Güni ögdin?
“Dədə Qorqud”un möcüzələr dünyası
25
Ağ saqallu babaŋ adı nədir?
Alp ərən ərdən adın
yaşurmaq eyb olur,
Adıŋ nədir, yiğit, degil maŋa! – dedi.
Basatın dilində:
Qalarda – qoparda
yerim Günortac!
Qaranŋu dün içrə yol azsam,
umum allah!
Qaba aləm götürən xanımız –
Bayındır xan!
Qırış güni ögdin dəpən alpımız
Salur oğlı Qazan
Atam adın sorar olsaŋ, - Qaba Ağac
Atam adın deirsəŋ - Qağan Aslan!
Mənim adım sorarsaŋ, -
Aruz oğlı Basatdır, - dedi.
İlk olaraq qeyd edək ki, burada baba və ata sözlərinin müva-
ziliyi müşahidə olunur (Təpəgözün dilində: baba – Ağ saqallu ba-
baŋ adı nədir? Basatın dilində: ata – Atam adın sorar olsaŋ, - Qaba
Ağac!...). Ən əsası isə parçalar mifoloji məzmun daşımasına bax-
mayaraq, atanın böyüklüyü, müqəddəsliyi və kimliyi Oğuz cə-
miyyəti, Oğuz dövləti kontekstində canlandırılır. Daha dəqiqi, bu
parçaların ümumi semantik yükündən aydın olur ki, Oğuz dövlə-
tinin ərazisi, başçısı (xanı), sərkərdəsi, bayrağı var. Aruz oğlu
Basat da bu dövləti qoruyanların sırasındadır. Yeri gəlmişkən,
Basat “Kitab”da ən yenilməz, ən məğlubedilməz qəhrəman statu-
sundadır. O hətta döyüş günü öndə gedən Salur Qazandan da
üstündür. Faktlara müraciət edək: özünün daha güclü olduğunu
bəyan edən Qazan xan Təpəgözü öldürə bilmədiyini etiraf edir:
“Qağan aslan qopdı Dəpəgöz,
Qalıŋ sazlarda çevirdim, alamadım, Basat!
“Dədə Qorqud”un möcüzələr dünyası
26
Ər olsaŋ, yeg.
Olsaŋ, mərə, mən Qazanca olmıyasan, Basat!”
Basat isə Təpəgözə qalib gəlir: “Basat qaqıb yerindən turı
gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdı. Dəpəgözüŋ
kəndü qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı…”. Həm də
bu adi qələbə deyil. Belə ki, atı vurub-basan, qanını sümürən
Basat igidlərin başçısı Qazana zərbə vuran, Qaragünəni əlində
əzən, Bığı qanlı Bəgdüz Əməni əlində döyən, ağ saqqallı Aruza
qan qusduran, bığ yeri tərləmiş cavanları, əlləri xına qızcığazları
yeyən, Oğuz yurdunu əsir-yesir edən Təpəgözə qalib gəlir, Oğuz
ellərini, Oğuz bəylərini ən böyük fəlakətdən qurtarır.
Maraqlıdır ki, Təpəgözün və Basatın dilindən verdiyimiz
parçalar forma və semantikasına görə Əyrək və Səyrəyin dilindən
verilmiş parçalarla oxşardır: Təpəgözün dilində - “Alp ərən ərdən
adın yaşurmaq eyb olur, adıŋ nədir, yigit, degil, maŋa!”…; Əyrə-
yin dilində - “Alp ər ərdən adın yaşurmaq eyb olur, adıŋ nədir,
yigit?” Burada xüsusi olaraq qeyd etmək lazım gəlir ki, həmin
parçalardakı bir sıra cümlələr nəinki oxşardır, hətta bütün
parametrlərinə görə eynidir: Basatın dilində - “Qaba aləm (ələm –
Ə.T.) götürən xanımız – Bayındır xan!”; Səyrəyin dilində - “Qaba
ələm götürən xanımız – Bayındır xan!” Heç şübhəsiz ki, bu cür
oxşarlıq və eyniliklər boyları bir-birinə bağlayan detallardandır.
“يدما” Drezden nüsxəsinin 232-ci səhifəsindəki bu yazılış
şəkli müxtəlif mənalı sözlər kimi transkripsiya olunub:
O.Ş.Gökyayın nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa,
dedi (İstanbul, 2000);
M.Erginin nəşrində: imdi. İmdi kardaşuz, kıyma maŋa didi
(Ankara, 1958);
H.Araslının nəşrində: imdi. İmdi qardaşlar, qıyma maŋa! –
dedi (Bakı, 1977);
F.Zeynalov və S.Əlizadənin nəşrində: əmdi. Əmdi qardaşlar,
qıyma maŋa! – dedi (Bakı, 1988).
“Dədə Qorqud”un möcüzələr dünyası
27
V.V.Bartold həmin yazılış şəklini “imdi” kimi başa düşdüyü-
nə görə “тогда” (onda, o vaxt, o zaman) kimi tərcümə edib (Кни-
га Моего Деда Коркута. Москва-Ленинград, 1962).
S.Əlizadə hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı
“imdi” (indi) sözünün mətnlə səsləşmədiyini, həm də Drezden
nüsxəsində “indi” anlamlı “şimdi” sözünün işləndiyini nəzərə
alaraq yazır: “...birinci sözü “əmdi” kimi oxuyub başa düşmək
olar. Müasir dil üçün də təbii görünməyən “əmdi” feli ismi “əm-
zik” mənasında işlənmişdir. Belə quruluşda feli isimlərə başqa ya-
zılı abidələrdə və müasir türk dillərində də təsadüf edilir”
1
. Burada
bir cəhəti də qeyd edək ki, “Kitab”ın 1988-ci il Bakı nəşrində
“əmdi qardaşlar” ifadəsi “süd qardaşıyıq” şəklində sadələşdiril-
mişdir.
Heç şübhəsiz ki, fərqli transkripsiyalara münasibət bildi-
rərkən, ilk növbədə, mətnin semantik yükünə əsaslanmaq lazım
gəlir. Bu mənada Təpəgözlə Basatın dialoquna diqqət yetirək:
Basatın dilində:
“...Atam adın deirsəŋ - Qağan Aslan
Mənim adım sorarsaŋ, -
Aruz oğlı Basatdır, dedi”.
Təpəgözün dilində:
“Əmdi qardaşlar, qıyma maŋa!” – dedi”
Bu qarşılaşdırma birbaşa diktə edir ki, həmin yazılış şəkli
“imdi” kimi oxunsa belə, yenə də söhbət Basatı özünə qardaş
hesab edən, onu aldadaraq məhv etmək istəyən Təpəgözdən gedir.
Bu isə öz təsdiqini ən azı “qıyma maŋa” ifadəsində tapır. Çünki
qardaş qardaşa qıymaz, öldürməz. Bəs Təpəgözlə Basat necə
qardaşlardır?
“Kitab”da Təpəgözün atası və anası konkret olaraq göstərilir:
atası – Sarı çoban, anası Pəri qızı. Deməli, Təpəgözlə Basat nə
qandaş (atabir qardaş), nə də ki ikdişdirlər (anabir qardaş). Bu mə-
1
S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud, Bakı, 1988, s.249.
“Dədə Qorqud”un möcüzələr dünyası
28
nada “süd qardaşı” anlamlı “əmdi” sözü mətnlə səsləşir. Belə ki,
Aruzun dilindən verilmiş “Xanım, munı maŋa, veriŋ, oğlum. Ba-
satla yaşlıyayın!” cümləsinin, eyni zamanda təhkiyəçinin dilində
işlənmiş “Aruz Dəpəgözi aldı, evinə gətürdi. Buyurdı bir dayə gəl-
di. Əmcəgini ağzına verdi” cümlələrinin semantik yükü “Təpə-
gözlə Basat eyni dayədən süd əmmişdir” qənaətini söyləməyə im-
kan verir. Bu məsələyə nisbətən başqa bucaqdan yanaşan M.Ka-
zımoğlu maraqlı mülahizələr irəli sürür: “...Mətnin alt qatında
Basat aslan balaları ilə qardaş olduğu kimi, müəyyən mənada Tə-
pəgözlə də qardaşdır... Nə qədər çətin olsa da (neçə dayənin canını
alandan sonra əcaib uşağa qazan-qazan süd içirmək lazım gəlsə
də), Təpəgözü Basatla bir yerdə bəsləyib boya-başa çatdırmaq
mümkün olur... Oğuz elinə düşmən kəsilən Təpəgöz hardasa
Basatı özünə qardaş bilir və qardaş bildiyi adama qarşı vuruşur...
Hərəkətləri Alp Aruzun niyyətinə uyğun gəlməyən Təpəgöz Basa-
tın həqiqi yox, yalançı qardaşına çevrilir”
1
. Deməli, həmin yazılış
şəklinin məhz “süd qardaşı” anlamlı “əmdi” kimi transkripsiyası
daha real görünür. Yekun olaraq onu da qeyd edək ki, “Kitab”dakı
“əmdi” sözü fonetik tərkibi və semantikasına görə M.Kaşğarinin
“Divan”ındakı “süd qardaşı” anlamlı “əmikdəş” sözü ilə eyni
xətdə birləşir: “Eyni məmədən əmən iki uşağa “əmikdəş” deyilir,
“əmmədə arkadaş” deməkdir” (MK. I c., Bakı, 2006, s.405).
M.Qıpçaq “əmdi” sözündəki “di” hissəsinə başqa prizmadan yana-
şıb: “Dədə Qorqud kitabı”nın dilində əmdi sözü “bir anadan süd
əmən”, “süd qardaşı mənasında işlənir... əmdi sözü əmmək felinə
sözdüzəldici -di şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.
Əmdi sözünü əmələ gətirən -di şəkilçisinin tarixən sifət düzəldən
şəkilçi kimi işlənən -dik şəkilçisindən sonuncu “k” səsinin
düşməsi nəticəsində yaranmasını güman etmək olar”
2
.
1
M.Kazımoğlu. Epos, nəsr, problemlər. Bakı, 2012, s.32-34.
2
M.Qıpçaq. “Dədə Qorqud kitabı”nın dilində əlamət və keyfiyyət bildirən sözlər.
Bakı, 2012, s.53.
“Dədə Qorqud”un möcüzələr dünyası
29
ينازق Drezden nüsxəsinin 256-cı səhifəsində verilmiş bu
yazılış şəklinin transkripsiyası və izahına diqqət yetirək:
O.Ş.Gökyayın nəşrində: kızanı – genc; deliqanlı; erkek
cocuk; qız cocuk (İstanbul, 2000);
M.Erginin nəşrində: kızanı – cocuk, erkek cocuk... (Ankara,
1958);
F.Zeynalov və S.Əlizadənin nəşrində: qızanı – qızla (Bakı,
1988);
V.V.Bartold yuxarıdakı yazılış şəklini “içində xörək
bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab” anlamlı
“qazan” (котел) kimi tərcümə edib (M.,-Л., 1962).
Göründüyü kimi, həmin yazılış şəkli dörd cür mənalandı-
rılıb: dəliqanlı; erkək cocuq; qız; qazan (qab-qacaq). A.Hacıyev
bu izahlardan birinə - daha dəqiqi, O.Ş.Gökyayın təqdim etdiyi
dörd variantdan (genc; deliqanlı; erkek cocuk; qız cocuk) ikin-
cisinə üstünlük verərək yazır: “... Göstərilən cümləyə kompleks
yanaşdıqda onun sadə, aydın bir fikri ifadə etdiyi müəyyənləşir:
«Gördü ki, yetim oğlan bir dəliqanlıyla çəkişir (yaxalaşır)”
1
. Bu
qeydlərin hər biri ilə müəyyən mənada razılaşmaq da olar. Am-
ma həmin yazılış şəkli işlənmiş sintaktik bütövün semantikası
problemə başqa bucaqlardan baxmağı diktə edir. İlk olaraq qeyd
edək ki, həmin yazılış şəkli təkcə kızanı, qızanı yox, həm də “qa-
zanı” kimi oxunur. “Qazanı” oxunuş formasının düzgünlüyünü isə
belə arqumentləşdirmək olar: M.Kaşğarinin “Divan”ındakı kazğan
( نغ زق) (MK.II, Bakı, 2006, s.249) sözünün ilk hissəsi (زق) Drez-
den nüsxəsindəki həmin yazılış şəklinin ilk hissəsi iləزق eynidir;
V.V.Bartold həmin yazılış şəklini “qazan” (qab-qacaq) kimi başa
düşdüyündən “котел” kimi tərcümə edib.
“Qazan” feli sifətinə diaxronik müstəvidə münasibət bildirən
Q.Bağırov türkoloji araşdırmalara istinad edərək yazır: “...abidə-
lərdə qazan – qazğan felinin işlənməsi bu sözün ta qədimdən
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.193.
“Dədə Qorqud”un möcüzələr dünyası
30
yayılıb ümumtürk dillərinin zonasında işlənən bir söz olduğunu
göstərir.
S.Y.Malov Gültəkin abidəsinin böyük mətnində və Tonyu-
kuk abidəsində bu felin qozğan variantını göstərərək, onun əldə
etmək (приобработать, добывать), əldə etmək üçün hərislik gös-
tər, qibtə et və qısqanclıq göstərmək (ревновать) mənalarında iş-
ləndiyini və oradaca Radlova əsaslanaraq qazğan felinin yeni
dövrlərdə qazan şəklinə düşdüyünü qeyd edir. ...çox güman ki,
qazan feli möhtəkirlik anlayışı ilə bağlı olan bir prosesdən əmələ
gəlmişdir”
1
.
Bu izahlardakı hərislik göstərən, qısqanclıq göstərən, möhtə-
kirlik edən anlamlı “qazan” (qazğan) sözü “Kitab”dakı “qazanı”
(yeni təqdim etdiyimiz transkripsiya) sözünün semantikası ilə
səsləşir; “...Yemək-içmək etdilər. Səgrək məst oldu. Tışra ayaq
yoluna çıqdı. Gördi kim, öksüz oğlan bir qazanı çəkişür. “Mərə
noldıŋız?” deyü bir şillə birinə, bir şillə birinə urdı... Biri aydır:
“Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə urarsan?..” (D-
256). Bu parçanı belə səciyyələndirmək olar: hər iki oğlan yetim-
dir; hər ikisi şadlıq məclisini kənardan seyr edir; hər ikisi şadlıq
məclisi qurtardıqdan sonra əldə edəcəkləri ərzağı (yeməyi) səbir-
sizliklə gözləyir; Çox güman ki, onların çəkişməsi də bu motivlə -
süfrədə qalan yeməyə kimin sahib çıxa bilməsi ilə bağlıdır. Bu
mənada həmin yazılış şəklinin “qızanı” (qız) formasında transkrip-
siyası, eyni zamanda qab-qacaq anlamlı “qazan” kimi başa düşül-
məsi mətnin semantikasına ziddir. O ki qaldı “kızanı” (qızanı)
şəklində transkripsiya və onun “dəliqanlı” mənasında yozulması-
na... Bu da mətnin semantik yükünə yapışıqlı görünmür: ona görə
ki ikinci yetim “dəliqanlı” olsa idi, Səyrəyin şilləsini cavabsız
qoymazdı. Ən azı şillə ilə cavab verərdi. Çünki “dəli nərə dəliqan-
lılığın ən qabarıq, ən nümayişkaranə və ən parlaq ifadə forması-
1
Q.Bağırov.Azərbaycan dilində fellərin leksik-semantik inkişafı.Bakı, 1971, s.103.
“Dədə Qorqud”un möcüzələr dünyası
31
dır”
1
. Bu da o deməkdir ki, həmin ac-yalavac yetimlər Səyrəkdən
ən azı üç-dörd yaş kiçik uşaqlardır.
Nəyisə əldə etməyə həris, paxıl, qısqanc anlamlı “qazanı”
sözünün sonundakı “-ı” isə -la morfemi funksiyasında çıxış edir.
Diqqətçəkən məqamlardan biri də budur ki, həmin yazılış şəklini
müxtəlif cür yozanlar da “-ı” şəkilçi morfemini (birgəlik – alət
halın arxaikləşmiş forması) məhz “-la” kimi sadələşdirib: qızla
(F.Zeynalov və S.Əlizadə); dəliqanlıyla (A.Hacıyev).
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.108.
“Dədə Qorqud”un möcüzələr dünyası
32
QORQUDŞÜNASLAR, DİLÇİLƏR YAZIR,
“DƏDƏ QORQUD KİTABI” TƏKZİB EDİR
Son əlli ildə araşdırma obyekti olan abidələrimiz sırasında,
heç şübhəsiz ki, “Kitab”ın yeri birincidir. Nə qədər qəribə görün-
sə də, biz “Kitab”ı öyrəndiyimiz, araşdırdığımız kimi, “Kitab”da
bizi öyrədir, bizə borclu qalmır, mənəvi dünyamızın qaranlıq
səhifələrinə işıq salır. Bu məqamda Kamal Abdullanın bir fikri
yada düşür: “Bu gün də hətta bir çox mənəvi bəşəri dəyərləri o
uzaq Qorqud dövrünə aparmaq necə də cəlbedici görünür... Oğuz
cəmiyyətində hər hansı bir keyfiyyəti və ya dəyəri mütləq tam
şəkildə, bütün mənfi-müsbəti ilə, hərtərəfli götürməliyik. Çünki
yalnız belə olarsa, obyektiv həqiqət ortaya çıxa bilər”
1
. Bu
baxımdan “Kitab”ın ən mötəbər mənbə olduğu unudulmamalı, ona
zərgər dəqiqliyi ilə yanaşılmalı, onun nəinki mikro və makromətn-
ləri, hətta hər sözü, səsi belə diqqətdən yayınmamalıdır. Təəssüf
ki, bəzən bunun əksini görürük. Konkret desək, düzgün olmayan
transkripsiyaların, “Kitab”da öz çəksini real olaraq tapmayan bir
sıra məsələlərin “Kitab”a zorla aid edilməsinin, “Kitab”a istinad
olunmadığı üçün çıxarılmış nəticələrin qeyri-dəqiqliyinin şahidi
oluruq. Açığını deyim ki, bir sıra yazılarımda həmin məsələlərə az
da olsa münasibət bildirmişdim... Amma “Kitab”la bağlı qeyri-
dəqiq fikirlərin əhatə dairəsinin genişlənməsi problemə yenidən
qayıtmaq zərurəti yaradır. İlk olaraq qeyd edim ki, bu vaxta qədər
müəyyənləşdirdiyim nöqsanların, daha doğrusu, yanlış izahların
bir hissəsi aşağıdakılardır:
– “Kitab”ın nə Drezden, nə də ki Vatikan nüsxəsində “Gəli-
nə ayran demədim mən Dədə Qorqud” misrası ilə başlanan şeir
parçası yoxdur. Alimlərimizin bəziləri isə həmin şeir parçasının
“Kitab”da olduğunu göstərir;
1
K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, s.302.
“Dədə Qorqud”un möcüzələr dünyası
33
– bir sıra qorqudşünasların fikrincə, “Kitab”da dağ qayınata
statusunda çıxış edir, Oğuz qadını dağı görəndə yaşmaqlanır.
Halbuki “Kitab”da bu cür hadisələrin təsvirinə rast gəlinmir;
– təkcə sadə vətəndaşlarımız yox, hətta bəzi elm adamları-
mız “Dədə Qorqud” filminə əsaslanaraq deyirlər ki, “Kitab”da
Günel və Tural obrazları var. Bu səhvi etməmək üçün “Kitab”a
müraciət etmək, onu oxumaq lazımdır;
– “Uruz xub söylədi, şəkər yedi” cümləsindəki gözəl danış-
maq, xoş danışmaq anlamlı “şəkər yemək” ifadəsinin şirni, şəkər,
şirin şey mənasında, yaxud “Bədəvi atlar issin görüb oğradıqda”
cümləsindəki kişnəmək anlamlı “oğramaq” sözünün oğru (başqa-
sına məxsus əşyanı gizlincə götürüb mənimsəmək) mənasında
təqdiminə təsadüf olunur. Heç şübhəsiz ki, bu, birbaşa “Kitab”ı
linqvopoetik baxımdan normal mənimsəməməklə bağlıdır;
– qön (gön) sözünün “qum” (D-176), atam sözünün “anam”
(D-232) şəklində təqdimi “Kitab”ın bütün nəşrlərində müşahidə
olunur ki, bu da həmin tip cümlələrin semantikasını olduğu kimi
qavramağa imkan vermir;
– Buğac adının izahı “Kitab”da tam aydın şəkildə verilsə də
(Bir buğa öldürmüş səniŋ oğlıŋ, adı Buğac olsun), bəzi alimləri-
miz heç bir əsas olmadan onu “buğaya qalib gələn xaç – od” kon-
tekstində izah edir...
– Drezden nüsxəsinin 121-ci səhifəsindəki “məlikin” sözü
“Kitab”ın 1988-ci il Bakı nəşrində “bəgin” sözü ilə əvəz edilib,
daha dəqiqi, “Baybican məlikin” birləşməsi “Baybican bəgin”
birləşməsi şəklində verilib: “Baybörə bəgiŋ oğlancuğı Beyrək
Baybican bəgin qızın aldı” (bax: Kafirlərin qohumluğu);
Banıçiçəyin dilindən verilmiş “...bir yasduqda baş qoduğım!”
ifadəsindəki “qodığım” feli sifəti “Kitab”ın 1988-ci il Bakı nəşrin-
də “qoyduğum” deyil, “qoyacağım” şəklində sadələşdirilib ki, bu
da mətni olduğu kimi başa düşməyə imkan vermir (bax: Banıçi-
çəyin qohumluğu);
– “Kitab”dakı “kişi” sözünün həm də qadının əri, həyat yol-
daşı mənasında işlənməsinə, demək olar ki, münasibət bildiril-
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |